Məhkəmə qərarları › İş №1(007)-280/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-280/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-280/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 06 yanvar 2024-cü il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən “Zeytun-Çinar” adlı aptekdə Zərərçəkmiş şəxs (X4) aldığı dərmanın pulunu ödəməsi üçün pul kisəsini açıb içərisindən 20 manat pul götürməsini görüb arxadan sonuncuya yaxınlaşıb X10 əlində tutduğu açıq olan pul qabının içərisindən 35 manat məbləğində pulu götürüb oradan qaçıb uzaqlaşmaqla açıq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (Həsənxan Əliyevə) 35 manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,753 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, 7 yanvar 2024-cü il tarixdə, saat 09:30 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zaman əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,753 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, maddi çətinlik çəkdiyi və heç yerdə iş tapa bilmədiyi üçün soyğunçuluq cinayətini törətmişdir. Lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Belə ki, Nizami RPİ 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4la Nizami rayonu ərazisində görüşmüş, ona məxsus nəqliyyat vasitəsinə minib şöbəyə gəlmişdir. Şöbədə olarkən üzərində narkotik vasitə olmamış, şahid qismində cəlb olunmuş polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Qeyd olunanları məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş X8 göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə, səhər saat 12:40 radələrində dərman almaq məqsədilə Nizami rayonu, Qara Qarayev prospekti, 31 ünvanında yerləşən “Zeytun-Çinar” adlı aptekə getmiş, “Tamarzin” adlı dərman istəmiş və xanım həmin dərmanın 3 manat qiymətində olduğunu bildirmiş, dərmanın pulunu vermək üçün gödəkçəsinin cibindən qəhvəyi rəngli pul qabını çıxardıb açmış və oradan 20 manat çıxardaraq əczaçı xanıma verən zaman yanında dayanmış təxminən 30 yaşlarında saqqallı oğlan qəflətən anidən əlində açıq vəziyyətdə olan pul qabının içərisindən üç ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasları olmaqla, cəmi 35 manat pulu cəld götürüb aptekdən çıxmışdır. Bundan sonra o, yaxınlıqdakı 25-ci Polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə 25-ci Polis Şöbəsinə Bakı şəhəri, Nizami rayonu ərazisində Kamil adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün həmin məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra ondan və şöbənin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin günü tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat təxminən 09:30 radələrində Nizami rayonu, A.Manafov küçəsi 24 ünvanının qarşısında Kamil adlı şəxsi saxlamış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsi 25-ci Polis şöbəsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu və tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində Kamil adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə 07 yanvar 2024-cü il tarixdə 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məruzə edilərək əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, tədbirləri nəticəsində Nizami rayonu, A.Manafov küçəsi 24 ünvanında şəxs saxlanılmış, araşdırma aparılması məqsədilə 25-ci Polis şöbəsinə dəvət etdikdə o etiraz etməmişdir. Birlikdə polis şöbəsinə gələrək həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilərək videoçəkiliş aparılmqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu və onu tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid kimi dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması üçün təşkil olunmuş əməliyyat tədbirində iştirak etməmiş, lakin Təqsirləndirilən şəxs saxlanılması barədə məlumatı olmuşdur. Onda olan məlumata görə şəxs 07 yanvar 2024-cü il tarixdə ərazidə saxlanılmış, şöbədə üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkar edilmişdir. Bundan əlavə şəxs tərəfindən soyğunçuluq cinayəti törətməsi də ona məlumdur. Bu hadisə çoxdan baş verdiyi üçün xırdalıqlarını xatırlamadığını bildirdi. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/45 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 165 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs “imza”...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi – 0,753 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 1006 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhəkməsinin 1(007)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə AR-sı CM-nin 29, 185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR-sı CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 manat məbləğində cərimə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə barəsində “Amnistiya”qərarı tətbiq edilməklə cəzası 06 ay müddətinə azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 21 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə qeyd olunan əməlləri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən öncə törətdiyindən ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun olaraq onun həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət, cəmi 02 gün hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2024 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən “Zeytun-Çinar” aptekində quraşdırılmış müşahidə kamerasının baş vermiş soyğunçuluq hadisə zamanı qeydə alınmış görüntülərinin yazıldığı 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı )ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti, ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 8 ay (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 07 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,703 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən “Zeytun-Çinar” aptekində quraşdırılmış müşahidə kamerasının baş vermiş soyğunçuluq hadisə zamanı qeydə alınmış görüntülərinin yazıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar