Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-273/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Gəncə şəhəri, DOS-101, ev 53, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsi, ev 37/29-da yaşayan, 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 iyul 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmış şəxsin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, 11 mart 2022-ci il tarixdə saat 01:30 radələrində tanışı Şahid5 məxsus **- HV-*** dövlət qeydiyat nişanlı “Mersedes Benz” markalı avtomobildə sərnişin qismində olan zaman digər sərnişin, əvvəllər tanımadığı Şahid4 Bəxtiyar oğlunun telefonla kiminləsə daşınmasını və həmin şəxslə görüşmək barədə razılaşdıqlarını eşidib birlikdə həmin avtomobildə ünvan 1 ünvanına getmiş, orada Şahid4 avtomobildən enib piyada hərəkətdə olan Zərərçəkmiş şəxs telefonda danışdığı şəxs olduğunu zənn edib sonuncuya yaxınlaşaraq söhbət edib ayrıldıqddan sonra o, özgənin əmlakını talamaq məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun üzərini axtararaq Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sol iç cibindən 3 manat dəyərində “Go” adlı spirtli içkini, sağ yan cibindən üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə, 10 manatlıq danışıq konturu olan 150 manat dəyərində “Xiaomi” markalı mobil telefonu, 10 manat dəyərində “Vant” markalı siqareti, 0,50 manat dəyərində alışqan və 0,20 manat dəyərində tibbi maskanı, əynindəki şalvarının sağ ön cibindən 40 manat nağd pulu əldə edib açıq talayaraq Zərərçəkmiş şəxs 223,70 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayında Binəqədi rayonu, Xırdalan şossesi deyilən yerdə yaşayan Rafiq adlı taksi sürücüsünın mənzilində mebel dəsti yığmışdır. 10 mart 2022-ci il tarixdə saat 22 radələrində işi yekunlaşdırmış və Rafiqlə mənzildən çıxıb məhəllədə bir qədər söhbət edib vaxt keçirən zaman Rafiqin mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Rafiqdən onu deyilən ünvana aparmasını xahiş etmişdir. Rafiq ona demişdir ki, yolda onu da evinə düşürəcəkdir. O, razılaşmış, Rafiqin idarə etdiyi “Mersedes Benz” markalı avtomobilin irəli oturacağına əyləşmiş və yola düşmüşlər. Rafiq Binəqədi rayonunda xatırlamadığı ünvana gedib sifariş edən şəxslərlə görüşmüşdür. Müştərilər, sonradan adını bildiyi Şahid4 və X3 avtomobildə arxa oturacaqda əyləşmişlər. Yolboyu Əflan telefonda bir nəfərlə mübahisə edib həmin şəxsdən nə səbəbə zəng etməsini, sonuncu ilə görüşəcəyini, onu gözləməsıni, artıq yolda olduğunu demişdir. O, Əflanın söhbətindən başa düşmüşdür ki, onun mobil telefonuna tanımadığı bir nəfər zəng edib, həmin şəxslə aralarında mübahisə olub, bu səbəbdən də Əflan və Nihat həmin şəxlə görüşüb məsələyə aydınlıq gətirmək üçün Keşlə qəsəbəsinə gedirlər. 15-20 dəqiqədən sonra onlar Nizami rayonu, Keşlə qəsəbəsinə çatmış, Əflan və Nihat avtomobildən düşmüşlər. Təxminən 2-3 dəqiqə sonra o da avtomobildən düşmüş və görmüşdür ki, Əflan yol ilə piyada gedən cavan bir oğlandan ona zəng edib-etmədiyini soruşur. Həmin oğlan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs demişdir ki, “nə zəng, mən kimsəyə zəng etməmişəm.” Əflan Rəsulun sözlərinə inanaraq kənara çəkilib telefonda kiməsə zəng etməyə başlamışdır. Həmin vaxt o, Rəsula yaxınlaşıb sorğu sual-edərək Əflana zəng etməsini sübut etmək istəmişdir. Rəsul demişdir ki, o, heç kimə zəng etməmişdir. O, Rəsulun qolundan tutub təkrar sorğusual edən zaman Rəsulun əynindəki gödəkçəsinin yaxası açılmış və o, Rəsulun cibində “Go” içkisini görmüşdür. Rəsulun cibindən içkini götürüb Əflana demişdir ki, “zəng edən bu özüdür.” Sonra Rəsulun ona müqavimət göstərmədiyindən istifadə edib o biri ciblərini yoxlamağa başlamışdır. Rəsulun gödəkçəsinin ciblərindən mobil telefon, siqaret, alışqan, tibb maskası və şalvarının cibindən isə təxminən 30-40 manat pulunu götürmüşdür. Sonra Rəsuldan ayrılıb avtomobil tərəfə gələn zaman istəmişdir ki, Rəsulu avtomobilə otuzdurub bir daha sorğu-sual etsin. Odur ki, qayıdıb Rəsulun qolundan tutub demişdir ki, gedək söhbət edək. Rəsul onunla avtomobilin yanına kimi gəlmiş, o, avtomobilin arxa qapısını açıb Rəsuldan avtomobilə oturmasını tələb edəndə Rəsul ona müqavimət göstərib avtromobilə əyləşmək istəməmişdir. O, Rəsulun yaxasından tutub avtomobilə otuzdurmaq istəmiş, nəticədə onlar yaxalaşmışlar. Nihat gəlib Rəsulu onun əlindən almaq istəmişdir. Həmin vaxt Rəsul onun əlindən çıxmış və eyni zamanda Rəsulun sifəti avtomobilin qapısına dəymişdir. Bundan sonra Rəsul qaçaraq bir qədər kənardakı dükanın qarşısında dayanmışdır. Onlar səs-küy yaranmasın deyə avtomobilə əyləşmişlər. Həmin vaxt Rəsulun papağının avtomobilin ayaq altına düşdüyünü görmüşdür. Nihat Rəsulu çağırıb demişdir ki, anlaşılmazlıq olub, gəl papağını götür. Lakin Rəsul gəlməmiş və onlar yola düşmüşlər. Yolda avtomobilin təkərinin havası buraxmış, sürücü Rafiq təkəri təmir edən zaman o, Rəsulun cibindən götürdüyü mobil telefona baxanda telefonun ekran və korpusu zədəli olan “Redmi” markalı olduğunu görmüşdür. O, Rəsulun telefonla Əflana zəng edibetmədiyini öyrənmək üçün telefonun kilidini açmaq istəmişdir. Əflan onun əlindəki telefonun Rəsula məxsus olduğunu biləndə demişdir ki, nahaq yerə Rəsuldan telefonu götürüb, telefonu qaytarmaq lazımdır. Lakin o, Əflanın dediklərinə əhəmiyyət verməmiş, həmin gün sürücü Rafiq onu evinə çatdırmışdır. Növbəti gün polis əməkdaşları gəlib onu Nizami RPİ-nin 23-cü polis bölməsinə aparmışlar, orada o, Rəsulun cibindən götürdüyü mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ailədə yeganə işləyən şəxs özünün olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 mart 2022-ci il tarixdə gecə saatlarınadək sifariş üzrə ünvanda mebel yığdıqdan sonra 11 mart 2022-ci il tarixdə saat 00:30 radələrində iş yoldaşı avtomobili ilə onu yaşadığı ünvan 3 ünvanına gətirib düşürmüşdür. O, özü üçün energetik içkisi olan “Go” və siqaret almaq məqsədilə yaşadığı evdən təxminən 200 metr kənarda yerləşən ərzaq dükanına getmişdir. Orada cibində olan 49 manatdan 9 manatını verib 03 ədəd “Go” içkisi və 01 ədəd “Want” siqareti alıb evinə qayıtmışdır. Evinin qarşısında dayanıb siqaret çəkib aldığı içkilərdən ikisini içmiş, sonra evinin həyətində içərisində zibil olan torbanı götürüb atmaq üçün həmin dükanın yanında olan zibil qutusunun yanına yollanmışdır. Dükanın yanından keçən zaman kənarda gümüşü rəngdə “Mersedes Benz” markalı avtomobildə sükan arxasında və irəli oturacaqda əyləşmiş və avtomobilin arxasında dayanan iki nəfər onun diqqətini cəlb etmişdir. O, həmin şəxslərin yanından keçən zaman avtomobilin arxasında dayanmış, sonradan adını bildiyi Şahid3 və Şahid4 onunla salamlaşdıqdan sonra Əflan soruşmüşdür ki, “sən idin bizə zəng edən?” O, cavabında demişdir ki, “nə zəng, mən kimsəyə zəng etməmişəm”. Həmin vaxt bir az əvvəl avtomobildə əyləşmiş şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb “mal haradadır, hara qoymusan” deyib əli ilə onun gödəkçəsinin yaxasını açmış və gödəkçəsinin içəri sol cibinə qoyduğu “Go” içkisini, yan ciblərindən üzərində ***-***-**-** nömrəsi olan “Redmi Mİ A1” markalı mobil telefonu, siqareti, alışqanı, tibti maskanı və əynindəki şalvarının sağ qabaq cibindən 40 manat pulu çıxarıb cibinə qoymuşdur. O, həmin vaxt Bahadura hər hansı müqavimət göstərməmiş, Bahadur da ona qarşı zor tətbiq etməmişdir. Bahadurun üzərindən əşyaları götürməsinə sakitcə şəkildə imkan vermişdir, çünki həmin anda o, tam əmin olmuşdur ki, Bahadur və yanındakılar onu başqa şəxslə səhv salıblar, onların axtardığı adam deyildir. Sonra Bahadur gəldikləri avtomobil istiqamətinə getmiş, lakin birdən qayıdıb yenidən ondan zəng etməyi barədə soruşaraq onu avtomobilin yanına aparmış, avtomobilin arxa qapısını açıb ondan əyləşməyi tələb etmişdir. O, Bahadura etiraz edən zaman aralarında mübahisə başlamış və onlar yaxalaşmışlar. Bahadurun əlindən çıxan zaman sifəti avtomobilin qapısına dəyib xəsarət almışdır. Sifətindən aldığı xəsarəti Bahadurla dartışması nəticəsində olduğu üçün ilkin ifadəsində Bahadurun yumruqla onun sifətindən vurduğunu demişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının iş üzrə verdiyi rəylə razı deyildir, belə ki, mobil telefonu 150 manat dəyərində olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 223,70 manat miqdarında maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İstintaq orqanına və məhkəməyə bununla bağlı notarial qaydada təsdiqlənmiş ərizələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi olaraq “Mersedes Benz” markal **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin fevral ayında mebel ustası Təqsirləndirilən şəxs onun yaşadığı evdə mebel yığmışdır. 10 mart 2022-ci il tarixdə Bahadur gecə saatlarınadək evdə mebel yığmış, həmin gün işini tam yekunlaşdıra bilməmişdir. Gec olduğu üçün Bahadura demişdir ki, öz avtomobili ilə onu evinə aparacaqdır. Həmin vaxt məhəlləsində yaşayan Şahid3 ona zəng edib tanışı ilə onu bir yerə aparmağı ondan xahiş etmişdir. O, Nihata demişdir ki, evində işləyən ustanı da evinə aparmalıdır, mümkündürsə usta da onlarla bir yerdə getsin, geri qayıdan zaman ustanı evində düşürəcəkdir. Nihat razılaşdıqdan sonra 11 mart 2022-ci il tarixdə saat 01 radələrində o, Bahadurla məhəllədə Nihat və Əflanla görüşmüş və həmin şəxslər avtyomobildə əyləşib onları Nizami rayonu, Keşlə qəsəbəsinə aparmağı demişlər. Yola çıxdıqdan sonra Əflan istifadəsində olan mobil telefonun “Whatsapp” proqramında gedəcəkləri yeri ona göstərmişdir. Yol boyu Əflan telefonda tanımadığı şəxslə mübahisə edib, həmin şəxsdən harada olduğunu soruşub özünün artıq yolda olduğunu, tezliklə deyilən yerə çatacağını demişdir. Az sonra onlar Nizami rayonu, Keşlə qəsəbəsinə, Əflanın telefonda göstərdiyi yerə çatmışlar. Əflan və Nihad avtomobildən düşəndə ətrafda kimsə olmamışdır. Həmin vaxt tanımadığı cavan bir oğlan piyada onların yanından keçib bir az irəlidən geri dönüb qayıtmışdır. Əflan həmin oğlandan nə isə soruşmuş, bu vaxt Bahadur sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb qolundan tutmuşdur. Bahadur qolundan tutduğu Rəsulla mübahisə edən zaman Əflan Bahadura səslənmişdir ki, “onluq deyil, onunla işin olmasın”. Lakin Bahadur hərəkətlərinə davam edib Rəsulun qolundan tutub Əflana demişdir ki, “bu elə həmin oğlandır”. Sonra Bahadur qolundan tutduğu Rəsulu avtomobilin yanına gətirib avtomobilin arxa qapısını açaraq Rəsuldan avtomobilə minməyi tələb etmişdir. O, Bahadura demişdir ki, avtomobilin qapısı əziləcək, elə etməsin. Lakin Bahadur onun sözlərinə əhəmiyyət verməyib Rəsulla dartışmağa başlamışdır. Həmin vaxt Rəsul Bahadurun əlindən çıxan zaman büdrəmiş, lakin yerə yıxılmamışdır. Bahadurun əlindən çıxan Rəsul yaxınlıqdakı dükan istiqamətinə qaçmışdır. Əflan, Nihat və Bahadur avtomobilə əyləşən zaman o, görmüşdür ki, Rəsulun papağı avtomobilin ayaq altına düşüb, Nihat Rəsulu çağırıb demişdir ki, anlaşılmazlıq olub, gəl papağını götür. Lakin Rəsul gəlməmiş və onlar avtomobilə əyləşib yola düşmüşlər. Dərnəgül yolunda avtomobilin təkərinin havası buraxmış, o, təkərə hava vuran zaman görmüşdür ki, Bahadur əlində bir telefonun kodunu açmaq istəyir, lakin aça bilmir. Həmin vaxt bilmişdir ki, Bahadur dalaşdığı Rəsulun cibindən mobil telefonu da götürüb. Əflan telefonu Bahadurun əlindən alıb baxmış, Bahadura demişdir ki, nahaq yerə belə hərəkət edib, telefonu aparıb qaytarsın. Sonra Əflan telefonu Bahadura qaytarmışdır. O, təkəri təmir etdikdən sonra yola düşmüşlər və məhəlləyə çatıb hər birini evinə yola salmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, hazırda fərdi olaraq fəhləlik edib dolanır. Şahid4la bir məhəllədə yaşayır, aralarında yaxın münasibət vardır. 10 mart 2022-ci il tarixdə saat təxminən 20 radələrində məhəllədə olan zaman Əflan ondan münasib tanış taksi sürücüsünün olması barədə soruşub söyləmişdir ki, Nizami rayonu, Keşlə qəsbəsinə getmək istəyir, lakin maddi imkanı yoxdur, yalnız benzin puluna imkanı var. Deyilən məsələ ilə bağlı məhəllədə taksi fəaliyyəti ilə məşğul olan Rafiqdən soruşmasını xahiş etmişdir. O, Rafiqlə danışmış, sonuncu ona söyləmişdir ki, bir nəfəri də evində düşürmək istəyir. O, etiraz etməmiş və həmin gün saat 00:30 radələrində Rafiq avtomobili ilə gəlmişdir. Həmin vaxt Rafiqin idarə etdiyi avtomobilin qarşı oturacağında əvvəllər tanımadığı bir nəfər, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Əflan mobil telefonundakı “Whatsapp” proqramında gedəcəkləri yeri Rafiqə göstərdikdən sonra onlar yola düşmüşlər. Yol boyu Əflan telefonda tanımadığı bir nəfərlə mübahisə edib hazırda yolda olmasını, tezliklə çatacağını deyərək həmin şəxsdən harada olduğu barədə soruşmuşdur. O, başa düşmüşdür ki, Əflanın telefonda danışdığı şəxs yəqin telefonda səhvən Əflanı yığıb, aralarında mübahisə olub və Əflan söhbətə aydınlıq gətirmək üçün həmin şəxslə görüş təyin edib. Həmin gün təxminən 01:30 radələrində onlar Əflanın mobil telefonundakı “Whatsapp” proqramında gedəcəkləri yerə çatmışlar. Həmin yerdə kimsə olmamış, o, Əflanla avtomobildən düşdükdən sonra Əflan telefonla yenidən kiməsə zəng edib kənara çəkilmişdir. O, hiss etmişdir ki, Əflanın zəng etdiyi şəxs telefonu söndürüb. Həmin vaxt yol ilə piyada əvvəllər tanımadığı cavan bir oğlan keçmişdir. Əflan sonradan istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs salam verib sonuncudan telefonda danışdığı şəxs olub-olmamasını soruşmuşdur. Rəsul “nə zəng, elə bir şey olmayıb” deyib yoluna davam etmişdir. Əflan kənara çəkilib yenidən telefonla zəng edən zaman o, görmüşdür ki, Bahadur yol ilə piyada gedən Rəsula yaxınlaşarq onlara səslənib “axtardığınız elə bu özüdür” demişdir. Həmin vaxt Əflan demişdir ki, “o deyil, gəlin gedək”. Lakin Bahadur hərəkətlərinə davam edib Rəsulun qolundan tutub saxlayaraq Əflana demişdir ki, telefonda danışan Rəsul olmuşdur. Bahadur Rəsulun əynində olan gödəkçəsinin ciblərini yoxlayıb “Go” içkisini götürmüşdür. X7 qolundan tutaraq avtomobilə tərəf aparıb orada avtomobilin arxa qapısını açaraq Rəsuldan tələb etmişdir ki, avtomobilə əyləşsin. Həmin vaxt Əflan Bahadura səslənmişdir ki, “onluq işimiz yoxdur, gəl gedək”. Lakin Bahadur həmin sözlərə əhəmiyyət verməyib hərəkətlərinə davam etmiş, Rəsulu avtomobilə soxmağa çalışmışdır. O, Bahadurla Rəsulu ayırmağa çalışan zaman hiss etmişdir ki, Rəsul içkilidir. Əflan sürücü Rafiqə işarə etmişdir ki, “sür, gəl gedək”. Həmin vaxt Bahadur Rəsulu avtomobilə mindirməyə çalışmış, o isə Əflanla Rəsulu ayırmaq istəmişdir. Həmin vaxt Rəsul Bahadurun əlindən çıxan zaman büdrəmiş, lakin yerə yıxılmamışdır. Bahadurun əlindən çıxan Rəsul yaxınlıqdakı dükan istiqamətinə qaçmışdır. Onlar avtomobilə əyləşən zaman o, görmüşdür ki, Rəsulun papağı avtomobiin ayaq altına düşüb. O, Rəsulu çağırıb demişdir ki, “anlaşılmazlıq olub, gəl papağını götür”. Lakin Rəsul gəlməmiş, odur ki, onlar yola düşmüşlər. Dərnəgül yolu ilə gedən zaman avtomobilin təkərinin havası buraxmışdır. Rafiq təkəri dəyişən zaman o, görmüşdür ki, Bahadur əlində bir telefonun kodunu açmaq itəyir, lakin aça bilmir. Həmin vaxt bilmişdir ki, Bahadur dalaşdığı Rəsulun cibindən mobil telefonu da götürüb. Əflan telefonu Bahadurun əlindən alıb baxmış və Bahadura söyləmişdir ki, nahaq yerə belə hərəkət edib, telefonu aparıb qaytarsın. Sonra Əflan telefonu Bahadura qaytarmışdır. Rafiq təkəri təmir etdikdən sonra onlar yola düşmüşlər və məhəlləyə çatıb hər biri evinə yollanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, əvvəllər ticarətlə məşğul olmuşdur, hazırda heç bir yerdə işləmir. 11 mart 2022-ci il tarixdə gecə saatlarında o, adını çəkmək istəmədiyi bir nəfərlə görüşüb bir məsələyə aydınlıq gətirmək istəmişdir. Həmin şəxslə telefonla danışdıqdan sonra sonuncu mobil telefonun “Whatsapp” proqramında görüşəcəkləri yeri onun telefonuna göndərmişdir. Həmin yerə getmək üçün maddi imkanı olmamışdır. Odur ki, məhəlləsində yaşayan, yaxın münasibətdə olduğu Şahid3 xahiş etmişdir ki, yalnız benzin pulunu vermək şərtilə bir taksi tapıb onunla həmin yerə getsin. Nihad tanışı Şahid5 ilə danışıb razılaşdıqdan sonra Rafiq avtomobili ilə gəlmişdir. Həmin vaxt avtomobilin qarşı oturacağında əvvəllər tanımadığı, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs olmuşdur. O, mobil telefonun “Whatsapp” proqramında gedəcəkləri yeri Rafiqə göstərmiş və yola düşmüşlər, saat 01:30-da həmin yerə çatmışlar. O, Nihadla avtomobildən düşən zaman ətrafda kimsə olmamışdır. Həmin vaxt tefonuna zəng gəlmiş, o, telefonla danışan zaman yoldan cavan bir oğlan keçmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs telefonda danışdığı şəxs olub-olmamasını soruşmuşdur. Rəsul “nə zəng, elə bir şey olmayıb” deyib yoluna davam etmişdir. O, kənara çəkilib telefonda onunla danışan şəxsə zəng etmək istəyərkən görmüşdür ki, avtomobildə onlarla bir yerdə gələn Bahadur yolla gedən Rəsulla mübahisə edir. O, Nihadla onlara yaxınlaşıb Bahadura demişdir ki, “bu həmin oğlan deyil, işin olmasın”. Həmin vaxt Bahadur ona əhəmiyyət verməyib hərəkətlərinə davam edərək Rəsulu avtomobilə otuzdurmağa çalışmışdır. O, Nihadla bir yerdə Rəsulu Bahadurun əlindən almağa çalışmış, lakin bacarmamışdır. Bahadura demişdir ki, “sən kimsən ki, mənim işimə qarışırsan?” Dartışma zamanı Rəsul yerə yıxılmış, o, narahat olub Rafiqə demişdir ki, “gəl, sür gedək”. Sonra onlar avtomobilə minib oradan uzaqlaşmışlar. Dərnəgül yolunda avtomobilin təkərinin havası buraxmış, Rafiq təkəri dəyişən zaman görmüşdür ki, Bahadur əlində bir telefonun kodunu açmaq itəyir, lakin aça bilmir. Həmin vaxt bilmişdir ki, Bahadur dalaşdığı Rəsulun cibindən mobil telefonunu da götürüb. O, telefonu Bahadurun əlindən alıb baxmış və Bahadura söyləmişdir ki, nahaq yerə belə hərəkət edib, telefonu aparıb qaytarsın. Sonra o, həmin telefonu Bahadura qaytarmışdır. Məhəlləyə çatıb hər biri evinə yollanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, fərdi olaraq yük avtomobilində sürücü işləyir. 11 mart 2022-ci il tarixdə saat 01 radələrində yorğun vəziyyətdə işdən çıxıb piyada evinə gedən zaman yolda məhəlləsində yaşayan Zərərçəkmiş şəxsla rastlaşmışdır. Rəsul içkili olmuş və ona şikayət edib bildirmişdir ki, tanımadığı şəxslər onu yolda saxlayıb üzərində olan mobil telefonunu, 40 manat pulunu və siqaretini götürüb hadisə yerindən uzaqlaşmışlar. Rəsul ondan xahiş etmişdir ki, hadisə barədə telefonu ilə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat versin. O, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 102 xidmətini yığıb telefonu Rəsula vermişdir. Sonradan baş verənlər barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, uzun müddətdir Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi 38 ünvaında yerləşən ərzaq mağazasında satıcı işləyir. 11 mart 2022-ci il tarixdə saat təxminən 01 radələrində mağazada olan zaman qonşu məhəllədə yaşayan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs mağazadan 3 ədəd spirtli “Go” içkisi və siqaret alıb getmişdir. Az müddət keçdikdən sonra Rəsul içkili vəziyyətdə mağazaya daxil olub söyləmişdir ki, tanımadığı şəxslər onu yolda saxlayıb üzərində olan mobil telefonunu, 40 manat pulunu və siqaretini götürüb hadisə yerindən uzaqlaşmışlar. Ondan xahiş etmişdir ki, mağazanın kamerasına baxıb həmin avtomobilin nömrəsini desin. O, mağazanın kamera görüntülərinə baxmış, lakin kamera Rəsulun dediyi istiqaməti görmədiyi üçün müsbət nəticə olmamışdır. Hadisədən bir saat sonra Nizami RPl-nin 23-cü PB-dən polis əməkdaşları gəlib baş vermiş hadisə ilə bağlı mağazanın kamera görüntülərinə baxmışlar, onlar da həmin işlə bağlı bir məlumat əldə edə bilməyib getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs, Bakı şəhəri Nizami RPİ-nin ekspert-kriminalistinin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 12 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, cinayət işinin istintaqı zamanı əldə edilmiş “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs məxsus olub-olmamasını müəyyən etmək üçün Nizami RPİ-nin İŞ-də xidməti otaqda həmin şəxsə tanınmaya təqdim edilmişdir. İş otağında olan masanın üzərinə 4 ədəd oxşar formalı mobil telefonlar, o cümlədən istintaqla götürülmüş həmin “Redmi” markalı mobil telefon qoyulmuş, mobil telefonlar masanın üzərində sol tərəfdən sağ tərəfə say ardıcıllığı ilə 1dən 4-ə qədər olan rəqəmlərlə nişanlanmışdır. İstintaqla götürülmüş “Redmi” markalı mobil telefon 4 rəqəmi ilə nişanlanmışdır. Predmetlər masa üzərinə qoyulub nişanlandıqdan sonra Zərərçəkmiş şəxs otağa dəvət edilmiş, o, həmin predmetləri diqqətlə nəzərdən keçirərək bildirmişdir ki, ona tanınmaya təqdim edilmiş və 1-dən 4-ə qədər nömrələrlə nişanlanmış mobil telefonlar arasında məhz “4” rəqəmi ilə nişanlanmış “Redmi” markalı mobil telefon ona məxsusdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, o, özünə məxsus “Redmi” markalı mobil telefonu ekranı çatlı və arxa korpusu zədəli olduğu üçün mükəmməl olaraq yadında saxladığından tanımışdır və dəqiq olaraq bütün digər əşyalar arasında tanıya bilər. (i.v. 106-107) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin Nizami rayon şöbəsinin 15 mart 2022-ci il tarixli 194 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağının sağ yarısında selikli qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 mart 2022-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən onun sifət nahiyəsinə yumruqla vurulması nəticəsində əmələ gəlməsi mümkündür. Bu xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (i.v. 165-166) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 aprel 2022-ci il tarixli 9/2114 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ön ekranı zədəli və arxa korpusu qopmuş vəziyyətdə olan “Xiaomi” markalı “Mİ A1” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. (i.v. 204-206) - 27 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 144.2.1, 145.2.1 və 322.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, iş üzrə təqsirləndirilən şəxs Şahid3 barəsində Azərbaycan Respublkası CM-nin 180.2.1 və 180.2.4-ci maddələri ilə cinayət təqibinə və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltiizam qətimkan tədbirinə xitam verilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd ön ekranı zədəli və arxa korpusu qopmuş vəziyyətdə olan “Xiaomi” markalı “Mİ A1” modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə həllini tapana kimi saxlanması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmiş, ********* nömrəli cinayət işindən 11 mart 2022-ci il tarixdə saat 01:30 radələrində Şahid4 və Şahid3 Nizami rayonu, Keşlə qəsəbəsinə gəlişinin səbəbini aydınlaşdırmaq üçün material ayrılaraq araşdırılması üçün Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (i.v. 227-236) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26) - 13 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 133-136) - 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. -Zərərçəkmiş şəxs 15 mart 2022-ci il və 30 iyun 2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və maddi tələbi yoxdur, həmin şəxsə köməklik göstərilməsini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (i.v. 168) -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 04 iyun 2013-cü il tarixdə, X1 09 sentyabr 2018-ci il tarixdə doğulmuşlar. (i.v. 177-178) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 209-211) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmşdir, hal-hazıradək, yəni 23 dekabr 2022-ci il tarixədək ev dustaqlığındadır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 09 ay 11 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi və təqsirləndirilən şəxslə barışması barədə ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 12 mart 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək həbsdə, həmin tarixdən 23 dekabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 09 (doqquz) ay 11 (on bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun. Maddi sübut qismində tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1 ədəd ön ekranı zədəli və arxa korpusu qopmuş vəziyyətdə olan “Xiaomi” markalı “Mİ A1” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 210 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-273/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-273/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver