Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-28/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs-“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik hüquqi şəxsin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin sahə həkimi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ev 65, mənzil 55-də qeydiyyatda olmaqla yaşayan, 23 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik hüquqi şəxsin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı vəzifəsində işləmiş, hazırda işləməyən, üçüncü qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşayan, 23 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qeyrisinin təhriki ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 12 oktyabr 1994-cü il tarixdən Bakı şəhəri Nizami rayonu Səhiyyə şöbəsinin Yeni Bakı Neftayırma zavodunun nəzdində 14 nömrəli tibbi sanitariya hissəsinin, 01 aprel 2021-ci il tarixdən isə yenidən təşkil edilmiş İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində sahə həkimi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 48s saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycan Respublkası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 5 nömrəli əmri ilə müəyyən edilmiş peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunmasını təmin etmək, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsini təmin etmək və bununla əlaqədar digər şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 16 aprel 2021-ci il tarixdə işlədiyi Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı işləyən Təqsirləndirilən şəxs2 tanışı Şahid4 xahişi ilə Şahid1 və Şahid2 müayinə olunmadan adlarının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində məsul istifadə üçün işlədiyi xəstəxananın adına verilmiş loqin və paroldan istifadə etməklə daxil etmək barədə xahişini Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən həmin poliklinika şöbəsinin inzibati binasında qanunsuz olduğu halda orta tibb işçiləri qarşısında şəxsi nüfuzunu qorumaq məqsədi ilə həyata keçirərək Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla sövdələşib ondan Şahid1 və Şahid2 şəxsiyyət vəsiqələrini almaqla Təqsirləndirilən şəxs2 təhriki əsasında Şahid1 və Şahid2 görmədən və onları müayinə etmədən, habelə sonuncuların vaksinasiya olunmamasına baxmayaraq, Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndləri ilə vaksinasiya olunmuş şəxs kimi adlarının qeyd edilən informasiya resursuna daxil edilməsi barədə cinayətdən xəbərsiz operator Şahid3 göstəriş verməklə sonuncu vasitəsilə həmin informasiya resursuna Şahid1 və Şahid2 qeyd edilən tarixdə vaksinasiya olunmasına dair bilə-bilə yalan məlumatlar işlədiyi xəstəxananın adına verilmiş loqin və parolunu təqdim etməsi əsasında daxil edilməklə, habelə şəxsən məzmununa Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunmalarına dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”na daxil etməklə həmin sənədləri imzası ilə təsdiq edib Təqsirləndirilən şəxs2 təqdim etməklə, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış SARS-CoV-2 virusu tərəfindən törədilən COVİD-19 yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, 10 iyul 2009-cu il tarixdən Bakı Baş Səhiyyə İdarəsinin 14 nömrəli tibbi sanitariya hissəsinin, 01 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixədək isə yenidən təşkil edilmiş İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı işləməklə peyvənd olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” verilməsi və bu barədə məlumatın elektron portala salınmasında köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında tanışı Şahid4 xahişi ilə əvvəllər tanımadığı Şahid1 və Şahid2 qeyd edilən köməkliyi hər şəxsə 100 manat olmaqla, ümumilikdə 200 manat müqabilində həll edə biləcəyini ona bildirib, həmin məbləği Şahid4 14 aprel 2021-ci il tarixdə poliklinikanın yaxınlığında aldıqdan sonra mənafeyinə uyğun cinayətkar niyyətini həyata keçirmək məqsədilə 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin sahə həkimi vəzifəsində işləyən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 48s saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 5 saylı əmri ilə müəyyən edilmiş peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunmasını təmin etmək, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsini təmin etmək və bununla əlaqədar digər şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək hüququna malik inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən məsul vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə həmin şöbənin qeyd edilən inzibati binasında müraciət edərək sonuncudan yalandan tanışı kimi təqdim etdiyi Şahid1 və Şahid2 müayinə olunmadan adının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsinə daxil etməsini, buna görə Şahid1 və Şahid2 pul alınmasını gizlətməklə xahişinə əsasən, Təqsirləndirilən şəxs1 razılığını almaqla onunla sövdələşib, sonuncuya Şahid1 və Şahid2 şəxsiyyət vəsiqəsini verməklə, Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə onun Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən həmin poliklinika şöbəsinin inzibati binasında qanunsuz olduğu halda orta tibb işçiləri qarşısında şəxsi nüfuzunu qorumaq niyyətilə Şahid1 və Şahid2 görmədən və onları müayinə etmədən, habelə sonuncuların vaksinasiya olunmamasına baxmayaraq, Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndləri ilə vaksinasiya olunmuş şəxs kimi adlarının qeyd edilən informasiya resursuna daxil edilməsi barədə cinayətdən xəbərsiz operator Şahid3 göstəriş verməklə sonuncu vasitəsilə həmin informasiya resursuna Şahid1 və Şahid2 qeyd edilən tarixdə vaksinasiya olunmasına dair bilə-bilə yalan məlumatlar işlədiyi xəstəxananın adına verilmiş loqin və parolunu təqdim etməsi əsasında daxil edilməklə, habelə Təqsirləndirilən şəxs1 şəxsən məzmununa Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunmasına dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”na daxil etməklə həmin sənədləri imzası ilə təsdiq etməsinə nail olub qeyd edilən sənədi Təqsirləndirilən şəxs1 almaqla, sonuncunu vəzifəli şəxs kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış SARS-CoV-2 virusu tərəfindən törədilən COVİD-19 yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 oktyabr 1994-cü il tarixdən Bakı şəhəri Nizami rayonu Səhiyyə şöbəsinin Yeni Bakı Neftayırma zavodunun nəzdində 14 nömrəli tibbi sanitariya hissəsinin, 01 aprel 2021-ci il tarixdən isə yenidən təşkil edilmiş İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində sahə həkimi vəzifəsində işləyir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq yanvar ayından etibarən ölkə ərazisində vaksinasiya prosesinə başlanılmışdır. Həmin prosesin həyata keçirilən məntəqələrindən də biri 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsi olmuşdur. Prosesə əsasən vətəndaş poliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatçılar tərəfindən qeydiyyat jurnalında qeydiyyata alınır, daha sonra isə vətəndaş müayinə otağına yaxınlaşaraq onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet portalı olan “analiz.its.gov.az” saytına daxil edilir, portalda şəxsin əvvəllər “Covid-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir, olmadıqda həkim tərəfindən müayinə olunmaq üçün qəbul edilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü, ağciyərlərdə oksigen dozasını yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi doldurularaq, yəni orada şəxsin kimliyi, təvəllüdü, vaksinasiya tarixi, vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası, ikinci dozanın vurulacağı tarix göstərilməklə həkim tərəfindən imzalanıb elektron qeydiyyat sisteminə daxil edilməsi dəqiqləşdirildikdən sonra vaksinasiya otağına göndərilir, orada isə məsul tibb bacısı tərəfindən şəxsə xüsusi saxlanma şəraitində saxlanılan ampula şəklində olan “Sinovac” və ya “Coronavac” peyvəndi vurularaq proses tamamlanır. Peyvənd vurulması prosesi həkimin iştirakı olmadan vaksinasiya otağında həyata keçirildiyindən həkim şəxsə peyvəndin vurulubvurulmamasını vizual olaraq müşahidə edə bilmir və bu, həkimin vəzifələrinə aid deyildir. Bu sahə üzrə məsul tibb işçiləri olan tibb bacıları vardır. Gündəlik demək olar ki, 200 nəfərə yaxın şəxs vaksinasiyadan keçirilmişdir. Bacısının vəfatı ilə əlaqədar o, 2021-ci ilin aprel ayının 02-dən 16-dək ümumiyyətlə işdə olmamış, aprelin 16-da işə çıxmışdır. Yası olan adam kimi belə söhbət aparması, iş görməsi mümkünsüzdür. Şahid2 və Şahid1 adına tərtib olunmuş 16 aprel 2021-ci il tarixli “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədlərində “İmza” qrafasında olan imzalar ona məxsusdur, tərəfindən icra olunmuşdur. Lakin Təqsirləndirilən şəxs2 guya ki, həmin şəxslərin iş yoldaşları Fəridə Xudaverdiyevanın yaxınları olduğu üçün onların iştirakı olmadan həmin sənədləri ondan xahiş edərək hazırlatmağı barədə işdə olan ifadələrdə göstərilənlər yalan və böhtandır. 16 aprel 2021-ci il tarixdə Şahid2 və Şahid1 poliklinikada iştirak etmədən və faktiki vaksinasiya olmadan onun tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsi mümkün deyildir, həmin şəxsləri tanımır, şəxsin iştirakı olmadan və onu müayinə etmədən isə heç bir vaxt adına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hazırlamamışdır. 22 aprel 2021-ci il tarixdə xəstəxanadan Şahid2 və Şahid1 faktiki olaraq vaksinasiya olmadan onlara pul müqabilində “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verildiyini öyrənmişdir. Vaksinasiya pulsuz olaraq dövlət hesabına həyata keçirilmişdir, bunun üçün vətəndaşdan hər hansı bir məbləğdə tələb olunması qanunsuzdur, onun tərəfindən də bu prosesin həyata keçirilməsi zamanı vətəndaşlardan birbaşa və ya tibb bacıları və ya qeyriləri vasitəsi ilə pul alınması və ya istənilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs1 son sözündə, Şahid2 və Şahid1 faktiki olaraq vaksinasiya olmadan onlara pul müqabilində “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsində heç bir təqsiri, iştirakı olmadığından barəsindəki cinayət işinin icraatına xitam verilməsini, bundan başqa 30 ilə yaxın müddətdə səhiyyə sahəsində qüsursuz işlədiyini, ailədə yeganə işləyən şəxs olduğunu, həyat yoldaşının müharibə veteranı, qazi olduğunu, iki övladının ali məktəbdə tələbə olduqlarını, yaşlı və xəstə anasının da onun himayəsində olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-ci ildən İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı vəzifəsində işləmiş, 24 aprel 2021-ci il tarixdən vəzifədən azad olunmuşdur. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq yanvar ayından etibarən ölkə ərazisində vaksinasiya prosesinə başlanılmışdır. 16 aprel 2021-ci il tarixdə həkimkardioloq Fəridə Xudaverdiyeva onu xidməti otağına çağıraraq iki nəfər şəxsə məxsus sənədləri ona verərək həmin şəxslərin onun tanışları olduqlarını, gəlib vaksinasiya olunacaqlarını deyib sənədləri qeydiyyat otağına verməsini demişdir. Fəridə xanım onların ailə yaxını olduğuna görə sənədləri ondan götürüb qeydiyyat otağına aparmış, otaqda yalnız operator Aynurə olmuş, sənədləri ona verərək Fəridə xanımın dediyi sözləri ona demişdir. Lakin o, apardığı sənədlərin kimə məxsus olmasını bilməmiş, Fəridə xanım həmin şəxslərin vaksinasiya olunmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin hazırlanıb verilməsini xahiş etməmiş, buna görə ona pul verməmişdir, özü də başqa şəxsdən bu məqsədlə pul almamışdır. Səmanı şəxsən tanımamışdır, onu yalnız Fəridə xanımın yanında görmüşdür. Şahid2 və Şahid1 poliknikaya yaxınlaşmadan və faktiki vaksinasiya olmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsi üçün Səmadan pul almamış, onunla aralarında telefon danışıqları olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin müvafiq hissələri ilə məhkəmə icraatı zamanı verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 23 avqust 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, ...16.04.2021-ci il tarixdə həkim-kardioloq Fəridə Xudaverdiyeva onu xidməti otağına çağıraraq tanışları olan Şahid2 və Şahid1 işlərinin çox olduğunu, onların poliknikaya yaxınlaşmadan və faktiki vaksinasiya olmadan tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin alınmasında onlara köməklik göstərilməsini xahiş etmiş, bunun müqabilində də 200 manat verəcəyini bildirmişdir. O, ilk əvvəl etirazını bildirsə də, onun israrla xahişindən sonra imtina etməyərək razılaşmış, həmin şəxslərin şəxsiyyət vəsiqələrini və 200 manat pulu ondan qəbul etmişdir. Bundan sonra qeydiyyat otağında həmin şəxslərin adlarını qeydiyyat jurnalında qeydiyyatdan keçirərək müayinə otağına yaxınlaşmış, orada da operator Aynurə adlı şəxsə vəsiqələri təqdim edərək özlərinin burada olmadığını deyib adlarını “analiz.its.gov.az” portalına daxil etməyi xahiş etmiş, o da xahişini yerinə yetirərək həmin şəxslərin adlarını daxil etdikdən sonra həmin otaqda əyləşən həkim Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Ona da həmin şəxslərin gələ bilmədiklərini, iş yoldaşları Fəridə Xudaverdıyevanın yaxınları olduğunu və ondan xahiş etdiyini, onların adlarına iştirakları olmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hazırlamasını xahiş etmiş və Təqsirləndirilən şəxs1 da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra Şahid2 və Şahid1 adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hazırlayıb imzası ilə təsdiq edərək ona təqdim etmişdir. Həmin sənədləri qəbul etdikdən sonra vaksinasiya otağına yaxınlaşmış, orada nəzarətçi olan baş tibb bacısı X5 təqdim edərək həmin şəxslərin iştirak edə bilmədiyini bildirib hər şəxsə görə 50 manat olmaqla ümumilikdə 100 manat pul verəcəyini demişdir. Manana da ehtiyac olmadığını bildirib iş yoldaşı olduqları üçün ona görə bunu edəcəyini bildirib pulu ondan qəbul etməmiş, həmin vaxt ona 100 manat borclu olduğu üçün borcunu qəbul etməyini xahiş edəndən sonra Manana 100 manat ona olan borcunu qəbul etmiş, bundan sonra həkim Fəridəyə yaxınlaşaraq sənədləri və şəxsiyyət vəsiqələri ona vermiş, o da minnətdarlığını bildirmişdir. Aldığı 200 manat puldan məsul həkim Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verməmişdir. 22 aprel 2021-ci il tarixdə xəstəxanadan Şahid2 və Şahid1 barəsində şikayət etdiyini və Daxili İşlər Nazirliyində araşdırma başlandığını öyrənmişdir. Şahid4 istintaqa verdiyi ifadəsində Şahid2 və Şahid1 faktiki olaraq iştirak etmədən və vaksinasiya olunmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin hazırlanması üçün 200 manat pulu Fəridə Xudaverdiyeva tərəfindən deyil, özünün birbaşa ona təqdim etməsi barədə dedikləri yalandır, sənəd və 200 manat pulu ona Fəridə Xudaverdiyeva təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin elan olunmasından sonra, müstəntiqə həmin ifadəsi ilə razı olmadığını, ifadəsini dəyişmək lazım olduğunu bildirsə də, onun razılaşmadığını və müstəntiqin sözü ilə ifadəsinin sonunda ifadəsini oxuduğu, sözləri ilə düzgün yazıldığı barədə cümləni öz xətti ilə yazdığını göstərmişdir. Təqsirləndirilən şəxs2 son sözündə, verilmiş ittihamın təsdiqi üçün heç bir sübut olmadığını nəzərə alaraq, bəraətverici əsaslarla işin icraatına xitam verilməsini, bundan başqa özünün onkoloji xəstəliklə əlaqədar üçüncü qrup əlil olduğunu, hazırda işləmədiyini, xəstə anasının da onun himayəsində olduğunu, tək himayəsində olan oğlunun həqiqi hərbi xidmətdə olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 5 nömrəli əmri ilə müəyyən edilmiş peyvənd vurulan hər bir şəxs barədə məlumat elektron qeydiyyat sisteminə daxil olunması təmin edilməli, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə bu barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs1 İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində sahə həkimi vəzifəsində işləyərkən, 16 aprel 2021-ci il tarixdə həmin poliklinika şöbəsində tibb qeydiyyatçısı işləyən Təqsirləndirilən şəxs2 tanışı Şahid4 xahişi ilə Şahid1 və Şahid2 müayinə olunmadan adlarının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində məsul istifadə üçün işlədiyi xəstəxananın adına verilmiş loqin və paroldan istifadə etməklə daxil etmək barədə xahişini Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən həmin poliklinika şöbəsinin inzibati binasında həyata keçirərək Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla sövdələşib ondan Şahid1 və Şahid2 şəxsiyyət vəsiqələrini almaqla Təqsirləndirilən şəxs2 təhriki əsasında Şahid1 və Şahid2 görmədən və onları müayinə etmədən, habelə onların vaksinasiya olunmamalarına baxmayaraq, Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndləri ilə vaksinasiya olunmuş şəxs kimi adlarının qeyd edilən informasiya resursuna daxil edilməsi barədə cinayətdən xəbərsiz operator Şahid3 göstəriş verməklə sonuncu vasitəsilə həmin informasiya resursuna Şahid1 və Şahid2 qeyd edilən tarixdə vaksinasiya olunmasına dair bilə-bilə yalan məlumatlar işlədiyi xəstəxananın adına verilmiş loqin və parolunu təqdim etməsi əsasında daxil edilməklə, habelə şəxsən məzmununa Şahid1 və Şahid2 F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunmalarına dair biləbilə yalan məlumatları rəsmi sənəd olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”na daxil etməklə həmin sənədləri imzası ilə təsdiq edib Təqsirləndirilən şəxs2 təqdim etməklə, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış SARS-CoV-2 virusu tərəfindən törədilən COVİD-19 yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində maksimum həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Furudin qızı ifadəsində göstərmişdir ki, ölkə ərazisində yanvar ayından başlayan COVİD-19 xəstəliyi əleyhinə olan peyvəndləmə prosesindən məlumatlı olmuş, dövlət tərəfindən COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Lakin bəzi şəxslər tərəfindən peyvənd vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini almağın mümkün olması barədə məlumat almışdır. Ortaq tanışlar vasitəsi ilə Zəhra adlı qadının bu məsələdə onlara köməklik göstərə biləcəyini öyrənmişdir. Ona 100 ABŞ dolları müqabilində faktiki vaksinasiya olunmadan və xəstəxanaya getmədən 18 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini ala biləcəyini demişlər. Bundan sonra məcbur qalaraq Zəhra adlı qadının və 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə ilə müraciət etmiş, orada onun müraciəti qeydə alınıb müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilərək Zəhra adlı qadının 170 manat pulun müqabilində 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin vasitəsi ilə 16 aprel 2021-ci il tarixdə guya ki, xəstəxanada olması, adına vaksin olmağı və vurulan 1-ci doza vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ölkə ərazisində 2021-ci ilin yanvar ayından başlayan COVİD-19 xəstəliyi əleyhinə olan peyvəndləmə prosesindən məlumatlı olmuş, dövlət tərəfindən COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Lakin bəzi şəxslər tərəfindən peyvənd vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini almağın mümkün olması barədə məlumat almışdır. Ortaq tanışlar vasitəsi ilə Zəhra adlı qadının bu məsələdə onlara köməklik göstərə biləcəyini öyrənmişdir. Ona 100 ABŞ dolları müqabilində faktiki vaksinasiya olunmadan və xəstəxanaya getmədən 18 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini ala biləcəyini demişlər. Bundan sonra məcbur qalaraq Zəhra adlı qadının və 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə ilə müraciət etmiş, orada onun müraciəti qeydə alınıb müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilərək Zəhra adlı qadının 170 manat pulun müqabilində 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin vasitəsi ilə 16 aprel 2021-ci il tarixdə guya ki, xəstəxanada olması, adına vaksin olmağı və vurulan 1-ci doza vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildən hazırkı vaxtadək İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində operator vəzifəsində işləyir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq yanvar ayından etibarən ölkə ərazisində vaksinasiya prosesinə başlanılmışdır. Həmin prosesin həyata keçirilən məntəqələrindən də biri 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsidir. Prosesə əsasən vətəndaş poliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatçılar tərəfindən qeydiyyat jurnalında qeydiyyata alınır, daha sonra isə vətəndaş müayinə otağına yaxınlaşaraq onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet portalı olan “analiz.its.gov.az” saytına daxil edilir, portalda şəxsin əvvəllər “COVİD-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir, olmadıqda həkim tərəfindən müayinə olunmaq üçün qəbul edilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü, ağciyərlərdə oksigen dozasını yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi doldurularaq, yəni orada şəxsin kimliyi, təvəllüdlü, vaksinasiya tarixi, vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası, ikinci dozanın vurulacağı tarix göstərilməklə həkim tərəfindən imzalanıb həkimin göstərişi ilə otaqda əyləşən operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində vaksinasiya olunması barədə qeydiyyat aparılmaqla vaksinasiya otağına göndərilir, orada isə məsul tibb bacısı tərəfindən şəxsə xüsusi saxlanma şəraitində saxlanılan ampula şəklində olan “Sinovac” və ya “Coronavac” peyvəndi vurularaq proses tamamlanır. Peyvənd vurulması prosesi həkimin iştirakı olmadan vaksinasiya otağında həyata keçirildiyindən həkim şəxsə peyvəndin vurulub-vurulmamasını vizual olaraq müşahidə edə bilmir. 2021-ci ilin aprel ayından başlayaraq ona da məsul həkimlə birlikdə müayinə otağında əyləşərək vaksin olunması üçün gəlmiş şəxslərin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portala məlumatların daxil edilməsi vəzifəsi həvalə edilmişdir. 16 aprel 2021-ci il tarixdə məsul həkim Təqsirləndirilən şəxs1 ilə birlikdə vaksinasiya üçün müayinə otağında olmuşdur. Həmin tarixdə həqiqətən də Təqsirləndirilən şəxs2 həkim müayinə otağına yaxınlaşaraq hazırda xatırlamadığı iki şəxsə məxsus şəxsiyyət vəsiqələrini ona təqdim edib həmin şəxslərin gələ bilmədiyini, yaxınları olduğunu deyib “analiz.its.gov.az” portalına daxil etməyi xahiş etmiş, həmin vaxt bir metrlik məsafədə onunla birlikdə əyləşən məsul həkim Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyi üçün o da həmin şəxslər barədə məlumatları “analiz.its.gov.az” sisteminə daxil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqələrini Təqsirləndirilən şəxs1 təqdim etmiş, o da öz növbəsində “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı hazırlayaraq imzası ilə təsdiq edib Təqsirləndirilən şəxs2 qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 hər ikisinə təşəkkürünü bildirib otaqdan ayrılmışdır. Gördükləri işə görə Təqsirləndirilən şəxs2 onlara hər hansı bir məbləğdə pul təklif etməmiş və ya təqdim etməmiş, bu hərəkəti Təqsirləndirilən şəxs1 iş yoldaşı olaraq hörmət naminə ona etmişdir. Həkimin icazəsi və ya razılığı olmadan heç bir vaxt şəxs barədə məlumatları sistemə daxil etməmişdir, əgər həkimin etirazı olsa idi həmin vaxt ona orada bildirərdi, Təqsirləndirilən şəxs1 isə əksinə, “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədlərini hazırlayaraq onun yanında Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Mədəniyyət Mərkəzində baletmester və rəqs müəlliməsi işləyir. Həmin rəqs dərslərinə 18 saylı Birləşmiş şəhər xəstəxanasında həkim işləyən Fəridə adlı qadının da nəvələri gələrək dərs almaqdadır. Fəridə ilə yaranmış tanışlıqları və xoş münasibətə görə bir neçə dəfə onun nəvələrinin ad günü və digər tədbirlərində dəvət olunaraq iştirak etmişdir. Həmin tədbirlərdə xəstəxanada qeydiyyatçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə də tanış olmuşdur. Məclislərin birində aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs2 pul müqabilində şəxsin vaksinasiya olunmadan adına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hazırlaya biləcəyini bildirmişdir. 2021-ci ilin aprel aynın əvvələrində xalası qızı Şahid5 ona müraciət edərək Türkiyə Respublikasının İzmir şəhərində yaşayan Məshəti adlı rəfiqəsinin tanışları Şahid2 və Şahid1 vaksinasiya olunmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini əldə etmək istədiklərini demiş, bu məsələdə onlara köməklik göstərilməsini ondan xahiş etmişdir. Ona 18 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində Səadət adlı tanışının olduğunu, ondan bu barədə maraqlanaraq deyəcəyini bildirmişdir. Səadətlə əlaqə saxladıqda bir adam üçün 100 ABŞ dolları, yəni 170 manata vaksinasiya kağızını hazırladaraq verə biləcəyini öyrənmişdir. Bu barədə məlumatları xalası qızı Zəhraya bildirmiş, o da Şahid2 və Şahid1 aid şəxsiyyət vəsiqəsini, 100 ABŞ dolları və 170 manat pulu ona göndərərək həmin pulun müqabilində qeyd olunan şəxslərin faktiki olaraq iştirak etmədən və vaksinasiya olunmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsində və adlarının qeydiyyat sisteminə salınmasına köməklik göstərilməsini xahiş etmişdir. 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq günorta saatlarında poliklinikanın yaxınlığında onunla görüşüb həmin 2 ədəd şəxsiyyət vəsiqəsini və birinci doza üçün 200 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da həmin sənədləri və pulu qəbul edərkən 1-ci doza üçün iki şəxsə 200 manat, ikinci doza üçün də əlavə 200 manat alacağını demiş, o da heç bir etiraz etməyərək sənədləri və pulu ona təqdim etmişdir. Bir neçə gün sonra həmin şəxslərin adlarına tərtib olunmuş, yəni guya ki, Şahid2 və Şahid1 16 aprel 2021-ci il tarixdə vaksin olması və vurulan 1-ci doza vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini Səadət ona təqdim etmiş, o da öz növbəsində həmin sənədləri Zəhraya çatdırmış və ona 140 manatının onda qaldığını, ikinci doza vaxtı da üzərinə 60 manat əlavə etmək lazım olduğunu bildirmişdir. Şahid2 və Şahid1nən adına olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin alınması üçün köməklik göstərilməsində onun və xalası qızı Zəhranın heç bir maddi marağı olmamışdır. Qalan 140 manat pulun üzərinə də sonra 60 manat əlavə edərək ikinci doza vaxtı Səadətə verməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 14 dekabr 2020-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini idarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyir. Xəstəxananın Konsultativ poliklinika şöbəsi xəstəxananın yaxınlığında yerləşməklə ünvanı ünvan 1ar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 5 saylı əmri ilə yanvar ayından etibarən ölkə ərazisində vaksinasiya prosesinə başlanılmışdır. Həmin prosesin həyata keçirilən məntəqələrindən biri də 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsi olmuşdur. Prosesə əsasən vətəndaş poliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatçılar tərəfindən qeydiyyat jurnalında qeydiyyata alınır, daha sonra isə vətəndaş müayinə otağına yaxınlaşaraq onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda növbə götürülür, həmin vaxt həm də şəxsin əvvəllər “COVİD-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir, olmadıqda həkim tərəfindən müayinə olunmaq üçün qəbul edilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü, ağciyərlərdə oksigen dozasını yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi doldurularaq, yəni orada şəxsin kimliyi, təvəllüdlü, vaksinasiya tarixi, vaksinin adı, seriya nömrəsi, məsul tibb işçisinin adı və imzası, ikinci dozanın vurulacağı tarix göstərilməklə həkim tərəfindən imzalanıb həkimin göstərişi ilə otaqda əyləşən operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində vaksinasiya olunması barədə qeydiyyat aparılmaqla vaksinasiya otağına göndərilir, orada isə məsul tibb bacısı tərəfindən şəxsə xüsusi saxlanma şəraitində saxlanılan ampula şəklində olan “Sinovac” və ya “Coronavac” peyvəndi vurularaq proses tamamlanır. Peyvənd vurulması prosesi həkimin iştirakı olmadan vaksinasiya otağında həyata keçirildiyindən həkim şəxsə peyvəndin vurulub-vurulmamasını vizual olaraq müşahidə edə bilmir və bu, həkimin vəzifələrinə aid deyildir. Bu sahə üzrə məsul tibb işçiləri olan tibb bacıları vardır. 22 aprel 2021-ci il tarixdə xəstəxananın kolsultativ poliklinika şöbəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə əlaqədar aparılan araşdırma üzrə poliklinikanın bəzi əməkdaşlarının, o cümlədən həkim Təqsirləndirilən şəxs1, tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs2 və böyük tibb bacısı Manana Şaripova tərəfindən qanunsuz olaraq Şahid1 və Şahid2 müayinə və vaksinasiya olunmadan F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndləri ilə vaksinasiya olunmuş şəxs kimi adlarının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsinə daxil edildiyi və adlarına 16 aprel 2021-ci il tarixli “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin hazırlandığını öyrənmişdir. Bu qanunsuz hərəkətləri Təqsirləndirilən şəxs2 və Manana Şaripova pul müqabilində etsələr də, poliklinikanın sahə həkimi Təqsirləndirilən şəxs1 pul almadığını xəbər tutmuş, lakin onun hansı səbəbdən şəxsləri görmədən adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hazırlayaraq təqdim etdiyini bilməmişdir. Hər bir halda, həmin vaxt vaksinasiya üzrə məsul həkim Təqsirləndirilən şəxs1 Şahid1 və Şahid2 görüb onu müayinə etdikdən sonra “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı tərtib edərək imzası ilə təsdiq etməli və şəxslər barədə məlumatın qeydiyyat sisteminə daxil edilməsinə də məsul şəxs kimi məsuliyyətlə yanaşaraq vəzifələrini düzgün icra etməli idi. Həmçinin, vaksinasiya pulsuz olaraq dövlət hesabına həyata keçirilir, bunun üçün vətəndaşdan hər hansı bir məbləğdə tələb olunması qanunsuzdur və onun tərəfindən də bu prosesin həyata keçirilməsi zamanı vətəndaşlardan birbaşa və ya qeyriləri vasitəsi ilə pul alınması və ya istənilməsi halı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 1989-cu ildən 18 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin həkimkordioloqu vəzifəsində çalışır. Poliklinika şöbəsində vaksinasiya prosesi həyata keçirilir və bu proses pulsuz olaraq dövlət hesabına həyata keçirilir, bunun üçün vətəndaşdan hər hansı bir məbləğdə tələb olunması qanunsuzdur və onun tərəfindən də bu prosesin həyata keçirilməsi zamanı vətəndaşlardan birbaşa və ya tibb bacıları və ya qeyriləri vasitəsi ilə pul alınması və ya istənilməsi halı, hər hansı bir tanışı üçün qanunsuz olaraq “COVİD-19 üzrə vaksinasiyası üzrə məlumat forması” sənədini alma halı olmamışdır. O, Şahid2 və Şahid1 tanımamışdır, onların “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədini hansı yolla əldə etmələrindən məlumatsızdır və həmin sənədi almalarından hər hansı formada iştirak etməmişdir. Poliklinika şöbəsinin qeydiyyat otağında qeydiyyatçı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2, guya onun tanışları olan Şahid2 və Şahid1 poliknikaya yaxınlaşmadan və faktiki vaksinasiya olmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin alınmasında onlara köməklik göstərilməsini xahiş etməmiş, bunun müqabilində 200 manat verəcəyini deməmiş və verməmişdir. Təqsirləndirilən şəxs2 ilə həkim Təqsirləndirilən şəxs1 münasibətləri olmamış, küsülü olmuşlar. Bundan başqa, o, qeyd edilən şəxslərlə bağlı belə xahiş edəsi olsa idi, bunu tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs2 vasitəsi ilə deyil, birbaşa məsul həkim Təqsirləndirilən şəxs1 özündən xahiş edərdi. Bu məsələlər ortaya çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 bu xahişi onun da tanıdığı Səmanın etdiyini öyrənmişdir. Səma ilə Səadət onun vasitəsi ilə tanış olsalar da, sonradan öz şəxsi yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 qeyd olunan qanunsuz əməlləri ortaya çıxdıqdan sonra işdən azad olunarkən demək olar ki, poliklinikanın bütün rəhbər şəxslərinə, o cümlədən ona hədə-qorxu gələrək onlardan şikayət edərək işdən azad etdirəcəyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, X13, Şahid2 və Şahid1 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz hərəkətləri barədə müraciətlərinə dair toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 3) - 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) -Şahid2 və Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə ünvanladıqları 15 aprel 2021-ci il tarixli ərizələrindən görünür ki, onlar, Zəhra adlı qadının pul müqabilində faktiki vaksinasiya olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı təsdiq edən sənədin verilməsini təşkil etdiyini bildirərək həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. (i.v. 31-32) -“Könüllü təqdim edilən sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 16 aprel 2021-ci il tarixli protokollardan görünür ki, faktiki olaraq vaksinasiya olunmadan Şahid1 və Şahid2 adına hazırlanaraq təqdim edilmiş 1-ci doza peyvənd olunmuş şəxs kimi “COVİD- 19 vaksinasiyası üzrə məlumat forması” sənədi həmin şəxslərdən götürülmüşdür. (i.v. 36, 39) -Şahid1 adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədindən görünür ki, 1960-cı il təvəllüdlü Şahid1 16 aprel 2021-ci il tarixdə F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunması barədə məsul tibb işçisi Təqsirləndirilən şəxs1 tərəfindən qeydiyyat aparılmaqla imzalanmışdır. (i.v. 37) -Şahid2 adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədindən görünür ki, 1974-cü il təvəllüdlü Şahid2 16 aprel 2021-ci il tarixdə F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunması barədə məsul tibb işçisi Təqsirləndirilən şəxs1 tərəfindən qeydiyyat aparılmaqla imzalanmışdır. (i.v. 40) - 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Şahid4 istifadəsində olan ***-***-**-** möbil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrə arasında 12 aprel 2021-ci il tarixdə 37, 20, 10 saniyə, 13 aprel 2021ci il tarixdə 31, 7, 40, 24 saniyə, 14 aprel 2021-ci il tarixdə isə 19, 23, 8 saniyə müddətlərində telefon danışıqları olmuşdur. Həmçinin, Şahid4 istifadəsində olan ***-***-**- ** möbil nömrə üzrə anten dairəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 14 aprel 2021-ci il tarixdə saat 13:27 və 13:36-da olan telefon danışığı zamanı Şahid4 Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi yaxınlığında (18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsi yaxınlığında) qeydə alınmışdır. (i.v. 134-135) -İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 22 iyun 2021-ci il tarixli PHŞ/1-2-2021- 13030 saylı məktubundan və ona əlavə sənədlərdən görünür ki, “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda Şahid1 və Şahid2 aid “Xəstə müraciət siyahısı”nda 16 aprel 2021-ci il tarixdə “SinoVac Doza 1” (peyvəndin seriyası: F2********) qeydi edilmişdir. (i.v. 136-169) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 5 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunması təmin edilməli, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə bu barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməlidir. (i.v. 170) -İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının 16 iyun 2021-ci il tarixli 179 nömrəli məktubundan görünür ki, 16 aprel 2021-ci il tarixdə vaksinasiya otağında məsul həkim Təqsirləndirilən şəxs1 və operator Şahid3 olmuşdur. (i.v. 171) - 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** möbil nömrə arasında 12 aprel 2021-ci il tarixdə 37, 20, 10 saniyə, 13 aprel 2021-ci il tarixdə 31, 7, 40, 24 saniyə, 14 aprel 2021-ci il tarixdə isə 19, 23, 8 saniyə müddətlərində telefon danışıqları olmuşdur. (i.v. 193-193) -Bakı Baş Səhiyyə idarəsinin 14 nömrəli tibbi sanitariya hissəsinin (01.04.2021-ci il tarixdən yenidən təşkil edilmiş İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının) 01 iyul 2009-cu il tarixli 210 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 poliklinika şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. (i.v. 201) -Bakı şəhəri Nizami rayonu Səhiyyə şöbəsinin Yeni Bakı Neftayırma zavodunun nəzdində 14 nömrəli tibbi sanitariya hissəsinin (01.04.2021-ci il tarixdən yenidən təşkil edilmiş İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının) 12 oktyabr 1994-cü il tarixli 97 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 poliklinika şöbəsinə sahə həkimi vəzifəsinə qəbul edilmişdir. (i.v. 203) - 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1, 313, 32.4,308.1 və 32.4,313-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri dəlillər özünü müdafiə xarakterli olmaqla istintaq sənədləri ilə təkzib edildiyindən həmin hissədə sübut kimi qiymətləndirilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Şahid1 və Şahid2 adlarına olan tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” öz xüsusiyyətlərinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, X7, X1, Sadıxova Mehub qızı və Şahid5 barələrində cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 251-267) -Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 vəsatəti əsasında, məhkəmənin qərarı ilə, iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 14 aprel 2021-ci il tarixdə saat 12:00-dan saat 14:00-dək olan müddətdə, ötürücü stansiyaları göstərilməklə, daxil və xaric olan zənglərin siyahısı, daxil və xaric olan zənglərin edildiyi məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüşdür. Qərarın icrası ilə əlaqədar daxil olmuş məlumatların yoxlanılması ilə müəyyən edilmişdir ki, iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** möbil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrə arasında 14 aprel 2021-ci il tarixdə 19, 23 və 8 saniyə müddətlərində telefon danışıqları olmuşdur. 14 aprel 2021-ci il tarixdə saat 13:27:13-də (23 saniyə) və 13:36:21-də (8 saniyə) aparılmış telefon danışıqları Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Məhsəti küçəsi yaxınlığında (18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsi həmin ünvanın yaxınlığında yerləşir) qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələrini onların hüquqları kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onlarla razılaşmaq olmaz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda əksini tapan cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində digər Təqsirləndirilən şəxs2 vətəndaşlar Şahid2 və Şahid1 iş yoldaşları Fəridə Xudaverdiyevanın yaxınları olduğu üçün onları görmədən və müayinə etmədən, vaksinasiya olunmamalarına baxmayaraq, adlarının F202102008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndləri ilə vaksinasiya olunmuş şəxs kimi informasiya resursuna daxil edilməsini ondan xahiş edərək hazırlatmağı barədə göstərilənlərin yalan və böhtan olduğunu qeyd etsə də, həmin şəxslərin adına tərtib olunmuş 16 aprel 2021-ci il tarixli “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədlərində “İmza” qrafasında olan imzaların ona məxsus olduğunu, onun tərəfindən icra olunduğunu etiraf etmişdir. Eyni zamanda, cinayət əməlinin törədildiyi 16 aprel 2021-ci il tarixdə vaksinasiya otağında məsul həkimin Təqsirləndirilən şəxs1 olması onun özünün, şahidlərin ifadələri ilə yanaşı, 18 saylı Birləşmiş şəhər xəstəxanasının 16 iyun 2021-ci il tarixli 179 nömrəli məktubu ilə təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində Şahid2 və Şahid1 poliklinikaya yaxınlaşmadan və faktiki vaksinasiya olmadan adlarına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsi üçün Şahid4 pul almadığını, onunla aralarında telefon danışıqları olmadığını göstərsə də, dindirilmiş şahidlərin ifadələri ilə həmin hal təkzib olunmuşdur, eləcə də, müdafiə tərəfinin özünün vəsatəti əsasında "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların qarşılıqlı tədqiqi ilə müəyyən və təsdiq olunmuşdur ki, iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** möbil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında telefon danışıqları aparılmışdır. Həmin danışıqlar isə məhz Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Məhsəti küçəsi yaxınlığında (18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsi həmin ünvanın yaxınlığında yerləşir) qeydə alınmışdır. Hansı ki, Təqsirləndirilən şəxs2 tanışı Şahid4 xahişi ilə Şahid1 və Şahid2 peyvənd olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” verilməsi və bu barədə məlumatın elektron portala salınmasında köməklik göstərilməsini hər şəxsə 100 manat olmaqla, ümumilikdə 200 manat müqabilində həll edə biləcəyini ona bildirib, həmin məbləği Şahid4 14 aprel 2021-ci il tarixdə poliklinikanın yaxınlığında almışdır. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin konkret əsasları müəyyən edilmişdir, CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Məhkəmə bununla bağlı təqsirləndirilən şəxslərin və müdafiəçilərinin cinayət işi üzrə icraata xitam verilməsi barədə xahişlərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət təqibinə xitam verilməsi üçün qanunla müəyyən olunan əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar da məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 308.1 və 313-cü maddələri və 32.4,308.1 və 32.4,313-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 130) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 171.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilmişdir. (i.v. 131, 234-236) - 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 292-293) - 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 316-317) -Vİ-JQ seriyalı, 292813 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Babayeva (Allahverdiyeva) İlhamə Zakir qızı 05 sentyabr 1992-ci il tarixdə nikahlarını bağlamışlar. -Azərbaycan Respublikası DİN-dən və “X12” İctimai Birliyindən verilmiş vəsiqələrin surətindən görünür ki, X8 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır, müharibə veteranıdır. -Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 üçüncü qrup əlillik dərəcəsi vardır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə həmin maddənin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 32.4,308.1-ci maddəsi ilə törətdikləri əməllər, CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, CM-nin müvafiq olaraq 313 və 32.4,313-cü maddələri ilə törətdikləri əməllər CMnin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həyat yoldaşının Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, yaralandığını, müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə, təqsirləndirilən şəxs X4 onkoloji xəstəlikdən əziyyət çəkməklə üçüncü qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (həyat yoldaşının müharibə veteranı və qazi olması, iki övladının ali məktəb tələbəsi olmaqla) həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Belə olan halda, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsi humanizm psinsipi baxımından ədalətli hesab olunmalıdır. Məhkəmə X4 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (özünün himayəsində olan övladının həqiqi hərbi xidmətdə olmaqla) həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Belə olan halda, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsi humanizm psinsipi baxımından ədalətli hesab olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cəzalarını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı onların əmək haqlarından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası şəxslərin yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışlar. Ona görə məhkəmə hesab edir ki, cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 islah işləri növündə cəza təyin edilməli olduğundan, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Şahid1 və Şahid2 adlarına tərtib edilmiş iki ədəd “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 təqsirli bilindikləri maddələrin sanksiyasında islah işləri cəzasına əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır, məhkəmə CM-nin 46.2-ci maddəsinin tələbləri baxımından həmin məsələni həll edərək təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, işin faktiki hallarını nəzərə almaqla, onlara həmin növdə əlavə cəzanın tətbiq edilməməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X10 məhkəməyədək icraat zamanı iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirdiyinə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının tutulması məsələsi müzakirə edilmir. Məhkəmənin qərarı əsasında Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişdir, həmin müddət 47 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq, hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 32.4,308.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, CM-nin 32.4,313-cü maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq, hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Şahid1 və Şahid2 adlarına tərtib edilmiş iki ədəd “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 47 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 282 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-28/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-28/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver