Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-289/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/16 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 29,120.2.2, 29,120.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan edilmiş əşya sayılan bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli, «**********87415 və **********87413» İMEİ kodlu mobil telefonu istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və həmin telefona qoşulmuş ********** nömrəli “Azercell” danışıq kartı vasitəsi ilə xx.xx.2022-ci il tarixdən 01.11,2022-ci il tarixədək “**********, ********** və **********” nömrəli telefonlara zənglər edib, tanışları Şahid10 və Şahid11 ilə danışıqlar aparmaqla istifadə etmiş və müəssisə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 01.11,2022-ci il tarixdə, saat 01:30da, cəza çəkdiyi 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 1 saylı palatasında ona məxsus çarpayıda balıncın alt hissəsində gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, PX-nin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 1 saylı palatatsında müalicə olunan dövürdə yəni, xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində müəssisə əməkdaşları hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman onun yataq yerində balıncın alt hissəsində gizlətdiyi bir ədəd işlək vəziyyətdə, daxilində ********** nömrəli “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli mobil telefon aparatı əməkdaşlar tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin və onun iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daxilində ********** nömrəli “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli mobil telefon aparatını təxminən 2022-ci ilin oktyabr ayının əvəlləri 1 saylı CÇMnin paltar asılan yerindən tapmış və həmin tarixdən də işlətmişdir. Həmin telefon aparatı vasitəsilə tanışları Şahid10 və Şahid11 məsus **********, **********, ********** nömrəli mobil nömrələr zəng edərək onlarla və başqaları ilə müxtəlif mövzularda danışmış və telefon danışığı zamanı tanışları Şahid10 və Şahid11 ona paltar və ərzaq alıb göndərmələrini xahiş etmişdir. Ondan başqa həmin mobil telefon aparatından heç bir məhkum istifadə etməmiş və onda telefon olması barədə heç kimin məlumatı olmamışdır. “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli mobil telefon aparatının daxilində olan ********** nömrəli “Azercell” danışıq kartının kimin adına olmasını bilmir və Şahid9 da tanımır, onunla heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı CÇM-nin baş inspektoru, RNK-si, ədliyyə mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:30 radələrində, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 1 saylı palatasında müəssisə əməkdaşları tərəfindən məhkumların üzərinə və kameraya hal şahidlərinin iştrakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin palatada müalicə olunan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1 (091 )-076/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 228.1,29, 120,2.2, 29, 120.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs yataq yerində balıncın alt hissəsində gizlətdiyi «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan edilmiş əşya sayılan bir ədəd işlək vəziyyətdə, daxilində “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq götürülmüş həmin mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. 1 saylı CÇM-də cəza çəkən məhkum Təqsirləndirilən şəxs ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatını həmin cəzaçəkmə müəssisəsinin paltar asılan yerindən tapdığını və istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş 1 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid6, Şahid7 və Şahid8 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid11 məhkəməyə teleqram ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid11 Abbasqullu oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisidi, onu 2014-2015-ci illərdə rayon sakini kimi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinərək 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 2016-cı ildən 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından başlayaraq ********** nömrəli mobil telefon vasitəsilə müxtəlif vaxtlarda ona məxsus ********** və ********** mobil nömrələrə zəng edərək onunla danışmışdır. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs onunla ümumi söhbətlər eləmiş, ondan paltar və ərzaq alıb göndərməyini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs yatdığı çarpayıda olan balıncın alt hissəsində aşkar olunmuş “Samsung Galaxy J5” markalı mobil telefon aparatında istifadə olunmuş ********** və ********** nömrəli “GSM” danışıq kartlarının onun adına olmasını və ümumilikdə bu hadisəni burada eşitmiş, həmin mobil telefondan və qeyd olunan danışıq kartlarından heç vaxt istifadə etməmiş və Təqsirləndirilən şəxsda tanımır, onunla heç bir qoxumluq əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir, onu uşaqlıqdan tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinərək 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 2016- cı ildən 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından başlayaraq ********** nömrəli mobil telefon vasitəsilə müxtəlif vaxtlarda ona məxsus ********** mobil nömrəyə zəng edərək onunla danışmışdır. Telefon danışığı zamanı Təqsirləndirilən şəxsla ümumi söhbətlər eləmişdirlər və ondan paltar alıb göndərməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyə teleqram ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 Şahid1 ifadəsində göstərilən xüsusatları qeyd edərək analoji məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işininin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:30 radələrində, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsinin 1 saylı palatasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 228.1, 29, 120,2.2, 29, 120.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yataq yerində balıncın alt hissəsində gizlətdiyi «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan olunmuş bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olan, “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək götürülmüş həmin mobil telefon aparatı və telefona qoşulmuş ********** nömrəli 1 ədəd “Azercell” danışıq kartı qablaşdırılaraq protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-cü il tarixli, 5/1555 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd “Azercell” danışıq kartı olan, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F” modelli, «**********87415 və **********87413» İMEİ kodlu mobil telefon işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X2 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/16 saylı xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1- ci maddəsi ilə təqsirli bilinib 02 il, 29.120.2.2 və 29.12.0.2.4-cü maddələri ilə təqsirli bilinib 14 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2024-cü il tarixə 06 il 08 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə X1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(091)-076/16 saylı hökmü ilə təyin olunmuş 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 06 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/16 saylı xx.xx.2016-cı il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, maddi maddi sübut kimi tanınmış “Samsung galaxy J5 Prime”markalı SM-G570F modelli “**********87415 və **********87413” İMEİ kodlu mobil telefon aparatı və telefona qoşulmuş ********** nömrəli “Azercell” danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/16 saylı xx.xx.2016-cı il tarixli hökmü təyin olunmuş 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 06 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 06 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-076/16 saylı xx.xx.2016-cı il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi – 80 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung galaxy J5 Prime”markalı SM-G570F modelli “**********87415 və **********87413” İMEİ kodlu mobil telefon aparatı və telefona qoşulmuş ********** nömrəli “Azercell” danışıq kartı məcburi qaydada və əvəzsiz olaraq dövlər nəfinə alınsın. İş üzrə “Azercell Telecom MMC” tərəfindən təqdim olunmuş 01 ədəd CD disk maddi sübut kimi tanınsın və cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 156 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-289/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-289/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver