Məhkəmə qərarları › İş №1(007)-273/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-273/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-273/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “Dəniz” restoranında müştəri qismində əyləşən zaman digər masada əyləşmiş Zərərçəkmiş şəxs telefonunda olan “Birbank” mobil tətbiqi proqramı vasitəsilə aparılmış maliyyə əməliyyatına dair məlumatı tanışına göndərməsi üçün kömək etməsi məqsədilə özünə məxsus, istifadəsində olan “Samsung S21“ markalı mobil telefonu ona verməsindən istifadə edib “Birbank” mobil tətbiqi proqramından Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kartın üzərindəki hesab nömrəsini özündə əks etdirən 4169 7388 4474 1813 rəqəmlərini özünə məxsus mobil telefonunda olan “Bolt Food" proqramı vasitəsilə qeydiyyatdan keçirdikdən sonra Zərərçəkmiş şəxs məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən “Bolt Food” proqramı vasitəsilə həmin kart ilə “Bolt Market”dən xx.xx.2023-cü il tarixdə saat 13:50:51-də 374 manat 07 qəpik, həmin tarixdə saat 14:14:38-də 147 manat 05 qəpik, həmin tarixdə saat 14:18:49-da “Beyləqan Kabab evi”ndən 99 manat 70 qəpik dəyərində müxtəlif növdə və sayda siqaret, enerji və spirtli içkilər sifariş verib ünvan 4 ünvanında yerləşən Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında qəbul etməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus “Kapital Bank" ASC-yə aid kartından 620 manat 82 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 25 dekabr 2023-cü il tarixində günorta saat 13 radələrində Bakının Nizami rayonu ərazisində yerləşən “Dəniz” restoranında nahar edərkən qonşu masada əyləşmiş, adının Zərərçəkmiş şəxs olduğunu sonradan bildiyi tanımadığı şəxs əlindəki mobil telefonu ona tərəf uzadaraq tanışına telefonla bank kartı vasitəsilə göndərdiyi pulun köçürülməsini təsdiq edən qəbzin əldə olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. O, telefonu götürüb mobil telefonda “Birbank” tətbiqinin açıq olduğunu görmüş, həmin şəxsin kart məlumatlarını öz telefonuna qeyd etmiş, bundan sonra öz mobil telefonuna “Bolt Food” mobil tətbiqini yükləyərək öz istifadəsində olan mobil nömrə ilə “Habil Məmmədov” adı ilə qeydiyyatdan keçib ödəniş üçün Raminin kart məlumatlarından istifadə etmişdir. Daha sonra o, “Bolt Food” tətbiqindən istifadə etməklə cəmi 620 manat 82 qəpik dəyərində 15 ədəd “Redbull”, 15 ədəd “Bizon” energetik içkiləri, 10 qutu “Vinston” və 10 qutu “Sobranie” siqaretləri və 3 şüşə “Chivas Regal 18” markalı viski sifariş etmiş, sifarişdən 30 dəqiqə sonra həmin məhsulları 3 ayrı-ayrı kuryer tərəfindən Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında qəbul etmişdir. İbtidai istintaq dövründə Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmişdir. Cavanlığını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan və tədqiq olunmuş ifadəsindən görünür ki, 25 dekabr 2023-cü il tarixində günorta saat 13 radələrində Bakının Nizami rayonu ərazisində yerləşən “Dəniz” restoranında nahar edərkən tanışına mobil telefonunda olan bank tətbiqi vasitəsilə bank kartından pul göndərmiş, lakin pulun göndərilməsini təsdiq edən qəbzi əldə edə bilməmişdir. O, qonşu masada əyləşmiş tanımadığı cavan oğlana kömək üçün müraciət etmiş, bu məqsədlə öz mobil telefonunu ona vermişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs telefonu götürüb təxminən 1 dəqiqədən sonra ona qaytarmış və pul köçürməsini təsdiq edən qəbzi pulu qəbul edən şəxsə göndərdiyini bildirmişdir. Həmin vaxt onun başı yemək sifarişinə qarışdığına görə telefonda aparılan əməliyyatlara baxa bilməmişdir. Bundan sonra həmin oğlan restoranı tərk edib getmişdir. Təxminən 20 dəqiqədən sonra aşkar etmişdir ki, həmin oğlan mobil telefonda “Birbank” tətbiqinin açıq olmasından istifadə edərək bank kartında olan 625 manat puldan 620 manat 82 qəpik hissəsini ələ keçirmişdir. Bunu aşkar edən kimi o dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİ-yə ünvanlanmış 16 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Hadisənin baş verdiyi anı əks etdirən görüntülər “Dəniz” restoranının müşahidə kameralarından götürülərək CD diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində görüntüdə olan şəxsin o olduğunu bildirmişdir. - "xxxx" ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs adına həmin bankdan verilmiş 416973....1813 nömrəli bank kartının hesabından xx.xx.2023-cü il tarixində X1, X2.az vasitəsilə 147,05 manat, 374,07 manat və 99,70 manat olmaqla 3 dəfəyə ümumilikdə 620,82 manat pul çıxarılmışdır. - İbtidai istintaq orqanı tərəfindən "xxxx" Az MMC-yə verilmiş sorğunun cavabından görünür ki, “Bolt Food” tətbiqində “Habil Məmmədov” adı ilə +**********16 GSM nömrə ilə mailto:habil.memmedov.99@mail.comElektron ünvan elektron ünvanı ilə qeydiyyatdan keçən şəxs Zərərçəkmiş şəxs adlı müştərinin kart hesabından istifadə etməklə 25 dekabr 2023-cü il tarixində 620,82 manat dəyərində sifariş etmişdir. - İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 15 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-də Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə 04 may 2019-cu il tarixli qərarla CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. - İş materiallarında olan şübhəli şəxs qismində tutma haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2024-cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunaraq həbsdən azad edilmişdir. - İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. - İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixində tutulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. İş materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bank kartının məlumatlarından istifadə etməklə sonuncunun 620 manat 82 qəpik məbləğində əmlakını oğurlamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və vurulmuş ziyanın əvəzini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması, habelə 16 may 2024-cü il saat 00:10-dan məhkəmə iclasının keçirildiyi hal-hazırkı dövrədək 1 ay 17 gün həbsdə saxlanılması nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 17 gün, cəmi 01 ay 19 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) nəzərə alınmaqla ona təyin olunmuş cəzadan 03 ay 08 gün çıxılsın, üzərində qəti olaraq 02 il 02 ay 22 gün (iki il iki ay iyirmi iki güm) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası məhkumun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 210 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar