Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-281/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Astara rayonu, Qamışovka kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Kələmi küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixli kirayə müqaviləsi əsasında aylıq kirayə haqqı 300 manat ödəniş müqabilində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 nömrəli evin, 17-ci mənzilini həmin tarixdən etibarən, mənzildə olan 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd açılan divan, 1 ədəd köhnə kondisoner, 1 ədəd divar saatı, 1 ədəd yemək stolu, 1 ədəd 5 gözlü şkaf, 2 ədəd böyük, 3 ədəd kiçik ölçülü oturacaq stul, 1 ədəd 3 gözlü paltar şkafı, 1 ədəd tozsoran, 1 ədəd lüstur, 1 ədəd telefon aparatı, 1 ədəd televizor, 1 ədəd pult ilə birlikdə müqaviləyə imza edib təhvil alaraq kirayəyə götürdükdən sonra, ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus həmin əşyalardan satıb pul əldə etmək məqsədi ilə 2021-ci ilin may ayının əvvələrində orta bazar qiyməti 460 manat olan, 43 düyümlü, smart tipli “Samsung’' markalı televizoru və orta bazar qiyməti 160 manat olan, qırmızı rəngli “Samsung” markalı tozsoranı kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 9 nömrəli evin 17-ci mənzilindən götürərək istintaqa məlum olmayan şəxsə satıb ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus cəmi 620 manat dəyərində özgə əmlakını mənimsəyərək talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 9 ünvanda yerləşən 17 saylı mənzili adını xatırlamadığı makler vasitəsi ilə kirayə götürmüş və mənzili kirayə götürən zaman makler, evin sahibi Zərərçəkmiş şəxs iştirakı ilə kirayə müqaviləsinə imza edərək 300 manat müqabilində mənzili kirayə götürmüşdür. Mənzili 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd stol, 5 ədəd stul, paltar şkafları, 1 ədəd divan, 1 ədəd “Samsung” markalı televizor, “beko” markalı köhnə tipli kondisoner, 1 ədəd tozsoran ilə birlikdə təhvil almışdır. Evdə olan əşyaların daha dəqiq siyahısı kirayə müqaviləsində göstərilmişdir. Daha sonra kirayə müqaviləsində mənzilin və mənzildə olan əşyaların sazlığını və salamatlığını qorumaq üçün öhdəlik götürərək imza etmişdir. Mənzili kirayə götürərkən 300 manat pulu mənzilin sahibi Zərərçəkmiş şəxs vermişdir. Mənzili kirayə götürən zaman yoldaşı yanında olmamış və sonradan evə köçdükdən sonra gəlmişdir. Təxminən 1 həftə sonra, işləri qaydasında getmədiyinə və həyat yoldaşının nənəsi vəfat eldiyi üçün yoldaşını və uşaqlarını Lənkəran rayonuna göndərmiş və kirayə mənzildə tək yaşamışdır. Kirayə yaşadığı mənzilin 2-ci ayının 300 manat kirayə haqqını ödəmiş və kirayə müddətinin 3-cü ayını həmin mənzildə qalmışdır. Kirayədə yaşadığı müddətdə bir gün Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng etmiş, lakin sonuncu telefona cavab verməmiş, buna görə də ev telefonuna zəng etmiş və telefona Zərərçəkmiş şəxs arvadı cavab vermiş v sonuncuya: “Bibi, televizor xarab olub, düzəltdirib yerinə qoyacam”,- demiş və sonuncu: "Oldu bala, düzəltdirib yerinə qoyarsan” demiş və Zərərçəkmiş şəxs məlumat verməsini bildirmişdir. Televizoru divardan açarkən televizor əlindən düşüb sınmış və Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlayarkən, sonuncu nə səbəbə arvadı ilə əlaqə saxladığını və televizoru sındırdığını irad tutaraq onunla aqressiv danışmışdır. Zərərçəkmiş şəxs telefonda onun ünvanına nalayiq ifadələr işlədərək sabah onunla görüşüb söhbət edəcəyini demişdir. Növbəti gün saat 12 radələrinədək gözləmiş, lakin Zərərçəkmiş şəxs gəlmədiyi üçün mənzildəki televizoru götürüb Ruslan 93 ünvanda tanımadığı şəxsə sataraq mənzilin açarını 2-ci mərtəbədə adını xatırlamadığı qonşuya verib getmişdir. Daha sonra Zərərçəkmiş şəxs televizoru yerinə qoymağı və su pulunu ödəməli olduğunu bildirmiş, sonuncuya televizorun müqabilində 300 manat təklif etdikdə Zərərçəkmiş şəxs razılaşmamış və şikayət edəcəyini bildirmişdir. Kirayə yaşadığı mənzildə 1 ədəd “Samsung” markalı televizor və mənzildə girişdən sol tərəfdə şkafın içində qırmızı rəngli tozsoran olmuş, mənzili tərk edərkən tozsoranı aparmamış və tozsoran mənzildə qalmışdır. 6 ədəd Çexiya istehsalı olan xurustal qablar ümumiyyətlə mənzildə olmamış və həmin qabları heç vaxt görməmişdir. 18 mart 2021-ci il tarixdə bağlanmış kirayə müqaviləsindəki imzalar onun tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə kirayə müqaviləsi bağlayaraq Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 9, 17 nömrəli mənzili əşyaları ilə birlikdə aylıq 300 manata sonuncuya təhvil vermişdir. Həmin vaxt adını xatırlamadığı soyadı “Allahverdiyev” olan maklerin iştirakı ilə mənzilin kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsində mənzilin içərisində olan əşyalar sadalanaraq saz və istismara yararlı vəziyyətdə Təqsirləndirilən şəxs təhvil verilərək etibar edilmişdir. Həmin kirayə müqaviləsinin arxa hissəsində Təqsirləndirilən şəxs imza edərək əşyaların sazlığını qorumağı öz öhdəsinə götürmüşdür. 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək mənzildə olan televizoru ustaya verdiyini, mənzilin açarını isə aşağı 2-ci mərtəbədə adını bilmədiyi qonşuya verdiyini demişdir. Həmin gün mənzilə gedərək qonşudan açarı götürüb mənzilə baxış keçirərkən mənzilində olan 1 ədəd 43 düyümlii, smart “Samsung” markalı televizorun, 1 ədəd qırmızı rəngli “Samsung” markalı tozsoranın, 2 ədəd Çexiya istehsalı olan xurustal meyvə qabının, 2 ədəd Çexiya istehsalı olan xurustal konfet qabının, 2 ədəd Çexiya istehsalı olan xurustal gül qabının evdə olmadığını görüb dərhal DİN “102” xidmətinə məlumat vermişdir. Bununla əlaqədar Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-də izahat verərəkən, mənzildə olan 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd divan, 1 ədəd köhnə tipli “beko” markalı kondisoner, divar saatı, 1 ədəd “Samsung” markalı tozsoran, 6 ədəd xurustal qablar daxil mənzili 300 manata Təqsirləndirilən şəxs etibar edərək istifadəsinə verdiyini bildirmişdir. 1 ədəd 43 düyümlü, smart “Samsung” markalı televizor, 1 ədəd qırmızı rəngli “Samsung” markalı tozsoran, Çexiya istehsalı olan xurustal qablar onun evindən Təqsirləndirilən şəxs tərəfindən talanmışdır. 18 mart 2021-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 9, 17 nömrəli mənzilin kirayə müqaviləsinə dair müqavilədə qeyd edilən əşyaların hər birini həmin vaxt Təqsirləndirilən şəxs təhvil verməklə etibar etmiş və məsuliyyəti barədə xəbərdarlıq etmişdir. 6 ədəd Çexiya istehsalı olan xurustal qablar köhnə və istifadəyə yararsız olduğu üçün mənzilin balkonunda olmuşdur. Həmin qablar elə də dəyərli olmadığı üçün onlar müqavilədə qeyd edilməmişdir. 1 ədəd 43 düyümlü smart “Samsung” markalı televizor 460 manat və 1 ədəd qırmızı rəngli “Samsung” markalı tozsoran 160 manat dəyərində olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq kirayə mənzil istədiyini bildirmiş, sonuncuya Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 9 ünvandakı 17 saylı mənzili təklif etmiş və Təqsirləndirilən şəxs razılaşdıqda mənzilin sahibi Zərərçəkmiş şəxsla əlaqə saxlamış, sonuncu bir qədər sonra gəlmiş və onlar birlikdə gedib mənzilə baxışlar. Tərəflər arasında aylıq kirayə haqqı 300 manat məbləğində razılaşma əldə olunmuş və bundan sonra tərəflərə notarial kirayə müqaviləsi bağlamağı təklif etdikdə, Zərərçəkmiş şəxs: "Notariusun rüsumunu kim ödəyəcək?",- deyə soruşduqda kirayə verənin, yəni Zərərçəkmiş şəxs ödəyəcəyini bildirmiş və sonuncu etiraz edərək adi qaydada müqavilə bağlamaq istədiyini bildirmişdir. Daha sonra evdə olan əşyaları Zərərçəkmiş şəxs təqdimatı ilə müqavilədə sadalayaraq yazmış, lakin çox vaxt keçdiyindən hansı əşyalar olduğunu dəqiq xatırlamır. Lakin mənzildə paltaryuyan, soyuducu, şkaflar, stol, stullar, markasını xatırlamadığı divara yerləşdirilmiş təxminən 82 dioqonallı ekranı olan televizor və tünd qırmızı rəngli tozsoran olmuşdur. Təqsirləndirilən şəxs müqavilənin arxa hissəsində kirayə haqqını vaxtlı-vaxtında ödəyəcəyi və etibar edilmiş əşyaları saz vəziyyətdə saxlayacağı barədə öhdəlik götürməsi haqqında imza etmişdir. Həmin müqaviləni hər üçü, yəni Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və özü imzalamışdır. Aylıq 300 manat müqabilində müqavilə bağlansa da, mənzilə baxdıqları gün, yəni 18 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs günortadan sonrakı kirayə haqqını, yəni 5 manatı da əlavə tələb etmiş və ilk ayın kirayə haqqını 305 manatı onun iştirakı ilə almış və ona çatası 50 manatı təxminən 20 gün sonra ofisidə ona vermişdir. Digər tərəf kimi Təqsirləndirilən şəxs ona 50 manat verməli olmuş, lakin uşağı xəstə olduğu üçün sonuncudan heç bir məbləğdə pul almamışdır. Təxminən 1 ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək evdən çıxacağını bildirdikdə, sonuncuya mənzilin sahibi Zərərçəkmiş şəxs məlumat verməsini demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onun yanına gələrək, həmin mənzildə olan televizorun, tozsoranın və Çexiya istehsalı olan qabların Təqsirləndirilən şəxs tərəfindən aparıldığını bildirmiş və makler haqqı olaraq verdiyi 50 manatı ondan geri tələb etdiyindən, həmin məbləği Zərərçəkmiş şəxs qaytarmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti MKTB-nin 83 saylı Mənzil istismar Kommunal İstismar sahəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 478 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 9, mənzil 17 Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmaqla mənzilin sahibidir. İşdə olan 28 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda baş vermiş, baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin mənzilin ona məxsus olduğunu bildirmiş, 17 nömrəli mənzilə daxil olduqda sol tərəfdə üçgözlü şkaf olmuş və Zərərçəkmiş şəxs qırmızı rəngli “Samsung’' markalı tozsoranın həmin şkafda saxlanılmasını və Təqsirləndirilən şəxs tərəfindən talandığını bildirmişdir. Mənzil 1 otaq, balkon, sanitar qovşaq, dəhliz və dəhlizin sonunda yerləşən mətbəx otağından ibarət olmuşdur. Otağa daxil olduqda soldan sağa doğru 1 ədəd şkaf, divan, stol və stulların olması müyyən edilmişdir. Zərərçəkmiş şəxs divarda 43 düyümlü, smart tipli “Samsung” markalı televizorun yerləşmiş olduğu yeri göstərmiş, daha sonra balkonun sağ tərəfində yerləşən şkafda 6 ədəd Çexiya istehsalı olan xurustal qabların saxlanıldığı yeri göstərmişdir. Baxış zamanı mənzildə 43 düyümlü, smart tipli “Samsung” markalı televizor və qırmızı rəngli “Samsung” markalı tozsoran, eyni zamanda 6 ədəd Çexiya istehsalı olan xurustal qablar aşkar edilməmişdir. Mətbəx otağında 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və mətbəx mebelinin olması müəyyən edilmişdir. İşdə olan 27 may 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 mart 2021-ci il tarixdə ev sahibi Zərərçəkmiş şəxs və kirayəyə götürən Təqsirləndirilən şəxs arasında makler Şahid iştirakı ilə kirayə müqavilənin bağlandığı, kirayə müqaviləsinin məzumunda ünvan 1 ünvanındakı mənzilin daxilində 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan maşın, 1 ədəd divan, 1 ədəd köhnə tipli “beko” markalı kondisoner, divar saatı, 1 ədəd 1 ədəd tozsoran, divan, lüstur olmaqla kirayəyə verildiyi, həmin ünvanda yaşadığına kirayə pulunu vaxtında verilməsini, mənzildə olan əşyaların tamlığının qorunmasını və düzəltməyi Təqsirləndirilən şəxs öz öhdəsinə götürərək imzası ilə təsdiq etdiyi müəyyən edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli 9/4092 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus mənimsənilmiş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 43 düymlü, smart tipli “Samsung” markalı televizor 460 manat, qırmızı rəngli “Samsung” markalı tozsoran 160 manat olmaqla, təxminən 620.00 manat müəyyən edilmişdir. İşdə olan məhkəmə-xəttşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli 4/853 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin üz tərəfində “Müqavilənin məzmunu ilə razıyam” bəndində “Ev- sahibi:“ qrafasında “Nəsibov.İ.A“ yazısının qarşısındakı imza - Zərərçəkmiş şəxs tərəfindən, müqavilənin üz tərəfində “Müqavilənin məzmunu ilə razıyam” bəndində “Ev sahibi:” qrafasında “Nəsibov.İ.A” yazısının qarşısındakı imza - Zərərçəkmiş şəxs tərəfindən, kirayə müqaviləsinin üz tərəfində “Müqavilənin məzmunu ilə razıyam” bəndində “Kirayəçi” qrafasında “Əsədullayev.Ş” yazısının qarşısındakı imza və müqavilənin arxa tərəfində yazılardan aşağıda “İmza:” sözünün qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 18 mart 2021-ci il tarixli kirayə müqasiləsi iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 il 09 aya endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən 13 mart 2022-ci il tarixdə tutulmuş, həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə iş üzrə toplanmış, biri digərinə kifayət qədər uyğun gələn, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Lənkəran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməli və cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar - 18 mart 2021-ci il tarixli kirayə müqaviləsi cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 20 saat, məhkəmədə iştirak etdiyi 31 saat, cəmi 51 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 306 manat (51x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 18 mart 2021-ci il tarixli kirayə müqaviləsi cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 306 (üç yüz altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-281/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-281/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver