Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-28/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1993-cü il tarixdə Rusiya Federasiyasının Oqni şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 120, mənzil 36-da qeydiyyatda olmaqla yaşamış, 25 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 19 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, digər cinayət əməli törətdiyinə görə 28 oktyabr 2020-ci il tarixdə tutulmuş, 30 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 248-də yaşamış, 19 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədən gizləndiyinə görə 05 oktyabr 2020-ci il tarixdə barəsində axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 14 dekabr 2020-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla, daşımışdır. Belə ki, o, 24 dekabr 2019-cu il tarixdə Masallı rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, 05 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,314 qram, 0,265 qram, 0,199 qram və 0,105 qram, ümumi təmiz çəkisi 1,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,935 qram və 01 ədəd sarı rəngli kağız bükümdə, təmiz çəkisi 0,095 qram, ümumi təmiz çəkisi 1,03 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 100 manata əldə edib üzərində saxlayaraq daşımış, 25 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanının qarşısında xidmətdə olan Azərbaycan Respublikası DİN-nin BMİ-nin Nizami rayon Mühafizə İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-ci PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən həmin 05 ədəd bükümdə olan ümumi təmiz çəkisi 1,233 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd bükümdə ümumi təmiz çəkisi 1,03 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 19 fevral 2020-ci il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımaq və istifadə etmək məqsədi ilə cinayət əlaqəsinə girərək sonuncunun verdiyi 20 manat pula Bakı şəhəri Nizami rayon ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üstündə saxlayaraq daşımaqla, həmin gün saat 15 radələrində əvvəlcədən aralarında olan razılığa əsasən birgə istehlaklarına görə saxlamaq üçün Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə qeyd edilən narkotik vasitələri və psixotrop maddəni cibindəki gümüşü rəngli metaldan hazırlanmış siqaret qabının içərisində gizlətmiş, həmin tarixdə saat 19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 120 saylı binanın qarşısında olarkən daxil olmuş əməliyyat məlumatına əsasən Bakı şəhəri Nizami RPİ-nin X1 və həmin İdarənin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1la birlikdə saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmişlər, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış siqaret qabının içərisində onunla birgə əldə edib qanunsuz daşıyıb saxladıqları, təmiz çəkisi 0,164 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,042 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,383 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla, daşımışdır. Belə ki, o, 19 fevral 2020-ci il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamaqla daşımaq və istifadə etmək məqsədi ilə cinayət əlaqəsinə girərək sonuncuya verdiyi 20 manat pula Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram ag rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üstündə saxlayaraq daşıyıb həmin gün saat 15 radələrində əvvəlcədən aralarında olan razılığa əsasən birgə istehlaklarına görə saxlamaq üçün ona vermiş, o da qeyd edilən narkotik vasitələri və psixotrop maddəni cibindəki gümüşü rəngli metaldan hazırlanmış siqaret qabının içərisində gizlədərək üzərində saxlamış, həmin tarixdə saat 19 radələrində onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 120 saylı binanın qarşısında olarkən daxil olmuş əməliyyat məlumatına əsasən Bakı şəhəri Nizami RPİ-nin X1 və həmin İdarənin 24cü Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanda yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmişlər, orada üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış siqaret qabının içərisində Təqsirləndirilən şəxs2lə birgə əldə edib qanunsuz daşıyıb saxladıqları, təmiz çəkisi 0,164 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,042 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,383 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, istifadə etmədikdə isə bədənində ağrılar olur. 24 dekabr 2019-cu il tarixdə Masallı rayonunda avtovağzalda olarkən orada təsadüfən tanış olduğu, adını bilmədiyi bir nəfər şəxslə söhbət edərkən ağrılarının olduğunu bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan “kokos” və “limon duzu” kimi adlandırdığı psixotrop maddə təklif etmiş, əlində olan bükülünü 100 manata verəcəyini bildirmişdir. Bükülüdə 07 ədəd büküm olmuşdur. O, həmin şəxsə bunun çox olduğunu deyəndə, həmin şəxs demişdir ki, onu bir daha tapa bilməyəcək, birdəfəlik 07 büküm alsın ki, sonra ağrıları olanda istifadə edə bilsin və daha onu axtarmasın. O, razılaşaraq 100 manat pulu həmin şəxsə verib qeyd olunan narkotik vasitəni və psixotrop maddəni ondan almışdır. Bundan sonra o, Bakı şəhərinə gələrək aldığı narkotik vasitəni və psixotrop maddəni yenidən ümumi sellofana bükərək şalvarının cibinə qoymuşdur ki, ağrıları olanda istifadə edə bilsin. 25 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı evin yaxınlığında, B.Nuriyev küçəsində olarkən yolla keçən tanımadığı şəxs ona söz atmış, o da həmin şəxsə söyuşlə cavab vermişdir, sonra həmin şəxs çıxıb getmiş, mübahisələri davam etməmişdir. Lakin bu hadisə olarkən polis avtomaşını onun yanında saxlamış, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis vəsiqələrini təqdim etmişlər, yüksək səslə nalayiq ifadələr işlədib ictimai qaydanı pozduğu üçün onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə 24-cü PŞnə getmişdir. Orada hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, o, əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı şəffaf sellofanda dan bükülünü çıxarmış, içərisində olan cəmi 07 bükümdəki narkotik vasitə olan “kokos” və “limon duzu” kimi adlandırdığı psixotrop maddəni təqdim etmiş, onları hansı qaydada əldə etdiyini bildirmişdir. Bundan başqa 19 fevral 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən təkrar saxlanılmışdır, lakin həmin vaxt onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarından narkotik vasitə istifadə etməyə başlamışdır. 19 fevral 2020-ci il tarixdə bədənində ağrılar başlanmışdır, lakin istifadə etməsi üçün özündə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həmin gün saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2lə görüşərkən ona bədənində ağrıların olduğunu, narkotik vasitə lazım olduğunu demişdir. Şaban demişdir ki, özünün də ağrıları başlayır, lakin narkotik almağa pulu yoxdur. Onda pul olduğundan Şabana 20 manat verib demişdir ki, narkotik vasitə alıb gətirsin, bir yerdə istifadə edərlər. Şaban 20 manat pulu ondan götürüb getdikdən təxminən bir saat sonra gəlmiş və ona tiryək kimi bildiyi narkotik vasitəni vermiş, demişdir ki, qoy onları özündə saxlasın, axşam birlikdə istifadə edərlər. O, tiryəki götürüb, üzərində gəzdirdiyi metaldan olan gümüşü rəngli siqaret qabının içinə qoymuşdur. Həmin gün saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 120 saylı evin qarşısında Şabanla birlikdə olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş, narkotik vasitələrin qanunsuz daşınmasında və saxlanılmasında şübhəli olduqlarını bildirib, onları Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə 24-cü Polis Şöbəsinə getmişlər. Orada üzərlərinə baxış keçirilərkən həmin gün əldə etdiyi narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Onun üzərindən matemfetamin və ya heroin aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı vardır, ailədə ondan başqa işləyən yoxdur. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Nizami rayonu ərazisində qanusuz olaraq narkotik vasitələri əldə edib saxlaması barədə 19 fevral 2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəsmiləşdirilərək bölmə rəhbərliyi vasitəsi ilə İdarə rəhbəliyinə məruzə edilmişdir. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs1 ifşa olunması məqsədi ilə İdarənin rəhbərliyi tərəfindən 19 fevral 2020-ci il tarixdə imzalanmış əmrə əsasən ondan, NMB-nin əməliyyat müvəkkili Şahid2 və Nizami RPİ-niıı 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Daxil olmuş əməliyyat məlumatı işlənilərkən əlavə olaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 öz tanışı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə edərək, saxlayıb onlardan istifadə edirlər, onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 120 saylı binanın qarşısındadırlar. Bununla əlaqədar həmin ünvana getmişlər və 19 fevral 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 120 saylı binanın qarşısında saxlamışlar. Onlar həmin şəxslərə özlərini təqdim etmiş, qanunsuz narkotik vasitə və psixotrop maddələri əldə edib daşıması, saxlanılıb qəbulu ilə məşğul olmalarına dair məlumatın olduğunu bildirmiş, onlarla birlikdə 24-cü PŞnə getmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 könüllü olaraq onlarla birlikdə 24-cü PŞ-nə getmişlər. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra onların üzərində şəxsi axtarışın keçirilməsi təhqiqatçı Murad Soltanova həvalə olunmuşdur. 24-cü PŞ-nin inzibati binasında yerləşən xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə əvvəl Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs2 üzərlərində onların razılıqları ilə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində olan hər hansı qanunsuz maddə və ya əşya varsa, onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli metaldan olan siqaret qabını və sol yan cibindən “Hope” markalı S 68+ modelli mobil telefonunu çıxarıb təqdim etmiş, qutuda narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 qutunu açıb təqdim etmiş, onun icində sarı rəngli kağıza bükülmüş heroinə oxşar, gümüşü rəngli kağıza bükülmüş tiryəkə oxşar narkotik vasitələr və açıq vəziyyətdə olan kristal halında, psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onları Təqsirləndirilən şəxs2la birlikdə şəxsi istifadələri üçün onun 20 manat puluna Şaban gedib bilmədiyi şəxsdən almış və gətirib onda saxlamışdır. Aşkar edilmiş vasitələr və maddə zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar həmin zərfi imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində onun razılığı ilə ayrılıqda videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş, sonra şəxsi axtarış başlanaraq ona təklıf edilmişdir ki, üzərində olan saxlanılması qadağan olunmuş əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs2 demişdir ki, üzərində heç bir qadağan olunmuş əşya yoxdur, belə ki, o, Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmək üçün 19 fevral 2020-ci il tarixdə saat 15 radələrində Elçin adlı şəxsdən 20 manata aldığı narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs1 özünə saxlamaq üçün vermişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, 19 fevral 2020-ci ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə satış məqsədi olmadan, qanunsuz olaraq əldə edərək saxlayıb istifadə etdikləri vasitə və maddə, təmiz çəkisi 0,164 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,042 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 01 ədəd təmiz çəkisi 0,383 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələri kimə, harada, hansı qiymətə satmaları barədə məlumatlar daxil olmamışdır. Tədbirlə bağlı ilk əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 ilə bağlı olmuşdur, bildirilmişdir ki, o, qanunsuz olaraq narkotik vasitə heroini əldə edərək üzərində saxlayır. Həmin əməliyyat məlumatı işlənilərkən əlavə olaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə edərək, saxlayıb onlardan istifadə edirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər cinayət əməllərini törətmələri barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 və RPİ-nin 24-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5, Şahid1 ifadəsinə oxşar məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 25 dekabr 2019-cu il tarixdə növbətçilik cədvəlinə əsasən onunla birlikdə xidmət edən Şahid6 ilə birlikdə 2688 çağırışlı avtopatrulda Nizami rayonu ərazisində xidmət apardıqları vaxt, saat 23:30 radələrində ünvan 6 ünvansız nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Bu zaman həmin şəxs heç kimlə dalaşmamış, söyüşlərini kimə ünvanladığı müəyyən olmamışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək sakitliyə riayət etməsini xahiş etmişlər, sonra onu 24-cü Polis Şöbəsinə dəvət etmişlər və onu avtopatrula əyləşdirib qeyd edilən şöbəyə aparmışlar. 24-cü Polis Şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2dir, onun gətirilməsi barədə raport tərtib etmişlər. Sonradan aparılmış araşdırma zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərinə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində şəxsi axtarış və baxış keçirilmiş, bu zaman onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd zərfdə beş ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,233 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,03 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid6, Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3 ifadəsində göstərmişdir ki, 25 dekabr 2019-cu il tarixdə 24-cü Polis Şöbəsində istintaq-əməliyyat qrupunun üzvü olmuşdur. Həmin tarixdə təxminən saat 23:00 radələrində ona məlumat verilmişdir ki, Polis Şöbəsinin inzibati binasına Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən bir nəfər şəxs gətirilmişdir. PŞ-nə gətirilən həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş, dəvət olunmuş hal şahidlərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif olunmuşdur. Bu zaman o, heç bir etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı şəffaf sellofanda olan bükülü çıxartmış, içərisində olan cəmi 07 bükümdəki əşyaları təqdim etmiş, bildirmişdir ki, bunlar narkotik vasitə olan “kokos” və “limon duzu” kimi adlandırdığı psixotrop maddələrdir, onları 24 dekabr 2019-cu il tarixdə Masallı şəhərində, avtovağzalda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirir, onları qarışdıraraq qəbul edir. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, cəmi 07 bükümdə olan əşyalara baxış keçirilərkən onlardan 05 ədədinin sellofanda olmaları, içərilərindəkilərin qəhvəyi rəngli, tozşəkilli spesifik iyi olan və narkotik vasitəyə bənzəmələri, 01 ədəd sellofanda, 01 ədədi sarı kağıza bükülü olanların isə ağ kristalşəkilli, əlamətlərinə görə psixotrop maddəyə bənzəmələri müəyyən edilmişdir, onlar zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 digər cinayət əməllərini törətməsi barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 25 dekabr 2019-cu il tarixdə saat 23 radələrində şəxsi işləri ilə əlaqədar Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin şübhəli olduğunu bildirib, həmin şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilərkən onun hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, etiraz etməmiş və 24-cü PŞ-nə getmişdir. Şöbədə xidməti otaqlardan birində ondan başqa tanımadığı digər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsin üzərində şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış və baxış keçirilməmişdən əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunmuş, sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif olunmuşdur. Bu zaman o, heç bir etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı şəffaf sellofanda olan bükülü çıxarmış, içərisində olan cəmi 07 ədəd bükümdəki əşyaları təqdim etmiş, bildirmişdir ki, bunlar narkotik vasitə olan “kokos” və “limon duzu” kimi adlandırdığı psixotrop maddədirlər, onları 24 dekabr 2019-cu il tarixdə Masallı şəhərində avtovağzalda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirir, onları qarışdıraraq qəbul edir. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş çəmi 07 bükümdə olan əşyalara baxış keçirilərkən onlardan 05 sellofan bükümlərdə olanların qəhvəyi rəngli, tozşəkilli spesifik iyi olan və narkotik vasitəyə bənzəmələri, 01 ədəd sellofan bükümdə və 01 ədədi sarı kağıza bükülüdə olanların isə ağ kristalşəkilli, əlamətlərinə görə psixotrop maddəyə bənzəmələri polis əməkdaşları tərəfindən müəyyən edilmiş və bu barədə protokola yazılmışdır. Aşkar edilmiş 07 ədəd bükümdəki əşyalar zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid8 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərlərində saxlayaraq daşımaları faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 19 fevral 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs1 üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli metaldan hazırlanmış siqaret qabını çıxarıb təqdim edərək həmin qabın içərisində narkotik vasitə heroin, tiryək və psixotrop maddə olan metamfetamin olduğunu, narkotik vasitə heroini 19 fevral 2020-ci il tarixdə saat 15 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında Şaban adlı tanışından 20 manata alıb şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi gümüşü rəngli metaldan hazırlanmış siqaret qabının içində sarı rəngli kağız kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin, bir ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin və həmin qutunun içinə dağılmış vəziyyətdə, ağ rəngli kristal halında psixotrop vasitəyə bənzər maddənin olması aşkar edilmişdir. Qeyd olunan maddələr qablaşdırılaraq götürülmüşdür. (İ cild i.v. 14-15) - 20 fevral 2020-ci il tarixli 1/951 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı sidiyində test MOP aşkar edilmişdir. (İ cild i.v. 38) - 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 19 fevral 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs2 üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilsə də, heç bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotikə bənzər spesifik iyə malik olan maddələr barədə sual olunduqda, o, Turalda olan narkotik vasitəni 19 fevral 2020-ci il tarixdə saat 15 radələrində 20 manat qarşılığında birgə istifadə etmələri üçün özünün Turala verməsini, həmin narkotik vasitəni isə Elçin adlı şəxsdən aldığını bildirmişdir. (İ cild i.v. 44-45) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2020-ci il tarixli 4423 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: heroinin təmiz çəkisi 0,164 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,114 qram; metamfetaminin təmiz çəkisi 0,042 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,022 qram; tiryəkin təmiz çəkisi 0,383 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,0333 qram. (İ cild i.v. 71-74) - 20 fevral 2020-ci il tarixli 1/950 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı sidiyində test MOP aşkar edilmişdir. (İ cild i.v. 81) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 26 fevral 2020-ci il tarixli 493 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 145-146) - 26 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 161) - 02 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqın davam etdirilməsi qərara alınmışdır. (İ cild i.v. 157-158) - 25 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 25 dekabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs2 üzərində, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə, şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı edilmiş təklif əsasında Təqsirləndirilən şəxs2 heç bir etiraz bildirmədən, könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükülü, içərisində 05 ədəd şəffaf polietilen bükümdə qəhvəyi rəngli, tozşəkilli spesifik iyə malik olan narkotik vasitəni, 01 ədəd şəffaf polietilen və 01 ədəd sarı rəngli kağız bükümlərdə ağ rəngli kristalşəkilli maddələri təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 05 bükümdə olanlar “kokos” kimi tanıdığı narkotik vasitədir, əlavə 02 bükümdə olanlar isə limon duzu kimi adlandırdığı psixotrop maddədir, uzun müddətdir ki, onları qarşdıraraq qəbul edir, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni 24 dekabr 2019-cu il tarixdə Masallı rayonu ərazisində yerləşən avtovağzalda adını və əlaqə vasitəsini bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata alımışdır. 25 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində ünvan 7 ünvanda polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib 24-cü PŞ-nə dəvət etmişlər. Qeyd olunan maddələr qablaşdırılaraq götürülmüşdür. (İ cild i.v. 195-196) - 26 dekabr 2019-cu il tarixli 1/7352 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı sidiyində OPİ (tiryək) aşkar edilmişdir. (İ cild i.v. 200) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2019-cu il tarixli 31922 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş.....” yazısı olan zərfdə, beş ədəd bükümdə, ümumi təmiz çəkisi 1,233 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə, ümumi təmiz çəkisi 1,03 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,03 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,98 qram; heroinin təmiz çəkisi 1,233 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 1,133 qram. (İ cild i.v. 201-203) - 06 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 5 ədəd sellofan bükümdə olan ümumi təmiz çəkisi tədqiqatdan sonra xalis çəkisi 0,98 qram olan psixotrop maddə metamfetamin və 1,133 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Nizami RPİnin MSSK-na təhvil verilmişdir. (İ cild i.v. 236-237) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji tibbi yoxlamasının 09 yanvar 2020-ci il tarixli 54 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 242-243) - 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, iş materiallarında olan iki ədəd DVD diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir, baxış zamanı 25 dekabr 2019-cu il və 19 fevral 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokollarında qeyd olunan halların öz əksini tapdığı müəyyən olunmuşdur, habelə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, videogörüntülərdə olan şəxs onun özüdür, videogörüntülər düzgün çəkilmişdir, şəxsi axtarışlar zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, 25 dekabr 2019-cu il tarixdə yaxalanarkən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni həqiqətən Masallı rayonundan öz istifadəsi üçün almışdır, 19 fevral 2020-ci il tarixdə aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni birgə istifadələri üçün Təqsirləndirilən şəxs1 ona verdiyi pulun müqabilində Elçin adlı şəxsdən alıb gətirərək saxlaması üçün Turala vermişdir. (İİ cild i.v. 41-42) - 21 iyun 2020-ci il tarixli protokoldan görünür ki, iş materiallarında olan bir ədəd DVD diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir, baxış zamanı 19 fevral 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolunda qeyd olunan halların öz əksini tapdığı müəyyən olunmuşdur, habelə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, videogörüntüdə olan şəxs onun özüdür, videogörüntü düzgün çəkilmişdir, şəxsi axtarışlar zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, narkotik vasitələri və psixotrop maddəni birgə istifadələri üçün onun verdiyi pulun müqabilində Təqsirləndirilən şəxs2 alıb gətirərək saxlaması üçün ona vermişdir. (İİ cild i.v. 48) - 21 iyun 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə əldə edib qanunsuz daşıyıb saxladıqları bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə alınaraq açıq vəziyyətdə olan təmiz çəkisi 0,042 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmin vasitələr və maddə saxlanıldıqları gümüşü rəngli metaldan hazırlınmış siqaret qabı maddi sübut kimi tanınmış və Nizami RPİ-nin MSSK-na təhvil verilmişlər. (İİ cild i.v. 51-52) -Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi barədə material ayrılmış, təqsirləndirilən şəxslərin ifşa olunaraq üzərlərində şəxsi axtarışların aparılmasını əks etdirən videogörüntülər yazılmış 03 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar. (İİ cild i.v. 54-72) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinin tələbləri baxımından sübutları qiymətləndirərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmədikləri hissədə irəli sürdükləri dəlillər işin faktiki müəyyən olunmuş hallarına əsasən təkzib olunur, onların qeyd olunanlarla bağlı ifadələri məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə verilmiş hesab olunmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 28) - 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 58) -Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 21 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 117- 118) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 21 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 119-120) -Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 21 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 126- 127) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 21 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 128-129) - 25 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 182-183) -Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 27 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 231- 232) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 27 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 233-234) - 30 oktyabr 2020-ci il tarixli 4(007)-201/2020 nömrəli qərardan görünür ki, 28 oktyabr 2020-ci il tarixdə törətdiyi digər cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020ci il tarixli qərarı ilə onun haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmışdır; -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 09 avqust 2016-cı il tarixdə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İİ cild i.v. 13-14, 200) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 199) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, məhkəmədən gizləndiyinə və olduğu yer məlum olmadığına görə Təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (İİ cild i.v. 191-192) -Bakı şəhəri Nizami RPİ-nin 14 dekabr 2020-ci il tarixli məktubundan və həmin tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 14 dekabr 2020-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. (İİ cild i.v. 204-205) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 07 noyabr 2013-cü il tarixdə, X4 25 may 2015-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, cəzasını çəkərək 01 may 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 24 dekabr 2019-cu il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur, əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Bununla yanaşı Təqsirləndirilən şəxs2 24 dekabr 2019-cu il və 19 fevral 2020-ci il tarixlərdə eyni cinayəti təkrar törətdiyinə görə onun əməlində cinayətlərin təkrar törədilməsi kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halların olmasını, cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 25 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 19 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin dörd gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanıb çıxılmaqla, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 digər cinayət əməli törətdiyinə görə 28 oktyabr 2020-ci il tarixdə tutulmuş, 30 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə onun 28 oktyabrdan həbsdə saxlanılması hazırkı cinayət əməli üzrə cəzaçəkmə müddətinə daxilib edilib hesablana bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, hazırkı işlə bağlı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 19 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur, 14 dekabr 2020-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək isə həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, həmin ümumilikdə 04 ay 14 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu DVD disklər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi2 ibtidai istintaqda və məhkəmə icraatı zamanı iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişdir, dövlət hesabına dəvət olunmuş digər vəkil Müdafiəçi1 ibtidai istintaqda və işin məhkəmənin icraatında olduğu ilkin mərhələdə (hazırlıq iclasınadək müvafiq səbəblərdən işin təxirə salınmasında) iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişdir, məhkəmə icraatının sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs1 müqavilə əsasında vəkili Müdafiəçi4 həmin təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Vəkil Müdafiəçi4 münasibətdə isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 25 dekabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək və 19 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün çıxarıldğı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın, hazırkı işlə bağlı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 19 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 14 dekabr 2020-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün, ümumilikdə 04 (dörd) ay 14 (on dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 3 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,114 qram olan narkotik vasitə heroin, 0,022 qram olan psixotrop maddə metamfetamin, 0,0333 qram olan narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,05 qram olan psixotrop maddə metamfetamin, 1,133 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, 114 manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və işin məhkəmədə baxılması zamanı ilkin mərhələdə ümumilikdə 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 240 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmədə ümumilikdə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 420 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-28/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-28/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver