Məhkəmə qərarları › İş №1(007)-274/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-274/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-274/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1958-ci ildə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi çəkisi 7,801 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvana daşıyaraq saxlamış, 10 yanvar 2022-ci il tarixdə saat 22.50 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı mənzilin yataq otağında çarpayının üzərində olan yastığın altından plastmas qabın içərisindən 17 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,410 qram, 0,404 qram, 0,340 qram, 0,563 qram, 0,390 qram, 0,550 qram, 0,338 qram, 0,407 qram, 0,645 qram, 0,503 qram, 0,590 qram, 0,407 qram, 0,278 qram, 0,702 qram, 0,378 qram və 0,413 qram olmaqla, ümumi çəkisi 7,801 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə saat 20 radələrində dükandan siqaret alıb D.Aslan küçəsi ilə qayıdan zaman çoxdan tanıdığı Müslümü görmüş və sonuncu ilə söhbət edən zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətlərini müəyyənləşdirdikdən sonra onları polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 23-cü PB-nə getmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsin axtarış keçirilən zaman üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu “Prima” markalı siqaretləri təqdim etmiş və narkotik vasitə istifadəçisi olduğunu bildirərək yaşadığı mənzildə “marixuana” olduğunu demişdir. Polis əməkdaşları yaşadığı Nizami rayonu, D.Aslan küçəsi 70 ünvana onun iştirakı ilə baxış keçirmiş və yatdığı çarpayının döşəyinin altından şəxsi istifadəsi üçün saxladığı plastmas qutuda olan marixuana aşkar edilərək götürülmüşdür. Təxminən iki ildir 4-5 gündən bir narkotik vasitə “marixuana" istifadə edir. Mənzilindən aşkar edilmiş narkotik vasitə “marixuana”nı özünün şəxsi istifadəsi üçün saxlamış və “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata almışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. 10 yanvar 2022-ci il tarixdə bölməyə “Vahid” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20:05 radələrində Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsində qeyrisi ilə birlikdə dayanmış “Vahid” adlı şəxs saxlanılmış, sonuncuların şəxsiyyəti müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs və X1 RPİ-nin 23-cü PB-nə dəvət olunmuşdur. PB-də hər iki şəxsə üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, axtarış və götürmənin aparılması haqqında qərarla tanış edilərək üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etmələri təklif olunmuşdur. X5 əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf politilenə bükülmüş qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə bənzər maddəni könüllü təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu “Prima” markalı siqareti təqdim etmişdir. X3 təqdim etdiyi bir ədəd şəffaf politilenə bükülmüş qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə bənzər maddə kağız zərfdə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. X5 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “kakos" olduğunu və 2-3 gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 21 manata aldığın demişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən iki mərtəbəli evə baxış keçirilərkən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağındakı çarpayının üstündəki yastığın altından plastmas qabda 17 ədəd bükümdə müxtəlif rənglərdə olan kağız bükümlərdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni 5 gün əvvəl aldığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 10 yanvar 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu “Prima" markalı siqaret və gödəkçənin sağ yan cibindən isə bir ədəd “Kater” markalı mobil telefonu təqdim etmiş, narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu bildirmişdir. İşdə olan 10 yanvar 2022-ci il tarixli «Mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvarda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağındakı çarpayının üstündəki yastığın altından plastmas qabda 17 ədəd bükümdə müxtəlif rənglərdə olan kağız bükümlərdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl aldığını bildirmişdir. İşdə olan 15 yanvar 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 qutu "Prima” markalı siqaret və gödəkçənin sağ yan cibindən isə bir ədəd "Kater markalı mobil telefonu çıxardıb təqdim etmiş, narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağındakı çarpayının üstündəki yastığın altından plastmas qabda 17 ədəd bükümdə müxtəlif rənglərdə olan kağız bükümlərdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl aldığını bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2022-ci il tarixli 7/26 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksi “ 4) imza Təqsirləndirilən şəxs...." yazı və imzalar olan zarfdə 17 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,483 qram, 0,410 qram, 0,404 qram, 0,340 qram, 0,563 qram, 0,390 qram, 0,550 qram, 0,338 qram, 0,407 qram, 0,645 qram, 0,503 qram, 0,590 qram, 0,407 qram, 0,278 qram, 0,702 qram, 0,378 qram və 0,413 qram olmaqla, ümumi çəkisi 7,801 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 948 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 7,801 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 10 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə»ni və «evə baxış keçirilməsi və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıq çəkisi 7,461 qramı maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixli şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi çəkisi 7,801 qram bitki mənşəli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhz satış məqsədi ilə əldə edilməsinə, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilmədiyinə görə onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ümumi çəkisi 7,801 qram bitki mənşəli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məhs satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün saxladığını və “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 7,801 qram bitki mənşəli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi, həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş narkotik vasitə marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananı satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 7,801 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 2 ünvana daşıyaraq saxlamış, 10 yanvar 2022-ci il tarixdə saat 22.50 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı mənzilin yataq otağında çarpayının üzərində olan yastığın altından plastmas qabın içərisindən 17 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,410 qram, 0,404 qram, 0,340 qram, 0,563 qram, 0,390 qram, 0,550 qram, 0,338 qram, 0,407 qram, 0,645 qram, 0,503 qram, 0,590 qram, 0,407 qram, 0,278 qram, 0,702 qram, 0,378 qram və 0,413 qram olmaqla, ümumi çəkisi 7,801 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməli müvafiq olaraq həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin, 42.1-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 7,461 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, «şəxsi axtarış və götürmə»ni və «evə baxış keçirilməsi və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 08 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 06 (altı) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 7,461 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar