Məhkəmə qərarları › İş №1(007)-286/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-286/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-286/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1995-ci il tarixdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan, 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 12 avqust 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 sentyabr 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi barədə tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Şahid1 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən ona məxsus 15 manat, özünə məxsus 15 manat, ümumilikdə 30 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 0,600 qram psixotrop maddə metamfetamini əldə edib öz aralarında bölmüş, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami rayon polis idarəsinə aparılmış, orada onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,301 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 Ziyad oğlunu bir müddət əvvəl tanımışdır, onlar Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan şüdçülük sovxozunun ərazisində eyni məhəllədə yaşamışlar, eyni zamanda “Toz boya” şirkətində birlikdə işləmişlər. Aralarında dostluq münasibətləri olmuşdur. Onlar ara-sıra metafetamin kimi tanıdığı psixotrop maddəni falqada yandırıb çəkmə yolu ilə qəbul etmişlər. Adətən o, narkotik maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb Bakı şəhərinin müxtəlif ərazilərində istifadəsi üçün əldə edib qəbul etmişdir. 09 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxs bilmədiyi İran İslam Respublikasına aid “WhatsApp” nömrəsindən İsanın islifadəsində olan “WhatsApp” nömrəsinə alacağı psixotrop maddənin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ərazisində məhəllələrin birində ağacın dibinə qoyulduğu yerin şəklini çəkib göndərmişdir. İsa onunla birlikdə işdən çıxıb həmin əraziyə getmiş və psixotrop maddənin qoyulduğu yeri axtarıb tapmışlar. Ətrafa boylanmışlar, heç kəs olmamışdır. O, dərhal içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olan şəffaf rəngli bir ədəd sellofan bükümü götürüb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Digər bükümü isə İsa götürmüşdür. Onlar ərazidən uzaqlaşmışlar. Bundan sonra İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən tanımadığı həmin şəxsin onlara “WhatsApp” nömrəsindən göndərdiyi M10 nömrəsinə yaxınlıqda olan “MilliÖn” aparatı vasitəsilə hərəsi 15 manat olmaqla, ümumilikdə 30 manat pul köçürmüşlər. Həmin psixotrop maddə kimi tanıdığı metamfetamini aparıb hərə öz evində qəbul edəcəkdi. Onlar birlikdə oradan marşrut avtobusu ilə gəlib ünvan 3 ünvanının qarşısında marşrutdan düşmüşlər. Saat 19 radələri olmuşdur və həmin ünvanda İsa ilə birlikdə dayanan zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və onları saxlayıb özlərini onlara Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etmiş, İsanın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və birlikdə Nizami rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt o da İsanın yanında olmuşdur. Onlar etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Nizami rayon polis idarəsinə getmişlər. Polis İdarəsinin inzibati binasında hər ikisinin də şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra polis əməkdaşları tərəfindən xidməti otaqlardan birinə aparılmışlar. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi bildirilmişdir. O da üzərində saxladığı psixotrop maddəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əvvəlcə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü, sonra da əynindəki həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümdə olan maddə “patı” və ya “şüşə” kimi tanıdığı psixotrop maddədir, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin kimliyi ona bəlli olmayan İran vətəndaşından şəxsi istifadəsi üçün 15 manat olmaqla, İsa ilə birlikdə 30 manat pul müqabilində əldə etmişlər. Onun təqdim etdiyi 1 ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli maddə aşkarlanmışdır. Onun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən narkotik maddədən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 avqust 2024-cü il tarixdə xidmətdə olarkən Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon polis idarəsinə etibarlı və mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan dərhal onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi ondan, Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid4 və Şahid3 ibarət olmuşdur. Onlar tərəfindən Şahid1 olduğu yer müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 127 ünvanının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid1 və yanında bir nəfər kişi cinsli şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar həmin bir nəfər şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşmuş, olduğu təqdirdə onu təqdim etməsini xahiş etmişlər. Həmin şəxs İsanın tanışı olduğunu bildirib özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şəxsiyyəti onlara Şahid1 kimi bəlli olan şəxsə hansı səbəbdən onlar tərəfindən saxlanıldığı izah edilmiş, sonra onlarla birlikdə Nizami rayon polis idarəsinə getməsini təklif etmişlər. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Nizami rayon polis idarəsinə getmişdir. İnzibati binada hər ikisinin də şəxsiyyəti Şahid1 və Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edilmişdir. Sonra hər ikisi şübhəli şəxs qismində tutulmuş, ayrı-ayrılıqda vəkil dəvət edilmişdir. Əvvəlcə onlar tərəfindən Şahid1 xidməti otaqlardan birinə aparılmışdır. Bu zaman xidməti otaqda təhqiqat şöbəsinin təhqiqatçısı Kənan Əliyev özünü təqdim etmiş, sonra ayrı-ayrılıqda onlar təqdim olunmuşdur. Təhqiqatçı şübhəli Şahid1 onların və 6 saylı vəkil bürosunun vəkili Əli Sadıqovun iştirakları ilə hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Şahid1 etirazının olub-olmamasını soruşduqda, sonuncu heç bir etirazı olmadığını bildirmişdir. Münasibətini öyrəndikdən sonra təhqiqatçı Şahid1 qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Tekno spark” markalı Smart mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Bu maddənin nə olmasına, kimdən və harada əldə etməsinə dair təhqiqatçı tərəfindən sorğu-sual edilərkən şübhəli Şahid1 həmin bükümdəki maddənin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxsin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində ünvanını xatırlamadığı əraziyə atması nəticəsində şəxsi istifadəsi üçün əldə etdiyini söyləmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, DİN-in “Zərflər üçün” nəzərdə tutulmuş 162 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf onlar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçının şübhəli şəxs Şahid1 üzərində axtarışın davam etdirilməsi barədə göstərişinə uyğun olaraq şəxsi axtarış və götürmənin keçirilməsində iştirak etdikləri üçün onlar tərəfindən axtarış aparılmış, lakin onun üzərindən götürülmüş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddədən başqa əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil şübhəli şəxsdən polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindər hər hansısa psixi və ya fiziki zorakılığa məruz qalıb-qalmamasını soruşduqda Şahid1 bu cür təsirlərə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı keçirilmiş şəxsi axtarış və götürmə ilə bağı protokolun tərtib ediləcəyini, həmçinin axtarış və götürmə hərəkətinin başa çatmasını elan etmişdir. Protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişər. Sonra Təqsirləndirilən şəxs onlar tərəfindən xidməti otaqlardan birinə aparılmışdır. Bu zaman xidməti otaqda təhqiqat şöbəsinin təhqiqatçısı Kənan Əliyev özünü təqdim etmiş, sonra ayrı-ayrılıqda onlar təqdim olunmuşdur. Təhqiqatçı şübhəli şəxsə onların və 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs etirazı olub-olmaması soruşulduqda, o, heç bir etirazı olmadığını bildirmişdir. Münasibətini öyrəndikdən sonra təhqiqatçı şübhəli şəxsə qanunla dövriyyəsi, əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı, Smart mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə ağ rəngli kristallik maddə aşkar edilmişdir. Bu maddənin nə olmasına, kimdən və haradan əldə etməsinə dair təhqiqatçı tərəfindən sorğu-sual edilərkən şübhəli Təqsirləndirilən şəxs cavabında bu maddənin psixotrop maddə olan “patı” olduğunu, tanışı Şahid1 ilə birlikdə 09 avqust 2024-cü il tarixdə tanımadığı İran vətəndaşından aparat vasitəsilə karta 30 manat pul köçürməklə, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, DİN-in “Zərflər üçün” nəzərdə tutulmuş 162 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf onlar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçının şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarışın davam etdirilməsi barədə göstərişinə uyğun olaraq şəxsi axtarış və götürmənin keçirilməsində iştirak etdikləri üçün onlar tərəfindən axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddədən başqa əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil Müdafiəçi şübhəli şəxsdən polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki zorkalığa məruz qalıb-qalmamasını soruşduqda Təqsirləndirilən şəxs bu cür təsirlərə məruz qalmadığını bildirmişdir. Təhqiqatçı keçirilmiş şəxsi axtarış və götürmə ilə bagı protokolun tərtib ediləcəyini, həmçinin axtarış və götürmə hərəkətinin başa çatmasını elan etmişdir. Protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamış, o, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və Şahid4, Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan şüdçülük sovxozunun ərazisində onunla eyni məhəllədə yaşayır, eyni zamanda onunla “Toz boya” şirkətində boyaqçı işləyir. Biri-birilərinin arasında dostluq münasibətləri vardır. Belə ki, o, 1- 2 il olar ki, ara-sıra metamfetamin kimi tanıdığı psixotrop maddəni falqada yandırıb çəkmə yolu ilə qəbul edir. Adətən həmin narkotik maddəni o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü X2 vətəndaşı kimi təqdim edən tanımadığı şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb Bakı şəhərinin müxtəlif ərazilərində istifadəsi üçün əldə edib qəbul etmişdir. 09 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı həmin şəxs onun bilmədiyi İran İslam Respublikasına aid “WhatsApp” nömrəsindən istifadəsində olan “WhatsApp” nömrəsinə alacağı psixotrop maddənin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ərazisində məhəllələrin birində ağacın dibinə qoyulduğu yerin şəklini çəkib göndərmişdir. O, Şaiqlə birlikdə işdən çıxıb həmin əraziyə gəlmiş və psixotrop maddənin qoyulduğu yeri axtarıb tapmışlar. Ətrafa boylanmış və heç kəs olmamışdır. O, dərhal içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olan şəffaf rəngli sellofan bükümü götürüb əynindəki göy rəngli cns şalvarın sağ yan cibinə qoymuşdur. Digər bükümü isə Şaiq götürmüşdür. Onlar ərazidən uzaqlaşmışlar. Bundan sonra İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı həmin şəxsin onlara “WhatsApp” nömrəsindən göndərdiyi M10 nömrəsinə yaxınlıqda olan “million” aparatı vasitəsilə hərəsi 15 manat olmaqla, ümumilikdə 30 manat pul köçürmüşlər. Həmin psixotrop maddə kimi tanıdığı metamfetamini aparıb hərə öz evində qəbul edəcəkdi. Onlar birlikdə oradan marşrut avtobusu ilə gəlib ünvan 5 ünvanının qarşısında marşrutdan düşmüşlər. Həmin vaxt saat 19 radələri olardı, sözügedən ünvanda o, Şaiqlə birlikdə dayanmışlar. Bu zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və onları saxlamışlar. Bu zaman həmin şəxslər özlərini onlara Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və birlikdə Nizami rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs də onun yanında olmuşdur. Onlar etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami rayon polis idarəsinə gəlmişlər. RPİ-nin inzibati binasında hər ikisinin də şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra onlar polis əməkdaşları tərəfindən polis idarəsinin xidməti otaqlarından birinə aparılmışlar. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi bildirilmişdir. O da üzərində saxladığı psixotrop maddəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əvvəlcə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus “Texno spark” markalı mobil telefonu, sonra da əynindəki həmin şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə metamfetamin kimi tanıdığı psixotrop maddədir, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin kimliyi ona bəlli olmayan İran vətəndaşından şəxsi istifadəsi üçün 15 manat pul müqabilində əldə etmişdir. Onun təqdim etdiyi 1 ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli maddə aşkarlanmışdır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən narkotik maddədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra 1 ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Sorğu-sual edilərkən Şahid1 ifadəsində əlavə olaraq onu da bildirmişdir ki, ona üzərində aşkar edilən psixotrop maddəni satan şəxs barəsində onun heç bir məlumatı olmamışdır. Çünki o, həmin psixotrop maddəni tanışı Şaiqlə birlikdə “million” aparatı vasitəsilə ödədikləri 30 manat pul müqabilində “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının tanımadığı vətəndaşından İran nömrəsindən “WhatsApp” vasitəsilə onlara şəklini göndərdiyi ərazidə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində dəqiq xatırlamadığı məhəllələrin birində ağacın dibinə qoyulduğu yerdən götürmüşlər. Həmin vaxt sözügedən ərazidə o, ətrafa boylansa da, heç kəs olmamışdır. Buna görə də həmin psixotrop maddəni əldə etdiyi şəxs və ya şəxslərin şəxsiyyəti ona məlum olmadığından o, bu barədə dəqiqliklə heç nə deyə bilməmişdir. Əvvəllər də ona psixotrop maddə satan şəxslərin barəsində onun məlumatı olmamışdır. Adətən o, psixotrop maddəni alan zaman üzdən narkotik istifadəçisinə bənzəyən şəxslərə yaxınlaşıb üzərində ona satması üçün patı olub-olmamasını soruşmuş, olduğu təqdirdə istifadəsi üçün almışdır. Şaiqlə o, hərəsi öz cibindən 15 manat olmaqla, 30 manat million ödəniş terminalı vasitəsilə tanımadıqları İran vətəndaşının onlara göndərdiyi kart hesab nömrəsinə köçürərərək ayrı-ayrı bükümlərdə şəxsi istifadələri üçün ayrıayrılıqda əldə etmişlər. Həmin üzünü belə görmədiyi şəxslə sosial şəbəkədə tanış olduğu üçün onun özü, xatırlamadığı “WhatsApp” nömrəsi ilə telefon əlaqəsi saxlamış və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ərazisində olarkən 15 manat onun özü, 15 manat da Şaiq pul qoyub, ümumilikdə 30 manatı “Araz” marketdən million aparatı vasitəsilə o, göndərmişdir. Həmçinin istər Şaiqlə onun arasında, istərsə də qeyrisi ilə əldə etdikləri həmin psixotrop maddə ilə bağlı hər hansısa formada sövdələşmə olmamışdır. Onun təqdim etdiyi “Texno spark” markalı mobil telefonun üzərində ***-***-**-** GSM kartı olmuşdur. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 09 avqust 2024-cü il və 11 avqust 2024-cü il tarixli protokollardan görünür ki, 09 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzrəində şəxsi axtarış aparılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni, sol yan cibindən üzərində “Samsung” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni tanışı Şahid1 ilə birlikdə 09 avqust 2024-cü il tarixdə tanımadığı İran vətəndaşından aparat vasitəsilə kartına 30 manat pul vurmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisindən əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını,üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmiş, protokola 1 ədəd DVD disk əlavə edilmişdir. Həmin videogörüntüyə 11 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 58-59, 137) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10 avqust 2024-cü il tarixli, 6/4069 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat obyekti üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi, “şübhəli şəxs Şahid1 (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,301 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqat obyekti üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №162”-İi dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,299 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahisına daxildirlər. Qeyd: metamfetaminin təmiz çəkiləri 0,301 qram və 0,299 qram olmuş, tədqiqata hər maddədən 0,05 qram sərf edilmiş, 0,251 qram və 0,249 qram qalıq qalmışdır. (i.v. 67-71) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 21 avqust 2024-cü il tarixli, 5743 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 187-188) - 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yeni məzmunda cəlb edilib ona yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı videogörüntüləri əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,299 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və tədqiqata sərf olunduqdan qalıq 0,249 qram psixotrop maddə metamfetamin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün bu xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metafetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 201-216) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 48) - 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 123-124) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 11 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 129-130) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 15 sentyabr 2025-ci il tarixli, 80754/25 nömrəli məktubundan və ona əlavə olunan protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il və 23 sentyabr 2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 193) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 25 dekabr 2019-cü il tarixdə doğulmuşdur. (i.v. 114) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 09 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 13 sentyabr 2025-ci il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, maddi sübut olan 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci müvafiq hissədə, yəni ekspertiza tədqiqatının ümumilikdə 2 nəfər təqsirləndirilən şəxsdən aşkar olunmuş maddələr üzrə aparılması nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 12 saat 6 manatdan, 27 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,249 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 57 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 müvafiq hesablaşma hesabı üzərindən (12 saat 6 manatdan, 27 saat 11 manatdan olmaqla) 369 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar