Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-289/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Naxçıvan MR-nın, Şərur rayonu, Alışar kəndində anadan olmuş, AR-sı vətandaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, fərdi əməklə məşğul olan, Naxçıvan MR-sı, Şərur rayonu, Alışar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə, saat 22:45 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən “Nanə Pub” restoranının həyətində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs guya onun tanışının azyaşlı uşağını döyməsini zənn edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla restoranın normal iş rejimini pozub Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək qəsdən yumruqla sonuncunun bədənin müxtəlif nahiyyələrindən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid yuxarı ətrafın hərəkət məhdudluğu ilə müşayiət olunan sol kürək üstü nahiyyəsinin şişkinlik halında əzilməsi və sol budun ön səthinin şişkinlik halında əzilməsi, boynun orta aşağı şöbəsinin ön səthinin qansızmaları, qançırı və sıyrığından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində tanışı Şahid2 ad gününü qeyd etmək üçün ünvan 2 ünvanında yerləşən “Nanə Pub'’ adlı restorana gələrək tanışları ilə 6 nömrəli kabinetdə əyləşmiş və yemək yeyib spirtli içki qəbul etmişlər. Saat təxminən 22:45 radələrində restoranın həyətindən səs-küy gəlmiş və dərhal əyləşmiş olduğu kabinetdən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra məlum olmuşdur ki, kimsə çöldə bir uşağı vurub. Orada başqa uşaq olmadığından həmin oğlanın, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs onun tanışının azyaşlı qız övladını sillə ilə vurduğunu düşünüb Zərərçəkmiş şəxs azyaşlı uşaqı hansı səbəbdən vurmasını soruşduqda, həmin şəxs ona “get işinlə məşğul ol" sözünü demişdir. Turanı cəzalandırmaq üçün Turanla mübahisə edərək Turanı restoranın həyətində yerə yıxaraq sürüyüb, yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Orada olan digər tanışları Şahid1 və Şahid2 onları aralamış və sakitləşdirməyə çalışmışlar. Baş vermiş hadisədən bir müddət sonra hərəsi öz evinə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxsin onunla barışdığını, hər hansısa şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o “Nanə Pub" restoranının yaxınlığında ayıq sürücü kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 22:45 radələrində restoranın həyətində tanımadığı 10-11 yaşlarında bir nəfər oğlan uşağı restoranın həyətində dilənçiliklə məşğul olmuşdur. O, həmin uşağa müştəriləri narahat etməsin deyə restoranın həyətindən çıxmasını bildirmişdir. Həmin zaman azyaşlı dilənçi onu nalayiq ifadələrlə söyməyə başlamışdır. O da həmin uşağı şillə ilə baş nahiyyəsindən vurmuş və həmin uşaq restoranın həyətində onu söyərək qaçmağa başlamışdır. Həmin zaman adını bilmədiyi sonradan adının Şahid1 olduğunu bildiyi şəxs ona yaxınlaşaraq uşağı vurmasının səbəbini soruşmuş və aralarında mübahisə yaranmışdır. Həmin zaman Şahid1 onun sifət nahiyyəsindən şillə ilə vurmuşdur. O. qaçaraq yerdən dəmir parçası götürən zaman Şahid1 da yerdən dəmir parçası götürmüş, bir-biri ilə sözlü mübahisələri olmuş və hər ikisi dəmir parçasını sonradan yerə atmışdır. Sonra yenidən aralarında mübahisə davam etmiş, həmin zaman o, yerə yıxılmış, tanımadığı şəxs onları aralamışdır. Hadisə zamanı adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkmiş və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq yerə yıxmışdır. Restoranın həyətində olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Hadisədən qısa müddət sonra o baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını və ondan hər hansısa şikayət və tələbinin olmadığını qeyd etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində tanışı Şahid2 ad günündə iştirak etmək üçün Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Nanə Pub” restoranına getmişdir. Restoranın həyətində yerləşən 6 nömrəli kabinetdə tanışları ilə birgə ad gününü qeyd etmişlər. Saat təxminən 22:45 radələrində o əyləşdikləri kabinetdən restoranın həyətinə çıxmış, həmin zaman restoranın həyətində bir nəfər təxminən 10-11 yaşlarında oğlan uşağının ağlamasını görmüşdür. Ona məlum olmuşdur ki, uşağı adını sonradan bildiyi Zərərçəkmiş şəxs təpik və şillə ilə vurmuşdur. O, Turana yaxınlaşaraq hansı səbəbdən uşağı vurmasını soruşduqda Zərərçəkmiş şəxs ona kobud cavab vermiş, bu səbəbdən aralarında həmin zaman sözlü mübahisə baş vermişdir. O, Zərərçəkmiş şəxs sifət nahiyyəsindən sağ əli ilə bir dəfə sillə vurmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs restoranın çölünə qaçaraq əlinə yerdə olan dəmir parçasını götürmüş və bir-biri ilə uzaqdan sözlü mübahisə emiş və hər ikisi dəmir parçalarını yerə atmışlar. Onlarla birlikdə masada əyləşmiş olan tanışları Şahid3 onları aralaşdırmış və Zərərçəkmiş şəxs qoluna girərək aparmışdır. Kabinetdə əyləşən tanışı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş və yumruq zərbələri ilə onun bədənin müxtəlif nahiyyələrindən vurmuşdur. Daha sonra restoranın işçiləri və digər müştərilər onları aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində ad gününü qeyd etmək üçün Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Nanə Pub” restoranına gəlmişdir. Saat təxminən 22:45 radələrində restoranın həyətindən səs küy eşitmiş və dərhal əyləşmiş olduğu kabinetdən çölə çıxmışdır. Həmin zaman birlikdə stolda əyləşmiş olduğu Ramin Qasımov adlı tanışının sonradan adını bildiyi Zərərçəkmiş şəxs qoluna girərək gəldiyini görmüşdür. Həmin zaman Şahid3 nə məsələ olması barədə soruşmuş, Ramil isə Şahid1la Zərərçəkmiş şəxs dalaşmalarını ona bildirmişdir. Həmin zaman tanışı Təqsirləndirilən şəxs kabinetdən çıxaraq, Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və Turanı yumruq zərbələri ilə restoranın həyətində vurmağa başlamışdır. O, və tanışları X5 Rzayevi dərhal aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində tanışı Şahid2 ad günündə iştirak etmək üçün Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Nanə Pub" restoranına getmişdir. Restoranın həyətində yerləşən 6 nömrəli kabinetdə tanışları ilə birgə ad günü qeyd etmişlər. Saat təxminən 22:45 radələrində çölə çıxan zaman birlikdə stolda əyləşmiş olduğu Şahid1 sonradan adını bildiyi Zərərçəkmiş şəxslə mübahisə etdiyini görmüşdür. Səbəb isə Zərərçəkmiş şəxs restoranın həyətində dilənçilik edən azyaşlı uşağı vurması olmuşdur. O, hər ikisini aralaşdırmış və Zərərçəkmiş şəxs qoluna girərək uaqlaşdırmağa çalışmışdır. Həmin zaman onlarla birlikdə əyləşmiş olan Elmmədin Fərəcov kabinetdən bayıra çıxmış və Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək bədəninin müxtəlif nahiyyələrindən yumruq zərbələri endirmişdir. O və digər restoranda əyləşən müştəri və işçilər Təqsirləndirilən şəxs sakitləşdirərək onları aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Nanə Pub" restoranında ofisiant işləyir. Restoranın daxilində də həyətində də müştərilərə xidmət etmək üçün masalar qoyulmuşdur. Restorana gələn müştərilər üçün nəzərdə tutulan ayrı kabinetlər də vardır. Onunla bərabər Aygün və Esmira adlı xanımlar həmin restoranda onun kimi ofisiant işləyir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Nanə Pub" restoranında masada əyləşmiş müştərilərə xidmət edən zaman səs-küy eşidib arxaya baxdıqda bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs adlı şəxsi döydüyünü görüb restoranın iş fəaliyyəti pozulmasın deyə araya girib onları ayırmağa çalışmışdır. Orada olan tanımadığı şəxslərin köməkliyi ilə onları aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Nanə Pub'’ restoranında ofisiant işləyir. Restoranın daxilində də həyətində də müştərilərə xidmət etmək üçün masalar qoyulmuşdur. Restorana gələn müştərilər üçün nəzərdə tutulmuş ayrı kabinetlər də vardır. Onunla bərabər Esmira və Anar həmin restoranda onun kimi ofisiant işləyir. xx.xx.2022-ci il tarixdə, saat 22:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Nanə Pub” restoranında müştərilərə xidmət edən zaman restoranın həyətindən arxa hissədən səs küy gəldiyini eşitmişdir. Həmin zaman dərhal səs gələn tərəfə getmişdir. Əvvələr adını bilmədiyi sonra isə adı ona məlum olan Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə və digər adı həmin zaman ona məlum olmayan sonra isə ona məlum olan Şahid1 onun üzərində yaxasından tutmuş olduğu vəziyyətdə görmüşdür. Sonradan Zərərçəkmiş şəxs qoluna bir nəfər girərək uzaqlaşdırmağa çalışan zaman həmin vaxtı adını bilmədiyi sonra isə adı ona məlum olan şəxs Təqsirləndirilən şəxs adlı şəxs kabinetdən çıxıb Zərərçəkmiş şəxs üzərinə hücüm çəkərək Turanın bədəninin müxtəlif nahiyyələrindən yumruq zərbələri endirməyə başlamışdır. Həmin zaman tanımadığı müştərilər onları ayırmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ömərova X2 Aygün Sahib qızı ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Südlük sovxoz nömrəsiz evdə yaşayır və müğənnillik fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində tanışı Şahid2 ad günündə iştirak etmək üçün Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Nanə Pub" restoranına getmişdir. Restoranın həyətində yerləşən 6 nömrəli kabinetdə tanışları, Şahid2, Elmmədin Fərəcov, Şahid1, adlı tanışları və yanlarında adlarını bilmədiyi qadın və kişi əyləşmişdir. Ad günündə əyləşmiş olan kişilərin əksəriyyəti spirtli içki qəbul etmişdir. Saat təxminən 22:45 radələrində restoranın həyətindən səs küy gəlməsini eşitmiş və dərhal əyləşmiş olduğu kabinetdən çölə çıxmışdır. Həmin zaman onlarla birlikdə stolda əyləşmiş olan X7 Rzayevin üzərinə hücum çəkərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən yumruq zərbələri endirmişdir. Restoranda əyləşən müştərilər və işçilər Təqsirləndirilən şəxs sakitləşdirərək aralaşdırmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Paşayeva X1 Elnarə Telman qızı ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02/1098 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- boyunun orta-aşağı şöbəsinin ön səthinin qansızmaları, sol yuxarı ətrafın hərəkət məhdudluğu ilə müşayiət olunan sol kürəküstü nahiyyənin şişkinlik halında əzilməsi, qançırı və sıyrığı, sol budun ön səthinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk-küt əşya təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 297 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Elbəy i oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Fləmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin ilk dəfə cinayət törətməsini, əməli etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, 02 gün müddətinə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd ünvan 6 ünvanında yerləşən “Nanə Pub" adlı restoranda xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni əks etdirən DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Ellbəyi oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək tutulduğu iki gün müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs Ellbəyi oğluna təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 1300 (min üç yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs Ellbəyi oğlunun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd ünvan 6 ünanında yerləşən “Nanə Pub" adlı restoranda xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni özündə əks etdirən DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Ellbəyi oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-289/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-289/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver