Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-283/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri – Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Tircan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, xx xxxxxx 1990-cı ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən, 08 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Təqsirləndirilən şəxs3 məxsus 5 manat, Təqsirləndirilən şəxs1 məxsus 10 manat və özünə məxsus 10 manat, ümumilikdə 25 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 1,259 qram narkotik vasitə heroin əldə edib aralarında bölmüş, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 08 aprel 2022-ci il .arixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və onların üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs3 əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,425 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 09 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, kimyəvi komponent tərkiblərinə görə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, 01 ədəd şəflaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,494 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 il narkotik vasitə heroindən istifadə etmişdir. 08 aprel 2022-ci il tarixdə saat təxminən 20-21 radələrtində tanışı Təqsirləndirilən şəxs3 onun mobil telefonuna zəng vuraraq narkotik vasitə heroin istədiyini bildirmişdir. Sonuncunun yaşadığı ünvana getmiş və Sabir ona narkotik vasitə heroin almaq üçün 15 manat pul vermişdir. Sonuncuya özünədə narkotik vasitə alacağını bildirərək Sabirin verdiyi pulun üzərinə 10 manat əlavə edərək 25 manata bir büküm narkotik vasitə alacağını və həmin narkotik vasitəni aralarında bölüb istifadə etmələrini demişdir. Daha sonra taksi ilə Şahid1 metrostansiyasına gedərək üzdən tanıdığı şəxsdən 25 manata bir büküm narkotik vasitə heroin alıb Sabirin yaşadığı ünvana gəlmiş və aldığı narkotik vasitə heroini bölmüş, öz istifadəsi üçün bir büküm narkotik vasitə heroin götürdükdən sonra bir büküm narkotik vasitə heroini Sabirə vermişdir. Sonuncu və tanışı Məmmədlə birlikdə həmin narkotik vasitənin necə təsir edəcəyini müəyyən etmək üçün bir qismini istifadə etmişlər. 09 aprel 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində ünvan 8 ünvanda 3 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və polis idarəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə polis idarəsinə getmiş və xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman üzərində qeyri-qanuni əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni polis əməkdaşlarına təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddəni 08 aprel 2022-ci ili tarixdə Şahid1 metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən istifadə etmək üçün aldığını demişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrin aludəçisi olmuşdur. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 zəng edərək narkotik vasitə tapmasını xahiş etmişdir. Sonuncu narkotik vasitə tapa biləcəyini deyib onun yaşadığı ünvana gələnədək, digər tanışı Təqsirləndirilən şəxs1 zəng edib narkotik vasitə istifadə edib-etmək istəmədiyini soruşmuşdur. Sonuncu narkotik vasitə istifadə etmək istədiyni bildirib onun yaşadığı evin qarşısına gəlmişdir. Pulu çatmadığı üçün Məmməd ona 5 manat vermiş və Elvin məhəlləyə gəldikdə, Məmməddən aldığı 5 manatı özündə olan 10 manatın üzərinə əlavə edib, cəmi 15 manat pulu narkotik vasitə almaq üçün Təqsirləndirilən şəxs2 vermişdir. Elvin özü üçün də narkotik vasitə alacağını demiş və onların verdiyi pulun üzərində 10 manat əlavə edərək 25 manata bir büküm narkotik vasitə alacağını bildirmişdir. Həmin narkotik vasitəni aralarında bölərək istifadə edəcəkləri barədə Elvinlə razılaşmışlar. Sonuncu narkotik vasitə almağa getmiş, özü isə Məmmədlə həmin yerdə Elvini gözləmişlər. Təxminən 1 saatdan sonra Elvin gəlmiş və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini ona vermiş, hər üçü həmin narkotik vasitənin necə təsir edəcəyini müəyyən etmək üçün birlikdə istifadə etmiş və bundan sonra Elvin onlardan ayrılıb getmişdir. Bükümdə qalan narkotik vasitəni Məmmədlə sonra istifadə etmələri üçün aralarında bölmüşlər. Həmin gün saat təxminən 23 radələrində yaşadığı evin qarşısında Məmmədlə bilrikdə olduğu vaxt üç nəfər mülkü geyimli polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara Nizami RPİ-nə getməli olduqlarını demişlər. Polis əməkdaşları və Məmmədlə birlikdə Nizami RPİ-nə getmişdir. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qeyriqanuni əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş və lakin heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Bununla belə törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün mütəmadi olaraq narkotik vasitə əldə edib qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə bədənində ağrılar başladığı üçün tanışı Təqsirləndirilən şəxs3 zəng vuraraq narkotik vasitə qəbul edib-etməyəcəyini soruşmuşdur. Sonuncu istifadə etmək istədiyini bildirdikdə Sabirin yaşadığı ünvana getmişdir. Sabir narkotik vasitə almağa pulu çatmadığı üçün ondan 5 manat almışdır. Sonuncunun tanışı Təqsirləndirilən şəxs2 Sabirin yaşadığı ünvana gəldikdə sonuncu ondan aldığı 5 manatı və özündə olan 10 manatı, cəmi 15 manat pulu narkotik vasitə alması üçün Elvinə vermişdir. Sonuncu da öz istifadəsi üçün narkotik vasitə alacağını bildirərək, onların verdiyi pulun üzərinə 10 manat əlavə edərək 25 manata bir büküm narkotik vasitə alacağını və həmin narkotik vasitəni aralarında bölüb istifadə edəcəklərini demiş və onlar razılaşmışlar. Elvin narkotik vasitə almağa getmiş, Sabirlə birlikdə həmin yerdə Elvini gözləmiş, təxminən 1 saatdan sonra Elvin bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin gətirmiş, hər üçü həmin narkotik vasitədən birlikdə istifadə etmiş və bundan sonra Elvin getmişdir. Sabir həmin bükümdə qalan narkotik vasitəni hər ikisi ayrılıqda istifadə etməsi üçün bölmüşdür. Həmin gün saat təxminən 23:00 radələrində Sabirlə sonuncunun yaşadığı evin qarşısında olduqları vaxt, üç nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların Nizami RPİ-nə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları və Sabirlə birlikdə Nizami RPİ-nə getmiş, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir, bununla belə törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri özlərinin qismən etiraflarından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 7 ünvanda Sabir və Məmməd adlı şəxslərin mütəmadi olaraq narkotik vasitələri əldə edib saxlamaları və üzərilərində daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 08 aprel 2022-ci il tarixdə 23:30 radələrdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 7 ünvanda saxlanılaraq şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduqları bildirilərək Nizami RPİ-nə gətirilmişlər. Nizami RPİ-də Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli politelen bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs3 bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsdən 15 manata bir bükümdə narkotik vasitə kakos (heroin) aldığını və həmin bükümdəki heroini tanışı Məmmədlə aralarında böldüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs3 aşkar olunmuş 01 ədəd şəffaf politelen bükümdəki qəhvəyi rəngli maddə qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Daha sonra, Nizami RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik olanmaddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsin aldığını və narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan 01 ədəd bükümdəki narkotik vasitəyə oxşar maddə qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 09 aprel 2022-ci il tarixdə saat 01:30 radələrdə ünvan 9 ünvanda saxlanılaraq şəxsiyyəti müəyyən olunmuş Təqsirləndirilən şəxs2 narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduğu bildirilərək Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəffaf sellofanı təqdim etmiş və içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 08 aprel 2022-ci il tarixdə saat təxminən 20-21 radələrində tanışı Təqsirləndirilən şəxs3la telefonla danışaraq ünvan 10 ünvanda görüşdüklərini, Sabirin ondan narkotik vasitə heroin istədiyini, sonuncudan 15 manat pul götürərək həmin pulun üzərinə 10 manat da əlavə edərək Şahid1 metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən ümumilikdə 25 manat dəyərində narkotik vasitə heroin aldığını, həmin heroini iki hissəyə bölüb bir hissəsini Sabirə verdiyini, qalan hissəsini isə özünə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd şəffaf sellofanda olan tünd qəhvəyi rəngli spesifik iyə məxsus maddə qablaşdırılaraq 162 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərilərnə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 09 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli politelen bükümü çıxarıb masa üzərinə qoymuş, həmin bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs3 aşkar olunan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsdən 15 manata bir bükümdə narkotik vasitə kakos (heroin) aldığını və həmin bükümdəki heroinin tanışı Məmmədlə arasında böldüyünü, əldə etdiyi heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 09 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içindəki tünd qəhvəyi rəngli spesifik iyə malik kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsdən aldığını, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 09 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəffaf sellofanı təqdim etmiş və içərisində olan tünd qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, 08 aprel 2022-ci il tarixdə saat təxminən 20-21 radələrində tanışı Sabir adlı şəxslə telefon əlaqsi saxlayaraq ünvan 10 ünvanın qarşısında görüşdüyünü, Sabir adlı şəxsin ondan narkotik vasitə heroin istədiyini, Sabirdən 15 manat pul götürərək həmin pulun üzərinə 10 manat əlavə edərək Şahid1 metrostansiyasının yaxınlığından üzdən tanıdığı şəxsdən ümummilikdə 25 manat dəyərində narkotik vasitə heroin alaraq iki hissəyə böldüyünü, bir hissəsini Sabirə verdiyini, qalan hissəsini isə özünə götürdüyünü bildirmişdir. İşdə olan 30 may 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli politelen bükümü çıxarıb masa üzərinə qoymuş, həmin bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs3 aşkar olunan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsdən 15 manata bir bükümdə narkotik vasitə kakos (heroin) aldığını və həmin bükümdəki heroinin tanışı Məmmədlə arasında böldüyünü, əldə etdiyi heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 30 may 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içindəki tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və xx.xx.2022-ci il tarixdə tanışı “Elvin” adlı şəxsdən aldığını, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 30 may 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəffaf sellofanı təqdim etmiş və içərisində olan tünd qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, 08 aprel 2022-ci il tarixdə saat təxminən 20-21 radələrində tanışı Sabir adlı şəxslə telefon əlaqsi saxlayaraq ünvan 10 ünvanın qarşısında görüşdüyünü, Sabir adlı şəxsin ondan narkotik vasitə heroin istədiyini, Sabirdən 15 manat pul götürərək həmin pulun üzərinə 10 manat əlavə edərək Şahid1 metrostansiyasının yaxınlığından üzdən tanıdığı şəxsdən ümummilikdə 25 manat dəyərində narkotik vasitə heroin alaraq iki hissəyə böldüyünü, bir hissəsini Sabirə verdiyini, qalan hissəsini isə özünə götürdüyünü bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 6/1974 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün 162 möhür əksi, « “...Təqsirləndirilən şəxs3...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.340 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 6/1969 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçi'ın 162 möhür əksi, « “...Şübhəli şəxs E.Bəndəlizadə...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.425 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 6/1975 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün 162 möhür əksi, « “...Saxlanılan şəxs... F.Ş.Bədəlov...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.494 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütləsi ilə Təqsirləndirilən şəxs3 və X1 aşkar edilmiş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 2779 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 2781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2401 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin lal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq,narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 03 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 0,340 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,290 qram, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 0,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,375 qram və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 0,494 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,444 qram Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İbrahimov X3 Respublikasi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Etibar oğlu Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azdalığın məhdudlaşdırılması cəzasına və Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azdalığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Etibar oğlu 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Etibar oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Etibar oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Məhkəmə sənədlərinə və Cinayət Məcəlləsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə münasibətdə cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Etibar oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Etibar oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Etibar oğlunun barəsində olan Bakı şəhəri Nizamu rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə isə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Etibar oğlunun 09 aprel 2022-ci il tarixdən həbsdə olduqları müddət onların cəza müddətlərinə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökm üzrə təyin eiləcək cəza ilə, cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinin tələbinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Etibar oğlunun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Bakı şəhəri Nizamu rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, həmin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən, hazırki hökm üzrə təyin oluna cəza ilə, hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Etibar oğluna narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq hissəsi 0,290 qram, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq hissəsi 0,375 qram və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq hissəsi 0,444 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında görüntünü əks etdirən 03 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 06 ay 04 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 0,290 qram, 0,375 qram və 0,444 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar - 03 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-283/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-283/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver