Məhkəmə qərarları › İş №1(007)-289/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-289/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-289/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X1 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Lənkəran rayonu, Nərimanabad rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, Lənkəran rayonu, Nərimanabad rayonunda qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilərək ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,457 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin 25-ci PŞnin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram və 0,254 qram olmaqla ümumi təmiz çəkisi 0,455 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 2,5 ml həcmli şprisdə tərkibində 0,002 qram heroin olan 0,2 ml həcmində məhlul, eləcədə bir bükümdə şəxsi istehlak miqdarından az olan 0,047 qram çəkidə ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3, 1772.1, 185.1 maddələri ilə azadlıqdan məhrum olunmuşdur. Narkotik vasitə aludəçisidir. Mütəmadi narkotik vasitə istifadə edir. Təxminən 2 ilə yaxındır ki, kokos kimi tanıdığı narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Lənkəran rayonunda sosial şəbəkələrin birində tanış olduğu şəxsdən “Milli ÖN” ödəmə terminalına 50 manat pul ödəyərək əldə etmişdir. O, həmin psixotrop maddəni “kokos” kimi tanıdığını və Lənkəran rayonun əlillər binası adlan yerdə qaz sayğacının içərisindən götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Lənkəran rayonundan Bakı şəhərinə gəlmişdir. Elə həmin tarixdə saat təxminən 22:30 radələrində o, şəxsi işləri ilə bağlı ünvan 4 ünvanın qarşısında olan zaman polis əməkdaşlarını gördüyü üçün üzərində olan narkotik vasitə yadına düşdüyündən özünü şübhəli aparmışdır. Bu zaman polislər ona yaxınlaşaraq özlərini təqdim etmiş və özünü şübhəli aparması izah olunduqdan sonra Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Daha sonra isə ona üzərində olan qeyriqanuni əşyalar varsa təqdim edilməsi təklif edilmişdir. O, isə könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd ikisi kağız digər biri isə sellofan bükümdə olan tünd qəhvəyi rəngli heroinə bənzər narkotik maddə və metamfetamini eyni zamanda əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən isə 02 ədəd biri istifadə olunmuş vəziyyətdə tibbi şpris aşkar edilərək götürülmüşdür. Həmin bükümlərdə narkotik vasitələrə baxış keçirilmişdir. Daha sonra narkotik vasitə, metamfetamin və şprislər qablaşdırılaraq möhürlənib ekspert müayinəsinə göndərmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami RPİ-in 25-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 30 mart 2022-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ- nin inzibati ərazisində iş yoldaşı Şahid2 ilə xidmətdə olmuşlar. Bu vaxtı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 8 ünvanında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsi ərazidə baş vermiş oğurluq cinayətlərində eyni zamanda üzərində narkotik vasitə daşımasında şübhəli bildikləri üçün yaxınlaşaraq Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona həm oğruluq cinayətinin törədilməsində həm də üzərində narkotik vasitə olmasından şübhə etdikləri üçün Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-in 25-ci PŞin təhqiqatçısı, polis baş leytenantı Pünhan Mehdiyev tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd ikisi kağız digər biri isə sellofan bükümdə olan tünd qəhvəyi rəngli heroinə bənzər narkotik maddə və metamfetamini.eyni zamanda əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən isə 02 ədəd biri istifadə olunmuş vəziyyətdə tibbi şprisi təqdim edərək 29 mart 2022-ci il tarixdə Lənkəran rayonunda sosial şəbəkələrin birində tanış olduğu şəxsdən “MilliÖn” terminalına 50 manat pul ödəyərək şəxsi istifadəsi üçün almasını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd biri şəffaf sellofana bükülmüş digəri isə kağız bükümdə tünd qəhvəyi rəngli heroinə bənzər narkotik maddə və metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in 25-ci PŞ-nin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 elan olunaraq tədqiq olunmuş ifadələri Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci tarixli 6/1723 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; -üzərində “Vətəndaş Təqsirləndirilən şəxs Ouc oğlunun üzərindən ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,201 qram, 0,254 ümumi təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Digər bir ədəd təmiz çəkisi 0,047 qram olan ağ rəngli kristallik maddə kustra üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Vətəndaş Təqsirləndirilən şəxs Ouc oğlunun üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə olan 2,5 ml həcmli şprisdə 0,2 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi -0,002 qramdır.Bir ədəd şprisdə narkotik vasitələrə və psixotrop maddələrə aid izlər aşkar edilmədi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X2 xx.xx.2022-ci il tarixli, 2366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ouc oğlunda opioidlərin, psixostimulyatoriarın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "şəxsi axtarış və götürmə aparması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd ikisi kağız digər biri isə sellofan bükümdə olan tünd qəhvəyi rəngli heroinə bənzər narkotik maddə və metamfetamin, eyni zamanda əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən isə 02 ədəd biri istifadə olunmuş vəziyyətdə tibbi şpris aşkar olunaraq götürlmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskdə olan görüntülər 30 mart 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd ikisi kağız digər biri isə sellofan bükümdə olan tünd qəhvəyi rəngli heroinə bənzər narkotik maddə və metamfetamin, eyni zamanda əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən isə 02 ədəd biri istifadə olunmuş vəziyyətdə tibbi şpris aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, video qeydiyyata alınmaqla CD diskə köçürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.201 qram və 0.254 qram olmaqla ümumi təmiz çəkisi 0.455 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 2.5 ml həcmli şprisdə tərkibində 0.002 qram heroin olan 0.2 ml həcmində məhlul, eləcədə bir bükümdə şəxsi istehlak miqdarından az olan 0.047 qram çəkidə ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3, 70 mad. əsasən Lənkəran rayon məhkəməsinin hökmü ilə 03 il əmlakın müsadirə olunması ilə 03 il şərti sınaq müddəti cəzası almış, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3,177.2.1, 67 maddələri ilə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 05 il azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nə dəyişikliklə əlaqədar olaraq Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixdə qanuna əsasən Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM 177.2.1, 177.2.2, 177.2.3 maddəsinə tövsif olunub cəzası 05 ilə enib və cəzasını tam çəkdiyindən cəzadan azad edilmişdir.xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə Nizami rayon məhkəməsinin hökmü ilə 01 il 05 ay 26 gün azadlıqdan məhrum edilmişdir.xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM- nin 177.2.3, 67.1 AR maddələri ilə Sabunçu rayon məhkəməsinin hökmü ilə 03 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixdə hökmü ilə T\E 185 maddə dair və 67.1, 69.3 mad.hökmdən xaric edilərək qəti 03 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 bəndində əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 Tibbi Yoxlama Komissiyasının verdiyi 26 aprel 2022-ci il tarixli 719 nömrəli məktubdan görünür ki, xx.xx.1987-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmir, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.355 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 0.027 qram, heroin məhlulunun tədqiqatdan sonrakı qalığı 0.1 ml məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkiliş vasitəsi ilə qeyd edilmiş görüntülər olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi 30 saat müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxsdan aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 0.355 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0.027 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0.1 ml heroin məhlulu məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar