Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-284/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Şakir oğlunun, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2003-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən ünvan 4 açaraq binaya qanunsuz daxil olub, məktəbin 9 və 11 nömrəli sinif otaqlarının tavanına quraşdırılmış hər birinin dəyəri 1222 manat 71 qəpik olmaqla, ümumilikdə 2445 manat 42 qəpik dəyərində 2 ədəd “Optoma S312" markalı proyektorları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə, cəmi 2445 manat 42 qəpik dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2021-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanda yerləşən ünvan 6a açaraq binaya qanunsuz daxil olub, məktəbin 9, 10 və 11 nömrəli sinif otaqlarının tavanına quraşdırılmış hər birinin dəyəri 1770 manat olan, ümumilikdə 5310 manat dəyərində Q71P7254390, Q71P7254303 və Q71P7250851 seriya nömrəli 3 ədəd “Optoma” markalı proyektorları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə, cəmi 5310 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Əhmədli qəsəbəsində yerləşən 261 saylı məktəb-liseyə pəncərədən daxil olub oradan 2 ədəd proyektor götürmüşdür. Həmin proyektorları sosial şəbəkə vasitəsi ilə 400 manata satmışdır. Nizami rayonu ərazisində yerləşən 61 saylı orta məktəbə pəncərədən daxil olub oradan 3 ədəd proyektor götürmüşdür. Həmin proyektorları 550 manata satmışdır. Hər iki məktəbə dəymiş ziyan ödənilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, 2002-ci ildən ünvan 3 ünvanında yerləşən 261 saylı məktəb-liseyin direktoru vəzifəsində işləyir. 26 dekabr 2020-ci il tarixdə məktəbin mühafizəçisi icazəli olduğundan həmin gün onun təsərrüfat işləri üzrə müavini Şahid3 Ələsgər oğlu mühafizəçi kimi qalmışdır. 27 dekabr 2020-ci il tarixdə Etibar ona zəng vuraraq məktəbdəki sinif otaqlarından iki ədəd proyektorun oğurlandığını bildirmişdir. O, Etibara bu barədə polisə məlumat verməsini söyləmişdir. Sinif otaqlarında quraşdırılmış “Optoma S312” markalı proyektorun bir ədədinin qiyməti 1222,71 manat olmuş və sinif otaqlarından ümumilikdə iki ədəd proyektorun oğurlandığını nəzərə alaraq 261 saylı məktəb-liseyə ümumilikdə 2445,22 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan tam ödənildiyindən mülki iddianı geri götürür. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və mülki iddiaları yoxdur. Zərərçəkmiş – mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məktəbdən oğurlanmış 3 ədəd proyektor qaytarılmışdır. Bu səbəbdən mülki iddiaları yoxdur. Zərərçəkmiş – mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 istintaqda bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən 61 saylı orta məktəbin direktoru vəzifəsində işləyir. 26 yanvar 2021-ci ildə səhər tezdən işə gəldikdə ona məlumat verilmişdir ki, məktəbin 3 otağından 3 ədəd proyektor oğurlanmışdır. Bundan sonra işçilərlə birlikdə həmin otaqlara baxdıqda məlum olmuşdur ki, otaqların pəncərəsini açmaqla tavanlardan Q71P7254390, Q71P7254303 və Q71P7250851 nömrəli 3 ədəd proyektor oğurlanmışdır. Həmin proyektorların hər birinin qiyməti 1770 manat olmaqla ümumi dəyəri 5310 manat təşkil etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 261 saylı məktəb-liseydə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. 26 dekabr 2020-ci il tarixdə məktəbin mühafizəçisi icazəli olduğundan həmin gün özü məktəbdə mühafizəçi qalmışdır. 27 dekabr 2020-ci il tarixdə gecə saatlarında sinif otaqlarını gəzən zaman 11 nömrəli sinif otağındakı tavanda quraşdırılmış proyektorun yerində olmadığını görmüşdür. Digər siniflərə baxdıqda 9 nömrəli sinif otağında da tavana quraşdırılmış proyektorun yerində olmadığını görmüş və bu zaman sinif otağının pəncərəsinin açıq olduğunu gördükdə həmin proyektorların oğurlandığını başa düşmüşdür. O, məktəbin direktoruna və polisə zəng vuraraq məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 28.01.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 05.01.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif olunması haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və iş CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuş, ibtidai istintaq ********* sayı altında davam etdirilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 09.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 11.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSYdən azad olunmuşdur. - şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 28.01.2021-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə qızı şübhəli şəxs, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 28.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - müvəqqəti tutulmadan azad etmə və qətimkan tədbirinin seçilməsi haqqında 30.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 14.02.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 2 ədəd əl-barmaq izi maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən verilmiş 16.04.2021-ci il tarixli, 3255 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. - hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında 05.01.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 07.01.2021ci il tarixli qərardan görünür ki, Nümayəndə2 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli, 21/96R nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 26.12.2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən 261 saylı məktəb liseydə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2003-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.02.2021-ci il tarixli, 9/340 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “Optoma” markalı proyektorun istifadədə olması nəzərə alınaraq 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 550 manat müəyyən edilir. - hüquqi şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında 23.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri üzrə Təhsil İdarəsi zərərçəkmiş şəxs, həmin idarənin etibarnaməsi əsasında isə Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, 3 ədəd Q71P7254390, Q71P7254303 və Q71P7250851 seriya nömrəli və 1 ədəd Q71A548AAAAACO599 seriya nömrəli, “Optoma S312” markalı proyektor maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinə qaytarılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 261 saylı məktəb-liseyə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2445,42 manat məbləğində və 61 saylı tam orta məktəbə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5310 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və şahidin ifadələri ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(103)-734/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən üzərində 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 28.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış, cəzanın icrası qaydaları və şərtləri izah edilmiş və 30.07.2021-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək “Attenti” X1 qeydiyyatdan keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayətin və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdən 11.01.2021-ci il tarixədək və 28.01.2021-ci il tarixdən 30.01.2021-ci il tarixədək 4 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(103)-734/2021 saylı qərarı ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(103)-734/2021 saylı qərarı ilə təyin edilmiş 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(103)-734/2021 saylı qərarı üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 16.07.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd Q71P7254390, Q71P7254303 və Q71P7250851 seriya nömrəli və 1 ədəd Q71A548AAAAACO599 seriya nömrəli, “Optoma S312” markalı proyektor zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş – mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 mülki iddiasını geri götürdüyünə görə mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdən 11.01.2021-ci il tarixədək və 28.01.2021-ci il tarixdən 30.01.2021ci il tarixədək 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 3 ədəd Q71P7254390, Q71P7254303 və Q71P7250851 seriya nömrəli və 1 ədəd Q71A548AAAAACO599 seriya nömrəli, “Optoma S312” markalı proyektor zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş – mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-284/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-284/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver