Məhkəmə qərarları › İş №1(007)-283/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-283/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-283/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 158A, mənzil 162-də qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 1(007)- 161/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 13 iyul 2022-ci il tarixdən Bakı probasiya idarəsinin qeydiyyatında olmaqla 17 may 2023-cü il tarixinə cəzasının 01 il 07 ay 26 gün hissəsini çəkməmiş, hazırkı iş üzrə 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,548 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 162 nömrəli mənzilinə daşıyaraq həmin narkotik vasitəni hissələrə bölərək bir hissəsini üzərində, digər hissəsini isə mənzilində saxlamış, 10 yanvar 2023-cü il tarixdə saat 11:27 radələrində Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 158 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 18 radələrində Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 162 nömrəli mənzilinə keçirilmiş baxış zamanı mənzilin giriş hissəsində sol tərəfdə olan güzgülü şkafdan 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,515 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, yandırıb çəkmə yolu “kakos” adlanan narkotik vasitə heroindən istifadə edir. 09 yanvar 2023-cü il tarixdə yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi, 158A ünvanında yerləşən binanın qarşısında yerdən bir ədəd büküm tapmışdır. Həmin bükümü açıb baxdıqda içərisində narkotik vasitə olan “kakos”un olduğunu görmüş, özü istifadə etmək üçün onu aparıb yaşadığı mənzildə qapıdan içəri girdikdə sol tərəfdə yerləşən güzgülü şkafın içərisində gizlətmişdir. Bu barədə ailəsinə və tanışlarına heç bir məlumat verməmiş, onların da məlumatları olmamışdır. Səhəri gün, 10 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində həmin narkotik vasitənin bir hissəsini götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, düşüb həyətdə adam olmayan yerdə istifadə etsin. Yaşadığı binanın qarşısında gəzərkən iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib Nizami rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş, onun da özünü təqdim etməsini təklif etmişlər. O, özünü təqdim etmiş, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib polislərlə birlikdə polis idarəsinə getmişdir. Orada ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparılacağı bildirilmişdir. Sonra üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğu, içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə olan şəffaf sellofana bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokolu və digər sənədləri imzalamışdır. Həmin vaxt o, yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Bununla əlaqədar yazılı razılığı alınmış və onu yaşadığı mənzilə apararaq orada baxış keçirmişlər. O, yaşadığı mənzilə qapıdan içəri girdikdə sol tərəfdə olan güzgülü termonu könüllü olaraq göstərib 09 yanvar 2023-cü il tarixdə yerdən tapdığı narkotik vasitəni orada saxladığını bildirmiş və onu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə olan şəffaf sellofana bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokolu və digər sənədləri imzalamışdır. Sorğu zamanı o, narkotik vasitəni 09 yanvar 2023-cü il tarixdə yaşadığı binanın həyətindən taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən istifadə edə bilmədiyini, narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə və mənzilə baxış keçirilərkən ona qarşı hər hansı qanunsuz hərəkət, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə onlara “Təyyar” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatla bağlı idarə rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən “Təyyar” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun üzvü CAŞ-nin kiçik inspektoru Şahid2lə birlikdə 10 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Nizami rayonu, E.Süleymanov küçəsi, 158A ünvanında yerləşən binanın qarşında müşahidə aparmağa başlamışlar. Həmin tarixdə saat 11:27-də qeyd olunan ünvanın qarşısında “Təyyar” adlı şəxsə oxşayan bir nəfər kişi cinsli şəxsi müşahidə edib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə, o da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onların bu təklifinə etiraz etməyib birlikdə polis idarəsinə getməyə razılaşmışdır. Nizami RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçiyə, eləcə də vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazı olmadığını bildirmişdir. Həmin şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin təklif əsasında əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara kağızına bükülmüş heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu heroini 09 yanvar 2023-cü il tarixdə yaşadığı binanın qarşısında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs tapdığı həmin narkotik vasitənin bir hissəsini özü istifadə etməsi üçün yaşadığı mənzilin girişində olan güzgülü şkafda saxladığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 ünvanına baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mənzilin giriş hissəsində sol tərəfdə olan güzgülü şkafdan bir ədəd sellefona bükülmüş qəhvəyi rəngli heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməliyyat tədbirlərinin gedişi zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin cinayət axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 yanvar 2023-cü il və 13 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə heroindir, heroini 09 yanvar 2023-cü il tarixdə yaşadığı binanın yaxınlığında yerdən şəffaf sellofana bükülü vəziyyətdə tapmış, yaşadığı E.Süleymanov küçəsi ev 158A, mənzil 162 ünvanına aparıb evində qapıdan girəcəkdə solda yerləşən güzgülü şkafın içərisinə qoymuş, həmin gün, yəni 10 yanvar 2023-cü il tarixdə həmin narkotik vasitədən bir büküm götürüb qara siqaret kağızına büküb öz istifadəsi üçün gəzdirdiyi zaman polislər tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 13 yanvar 2023cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 33-34, 100) - 10 yanvar 2023-cü il və 13 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara kağızına bükülmüş heroinə bənzər maddəni çıxarıb təqdim etdikdən sonra sorğu zamanı həmin bükümdə olan maddənin heroin olduğunu, heroini 09 yanvar 2023-cü il tarixdə yaşadığı binanın yaxınlığında yerdən şəffaf sellofana bükülü vəziyyətdə tapdığını, yaşadığı E.Süleymanov küçəsi ev 158A, mənzil 162 ünvanına aparıb evində qapıdan girəcəkdə solda yerləşən güzgülü şkafın içərisinə qoyduğunu bildirdiyindən, onun özünün iştirakı və yazılı razılığı ilə qeyd olunan mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən binanın 162 nömrəli mənzilinin giriş hissəsində sol tərəfdə olan güzgülü şkafdan içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Baxış zamanı qeydə alınmış videogörüntüyə 13 yanvar 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 42, 101) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli 6/157 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,515 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,465 qram qalıq qalmışdır. (i.v. 48-50) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli 6/155 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,033 qram olmuş, tədqiqata 0,020 qram sərf edilmiş, 0,013 qram qalıq qalmışdır. (i.v. 52-55) - 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Təyyar” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 10 yanvar 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 125-126) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 19 yanvar 2023-cü il tarixli 275 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 132-133) - 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olması müəyyən edilmədiyindən barəsində həmin maddənin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,033 qram, yaşadığı mənzildən 10 yanvar 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,515 qram iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış 11 yanvar 2023-cü il tarixli 6/158 nömrəli məhkəmə fiziki kimyəvi ekspertizası nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroindən tədqiqata sərf edilmiş 0,020 qram nəzərə alınmaqla, qalıq 0,013 qram heroin, əlavə təyin edilmiş 28 fevral 2023-cü il tarixli 6/650 nömrəli məhkəmə fiziki kimyəvi ekspertizası nəticəsində həmin narkotik vasitə heroindən tədqiqata sərf edilmiş 0,01 qram nəzərə alınmaqla, qalıq 0,003 qram heroin və Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroindən tədqiqata sərf edilmiş 0,050 qram nəzərə alınmaqla, qalıq 0,465 qram heroin, əlavə təyin edilmiş 28 fevral 2023-cü il tarixli 6/650 nömrəli məhkəmə fiziki kimyəvi ekspertizası nəticəsində həmin narkotik vasitə heroindən tədqiqata sərf edilmiş 0,02 qram nəzərə alınmaqla, qalıq 0,445 qram heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk və yaşadığı mənzilə baxış və götürmə aparılması haqqında 10 yanvar 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroini əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 158-166) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 93-95) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96-97) -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 29 dekabr 2007-ci il tarixdə doğulmuşdur. (i.v. 71) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 1(007)-161/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 115-123) -Bakı probasiya idarəsinin 10 may 2023-cü il tarixli 21-1/3-10936/3 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 1(007)-161/2022 nömrəli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə idarədə qeydiyyata alınmış, 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 12 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildikdən sonra azad edildiyinə görə həmin 02 gün məhkumun cəzaçəkmə müddətindən çıxılmış, 10 may 2023-cü il tarixədək məhkum cəzasının 09 ay 25 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 08 ay 03 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 26 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində 02 gün müddət ərzində tutmada qaldığından həmin müddət onun 23 may 2022-ci il tarixli hökm üzrə cəza çəkmə müddətinə daxil edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 1(007)-161/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs və mənzilindən aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,445 qram və 0,003 qram çəkilərdə narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 162 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar