Məhkəmə qərarları › İş №1(007)-284/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-284/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-284/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27, mənzil 55-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 26 may 2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, 17 dekabr 2023-cü il tarixdə tutulmuş, 20 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, İnzibati bina, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 22 yanvar 2023-cü il tarixdə tutulmuş, 24 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin başa çatması ilə əlaqədar 19 iyun 2023-cü il tarixdə azad edilmiş, 17 dekabr 2023-cü il tarixdə tutulmuş, 20 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 17 dekabr 2023-cü il tarixdə saat 10:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Bravo” hipermarketə birlikdə gəlib oradan vitrində olan bir cüt dəyəri 99 manat olan “Nyork” markalı, BE710 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 99 manat olan “Nyork” markalı, BE700 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 69,99 manat olan “Philps” markalı, DLP9001NB model “poverbank”, bir ədəd dəyəri 129 manat olan “Nyork” markalı, BW303 model smart saat, bir ədəd dəyəri 169 manat olan “BWO” markalı, BS62 model səsgücləndirici, bir ədəd dəyəri 59,99 manat olan “WİWU” markalı, MG1818 modelli əl çantası, bir ədəd dəyəri 169 manat olan “WİWU” markalı, SWİP68 model smart saat, bir ədəd dəyəri 119 manat olan “BWO” markalı, BS64 model səsgücləndirici, bir ədəd dəyəri 79,99 manat olan “Philps” markalı, DLP9902NP model “poverbank”, bir ədəd dəyəri 21,99 manat olan “iPhone” markalı, USB kabeli gizli olaraq talayıb həmin tarixdə oğurladıqları əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMCyə ümumilikdə 1184,95 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 yanvar 2023-cü il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən “Nizami Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Line Telecom” mağazasının şüşə qapısını daş parçası ilə sındırıb, qanunsuz olaraq binaya daxil olaraq, mağazadan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 260 manat dəyərində “Samsung Galaxy A03s” markalı, SM-A037FZKDCAU modelli mobil telefonu, 01 ədəd 310 manat dəyərində “Samsung Galaxy A13 markalı, SM- A135FZWVCAU modelli mobil telefonu, 01 ədəd 500 manat dəyərində “Samsung Galaxy A32” markalı, SM-A325FLVDCAU modelli mobil telefonu, 01 ədəd 290 manat dəyərində “Samsung Galaxy A04s” markalı, SM-A047FZGDCAU modelli mobil telefonu, 01 ədəd 250 manat dəyərində “Samsung Galaxy A04” markalı, SM-F/DS modelli mobil telefonu, 01 ədəd 260 manat dəyərində “Samsung Galaxy A03s” markalı, SM-A037FZKGCAU modelli mobil telefonu, 01 ədəd 250 manat dəyərində “Samsung Galaxy A04” markalı, SM- A045FZGDCAU modelli mobil telefonu, 01 ədəd 260 manat dəyərində “Samsung Galaxy A03s” markalı, SM-A037FZBGCAU modelli mobil telefonu, 01 ədəd 250 manat dəyərində “Samsung Galaxy A04” markalı, SM-A045F/DS modelli mobil telefonu, 01 ədəd 310 manat dəyərində “Samsung Galaxy A13” markalı, SM-A135FZKVCAU modelli mobil telefonu, 01 ədəd 290 manat dəyərində “Samsung Galaxy A04s” markalı, SM-A047FZKDCAU modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 3230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 17 dekabr 2023-cü il tarixdə saat 10:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Bravo” hipermarketə birlikdə gəlib oradan vitrində olan bir cüt dəyəri 99 manat olan “Nyork” markalı, BE710 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 99 manat olan “Nyork” markalı, BE700 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 69,99 manat olan “Philps” markalı, DLP9001NB model “poverbank”, bir ədəd dəyəri 129 manat olan “Nyork” markalı, BW303 model smart saat, bir ədəd dəyəri 169 manat olan “BWO” markalı, BS62 model səsgücləndirici, bir ədəd dəyəri 59,99 manat olan “WİWU” markalı, MG1818 modelli əl çantası, bir ədəd dəyəri 169 manat olan “WİWU” markalı, SWİP68 model smart saat, bir ədəd dəyəri 119 manat olan “BWO” markalı, BS64 model səsgücləndirici, bir ədəd dəyəri 79,99 manat olan “Philps” markalı, DLP9902NP model “poverbank”, bir ədəd dəyəri 21,99 manat olan “iPhone” markalı, USB kabeli gizli olaraq talayıb həmin tarixdə oğurladıqları əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 1184,95 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadəyə görə məhkum olunmuşdur. 17 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “Tarqovu” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs1 ilə rastlaşmışlar və söhbət əsasında oğurluq etməyi qərara almışlar. Çünki hər ikisi işləməmiş və gündəlik ehtiyaclarını ödəmək üçün pula ehtiyacları olmuşdur. Buna görə metro ilə Zaurla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” marketə getmişlər. 17 dekabr 2023-cü il tarixdə təxminən saat 10:05 radələrində “Bravo” marketə daxil olub satış şöbələrini gəzmiş, sonra elektronika satış şöbəsinə yaxınlaşmışlar. Ətrafa nəzər salıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra Zaur marketin elektronika satış şöbəsindən markasını bilmədiyi 03 ədəd qulaqcıq, 03 ədəd “poverbank”, 02 ədəd smart qol saatı, 02 səsgücləndirici, 01 ədəd əl çantası və 01 ədəd USB kabelini oğurlamış və həmin şöbədən uzaqlaşıb digər satış şöbələrinin arasında gəzişərək guya özlərini satışda olan mallara baxan kimi göstərmişlər. Həmin vaxt Zaur oğurladıqları əşyaları onun kürəyinə asdığı qara rəngli çantaya qoymuşdur. Həmin çanta Zaura məxsus olsa da hadisə zamanı onun üzərində olmuşdur. Zaur oğurladıqları əşyaların üzərində olan siqnalizasiya qurğusunu çıxarıb yerinə qoymuşdur ki, marketdən çıxan zaman siqnalizasiya işə düşməsin. Əşyaları oğurladıqdan sonra marketi tərk edib metro ilə “28 May” metrostasiyasına gedib oğurladıqları əşyaları Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında dəyərindən ucuz qiymətə tanımadıqları şəxslərə satmışlar. 1 ədəd USB kabeli, 1 ədəd qulaqcıq və 1 ədəd qol saatından başqa oğurladıqları əşyaların hamısını cəmi 70 manata satmışlar. Həmin pulu o, sonda Zaurla bərabər şəkildə bölmək üçün cibində saxlamışdır. Həmin gün, 17 dekabr 2023-cü il tarixdə təxminən saat 15:05 radələrində yenidən oğurluq etmək üçün həmin marketə, yəni “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” marketə geri qayıtmışlar. Eyni qaydada elektronika şöbəsinə yaxınlaşıb oğurluq etmək istəyən zaman marketin işçiləri və mühafizəçilər yaxınlaşıb onları saxlayaraq polisə məlumat vermişlər. İkinci dəfə həmin marketə getməkdə məqsədləri oğurluq etmək olmuşdur. Lakin mağazanın işçiləri onlardan şübhələnib onları saxlayaraq polisə təqdim etmişlər. Ona görə ikinci dəfə oradan heç nə oğurlaya bilməmişlər. İkinci dəfə marketdən iki ədəd qutuda qulaqcıq oğurlamaq istəyən zaman marketin işçiləri yaxınlaşıb onları görmüşlər. Buna görə həmin əşyaları oğurlayıb apara bilməmişlər. “Bravo” hipermarketin işçiləri və ya mühafizəçilər ona xəsarət yetirməmişlər. 17 dekabr 2023-cü il tarixdə saxlanılıb polis bölməsinə aparılandan sonra azad edilməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif əməllərə görə məhkum olunmuşdır. Sonuncu dəfə 09 dekabr 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra, 08 yanvar 2023-cü il tarixdə saat 05 radələrində o, “Nizami” metrostansiyasının qarşısında yerləşən “Nizami Mall” ticarət mərkəzinin qarşısından keçib gedən zaman ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən telefon mağazasının qapısının şüşədən olduğunu, həmçinin küçədə heç kəsin olmadığını görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər salıb küçədə heç kəsin olmadığını, həmçinin mağazada mühafizəçinin olmadığını görüb yerdən daş parçasını götürüb mağazanın şüşədən olan qapısını daş parçası ilə sındırıb içəri daxil olmuş və orada olan vitrindən ümumilikdə 11 ədəd “Samsung” markalı mobil telefonu oğurlayıb oradan uzaqlaşıb getmişdir. 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında tanışı Elgünlə “Kubinka” adlanan ərazidə görüşmüş, oğurladığı 6 ədəd “Samsung” markalı mobil telefonu Elgünə göstərib demişdir ki, “Azercell”in həyətində iş görmüş və zəhmət haqqı kimi ona pul əvəzinə həmin telefonları vermişlər. İlkin olaraq Elgün ona demişdir ki, telefonları almağa pulu yoxdur, o isə demişdir ki, ucuz qiymətə satar. Bundan sonra Elgün ona ümumilikdə 200 manat pul verib 6 ədəd “Samsung” markalı mobil telefonu ondan almışdır. O da Elgündən pulu götürüb ayrılmışdır. Ertəsi gün, yəni 10 yanvar 2023-cü il tarixdə səhər saatlarında o, yenidən Elgünlə görüşüb oğurladığı 4 ədəd telefonu da ona ümumilikdə 150 manata satmışdır. Daha sonra isə pulu götürüb ayrılmış, əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Oğurladığı telefonlardan birini isə itirmişdir. Bundan başqa, 17 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “Tarqovu” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışlar və söhbət əsasında oğurluq etməyi qərara almışlar. Çünki hər ikisi işləməmiş, gündəlik ehtiyaclarını ödəmək üçün pula ehtiyacları olmuşdur. Buna görə metro ilə Elçinlə birlikdə metronun “Sahil” stansiyasından “Koroğlu” stansiyasına gəlmiş və metrodan çıxıb birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında olan “Bravo” marketə girmişlər. 17 dekabr 2023-cü il tarixdə təxminən saat 10:05 radələrində “Bravo” marketin giriş qapısından içəri daxil olmuşlar. Marketdə satış şöbələrini gəzib elektronika satış şöbəsinə yaxınlaşmışlar. Ətrafa nəzər salıb onları heç kimin görmədiyinə əmin olduqdan sonra Elçinlə marketin elektronika satış şöbəsindən markasını bilmədiyi 03 ədəd qulaqcıq, 03 ədəd “poverbank”, 02 ədəd smart qol saatı, 02 səsgücləndirici, 01 ədəd əl çantası və 01 ədəd USB kabelini oğurlamışlar. Həmin əşyalardan hansınınsa üstündə siqnalizasiya qurğusu olmuşdur. O, həmin siqnalizasiya qurğusunu qopardıb kənara qoymuşdur. Sonra həmin götürdüyü əşyaları Elçinin belindən asdığı qara rəngli çantaya qoymuşdur. Həmin çanta onun olsa da marketə girən zaman çantanı Elçinə vermişdir ki, o, oğurlayacaqları əşyaları vitrinlərdən götürüb həmin çantaya qoysun. Həmin əşyaları oğurladıqdan sonra marketi tərk edib metro ilə “28 May” stasiyasına gedib Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında oğurladıqları əşyaların bir qismini dəyərindən ucuz qiymətə tanımadıqları şəxslərə satmış və ümumilikdə 70 manat pul əldə etmişlər. 1 ədəd USB kabeli, 1 ədəd qulaqcıq və 1 ədəd qol saatından başqa oğurladıqları əşyaların hamısını cəmi 70 manata satmışlar. Pul Elçinin cibində olmuşdur. Düşünmüşdür ki, pulu bərabər şəkildə bölsünlər. Həmin gün, 17 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində yenidən oğurluq etmək üçün həmin marketə, yəni “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” marketə geri qayıtmışlar. Marketə daxil olduqdan sonra eyni qaydada elektronika şöbəsinə yaxınlaşıb oğurluq etmək istəyən zaman marketin işçiləri və mühafizəçilər onlara yaxınlaşıb onları saxlayaraq polisə məlumat vermişlər. İkinci dəfə “Bravo” marketə yenidən oğurluq etmək üçün getmişlər. Lakin mağazanın işçiləri onlardan şübhələnib saxlayaraq polisə təqdim etmişlər. Buna görə ikinci dəfə oradan heç nə oğurlaya bilməmişlər. İkinci dəfə o, 2 qutu qulaqcıq götürmək istəyən zaman mağazanın işçiləri bunu görüb onları saxlamışlar. “Bravo” hipermarketin işçiləri və ya mühafizəçilər ona xəsarət yetirməmişlər. 17 dekabr 2023-cü il tarixdə saxlanılıb polislərə təhvil veriləndən və polis bölməsinə aparıldıqdan sonra azad edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, o, 2017-ci ildən Zərərçəkmiş şəxs2 MMC-yə aid “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketdə şöbə müdiri vəzifəsində işləyir. 17 dekabr 2023-cü il tarixdə saat 11 radələrində işdə olarkən elektronika şöbəsindən oğurluq olduğunu aşkar etmiş və bu barədə Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə ərizə ilə müraciət edib məlumat vermişdir. Obyektin videogörüntülərinə baxış zamanı müəyyən olunmuşdur ki, 17 dekabr 2023-cü il tarixdə saat 10:05 radələrində iki nəfər 35-40 yaşlarında kişi cinsindən olan şəxs elektronika şöbəsində vitrinlərdən məhsulları oğurlayıb getmişlər. Həmin şəxslər bir cüt dəyəri 99 manat olan “Nyork” markalı, BE710 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 99 manat olan “Nyork” markalı, BE700 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 69,99 manat olan “Philps” markalı, DLP9001NB model “poverbank”, bir ədəd dəyəri 129 manat olan “Nyork” markalı, BW303 model smart saat, bir ədəd dəyəri 169 manat olan “BWO” markalı, BS62 model səsgücləndirici, bir ədəd dəyəri 59,99 manat olan “WİWU” markalı, MG1818 modelli əl çantası, bir ədəd dəyəri 169 manat olan “WİWU” markalı, SWİP68 model smart saat, bir ədəd dəyəri 119 manat olan “BWO” markalı, BS64 model səsgücləndirici, bir ədəd dəyəri 79,99 manat olan “Philps” markalı, DLP9902NP model “poverbank”, bir ədəd dəyəri 21,99 manat olan “iPhone” markalı, USB kabeli oğurlamaqla ümumilikdə 1184,95 manat maddi zərər vurmuşlar. Oğurlanmış əşyalar hər biri təzə halda qutuda işlənməmiş vəziyyətdə olmuşdur. Hadisədən sonra, 17 dekabr 2023-cü il tarixdə təxminən saat 15:05 radələrində həmin şəxslər yenidən marketə gəlib oğurluq etmək istəyərkən obyektin mühafizə xidməti tərəfindən saxlanılmışlar və polisə məlumat verilmişdir. Həmin şəxslər marketin elektronika şöbəsindən bir cütünün dəyəri 44,99 manat olan iki cüt “Wereless” markalı, Pro9s modelli qulaqcığı oğurlamağa cəhd edən zaman obtektin mühafizə xidməti tərəfindən saxlanılmışlar. Məlum olmuşdur ki, oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Həmin şəxslər saxlanılarkən sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin qolunda marketdən oğurladıqları “WİWU” markalı, SW1P68 model smart saat olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 cibindən marketdən oğurladığı bir cüt “Nyork” markalı qulaqcığı çıxarıb təqdim edərək polisə şikayət etməməyi xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən müəyyən edilmiş məbləğlərlə razı deyillər, belə ki, 17 dekabr 2023-cü il tarixdə saat 10:40 radələrində “Bravo” hipermarketdən bir cüt dəyəri 99 manat olan “Nyork” markalı, BE710 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 99 manat olan “Nyork” markalı, BE700 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 69,99 manat olan “Philps” markalı, DLP9001NB model “poverbank”, bir ədəd dəyəri 129 manat olan “Nyork” markalı, BW303 model smart saat, bir ədəd dəyəri 169 manat olan “BWO” markalı BS62 model səsgücləndirici, bir ədəd dəyəri 59,99 manat olan “WlWU” markalı, MG1818 modelli əl çantası, bir ədəd dəyəri 169 manat olan “WlWU” markalı, SWİP68 model smart saat, bir ədəd dəyəri 119 manat olan “BWO” markalı, BS64 model səsgücləndirici, bir ədəd dəyəri 79,99 manat olan “Philps” markalı, DLP9902NP model “poverbank”, bir ədəd dəyəri 21,99 manat olan “iPhone” markalı, USB kabelinin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 1184,95 manat maddi ziyan vurulmuşdur. MMC-yə dəymiş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçidirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2, digər nümayəndənin dəlillərini müdafiə edərək qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən “Nizami Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Line Telecom” mağazasının sahibidir. 08 yanvar 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evdə olan zaman Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri ona zəng vuraraq bildirmişlər ki, işlədiyi mağazanın şüşə qapısı sındırılmışdır. Lakin polis əməkdaşları içəri daxil olmamışlar. Bundan sonra o, evdən çıxıb işlədiyi mağazaya getmişdir. Mağazaya gedən zaman görmüşdür ki, naməlum şəxs mağazanın şüşə qapısını sındıraraq içəri qanunsuz daxil olub vitrində olan 11 ədəd “Samsung” markalı mobil telefonu oğurlayaraq ona ümumilikdə 4000 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə etmişlər və o da baş vermiş hadisə ilə əlaqədar rəsmi ərizə yazmışdır. Mağazasından oğurlanmış 01 ədəd “Samsung Galaxy A03s” markalı, SM-A037FZKDCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 260 manat, 01 ədəd “Samsung Galaxy A13” markalı, SM- A135FZWVCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 310 manat, 01 ədəd “Samsung Galaxy A32” markalı, SM-A325FLVDCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 500 manat, 01 ədəd “Samsung Galaxy A04s” markalı, SM-A047FZGDCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 290 manat, 01 ədəd “Samsung Galaxy A04” markalı, SM-F/DS modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 250 manat, 01 ədəd “Samsung Galaxy A03s” markalı, SM-A037FZKGCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 260 manat, 01 ədəd “Samsung Galaxy A04” markalı, SM- A045FZGDCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 250 manat, 01 ədəd “Samsung Galaxy A03s” markalı, SM-A037FZBGCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 260 manat, 01 ədəd “Samsung Galaxy A04” markalı, SM-A045F/DS modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 250 manat, 01 ədəd “Samsung Galaxy A13” markalı, SM-A135FZKVCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 310 manat, 01 ədəd “Samsung Galaxy A04s” markalı, SM-A047FZKDCAU modelli mobil telefonun 2023-cü ilin yanvar ayına orta bazar qiyməti 290 manat təşkil edir. Ekspertizanın rəyində ona dəymiş ziyanın miqdarının 3230 manat təşkil etdiyi qeyd edilmişdir, ekspertiza rəyini mübahisələndirmir. Araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs1 Vaqf oğlu tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir, lakin təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 MMC-yə aid “Bravo” hipermarketdə mühafizəçi işləyir. 17 dekabr 2023cü il tarixdə saat 11 radələrində işdə olan zaman mağazanın təhlükəsizlik kameralarından 17 dekabr 2023-cü il tarixdə saat 10:05 radələrində iki nəfər 35-40 yaşlarında kişi cinsindən olan şəxsin elektronika şöbəsində vitrinlərdən məhsulları oğurlayıb getdiklərini aşkar etmişdir. Həmin şəxslər bir cüt dəyəri 99 manat olan “Nyork” markalı, BE710 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 99 manat olan “Nyork” markalı, BE700 model qulaqcıq, iki ədəd hər birinin dəyəri 69,99 manat olan “Philps” markalı, DLP9001NB model “poverbank”, bir ədəd dəyəri 129 manat olan “Nyork” markalı, BW303 model smart saat, bir ədəd dəyəri 169 manat olan “BWO” markalı, BS62 model səsgücləndirici, bir ədəd dəyəri 59,99 manat olan “WİWU” markalı, MG1818 modelli əl çantası, bir ədəd dəyəri 169 manat olan “WİWU” markalı, SWİP68 model smart saat, bir ədəd dəyəri 119 manat olan “BWO” markalı BS64 model səsgücləndirici, bir ədəd dəyəri 79,99 manat olan “Philps” markalı, DLP9902NP model “poverbank”, bir ədəd dəyəri 21,99 manat olan “iPhone” markalı, USB kabeli oğurlamaqla ümumilikdə 1184,95 manat maddi zərər vurmuşlar. Həmin gün, 17 dekabr 2023-cü il tarixdə təxminən saat 15:05 radələrində həmin şəxslər yenidən marketə gəlib oğurluq etmək istəyərkən onun tərəfindən saxlanılmışlar və polisə məlumat verilmişdir. Həmin şəxslər marketin elektronika şöbəsindən bir cütünün dəyəri 44,99 manat olan iki cüt “Wireless” markalı, Pro9s modelli qulaqcığı oğurlamağa cəhd edən zaman obyektin mühafizə xidməti tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 və Şahid3 məhkəmə iclasında iştirakları mümkün olmadığından, onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Sənan və Elgün adlı şəxslər onun işlətdiyi mağazaya gəlmişlər. O, Sənanı əvvəldən tanıyır. Sənana etibar edib ondan telefonu almışdır. O, telefonların ikisini 180 manata almışdır. O, Sənandan telefonu alan zaman Elgün adlı şəxs çöldə gözləmişdir. O, telefonu aldıqdan sonra tanımadığı şəxslərə satmışdır. Həmin şəxsin adının Elgün olmasını Sənan ona demişdir. O, həmin telefonların oğurluq olmasını bilməmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2008-ci ildən tanıyır, belə ki, Zaurla birlikdə həmin illərdə cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkən zaman tanış olmuşlar və onunla həmişə normal münasibəti olmuşdur. 09 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Zaur yaşadığı evə gələrək onu evdən küçəyə çağırmışdır. O, çölə çıxıb Zaurla görüşən zaman sonuncu əynində olan gödəkçənin iç cibindən 6 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb ona demişdir ki, həmin telefonları satmaq istəyir. O, görmüşdür ki, Zaurun əlində olan mobil telefonlar təzə vəziyyətdədir. Zaurdan soruşmuşdur ki, həmin telefonları haradan əldə etmişdir. Zaur ona demişdir ki, “Azercell”in həyətində təsərüfat işi görmüş və həmin işin müqabilində ona zəhmət haqqı olaraq həmin mobil telefonları vermişlər. O, Zaura demişdir ki, onun o qədər pulu yoxdur ki, həmin telefonları alsın. Zaur ona demişdir ki, neçə manata gücü çatır alsın. O, Zaura demişdir ki, onun hazırda 100 manat pulu vardır, onu verə bilər, qalanını isə, yəni 100 manatı axşam gəlib götürər. O, Zaurla razılaşıb özündə olan 100 manatı Zaura verib 6 ədəd “Samsung” markalı mobil telefonları götürmüşdür. Bundan sonra tanışı Sənanla görüşüb demişdir ki, tanışı Zaur ona mobil telefon satmışdır, əgər tanış telefon mağazası varsa həmin telefonları mağazaya satsınlar. Sənan da onunla razılaşmış və onlar birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına getmişlər. Sənanla mağazaya daxil olmuşlar, lakin mağazada işləyən şəxs onu mağazadan çölə çıxartmış və Sənanla aralarında söhbət etmişlər. Bir neçə dəqiqə keçəndən sonra Sənan Zaurun ona verdiyi mobil telefonun altı ədədini həmin mağazaya ümumilikdə 600 manata satmış və pulu ona vermişdir. Həmin gün axşam Zaurla yaşadığı evin qarşısında görüşmüş və ümumilikdə 250 manat pul verib əlavə olaraq 4 ədəd “Samsung” marakalı mobil telefonu götürmüşdür. Ertəsi gün, yəni 10 yanvar 2023-cü il tarixdə saat 10 radələrində tanışı Sənanla birlikdə həmin telefon mağazasına getmişlər və Sənan ondan dörd ədəd mobil telefonu götürüb mağazaya daxil olmuş və həmin telefonları ümumilikdə 400 manata satmış, sonra isə mağazadan çıxıb həmin pulu ona vermişdir. O da əldə etdiyi ümumilikdə 1000 manat pulu öz ehtiyacına xərcləmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər və ona orada məlum olmuşdur ki, Zaur ona verdiyi mobil telefonları “Nizami Mall” ticarət mərkəzində yerləşən telefon mağazasından oğurlamışdır. Təqsirləndirilən şəxs1 aldığı mobil telefonların oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Zaur ona demişdir ki, həmin mobil telefonları gördüyü işin qarşılığında ona zəhmət haqqı olaraq vermişlər. Sənan İsmayılov həmin mobil telefonların oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Sənana demişdir ki, həmin mobil telefonlar tanışına zəhmət haqqı olaraq verilmişdir və onun da pula ehtiyacı olduğu üçün telefonları satır. Lakin Sənan telefonları mağazaya satarkən telefon alan şəxsə nə dediyini bilməmişdir, çünki, onlar söhbət edərkən o, mağazanın çölündə Sənanı gözləmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 17 dekabr 2023-cü il tarixdə “Bravo” hipermarketindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 23080808 nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 17 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən “Bravo” hipermarketidir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, hadisə yerində olan müşahidə kameralarından görüntülər götürülüb, 01 ədəd diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. (İ cild i.v. 4-11) - 17 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 dekabr 2023-cü il tarixdə saat 10 radələrində “Bravo” hipermarketindən oğurladığı 01 ədəd “WİWU” firmasına aid smart qol saatını, 01 ədəd kauçuk qabın içərisində olan 01 cüt qulaqcığı, 01 ədəd USB kabeli və özünə məxsus bel çantasını təqdim etmiş və təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (İ cild i.v. 19) - 17 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 dekabr 2023-cü il tarixdə saat 15 radələrində “Bravo” hipermarketindən oğurladığı 02 cüt qulaqcığın olduğu 02 ədəd bir birinə bağlanmış qutunu təqdim etmiş və təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (İ cild i.v. 31-32) - 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 08 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Life Telecom” mağazasından oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 172) - 08 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən zərərçəkmiş şəxsin, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Nizami Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Life Telecom” mağazasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. (İ cild i.v. 177-181) - 22 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, X1 olaraq təqdim etdiyi 01 ədəd sənəd hal şahidlərinin iştirakı ilə müstəntiq tərəfindən ondan götürülmüşdür. X3 şəxsiyyət vəsiqəsinin surəti olan həmin sənəddə “satdığım Samsung A3 və A4 markalı telefonlar mənə məxsusdur, heç yerdə girovda deyil və heç yerdən oğurlanmayıb, bunun özümə məxsus olduğunu imzamla təsdiq edirəm” yazılmış və imzalanmışdır. (İİ cild i.v. 187-188) - 22 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 işlətdiyi “Life Telecom” adlı mağazaya hansı qaydada daxil olub hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir. (İ cild i.v. 209-212) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli 9/3577 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş mobil telefonların satılş üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını, istifadədə olmamasını nəzərə alaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3230 manat müəyyən edilir. (İİ cild i.v. 25-28) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli 9/1393 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 04 adda malların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat, digər 01 ədəd qara rəngli siqnalizasiya qurğusunun satışı üçün nəzərdə tutulmadığından qiymətləndirmə aparılmamışdır. (İİ cild i.v. 67-70) - 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1 ona təqdim olunan “Nyork” firmasına aid qulaqcıqları nəzərdən keçirib, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş qulaqcıqlar arasında 2-ci yerdə olan qulaqcığı modellindən, rəngindən tanımışdır. (İİ cild i.v. 76) - 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1 ona təqdim olunan “Wireless Pro9S” firmasına aid qulaqcıqları nəzərdən keçirib, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş qulaqcıqlar arasında 2-ci yerdə olan qulaqcığı modellindən, rəngindən tanımışdır. (İİ cild i.v. 77) - 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1 ona təqdim olunan “WİWU” firmasına aid smart saatı nəzərdən keçirib, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş smart saatlar arasında 2-ci yerdə olan saatı modellindən, rəngindən və üzərində olan “barkod”undan tanımışdır. (İİ cild i.v. 78) - 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd diskdəki “WhatsApp Video 2023-12-18 at 10.14.57” adlı fayla baxış keçirilərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Bravo” marketdə vitrində satışda olan əşyaları oğurlamaları və digər sıraya keçməklə Təqsirləndirilən şəxs1 həmin əşyaları Təqsirləndirilən şəxs2 kürək nahiyəsində olan çantanın içərisinə yığaraq gizlətməsi müşahidə olunmuşdur. Digər görüntüyə baxdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Bravo” marketdə vitrində satışda olan əşyalara baxdıqları zaman mühafizə tərəfindən saxlanıldıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakları ilə baxış zamanı həmin videogörüntüdə onların olduqlarını, birinci görüntüdə oğurluq etdiklərinin görüntüsü olmasını, ikinci görüntüdə isə oğurluq etmək üçün gələn zaman saxlanılmalarının görüntüsü olmasını bildirmişlər. (İİ cild i.v. 125-126) - 09 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü mədələrinə tövsif edilmiş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən yeni məzmunlu ittiham elan edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələri və 17 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Bravo” hipermarketə birlikdə gəlib oradan iki cüt dəyəri 90 manat olan qulaqcıqların oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.2-ci maddələri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd disk və 01 ədəd sənəd disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 01 ədəd “WİWU” firmasına aid smart saatı, 03 ədəd qulaqcıq, 01 ədəd USB kabeli maddi sübut kimi tanınmış və zərərçəkmişin nümayəndəsi Nümayəndə1 qaytarılmış, 07 iyun 2023-cü il tarixli 9/3577 nömrəli rəyində göstərilən qiymətlərə əsasən Zərərçəkmiş şəxs1 dəymiş ziyan 3230 manat olaraq qiymətləndirilmiş, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi hazırkı ********* nömrəli cinayət işindən ayrılaraq əlavə istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (İİ cild i.v. 127-142) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Heydər Əliyev prospektində yerləşən “Bravo” hipermarketindən oğurluq etməkdə şübhəli hesab olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılıb, 23-cü polis bölməsinə gətirilməklə təhvil verilmişlər. (İ cild i.v. 15) - 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 62-63) - 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 82-83) - 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 141-143) - 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 144-146) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 26 may 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (İ cild i.v. 160-161, İİ cild i.v. 61-65) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Hərbi Məhkəməsinin 14 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 333.1 və 333.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş; Sumqayıt Hərbi Məhkəməsinin 04 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyun 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2011-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, 13 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (İ cild i.v. 162-164, İİ cild 49-60) - 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 199) - 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 22 aprel 2023-cü il tarixədək müəyyən edilmişdir. (İİ cild i.v. 1- 5) - 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild i.v. 17-18) - 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən, həbsdə saxlanılma müddəti 19 iyun 2023-cü il tarixdə başa çatmalı olan Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilməsinə dair müstəntiqin vəsatətinin təmin olunmasından imtina edilmiş və onun Bakı istintaq təcridxanasından həbsdən azad olunması qərara alınmışdır. (İİ cild i.v. 27-29) - 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 40-42) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Ona görə məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə iş üzrə Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, həmin hökm üzrə çəkilməmiş 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Eyni zamanda, o, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən və bu zaman ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 residivə görə təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum edilmə üçün hüquqi əsasların mövcud olması haqqında tələb azadlıqdan məhrum etmənin bütün müddətinə şamil olunur. Bir sıra hallarda bu şərtin pozulduğu müəyyən edilmişdir. Belə ki, azadlıqdan məhrum etmənin hüquqi əsasları öncə qanuni olsa da, müəyyən müddət keçdikdən sonra həmin əsaslar öz qanuniliyini itirmiş olur. Məsələn, Kuin Fransaya qarşı məhkəmə işində (Kuin Fransaya qarşı iş üzrə 22 mart 1995-ci il tarixli qərar) daxili məhkəmə Fransa qanunları əsasında həbsə alınmış şəxsin azad edilməsi haqqında qərar çıxarmışdır. Azad edilmə haqqında qərar qəbul olunduqdan sonra ərizəçi daha 11 saat həbsdə saxlanmış və qərarın icrası üçün heç bir hərəkət edilməmişdir. Görünür həmin müddət prokurorluğa ərizəçinin təhvil verilməsi barədə məhkəmə icraatına başlaya bilməsi üçün lazım idi. Bu halda həmin icraat azad edilmə haqqında məhkəmə qərarını qabaqlayaraq onun icrasını dayandırmış olurdu. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, bu halda müddətin süni surətlə uzadılması Konvensiyanın 5-ci maddəsinin (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ) tələblərinə cavab vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 17 dekabr 2023-cü il tarixdə “Bravo” hipermarketdə saxlanıldıqdan sonra polis əməkdaşlarına təhvil verilmiş və onun 23-cü polis bölməsinə təqdim olunması təmin edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində tutma protokolu 18 dekabr 2023-cü il tarixdə tərtib edilsə də, faktiki olaraq 17 dekabr 2023-cü il tarixdən etibarən 20 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinədək tutmada saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən 17 dekabr 2023-cü il tarixdə saxlanılmasından sonrakı müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla həbsdə saxlanılma müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təhlükəli residivə görə təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsindən az olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə qanunvericiliyin istinad olunan normalarını eynilə Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq edərək, qeyd edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus əmlakı oğurlaması epizodu üzrə ibtidai istintaqın aparıldığı dövrdə 22 yanvar 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək həbsdə olduğu 04 ay 28 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunması nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildiyi kimi, oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 da 17 dekabr 2023-cü il tarixdə “Bravo” hipermarketdə saxlanıldıqdan sonra polis əməkdaşlarına təhvil verilmiş və onun 23-cü polis bölməsinə təqdim olunması təmin edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində tutma protokolu 18 dekabr 2023-cü il tarixdə tərtib edilsə də, faktiki olaraq 17 dekabr 2023-cü il tarixdən etibarən 20 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinədək tutmada saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 17 dekabr 2023-cü il tarixdə saxlanılmasından sonrakı müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla həbsdə saxlanılma müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli olduğundan, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, fiziki şəxs olan zərərçəkmiş şəxs maddi ziyanı tələb etməmiş, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, ziyanın onların xeyrinə tutulması ilə bağlı məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş hüquqi şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, nümayəndəsinə bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 01 ədəd “WİWU” firmasına aid smart saatının, 03 ədəd qulaqcığın, 01 ədəd USB kabelinin məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır, içərisində videogörüntülər olan 01 ədəd disk, üzərində şəxsiyyət vəsiqəsinin surəti olan və qeydlər yazılmış A4 formatlı 01 ədəd vərəq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müvafiq qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2022ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 22 yanvar 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəməyədək icraat zamanı maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 01 ədəd “WİWU” firmasına aid smart saatının, 03 ədəd qulaqcığın, 01 ədəd USB kabelinin məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinə qaytarılması nəzərə alınsın, içərisində hadisənin qeydə alınmış videogörüntüləri olan 01 ədəd CD disk, üzərində şəxsiyyət vəsiqəsinin surəti olan və qeydlər yazılmış A4 formatlı 01 ədəd vərəq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 25 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2, 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsinə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar