Məhkəmə qərarları › İş №1(007)-283/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-283/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-283/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi (anası) Şahid, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, M.Müşviq küçəsi ev 33-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi tikilidə yaşayan, 13 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 dekabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı, on altı yaşına çatmayan, xx xxxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyul ayından oktyabr ayınadək olan müddət ərzində mütəmadi olaraq kirayə yaşadığı ünvan 1 ünvanında qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olub ehtirasını təmin etmiş və qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs razılığı ilə öz cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə daxil etməklə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli hərəkət etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sonlarında sosial şəbəkə vasitəsi ilə Mətanətlə, sonradan tanıdığı Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Əvvəlcə Mətanətlə dost münasibətləri olmuşdur, Mətanət anası və qardaşı ilə İmişli rayonunun Qaradonlu kəndində yaşamışlar. Ara-sıra Mətanətin təhsil aldığı “X5” adlı tibb kursuna gedib onunla görüşmüşdür. Bundan sonra Mətanətlə sevgili münasibətində olmuş və onunla evlənmək qərarına gəlmişlər. Mətanətlə ailə həyatı qurmaq istədiyindən, Mətanətlə təhsilin son dərs günü qaçıb onun yaşadığı Bakı şəhərinə köçüb gəlməsi barədə qərarlaşmışlar. Mətanət 28 may 2023-cü il tarixdə İmişli rayonundan yol taksisi ilə Bakı şəhərinə gəlmişdir. O da Mətanəti Ələt qəsəbəsində qarşılayıb digər yol taksisi ilə kirayə tutduğu Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığındakı “Ayla” şadlıq sarayının qarşısında olan ünvan 2 ünvanda Mətanətlə birlikdə 3-4 ay yaşamışlar. Həmin mənzildə yaşayanda ilk günlərdə Mətanətlə qeyri-təbii yolla cinsi əlaqədə olurmuşlar. Belə ki, Mətanətin hələ ki, hamilə qalmasını istəmədiklərindən təbii yolla cinsi əlaqədə olmaqdan qorxmuşlar. Daha sonra 2023-cü ilin iyul ayının ortalarında kirayə yaşadıqları Nizami rayonu, R.Teymurov küçəsi ev 39 ünvanındakı 46 nömrəli mənzildə Mətanətlə təbii yolla cinsi əlaqədə olmuşlar və Mətanətin qızlıq pərdəsi pozulmuşdur. 2023-cü ilin sentyabr ayında İmişli rayon polis şöbəsi tərəfindən onun və Mətanətin axtarıldığını bildikləri üçün həmin polis şöbəsinə gedib hadisə barədə izahat vermişlər. Polis şöbəsində Mətanətin babasının guya Mətənətin anası Xuramanın qızını ona satdığını bildirdiyini öyrənmişlər. Lakin, o, Mətanəti zorla qaçırtmamış, Mətanət özü könüllü olaraq onunla ailə qurmaq üçün Bakı şəhərinə gəlmişdir. Mətanətin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda Mətanətlə ər-arvad olaraq birlikdə yaşayırlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Mətanət həm təbii, həm də qeyri-təbii yolla ilk dəfə onunla cinsi əlaqədə olmuşdur. Mətanətlə cinsi əlaqədə olmamışdan əvvəl onun 16 yaşının tamam olmadığını bilməmiş, yalnız İmişli rayon polis şöbəsində izahat verərkən bu barədə bilmişdir. Hazırda Mətanətlə başqa yerdə, kirayədə yaşayırlar. Valideynləri Mətanəti görməmişlər, tanımırlar. Lakin o, Mətanətlə faktiki ailə qurmuşdur, nişanları olmuşdur, Mətanətin 17 yaşı olandan sonra nikahları ola bilər. Qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin (anasının) iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər anası ilə birlikdə İmişli rayonunun Qaradonlu kəndində yaşamışdır. 2023-cü ildə həmin kənddə olan 1 nömrəli orta məktəbdə təhsil almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində ünvanını bilmədiyi kirayə evdə ər-arvad münasibətində yaşayırlar. Ona qədər isə Salehlə birlikdə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında kirayədə yaşamışlar. Salehlə təxminən 2022-ci ildə sosial şəbəkədə tanış olmuşdur. Sonrakı müddətdə o, İmişli rayon Tədris mərkəzində tibb kursunda oxuyan zaman Salehlə orada bir neçə dəfə görüşmüşdür. Salehlə aralarında sevgi münasibəti yarandığından evlənmək qərarına gəlmişlər. Ona görə də o, 2023-cü ilin may ayında istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Salehin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə danışdıqdan sonra evlənmək qərarına gəlmişlər. Bundan sonra qarşılıqlı razılaşmalarına əsasən o, 28 may 2023-cü il tarixdə İmişli rayon mərkəzindən Bakı şəhərinə gələn taksi ilə Bakı şəhərinə gəlmişdir. Saleh onu Ələt qəsəbəsində qarşılayaq, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Ayla” şadlıq sarayının yaxınlığında olan mənzilə aparmışdır. Həmin mənzildə Salehlə təxminən 3-4 ay birlikdə yaşamışlar. O, Salehə 16 yaşının olmaması barədə məlumat verməmişdir. Saleh onun yaşının 18 olduğunu bilmişdir. O, Salehlə qaçdıqdan sonra babası İmişli rayon polisinə şikayət etdikdən sonra Saleh onun 16 yaşının tamam olmadığını bilmişdir. Salehlə 28 may 2023-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Ayla” şadlıq sarayının yaxınlığında yerləşən mənzildə yaşasalar da, onunla təbii yolla ilk dəfə 2023-cü ilin iyul ayının ortalarında cinsi əlaqədə olmuşdur. İlk dəfə Salehlə təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxt qızlıq pərdəsi pozmuşdur. Bundan başqa Salehlə qeyri-təbii yolla da cinsi əlaqədə olmuşlar. Salehdən başqa heç kimlə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Hamilə deyil və hamiləliyini pozdurmamışdır. Bakı şəhərinə gedib orada Salehlə birlikdə yaşayacağı barədə nə anasının, nə də başqa şəxsin məlumatı olmamışdır. Salehlə birlikdə yaşamağı özü qərarlaşdırmışdır. Həmin qərarı alarkən heç bir psixi və ya fiziki zor altında olmamışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Hazırda Salehlə bir ailə kimi birlikdə yaşayır, yaşı tamam olduqdan sonra qanuni nikah bağlayacaqlar. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, o, təqsirləndirilən şəxs olan həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayəti yoxdur, yoldaşına cəza verilərsə anası ilə getməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Şahid göstərmişdir ki, o, İmişli rayonunun Qaradonlu kəndində oğlu ilə birlikdə yaşayır. Həyat yoldaşı təxminən 13 il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur. Hazırda ərinin valideynləri ilə bir həyətdə, onlara ayrılmış bir otaqda oğlu ilə birlikdə yaşayır. xx xxxxxxx 2007-ci il təvəllüdlü X3 onun qızıdır. Qızı Mətanət təxminən 2023-cü ilin may ayının axırlarında və ya iyun ayının əvvəllərində adının sonradan Saleh olduğunu bildiyi şəxsə qoşularaq, ailə qurmaq məqsədi ilə evdən getmişdir. Onlar hazırda birlikdə ər-arvad olaraq yaşayırlar. Salehi o, əvvəllər tanımamışdır, onu ilk dəfə İmişli rayon polis şöbəsində qayınatasının Mətanətin qaçırılması barədə şikayəti araşdırılan zaman görmüşdür. Həmin vaxt Mətanət ona Salehlə könüllü olaraq, ailə qurmaq məqsədi ilə getdiyini demişdir. Qızı Mətanət və o, Salehlə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Mətanətlə Saleh ər-arvad kimi birlikdə yaşayırlar, Salehin tutulmasını istəmirlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Portaldan çıxarışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2007-ci il tarixdə doğulmuşdur. X1, anası Şahiddır. (i.v. 17) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə doğulmuşdur. (i.v. 22) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin İmişli rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 05 sentyabr 2023-cü il tarixli 685 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar ediməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyinin açıq olması, süavari büküşlərin qismən hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və sair) aşkar edildi, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. (i.v. 26-27) - 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İmişli rayon polis şöbəsinin istintaq bölməsinin 05 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilmişdir. (i.v. 28-30) - 14 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə ilk dəfə cinsi əlaqədə olduğu yerin Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 39, üçüncü giriş (blok), dördüncü mərtəbə, mənzil 46 ünvanı olduğunu qeyd etməklə hadisə yerini göstərmişdir. (i.v. 133-136) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 27 dekabr 2023-cü il tarixli 573 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilmədi. (i.v. 174- 176) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 27 dekabr 2023-cü il tarixli 565 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən iki həftədən artıqdır. (i.v. 178-181) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli 3484 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman, yaxud ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini adekvat olaraq qavramaq, anlamaq, onları yadda saxlamaq, bu barədə məlumat vermək iqtidarındadır. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi- emosional vəziyyətində iş görmək üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, ünsiyyətçilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, təmkinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. (i.v. 187-190) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3469 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hazırda ifadə vermək qabliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Zərərçəkmiş şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətçilik, hər kəsə yaxşı yola getmək, adaptivlik, sadəlövlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını yaş xüsusiyyətləri çərçivəsində (yetkinlik yaşma çatmadığından) anlaya bilərdi. Zərərçəkmiş şəxs qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl və baş vermiş hadisə zamanı onun psixi-emosional vəziyyətində hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Hazırda onun emosional durumu normal səviyyəsindədir. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, həmçinin emosional halından asılı olaraq, ona qarşı edilən qanunazidd hərəkətlər zamanı müqavimət göstərmək qabliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs baş vermiş hadisələri adekvat olaraq qavramaq, düzgün təsvir edərək bu barədə məlumat vermək qabliyyətinə malikdir. (i.v. 192-194) - 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 149, 150-ci maddələrinin əlamətləri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin əlamətləri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə İmişli RPŞ-nin İB-nin 05 sentyabr 2023-cü il tarixli qərarı öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onunla ancaq təbii yolla cinsi əlaqədə olmadığını göstərməsi həmin ekspert rəyləri və təqsirləndirilən şəxsin ifadəsi ilə təkzib edildiyindən sübut növü kimi qiymətləndirilməmişdir. (i.v. 197-205) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır, bu cinayət formal tərkiblidir və təqsirkarın 16 yaşına (14 yaşına) çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya onun barəsində seksual xarakterli hərəkətlər etdiyi andan başa çatmış sayılır. Bu cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar 16 yaşına (14 yaşına) çatmayan şəxslə cinsi əlaqədə olduğunu və ya seksual xarakterli hərəkətlər etdiyini dərk edir və bunu arzu edir. Motiv cinsi ehtirasın təmin edilməsidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində, “Zərərçəkmiş şəxs ilə tanış olarkən onun İmişli rayonunda olan orta məktəbin 9-cu sinifində oxuması, Mətanətin yaşı az olduğu üçün hamilə qalmasını istəmədiklərindən təbii yolla cinsi əlaqədə olmaqdan qorxduqları, çünki Mətanət hamilə qalsa idi, yoxlanışlar üçün xəstəxanaya getdikdə Mətanətin azyaşlı olduğunu biləcəkləri, mənzildə yaşayanda ilk günlərdə Mətanətlə qeyri-təbii yolla cinsi əlaqədə olmaları” barədə göstərdiklərindən fərqli olaraq məhkəmə iclasında, zərərçəkmiş şəxslə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun 16 yaşına çatmayan şəxs olmasını bilməməsi barədə göstərdikləri məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, məhkəmə təqsirləndirilən şəxsin həmin qaydada ifadə verməsini onun cinayət məsliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 41) - 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarışı elan edilmişdir. (i.v. 63) - 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 102) - 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 152-153, 156-157) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə (onun qanuni nümayəndəsi ilə) barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar