Məhkəmə qərarları › İş №1(007)-288/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-288/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-288/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X2 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 14 oktyabr 2021-ci il tarixdə, saat 11:30-da, Bakı şəhərində, xx xxxxxxxx 1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Bakı küçəsi, ev 26da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 51-də yaşamış, barəsində “həbs” qətimkn tədbiri seçilmiş, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubliaksının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkn tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 07 may 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanda yerləşən köşkə gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün köşkün qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 isə köşkün dəmir jalüzünü mexaniki təsir göstərməklə açaraq qanunsuz olaraq köşkə daxil olub oradan hər birinin dəyəri 2 manat 80 qəpik olmaqla 20 ədəd cəmi 56 manat dəyərində ağ rəngli ”LD” kompakt, hər birinin dəyəri 1 ədədi 3 manat 40 qəpik olmaqla 34 ədəd cəmi 115 manat 60 qəpik dəyərində boz rəngli “Winston XS" kompakt, 1 ədədi 3 manat 40 qəpik olmaqla 18 ədəd cəmi 61 manat boz rəngli nazik “Winston XS“ markalı, hər birinin dəyəri 3 manat 90 qəpik olmaqla 3 ədəd 11 manat 70 qəpik dəyərində ağ qalın “Sobraniya“ markalı, hər bininin dəyəri 2 manat 50 qəpik olmaqla cəmi 5 manat dəyərində 2 ədəd boz rəngli nazik “Vinçester” markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla cəmi 19 manat dəyərində 5 ədəd kompakt “Sobranie Caster“ markalı, hər birinin dəyəri 3 manat 60 qəpik olmaqla cəmi 21 manat 60 qəpik dəyərində 6 ədəd nazik “Kent 4“ markalı, hər birinin dəyəri 2 manat olmaqla cəmi 6 manat dəyərində 3 ədəd qara nazik “Magna" markalı, 1 ədəd 1 manat 80 qəpik dəyərində qalın “Bakı” markalı, 1 ədəd 2 manat 30 qəpik dəyərində qalın göy “Vinçester” markalı siqaretləri, 7 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 3 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq 4 ədəd 10 manatlıq “Azercell“, 8 ədəd 1 manatlıq, 3 ədəd 2 manatlıq 5 ədəd 3 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq “Bakcell”, 8 ədəd 2 manatlıq, 6 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq “Nar“ danışıq kartlarını, hər birinin dəyəri 50 qəpik olmaqla 18 ədəd 9 manat dəyərində alışqanları, hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla 4 ədəd 14 manat dəyərində «RedBull» energetik içkilərini və 1135 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs2 1636 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 09 may 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanda yerləşən 148 saylı köşkə gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün köşkün qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 isə köşkün dəmir jalüzünü mexaniki təsir göstərməklə açaraq qanunsuz olaraq köşkə daxil olub oradan 2600 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs1 2600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 məhəllə uşağı kimi tanımış və yaxşı münasibətləri olmuşdur. 09 may 2021-ci il tarixdə təxminən saat 01 radələrində yaşadığı Keşlə qəsəbəsində təsadüfən Təqsirləndirilən şəxs2la görüşmüş və sonuncu birlikdə oğurluq etməyi ona təklif etmişdir. Rövşənlə razılaşmış, onlar birlikdə Bakı şəhəri, Q.Qarayev prospektində yerləşən köşkün qarşısına gəlmiş və köşkün qarşısında jalüz olmuşdur. Ətrafda heç kimin olmamasından əmin olduqdan sonra jalüzü Rövşənlə birlikdə köməkləşib dartıb açaraq bir qədər qaldırmış və sonra Rövşənin təklifinə əsasən bayırda qalaraq gələn olduğu təqdirdə xəbər vermək üçün gözləmişdir. Rövşən köşkə daxil olmuş və bir müddət sonra çıxıb gəlmişdir. Onlar birlikdə həyətə qayıtmış və Rövşənin köşkdən nə qədər pul oğurlamasını bilməmiş və sonuncu da ona bu barədə heç nə deməmişdir. Rövşən ona 220 manat pul verərək həmin pulun onun qazancı olduğunu bildirmiş və əlavə 20 manat verərək həmin pul ilə həbsdə olan qardaşı üçün onun adından nəsə almağı tapşırmışdır. Bundan sonra yaşadığı evə getmiş və səhəri həmin pula bazarlıq edərək qardaşı üçün pay göndərmişdir. Ailə üzvlərinə guya fəhlə kimi işləyib pul qazandığını demişdir. 14 may 2021-ci il tarixdə polis əməkdaşları onu Nizami RPİ-nin 24cü PŞ-nə dəvət etmiş və PŞ-də etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Eyni zamanda 07 may 2021-ci il tarixdə tanışı Rövşənlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən köşkdən oğurluq etmiş və oğurladıqları əşyaları aralarında bölmüşlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 məhəllə uşağı kimi tanımış və yaxşı münasibətləri olmuşdur. 09 may 2021-ci il tarixdə təxminən saat 01 radələrində Muradla birikdə həyətdə görüşüb söhbət edən zaman sonuncuya birlikdə oğurluq etməyi təklif etmişdir. Murad razılaşmış və onlar birlikdə piyada Q.Qarayev prospektinə gəlmiş, orada olan köşkün qarşısından keçərkən, həmin köşkdən oğurluq etməyi Murada təklif etmiş və sonuncu razılaşmışdır. Həmin köşkün qarşısında jalüz olmuş, ətrafa baxaraq heç kimin olmamasından əmin olduqdan sonra Muradla köməkləşib köşkün qarşısındakı jalüzü qaldırmış, sonra Murad kimsə gələrsə məlumat vermək üçün bayırda qalmış, o isə köşkə daxil olmuş və sol tərəfdə yerləşən dəmir qutuya baxıb pul olduğunu görüb götürmüşdür. Həmin pulu saydıqda 2600 manat olduğunu görüb həmin puldan bir hissəsini ayırıb digər cibinə qoymuş və köşkdən çıxaraq Muradla birlikdə yaşadıqları həyətə gəlmişlər. Həyətdə oğurladığı puldan 220 manatı qazanc kimi Murada vermiş, 20 manat isə həbsdə olan qardaşı üçün nəsə almaq üçün əlavə vermişdir. Onda qalan 2360 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 07 may 2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1la birlikdə ünvan 2 ünvanda yerləşən köşkdən pul, müxtəlif növ siqaretlər və energetik içkilər, mobil telefon danışıq kartları oğurlayıb aralarında bölmüşlər. 14 may 2021-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-də törətdiyi oğurluq əməllərini etiraf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri onların səmimi etirafından başqa aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən köşkü icarəyə götürməklə işlətmişdir. 07 may 2021-ci il tarixdə saat 07 radələrində köşkdə satıcı işləyən Etibar zəng edərək köşkdən oğurluq olduğunu və bununla bağlı DİN-in 102 xidmətinə zəng vurduğunu demişdir. Köşukə gələrək oğurluq olduğuna tam əmin olduqdan sonra 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Köşkdən oğurluq hadisə zamanı 1 ədədi 2 manat 80 qəpik olmaqla 20 ədəd cəmi 56 manat dəyərində ağ rəngli ”LD” kompakt siqareti, 1 ədədi 3 manat 40 qəpik olmaqla 34 ədəd cəmi 115 manat 60 qəpik dəyərində boz rəngli ’’Vinston XS” kompaktı, 1 ədədi 3 manat 40 qəpik olmaqla 18 ədəd cəmi 61 manat boz rəngli nazik “Vinston XS”markalı, 1 ədədi 3 manat 90 qəpik olmaqla 3 ədəd 11 manat 70 qəpik dəyərində ağ qalın “Sobraniya” markalı, 1 ədədi 2 manat 50 qəpik olmaqla cəmi 5 manat dəyərində 2 ədəd boz rəngli nazik “Vinçestr" markalı, 1 ədədi 3 manat 80 qəpik olmaqla cəmi 19 manat dəyərində 5 ədəd kompakt "Sobraniya Caster” markalı, 1 ədədi 3 manat 60 qəpik olmaqla cəmi 21 manat 60 qəpik dəyərində 6 ədəd nazik “Kent 4’' markalı, 1 ədədi 2 manat olmaqla cəmi 6 manat dəyərində 3 ədəd qara nazik “Magna” markalı, 1 ədəd 1 manat 80 qəpik dəyərində qalın "‘Bakı” markalı, 1 ədəd 2 manat 30 qəpik dəyərində qalın göy “Vinçestr” markalı siqaretlərin, 1 manatlıq 7 ədəd “Azercell” danışıq kartı cəmi 7 manat, 2 manatlıq 6 ədəd "Azercell” danışıq kartı cəmi 12 manat, 3 manatlıq 3 ədəd “Azercell” danışıq kartı cəmi 9 manat, 5 manatlıq 2 ədəd “Azercell” danışıq kartı cəmi 10 manat, 10 manatlıq 4 ədəd “Azercell” danışıq kartı cəmi 40 manat, 1 manatlıq 8 ədəd “Bakcell danışıq kartı cəmi 8 manat, 2 manatlıq 3 ədəd “Bakcell” danışıq kartı cəmi 6 manat, 3 manatlıq 5 ədəd “Bakcell” danışıq kartı cəmi 15 manat, 5 manatlıq 1 ədəd “Bakcell” danışıq kartı cəmi 5 manat, 10 manatlıq 1 ədəd “BakcelL” danışıq kartı cəmi 10 manat, 2 manatlıq 8 ədəd “Nar" danışıq kartı cəmi 16 manat, 5 manatlıq 6 ədəd “Nar" danışıq kartı cəmi 30 manat, 10 manatlıq 1 ədəd “Nar” danışıq kartı cəmi 10 manat olmaqla ümumilikdə danışıq kartaların, hər birinin dəyəri 50 qəpik olmaqla 18 ədəd 9 manat dəyərində alışqanların, hər birinin dəyəri 3 manat 50 qəpik olmaqla 4 ədəd 14 manat dəyərində «RedBull» energetik içkiləri oğurlanmasını müəyyən etmişdir. Ümumilikdə ona 1636 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan 500 manat ödənilmiş, sonuncuya qarşı şikayəti iddia və tələbi yoxdur. 1136 manat maddi ziyanın Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 107 ünvanda 148 nömrəli Köşkü icarə əsasında işlətmişdir. Həmin köşkdə qəzet, kitablar, siqaret, su və s. satılmışdır. 08 may 2021-ci il tarixdə saat təxminən 23 radələrində köşkdən çıxıb jalüzü bağlayıb evə getmişdir. 09 may 2021-ci il tarixdə təxminən 10 radələrində köşkə gələrkən jalüzün dəmirinin çöldə olduğunu, jalüzü açarla açıb köşkün içərisinin dağınıq olduğunu görmüşdür. Dərhal kassaya baxmış və kassada olan 2600 manat pulun oğurlandığını aşkar etmişdir. Hadisə barədə DİN-nin 102 xidmətinə, daha sonra 24-cü PŞ-nə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan 500 manat ödənilmiş, sonuncuya qarşı şikayəti iddia və tələbi yoxdur. 2100 manat maddi ziyanın Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid, Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 09 may 2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən köşkdür. İş materiallarında olan «Götürmə haqqında» 10 may 2021-ci il tarixli protokoldan görünür ki, 09 may 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən köşkdən törədilmiş oğurluq hadisəsini əks etdirən videogörüntü 1 ədəd CD diskdə götürülmüşdür. İş materiallarında olan 14 may 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, CD diskdə olan görüntüdə iki nəfər şəxsin köşkün qarşısından keçməsi, daha sonra həmin şəxslərin köşkün qapısını açmaq üçün hərəkətlər etməsi öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin şəxslərdən birinin özünün, digərinin isə tanışı Təqsirləndirilən şəxs2 olmasını, həqiqətəndə görüntünün törətmiş olduqları oğurluq hadisəsi zamanı çəkilmiş görüntü olmasını bildirmişdir. İş materiallarında olan 14 may 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, CD diskdə olan görüntüdə iki nəfər şəxsin köşkün qarşısından keçməsi, daha sonra həmin şəxslərin köşkün qapısını açmaq üçün hərəkətlər etməsi öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin şəxslərdən birinin özünün, digərinin isə tanışı Təqsirləndirilən şəxs1 olmasını, həqiqətəndə görüntünün törətmiş olduqları oğurluq hadisəsi zamanı çəkilmiş görüntü olmasını bildirmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən köşkdür. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, 09.05.2021-ci il tarixli oğurluq hadisəsini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nizami rayon məhkəməsinin 16 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 22 may 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. İş materiallarında olan 14 may 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 14 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 14 may 2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır. İşə əlavə olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə barışmış və sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaq zamanı tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs1 14 may 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 60 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı, cəmi 96 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 576 (beş yüz yetmiş altı) manat (96x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Eyni zamanda, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 55 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı, cəmi 91 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 546 (beş yüz qırx altı) manat (91x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə baxışı zamanı 14 may 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs2 96 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 576 (beş yüz yetmiş altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 91 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 546 (beş yüz qırx altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar