Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-278/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1977-ci il tarixdə Beyləqan rayonu, Örənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, nömrəsiz günlük evlərdə kirayə yaşayan olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2024cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizamı rayonu, Heydər Əliyev prospekti, 109 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında olan avtobus dayanacağında oturub avtobus gözləyən Zərərçəkmiş şəxs fikrinin yayınmasından istifadə edib sonuncunun öz yanında oturacağın üzərinə qoyduğu içərisində dəyəri 3000 manat olan 1 ədəd “Apple” markalı Machbuk və adapteri, həmin dövrdə Azərbaycan Mərkəzi Bankın məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları dəyərində 1 cüt “Adidas" markalı idman ayaqqabısı, içərisində 40 manat dəyərində idman qidası olan 1 ədəd qab, 30 manat dəyərində 1 ədəd qısa şalvar, 50 manat dəyərində 1 ədəd köynək, 25 manat dəyərində 1 ədəd “Lenova” markalı qulaqcıq, 5 manat dəyərində qara rəngli saç darağı olan 80 manat dəyərində idman çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3740 manat miqdarında zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında olan avtobus dayanacağında yaşadığı yerə getmək üçün avtobus gözləyərkən avtobus dayanacağında oturacaqda tanımadığı bir nəfər yanında 1 ədəd idman çantasının olduğunu görmüş, həmin çantada pul və ya qiymətli əşya olmasını ehtimal edib oğurlamaq qərarına gəlmiş, oğlanın arxası ona tərəf onu görməmiş, kənardakı adamlar da ona nəzər yetirməmiş, o da bundan istifadə edərək həmin oğlana məxsus idman çantasını götürüb asta-asta oradan uzaqlaşmışdır. Çantanı açdıqda çantada 1 ədəd noutbuk, 1 ədəd idman ayaqqabısı, 1 ədəd qab və qabın içərisində idmançıların istifadə etdiyi qidanın və çantada digər şeylərin olduğunu görmüş, çantadan 1 ədəd noutbuku və idman ayaqabısını götürmüş, digər əşyaları həmin əraziyə atıb getmişdir. Daha sonra o, noutbuku satmaq istəmiş, lakin noutbuka baxan adamlar həmin noutbukun kodda olduğunu, açmaq mümkün olmadığını görüb almamışlar. Hazırda oğurladığı noutbuku və idman ayaqqabısını zərərçəkmiş şəxsə geri qaytarmışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən günü axşam saat 20 radələrində işdən çıxıb yaşadığı Zabrat qəsəbəsinə getmək üçün içərisində idman paltarları, idman ayaqqabısı, idman qidası və noutbuk olan çantasını götürərək “Koroğlu” metro sttansiyasına gəlmiş, metrodan çıxıb avtobus dayanacağına gedib avtobus gözləməyə başlamış, avtobusun gec gəldiyini görüb oturacaqda oturmuş və idman çantasını da yanına, oturacağın üstünə qoymuşdur. Dayanacaqda oturub avtobus gözləyərkən səhhətiylə əlaqədar bir neçə dəfə asqırmış, daha sonra oluracağın üstünə baxdıqda çantanın yerində olmadığını görmüş, ətrafa baxsa da çantasını aparan heç kimi görməmiş, daha sonra Nizami RPİ-nin 23-cü PB-nə yaxınlaşıb çantasının oğurlanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3740 manat maddi ziyan dəymişdir. Hazırda Macbook və idman ayaqqabası ona geri qaytarılmış, digər əşyalar qaytarılmamış, lakin buna baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçi deyil, onu bağışlayır, ondan hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, bir neçə vaxtdır ki, öz övladı üçün ucuz kompyuter və yanoutbuk satan adam axtardığını, bu barədə əvvəllər fəhlə işlədiyi Nərimanov rayonu Çermet körpüsünün yanında olan adamlara da dediyini, 25 aprel 2024-cü ildə saat təxminən 18 radələrındə Çermet körpüsünün yanında fəhləlik edən tanışlarından birinin ona zəng vuraraq bir nəfər səxsin ucuz noutbuk satdığını dediyini, həmin yerə gəlib noutbuk satan adamla görüşdüyünü, satdığı noutbuka baxdığını, ondan neçəyə satdığını, oğurluq olub-ormaması soruşduğunu, o da noutbukun özünün olduğunu, koda düşdüyünü, işləmədiyini dediyini, ondan neçəyə satdığını soruşanda 50 manata satdığını dediyini, noutbuk istifadəyə yararsız olduğu üçün həmin adama noutbuku almayacağını dediyini, bu zaman həmin şəxsin ona “yol pulum yoxdu, yol pulu ver, kompyuteri verim” dediyini, ona 7 manat verə biləcəyini dediyini, onun da razı olduğunu, həmin noutbuku alıb evinə apardığını, bundan bir neçə gün sonra ona polisdən zəng gəldiyini, onu Nizamı RPİ-nin 23-cü Polis Bölməsinə dəvət elədiklərini, 23-cü Polis Bölməsində olan zaman ona aldığı noutbukun oğurluq olduğunu deyildiyini, bundan sonra həmin noutbukun oğurluq olduğunu bildiyini, polis əməkdaşlarına “mənə oğurluq noutbuk lazım deyil və onu polisə özüm könüllü olaraq təqdim edə bilərəm", bundan sonra həmin noutbuku 23-cü Polis Bölməsinə gətirib polis əməkdaşlarına könüllü təqdim elədiyini, daha sonra noutbukun fotoşəkilləri çəkildiyini və protokol tərtib edildiyini, həmin protokoiu imzaladığını bildirmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3550 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmişş 01 ədəd "‘Apple” markalı A2337 model notbuk istifadədə olmuş, işlək vəziyyətdə 2024- cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1350,0 manat müəyyən edilir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd “Apple” markalı Macbook madi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər də dəfələrlə cinayət əməli törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Lakin şəxsin yenidən cinayət əməli törətməsi onun islah olunmadığını, təyin olunmuş cəzalardan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi ilə təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmasını qeyri-mümkün etmiş olacaqdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən Qaradağ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli törədərkən artıq məhkumluğu ödənilmiş olmuşdur. AR CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, oğurlanmış əşyaların bir hissəsinin zərərçəkmiş şəxsə qaytarılmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Apple” markalı Macbookun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinə çəkilmiş xərc-Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Apple” markalı Macbookun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-278/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-278/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver