Məhkəmə qərarları › İş №1(007)-286/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-286/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-286/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 73, mənzil 46-da qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 16 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə qəti olaraq 02 il 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etmiş, bundan başqa satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına mənzilin giriş qapısını özündə olan açarla açıb mənzilə qanunsuz olaraq daxil olub mənzildən 1 ədəd 50 manat dəyərində “Quartz E.S” markalı divar saatını, 60 manat dəyərində“Geepas” markalı, “GVC787” modelli, 2400 voltluq tozsoranı, 1 ədəd 25 manat dəyərində “Geepas” markalı, “GP-1880” markalı ütünü, 1 ədəd 25 manat dəyərində “Braun” markalı, “BR-1224” modelli saç fenini, bundan sonra 07 fevral 2022-ci il tarixdə saat 03 radələrində eyni üsulla həmin mənzilə qanunsuz olaraq daxil olub mənzildən 1 ədəd 1000 manat dəyərində xalçanı, 35 manat dəyərində divan örtüyünü, 1 ədəd 100 manat dəyərində xalçanı, hər birinin qiyməti 125 manat olan 2 ədəd kiçik ölçülü xalçanı, hər birinin qiyməti 25 manat olan 2 ədəd oturacağı, 1 ədəd 250 manat dəyərində uşaq çarpayısını, hər birinin qiyməti 15 manat olan 2 ədəd döşəkcəni, 1 ədəd 20 manat dəyərində yastığı, 1 dəst 20 manat dəyərində yataq dəstini və 20 manat dəyərində santexnika açarlarını vahid niyyətlə əhatə olunan qəsdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1935 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 saylı binanın qarşısında əvvəlcədən tanıdığı Şahid1 30 manata qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 116 saylı binanın yaxınlığında Nizami RPİnin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofana bükülmüş təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qeyd edilən cinayət əməllərinə görə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin müvəqqəti saxlama yerində saxlanılarkən 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 saylı binanın qarşısında əvvəlcədən tanıdığı Şahid1 tutulmamışdan əvvəl əldə edərək üzərində saxladığı 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 25 fevral 2022-ci il tarixdə Nizami RPİ-nin müvəqqəti saxlama yerinin 3 nömrəli kamerasına daşımış, 27 fevral 2022-ci il tarixdə saat 13:20 radələrində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən kamerada üzərinə aparılan baxış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, azadlıqda olduğu dövrdə metamfetamin və heroindən istifadə etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində yaşadığı mənzildən çıxıb bloka gedən zaman blokun 3-cü mərtəbəsində yerləşən mənzilin qapısının üzərində açarı görüb götürmüş və oradan uzaqlaşmışdır. 05 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində həmin mənzildə yaşayanların evdə olmadıqlarını və avtomobilin həyətdə olmadığını yoxladıqdan sonra özündə olan açarla həmin mənzilin giriş qapısını açıb içəri daxil olmuşdur. Evdən bir ədəd divar saatını, bir ədəd feni, bir ədəd tozsoranı və bir ədəd ütünü götürüb evdən çıxmışdır. Çıxan zaman evin qapısını bağlamışdır. Həmin gün səhər saat 07 radələrində “8-ci km bazarı”na getmiş, oğurladığı əşyaları bazarda adını həmin gün öyrəndiyi Rəşid adlı yük avtomobilinin sürücüsünə 30 manata satmışdır. Rəşidin malların oğurluq olmasından xəbəri olmamışdır, belə ki, ona malların özünə məxsus olduğunu demişdir. Bundan sonra ikinci dəfə həmin evə 07 fevral 2022-ci il tarixdə saat 03 radələrində getmiş, eyni qayda ilə qapını açıb içəri daxil olmuş və evdən xalçaları, iki ədəd oturacağı, uşaq çarpayısını, iki ədəd döşəkcəni, yastığı, yataq dəstini, santexnika açarlarını və örtüyü oğurlayıb həyətə düşmüşdür. Həmin vaxt yüklər ağır olduğu üçün o, yoldan nömrəsini xatırlamadığı avtomobili çağırıb həmin avtomobillə əşyaları “8-ci km bazarı”na aparıb tanımadığı şəxslərə satmışdır. Həmin əşyaları götürdüyü binada yaşadığı üçün ondan heç kim şübhələnməmiş, malların oğurluq olmasından xəbərləri olmamışdır. Əldə etdiyi pulları narkotikə xərcləmişdir. 24 fevral 2022-ci il tarixdə saat 19 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanındakı evin qarşısında olarkən əvvəllər tanıdığı Şahid1 özü üçün istifadə etməkdən ötrü 30 manata bir büküm psixotrop maddə metamfetamin və heroin almışdır. Həmin heroini tutulan gün üzərində gizlətmiş, metamfetamini isə özündə saxlamışdır ki, sonra qəbul edər. Həmin vaxt metamfetamini əldə etdikdən sonra 25 fevral 2022-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığına getmişdir. Orada olduğu vaxt, saat təxminən 12:30 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirib onu Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə videoçəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən əynində olan boz rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı bir ədəd qırmızı rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir, onu Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən evin qarşısından əvvəllər tanıdığı Şahid1 özü üçün istifadə etməkdən ötrü 30 manata almışdır. Ondan götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı o, Fəhmindən aldığı və içərisində heroin olan bükümü polislərdən gizlətmiş, kağız bükümü onlara təqdim etməmişdir. 27 fevral 2022-ci il tarixdə Nizami rayon polis idarəsinin müvəqqəti saxlama yerinin 3 nömrəli kamerasında olan zaman polis əməkdaşları kameraya daxil olub ona baxış keçiriləcəyini izah etmişlər. Həmin kamerada MSY əməkdaşları ilə birlikdə iki nəfər hal şahidinin iştirakı ilə baxışa başlanmışdır. Üzərində qanunla qadağan edilmiş əşya və predmetin olubolmadığı ilə maraqlanıldıqda o, əynində olan cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızı bükümündə olan kütləni çıxardaraq təqdim etmiş və təqdim etdiyi maddənin heroin olduğunu demişdir. Ondan götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olunmadığını, törətdiyi əməllərdən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə dəymiş ziyanı ödəyə bilmədiyini göstərmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonunun 2-ci Nügədi kəndində yaşayır. Onun ünvan 1 ünvanında 2 otaqlı evi vardır və o, həmin evə tez-tez gəlib-gedir. Sonuncu dəfə həmin evdən təxminən 2022-ci ilin yanvar ayında getmişlər. Evdən çıxan zaman görmüşdür ki, cibində evin açarı qalmışdır və cibində olan evin ehtiyat açarını götürərək yataq otağında olan termonun birinci mərtəbəsində olan siyirtməsinə qoymuş və sonra isə çıxıb getmişdir. 12 fevral 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, həyat yoldaşı Natavanla evə gəldikdə qapı bağlı olmuşdur. Yoldaşı qapını açarla açdıqda qapının cəmi bir dəfə bağlandığını görmüşlər. Qapını açıb evə daxil olduqda girişdə olan kiçik xalçanın, qonaq otağında 1 ədəd 1000 manat dəyərində xalçanın, divanın üzərindən 35 manat dəyərində divan örtüyünün, 1 ədəd 100 manat dəyərində xalçanın, 1 ədəd 50 manat dəyərində “Quartz E.S” markalı divar saatının, dəhlizdən 1 ədəd ümumi dəyəri 125 manat olan kiçik ölçülü xalçanın, mətbəxdən 1 ədəd ümumi dəyəri 125 manat olan kiçik ölçülü xalçanın, yataq otağından 1 ədəd 60 manat dəyərində “Geepas” markalı “GVC787” modelli, 2400 voltluq tozsoranın, dəhlizdə olan dolabdan 1 ədəd 25 manat dəyərində “Geepas” markalı, “GP-1880” markalı ütünün, yataq otağında olan şifonerdən 1 ədəd 25 manat dəyərində “Braun” markalı, “BR-1224” modelli saç feninin, mətbəxdən hər birinin qiyməti 25 manat olan 2 ədəd ümumi oturacağın, yataq otağından 1 ədəd 250 manat dəyərində uşaq çarpayısının, yataq otağından dolabdan hər birinin qiyməti 15 manat olan 2 ədəd döşəkcənin, yataq otağından dolabdan 1 ədəd 20 manat dəyərində yastığın, yataq otağından dolabdan 1 dəst 20 manat dəyərində yataq dəstinin, dəhlizdə qapının qarşısında 20 manat dəyərində santexnika açarlarının yerində olmadığını aşkar etmişlər. Onlar evə daxil olduqda bütün pəncərələr və qapı bağlı olmuşdur. Evə hansı yolla girildiyini o, başa düşməmişdir. Evdə olan mənzilin açarı da termonun siyirtməsindən götürülmüşdür. Polisə müraciəti əsasında aparılmış araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. İstintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizası keçirilərək rəy verilmişdir, lakin o, həmin rəylə razı olmamışdır. Belə ki, “Braun” markalı, “BR-1224” modelli saç feni 10 manat yox, 25 manat, “Geepas” markalı, “GP-1880” modelli ütü 10 manat yox, 25 manat, “Quartz E.S.” markalı divar saatı 15 manat yox, 50 manat, “Geepas” markalı “GVC787” modelli, 2400 voltluq tozsoran isə 30 manat yox, 60 manat olmuşdur, hesab edir ki, ziyan bu qaydada qiymətləndirilməlidir. Beləliklə, ümumilikdə mənzildən ona məxsus 1915 manat dəyərində əşyalar oğurlanmaqla ona həmin məbləğdə maddi ziyan vurulmuşdur. Qeyd olunan əşyalar müstəntiq tərəfindən ona təqdim olunan zaman tanımış və ona məxsus olduğunu bildirmiş, həmin əşyalar ona təhvil verilmişdir. Qalan maddi ziyanın əvəzi isə ona ödənilməmişdir, ona görə də Təqsirləndirilən şəxs şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, 24cü polis şöbəsinin inzibati ərazisində baş vermiş oğurluq cinayətini törətməkdə, həmçinin mütəmadi olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 5 ünvanın yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. 24-cü polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nəsə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarının sağ kiçik cibindən bir ədəd qırmızı rəngli sellofan bükümdə olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə metamfetamindir, həmin metamfetamini 24 fevral 2022-ci il tarixdə saat 19 radələrində Q.Qarayev prospekti, 81 ünvanında “Fəhmin” adlı şəxsdən 30 manata özü istifadə etməkdən ötrü almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Həmin tədbirin davamı olaraq 25 fevral 2022-ci il tarixdə saat 15:50 radələrində Nizami rayonu, C.ünvan 6 ünvanın arxasında zahiri əlamətləri “Fəhmin” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Şahid1 yaxınlaşıb özlərini təqdim edərək onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə keçirilən baxış zamanı Şahid1 üzərindən psixotrop maddə metamfetamin aşkar olunmaqla yanaşı, o, suallara cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddənin bir hissəsini 24 fevral 2022-ci il tarixdə Q.Qarayev prospekti, 81 ünvanında 30 manat pul müqabilində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs satmışdır. Həyata keçirilmiş hər iki əməliyyat tədbiri saxlanılan şəxslərə qarşı qanunsuz hərəkətə yol verilməmiş, Təqsirləndirilən şəxs və Şahid1 əməllərini könüllü etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 və həmin polis şöbəsinin təhqiqatçısı Şahid7, şahid Z.M.Məmmədovun ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerinin rəisi Şahid3 ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə rəisi olduğu müvəqqəti saxlama yerinə təhvil verilmiş Şahid1 27 fevral 2022-ci il tarixdə saxlama yerinin 1-ci kamerasında kibrit vasitəsilə nəyi isə yandırdığını nəzarət kamerası vasitəsilə görüb o, MSY əməkdaşları ilə birlikdə həmin kameraya yaxınlaşmışdır. Kameraya daxil olduqda Şahid1 əlində olan maddəni yatdığı çarpayının altına atmışdır. Həmin kamerada olan digər iki nəfər hal şahidinin iştirakı ilə ondan üzərində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması ilə maraqlandıqda Şahid1 kameraya daxil olarkən çarpayının altına atdığı bir ədəd şəffaf sellofan bükümdə olan kütləni və 1 manatlıq pul əskinazını çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, həmin heroini öz istifadəsi üçün xatırlamadığı şəxsdən alıb və 24-cü polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ ayağında olan qara rəngli corabın içərisində öncədən gizlətmiş, şəxsi axtarış zamanı təqdim etməmişdir. Bundan sonra Şahid1 götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şahid1 üzərindən narkotik vasitənin aşkar edilməsi ondan narkotik vasitə almış Təqsirləndirilən şəxslə də bağlı şübhə yaratdığından 27 fevral 2022-ci il tarixdə onun da üzərinə baxış keçirilməsi zərurəti yaratmışdır. Bu məqsədlə müvəqqəti saxlama yerinin 3-cü kamerasına MSY əməkdaşları ilə birlikdə daxil olaraq iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızı bükümündə olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, həmin heroini öz istifadəsi üçün almış və cins şalvarının sağ yan kiçik cibində öncədən gizlətmiş, 24-cü polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman isə təqdim etməmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 müvəqqəti saxlama yerinə daxil olarkən MSY əməkdaşları tərəfindən yoxlanılsalar da, ola bilsin ki, yoxlamanı keçirən əməkdaş diqqətsizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerinin polis nəfərləri Şahid4 və Şahid2, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5, Şahid8 və X3 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, iki ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olur. Əldə etdiyi narkotik vasitə, həmçinin psixotrop maddələri 2021-ci ilin sonlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Elşad” adlı şəxsin ona verdiyi, hal-hazırda nömrəsi yadında qalmayan plastik kart hesabına ödəmə terminallarından pul yükləməklə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında qoyulmuş yerdən götürmüşdür. Sonuncu dəfə də təxminən fevral ayının 17-də eyni qaydada 50 manat pul ödəməklə həmin qeyd etdiyi ünvandan psixotrop maddə metamfetamin əldə etmişdir. Psixotrop maddənin bir hissəsini 24 fevral 2022-ci il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsə, sonradan ona Nizami rayonu, Q.Qarayev prospekti, 81 nömrəli ünvan kimi məlum olan evin qarşısında 30 manat müqabilində satmışdır. Qalan hissəsini isə öz üzərində saxlamışdır ki, sonra qəbul etsin. 25 fevral 2022-ci il tarixdə saat 15:50 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 69 nömrəli evin arxasında olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitələrin satışında şübhəli olduğunu deyərək onu 24cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə videoçəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən bir ədəd qırmızı rəngli sellofana bükülmüş halda ağ rəngli kristall formalı, onun “şüşə” olaraq tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddəni o, bir neçə gün əvvəl adını və anket məlumatlarını xatırlamadığı, sosial şəbəklərlə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Elşad” adlı şəxsin vasitəsilə, həmin şəxsin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında qoyduğu yerdən götürməklə 50 manata almışdır. Həmin psixotrop maddənin bir qismini satmış, digər hissəsini isə şəxsi istifadəsi üçün öz üzərində gəzdirmişdir. Bundan sonra ondan götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şahid5 sözügedən ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nizami RPİ-nin MSY-nə keçirilmişdir. 27 fevral 2022-ci il tarixdə MSY-nin 3-cü kamerasında olduğu zaman MSY əməkdaşları kameraya daxil olmuşlar, ona və kamerada olan digər şəxsə saat 13:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etdikdə onlar bu təklifə heç bir etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olduğunu maraqlandıqda Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin qızılı kağızı bükümündə olan kütləni çıxardaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, həmin heroini öz istifadəsi üçün almış, Nizami RPİ-nin 24-cü PŞ-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman cins şalvarının sağ yan kiçik cibində öncədən gizlətmiş və şəxsi axtarış zamanı təqdim etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfdə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş yə düzgün tərtib edildiyinə görə onlar tərəfindən imzalanmışdır. Şahid8 sözügedən ifadəsinin elan olunması zamanı onun Şahid5la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid X1 ifadəsində göstərmişdir ki, Salyan rayonunda yaşayır və Salyan rayon sakini Qarabala adlı şəxsə məxsus olan “Ateko” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Salyan rayonundan Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı” olaraq tanınan yerə yük, yəni tərəvəz (göy) gətirərək göy bazarına verir. O, hər dəfə bazara gəldikdə bazara malları boşaldır, daha sonra isə bazardan göndərilən başqa şəxslərə məxsus olan yükləri qəbul edərək Salyan rayonuna aparır. Təxminən fevral ayının 10-u tarixində bazarda olan zaman “Emiş” adlı şəxs ona yaxınlaşıb 5 manat pula ehtiyac olduğunu bildirdikdə ona ehtiyacı olduğunu düşünüb 10 manat vermişdir. “Emiş” də ona çıxardıb maşının “tarpedinin” üzərinə qoyulan saatı ona təqdim etmişdir. Həmin saatı öz maşınının tarpedinə qoymuş və maşında dincəlməyə başlamışdır. Təxminən 1 saat sonra “Emiş” əlində salafanda 1 ədəd ağ rəngli saat, 1 ədəd tozsoran, 1 ədəd ütü və 1 ədəd də saç feni gətirmişdir. “Emiş” ona həmin əmlaka ümumilikdə 60 manat pul verib götürə biləcəyini bildirdikdə evində tozsoran xarab olduğundan həmin əmlakı almışdır. “Emiş”dən əmlakın oğurluq olub-olmadığını soruşduqda “Emiş” oğurluq olmadığını, evini satıb yeni evə köçdüyünü, həmin evdə olan köhnə əşyaları satmağa gəldiyini ona demişdir. Buna görə də ondan həmin əmlakı almaq qərarına gəlmişdir. “Emiş”in satdığı əşyaların ümumi dəyəri təxminən 60-70 manat edərdi. “Emiş”ə 30 manatının olduğunu və pulun qalanının yerinə ona rayondan gəldikdə göyərti gətirəcəyini demişdir. “Emiş”dən aldığı əmlakı evinə apararaq özü istifadə etmişdir. Daha sonra isə ona Nizami RPİ-nin 24cü PŞ-dən zəng etmişlər və polis şöbəsinə yaxınlaşmasını bildirmişlər. O, polis şöbəsinə yaxınlaşmış və orada onun “Emiş” adlı şəxsdən oğurluq əmlak alıb-almadığı ilə maraqlandıqda bildirmişdir ki, həqiqətən də həmin şəxsdən əmlakı almış, lakin aldığı əmlakın oğurluq olmasını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1-2) - 25 fevral 2022-ci il və 27 fevral 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofan bükümdə ağ rəngli kristal şəklində spesifik iyə malik kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” kimi tanıdığı “metamfetamin” olduğunu, 7 ildir narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında “Fəhmin” adlı şəxsdən 30 manat pul müqabilində 24 fevral 2022-ci il tarixdə saat 19 radələrində aldığını, əvvəllər də “Fəhmin”dən narkotik vasitə aldığını, bundan başqa heç yerdə işləmədiyi üçün oğurluq etdiyini, Nizami rayonu, C.ünvan 8 ünvanından 2022-ci ilin fevral ayının əvvəllərində oğurluq etdikdən sonra əldə etdiyi pul vəsaiti ilə narkotik vasitəni aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin onun özü olduğunu, görüntülərin reallığı əks etdirdiyini, diskdə hər hansı bir montaj və əlavələr edilmədiyini bildirmişdir. (İ cild i.v. 26-27, 130-131) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli 6/1191 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,772 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,752 qram qalıq qalmışdır. (İ cild i.v. 36-39) - 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Nizami RPİ-nin müvəqqəti saxlama yerində saxlanılan şübhəli şəxs Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitənin aşkar olunması ilə bağlı toplanmış materiallar ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (İ cild i.v. 164-165) - 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerinin rəisi tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış aparılan zaman üzərində hər hansı qanunsuz əşya və ya üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra o, əynində olan cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü təqdim etmiş, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim edilən narkotik vasitəyə bənzər maddə müvafiq qaydada götürülmüşdür. (İ cild i.v. 183-184) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli 6/1216 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; - üzərində Təqsirləndirilən şəxs üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində Şahid1 üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bir manatlıq əskinazda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 2 ədəd bükümdə heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,381 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,331 qram qalıq qalmışdır; heroinin təmiz çəkisi 2,817 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 2,767 qram qalıq qalmışdır. (İ cild i.v. 200- 204) - 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 151-154) - 12 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs, hal şahidlərinin və ekspert-kriminalistin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 160-168) - 25 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən X2 “Braun” markalı, “BR-1224” modelli saç feni, “Geepas” markalı, “GP-1880” modelli ütü, “Quartz E.S.” markalı divar saatı və “Geepas” markalı “GVC787” modelli, 2400 voltluq tozsoran götürülmüşdür. (İİ cild i.v. 180-181) - 06 iyun 2022-ci il tarixli protokollardan görünür ki, “Braun” markalı, “BR-1224” modelli saç feni, “Geepas” markalı, “GP-1880” modelli ütü, “Quartz E.S.” markalı divar saatı və “Geepas” markalı, “GVC787” modelli, 2400 voltluq tozsoran Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmiş, əşyaları müvafiq əlamətlərinə görə tanımışdır. (İİ cild i.v. 193-196) - 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömr\li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuşdur. (İİ cild i.v. 209-213) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2022-ci il tarixli 6/1680 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin və Şahid1 aşkar edilərək götürülmüş metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin təmiz çəkisi 26 fevral 2022-ci il tarixli 6/1191 nömrəli və Şahid1 götürülmüş metamfetaminin təmiz çəkisi 26 fevral 2022-ci il tarixli 6/1192 nömrəli ekspert rəylərində göstərilmişdir. Qeyd: Təqsirləndirilən şəxs: metamfetaminin təmiz çəkisi 0,752 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 0,732 qram qalıq qalmışdır; Şahid1: metamfetaminin təmiz çəkisi 0,852 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 0,832 qram qalıq qalmışdır. (İİ cild i.v. 229-233) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 07 may 2022-ci il tarixli 2310 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 236-237) - 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.2, 234.4.1, 234.4.2 və 317-2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitəni və psixotrop maddəni könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın miqdarı 1935 manat həddində müəyyən edilmiş və həmin məbləğdə əmlakın oğurlanması xüsusatı Təqsirləndirilən şəxs elan olunmuş yeni ittihamın məzmununa əlavə edildiyi nəzərə alınmış, cinayət yolu ilə əldə edilmiş əmlakı alan isitntaqa məlum olmayan şəxslərin və X3 barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü, həmçinin malların daşınması üçün Təqsirləndirilən şəxs istifadə etdiyi istintaqa məlum olmayan avtomobilin sürücüsünün barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,732 qram metamfetamin saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 27 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin MSY-də Təqsirləndirilən şəxs həbsdə saxlandığı Nizami RPİ-nin MSY-nin 3-cü kamerasında üzərinə baxış aparılan zaman ondan götürülmüş təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,331 qram heroin saxlanması üçün Bakı şəhəri Nizami RPİnin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 25 fevral 2022-ci il tarixdə X2 götürülmüş Zərərçəkmiş şəxs məxsus “Braun” markalı, “BR-1224” modelli saç feni, “Geepas” markalı, “GP-1880” modelli ütü, “Quartz E.S.” markalı divar saatı və “Geepas” markalı, “GVC787” modelli, 2400 voltluq tozsoran cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar istintaq hərəkətləri başa çatdıqdan sonra saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmış, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxslər Şahid1 və X7 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı cinayət işi ayrılmışdır. (İİİ cild i.v. 18-45) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 14) - 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 156-159) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 16 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə qəti olaraq 02 il 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 145-147, İİİ cild i.v. 1-6) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 26 avqust 2022-ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 1(007)-117/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 16 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə cəza təyini zamanı Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəlarına əsasən cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin təkrar törədilməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, habelə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıq hissələri məhv olunmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 1(007)-140/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,732 qram olan psixotrop maddə metamfetamin və 0,331 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Braun” markalı, “BR-1224” modelli saç feni, “Geepas” markalı, “GP-1880” modelli ütü, “Quartz E.S.” markalı divar saatı və “Geepas” markalı, “GVC787” modelli, 2400 voltluq tozsoranın məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 343 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdiyi halda mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar