Məhkəmə qərarları › İş №1(007)-28/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-28/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-28/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 Telman oğlunun, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1991-ci il tarixdə Astara rayonunun Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 65, mənzil 63-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1-də yaşayan, 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 may 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1- ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 10, mənzil 56-da qeydiyyatda olmaqla yaşayan, 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 may 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 37 saylı evin qarşısında dayanmış, Zərərçəkmiş şəxs3 məxsus “Maz 551605” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, ətrafda heç kəsin olmamasından istifadə edərək üzərində olan kəlbətinlə yük avtomobilinin 02 ədəd akkumulyatorlarını açıb hər birinin dəyəri 300 manat, ümumilikdə dəyəri 600 manat olan “İstok” markalı, 190 amperlik 02 ədəd akkumuyatorları qəsdən gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 58-ci kilometrliyində yerləşən təkər təmiri sexinin qarşısında dayanmış, Zərərçəkmiş şəxs4 məxsus “Man” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, ətrafda heç kəsin olmamasından istifadə edərək üzərində olan kəlbətinlə yük avtomobilinin 02 ədəd akkumulyatorlarını açıb hər birinin dəyəri 300 manat, ümumilikdə dəyəri 600 manat olan “Feon” markalı, 190 amperlik 02 ədəd akkumulyatorları qəsdən gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs4 600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 61-ci kilometrliyində, Qazax rayonu istiqamətində olan yolun kənarında dayanmış, Zərərçəkmiş şəxs1 məxsus “Daf” markalı NE-111 tranzit qeydiyyat nişanlı avtomobilin yanına gəlib, ətrafda heç kəsin olmamasından istifadə edərək üzərində olan kəlbətinlə yük avtomobilinin 02 ədəd akkumulyatorlarını açıb hər birinin dəyəri 700 manat, ümumilikdə dəyəri 1400 manat olan “Banner” markalı, 220 amperlik 02 ədəd akkumulyatorları qəsdən gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 1400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən “Socar” təlim tədris mərkəzinin yaxınlığındakı yolun kənarında dayanmış, Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, ətrafda heç kəsin olmamasından istifadə edərək üzərində olan kəlbətinlə yük avtomobilinin 02 ədəd akkumulyatorlarını açıb birinin dəyəri 450 manat, digərinin dəyəri 120 manat, ümumilikdə dəyəri 570 manat olan “Delpion” markalı, 190 amperlik 02 ədəd akkumulyatorları qəsdən gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 570 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ondan aldığı 20 manat pul vəsaiti müqabilində 23 may 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının yaxınlığında tanışı X1 02 ədəd bükümdə təmiz çəkisi 0,424 qram və 0,221 qram, ümumilikdə 0,645 qram olan narkotik vasitə heroini qanunsuz olaraq aldıqdan sonra öz aralarında bölərək üzərlərində saxlamaqla daşımış, 23 may 2022-ci il tarixdə saat 19 radələrində o və Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında onun idarə etdiyi “Mersedes 190” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdikləri zaman Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilərək üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki parça materialdan olan göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,424 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, onun üzərində şəxsi axtarış aparılarkən isə əynindəki parça materialdan olan göy rəngli şalvarın sol yan cibində saxladığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2 məxsus 20 manat pul vəsaiti müqabilində 23 may 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının yaxınlığında X1 içərisində ayrı-ayrılıqda 0,424 qram və 0,221 qram, ümumilikdə 0,645 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümləri qanunsuz olaraq aldıqdan sonra öz aralarında bölmüş, 23 may 2022-ci il tarixdə saat 19 radələrində o və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində sonuncunun idarəsində olan “Mersedes 190” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdikləri zaman Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilərək üzərlərində şəxsi axtarış aparılarkən onun əynindəki parça materialdan olan göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,424 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynindəki parça materialdan olan göy rəngli şalvarın sol yan cibində saxladığı, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Ramiz Mahmudov 24 may 2022-ci il tarixdə saat 13 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs2 və onun üzərindən aşkar edilmiş narkotik vasitə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, “kakos”, “kola” və “patı” kimi tanınan narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 ilə təsadüfən tanış olmuşlar, tanışlıqları müddtində birbirinin narkotik vasitə istifadəçisi olduqlarını bilmiş və bundan sonra daha yaxın olmuşlar. 23 may 2022-ci il tarixdə təxminən saat 15 radələrində Elxanla heroin taparaq istifadə etmək qərarına gəlmişlər. Elxanın pulu olmadığı üçün onun da yerinə özü pul ödəyəcəyini demiş, Elxan da heroin tapa biləcəyini ona demişdir. O, Elxana 20 manat verərək ikisi üçün də heroin tapmasını xahiş etmişdir. Elxan təxminən saat 16 radələrində Ramiz adlı şəxsə zəng etmiş və ondan 20 manatlıq heroin tapmasını xahiş etmişdir. Ramiz bir az sonra 4 saylı Vərəm Dispanserinin yanında olacağını Elxana demişdir. Bundan bir az sonra onlar Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm Dispanserinin yanına getmişlər. O, idarə etdiyi “Mersedes” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, Elxan dispanserin yanına getmiş və Ramizdən 2 ədəd bükümdə heroin götürüb gəlmişdir. O, Elxanın Ramizdən heroin aldığını görməmiş, Elxan ona Ramizdən heroin aldığını demişdir. Daha sonra Elxanla yaxınlıqda yerləşən çayxanada çay içib söhbət etmişlər. Təxminən 30-40 dəqiqə sonra onun avtomobili istiqamətində getmişlər, Elxan ön sərnişin oturacağında, o isə sükan arxasında əyləşmişdir. Təxminən saat 19 radələrində onlara yaxınlaşan şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər və üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirilərək onları Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər, orada üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan bağlamanı təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmiş, bükümün içərisində tünd qəhvəyi rəngdə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, maddi vəziyyəti çətin olduğuna görə 2022-ci ilin fevral ayının sonlarında müxtəlif yük avtomobillərinin akkumulyatorlarını oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bununla bağlı Qobustan qəsəbəsinin ərazisini uzaq və sakit bir yer olduğunu, habelə həmin ərazidə çox sayda yük avtomobillərin olduğunu hesab edib oğurluqları məhz həmin ərazidə həyata keçirməyi fikirləşmiş və elə də etmişdir. Qardaşı Kəramətə məxsus, etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-SR-*** dövlət nömrə nişanlı avtomobili tez-tez ondan götürüb sürmüş və oğurluqları həmin avtomobildən istifadə etməklə törətmişdir, lakin sürücülük vəsiqəsi almamışdır. İlk dəfə 01 mart 2022-ci il tarixə keçən gecə saatlarında yaşadığı evdən kəlbətin götürüb çıxmış, qardaşı Kəramətin avtomobilinə əyləşərək Qobustan qəsəbəsinə yollanmışdır. Qəsəbəyə çatdıqda həmin ərazidə bir fərdi yaşayış evinin giriş darvazasının yanında dövlət nömrə nişanını xatırlamadığı “Maz” markalı avtomobilin dayandığını görmüşdür. Avtomobili saxlayıb çıxmış, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra kəlbətinlə yük avtomobilinin üzərində olan iki ədəd akkumulyatorunu açmış və idarə etdiyi avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa elə həmin gün, 01 mart 2022-ci il tarixdə, 1-ci oğurluqdan təxminən yarım saat sonra gecə saatlarında Qobustan qəsəbəsində yerləşən bir təkər təmiri sexinin qarşısında dövlət nömrə nişanını xatırlamadığı “Man” markalı yük avtomobilinin dayandığını görmüşdür. Avtomobili saxlayıb çıxmış, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra kəlbətinlə yük avtomobilinin üzərində olan iki ədəd akkumulyatorunu açmış və onları da idarə etdiyi avtomobilin yük yerinə, digər iki akkumulyatoru isə yanına qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün başqa oğurluq etməmiş və yaşadığı evə yollanmışdır. Həmin günün səhərisi evdən çıxaraq oğurladığı akkumulyatorı satmaq üçün idarə etdiyi “Mercedes” markalı avtomobillə “8-ci km bazarı”na getmişdir. Orada akkumulyator satışı mağazalarından birinə daxil olaraq satıcıya yaxınlaşmış və iki cüt olmaqla dörd ədəd akkumulyatoru satdığını bildirmişdir. Satıcı akumliyatorlara baxıb bəyənmiş və dörd ədədinə ümumilikdə 175 manat pul təklif etmişdir. O da razılaşdıqdan sonra satıcının təklif etdiyi qiymətə akkumulyatorı satıb mağazadan çıxmışdır. Satıcı onun şəxsiyyət vəsiqəsini istəmiş və hər iki tərəfini telefonuna çəkmiş, lakin akkumulyatorun kimə məxsus olması və haradan əldə etdiyi barədə heç nə soruşmamışdır. Satıcıdan götürdüyü pula idarə etdiyi avtomobilin yağını dəyişmiş, əlavə olaraq avtomobilin “prokladka”sını, filtirini dəyişmiş və bir neçə xırda işləri görmüşdür. Həmçinin özünə yemək, siqaret, su almışdır. Bundan başqa, 02 mart 2022-ci il tarixə keçən gecə saatlarında yaşadağı evdən çıxıb qardaşı Kəramətin avtomobilinə əyləşərək oğurluq etmək üçün Qobustan qəsəbəsinə yollanmışdır. Qəsəbəyə çatdıqda həmin ərazidə Bakı-Qazax maqistral yolunun Qazax rayonu istiqamətində olan yolun kənarında dövlət nömrə nişanını xatırlamadığı “Daf” markalı yük avtomobilinin dayandığını görmüşdür. Avtomobili saxlayıb çıxmış, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra kəlbətinlə yük avtomobilinin üzərində olan iki ədəd akkumulyatoru açmış və idarə etdiyi avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün, 02 mart 2022-ci il tarixdə birinci oğurluqdan təxminən yarım saat sonra gecə saatlarında Qobustan qəsəbəsində Bakı-Qazax yolunun əks istiqamətinə, Bakı şəhəri istiqamətində olan yola dönmüş, həmin yolda sağ tərəfdə yerləşən “Socar” təlim tədris mərkəzinin yaxınlığında yolun kənarında dövlət nömrə nişanını xatırlamadığı “Kamaz” markalı yük avtomobilinin dayandığını görmüşdür. Avtomobili saxlayıb çıxmış, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra kəlbətinlə yük avtomobilinin üzərində olan iki ədəd akkumulyatoru açmış və idarə etdiyi avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa, 02 mart 2022-ci il tarixdə “Kamaz” markalı avtomobildən oğurluq etdikdən təxminən yarım saat sonra gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yolun kənarında dövlət nömrə nişanını xatırlamadığı başqa “Kamaz” markalı avtomobilin dayandığını görmüşdür. Avtomobili saxlayıb çıxmış, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra kəlbətinlə yük avtomobilinin üzərində olan iki ədəd akkumulyatoru açmış və idarə etdiyi avtomobilin yük yerinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün ümumilikdə üç oğurluq hadisəsi törətmiş və sonradan yaşadığı evə yollanmışdır. Həmin günün səhəri evdən çıxaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə “8-ci km bazarı”na, bir gün əvvəl akkumulyatorları satdığı mağazaya getmişdir. Bu dəfə orada yaşlı kişi satıcı olmuşdur. Satıcı kişi akkumulyatorların özünə məxsus olubolmadığını soruşmuş, o da özünün olduğunu bildirmişdir. Bundan sonra kişi əvvəlki cavan oğlan satıcıya, yəni oğluna zəng etmiş və dünənki akkumulyatorları ondan alıb-almadığını öyrənmişdir. Oğlu da akkumulyatorları ondan aldığını təsdiq etmişdir. Bundan sonra satıcı kişi akkumulyatorlara baxıb bəyənmiş və altı ədədinə ümumilikdə 250 manat pul təklif etmişdir. O da razılaşdıqdan sonra satıcının təklif etdiyi qiymətə akkumulyatorları satmışdır. Həmin satıcı kişi bir daha şəxsiyyət vəsiqəsini götürüb öz telefonuna çəkmiş və ona bir daha mağazalarına satmağa akkumulyator gətirməməsini demişdir. O da həmin kişiyə etiraz etməmiş və pulunu götürüb çıxıb getmişdir. Həmin pula özünə yemək, siqaret, su almış, bir az da borclarından qaytarmışdır. 04 mart 2022-ci il tarixdə səhər saatlarında Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları yaşadığı evə gələrək oğurluq etməkdə şübhəli bilindiyini deyib onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs2 daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənildiyini, himayəsində iki azyaşlı uşağı olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Bir neçə ildir ki, “kakos”, “kola” və “patı” kimi tanınan narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs2 ilə təsadüfən tanış olmuşlar, tanışlıqları müddtində bir-birinin narkotik vasitə istifadəçisi olduqlarını bilmiş və bundan sonra daha yaxın olmuşlar. 23 may 2022-ci il tarixdə təxminən saat 15 radələrində Hikmətlə heroin istifadə etmək qərarına gəlmişlər. O, Hikmətə heroin tapa biləcəyini demişdir. Lakin özünün üzərində pul olmamışdır. Hikmət ona 20 manat verərək ikisi üçün də heroin tapmasını xahiş etmişdir. O da buna görə təxminən saat 16 radələrində Ramiz adlı şəxsə zəng etmiş və ondan 20 manatlıq heroin tapmasını xahiş etmişdir. Ramiz bir az sonra 4 saylı Vərəm Dispanserinin yanında olacağını ona demişdir. Bundan bir az sonra o, Hikmətlə birgə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm Dispanserinin yanına getmişdir. Hikmət özünə məxsus “Mersedes” markalı avtomobildə gözləmiş, o isə Dispanserin yanına getmiş və Ramizdən 2 ədəd bükümdə heroin götürüb 20 manat pulu əvəzində ona vermişdir. Daha sonra Hikmətlə o, yaxınlıqda yerləşən çayxanada çay içib söhbət etmişlər, təxminən 30-40 dəqiqə sonra Hikmətin avtomobili istiqamətində getmişlər, o, avtomobilin ön sərnişin oturacağında əyləşmiş, Hikmət isə sükan arxasında əyləşmişdir. Təxminən saat 19 radələrində onlara yaxınlaşan şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər və üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirilərək onları Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər, orada üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan bağlamanı təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış keçirilmiş və içərisində tünd qəhvəyi rəngdə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus baş etibarnamə əsasında idarə etdiyi “Maz 551605” markalı **-BG-*** dövlət nömrə nişanlı özüboşaldan yük avtomobili ilə “Şıxlar” qum karxanasında qum yükləyərək Bakı şəhərinin müxtəlif qəsəbələrinə aparıb satmaqla dolanır. 01 mart 2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 8 ünvanında yaşadığı evə gələrək avtomobili evin darvazasının qarşısında saxlamışdır. Həmin gün səhər saatlarında evdən çıxıb yük avtomobilinin yanına yaxınlaşanda onun üzərində olan 2 ədəd akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt akkumulyatorların oğurlandığını başa düşmüş, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər və orada ərizə ilə müraciət etmiş, həmçinin hadisə yerinə baxış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs tutulmuş və o, akkumulyatorları satdığı yeri bildirmişdir. Ekspertiza rəyi ilə razı deyil, akkumulyatorlarının hər birinin 300 manat qiyməti olmuş, oğurluq nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 ona vurduğu maddi ziyanı ödədiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı şikayəti olmadığını göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, fərdi qaydada yük avtomobili ilə xarici dövlətlərə müxtəlif növ metal məmulatları daşıyıb dolanır. Özünə məxsus mülki etibarnamə əsasında “Daf” markalı NE-117 tranzit nömrə nişanlı yük avtomobili idarə edir. 15 fevral 2022-ci il tarixdə işləri ilə bağlı həmin yük avtomobili ilə Beyləqan rayonuna yollanmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolu ilə hərəkət etdiyi zaman avtomobilin elektrik sistemində nasazlıq hiss etmişdir. Bu səbəbdən avtomobili həmin ərazidə yolun kənarında, tanışının qarajının yanında saxlamış, özü isə işləri ilə əlaqədar başqa avtomobildə yola düşmüşdür. Avtomobili 04 mart 2022-ci il tarixədək saxladığı yerdə qalmış, arabir oradan keçib avtomobilə göz gəzdirmişdir. Sonuncu dəfə 01 mart 2022-ci il tarixdə günorta saatlarında avtomobilə baş çəkmiş və mühərriki də işə salıb yoxlamışdır. 04 mart 2022-ci il tarixdə bir daha gəlib avtomobilə baş çəkdikdə üzərində olan 2 ədəd 220-lik ölçüdə akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Akkumulyatorun hər birinin 700 manat qiyməti olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 1400 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vaxt oğurluq hadisəsi baş verdiyini başa düşünmüş, ərazi üzrə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, aklumlyatorları oğurlayan şəxs tutulmuş və akkumulyatorları da satdığı yeri bildirmişdir. Ekspert rəyi ilə razı deyil, belə ki, avtomobilindən oğurlanmış akkumulyatorun 01 ədədi 700 manat olmaqla, 02 ədədini 1400 manata almış, buna görə ona ümumilikdə 1400 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə teleqram göndərərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı şikayəti olmadığını, verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Man” markalı qoşqulu **-BE-*** dövlə qeydiyyat nişanlı avtomobillə Qaradağ “Norm” sement zavodundan respublikanın bütün rayonlarına sement aparmaqla dolanır. 28 fevral 2022-ci il tarixdə saat təxminən 01 radələrində reysini bitirdikdən sonra Xırdalan şəhərindən yaşadığı Qobustan qəsəbəsinə getmişdir. Maşını Qobustan qəsəbəsində, Bakı-Salyan yolunun 58-ci km-də yerləşən təkər təmiri sexinin yanında saxlayıb evə getmişdir. 03 mart 2022-ci il tarixdə axşam saatlarında işə getmək üçün maşının yanına gəlmişdir. Maşını işə salmaq istəyərkən işə düşməmişdir. Düşüb baxanda müəyyən etmişdir ki, “Feon” markalı, hər biri 190A gücündə və hər biri 300 manat dəyərində olan akkumulyatorları oğurlanmışdır. Bu barədə 102 xidmətinə məlumat vermiş və 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə yerinə baxış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun maşınından və digər maşınlardan akkumulyatorları oğurlayan şəxs tutulmuşdur. Ekspert rəyi ilə razı deyil, belə ki, avtomobilindən oğurlanmış akkumulyatorun 01 ədədini o, 300 manat olmaqla, 02 ədədini 600 manata almış, buna görə ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Belə ki, elektron sistem vasitəsilə yoxlama zamanı onun 08 avqust 2022-ci il tarixdə ölkə sərhədindən çıxış edərək Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi və geri qayıtmadığı müəyyən edilmiş, lakin hər hansı əlaqə vasitəsi aşkar edilməmişdir. Həmin hal, eləcə də zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir qisminin aradan qaldırıldığı nəzərə alınaraq, onun iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılması mümkün hesab edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, karxanalardan daş götürüb daşımaqla ailəsini dolandırır. 1 il olar ki, “Kamaz” markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır və həmin avtomobillə daş daşıyır. Həmin avtomobili öz adına sənədləşdirmişdir. Son vaxtlar iş az olduğundan həmin maşını satmaq üçün üstünə elan yazıb, 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Socar” təlim-tədris mərkəzinin yaxınlığında saxlamışdır. Bir neçə gündən bir gedib maşına baxmışdır. Növbəti dəfə fevral ayının 28-də maşına yaxınlaşıb işə salmışdır ki, motoru bir qədər işləsin. Daha sonra söndürüb yaşadığı evə qayıtmışdır. Daha sonra mart ayının 4-də yenə maşını işə salmağa gəldikdə maşın işləməmişdir. Baxış keçirdikdə akkumulyatorların oğurlandığını müəyyən etmişdir. Oğurlanmış akkumulyatorların biri işlənmiş “Delpion” markalı 190A gücündə və 120 manat dəyərində, digəri isə təzə qoyulmuş adını bilmədiyi qara rəngli 100A gücündə və 450 manat dəyərində olmuşdur. Bu barədə Rəhim adlı tanışı 102 xidmətinə məlumat vermiş və o, gedib 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə yerinə baxış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun maşınından və digər maşınlardan akkumulyatorları oğurlayan şəxs tutulmuşdur. Baş vermiş hadisə nəticəsində ümumilikdə ona 570 manat məbləğində maddi ziyan dəymişdir. Ekspert rəyi ilə razı deyil, belə ki, avtomobilindən oğurlanmış akkumulyatorun birini 450 manata, digərini isə 120 manata almışdır. Həmin akkumulyatorların biri yeni, digəri isə istifadə olunmuş akkumulyator olmuşlar. Buna görə də həmin akkumulyatoru 120 manata almışdır, qeyd etdiklərinə əsasən ona ümumilikdə 570 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə “Elxan” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinə məlumat daxil olmuşdur. Buna görə “Elxan” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 23 may 2022-ci il tarixdə saat 19 radələrində o və NMB-nin əməliyyat müvəkkili Şahid1 həmin “Elxan” adlı şəxsin ünvan 9 ünvanının qarşısında saxlanılmış “Mersedes” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşdiyini görüb avtomobilə yaxınlaşmışlar. Həmin vaxt “Elxan” adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 ön sərnişin oturacağında, sonradan şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs2 isə sürücü oturacağında əyləşmişlər. Onlar özlərini Elxan və Hikmətə təqdim etmiş, daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs1 tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla polis idarəsinə getməsini ona təklif etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs2 da onlarla birgə polis idarəsinə getməsini təklif etmişlər. Həmin şəxslər etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişlər. Müvafiq prosedurlara əməl edildikdən və şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində “Ramiz” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Həmin maddə götürülərək 01 ədəd zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş, bütün iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra müvafiq prosedurlara əməl edildikdən və şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində “Ramiz” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Həmin maddə götürülərək 01 ədəd zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş, bütün iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra 24 may 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Ramiz” adlı şəxs də saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 23 may 2022-ci il və 27 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 01 büküm içindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan “kakos” kimi tanıdığı 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində “Ramiz” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 27 may 2022-ci il tarixdə keçirilən baxış zamanı 23 may 2022-ci il tarixli protokolda qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 32-33, 232) - 23 may 2022-ci il və 27 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 01 büküm içindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan “kakos” kimi tanıdığı 01 ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində “Ramiz” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 27 may 2022-ci il tarixdə keçirilən baxış zamanı 23 may 2022-ci il tarixli protokolda qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 57-58, 235) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 may 2022-ci il tarixli 6/2932 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan qəhvəyi rəngli maddə və üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,424 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,221 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,171 qram qalıq qalmışdır; 2 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,424 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,374 qram qalıq qalmışdır. (İ cild i.v. 67-70) - 24 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 “Elxan” adlı şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadəsində şübhəli olması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin keçirilməsi barədə 23 may 2022-ci il tarixli qərarı Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İ cild i.v. 86-87) - 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-dən daxil olmuş ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda, sonuncu nömrə altında birləşdirilmişdir. (İ cild i.v. 244-245) - 04 mart 2022-ci il tarixli qərardan görünür ki, müvafiq faktlarla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 1) - 04 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin şəxsin istifadəsində olan “Man” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən akkumulyatorların oğurlandığı yer Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan yolunun 58-ci km-də yerləşən təkər təmiri sexinin qarşısıdır. (İİ cild i.v. 9-10) - 03 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin şəxsin istifadəsində olan “Maz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən akkumulyatorların oğurlandığı yer Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 37 ünvanının qarşısıdır. (İİ cild i.v. 19-21) - 04 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin şəxsin istifadəsində olan “Daf” markalı NE-117 dövlət qeydiyyat nişanlı avtomobildən akkumulyatorların oğurlandığı yer Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı- Qazax avtomagistral yolunun 61-ci kilometrliyi, yolun Qazax rayonu istiqamətində olan tərəfidir. (İİ cild i.v. 32-35) - 04 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin şəxsin istifadəsində olan “Kamaz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildən akkumulyatorların oğurlandığı yer Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı- Salyan yolunun 58-ci km-də yerləşən təkər təmiri sexinin qarşısıdır. (İİ cild i.v. 47-51) - 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, X5 04 ədəd qara rəngli 190 amperlik, 02 ədəd ağ rəngli 220 amperlik, 01 ədəd qara rəngli 90 amperlik akkumulyatorları araşdırmaya təqdim etmiş, həmin akkumulyatorları Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. (İİ cild i.v. 58) - 05 mart 2022-ci il tarixli protokollardan və qəbzlərdən görünür ki, “Daf” markalı NE-117 dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 02 ədəd “Banner” markalı, 220 amperlik akkumulyator, “Maz 551605” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 01 ədəd “İstok” markalı, 190 amperlik akkumulyator, “Man” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 02 ədəd “Feon” markalı, 190 amperlik akkumulyator, “Kamaz” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 01 ədəd “Delpion” markalı, 190 amperlik akkumulyator müvafiq olaraq zərərçəkmiş şəxslərə təhvil verilmişdir. (İİ cild i.v. 87, 98, 157, 167) - 11 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı o, oğurluq etdiyi yerləri və oğurladığı həmin akkumulyatorı satdığı yeri əyani olaraq göstərib, əməlləri hansı qaydada törətdiyini ifadəsində qeyd olunan qaydada təsvir etmişdir. (İİ cild i.v. 181-185) - 12 may 2022-ci il tarixli qərardan görünür ki, 02 ədəd “Banner” markalı, 02 ədəd “Feon” markalı, 01 ədəd “İstok” markalı və 01 ədəd “Delpion” markalı akkumulyatorlar maddi sübut qismində tanınmış və onların zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmışdır. (İİ cild i.v. 186) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 05 iyul 2022-ci il tarixli 3645 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 235-236) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 05 iyul 2022-ci il tarixli 3646 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 240-241) - 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmiş, həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.2, 234.4.1 və 185-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, X5 və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işindən X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,171 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,324 qram olan narkotik vasitə heroin, içərisində videogörüntülərin olduğu 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 oğurladığı 02 ədəd “Banner” markalı, 02 ədəd “Feon” markalı, 01 ədəd “İstok” markalı, 01 ədəd “Delpion” markalı akkumulyatorların maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmış, cinayət nəticəsində dəymiş ziyanın ümumi məbləği 3170 manat kimi qəbul edilmiş, həmin ziyanın qismən, yəni 2750 manatlıq hissəsi aradan qaldırılmış hesab olunmuş, 02 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində, yol kənarında dayanmış “Kamaz” markalı avtomobildən 02 ədəd akkumulyatorun Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması ilə bağlı cinayət işindən material ayrılaraq Qaradağ rayon polis idarəsinə göndərilmişdir. (i.v. 8-27) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 19) - 23 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 43) - 25 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (İ cild i.v. 119-121) - 25 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (İ cild i.v. 122-124) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. (İ cild i.v. 125-126) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. (İ cild i.v. 130-131) - 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 69) - 06 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (İİ cild i.v. 118-119) -Bakı şəhəri Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. (İİ cild i.v. 120- 121) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 23 may 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnsitiya Qərarının 7.3-cü bəndinə əsasən qalan cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 26 dekabr 2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 28 fevral 2008-ci il tarixli qərarı ilə 19 mart 2008-ci il tarixdə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 07 may 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnsitiya Qərarının 4-cü bəndinə əsasən qalan cəzası ½ qədər azaldılmış, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 04 iyun 2009-cu il tarixli qərarı ilə cəzasının 05 ay 29 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli qərarı ilə cəzasının 05 ay 08 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 aprel 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 240-243, İİ cild 232-234) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il və 02 iyun 2022-ci il tarixli tələbnamələrdən, qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. (İİ cild i.v. 130, 142-147, 192-193) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, istinad olunan hökmlərlə təyin edilmiş cəzalara münasibətdə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilir, Təqsirləndirilən şəxs2 isə cinayət məsuliyyətinə cəlb olunsa da, müvafiq əsasla məsuliyyətdən azad edilməklə işin icraatına xitam verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə törətdiyi əməllər və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə üç nəfər zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tamamilə ödəyərək onlarla barışıq əldə etməsini, bir nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında himayəsində iki azyaşlı uşağının olmasını cəza təyini zamanı nəzərə alınmasını xahiş etsə də, müəyyən edilmişdir ki, həmin şəxsin nikahı 14 fevral 2019-cu il tarixdə rəsmi olaraq pozulmuş, həyat yoldaşı ilə birgə nikahından doğulmuş 2015 və 2016-cı il təvəllüdlü iki uşağı analarının himayəsinə verilmişlər, belə olan halda həmin uşaqlar Təqsirləndirilən şəxs2 himayəsində sayılmaqla CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən az ağır cinayətlər törətməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, cəmi 04 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, onlar müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılma yerləri 3 saylı istintaq təcridxanası müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə üç nəfər zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməklə onlarla barışıq əldə edilmişdir, bir nəfər zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə qismən ödənilsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 02 ədəd “Banner” markalı, 02 ədəd “Feon” markalı, 01 ədəd “İstok” markalı, 01 ədəd “Delpion” markalı akkumulyatorların məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə heroinin qalıqları məhv olunmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcinin 90,50 manat hissəsi (40,50 manat+50 manat) Təqsirləndirilən şəxs2, 40,50 manat hissəsi isə Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, dövlət hesabına təyin olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardımla bağlı, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2- ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3- cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış 02 ədəd “Banner” markalı, 02 ədəd “Feon” markalı, 01 ədəd “İstok” markalı, 01 ədəd “Delpion” markalı akkumulyatorların məhkəməyədək icraat zamanı müvafiq olaraq zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1 nömrəli zərfdəki 0,171 qram çəkidə narkotik vasitə heroin və 2 nömrəli zərfdəki 0,374 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza xərcinin 90,50 manat hissəsi Təqsirləndirilən şəxs2, 40,50 manat hissəsi Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 70 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar