Məhkəmə qərarları › İş №1(007)-289/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-289/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-289/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 (Zərərçəkmiş şəxs3), Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1992-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR Şərur rayonu Həmzəli kəndində qeydiyyatda olan, 01 fevral 2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 04 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icarəyə götürdüyü Şahid2 məxsus “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmasına dair “Lalafo.az” saytında elan yerləşdirib 02 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində həmin elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə ünvan 1 ünvanında yerləşən “Ruslan 93” marketin qarşısında görüşüb sonuncuya həmin avtomobilin guya ona məxsus olduğunu bildirib aldadaraq, etibarından sui-istifadə etməklə avtomobili satmaq adı ilə ilkin olaraq Zərərçəkmiş şəxs2 1300 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək avtomobili təhvil verdikdən sonra növbəti gün sənədləşdirmə aparılacağını vəd edərək, 03 oktyabr 2024-cü il tarixdə səhər saatlarında ünvan 2 ünvanında yerləşən 50 saylı notariat ofisində görüş zamanı sənədlərin evdə olduğunu bəhanə edib avtomobili götürüb idarə edərək oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 1300 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icarəyə götürdüyü Şahid2 məxsus “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmasına dair “Lalafo.az” saytında elan yerləşdirib həmin elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs3 (Zərərçəkmiş şəxs3) ilə 02 oktyabr 2024-cü il tarixdə saat 18:41-də Bakı şəhəri Nərimanov rayonu, Ulutürk küçəsində yerləşən “Həştərxan” iş mərkəzinin qarşısında görüşərək sonuncuya həmin avtomobilin guya ona məxsus oldluğunu bildirib aldadaraq, etibarından sui-istifadə etməklə ilkin olaraq qeyd edilən ünvanda avtomobili almaq üçün Zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsi ilə ona məxsus 4169 7385 2240 7802 nömrəli bank kartının hesabına 100 manat, 03 oktyabr 2024-cü il tarixdə saat 15:49-da Bakı şəhəri Yeni Günəşli qəsəbəsində Zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsi ilə onun qeyd edilən bank kartına 650 manat, həmin gün saat 16:27-də 750 manat, sonuncu dəfə 04 oktyabr 2024-cü il tarixdə saat 10:04-də Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində yerləşən 5 saylı “Asan” Xidmətin qarşısında Zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsi ilə onun qeyd edilən bank kartına 950 manat, ümumilikdə isə 2450 manat məbləğində pul vəsaitini köçürdükdən sonra o, həmin vəsaiti ələ keçirib avtomobili ünvan 3 ünvanının yaxınlığında işlək vəziyyətdə qoyaraq sənədlərin evdə olduğunu bildirməklə oradan uzaqlaşıb Zərərçəkmiş şəxs3 (Zərərçəkmiş şəxs3) ümumilikdə 2450 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icarəyə götürdüyü X2 məxsus “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmasına dair “Turbo.az” saytında elan yerləşdirib həmin elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə 21 dekabr 2024-cü il tarixdə görüşərək sonuncuya həmin avtomobilin guya ona məxsus oldluğunu bildirib aldadaraq, etibarından sui-istifadə etməklə avtomobili satmaq adı ilə həmin gün saat 16:30 radələrində ünvan 4 ünvanında yerləşən “Grandmart” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 1000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zahid Əhmədova məxsus “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 verib sonuncuya 1000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi olaraq icarəyə götürdüyü avtomobillərlə taksi kimi fəaliyyət göstərmişdir. İcarəyə götürdüyü Şahid2 məxsus “Toyota Prius” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğu, ilkin ödəniş 1000 manat, 22 ay ərzində hər ay 550 manat ödənişlə satıldığı barədə “Lalafo.az” saytında elan yerləşdirmiş və həmin avtomobilin kreditlə satıldığını qeyd etmişdir. Elanda əlaqə vasitəsi kimi özünə məxsus ***-***-**-** mobil nömrəni göstərmişdir. 02 oktyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 ***-***-**-** mobil telefon nömrəsindən ona zəng vuraraq həmin avtomobili almaq istədiyini, lakin ilkin olaraq avtomobilə baxmalı olduğunu söyləmişdir. O, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olduğunu, avtomobilə baxmaq üçün həmin yerə gəlməsini demişdir. 02 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində Zahid ilə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, “Ruslan 93” marketinin qarşısında görüşmüşlər. Avtomobilə baxış keçirtdikdən sonra Zahid avtomobili elanda qeyd etdiyi şərtlərlə almaq istədiyini təsdiqləmişdir. O, yarım saatlıq işi olduğunu, işini həll etdikdən sonra qayıdıb avtomobili verəcəyini demişdir. Oradan aralandıqdan sonra, təxminən on dəqiqə keçmiş Zahidə zəng edib ilkin ödənişi 1300 manat etdiyi təqdirlə iki aylıq ödənişi verməyəcəyini söyləmişdir. Zahid 1300 manat ilkin ödəniş etməyə razılaşmışdır. Onlar təkrar saat 21 radələrində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, “Ruslan 93” marketinin qarşısında görüşmüşlər. O, avtomobildə olan özünə məxsus əşyaları götürmüş, Zahid də ona 1300 manat pul vermişdir. Səhəri gün görüşüb avtomobilə dair etibarnamə və avtomobilin sənədlərini verəcəyini demişdir. Zahid onunla razılaşmış və avtomobili götürüb getmişdir. 03 oktyabr 2024-cü il tarixdə o, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində Zahidlə görüşmüşdür. Zahid görüşə tanımadığı 3 nəfərlə gəlmişdir. Onlar birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən 50 saylı notariat ofisinə getmişlər. Notariusda olarkən o, avtomobilin qeydiyyat şəhadətnaməsinin evdə qaldığını deyib avtomobillə evdən sənədləri götürüb gələcəyini söyləmişdir. Zahid etiraz etməyib avtomobilin açarlarını ona vermişdir. Bir neçə dəqiqə sonra Zahid ona zəng vuraraq harada olduğunu soruşmuşdur. O, təxminən 10 dəqiqəyə çatacağını demiş, lakin geri qayıtmamışdır. Bundan başqa, əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 adlı Türkiyə vətəndaşı 02 oktyabr 2024-cü il tarixdə “Turbo.az” saytında yerləşdirdiyi elanla bağlı ***-***-**-** mobil nömrəsinə zəng vurmuşdur. Əlaqə zamanı ona işlədiyi Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən “Həştərxan” iş mərkəzinin qarşısına gəlməyini xahiş etmişdir. Saat təxminən 18 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iş mərkəzinin qarşısına getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 iş yoldaşı, əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Şahid3 ilə birlikdə avtomobilə ətraflı baxış keçirdikdən sonra həmin avtomobili almaq niyyətində olduğunu bir daha təsdiq etmişdir. O, Zərərçəkmiş şəxs3 ilkin olaraq 100 manat beh verməyini demişdir. Zərərçəkmiş şəxs3 etiraz etməyib 100 manat pulu ona məxsus 4169 7385 2240 7802 nömrəli bank kartının hesabına köçürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs3 03 oktyabr 2024-cü il tarixdə avtomobili servisə aparıb yoxlatdıracağını, avtomobilin təmirə ehtiyacı olduğu təqdirdə tələb olunun məbləği avtomobilin dəyərindən çıxacağını söyləmişdir. O, etiraz etməmişdir. 03 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində yenidən idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs3 çalışdığı ünvana getmişdir. O, Zərərçəkmiş şəxs3 və Vüsal birlikdə avtomobili yoxlatdırmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexinə getmişdir. Ustalar tərəfindən avtomobilə ətraflı baxış keçirildikdən sonra avtomobilin tam olaraq saz vəziyyətə gətirilməsi üçün 500 manat xərc qoymaq lazım olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs3 həmin məbləği avtomobilin dəyərindən çıxmağını demiş, o, etiraz etməmişdir. Onlar birlikdə Zərərçəkmiş şəxs3 çalışdığı iş yerinə qayıtmışlar. Orada Zərərçəkmiş şəxs3 onun istifadəsində olan bank kartının hesabına 650 manat pul köçürmüşdür. Bir müddət sonra, yenidən bank kartının hesabına 750 manat pul köçürmüşdür. 04 oktyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində bir daha idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs3 çalışdığı ünvana getmişdir. Sonra Zərərçəkmiş şəxs3 və Vüsal birlikdə avtomobili sənədləşdirmək üçün getmişlər. Yolda olarkən o, Zərərçəkmiş şəxs3 2500 manat ilkin ödəniş edəcəyi təqdirdə aylıq ödənişin 400 manat olacağını və ümumilikdə avtomobilin ona daha ucuz başa gələcəyini söyləmişdir. Zərərçəkmiş şəxs3 ilkin olaraq 2500 manat pul verməyə razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 5 saylı “ASAN” xidmətin qarşısına getmişlər. Zərərçəkmiş şəxs3 onun istifadəsində olan bank kartının hesabına 950 manat pul köçürmüşdür. Bundan sonra “ASAN” xidmətə daxil olmuşlar. Orada onlara sənədləşməni aparmaq üçün notarial kontoruna yaxınlaşmaları məsləhət görülmüşdür. Onlar oradan çıxıb metronun “Qara Qarayev” stansiyasının çıxışının yaxınlığında yerləşən notariat ofisinə getmişlər. Notariat kontorunda çalışan şəxs avtomobilin qeydiyyat şəhadətnaməsini istədikdə o, şəhadətnaməni evdə unutduğunu, birlikdə gedib gətirməyi təklif etmişdir. Onlar birlikdə ünvan 3 ünvanının yaxınlığına getmişlər. O, avtomobili işlək vəziyyətdə qoyub iki dəqiqəyə şəhadətnaməni götürüb gətirəcəyini, onu avtomobildə gözləmələrini demişdir. Avtomobildən düşdükdən sonra oradan uzaqlaşıb getmişdir. Bundan başqa, gündəlik əməkhaqqı ödənilməklə taksi fəaliyyəti göstərmək üçün icarəyə götürdüyü X2 məxsus “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğu, ilkin ödəniş 1000 manat, 53 ay ərzində hər ay 600 manat ödənişlə satıldığı barədə “Turbo.az” saytında elan yerləşdirmiş və həmin avtomobilin kreditlə satıldığını qeyd etmişdir. Elanda əlaqə vasitəsi kimi özünə məxsus ***-***-**-** mobil nömrəni göstərmişdir. 21 dekabr 2024-cü il tarixdə əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 ***-***-**-** nömrəsi ilə onunla əlaqə saxlamış, danışıq zamanı elanda qeyd olunmuş şərtlərlə razı olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 21 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu “Vərəm Dispanseri”nin qarşısında görüşmüşlər. O, həmin ünvana elanda qeyd olunan avtomobil ilə getmişdir. Ruslan avtomobilə ətraflı baxış keçirdikdən sonra həmin avtomobili almaq niyyətində olduğunu bir daha təsdiq etmişdir. Bundan sonra o, Ruslan və Ruslanın dostu, sonradan adı ona məlum olan Şahid1 ilə birlikdə qeyd olunan avtomobil ilə Nizami rayonu ərazisində yerləşən, “Grandmart” mağazasının qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”na aid ödəniş terminalına yaxınlaşmışlar. Ruslan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş “Tam kart” bank kartını ödəniş terminalına daxil edib 1000 manat pul çıxarıb ona vermişdir. O, pulu sayıb cibinə qoymuş, avtomobili və açarını Ruslana təhvil vermiş və 23 dekabr 2024-cü il tarixdə “Azərmarş Lizinq” şirkətinə gedəcəklərini, orada baş etibarnamə əsasında avtomobilin Ruslanın adına rəsmiləşdiriləcəyini söyləmişdir. Bundan sonra onlar ayrılmışlar, bir daha Ruslanla görüşməmişlər. O, maddi vəziyyəti çətin olduğundan gəlir əldə etmək məqsədilə özgə şəxslərə məxsus avtomobilləri digər şəxsə satmaq səlahiyyəti olmadığı halda həmin avtomobilləri satdığını bildirərək Zərərçəkmiş şəxs2 1300 manat, Zərərçəkmiş şəxs3 2450 manat, Zərərçəkmiş şəxs1 1000 manat pulu aldadaraq almış, onlardan ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Pulları alıb ələ keçirdikdən sonra həmin şəxslərlə əlaqə saxladığı nömrələri mobil telefonundan çıxarıb hazırda xatırlamadığı yerlərdə atmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, qeyd etdiyi cinayətlərdən başqa cinayət törətməmişdir. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərin pulu ödəyə bilmir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2024cü il tarixdə “Turbo.az” saytında “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit yolu ilə ilkin ödəniş 1000 manat, 53 ay ərzində 600 manat ödəniş etmək şərti ilə satıldığı barədə elan görmüş və elanda qeyd olunan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Danışıq zamanı o, elanda qeyd olunmuş şərtlərlə razı olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 21 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu “Vərəm Dispanseri”nin qarşısında görüşmüşlər. Rüstəm həmin ünvana elanda qeyd olunan avtomobil ilə gəlmişdir. O, avtomobilə ətraflı baxış keçirdikdən sonra onu almaq niyyətində olduğunu bir daha təsdiq etmişdir. Bundan sonra o, dostu Şahid1 və Təqsirləndirilən şəxs birlikdə qeyd olunan avtomobil ilə Nizami rayonu ərazisində yerləşən, “Grandmarket” mağazasının qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”na aid ödəniş terminalına yaxınlaşmışlar. O, həmin bank tərəfindən onun adına verilmiş “Tam kart” bank kartını ödəniş terminalına daxil edib 1000 manat pul çıxartmış, həmin 1000 manat pulu dostu Elvinin yanında şəxsən Rüstəmə vermişdir. Rüstəm pulu sayıb cibinə qoymuş, avtomobili və açarını ona təhvil vermişdir. Rüstəm avtomobilin özünə məxsus olduğunu, 23 dekabr 2024-cü il tarixdə “Azərmarş Lizinq” şirkətinə gedəcəklərini, orada baş etibarnamə əsasında avtomobilin onun adına rəsmiləşdiriləcəyini söyləmişdir. Bundan sonra onlar ayrılmışlar. O, avtomobili idarə edərək avtoyuma məntəqəsinə getmiş, avtomobili yudurtduqdan sonra yenidən avtomobillə onu aldığı yerə qayıtmışdır. Orada olan zaman bir nəfər ona yaxınlaşıb özünü X1 təqdim edərək avtomobilin ona məxsus olduğunu bildirib bunu təsdiqləyən sənədləri göstərmişdir. Zahid ona 20 dekabr 2024-cü il tarixdə müqavilə əsasında gündəlik 40 manat əmək haqqı ödəyərək avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün Rüstəmə verdiyini bildirmişdir. O, həmin zaman Təqsirləndirilən şəxs onu aldadaraq özgəsinin avtomobilini satmaq adı ilə verib 1000 manat pulunu alıb ələ keçirdiyini anlamışdır. Bundan sonra Rüstəmin mobil telefonuna dəfələrlə zəng vursa da, mobil telefon söndürüldüyündən əlaqə saxlaya bilməmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir, pulunun ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 02 oktyabr 2024-cü il tarixdə “Lalafo.az” saytında tanış olmuşdur. Belə ki, o, həmin saytda **-BV-*** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı avtomobilin kreditlə satılması elanını görmüşdür, elanda ilkin ödəniş olaraq 1000 manat, 22 ay ərzində hər ay 550 manat ödənişlə avtomobilin satıldığı qeyd olunmuşdur. O, elanda qeyd olunan ***-***-**-** mobil nömrənin sahibi Rüstəmlə əlaqə saxlamışdır. Rüstəm ilə telefonda danışan zaman o, avtomobilə baxmaq istədiyini demiş, Rüstəm ona “Qara Qarayev”də olduğunu, avtomobilə baxmaq üçün oraya gəlməyini demişdir. Rüstəmlə 02 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində “Qara Qarayev”də “Ruslan 93” marketin qarşısında görüşmüşlər, o, avtomobilə əyləşmiş və Rüstəm ilə söhbət etmişdir. Özü avtomobilə baxmış, həmin vaxt avtomobilin qabaq hissəsində vuruq görmüşdür. Həmin hissə dəyişilməli olmuşdur. Rüstəm ondan ilkin ödəniş olaraq 1000 manat pul istəmişdir. Aylıq isə 22 ay 550 manat pul ödəmək barədə razılaşmışlar. Sonra Rüstəm ona yarım saatlıq işi olduğunu, işini həll etdikdən sonra qayıdıb avtomobili ona verəcəyini demişdir. Rüstəm getdikdən təxminən on dəqiqə sonra ona zəng edib ilkin ödənişi 1300 manat edərsə iki aylıq ödənişi verməyəcəyini demişdir. O da, Rüstəmlə 1300 manat ilkin ödəniş vermək barədə razılaşmışdır. Sonra Rüstəm 1500 manat ilkin ödəniş etdiyi, avtomobilin qabaq hissəsini də düzəldəcəyi təqdirdə ilk üç aylıq ödənişi verməyəcəyini söyləmişdir. O, Rüstəmə 1300 manat pulu olduğunu, artıq pul verə bilməyəcəyini demişdir. Rüstəm ilə 1300 manat ilkin ödəniş etməyə razılaşmışlar. Təxminən yarım saat keçdikdən sonra onlar təkrar saat 21 radələrində Qara Qarayev prospektində “Ruslan 93” marketin qarşısında görüşmüşlər. Rüstəm avtomobildən öz əşyalarını götürmüş, ona avtomobili necə idarə edəcəyini başa salmışdır. O, həmin vaxt 1300 manat pulu avtomobilin içərisində Təqsirləndirilən şəxs vermişdir. Rüstəmə avtomobilin sənədlərini verməsini demiş, hətta etibarnamə olmadan avtomobili necə idarə edəcəyini soruşmuş, sənədləri və etibarnaməni də verməsini demişdir. Rüstəm isə işi olduğunu, ona görə getməli olduğunu, gecə uzaq harasa getməməyini, səhəri gün görüşüb etibarnaməni və avtomobilin sənədlərini verəcəyini demişdir. O, Rüstəmlə razılaşmış və avtomobili götürüb evə getmişdir. 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Rüstəm ona zəng etmiş, əlavə olaraq ondan 350 manat pul istəmişdir. Həmin 350 manatı da ödəsə, bir ayın ödənişini çıxacağını demişdir. Lakin o, Rüstəmlə razılaşmamışdır. Əlavə pul istədiyinə görə Rüstəmin danışığından şübhələnmişdir. Həmin vaxt əmisi oğlu Elvin ilə danışmış, Rüstəmin əlavə olaraq 350 manat pul istədiyini, danışığından şübhələndiyini, əmisi oğluna onunla birlikdə getməsini demişdir. Əmisi oğlu Elvin iki nəfər dostu ilə birlikdə gəlmişdir. Onlar birlikdə Rüstəm ilə görüşə getmişlər. Rüstəm avtomobilin sənədlərini və etibarnaməni verməsi üçün onu yaşadığı ünvandan götürməyi demiş, ona yaşadığı yerin “konum”unu göndərmişdir. O, “konum”da qeyd olunan ünvandan Rüstəmi götürmüş və birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən 50 saylı notariat mərkəzinə getmişlər. Notariusa yaxınlaşdıqda Rüstəm alqı-satqı olduğunu, lakin pulu banka qoymaq istəmədiyini demişdir. Notariusda olan şəxs isə alqısatqı olursa, müqavilədə qeyd olunursa, pulun mütləq banka qoyulmalı olduğunu bildirmişdir. Rüstəm ilkin ödənişi müqavilədə qeyd etməməyi, öz aralarında sənəd yazıb imzalamağı təklif etmişdir. O, Rüstəmlə razılaşmış və notariusda növbə götürmüşlər. Bu zaman Rüstəm ona avtomobilin qeydiyyat şəhadətnaməsinin evdə qaldığını, avtomobillə evdən sənədləri götürüb gələcəyini demiş və avtomobilin açarını ondan alıb getmişdir. O, on dəqiqə keçdikdən sonra Rüstəmə zəng vurub harada olduğunu soruşmuş, Rüstəm on dəqiqəyə çatacağını demişdir. Sonra zəng etsələr də, Rüstəm cavab verməmişdir. Polis şöbəsinə müraciət etdikdən sonra həmin avtomobilin Rüstəmin olmadığını, başqa şəxsin avtomobili olduğunu bilmişlər. Bununla da Təqsirləndirilən şəxs onu aldadaraq 1300 manat məbləğində pulunu ələ keçirmişdir. O, 1300 manat məbləğində pulu 02 oktyabr 2024-cü il tarixində saat 21 radələrində Qara Qarayev prospektində “Ruslan 93” marketin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onların yanında başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs ilə görüşüb notariusa gedən zaman yanında əmisi oğlu Elvin Mehdiyev və Elvinin iki nəfər dostu olmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir, pulunun ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 (Zərərçəkmiş şəxs3) ifadəsində göstərmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə “Turbo.az” saytında avtomobil elanlarına baxan zaman 2008-ci il istehsallı, yaşıl metalik rəngli, “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit yolu ilə ilkin ödəniş 1500 manat, 20 ay ərzində 550 manat ödəniş etmək şərti ilə satıldığı barədə elan görmüş və elanda qeyd olunmuş ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Danışıq zamanı o, elanda qeyd olunmuş şərtlərlə razı olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Rüstəm həmin tarixdə saat 18 radələrində elanda qeyd olunan avtomobil ilə çalışdığı Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən “Həştərxan” iş mərkəzinin qarşısına gəlmişdir. O, iş yoldaşı Şahid3 ilə birlikdə avtomobilə ətraflı baxış keçirdikdən sonra həmin avtomobili almaq niyyətində olduğunu bir daha təsdiq etmişdir. Rüstəm ilkin olaraq 100 manat beh verməyini istəmişdir. O, etiraz etməmiş və 100 manat pulu bir nəfər tanışının kart hesabından Təqsirləndirilən şəxs ona bildirdiyi, özünə məxsus 4169 7385 2240 7802 nömrəli bank kartının hesabına köçürmüşdür. Bundan sonra o, həmin şəxsə 03 oktyabr 2024-cü il tarixdə avtomobili servisə aparıb yoxlatdıracağını, avtomobilin təmirə ehtiyacı olduğu təqdirdə tələb olunun məbləği avtomobilin dəyərindən çıxacağını söyləmişdir. Rüstəm etiraz etməmişdir. 03 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Rüstəm yenidən idarə etdiyi avtomobil ilə çalışdığı ünvana gəlmişdir. O, Vüsal və Rüstəm birlikdə avtomobili yoxlatdırmaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexinə getmişlər. Ustalar tərəfindən avtomobilə ətraflı baxış keçirildikdən sonra avtomobilin tam olaraq saz vəziyyətə gətirilməsi üçün 500 manat xərc qoyulmalı olduğu bildirilmişdir. Onlar Rüstəmə həmin məbləği avtomobilin dəyərindən çıxmasını demişlər. Rüstəm etiraz etməmişdir. Onlar birlikdə çalışdığı iş yerinə qayıtmışlar. Orada həyat yoldaşının 416973******4767 nömrəli kart hesabından Rüstəmin istifadəsində olan bank kartının hesabına 650 manat pul köçürmüşdür. Bir müddət sonra, yəni saat 16:27-də yenidən dostu Şahid3 bank kartından Rüstəmin bank kartının hesabına 750 manat pul köçürmüşdür. O, 04 oktyabr 2024-cü il tarixdə sənədləşdirməni aparmağı təklif etmişdir. Həmin tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs bir daha idarə etdiyi avtomobil ilə çalışdığı ünvana gəlmişdir. O, Vüsal və Rüstəm birlikdə avtomobili sənədləşdirmək üçün getmişlər. Yolda olarkən Rüstəm 2500 manat ilkin ödəniş edəcəyi təqdirdə aylıq ödənişin 400 manat olacağını və ümumilikdə avtomobilin ona daha ucuz başa gələcəyini söyləmişdir. O, Rüstəmə ilkin olaraq 2500 manat pul verməyə razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 5 saylı “ASAN” xidmətin qarşısına getmişlər. O, Şahid3 istifadəsində olan bank kartının hesabından 950 manat pulu saat 10:04-də Təqsirləndirilən şəxs “Kapital Bank” tərəfindən verilmiş bank kartının hesabına köçürmüşdür. Bundan sonra “ASAN” xidmətə daxil olub növbə üçün nömrə götürmüşlər. Bir qədər sonra operatora yaxınlaşan zaman operator sənədləşməni apara bilməyəcəyini, notarial kontora yaxınlaşmalarını məsləhət görmüşdür. Onlar oradan çıxıb metronun “Qara Qarayev” stansiyasının çıxışının yaxınlığında yerləşən notariat ofisinə getmişlər. Notariat kontorunda çalışan şəxs avtomobilin qeydiyyat şəhadətnaməsini istədikdə Rüstəm şəhadətnaməni evdə unutduğunu, birlikdə gedib gətirməyi təklif etmişdir. Onlar birlikdə ünvan 7 ünvanının yaxınlığına getmişlər. Rüstəm avtomobili işlək vəziyyətdə qoyub iki dəqiqəyə şəhadətnaməni götürüb gətirəcəyini, onlara avtomobildə gözləməyi demişdir. Onlar təxminən yarım saat avtomobildə gözlədikdən sonra Rüstəmin qayıtmadığını görüb istifadəsində olan mobil telefona zəng vurmuşlar. Mobil telefon sönülü olduğu üçün onunla əlaqə saxlaya bilməmişlər, bu zaman həmin şəxsin onu aldatdığını başa düşmüşdür. Bir qədər sonra baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 2450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs bank kartının hesabına pul köçürən zaman yanında iş yoldaşı Şahid3 olmuşdur. O, 750 manat və 950 manat pulu Şahid3 kartından göndərmişdir. Sonra həmin pulu Vüsala ödəmişdir. Ümimilikdə isə, Təqsirləndirilən şəxs “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 2450 manat pul vermişdir. Bütün pulları Rüstəmin 4169 7385 2240 7802 nömrəli bank kartının hesabına köçürmüşdür. Təqsirləndirilən şəxslə aralarında olan “WhatsApp” yazışması və Rüstəmin kart hesabına pul göndərdiyi barədə bank kartlarından çıxarışlar vardır. Ona dəymiş maddi ziyan ödənilməmişdir, pulunun ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayından tanımışdır. Belə ki, 21 sentyabr 2024cü il tarixdə Rüstəm ***-***-**-** mobil nömrəsindən ona zəng edərək gündəlik sürmək üçün həmin avtomobili istəmişdir. O, Rüstəmə avtomobili gündəlik 25 manat müqabilində verə biləcəyini demişdir. Rüstəm onunla razılaşıb yaxın günlərdə gələcəyini bildirmişdir. 25 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Rüstəm digər ***-***-**-** mobil nömrəsindən ona zəng edərək gəlib avtomobili götürmək istədiyini demişdir. O, Rüstəmə yaşadığı ünvanı deyərək gəlməsini söyləmişdir. Həmin gün günorta saatlarında Rüstəm zəng edərək gəldiyini demişdir. O, yaşadığı ünvanın yaxınlığında Rüstəmlə görüşmüşdür. Sonra özünə məxsus “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili onlayn şəkildə etibarnamə ilə Rüstəmə vermişdir. Sonradan Rüstəm ona gündəlik 25 manat ödəniş etməyə başlamışdır. Rüstəmin digər şəxslərdən pul alması və avtomobili satması barədə heç bir məlumatı olmamış, bu barədə yalnız polisə çağırıldıqda bilmişdir. Avtomobili Nizami RPİ-nin 24-cü PŞ-də ona qaytarılmış, həmin vaxt ona məlum olmuşdur ki, Rüstəm avtomobilə görə Zərərçəkmiş şəxs2 ilkin olaraq pul aldıqdan sonra avtomobili götürərək qaçmış, sonradan ilkin ödəniş alaraq avtomobili Zərərçəkmiş şəxs3 verərək qaçıb getmişdir. Zərərçəkmiş şəxs3 də avtomobili Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmiş və hadisə barədə şikayət etmişdir. O, avtomobili təhvil aldıqdan sonra Zərərçəkmiş şəxs2 ***- ***-**-** mobil telefon nömrəsindən onunla əlaqə saxlayıb avtomobildə olan hərbi geyimləri və ona aid əşyaları qaytarmağını xahiş etmişdir. O da, avtomobilin təmirdə olduğunu və avtoservisin ünvanını bildirmişdir. Zahid sonradan onunla əlaqə saxlayıb özünə məxsus hərbi geyimləri və əşyaları avtoservisdə avtomobilin içərisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili təhvil alan zaman tərəfindən tərtib edilmiş onlayn etibarnamənin surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs3 “Turbo.az” saytında avtomobil elanlarına baxan zaman 2008-ci il istehsalı olan, yaşıl metalik rəngli, “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil tapdığını, həmin avtomobili bəyəndiyi üçün iş yerinin qarşısına çağırdığını demiş və avtomobilə birlikdə baxmalarını təklif etmişdir. Bundan sonra onlar birlikdə çölə çıxmışlar, baxan zaman o, avtomobildə müəyyən xərclərin olduğunu dedikdə həmin şəxs, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtomobili yoxlatdırdıqdan sonra xərclərin çıxılacağını söyləmişdir. Rüstəm ilkin ödəniş olaraq 1500 manat, 20 aylıq isə 550 manat veriləcəyini demişdir. Sonradan iş yoldaşı Şener avtomobilə görə beh olaraq Rüstəmin kart hesabına 100 manat pul köçürtmüşdür. 03 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs iş yerlərinin qarşısına gəlib Şenerlə onu götürdükdən sonra onlar birlikdə avtomobili yoxlatdırmaq məqsədilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə aparmışlar. Avtomobilə baxış keçirildikdən sonra avtomobildə 500 manat əlavə xərc çıxdığı üçün onlar Rüstəmə ilkin ödənişdən çıxmasını söyləmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşdıqdan sonra 04 oktyabr 2024-cü il tarixdə sənədləşməni təklif etmişlər. Bundan sonra onlar iş yerlərinə qayıtmışlar. Orada Şener onun bank kartından Rüstəmin bank kartının hesabına 750 manat pul köçürmüşdür. 04 oktyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs iş yerlərinin qarşısına gələrək Şenerlə onu götürmüşdür. Bundan sonra onlar birlikdə qeyd olunan avtomobillə yolda hərəkətdə olan zaman Təqsirləndirilən şəxs ilkin ödənişin 2500 manat olacağı təqdirdə aylıq ödənişin 550 manat yox, 400 manat olacağını bildirmişdir. Rüstəmin etdiyi təklifdən sonra Şener onunla razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 5 saylı “ASAN” Xidmətin qarşısına getmişlər. Orada Şener avtomobilin ilkin ödənişi olaraq onun istifadəsində olan bank kartının hesabından 950 manat pulu Təqsirləndirilən şəxs “Kapital Bank” tərəfindən verilmiş bank kartının hesabına köçürmüş, bununla da Rüstəmin hesabına avtomobilin ilkin ödənişini tam olaraq verdiyini söyləmişdir. Rüstəm də Şenerlə razılaşmışdır. Onlar birlikdə “ASAN” xidmətə daxil olub növbə üçün nömrə götürmüşlər. Bir qədər sonra operatora yaxınlaşan zaman operator sənədləşməni apara bilməyəcəyini demiş, notariat kontoruna yaxınlaşmalarını məsləhət görmüşdür. Onlar oradan çıxıb metronun “Qara Qarayev” stansiyasının çıxışının yaxınlığında yerləşən notariat ofisinə getmişlər. Notariat kontorunda çalışan şəxs avtomobilin qeydiyyat şəhadətnaməsini istədikdə Rüstəm şəhadətnaməni evdə unutduğunu deyib birlikdə gedib gətirmələrini təklif etmişdir. Onlar birlikdə ünvan 3 ünvanının yaxınlığına getmişlər. Rüstəm avtomobili işlək vəziyyətdə qoyub iki dəqiqəyə şəhadətnaməni götürüb gətirəcəyini, onlara avtomobildə gözləmələrini demişdir. Onlar təxminən yarım saat avtomobildə gözlədikdən sonra Rüstəmin qayıtmadığını görüb onun istifadəsində olan mobil telefona zəng vurmuşlar. Mobil telefon sönülü olduğu üçün əlaqə saxlaya bilməmişlər, bu zaman həmin şəxsin Şeneri aldatdığını başa düşmüşlər. Bir qədər sonra Şener baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat vermişdir. Qeyd etdiyi kimi “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün Zərərçəkmiş şəxs3 onun bank kartının hesabından 03 oktyabr 2024-cü il tarixdə 750 manat, 04 oktyabr 2024-cü il tarixdə 950 manat olmaqla, ümumilikdə 1700 manat pulu Təqsirləndirilən şəxs bank kartının hesabına köçürmüşdür. Sonradan həmin 1700 manat pul tam olaraq Şener tərəfindən ona ödənildiyindən hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisi oğludur. Zahid 02 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə “Lalafo.az” saytında tanış olmuş, telefonda danışan zaman Rüstəmin elanda yerləşdirdiyi avtomobilə baxmaq istədiyini demişdir. Rüstəm ilə 02 oktyabr 2024-cü il tarixdə “Ruslan 93” marketin qarşısında görüşüb maşına baxandan sonra ilkin ödəniş olaraq 1000 manat, aylıq isə 22 aya 550 manat pul ödəmək barədə, bir müddətdən sonra isə ilkin ödəniş 1300 manat verməklə iki aylıq ödənişi verməmək şərti ilə razılaşmışlar. Zahid ona 1300 manat pulunun olduğunu, artıq pul verə biməyəcəyini demişdir. Rüstəm ilə 1300 manata razılaşmışlar. Təxminən yarım saat sonra onlar təkrar saat 21 radələrində Qara Qarayev prospektində “Ruslan 93” marketin qarşısında görüşmüşlər, Rüstəm avtomobildən özünün əşyalarını götürmüş, Zahidə avtomobili necə idarə edəcəyini başa salmışdır. Zahid həmin vaxt 1300 manat pulu avtomobilin içərisində Təqsirləndirilən şəxs vermişdir. Rüstəmdən avtomobilin sənədlərini verməsini istədikdə Rüstəm işinin olduğunu, ona görə getməli olduğunu, gecə uzaq harasa getməməyini, səhərisi gün görüşüb etibarnaməni və avtomobilin sənədlərini verəcəyini demişdir. Zahid onunla razılaşmış və avtomobili götürüb evə getmişdir. 03 oktyabr 2024-cü il tarixdə Zahid onunla görüşüb baş verənləri danışmış, Rüstəmin danışığından şübhələndiyini demiş, onunla birlikdə getməyini istəmişdir. O, iki nəfər dostu ilə birlikdə gəlmiş, onlar birlikdə Rüstəm ilə görüşə getmişlər. Rüstəm avtomobilin sənədlərini və etibarnamə verməsi üçün onu yaşadığı ünvandan götürmələrini demiş, Zahidə yaşadığı yerin “konum”unu göndərmişdir. Zahid konumda qeyd olunan ünvandan Rüstəmi götürmüş və onlar birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən 50 saylı notariat ofisinə getmişlər. Rüstəm ilə Zahid notariusa yaxınlaşmışlar. O, yaxınlıqda olan marketə getmişdir. Tanışları isə maşında oturmuşdur. Sonra o da maşının yanına qayıtmışdır. Bir qədər sonra Rüstəm bayıra çıxaraq avtomobilin qeydiyyat şəhadətnaməsini evdən götürüb gəlməli olduğunu bildirmişdir. O və iki nəfər tanışı maşından düşmüş, Rüstəm avtomobillə evdən sənədləri götürüb gələcəyini demiş və maşını sürüb getmişdir. Zahid on dəqiqə keçdikdən sonra Rüstəmə zəng etmiş, harada olduğunu soruşmuş, Rüstəm on dəqiqəyə çatacağını demişdir. Sonra isə Zahid dəfələrlə Rüstəmə zəng etsə də, cavab verməmişdir. Zahid polis şöbəsinə müraciət etdikdən sonra həmin avtomobilin Rüstəmin olmadığını, başqa şəxsin avtomobili olduğunu bilmişlər. Zahidin 1300 manat məbləğində pulu Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə “Ruslan 93” adlı marketin qarşısında maşının içərisində verdiyini Zahidin özündən öyrənmişdir. O, həmin vaxt Zahid və Rüstəmin yanında olmamışdır. Təqsirləndirilən şəxs ilə görüşüb notariusa gedən zaman Zahidin yanında o və iki nəfər tanışı olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 iş yoldaşıdır. Ruslan xəstəxanada sürücü işləyir. 21 dekabr 2024-cü il tarixdə Ruslan ona “Turbo.az” saytında “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit yolu ilə ilkin ödəniş 1000 manat, 53 ay ərzində 600 manat ödəniş etmək şərti ilə satıldığı barədə elan gördüyünü və həmin avtomobili almaq istədiyini demişdir. Bundan sonra Ruslan elanda qeyd olunmuş ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Danışıq zamanı Ruslan elanda qeyd olunmuş şərtlərlə razı olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Ruslan ilə Rüstəmin arasında olan razılaşmaya əsasən 21 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu “Vərəm Dispanseri”nin qarşısında üçü birlikdə görüşmüşlər. Rüstəm həmin ünvana elanda qeyd olunan avtomobil ilə gəlmişdir. Ruslan və o, avtomobilə ətraflı baxış keçirdikdən sonra Ruslan həmin avtomobili almaq niyyətində olduğunu bir daha təsdiq etmişdir. Bundan sonra o, dostu Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs birlikdə qeyd olunan avtomobil ilə Nizami rayonu ərazisində yerləşən, “Grandmarket” mağazasının qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”na aid ödəniş terminalına yaxınlaşmışlar. Ruslan həmin bank tərəfindən adına verilmiş “Tam kart” bank kartını ödəniş terminalına daxil edib 1000 manat pul çıxartmış, həmin 1000 manat pulu onun yanında şəxsən Rüstəmə vermişdir. Rüstəm pulu sayıb cibinə qoymuş, avtomobili və açarını Ruslana təhvil vermişdir. Rüstəm avtomobilin özünə məxsus olduğunu, 23 dekabr 2024-cü il tarixdə “Azərmarş Lizinq” şirkətinə gedəcəklərini, orada baş etibarnamə əsasında avtomobilin Ruslanın adına rəsmiləşdiriləcəyini söyləmişdir. Bundan sonra onlar ayrılmışlar. Ruslan avtomobili idarə edərək avtoyuma məntəqəsinə, o isə, evə getmişdir. Təxminən 2 saat sonra Ruslan avtomobili təhvil aldığı yerə gəlmiş və onu da həmin yerə çağırmışdır. Onlar orada olan zaman bir nəfər yaxınlaşıb özünü X1 təqdim edərək avtomobilin ona məxsus olduğunu bildirib avtomobilin həqiqətən də ona məxsus olduğunu təsdiqləyən sənədləri göstərmiş, 20 dekabr 2024-cü il tarixdə müqavilə əsasında gündəlik 40 manat əmək haqqı ödəyərək avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün Rüstəmə verdiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Ruslanı aldadaraq özgəsinin avtomobilini satmaq adı ilə verib 1000 manat pulunu alıb ələ keçirdiyini anlamışlar. Bundan sonra Rüstəmin mobil telefonuna dəfələrlə zəng vursalar da, mobil telefon söndürüldüyündən əlaqə saxlaya bilməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 oktyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 04 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə olunan sənədlərdən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 (Zərərçəkmiş şəxs3) və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 30-31) - 21 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə olunan sənədlərdən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 50-51) - 03 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, müdafiəçisinin iştirakı ilə, o, ittiham üzrə hər üç hadisə yerlərini əyani olaraq göstərib ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 172-176) - 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. (i.v. 202-212) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, hər üç zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarına əsasən həmin cəzadan azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CMnin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, 12 fevral 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v. 78-85) - 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 107) - 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmışdır. (185-186) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 12 saat 6 manatdan, 9 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmaqla məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 171 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə zərərçəkmiş şəxslərə izah edilsin Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar