Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-275/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunun, Cəhri kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 3 fevral 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış, Zərərçəkmiş şəxs məxsus “Mersedes E 320” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı qapı və şüşələri bağlı olan avtomobilin arxa sol qapısının kiçik ölçüdə olan şüşəsini yerdən tapdığı dəmir alətlə sındıraraq avtomobilin salonuna qanunsuz daxil olub avtomobilin ön sərnişin oturacağının ayaqaltı hissəsində olan, istifadədə olmamış, üzərində “Tissot 1853” yazısı olan, hər birinin dəyəri 20 manat, ümumilikdə dəyəri 1800 manat olan 90 ədəd qol saatını, avtomobilin ön şüşəsindən asılmış vəziyyətdə, istifadədə olmuş, sarı-qızılı rəngli, üzərində “DİN” yazısı, Daxili İşlər Nazirliyinin emblemi formasında olan, dəyəri 20 manat olan aksesuarı, istifadədə olmamış, şüşə qabda, üzərində “Creatine” yazısı, çəkisi 1 kiloqram olan, dəyəri 75 manat təşkil edən 01 ədəd idman qidasını, istifadədə olmamış, tutumu 50 milliqram, üzərində “Megamar” yazısı, dəyəri 55 manat olan 01 ədəd kişi ətirini qəsdən gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 1950 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər" metrostansiyasının yaxınlığında tanışı X1 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,796 qram psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 09 fevral 2022-ci il tarixdə saat 17:15 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 ünvanda oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilərək orada üzərinə keçirilmiş axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan qara rəngli pul qabıdan 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,796 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə isintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə psixotrop maddə əldə etmək üçün pul lazım olduğundan həmin gün gecə saat 03 radələrində ünvan 4 ünvanda “Mercedes" markalı avtomobilin sol arxa qapısının balaca şüşəsini yerdən götürdüyü dəmir parçası ilə əvvəlcə sındıraraq avtomobilin arxa qapısını, daha sonra ön sağ tərəf qapısını açmış və ön sərnişin oturacağının ayaqaltı hissəində paketdə olan qol saatlarını və güzgüdən asılı vəziyyətdə üzərində Daxili İşlər Nazirliyinin emblemi olan sepi, avtomobilin ön sərnişin oturacağından plastik qabda olan idman qidasını və avtomobilin surətlər qutusunun yanından 1 ədəd şüşə qabda olan ətiri götürmüşdür. Götürdüyü qol saatlarından 30 ədədini Neftçilər metrosu yaxınlığında tanımadığı şəxsə birini 10 manatdan satmış, 54 ədəd saatı əvvəllər tanıdığı, Neftçilər metrosu yaxınlığında maqazası olan Şahid3 vermiş və sonuncu saatları satdıqca pulunu verəcəyini demişdir. 6 ədəd qol satını isə qaynı Cavid Babayevgilin evində, aksesuarı isə özündə saxlamışdır. İdman qidasını istifadə edə və sata bilmədiyi üçün Neftçilər metrosu yaxınlığında zibil qutusuna atmışdır. Ətiri isə Neftçilər metrosu yaxınlığında tanımadığı şəxsə 20 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 ünvanda iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və onun oğurluqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. 24-cü PŞ-nin inzibati binasında ona təyin edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilərkən, üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təhvil verməsi təklif edilmişdir. Bundan sonra, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən xx.xx.3033-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində polis emblemi olan sepi təqdim etmişdir. Lakin önün üzərindən narkotik maddə olmamış, polis bölməsində həmin maddəni üzərinə qoymuşlar. 01 ədəd üzərində polis emblemi olan sep götürülmüşdür. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzində yerləşən mağazada saat və pulqabı satışı ilə məşğul olmuşdur. 01 fevral 2022-ci il tarixdə “Sədərək” ticarət mərkəzindən hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 1800 manat dəyərində 90 ədəd “Tissot" markalı qol saatı almışdır. Saatları daha sonra mağazanın vitrininə yerləşdirmək üçün etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtombilin ön sərnişin oturacağının ayaqaltı hissəsinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində yaşadığı evin yaxınlığında avtomobili saxlayaraq evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində avtomobilə yaxınlaşarkən avtomobilin arxa sağ tərəf qapısının kiçik şüşəsinin sındırıldığını, ön sərnişin oturacağının ayaqaltı hissəsində saxladığı hər birinin dəyəri 20 manat, ümumilikdə dəyəri 1800 manat olan, 01 ədəd bağlamada 90 ədəd qol saatının, salonun ön hissəsində güzgüdən asılmış 20 manat dəyərində Daxili İşlər Nazirliyinin emblemi formasında olan aksesuarın, 75 manat dəyərində 01 ədəd şüşə qabda olan, 1 kiloqramlıq “creatine" adlı idman qidasının, 55 manat dəyərində 01 ədəd “meqamar” adlı, şüşə qabda olan 50 milliqramlıq kişi ətrinin oğurlandığını müəyyən etmişdir. Həmçinin avtomobilin sağ arxa qapısının kiçik ölçüdə olan şüşəsinin sındırılması nəticəsində ona 145 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında “Baku Silver” adlı mağazanı işlətmişdir. Mağazada pul qabı, saat və digər xırda əşyalar satılmışdır. Əvvəllər tanıdığı Təqsirləndirilən şəxs mağazanın yaxınlığında yerləşən avtomobil dayaracağına nəzarət etmişdir. 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək sellofan paketdə olan saatları satmaq istədiyini bildirmişdir. Saatları haradan əldə etdiyini soruşduqda Vüsal saatların özünə məxsus olduğunu, borcu olan bir şəxsin pul əvəzində həmin saatları ona verdiyini demişdir. Saatları almağa imkanı olmadığını bildirdikdə Vüsal saatları mağazaya yerləşdirib satıldıqca pulunu verməyi təklif etmişdir. Sonuncu ilə razılaşmış və ümumilikdə 54 ədəd saat götürülüb mağazada vitrinə yerləşdirilmişdir. Vüsalın həmin saatları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəziifəsində polis mayoru rütbəsində xidmət edir. 09 fevral 2022-ci il tarixdə ona həvalə edilmiş əməliyyat tapşırığında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Mersedes" markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobildən ümumilikdə 1800 manat dəyərində 90 ədəd qol saatının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verilməklə həmin oğurluğu edən şəxsin müəyyən edilməsi və iş üçün əhəmiyyət kəsb edə biləcək videogörüntülərin götürülməsi qeyd olunmuşdur. Əməliyyat tapşırığının icrası ilə bağlı Təqsirləndirilən şəxs həmin oğurluq əməlini törətməkdə şübhəli olduğu müəyyən edilmiş və həmin tarixdə saat 17 radələrində ünvan 5 ünvanda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduqda sonra üzərinə şəxsi axtarış keçirilən zamanı sonuncuya üzərində qanunla qadağan olunan əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd üzərində DİN-nin emblemi olan aksesuarı təqdim edərək həmin aksesuarı 03 fevral 2022-ci il tarixdə ünvan 7 ünvanda “Mersedes” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurladığını, daha sonra gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli pul qabını çıxararaq, həmin pul qabının içərisində saxladığı şəffaf rəngli selofan bükülünü təqdim edərək, bükümün içərisində “şüşə” kim tanıdığı psixotrop maddə metamfetamin olduğunu və xx.xx.2022-ci il tarixdə “Neftçilər” metrosu yaxınlığında Vüqar Sultanovdan 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Psixotrop maddəyə bənzər 01 ədəd selofan bükülü və 01 ədəd aksesuar götürülmüşdür. Təqsirləndirilən şəxs eyni zamanda oğurladığı 90 ədəd qol saatını Neftçilər metrosu yaxınlığında yerləşən dükanların birinə satdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X4 və təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş X3 ifadələri məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuşdur. İşdə olan xx.xx.2022-ci il “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer, ünvan 7 binanın qarşısıdır (cild 1, i.v.6-7). İşdə olan xx.xx.2022-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid3, Təqsirləndirilən şəxs Kərərr oğlu tərəfindən ona verilmiş 54 ədəd qol saatını araşdırmaya təqdim etmişdir (cild 1, i.v. 68, 72). İşdə olan xx.xx.2022-ci il tarixli “Könüllü təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, X6 06 ədəd qol saatını istintaqa təqdim etmişdir (cild 1. i.v.180, 182-183). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 60 ədəd qol saatı və 01 ədəd aksesuar, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,746 qram psixotrop maddə metamfetamin və 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınımışdır (cild 1. i.v.222-223). İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə maddi sübut kimi tanınmış 60 ədəd qol saatını və 01 ədəd aksesuarı saxlanılması üçün qəbul etmişdir (cild 1, i.v.221, 227). İşdə olan xx.xx.2022-ci il tarixlu “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən xx.xx.2022-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuarı və gödəkçənin sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofanda psixotrop maddə metamfetamin olan qara rəngli pul qabını təqdim edib həmin maddəni xx.xx.2022-ci il tarixdə Vüqar Sultanovdan aldığını bildirmişdir (cild 1, i.v. 29-30). İşdə olan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən xx.xx.2022-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuarı və gödəkçənin sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofanda psixotrop maddə metamfetamin olan qara rəngli pul qabını təqdim edib həmin maddəni xx.xx.2022-ci il tarixdə Vüqar Sultanovdan aldığını bildirmişdir (cild 1, i.v.106). İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 6/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs....” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,796 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v.76-81). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 mart 2022-ci il tarixli 1489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 228-229). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarixli 9/1495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nümunəyə əsasən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1085,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiyməlləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsinə baxdıqda istifadədə olmamış, qara rəngli kəməri olan, üzərində “Tissot 1853” yazıları olan qol saatının bir ədədinin qiymətinin 20 manat, 15 ədədinin qiymətinin 300 manat, istifadədə olmamış, qəhvəyi rəngli kəməri olan, üzərində “Tissot 1853” yazıları olan qol saatının bir ədədinin qiymətinin 20 manat, 39 ədədinin qiymətinin 780 manat, istifadədə olmuş, sarı-qızılı rəngli, üzərində “DİN” yazısı olan Daxili İşlər Nazirliyinin emblemi formasında aksesuarın bir ədədinin qiymətinin 20 manat, 15 ədədinin qiymətinin 5 manat olduğu müəyyən edilmişdir (cild 1, i.v. 214-217). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 180.2.2, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM- nin 317-2.1 -ci maddələsi ilə təqsirli bilinərək 04 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli hökmünə münasibətdə cəza çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 17 gün hissəsi, hazırki hökm üzrə təyin olunan cəza ilə, hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - 60 ədəd qol saatı və 01 ədəd aksesuar Zərərçəkmiş şəxs qaytarılmalı, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,746 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 ibtidai istintaqda iştirak etdiyi 60 saat, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 saat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 360 manat məbləğində əmək haqqı, Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi 66 manat məbləğində əmək haqqı dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş 06 ay 17 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 131 (yüz otuz bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - 60 ədəd qol saatı və 01 ədəd aksesuar Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,746 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi pulsuz yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 360 manat, məhkəmə isintaqı zamanı göstərdiyi pulsuz yardıma görə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66 manat VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-275/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-275/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver