Məhkəmə qərarları › İş №1(007)-279/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-279/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-279/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Şəfəq kəndində qeydiyyatda olan, Beyləqan rayonu, Biləcəri qəsəbəsi, Kristal ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən qardaşı X6 az cəza verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 1029 ünvanında 15000 manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu X4 qardaşıdır. X12 xx.xx.2022-ci il tarixində qəsdən sağlamlığa ağır zərər vurmaya görə Nizami RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə həbs edilmişdir. 2022-ci ilin oktyabr ayında Məmmədin barəsində toplanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşi ağır cinayətlər məhkəməsində gedən zaman qardaşı X10 ona işini həll etmək üçün tanışının olmasını demiş, o da buna görə X8 qardaşı Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Elnur ona bildirmişdir ki, qardaşının işini həll edilməsi üçün, yəni azadlığa çıxması üçün köməklik etsin. O da tanışlarından istifadə edərək Elnurun işini həll edəcəyi üçün 15000 manat pul almışdır. 2022-ci ilin oktyabr ayında Biləcəri rayonunda binanın qarşısında «Qarabağ» marketin yanında X9 15000 manat pul almışdır. Lakin işin həll edilməsinin mümkün olmadığını görmüş və təxminən 1 ay sonra 15000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Lakin sonradan pula ehtiyacı olduğundan X13 ilə əlaqə saxlamış və işin həll edilməsinin mümkün olduğunu bildirərək 2023-cü ilin aprel ayının 6 tarixində 15000 manat pulu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 1029 ünvanında yerləşən «Koroğlu» metrostansiyasının yaxınlığında maşında almışdır. Əldə etdiyi pulu da öz şəxsi ehtiyacları üçün xərcləmiş, X1 başqa yerlərə işin həlli üçün verdiyini və pulu qısa zaman ərzində qaytaracağını bildirmişdir. Buna baxmayaraq pulu qaytara bilmədiyinə görə Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. O, hal-hazırda Zərərçəkmiş şəxs olan borcunu tam şəkildə qaytarmış və onunla barışmışdır. Eyni zamanda vurulmuş ziyana görə iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödəmişdir. Qeyd olunanları, əməlindən peşman olmasını, müharibə iştirakçısı və 9 medalının olmasını, atasının onkoloji xəstə olmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X10 onun qardaşıdır. Məmməd 2022-ci ilin iyun ayının 2 tarixində qəsdən sağlamlığa ağır zərər vurmaya görə Nizami RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə həbs edilmiş və 2022-ci ilin oktyabr ayında Məmmədin barəsində toplanmış cinayət işi baxışlması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşi ağır cinayətlər məhkəməsində gedən zaman qardaşı X10 bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı vardır və işi həll edə bilər. Bu zaman o, Təqsirləndirilən şəxs ilə görüşmüş və 2022-ci ilin oktyabr ayında Rəşada Biləcəri rayonunda binanın qarşısında «Qarabağ» marketin yanında 15000 manat pul vermişdir ki, qardaşının işini həll etsin. Rəşad özünün yüksək vəzifəli tanışlarının olmasını, ona lazımi köməkliyi göstərəcəklərini vəd etmişdir. Üzərindən təxminən 1 ay keçdikdən sonra Rəşad onunla Nizami rayonu ərazisində yerləşən «Altun» restoranının qarşısında görüşmüş və 15000 manatı ona verərək işin alınmadığını bildirmişdir. Daha sonra isə qardaşına Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 3 il müdətində azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bundan sonra tərəflərindən apellyasiya şikayəti, ittihamçı tərəfindən isə apellasiya protesti verilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qardaşının apellyasiya şikayətini həll etdirib və qardaşına kömək edə bilər və buna görə 15000 manat pul lazımdır. O da Rəşadın yalan vədlərinə inanaraq 2023-cü ilin aprel ayının 6 tarixində 15000 manat pulu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 1029 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında avtomobildə Rəşada vermişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qardaşı azadlığa buraxılmamış, əksinə cəzası ağırlaşdırılaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, Rəşaddan bunun səbəbini soruşduqda isə problem olduğunu və alınmadığını bildirdi. Buna görə də pulu həmin şəxsdən alıb ona qaytaracaqdır. Lakin o, Rəşaddan dəfələrlə pulunu istəsə də bu yaxınlara kimi Rəşaddan pulunu ala bilməmişdir. Rəşad hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli tarixli ərizəsnə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X7” medalı və Fəxri Fərmanla tə\ltif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən Nizami rayon məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi - 2000 (iki min) manat pul vəsaiti məhkəmə istintaqı dövründə dövlət büdcəsinə, 1750 manat isə ibtidai istintaq dövründə Baş Prokurorluğun depozit hesabına, cəmi 3750 manat ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə könüllü gələrək özünü təqdim etmiş, xx.xx.2023-cü il tarixli qərar ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aparılan telefon danışıqları zamanı qeyd edilən videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə aparılan telefon danışıqları zamanı qeyd edilən videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar