Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-283/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – 07.09.1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, 28.04.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.04.2021ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyətilə 25 aprel 2021-ci il tarixdə saat 18 radələrində ünvan 6 binanın ümumi qarajından pilləkənlə binanın 4-cü mərtəbəsinə qalxaraq, həmin binanın 9 saylı mənzilin giriş qapısının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 2000 manat dəyərində “Grand” markalı velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama niyyətilə 26 aprel 2021-ci il tarixdə saat 21 radələrində Şahid3 Cavid oğluna məxsus ünvan 3 ünvanında yerləşən evin həyət qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz olaraq daxil olub giriş qapısının yanından sonuncunun evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs1 məxsus 350 manat dəyərində “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 25.04.2021-ci il tarixdə Nərimanov rayonu ərazisində yaşayış binalarının birindən 1 ədəd velosiped oğurlamışdır. Həmin velosipedi qonşusu Şamilin qohumu Orxana 155 manata satmışdır. 26.04.2021-ci il tarixdə Nizami rayonu ərazisində həyət evlərindən birinin həyətindən 1 ədəd velosiped oğurlamışdır. Həmin velosipedi Taleh adlı şəxsə 32 manata satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir və ifadəsinə heç bir əlavəsi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 26 aprel 2021-ci il tarixdə ona məxsus olan velosipedlə ünvan 5 ünvanında yaşayan qohumu Şahid3 evinə qonaq getmişdir. Saat 21:00 radələrində idarə etdiyi “Stels” markalı velosipedlə qohumu Şahid3 yaşadığı ünvana çataraq velosipedi həyətdə saxlayaraq evə daxil olmuşdur. Saat təxminən 21:25 radələrində həyətə çıxdıqda həyətdə saxladığı ona məxsus olan “Stels” markalı 350 manat dəyərində olan velosipedin oğurlandığını aşkar etmişdir. Dərhal həyətdən yola çıxıb ətrafa göz gəzdirsə də şübhəli heç kəsi görməmişdir. Daha sonra qohumu Şahid3 DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 350 manat ziyan dəymişdir. Velosipedi 250 manata alsa da sonradan onun üzərinə 100 manat dəyərində əlavə avadanlıq quraşdırmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir və ifadəsinə heç bir əlavəsi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə saat 18:00 radələrində oğlunun istifadə etdiyi, lakin ona məxsus olan 2000 manat dəyərində “Grand" markalı velosipedi yaşadığı ünvan 6 ünvanda yerləşən binanın 9-cu mənzilinin giriş qapısının yanında saxlayaraq mənzilə daxil olmuşdur. 27 aprel 2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı mənzildən çıxaraq ətrafa baxdıqda velosipedin həmin yerdə olmadığını görmüş və velosipedinin oğurlandığı qənaətinə gəlmişdir. Daha sonra bu barədə ərazi polis orqanına məlumat vermişdir. Hadisə nəticəsində ona 2000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə “Musa” marketin yaxınlığında Nicatdan 32 manat məbləğində pulun müqabilində velosiped almışdır. Həmin velosipedin oğurluq olduğunu bilməmişdir. İş üzrə Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə axşam saatlarında dayısı X1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən fərdi yaşayış evinə qonaq gəlmişdir. Həmin ünvanda olan zaman dayısının qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs ilə rastlaşmış və o, dostuna məxsus bir ədəd “Grand“ markalı velosipedi dostunun razılığı ilə pula ehtiyacı olduğu üçün 200 manata satdığını bildirmişdir. Onun velosipedə ehtiyacı olduğu üçün həmin velosipedi almaq qərarına gəlmişdir. Lakin üzərində 155 manat pul olduğunu bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs velosipedin oğurluq olub-olmadığını dəfələrlə soruşsa da Nicat velosipedin oğurluq olmadığını, dostuna məxsus olduğunu və pula ehtiyacı olduğu üçün onun razılığı ilə satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və 155 manat verərək “Grand" markalı velosipedi almışdır. Daha sonra velosipedin oğurluq olduğu ona məlum olmuş və o, həmin velosipedi polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir. İş üzrə Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 26.04.2021-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs1 yaşadığı Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/36 ünvanına qonaq gəlmişdir. Zərərçəkmiş şəxs1 gələrkən velosipedlə gəldiyini görmüşdür. Velosipedi evin həyətində saxlayaraq içəri daxil olmuşdur. Bir müddət evdə olurub çay içib söhbət etdikdən sonra həyətə çıxdıqda ona məxsus olan "Stels“ markalı velosipedin həyətdə olmadığını görmüşdür. Dərhal həyətin qapısını açaraq yola çıxıb baxsa da ətrafda heç kimi görməmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 qohumu Şahid3 velosipedi 250 manata aldığını və 100 manat dəyərində əlavə avadanlıq quraşdırdığını bildirmişdir. O, ondan son vaxtlar kiminləsə mübahisə edib-etmədiyini soruşmuş o, isə cavabında heç kimlə mübahisə etmədiyini bildirmişdir. Daha sonra yola çıxaraq yoldan keçən adamlardan "Stels" markalı velosiped görüb-görmədiklərini soruşsalar da müsbət cavab ala bilmədikləri üçün ona məxsus olan ***-***-**-** saylı mobil nömrədən DİN 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - 28.04.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-108/2021 saylı, 30.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübutun tanınması haqqında 10.05.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 19.07.2021-ci il tarixli qəbzdən görünür ki, “Stels” markalı 1 ədəd velosiped maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 26.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 05.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.06.2021-ci il tarixli, 9/3494 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara-sarı-mavi rəngli, üzərində “Strim” yazıları olan gənclər üçün nəzərdə tutulmuş sürət keçiricili velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 130 manat müəyyən edilir. - maddi sübutun tanınması haqqında 01.07.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 19.07.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd velosiped maddi sübut kimi tanınmış və ona təhvil verilmişdir. - cinayət əməlinin tövsif edilməsi haqqında 02.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 03.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 10.07.2021-ci il tarixli qərardan görünür ki, 25.04.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 25.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd velosipedi sürərək uzaqlaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus velosipedləri gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək 6 ay 4 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd velosiped zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 45 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək 6 ay 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2nı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd velosiped zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 45 saat, məhkəmədə 20 saat, cəmi 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 390 (üç yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-283/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-283/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver