Məhkəmə qərarları › İş №1(007)-278/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-278/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-278/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı – X10 oğlunun, zərərçəkmiş şəxslər – mülki iddiaçılar – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə saat 17:50 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C180” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu" metrostansiyasından üzü şəhər istiqamətində 85 km/saat sürətlə hərəkətdə olarkən H.Əliyev prospekti 118 ünvanında, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, idarə etdiyi avtomobili qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan, ilkin olaraq Zərərçəkmiş şəxs5nə məxsus, Şahid1 yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə həmin avtomobilin arxası ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan "Toyota Corolla” markalı avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağciyərlərin zədələnməsi ilə müşayiət olunan soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yayılmış, yerdəyişmiş sınıqları, bədənin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları xəsarətləri almaqla həmin xəsarətlərdən qabırğaların çoxsaylı sınıqları və ağciyərlərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş, digər sərnişin Zərərçəkmiş şəxs4 ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol əlin sıyrıqları xəsarətləri, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 isə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən alnın, sol qoltuqaltı nahiyənin və sol saidin sıyrıqları xəsarətləri almış, "xxxx" markalı avtomobil ilə toqquşması nəticəsində "xxxx" markalı avtomobil aşaraq idarəolunmaz vəziyyətdə qarşı hərəkət zolağına çıxıb həmin zolaqla hərəkətdə olan, Zərərçəkmiş şəxs2 “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 60597,55 manat, “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X2 6280 manat, "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs5nə 72301,45 manat maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 29 mart 2021-ci il tarixdə saat 17:50 radələrində “Mercedes C180" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından üzü şəhər istiqamətində hərəkətdə olarkən H.Əliyev prospekti 118 ünvanında sükan arxasında yatdığı üçün idarəetməni itirmiş, nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisənin necə baş verdiyini görməmişdir. O, həmin gün oruc tutmuş, həmçinin yorğun olmuşdur. Atasını həkimdən götürüb evlərinə aparmış və işlədiyi yerə geri qayıdarkən yolda sükan arxasında yatmış və nəticədə bu hadisə baş vermişdir. Baş vermiş həmin hadisə zamanı idarə etdiyi avtomaşında ondan başqa heç kim olmamışdır. Hadisə nəticəsində özü də xəsarət almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 25000 manat pul vermişdir, mülki iddianı 10000 manat hissəsində qəbul edir. Məhkəmədən barəsində hökm çıxararkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, istintaqda verdiyi izahatını müdafiə edir. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs5nə məxsus "xxxx" markalı avtomobilə 72301,45 manat ziyan dəymişdir. Müəssisəyə dəymiş ziyan ödənilməmişdir, hazırda mülki iddiaları yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X6 izahatında bildirmişdir ki, 29 mart 2021-ci il tarixdə oğlu Həşimə zəng etmiş, telefonu açmamış, sonra mərhum arvadı Rahiləyə zəng etmiş, o da telefonu açmamışdır. Bir qədər sonra kiçik oğlu Rəşada zəng etmiş, o, yol-nəqliyyat hadisəsi baş verdiyini və xəstəxanada olduqlarını bildirmişdir. O, dərhal xəstəxanaya getmiş, mərhum arvadının reanimasiyada olduğunu, oğlanları Həşim və Rəşadın isə xəsarət aldığını görmüşdür. Bir qədər sonra həkimlər Rahilənin öldüyünü bildirmişlər. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 60597,55 manat maddi ziyan dəymişdir. Həyat yoldaşının dəfn xərclərinə və uşaqlarının müalicəsinə 15000 manat xərc çəkmişdir. Ümumilikdə onlara 75597,55 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş ziyandan 25000 manat ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən mülki iddianın qismən təmin edilməsini, digər xərclərə görə 10000 manat pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektində üzü "Koroğlu” metrosu istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Bağırov” körpüsü deyilən yerdən, tuneldən çıxarkən önündəki avtomobilin qarşısındakı “Prado” markalı avtomobilin aşdığını və “Mercedes” markalı avtomobilin üzərinə gəldiyini görmüş və avtomobilini sağa hərəkət etdirsə də hadisənin qarşısını ala bilməmiş, toqquşmuşdur. Bir qədər sonra isə hadisə yerinə tanımadığı adamlar toplaşmış və polislər gəlmişdir. Onları xəstəxanaya aparmışlar, anası xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyandan 25000 manat ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən mülki iddianın qismən təmin edilməsini, digər xərclərə görə 10000 manat pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə qardaşı Həşimin idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektində üzü “Koroğlu” metrosu istiqamətində hərəkətdə olmuşlar. O, öndə oturub, təhlükəsizlik kəmərini taxmış və yatmışdır. Mərhum anası Rahilə isə arxa hissəsində arxa oturacaqda oturmuşdur. Yatdığı yerdə qəfil toqquşma olmuş və avtomobilin hava yastıqlarının açılması ilə oyanmışdır. Hava yastığı üzünə dədiyi üçün 1-2 saniyə havasız qalmış və oyananda başqa avtomobil ilə toqquşmaqlarını və anasının huşsuz vəziyyətdə arxa oturacaqda uzanmasını görmüşdür. Qardaşı sükan tərəfdən enə bilmədiyi üçün onu öz oturduğu tərəfdən avtomobildən endirmişdir. Bir qədər sonra isə hadisə yerinə tanımadığı adamlar toplaşmış və polislər gəlmişlər. Hadisə nəticəsində ciddi olmayan xəsarət almışdır. İş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq cinayət işinə iştirakı olmadan baxılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından üzü şəhər istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən H.Əliyev prospekti 118 ünvanında qarşı hərəkət zolağından aşaraq üzərinə gələn qara rəngli "xxxx" markalı avtomobil onun avtomobilinə dəymiş və dayanmışdır. Hadisə nəticəsində onun avtomobili əzilmiş və ona 6280 maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə idarə etdiyi Zərərçəkmiş şəxs5nə məxsus "xxxx" markalı avtomobillə Nizami rayonu, H.Əliyev prospektində üzü “Koroğlu” metrosu istiqamətində yolun sol zolağı ilə təxminən 85 km/saat sürətlə hərəkətdə olarkən “Bağırov körpüsü” deyilən yerdən keçərkən qarşıdan gələn “Mercedes” markalı avtomobil onun yoluna çıxmış və o, hadisədən yayınmaq üçün avtomobilini sağa hərəkət etdirmişdir. Lakin həmin “Mercedes” markalı avtomobil onun avtomobilinin arxa sol tərəf təkəri ilə toqquşmuş və zərbənin təsirindən avtomobili aşmışdır. O, huşunu itirmişdir. Hadisə yerinə toplaşmış tanımadığı şəxslər onu avtomobildən çıxarmışdır Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə saat 18 radələrində Kənan ona zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və orada öyrənmişdir ki, Kənan idarə etdiyi “Mercedes C180” markalı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından üzü şəhər istiqamətində hərəkətdə olarkən H.Əliyev prospekti 118 ünvanında sükan arxasında yatdığı üçün idarəetməni itirib, əks istiqamətdə hərəkətdə olan avtomobillərin yoluna çıxmış və “Bağırov” körpüsü yaxınlığında əks istiqamətdə hərəkətdə olan "xxxx" və “Toyota Corolla” markalı avtomaşınla toqquşmuşdur. Toqquşmanın təsirindən aşan "xxxx" markalı avtomobil “Range Rover” markalı avtomobillə toqquşmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında 29.03.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İV seriyalı, 611426 nömrəli, 22.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid2 tərəfindən həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14.04.2021-ci il tarixli, 8/741 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C180” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yaranan anda "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 75,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 75,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yaranan anda “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 “Toyota Corolla” markalı avtomobillə “Mercedes Benz C180” markalı avtomobilin toqquşması hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Toyota Corolla” markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 “Toyota Corolla” markalı avtomobillə “Mercedes Benz C180” markalı avtomobilin toqquşması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yaranan anda “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 “Range Rover” markalı avtomobillə "xxxx" markalı avtomobilin toqquşması hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 “Range Rover” markalı avtomobillə "xxxx" markalı avtomobilin toqquşması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, X6 mərhum arvadı Zərərçəkmiş şəxs1 hüquqi varisi kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 29.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 30.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “X9” MMC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, SQ12857 seriyalı qiymətləndirmədən görünür ki, “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülmüş işlər/ehtiyat hissələrinin qiyməti 60597,55 manat qiymətləndirilmişdir. - 19.04.2021-ci il tarixli, 331 nömrəli aktdan görünür ki, “Range Rover” markalı, **-TS- *** dövlət qeydiyyat nişanlı avtomobilə X7 ilkin texniki baxış keçirilmiş və dəyişdirilməli ehtiyat hissələrinin qiyməti və işçilərin haqqı 6280 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 canlı şəxsin ekspertizasına dair 06.04.2021-ci il tarixli, 259 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 alnın, sol qoltuqaltı nahiyənin və sol saidin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 canlı şəxsin ekspertizasına dair 06.04.2021-ci il tarixli, 258 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 sol əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 meyitin ekspertizasına dair 30.03.2021-ci il tarixli, 38 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: ağciyərlərin zədələnməsi ilə müşayiət olunan soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yayılmış, yerdəyişmiş sınıqları, bədənin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni 29.03.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən avtomobildə sərnişin qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə qabırğaların çoxsaylı sınıqları və ağciyərlərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 29.03.2021-ci il tarixdə saat 18:25-də baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 canlı şəxsin ekspertizasına dair 31.03.2021-ci il tarixli, 245 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 canlı şəxsin ekspertizasına dair 03.04.2021-ci il tarixli, 250 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol aşıq-baldır oynağının, hər iki topuğunun qapalı yerdəyişən sınığı. Sol daban sümüyünün qapalı sınığı. Boyunun ön səthinin əzilmiş yarası; sağ bayır topuğun şişkinlik halında əzilməsi; sağ saidin ön səthinin və sol yuxarı ətrafın (bazunun aşağı, saidin yuxarı 1/3-nin) ön səthinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 29.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs adına 3 saylı ŞKX-da tərtib edilmiş 1630 saylı xəstəlik tarixində onun spirtli içki qəbul edib-etmədiyi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 27.04.2021-ci il tarixli, 016-49302-1221 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 10.08.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 06.02.2018-ci il tarixdə (06.02.2028-ci il tarixədək müddətə etibarlı olan) AE 228572 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında 01.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmış, Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - “X9” MMC tərəfindən verilmiş SQ12972 seriyalı qiymətləndirmədən görünür ki, “Toyota” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülmüş işlər/ehtiyat hissələrinin qiyməti 72301,45 manat qiymətləndirilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 25.06.2021-ci tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən “CD” disk və Zərərçəkmiş şəxs5nə məxsus olan "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Zərərçəkmiş şəxs2 məxsus “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Zərərçəkmiş şəxs3 məxsus “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş maddi ziyanı özündə əks etdirən ziyan aktları maddi sübut kimi tanınmışdır. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 13.07.2016-cı il təvəllüdlü Həsənzadə Mehdi adlı bir azyaşlı uşağı vardır. - “X13 Mərkəzi” MMC tərəfindən verilmiş 06.08.2021-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, X4 06.08.2021-ci il tarixdə “X13 Mərkəzi”ndə USM müayinəsindən keçmiş və hal-hazırda 9-10 həftəlik hamiləlik izlənilir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli, 175 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12.08.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 29.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan avtomobillərin yoluna çıxaraq "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra isə “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolun ortasında dayanmışlar, ilkin toqquşma nəticəsində aşan "xxxx" markalı avtomobil “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolun ortasında dayanmışlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 və zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 heç bir şikayətlərinin olmamasını, onlara dəymiş ziyandan 25000 manat ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “CD” disk və "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanı özündə əks etdirən ziyan aktları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 6280 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməli, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 və zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 10000 manat tutularaq X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “CD” disk və "xxxx" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanı özündə əks etdirən ziyan aktları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 6280 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 və zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 10000 manat tutularaq X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 20 saat, məhkəmədə 40 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar