Məhkəmə qərarları › İş №1(007)-276/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-276/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-276/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1989-cu ildə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmiryol kənarı, ünvansız fərdi həyət evində müvəqqəti kirayədə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1981-ci ildə Naxçıvan MR, Culfa rayonu, Camaldin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Culfa rayonu, Camaldin kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında müvəqqəti kirayədə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs1 özünə məxsus 15 manat, Təqsirləndirilən şəxs2 məxsus 15 manat olmaqla, ümumilikdə 30 manat pul vəsaiti müqabilində istintaqa məlum olmayan vaxtda və mənbədən iki büküm psixotrop maddə metamfetamin əldə edib onunla öz aralarında bölmüş və 30 noyabr 2024-cü il tarixdə saat 21:50-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsində Nizami RPİ-nin 23-cü PB-ni əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib polis bölməsinin xidməti otaqlarının birində üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,659 qram olan ağ rəngli, kristallik hissəsciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,588 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2 oglu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs2 özünə məxsus 15 manat, Təqsirləndirilən şəxs1 məxsus 15 manat olmaqla, ümumilikdə 30 manat pul vəsaiti müqabilində istintaqa məlum olmayan vaxtda və mənbədən iki büküm psixotrop maddə metamfetamin əldə edib onunla öz aralarında bölmüş və 30 noyabr 2024-cü il tarixdə saat 21:50-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib polis bölməsinin xidməti otaqlarının birində üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,588 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,659 qram olan ağ rəngli, kristallik hissəsciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, narkotik vasitə marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində, anket məlumatlarını bilmədiyi şəxsdən hər ikisi üçün 02 ədəd ayrı-ayrı bükümdə 15 manat, ümumilikdə 30 manat müqabilində “patı” kimi bildiyi metamfetamin alıb istifadə etmək məqsədi ilə üzərilərində saxlamışlar. xx.xx.2024-cti il tarixdə saat 21:50 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi 4-cü Köndələn küçəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq ad, soyad və digər anket məlumatlarını soruşmuşlar. Onlar bir qədər həyəcanlı və gec cavab verdiyindən həmin şəxslər polis əməkdaşları olduqlarını qeyd edərək onları Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Bölmənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı ondan həmin bükümün nə olduğu və haradan əldə etdiyini soruşduqda, o həmin maddənin “daş” “patı” kimi bildiyi maddə olduğunu, şəxsi istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadəsi alınmış Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində, dəqiq bilmədiyi ünvanda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən hər ikisi üçün 02 ədəd ayrı-ayrı bükümdə 15 manat, ümumilikdə 30 manat müqabilində “patı” kimi bildikləri metamfetamin alıb istifadə etmək məqsədi ilə üzərilərində saxlamışlar. 30.11,2024-cü il tarixdə saat 21:50 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi 4-cü Köndələn küçəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq ad, soyad və digər anket məlumatlarım soruşmuşlar. Onlar bir qədər həyəcanlı və gec cavab verdiklərindən həmin şəxslər polis əməkdaşları olduqlarını qeyd edərək onları Nizami RPİnin 23-cü PB-nə dəvət etmişlər. Bölmənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan göy rəngli cins şalvarının sol cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü, 11 manat pul, sağ cibindən 01 ədəd “Redmi A 4” markalı mobil telefonu və şalvarının arxa cibindən 01 ədəd alışqan təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən ondan ağ kağız bükümdə olan bükümün nə olduğu və haradan əldə etdiyini soruşduqda, o həmin bükümün “patı” kimi bildiyi maddə olduğunu, 15 manata şəxsi istifadə üçün Xətai rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-cü il tarixdə saat 21:50-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində o, həmçinin Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 ilə birlikdə xidmət apardığı zaman Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsində 2 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları olduğunu bildirərək özlərini təqdim etmişlər, daha sonra onlara suallar verməyə başlamışlar. Lakin həmin şəxslər verilən suallara gec və tərəddüdlü şəkildə cavab vermişlər. Həmçinin, hər iki şəxsin xarici görkəminə fikir verdikdə onlar narkotik vasitə istifadəçisinə oxşamışlar və bu səbəblərə görə onlar onların üzərində narkotik vasitə olmasına şübhə etmişlər. Bununla bağlı olaraq hər iki şəxsi 23-cü PB-nə dəvət etmişlər. Onlar etiraz etməyərək onlarla birlikdə 23-cü PB-nə getmişlər. PB-də həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. PB-də Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra 30.11,2024-cü il tarixdə saat 23:20 radələrində 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən ona məxsus xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 həmin bükümün nə olduğu və haradan əldə etdiyi soruşulduqda, o həmin maddənin “daş” “patı” kimi bildiyi maddə olduğunu, şəxsi istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Eyni zamanda, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqda sonra xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən ona məxsus xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü, 11 manat pul, sağ cibindən 01 ədəd “Redmi A 4” markalı mobil telefonu və şalvarının arxa cibindən 01 ədəd alışqan təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baş təhqiqatçı tərəfindən ondan ağ kağız bükümdə olan bükümün nə olduğu və haradan əldə etdiyini soruşduqda, o həmin bükümün “patı” kimi bildiyi narkotik vasitə olduğunu, 15 manata şəxsi istifadə üçün Xətai rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 eyni məzmunlu ifadə verərək Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5335 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub-götürülmüş tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,538 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5334 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 oğlunun üzərindən aşkar olunub-götürülmüş tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,639 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2024-cü il tarixli, 7572 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2024-cü il tarixli, 7573 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 və X6 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Həmçinin digər təqsirləndirilən şəxs X3 məhkumluğu ödənilsə də, öncələr cinayət törətməsini və hazırkı cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alaraq ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, X1 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR-sı CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Beləliklə, X6 hazırkı cinayət işi üzrə əməli məhkumluğu ödənildikdən sonra törətmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Həsənov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə AR CM-nin 234.4.1, 234.4.3, 206.3.2, 318.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzaına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini etiraf etmələrini, əməldən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətin qabaqcadan əlbir olan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə yuxarıda qeyd edilən cinayətlərin residivini və cinayətin qabaqcadan əlbir olan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxslərin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 0,609 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 297 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 0,538 qram çəkidə psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 297 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar