Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi-Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, təqsirləndirilən şəxs - 21 fevral 1986-cı il tarixdə Qazaxıstan Respublikası, Çimkent şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir azyaşlı uşağı olan, "xxxx" MMC-nin nəzdindəki “X4” MMC-nin daxili audit xidmətinin rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi ev 2A, mənzil 159-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi ev 16B, mənzil 20-də yaşayan, 07 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 sentyabr 2020-ci il tarixdə həmin qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi ev 119B, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, 08 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 aprel 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 sentyabr 2020-ci il tarixdə həmin qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün 26 fevral 2021ci il tarixdə həmin qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və haqqında axtarış elan edilmiş, 16 mart 2021-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi ev 34, mənzil 54-də yaşayan, 08 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 aprel 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 sentyabr 2020-ci il tarixdə həmin qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1ci maddələri ilə və təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 18, mənzil 7-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Ə.Sabir küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, 07 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 sentyabr 2020-ci il tarixdə həmin qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Əliyev X9 Xəyal Rauf oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq X2, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olar digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Təqsirləndirilən şəxs4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq uçun nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv etmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11-ci binanın qapılarını, pəncərələrini, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qab-qacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyətə atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmiş, həmçinin xüsusi karantin rejimini pozmaqla yeni koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD- 19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs MMCyə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq X2, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olan digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Təqsirləndirilən şəxs4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun uzvü Təqsirləndirilən şəxs1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvu Təqsirləndirilən şəxs3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq üçün nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv etmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11ci binanın qapılarını, pəncərələrini, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qabqacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyət atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmiş, həmçinin xüsusi karantin rejimini pozmaqla yeni koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Seyidov X1 Xəyal Rauf oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs MMCyə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq X2, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayiq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantində olan digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Təqsirləndirilən şəxs4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun uzvu Təqsirləndirilən şəxs1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq üçün nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv etmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11ci binanın qapılarını, pəncərələrini, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qabqacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyətə atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmiş, həmçinin xüsusi karantin rejimini pozmaqla yeni koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Ağazadə X10 Xəyal Rauf oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasınn yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs MMCyə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisindəki 11 nömrəli çoxmərtəbəli yaşayış binasında olan mənzildə karantinə yerləşdirilməsinə baxmayaraq X2, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməli olduğu halda 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində davamlı olaraq qaldığı mənzilin və blokun həyətə açılan eyvanına çıxıb əsaslı səbəb olmadan ucadan onlara tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin tibb personalının və ərazinin mühafizəsi və təhlükəsizliyin təmini ilə bağlı xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ünvanına qeyri-etik, nalayıq ifadələr səsləndirməklə və səs-küy salmaqla karantmdə olan digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmuş, sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə tibb işçiləri və daxili işlər orqanları əməkdaşları tərəfindən davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokun bağlı olan giriş qapısını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmiş, bu zaman ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, özgənin əmlakını qəsdən məhv etmək üçün Təqsirləndirilən şəxs4, Mirhəsən Seyıdov, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrupun üzvü Təqsirləndirilən şəxs4 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki dəyəri 150 manat təşkil edən eyvan qapısının lay şüşəsini sol yumruğu ilə vurub sındıraraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs1 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvandan hər birinin dəyəri 1 manat 90 qəpik təşkil edən 3 ədəd su ilə dolu 5 litr həcmli plastik su qablarını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs2 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki qaldığı otağın eyvanından dəyəri 1 manat 90 qəpik olan 1 ədəd su ilə dolu 5 litr həcmli plastik su qabını həyətə ataraq məhv etmiş, qrupun üzvü Təqsirləndirilən şəxs3 öz hüquqazidd hərəkətlərini davam etdirib 11-ci binanın 4-cü girişinin 1-ci mərtəbəsindəki alüminium giriş qapısının tutacağını və qapının lay şüşəsini saxlamaq üçün nəzərdə tutulmuş sol yan çərçivəni yerindən qoparıb dəyəri 300 manat təşkil edən qapını və qopardığı tutacaq və çərçivədən silah qismində istifadə olunan əşya kimi istifadə edərək zərbələr endirib dəyəri 250 manat təşkil edən qapının lay şüşəsini sındıraraq məhv elmiş, qrupun şəxsiyyətləri istintaqla araşdırılan digər üzvləri 11ci binanın qapılarını, pəncərələrim, plastik masa və oturacaqları, şkafları, çarpayıları, qabqacaqları, elektrik çaydanları, hamam kabinalarını, internet avadanlığı və su qablarını mənzillərdə, həmçinin eyvanlardan həyətə atmaqla sındırıb özgənin əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 11.343 manat xeyli miqdarda maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmiş, həmçinin xüsusi karantin rejimini pozmaqla yeni koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 mart 2020-ci il tarixdə o, Şahid7 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, 3 gun sonra, yəni 09 mart 2020-ci il tarixdə Nəzrinlə birlikdə bal ayını keçirmək üçün Bakı şəhərində yerləşən Heydər Əliyev adına X6 təyyarə ilə Maldiv adalarına uçmuş və 7 gecə orada oteldə qalıb istirahət etdikdən sonra Sinqapura uçub 4 gecə də oradakı oteldə qalmışlar. 21 mart 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmaq uçun Sinqapurla Azərbaycan arasında birbaşa təyyarə reysi olmadığından Türkiyənin İstanbul hava limanına gəlmişlər. İstanbul hava limanında eniş etmişlər, oradan isə tranzit reyslə Bakı şəhərinə uçmalı olmuşlar, lakin dünyada koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar bütün uçuşlar qeyri-müəyyən müddətə təxirə salınmışdır və məcburiyyətdən 3 gün İstanbul hava limanında qalmalı olmuşlar. 24 mart 2020-ci il tarixdə Azərbaycan dövlətinin rəhbərliyinin göstərişinə əsasən təşkil edilmiş xüsusi reyslə Bakı şəhərinə, Heydər Əliyev adına X11 təyyarə ilə gəlmişlər. Təyyarədən düşəndən sonra hava limanında koronavirus infeksiyasının daşıyıcısı olub-olmadıqlarını dəqiqləşdirməkdən ötrü həkim yoxlanışından keçmişlər, onlardan nümunələr götürülmüş, yerində testlər aparılmış və daha dəqiq yoxlanış üçün 14 gün ərzində karantində qalacaqları barədə onlara məlumat verilməklə təyyarədə olmuş 107 nəfər sərnişin polis müşayiəti ilə avtobuslarla “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "xxxx"nə gətirilmişlər. "xxxx"ndə onu və həyat yoldaşını, həmçinin eyni təyyarədə uçan ümumilikdə 107 nəfər sərnişini "xxxx"ndəki 11-ci binanın 4-cü girişindəki otaqlarda yerləşdirmişlər, ona və həyat yoldaşına 7-ci mərtəbədəki 72A saylı otaq ayrılmış, onlar da orada yerləşdirilmişlər. Həmin otaq iki nəfər üçün nəzərdə tutulmuşdur, sanitar qovşağı olmuşdur, qalmaq uçun normal şəraiti olan bir otaq olmuşdur, həmin otaqda qaldıqları müddətdə onlara lazımi xidmət göstərilmişdir. Təxminən 7 gün sonra onlardan yenidən analiz götürülmüş və deyilmişdir ki, bir neçə günə nəticələri bilinəcəkdir. 06 aprel 2020-ci il tarixdə saat 18 radələrində İlqar adlı həkim "xxxx"nə gəlib həyətdə dayanaraq uca səslə qışqırıb onlara məlumat vermişdir ki, həmin gün 700 nəfərə yaxın şəxs karantindən evlərinə buraxılacaq, əşyalarını hazırlasınlar, onlar da öz əşyalarını toplamışlar ki, evə gedəcəklər. Həmin gün saat təxminən 23 radələrində eyvanda dayanarkən görmüşdür ki, çoxlu sayda polis həyətdə dayanaraq ruporla karantindən evlərinə buraxılacaq adamların adlarını səsləndirməyə başlamışlar. Təxminən 1 saat ərzində siyahı üzrə 5-ci girişin sakinləri evlərinə buraxılmış, sonra həyətdə dayanan polis əməkdaşı elan etmişdir ki, buraxılmalı şəxslər buraxılmışdır, qalan şəxslər hələ qalmalı olacaqlar, çünki əlavə siyahı verilməlidir və həmin siyahıda adları göstərilənlər hissə-hissə evə buraxılacaqlar, bir sözlə izah etmişdir ki, siyahıya uyğun vətəndaşlar evlərinə buraxılacaqlar. Bu məlumat və eyni zamanda eyvanda soyuq havada 1 saat qalmağı ona pis təsir etmiş, çünki onlara hər cür şərait yaradılmasına baxmayaraq evə istəmiş, oradan getmək istəmişdir. Həmin vaxt səs-küy yarandığını görmüşdür. Görmüşdür ki, onların otağının yerləşdiyi 4-cü girişdəki üst mərtəbədən ağ rəngli plastik oturacaqları həyətə atmağa başlamışlar, kimlərin atdığını görməmişdir, yuxarı mərtəbələrdən atılmışdır. Digər sakinlər qoşulub içi su ilə dolu 5 litrlik su çənlərini həyətə atmışlar, lakin aşağıda kiməsə dəyib-dəymədiyini, atan şəxsləri görməmişdir. Artıq 07 aprel 2020-ci il gecə saat 01-02 radələrində həyat yoldaşını qaldıqları otaqda saxlayaraq özü otaqdan çıxıb liftlə 7-ci mərtəbədən 1-ci mərtəbəyə düşmüşdür ki, nə baş verdiyini öyrənsin. Çöl qapı bağlı olmuşdur, qapının ağzında iki nəfər xanım dayanmışdır, onlardan birinin əynində göy rəngli gödəkcə və üzündə tibbi maska olan qadın çıxış qapısının şüşəsini təpiklə vurmaqla sındırmağa çalışmış, qapı və şüşəni sındırmağa müvəffəq olmuşdur. O isə yarı qopmuş tutacağı yerindən qoparıb həmin tutacaqla giriş qapısının əsas lay şüşəsini sındırmışdır. Qapını o, sındırmamışdır. Bundan sonra həyat yoldaşı otaqda tək qaldığından liftə minib 7-ci mərtəbəyə qalxmış və otağına keçib uzanıb yatmışdır. Sonra nələrin baş verdiyini görməmişdir, hər hansı bir sonrakı qanunsuz prosesin iştirakçısı olmamışdır. Şüşəni sındırdığına görə səmimi peşmandır, lakin hesab edir ki, bu əməli ilə cinayət törətməmişdir, bu əməlinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, vurulmuş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, əmlakı məhv etməyə görə verilmiş ittiham üzrə işin icraatına xitam verilməsini, digər maddələrlə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 mart 2020-ci tarixdə Rusiyadan Azərbaycana deportasiya olunmuş və Moskva-Bakı aviareysi ilə Heydər Əliyev adına X11 gəlmişdir. Təyyarədən düşəndən dərhal sonra hava limanında koronavirus infeksiyasının daşıyıcısı olub-olmadıqlarını öyrənmək üçün o və təyyarə ilə gəlmiş təxminən 93 nəfər sərnişin həkim yoxlanışından keçmişlər. Onlardan nümunələr götürülüb yerində testlər aparılmış və daha dəqiq yoxlanış üçün 14 gün ərzində karantində qalacaqları barədə şifahi məlumat verilməklə bütün sərnişinlər polisin müşayiəti ilə avtobuslarla Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "xxxx"nə gətirilmişlər. Onların əksəriyyətini "xxxx"ndəki 11-ci binanın 3-cü girişindəki otaqlarda yerləşdirmişlər, təxminən 10 nəfər şəxs isə otaq çatışmadığından 2-ci girişdəki otaqlarda yerləşdirilmişlər. O və dostu Anar 6-cı mərtəbədəki sıra nömrəsi yadında qalmayan otaqda yerləşdirilmişlər. Həmin otaq iki nəfər üçün nəzərdə tutulmuşdur, otaqda normal şərait olmuş və onlara müvafiq şərait yaradılmışdır. Təxminən 7-10 gün keçəndən sonra onlardan yenidən analiz götürülmüş və deyilmişdir ki, bir neçə günə nəticələri bilinəcək, virus göstəricisi neqativ olduqda evə buraxılacaqlar, pozitiv olduğu təqdirdə isə xüsusi xəstəxanaya yerləşdiriləcəklər. 06 aprel 2020-cı ildə yuxudan ayılandan sonra, təxminən saat 12-13 radələrində dostu Anarın yenidən ağrıdığını görüb sakitləşdirici iynə vurulmasını xahiş etmək üçün tibb personalının əyləşdiyi 3-cü mərtəbəyə liftlə düşmüş və tibb bacısına müraciət edib otaqdan çıxmasını xahiş etmişdir. O, həmin mərtəbədə, eyvana çıxaran qapının önündə dayanmış və adını unutduğu tibb bacısı ona yaxınlaşmış, orada söhbət edib demişdir ki, dostu ağrıyır, təcili sakitləşdirici iynə vurulmalıdır. Tibb bacısı ona bildirmişdir ki, bir neçə dəqiqə sonra iynəni sakitləşdirici məhlulla doldurub yuxarı qalxıb vuracaqdır. O isə tələb etmişdir ki, bunu dərhal etsin, demişdir ki, edə bilmirsə, onları buraxsınlar, orada saxlamasınlar. Tibb bacısı bildirmişdir ki, bunu etmək üçün dərman götürməlidir. O, buna bərk əsəbləşdiyi üçün tibb personalının ünvanına nalayiq ifadələr səsləndirib əsəbləşdiyindən yumruqla yanında durduğu və blokdan eyvana çıxmaq üçün nəzərdə tutulmuş qapıya zərbə vurmuşdur. Həmin qapı plastik və şüşədən, yəni qapının böyük hissəsi, aşağı tərəfi qəhvəyi rəngli plastik materialdan olmuşdur, yuxarı hissəsi, təxminən gövdədən yuxarısı şüşədən olmuşdur. O, sol yumruğu ilə şüşəyə vurmuş və şüşə sınaraq onun sol qoluna düşdüyündən qolu kəsilmişdir. O, tibb personalının ünvanına nalayiq ifadələr səsləndirməklə ona ilkin tibbi yardımdan imtina edib əsəbi olduğu üçün liftlə 6-cı mərtəbəyə qalxıb qaldığı otaqda qolunu özü sarımışdır. Bir neçə dəqiqə sonra isə otağa tibb bacısı gəlib onun qoluna sarğı qoymuşdur. Həmin hadisə baş verəndə onun orada qaldığı 12 gün olmuşdur. Həmin gün axşam saatlarında, hava artıq qaraldıqdan sonra səsküy gəldiyini eşidib eyvana çıxmış və 4-cü girişdə qalan sakinlərin səs-küy saldıqlarını, polis və tibb işçilərinin ünvanına nalayiq ifadələr səsləndirib eyvandan həyətə içi su ilə dolu 5 litrlik su qablarını atdıqlarını görmüşdür. Orada möhkəm səs-küy yaranmış, söyüşlər söyülmüş, eyvanlardan aşağı su qabları ilə yanaşı oturacaqlar və başqa əşyalar atılmışdır. Bunu edən şəxslər 14 gün karantində qaldıqlarını və təcili buraxılmalarını tələb etmişlər. Əsəbləşərək şüşəni sındırdığına görə əməlindən peşmandır, lakin başqa əmələ yol verməmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, vurulmuş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, qardaşının İkinci Qarabağ müharibəsi iştirakçısı və qazi olduğunu nəzərə alaraq, əmlakı məhv etməyə görə verilmiş ittiham üzrə işin icraatına xitam verilməsini, digər maddələrlə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 mart 2020-ci il tarixdə Naxçıvan X6 Bakı şəhərinə Heydər Əliyev adına X11 gəlmişdir. Hava limanında təyyarədən endikdən sonra gözləmə zalında onunla birlikdə təyyarədə gəlmiş şəxslərin hər birinin hərarəti ölçülüb analiz götürülmüşdür. Daha sonra onlara bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ- Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli yaşayış binalarından ibarət "xxxx"ndə karantinə yerləşdiriləcəklər. O, bunu elan edən şəxslərə rəhbərlik edən Çingiz adlı şəxsə yaxınlaşıb xahiş etmişdir ki, bir günlük “Novruz bayramı” münasibəti ilə Naxçıvana getmişdir, onu buraxsın, çünki işigücü var, getməlidir. Çingiz adlı şəxs bildirmişdir ki, analizlərinin cavabları 18 saat ərzində məlum olacaqdır və həmin analizlərin cavabı neqativ olduğu təqdirdə karantin müddəti başa çatacaqdır. Bundan sonra o, sakit yerində dayanmış və onları "xxxx"nə yerləşdirmişlər. O, 11-ci bina, 5-ci giriş, 7-ci mərtəbədə olan otaqların birinə yerləşdirilmişdir. Səhəri gun o, bilmişdir ki, karantində 14 gün ərzində qalacaqdır. Otaqda o, əvvəllər tanımadığı həmyerlisi Nihat adlı şəxslə 06 aprel 2020-ci il saat 23:00-a qədər qalmışdır. Onunla eyni vaxtda karantinə yerləşdirilmiş şəxslərin 14 günü 06 aprel 2020-ci il tarixdə bitmişdir. 10-cu binaya onunla eyni vaxtda karantinə yerləşdirilmiş şəxsləri 05 aprel 2020-ci il tarixdə evə buraxsalar da, 11-ci binada onunla eyni vaxtda karantinə yerləşdirilmiş şəxslərin 14 gün karantin rejimi müddətinin bitməsinə baxmayaraq onlar evə buraxılmamışlar. Yaşadığı otaqda onlara normal şərait yaradılsa da, orada qaldığı müddətdə verilən yeməklərin dadına baxmamış, yalnız kənardan yemək sifariş verib qidalanmışdır, qaldığı müddətdə elə bilmişdir ki, həbsxanadadır. O, orada qalmağa məcbur deyildi, heç bir günahı yox idi, qaldığı yerin yeməyini yeməyə məcbur deyildi. Onları yalnız koridora və binanın dəhlizinə buraxmışlar, həyətə çıxmaq qadağan edilmişdir. 06 aprel 2020-ci il tarixdə günorta saatlarında, təxminən 12 radələrində 14 gün karantin müddəti bitmiş, 11-ci binada olan şəxslər evə buraxılmadığı üçün etiraz etməyə, binalarda olan 5 litrlik plastik su qablarını və meyvələri hündür mərtəbələrdən binanın həyətinə atmağa, ucadan səs-küy salaraq etiraz etməyə başlamışlar. O da binanın 3-cü girişinin 3cü mərtəbəsinə enmiş və həmin şəxslərə qoşularaq etiraz əlaməti olaraq 3 dəfə 5 litrlik su qabını həyətə atmışdır. Bundan sonra Səhiyyə Nazirliyinin bir əməkdaşı gəlib onları arxayın etmişdir ki, gün ərzində sənədləri hazır olacaq və axşamüstü, konkret 2 saatdan sonra onları evə buraxacaqlar. 06 aprel 2020-ci il saat 20 radələrində yenidən etirazlar, səs-küylər başlamış, yenidən plastik su qabları yerə atılmışdır. Daha sonra əraziyə polis, səhiyyə və yanğınsöndürmə əməkdaşları gəlmiş, bir-bir evə buraxılacaq vətəndaşların adları elan edilmişdir. Həmin siyahıda onun da adı olmuş və saat 22 radələrində evə buraxılmışdır. O, polisə çağırılan zaman məlum olmuşdur ki, evə buraxıldıqdan sonra 11-ci binada qalan bir çox vətəndaş evə buraxılmamış, bununla bağlı etiraz etmiş, həyətə stulları və digər əşyaları atmışlar. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, vurulmuş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, səhhətində ciddi problemlər olduğunu, valideynlərinin onun himayəsində olduqlarını nəzərə alaraq, əmlakı məhv etməyə görə verilmiş ittiham üzrə işin icraatına xitam verilməsini, digər maddələrlə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 mart 2020-ci il tarixdə Ukrayna-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Bakı aeroportunda məsul şəxslər onları avtobusla Nizami rayonu ərazisində, “Koroğlu” metrosunun yaxınlığında yerləşən "xxxx"nə gətirmişlər. Onlar təxminən 30 nəfər olmuşlar. Məsul şəxslər tərəfindən onu və Kiyev şəhərində təhsil alan tanıdığı Nihad Əhmədovu "xxxx"ndə 11-ci bina, 2-ci blok, 6-cı mərtəbə “C” saylı otağa yerləşdirmişlər və onlara bildirilmişdir ki, 14 gün müddətində karantin rejimində olacaqlar. 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində otaqda yatmış, oyandıqda binada səs-küy olduğunu eşidib qaldığı mənzilin eyvanına çıxmışdır. Orada təxminən 3-4 nəfər tanımadığı şəxslər olmuşdur. Eşitmişdir ki, həyətdə duran polis əməkdaşiarı ruporla karantindən evə buraxılmalı olan şəxslərin adlarını səsləndirirlər. O da nəyin baş verdiyini aydınlaşdırmaq üçün liftlə 3-cü mərtəbəyə düşəndə bir nəfər polis əməkdaşı ona bildirmişdir ki, yuxarı, öz otağına qalxsın. Buna görə o, yuxarı qalxmışdır. Otaqda olarkən susuzlamış və otaqda 1 ədəd 5 litrlik su qabının olduğunu görmüşdür. Həmin su qabı açıq olmaqla içində yarıdan az su olmuşdur. Su qabındakı su çirkli olduğundan o, həmin su qabını həyətdəki zibil yeşiyinə atmaq qərarına gəlib eyvana çıxmış və su qabını 6-cı mərtəbədən aşağı atmışdır. Su qabı zibil yeşiyinin içinə düşmüş, bundan sonra o, otağına keçmişdir. Eşitdiyi o olmuşdur ki, həyətdən ucadan səslər gəlir. Başqa bir əmələ yol verməmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissləri keçirdiyini, vurulmuş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, özünün peşəkar idmanla məşğul olmaqla uşaq və yeniyetmələr arasında keçirilən idman yarışlarında dəfələrlə yüksək nəticələr göstərdiyini, çox halda İ yerləri qazandığını nəzərə alaraq, əmlakı məhv etməyə görə verilmiş ittiham üzrə işin icraatına xitam verilməsini, digər maddələrlə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X5 göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası ərazisində yeni koronavirus (COVİD- 19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi iiə MMC-yə məxsus olan "xxxx" əmlak kompleksi karantin zonası elan edilmiş və MMC tərəfindən karantinə yerləşdirilməli olan şəxslərin karantin müddəti ərzində qalmaları üçün istifadəyə verilmişdir. Buna baxmayaraq əmlak kompleksinin 11-ci binasında 23 mart 2020-ci il tarixdən 07 aprel 2020-ci il tarixədək karantinə yerləşdirilmiş vətəndaşlar 06 aprel 2020-ci il tarixdə həmin əmlak kompleksində qalmaq istəmədiklərini bildirib həkim yoxlamasının nəticələrini gözləmədən və yeni koronavirus (COVİD-19) infeksiyasının daşıyıcısı olub-olmadıqlarını dəqiqləşdirmədən, bununla koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla evə buraxılmalarını tələb etmiş, gun ərzində davamlı olaraq əmlak kompleksi ərazisində, 11-ci binada və həyətində ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, 11-ci binanın qapılarını, şüşələrini, pəncərələrini, mənzillərdə quraşdırılmış internet avadanlıqlarını sındıraraq istifadə üçün yararsız hala salmış, plastik masa və oturacaqları, qab-qacaqları, MMC tərəfindən təmin edilmiş içməli su ilə dolu su qablarını yuxarı mərtəbələrdən aşağı ataraq məhv etmiş, həmin hərəkətləri mənzillərin içində də törətmişlər. Əmlak kompleksi ərazisindəki 11-ci binada karantinə yerləşdirilmiş vətəndaşların bu kimi hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs MMC-yə 11.343 manat maddi ziyan dəymişdir. Belə ki, əmlak kompleksinin 11 nömrəli binasında yerləşdirilmiş bəzi vətəndaşların hüquqizidd əməlləri nəticəsində 11-ci binanın 4-cü girişinin alüminium qapısı istifadə uçun yararsız hala salınmışdır ki, həmin qapının dəyəri 300 manatdır, qapıda olan və sındırılmış lay şüşənin dəyəri isə 250 manatdır, bununla giriş qapısı və lay şüşəsinin sındırılması nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 550 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 5 ədəd eyvan qapılarının şüşələri (binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvanın plastik qapısı daxil olmaqla) sındırılmışdır ki, hər birinin dəyəri 150 manat olduğundan MMC-yə ümumilikdə 750 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 5 ədəd plastik eyvan qapıları sındırılmışdır ki, hər birinin dəyəri 150 manat olduğundan MMC-yə ümumilikdə 750 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 25 ədəd taxta otaq qapısı sındırılmış və nəticədə MMC-yə 3300 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 15 ədəd taxta şkaf sındırılmış və nəticədə MMC-yə 1050 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 20 ədəd çarpayı sındırılmış və nəticədə MMC-yə 1600 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada hər birinin dəyəri 35 manat olmaqla 10 ədəd plastik masa sındırılmış və nəticədə MMC-yə 350 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada hər birinin dəyəri 10 manat olmaqla 25 ədəd plastik oturacaq sındırılmış və nəticədə MMC-yə 250 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 75 dəst qab-qacaq sındırılmış və nəticədə MMC-yə ümumilikdə 800 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 20 ədəd elektrik çaydan sındırılaraq MMC-yə ümumilikdə 700 manat maddi ziyan vurulmuşdur. Bundan başqa 11-ci binada 3 ədəd hamam kabinələrinin şüşələri sındırılaraq MMC-yə ümumilikdə 900 manat maddi ziyan vurulmuşdur. Mənzillərdəki internet avadanlıqlarının sındırılması nəticəsində MMC-yə 180 manat, plastik və şüşə su qablarının sındırılması nəticəsində isə 163 manat maddi ziyan vurulmuşdur. Belə ki, hər bir su ilə dolu 5 litr həcmli plastik su qabının dəyəri 1 manat 90 qəpikdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş 11.343 manat maddi ziyan tam olaraq ödənilmişdir, ona görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia və şikayətləri yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiuş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon Mühafizə İdarəsində xidmət edir, polis kiçik serjantıdır. Bakı şəhəri, Nizami rayoru, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx" onun xidmət etdiyi əraziyə daxildir. Tağım komandiri Şahid14la birlikdə 06 aprel 2020-ci il tarixdə saat 12 radələrindən başlayaraq "xxxx"ndə xidmətdə olan zaman Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və infeksıyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə "xxxx"nin çoxmərtəbəli yaşayış binalarında karantinə yerləşdirilmiş vətəndaşlardan 11-ci binada olan vətəndaşların ucadan səs-küy saldıqlarını və binaların balkon və pəncərələrindən həyətyanı sahəyə su dolu plastik qabları atmalarının şahidi olmuşlar. Onlar orada vətəndaşları karantin qaydalarını pozmamağa dəfələrlə dəvət etmiş, lakin bir müddət bəzi vətəndaşlar sakitliyə riayət etsələr də, qısa müddət ara verməklə öz qanunsuz əməllərini davam etdirərək əsasən 11-ci binanın 3, 4 və 5-ci girişlərində, müxtəlif mərtəbələrdə vətəndaşların davamlı olaraq su dolu plastik qablarını atmalarının şahidi olmuşlar. "xxxx"ndə yerləşən 11-ci binanın 3-cü girişinin 3-cü mərtəbəsindəki eyvanda, sonradan adı onlara Xəyal kimi məlum olan bir nəfər şəxs xüsusilə seçilmişdir. Adını bilmədikləri tibb bacısı ucadan səslə bir nəfər şəxsin oranı dağıtdığını, belə ki, həmin Xəyal adlı şəxsin eyvana çıxan qapının şüşəsini sındırdığını və nəticədə qolunun kəsildiyini bildirərək onların yuxarı qalxmalarını xahiş etmişdir. Onlar həmin tibb bacısından bu şəxsin kim olmasını soruşduqda, bildirmişdir ki, 11-ci binanın 3-cü girişinin 6-cı mərtəbəsindən qalan Gəncə şəhərindən olan Xəyal adlı şəxsdir. Karantin qaydalarına uyğun olaraq binaya girişləri qadağan olduğu üçün yuxarı qalxa bilməmişlər. Bir müddət keçdikdən sonra Xəyal adlı şəxs qolu sarğılı vəziyyətdə binanın həyətinə düşmüşdür. Onlar Xəyala yaxınlaşıb nə üçün karantin qaydalarını və ictimai qaydanı pozduğunu bildirərək intizama dəvət etmişlər. Xəyal isə özünü müdafiə edərək başının ağrıdığını, bu səbəblə dərman istədiyini, lakin dərman verilmədiyini, əsassız karantində saxlanmasını əsas gətirərək onlara cavab vermişdir. Xəyal demişdir ki, o, çıxıb getmək istəyir, onu buraxmasalar, bu dəfə başını, boğazını kəsəcəkdir. O, Xəyalı intizama və səbrli olmağa dəvət edərək, mövcud qaydalara riayət etməsini tələb edərək sakitləşdirmişdir. Bundan sonra Xəyal binaya daxil olmuşdur. Qısa müddət sonra digər binalarda qalan şəxslər karantin rejimindən evə buraxılmışlar. Bundan sonra yenidən 11-ci binada olan vətəndaşlar digər şəxslərin evlərə buraxılmalarını, lakin onların karantində qalmalarını bəhanə edərək binanın həyətinə su dolu plastik qabları, məişət tullantılarını atmağa başlamışlar. Yenidən Xəyal adlı şəxs yanında Anar adlı dostu ilə birlikdə karantin qaydalarını pozaraq binanın giriş hissəsində dəhlizə enərək evə getmələrini, binadan çıxıb getmək istəmələri barədə uca səslə tələb etməyə başlamışlar. O, Xəyalla Anarı intizama dəvət edib onları maarifləndirməyə, sakitləşdirməyə, karantin qaydaları barədə daha ətraflı məlumat verməyə başlamışdır. Anar bildirmişdir ki, Xəyal qollarını kəsib, iki qolu da işləmir, özünün bel nahiyəsində ağrıları var. O, Xəyal və Anarı davamlı olaraq intizama dəvət etmiş, bundan sonra həmin şəxslər yuxarı qalxmışlar. Qeyd olunan hadisə ilə bağlı tağım komandiri Şahid14la birlikdə 06 aprel 2020-ci il tarixdə Nizami rayon polis idarəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14, şahid F.E.Əbdürəhmalı ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs3 ilə 24 mart 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmış və pandemiya ilə əlaqədar saat 20 radələrində o və Fərhad xüsusi ayrılmış avtobuslar vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx"nə gətirilmişlər, 11-ci bina, 4-cü giriş, 7-ci mərtəbə, otaq 72A-da qalmışlar. Karantinə alınanda onlara bildirilmişdir ki, 14 gündən sonra evə buraxılacaqlar. 06 aprel 2020-ci il tarixdə saat 14 radələrində "xxxx"ndə tibb işçiləri onların otağına gəlib hazırlaşmağı, 14 gün karantində qalma müddəti tamamlandığı uçün evə buraxılacaqlarını demişlər. Lakin 06 aprel 2020-ci il tarixdə saat 22 radələrinədək gözləsələr də, onları heç kim evə buraxmamışdır. Bundan sonra Fərhad nə üçün onları buraxmadıqlarını öyrənmək üçün aşağı həyətə enmiş və bır neçə dəqiqədən sonra yenidən qayıtmışdır. Fərhad ona bildirmişdir ki, aşağıda bir neçə karantin rejimində saxlanılan şəxs evə buraxılmadıqları üçün etiraz edirlər. Həmin gün Fərhad vəziyyəti öyrənmək üçün bir neçə dəfə qaldıqları otaqdan həyətə enmişdir. Növbəti dəfə Fərhad aşağıdan qalxıb qaldıqları otağa gələn zaman 1-ci mərtəbədə qapının tutacağını yerindən çıxararaq həmin qapının şüşəsini sındırdığını bildirmişdir. O, nə üçün belə etdiyini soruşduqda, Fərhad çox əsəbi olduğunu, bu şəbəbdən bunları etdiyini, beləliklə onları evə buraxmadıqları üçün bu şəkildə etiraz etdiyini bildirmişdir. Bundan sonra Fərhad yenə də aşağı həyətə enmişdir. Artıq 07 aprel 2020-ci il tarixdə saat 02 radələrində Fərhad qaldıqları otağa qalxıb bildirmişdir ki, etiraz etməklərinin heç bir mənası yoxdur, onsuz da göstəriş olmazsa buraxmayacaqlar. Bundan sonra onlar yatmışlar və 07 aprel 2020-ci il tarixdə günorta saatlarında onlar Nizami rayon polis idarəsinə gətirilmişlər. Bildirilmişdir ki, karantində saxlanılan bir neçə şəxs 14 gündən artıq saxlanıldıqlarını bəhanə edərək 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində "xxxx"ndə səs-küy salmış və karantində saxlanılan digər şəxslərin dincliyini pozmuşlar. İbtidai istintaqda verdiyi ifadəsində Fərhadın tutduğu əməlindən çox narahat olması və gecə çox narahat yatması barədə göstərilənlərlə razılaşmır, o, həmin qaydada ifadə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə Ukraynadan Bakı şəhərinə qayıtmış, Heydər Əliyev adına Hava Limanından karantinlə bağlı "xxxx"nə gətirilərək orada 9-cu mərtəbədəki 37A saylı otaqda Azad adlı şəxslə birlikdə yerləşdirilmişdir. Karantin müddəti ərzində yemək-içməkləri, hər şeyləri qaydasında olmuş, onun və digər şəxslərin heç bir narahatçılığı olmamışdır. Azad 05 aprel 2020-ci il tarixdə evə buraxılsa da, o, karantində qalmışdır. 06 aprel 2020-ci il tarixdə saat 23 radələrində həyətdə səs-küy eşitdiyi üçün eyvana çıxmışdır. Səs-küy salanların tələbi evə buraxılmaları ilə bağlı olmuşdur. 3 və 4-cü bloklarda qalan şəxslər etiraz edib qışqır-bağır salaraq ətrafdakı şəxslərin diqqətini cəlb etmək istəmişlər. Həmin vaxt həyətdə tanımadığı bir qadın uşaqla dayanmışdır. Onun tanımadığı şəxslər binadan şüşə qabını aşağı ataraq qışqırmışlar. O da qışqıraraq bildirmişdir ki, həyətdə uşaq var. Onun səsinə heç kim məhəl qoymamışdır. O, otaqdan çıxıb 3-cü mərtəbəyə düşərək adını bilmədiyi diabet xəstəsi olan qadını öz otağına qaldırmışdır. 07 aprel 2020-ci il tarixdə karantındən çıxarılaraq polisə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 aprel 2020-ci il tarixdə saat 21 radələrində karantində olduğu "xxxx" ərazisindəki 11-ci binanın eyvanlarından səs-küy və təhqir səsləri eşitdiyindən özü də qaldığı mənzilin eyvanına çıxmış və karantində olan şəxslərin narazılıq edərək səs-küy saldıqlarının, evlərinə buraxılmadıqları üçün narazılıq etdiklərinin şahidi olmuşdur. O və ətrafında olan digər şəxslər səs-küy salanları düz yola çəkmək üçün qanunun tələblərinə tabe olmağa çağırmış və səhv addım atdıqlarını bildirmişlər. O, eyvandan baxarkən təxminən 15-20 nəfərin karantindən çıxmalarını, qalan şəxslərin isə buna etiraz etdiklərini, səs-küy saldıqlarını və nalayiq küçə söyüşləri söydüklərini görmüş və eşitmişdir. Hətta bəzi şəxslər eyvandan su və digər əşyaları aşağı atmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayının sonları, aprel ayının əvvəlləri “Koroğlu” metrostansiyasının yaxınlığındakı "xxxx"ndə karantində olmuşdur. 08 aprel 2020-ci il tarixdə polis idarəsinə aparılmış və orada ifadəsi alınmışdır. Orada bildirmişdir ki, o, heç bir hadisənin şahidi olmamışdır, onun adından ifadəsi yazılmış və o da imzalamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə cari məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun istintaq zamanı verdiyi 08 aprel 2020-ci il tarixli ifadəsi elan edilərək tədqiq olunmuşdur. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, 23 mart 2020-ci il tarixdə Naxçıvan şəhəri Heydər Əliyev adına Hava Limanından təyyarə ilə Bakı şəhərində yerləşən Heydər Əliyev adına X11 gəlmişdir. Onlar təyyarədən endikdə polis əməkdaşları qarşılarını kəsərək bildirmişlər ki, virus epidemiyası ilə əlaqədar ölkədə karantin rejimi olduğundan onları "xxxx"ndə karantinə alacaqlar. Onu "xxxx"nin 11 nömrəli binasının 5-ci blokunun 4-cü mərtəbəsində olan otaqlardan birinə yerləşdirmişlər. Həmin otaqda onunla birlikdə Seyıdov Mırhəsən adlı şəxs də qalmışdır. 06 aprel 2020-ci il tarixdə günorta saatlarında Ukrayna Respublikasından gətirilmiş və karantində saxlanılan təxminən 7-8 nəfər Azərbaycan vətəndaşı, 9 gün müddətində karantində olduqlarına baxmayaraq, evlərinə buraxılmadıqları üçün narazılıq edib həkimlə görüş istəmişlər. Həkim və polis əməkdaşları ora gəlmişlər. Narazı olan şəxslərdən təxminən 20 nəfəri karantindən buraxılmış, digər şəxslərə məlumat verilmişdir ki, 07 aprel 2020-ci il saat 11 radələrində qalan şəxslər də karantindən buraxılacaqlar. Bundan sonra orada səs-küy salan şəxlər sakitləşmişlər. 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində o, otaqda olan zaman binada səs-küy olduğunu eşidib eyvana çıxmışdır. Bu zaman binanın 2, 3 və 4-cü bloklarında olan şəxslərin binanın eyvanlarından yenidən karantində qalmalarına etiraz olaraq səs-küy salıb aşağı su qabları, meyvələr, stəkan, qab-qacaq, stol atmağa başladıqlarını görmüşdür. Binanın 4-cü blokunun giriş qapısının şüşəsinin qırılmasının səsini eşitmişdir. Bu zaman həmin qapıdan bir nəfər qadın və uşaq qaçmışdır. Baş vermiş hadisələr zamanı o, yalnız sözlə etiraz etmişdir. İfadəsinin elan olunmasından sonra Şahid3 həmin ifadəsi ilə razı olmadığının əsasına dair hər hansı dəlilini irəli sürə bilməməklə yanaşı, hadisə zamanı onun yalnız səs-küy eşitdiyini, lakin həmin ifadəsinin özü tərəfindən imzalandığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Mərdan oğlu ifadəsində göstərmişdir ki, 23 mart 2020-ci il tarixdə Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, Heydər Əliyev adına X11 gəldikdə çıxışda ona bir nəfər şəxs yaxınlaşaraq bildirmişdir ki, dünyada baş verən koronavirus infeksiyası ilə əlaqədar 14-21 gün müddətinə karantinə yerləşdirilməlidir. Bundan sonra onu və təyyarə ilə gəlmiş digər şəxsləri avtobuslarla Nizami rayonu ərazisində yerləşən "xxxx"nə gətirmişlər. Orada onu, Musanı və Maliki 11 nömrəli binanın 5-ci blokunun 4-cü mərtəbəsində olan otaqlardan birinə yerləşdirmişlər. Karantin dövründə o və digər şəxslər gündə üç dəfə yeməklə, çay və su ilə fasiləsiz təmin olunmuşlar, mütəmadi olaraq orada olan həkimlər karantinə yerləşdirilmiş şəxslərə nəzarət etmiş, səhhətlərini yoxlamışlar. 05 aprel 2020-ci il tarixdə axşam saatlarında karantində qalan bir qrup şəxs karantinə nəzarət edən həkimdən onların nə vaxt buraxılacaqları barədə sual vermişlər, həkim 10 dəqiqəyə gəlib məlumat verəcəyini bildirib oradan getmiş və geri qayıtmamışdır. Həmin axşam eyni blokda qalan bir qrup şəxs blokun giriş qapısına toplaşmış, karantinı mühafizə edən polis əməkdaşı yaxınlaşaraq otaqlara getmələrini məsləhət görmüşdür. Onlar polis əməkdaşının sözünə əməl edərək otaqlara getmişlər. 06 aprel 2020-ci il tarixdə günorta saatlarında Ukraynadan gətirilmiş və karantində saxlanılan təxminən 7-8 nəfər Azərbaycan Respublikası vətəndaşı 9 gün müddətində orada qaldıqlarına baxmayaraq evlərinə buraxılmadıqlarını səbəb gətirib narazılıq etmişlər və həkimlə görüş istəmişlər. Həkim və polis əməkdaşları ora gəlmişlər. Narazıçılıq edən şəxslərdən təxminən 20 nəfən karantindən buraxılmış, digər şəxslərə isə məlumat verilmişdir ki, 07 aprel 2020-cı il saat 11 radələrində karantindən buraxılacaqlar. Bundan sonra orada səs-küy salan şəxlər sakitləşmişlər. 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində yuxarı mərtəbədə və həmin binanın 4-cü blokunda qalan şəxslər yenidən karantində saxlanmalarına etiraz olaraq səs-küy etməyə və aşağı su qabları, meyvələr, stəkan, qab-qacaq, sotol atmağa başlamışlar. Bundan sonra karantin yerinə polislər, yanğınsöndürənlər və həkimlər gəlmişlər. 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində karantin bölgəsində baş verən hadisələr zamanı o, ancaq baxıb seyr etmiş, karantin rejimini pozmamışdır. Onunla eyni blokda qalan Mirhəsən və yanında olan iki nəfər şəxs isə aşağı su qabları atdıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə Naxçıvandan təyyarə ilə Bakı şəhərinə gəlmiş, hava limanında təyyarədən düşən 160 nəfərin hamısını məsul şəxslər Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi üçün karantinə alacaqlarını bildirmişlər. Onları Bakı şəhəri, Nizami rayonu ərazisindəki "xxxx"nə aparmışlar, orada onu 11-ci bina, 5-ci blok, 7-ci mərtəbədə yerləşdirmişlər. Onu Şərur şəhərindən olan tanışı Təqsirləndirilən şəxs1la bir otağa salmışlar. Onlara gündə 3 dəfə yemək verilmiş, otaq şəraitləri tam normal olmuşdur, hər otaqda hamam-tualet olmuş, tibb işçiləri hər gün hərarətlərini ölçüb səhhətləri ilə maraqlanmışlar. 05 aprel 2020-ci il tarixdə axşam saatlarında 10-cu binada yerləşdirilmiş Naxçıvandan eyni təyyarə reysi ilə gəlmiş şəxsləri karantindən sərbəst buraxmışlar, lakin onları buraxmamışlar. 06 aprel 2020-ci il tarixdə səhər saatlarında o, yatmışdır. Təxminən saat 11-12 radələrində səs-küyə oyanmış, balkona çıxanda görmüşdür ki, binanın həyəti plastik su qabları ilə doludur. 11-ci binanın 7-ci mərtəbəsində və başqa mərtəbələrdə qalan şəxslər karantindən sərbəst buraxılmaları üçün səs-küy salaraq binanın həyətinə plastik su qablarını tullamışlar. O, yuxudan oyananda münaqişə sakitləşmişdir, çünki binanın həyətinə orada xidmətə çıxan polis əməkdaşlarından başqa ictimai qaydanı qorumaq üçün köməyə digər polis əməkdaşları gəlmişlər. O, liftlə birinci mərtəbəyə düşmüş, 5-ci blokun 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs1ün yüksək rütbəli mülki formada olan polis əməkdaşı ilə söhbət etdiyini görmüşdür. Mirhəsən bildirmişdir ki, eyni vaxtda gələn 10-cu binada yerləşdirilmiş şəxslər karantindən buraxılmışlar, onları isə buraxmırlar. Polis əməkdaşları isə bildirmişdir ki, karantindən buraxılma məsələsini tibbi işçiləri müəyyənləşdirir, polisin işi deyil, polisin işi yalnız karantin rejiminin mühafizəsini təmin etməkdir. Hadisə zamanı Mirhəsən, əslən Culfadan olan Elnur və başqaları karantindən buraxılmamalarına etiraz əlaməti olaraq həyətə plastik su qablarını tullamışlar, onların karantindən sərbəst buraxılmalarını başqalarından daha çox aktiv tələb etmiş, buna görə tez-tez münaqişə yaratmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 22 mart 2020-ci il tarixdə nənəsinin yas mərasimi olduğundan Naxçıvan şəhərinə getmiş, 23 mart 2020-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhərinə qayıtmışdır. Hava limanında sərnişinlərin hərarəti yoxlanılmaqla analizlər götürülmüş və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanındakı "xxxx"ndə 11-ci binanın 5-ci girişində karantinə yerləşdirmişdir. O, 6-cı mərtəbədə liftdən çıxdıqda sol tərəfdə olan “C” otağında tək qalmışdır. Hər gün 3 dəfə qidalanma ilə təmin olunmuş, həkim nəzarətində olmuş, heç bır narazılığı olmamışdır. Karantin rejimində qaldığı zaman həmyerlisi X13, Namiq, Nihat, Seyid kimi çağırılan Mirhəsən, Daşqın və digər şəxslərlə səmimi münasibəti yaranmışdır. Beli ağrıdığı üçün həmin şəxslər tez-tez ziyarətinə gəlmişlər. Həmçinin o, orada Ülvi, Musa, Malik adlı tələbələri də tanımışdır. Karantin dövrünün son günlərində orada saxlanılan şəxslər evlərinə getmək istəmişlər, üzbəüz bina sakinləri buraxıldıqdan sonra bir nəfər naxçıvanlı, təxminən 40-45 yaslarında arıq bədən quruluşlu, qara saçlı, başını və ağzını qırmızı şərflə bağlamış qadın bəzi cavanları orada saxlanılmalarına etiraz etməyə çağırmış, karantində qalan şəxslərin etiraz etdikləri halda mühafizəçilərin bundan bezib onları buraxacaqlarını bildirmişdir. Çılğın xarakteri ilə seçilən Mirhəsən həmin qadının təhrikedici sözlərinin təsiri altına düşərək artıq evə getmək vaxtı olmasını bildirib tez buraxılmağa can atmışdır. 06 aprel 2020-ci il tarixdə günorta saatlarında o, Samir və Mirhəsən nə vaxt buraxılacaqlarını dəqiqləşdirmək üçün yaşadıqları binanın girişinə düşmüşlər, həmin vaxt onlarla bir yerdə tanımadığı şəxslər də qapının qarşısında həkimdən nə zaman buraxılacaqlarını xəbər almışlar, həkim isə analizlərin cavabları alındıqdan sonra buraxılacaqlarını bildirmişdir. O, xəbəri eşitdikdən sonra əvvəlcə otağına, sonra isə 3-cü mərtəbəyə həkimə getmişdir ki, təzyiqini ölçdürsün. Həkimdə olarkən səs-küy eşitdiyindən 3-cü mərtəbənin eyvanına çıxmış, bu zaman bir nəfər tanımadığı “kapişonlu” şəxsin eyvanda qarşısına 4 ədəd su qabı qoymasını, digər eyvanda da bir neçə şəxsin, həmçinin Mirhəsənin, onları təhrik edən qadının və daha bir neçə nəfərin arxada dayanmalarını görmüşdür. Həmin vaxt ağzında ağ rəngli maska olmuş, Mirhəsən də onun kimi qara rəngli paltar geyinmişdir. Onun beli ağrıdığına görə əlini eyvanın məhəccərindəki 2 ədəd su qabının üzərinə qoymaqla özünə dayaq etmişdir. Bir neçə saniyədən sonra “kapişonlu” paltar geymiş oğlan qarşısında olan su qabını Mirhəsənlə birlikdə həyətə doğru atmışdır, həmçinin digər eyvanda olan şəxslər də su qablarını həyətə atmışlar. Şəxsən özü hər hansı su qabını əlinə götürməmiş və atmamışdır, beli ağrıdığından əlinə nəsə götürməsi mümkünsüz olmuşdur, çünki ayaq üstə güclə dayanmışdır. 08 aprel 2020-ci il saat 19 radələrində evə buraxıldığı uçün sonra nə baş verməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, koronovirus pandemiyasına görə təhsil aldığı Türkiyə Respublikasında dərslər qeyrımüəyyən müddətə təxirə salındığından 23 mart 2020-ci il tarixdə Ankara şəhərindən avtobusla Naxçıvan Muxtar Respublikasına, oradan isə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Həkim yoxlamasından keçdikdən sonra 14 gün müddətinə karantində saxlanılacaqları bildirilərək Nizami rayonu “Koroğolu” metrostansiyasının yaxınlığında yerləşən "xxxx"nə gətirilmişlər. 05 aprel 2020-ci il tarixdə qaldığı binanın sakinlərinin yarısı evə buraxıldığına görə orada saxlanılan bəzi vətəndaşlar narazı qalaraq səs-küy yaratmış, yüksək səslə buraxılmalarını tələb etmişlər. O, səs-küyə görə nə baş verməsini dəqiqləşdirmək üçün qaldığı mənzilin eyvanına çıxdıqda bəzi sakinlərin buraxılmamalarına etiraz əlaməti olaraq eyvanlardan hansısa əşyaları aşağı atdıqlarını görmüş, lakin havanın qaranlıq olması səbəbindən konkret kimin, hansı mərtəbədən və nə atdığını görməmişdir. 06 aprel 2020-ci il tarixdə saat 23 radələrində mənzildə olan zaman həkimlər gələrək karantin müddətinin başa çatdığını elan etmiş və onları evlərinə buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 15 mart 2020-ci il tarixdə Heydər Əliyev adına Hava Limanından təyyarə ilə Naxçıvana valideynini görmək üçün getmiş, 23 mart 2020-ci il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. Hava limanında təyyarədən endikdən sonra gözləmə zalında onunla birlikdə təyyarədə gəlmiş şəxslərin hər birinin hərarəti yoxlanılmış və analizlər götürülmüş, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən "xxxx"ndə karantinə yerləşdiriləcəkləri barədə məlumat verilmişdir. O, digər şəxslərlə birlikdə “Atletlər kənd”ində olan 11-ci binanın 5-ci girişində olan mənzillərə aparılaraq özü Ülvi adlı tələbə ilə 7-ci mərtəbədə yerləşən otağa yerləşdirilmişdir. Orada gündəlik 3 dəfə qidalanma ilə təmin edilməklə həkim nəzarəti altında olmuşlar, narazılığı olmamışdır. Karantin rejimində qaldığı zaman eyni aviareyslə gələn Nihat, Seyid ləqəbli Mirhəsən, Daşqın və Şahid9la, həmçinin “Bakı uşaqları” kimi bildiyi tələbələrlə tanış olmuşdur. Karantin rejiminin son günləri yaxınlaşdıqca karantində olan şəxslər evlərinə getmək istədiklərindən, oradakı bəzi cavan yaşlı şəxsləri bir nəfər “naxçıvanlı” təxminən 40-45 yaşlarında arıq bədən quruluşlu, qara saçlı, başını və ağzını qara şərfiə bağlamış qadın etiraz etməyə çağırmış, bu yolla oradan buraxılacaqlarına inandırmağa çalışmışdır. Onun sözlərinə inananlardan biri də Mirhəsən olmuşdur. İstintaq zamanı ona təqdim olunmuş videogörüntülərdən ona məlum olmuşdur ki, Mirhəsən uca səslə etirazını bildirməklə yanaşı su qabını eyvandan binanın həyətinə atmışdır. Həmçinin su qabını atan və qışqırıb öz etirazını bildirən saqqalı “kapişonda” olan şəxs olmuşdur, lakin həmin şəxsi və digər pəncərədə olan şəxsləri tanımamışdır. Mirhəsəndən nə baş verdiyini soruşanda o, su qablarını həyətə atdıqlarını demişdir. İbtidai istintaq zamanı dindirilmiş aşağıda göstərilən digər şahidlərin məhkəməyə məcburi gətirilmələrinə dair qərar qəbul edilmiş, lakin qərarın icrası mümkün olmamışdır. Bununla əlaqədar həmin şahidlərin istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə Nyu York hava limanından təyyarə vasitəsi ilə ölkəyə qayıtmışdır. Heydər Əliyev adına X8 müvafiq həkim yoxlamasından keçmişlər, bu zaman ondan və digər sərnişinlərdən testlər götürülmüş və 14 gün müddətində karantində saxlanılacaqları bildirilmişdir. Polis əməkdaşları onları Nizami rayonu, “Koroğlu” metrosunun yaxınlığında yerləşən "xxxx" ərazisinə gətirmişlər. Orada onu 11-ci binanın 9-cu mərtəbəsində olan 35D nömrəli mənzildə yerləşdirmişlər. O, orada tanımadığı Əli adlı oğlanla birlikdə karantində qalmışdır. Karantin müddətində şəraitləri çox yaxşı olmuş, heç bir narazılıqları olmamışdır. 06 aprel 2020-ci il tarixdə saat 23 radələrində karantindən buraxılmadığına gorə bir qrup şəxs yüksək səslə qışqırıb narazılıq bildirərək plastik stulları, su qablarını balkonlardan yerə atmağa başlamışlar. O və yanında olan Əli adlı oğlan heç bir səs-küy salmamış və heç bir əşya pəncərədən yerə atmamışlar. O, balkondan baxan zaman mənzillərdən əşya atılmasının şahidi olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 mart 2020-ci il tarixdə Nyu-York-Bakı aviareysi ilə Azərbaycana gəlmiş və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq ölkə ərazisində yeni koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 205 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarından ibarət "xxxx"ndə karantinə yerləşdirilmişdir. O, otaqda ABŞ vətəndaşı olan Rik adlı bir şəxslə birlikdə qalmışdır. Onlara otağın balkonuna, ümumi dəhlizə çıxmağa icazə verilsə də, həyətyanı sahəyə çıxmağa, yaşadıqları binadan kənara çıxmağa icazə verilməmişdir. 06 aprel 2020-ci il tarixdə saat 21 radələrində otaqda olan zaman bayırdan ucadan binada qalan şəxslərin səslərini eşitmiş, səsdən vahiməyə düşmüş və otaqda olan balkondan həyətə baxmışdır. Həmin zaman binanın 4-cü və 5-ci girişinin yuxarı mərtəbələrində olan adamların balkonlardan və pəncərələrdən aşağı su dolu plastik qabları və digər predmetləri atmalarını görmüşdür. Bu barədə otaq yoldaşı Rikə demiş, hər ikisi 3-cü mərtəbəyə düşmüşlər, çünki 3-cü mərtəbədə tibb personalına ayrılmış otaq olmuşdur. Orada olan adını bilmədiyi, lakin üzdən tanıdığı tibbi işçisi olan xanıma yaxınlaşmışlar. Nə baş verdiyi barədə soruşduqda, onlara bildirmişdir ki, təxribatla üzləşiblər, otağa qalxmalarını tələb etdiyi üçün Riklə birlikdə yaşadıqları otağa qalxmışlar. Bundan sonra balkona çıxmamışlar, çünki tibbi personal tapşırmışdır. O, səsdən gecə yarısına qədər yata bilməmişdir. 08 aprel 2020-ci il tarixdə isə evə buraxılmışdır. Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, koronavirus pandemiyası ilə bağlı dərslər təxirə salındığı üçun magistr pilləsi uzrə təhsil aldığı Türkiyə Respublikasından tələbə yoldaşları Şahid12 və Musa Həsənovla birlikdə 22 mart 2020-ci il tarixdə İstanbuldan təyyarə ilə Ankaraya, oradan isə Naxçıvan gəlmişlər. Səhəri gün hər üçü təyyarə ilə Bakı şəhərinə gəlmiş, ölkədə “Covıd 19” ilə mübarizə tədbirləri çərçivəsində karantin elan olunduğundan onları xüsusi avtobuslar vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx"nə gətirərək 11-ci korpus, 5-ci giriş, 4-cü mərtəbə, otaq nömrəsini xatırlamadığı otaqda yerləşdirilmişlər. Orada olduqları müddətdə 3 dəfə yemək verilmiş, həkimlər gündəlik müayinə etmiş otaqda hər bir şərait olmaqla onun və tələbə yoldaşları Ülvi ilə Musanın heç bir şikayət və tələbləri olmamışdır. Karantin rejiminə alınan zaman həkimlər onların 14 gün sonra analizlərinin cavabından asılı olaraq evə buraxılacaqlarını bildirmişlər. 06 aprel 2020-cı il tarixdə günorta saatlarında otaqda olarkən səs-küy eşitdikləri üçün Şahid12 və Musa Həsənovla birlikdə otağın eyvanına çıxmış, həmin vaxt karantin rejimində saxlanılan bır neçə şəxsin söyüşlər söyərək binanın eyvanından həyətə su ilə dolu qabları, stəkan, stul, yumurta və digər müxtəlif əşyalar atdıqlarını görmüşdür. Bundan sonra o, nə baş verməsini öyrənmək üçün qaldıqları korpusun ümumi dəhlizinin eyvanına çıxmış, orada boz rəngli “kapişon” geyinmiş adını bilmədiyi Türkiyədə təhsil alan tələbənin, həmçinin Seyid adı ilə çağırılan Mirhəsən adlı şəxsin su ilə dolu qabları eyvandan aşağı atdıqlarını görmüşdür. Sonradan bildiyinə görə su və digər əşyalar atan şəxslər karantin rejimində saxlanılmalarının 14-cü gününün tamam olmasına baxmayaraq evə buraxılmadıqlarına etiraz əlaməti olaraq belə hərəkətlərə yol vermişlər. Bundan sonra o, öz qaldığı otağa geri qayıtdıqda Şahid12 və Musa Həsənovun artıq otaqda olduğunu görmüşdür. Həmin gün, yəni 06 aprel 2020-ci il tarixdə saat 22 radələrində onlar yenə səs-küy eşitdikləri üçün ümumi dəhlizin eyvanına çıxmış, onların olduqları dəhlizdə heç kim olmasa da, digər korpusların sakinlərinin yenə də ünvansız söyüşlər söymələri, etiraz əlaməti olaraq binanın eyvanından həyətə su ilə dolu qablar, stəkan, stul, yumurta və müxtəlif şeyləri atdıqlarını görmüşlər. Bundan sonra o, şüşə sındırılması səsini eşitmiş və sonradan ona məlum olmuşdur ki, karantin rejimində qalan şəxslərdən biri 11-ci korpusun 1-ci mərtəbəsində qapının şüşəsini sındırmışdır. Yaranmış vəziyyət, yəni səs-küy və müxtəlif əşyaların yerə atılması 07 aprel 2020-ci il saat 02 radələrinədək davam etmiş, onlar otağa qayıdaraq yatmışlar. Həmin gün günorta saatlarında karantin rejimində saxlanılan bir neçə şəxsin Nizami rayon polis idarəsinə aparılmaları məlum olmuşdur. İfadəsində göstərdiyi şəxslərdən başqa karantin rejimim pozan digərlərinin şəxsiyyətləri ona məlum olmamışdır, orada saxlanılan bir neçə şəxs 14 gündən artıq müddətə saxlanılmalarını bəhanə edərək 06 aprel 2020-ci il tarixdə həm günorta saatlarında, həm də saat 22 radələrində "xxxx"ndə səs-küy salıb karantində saxlanılan digər şəxslərin dincliyini pozmuşlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1, 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1-2) - 07 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə baxış keçirilmiş, "xxxx" əmlak kompleksi ərazisindəki 11-ci binanın həyətində sınmış şüşə su qablarının, plastik su qablarının, plastik oturacaq və masaların, qab-qacaqların olması, binanın 4-cü girişinin qapısının şüşəsinin sındırılması, tutacağının yerindən qoparılması, şüşəni saxlayan sol yan çərçivənin yerindən çıxarılması, mənzillərə baxış keçirilərkən çoxsaylı əmlakın zədələnib məhv edilməsi, bununla əmlak ziyanının vurulması müəyyən edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, yerindən qoparılmış tutacaq və şüşəni saxlayan sol yan çərçivə qablaşdırılıb götürülmüşdür. (İ cild i.v. 7-17) -Zərərçəkmiş şəxs MMC-nin 07 aprel 2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" əmlak kompleksi ərazisində yerləşən 11-ci binadakı əmlakın qəsdən məhv edilməsi nəticəsində MMC-yə ümumilikdə 11.343 manat maddi ziyan vurulmuşdur. (İİ cild i.v. 54) - 07 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən cinayətin törədilməsində alət qismində istifadə edilmiş 11-ci binanın 4-cü girişinin qapısının iç tərəfdən olan uzunsov boru şəkilli metal materialdan hazırlanmış tutacağı və həmin giriş qapısının içəridən sol tərəf metal çərçivəsi iş üzrə maddi sübut qismində tanınmış və həmin əşyaların həcmi nəzərə alınmaqla saxlanılması üçün Bakı şəhər BPİ-nin Təchizat şöbəsinə təhvil verilmişdir. (İ cild i.v. 65-66) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 may 2020-ci il tarixli 864 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs4 xroniki psixi xəstəlik müəyyən edilmir, emosional davamsız tip şəxsiyyətin pozuntusu müəyyən olunur. Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 cinayəti törədən zaman qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. (İİ cild i.v. 165-168) - 22 iyun 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 06 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən "xxxx" əmlak kompleksi ərazisində baş vermiş hadisələrin videogörüntülərinə baxışla müəyyən edilmişdir ki, diskdə 4 ədəd: İLU05585 adlı 40 saniyə, CNR08189 adlı 29 saniyə, LAİJ2732 adlı 51 saniyə, MBXA4984 adlı 1 dəqiqə müddət ərzində davam edən video fayl və 2 ədəd fotoşəkil vardır. İLU05585 adlı video fayla baxışla müəyyən edilmişdir ki, giriş qapısının önündə göy rəngli gödəkçə geyinmiş və arxasında tünd rəngli gödəkçə geyinmiş qadınlar dayanmışlar. Göy rəngli gödəkçə geyinmiş qadın giriş qapısının tutacağından yapışaraq onu qoparmağa cəhd göstərir, lakin buna müvəffəq ola bilmir. Həmin anda qara rəngli gödəkçə geyinmiş qadın onun arxasında dayanaraq müşahidə edir. Bu müddətdə liftin qapısı açılaraq bir nəfər kişi cinsinə mənsub, göy rəngli cins şalvar və tünd rəngli gödəkçə geyinmiş, saçı seyrək, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs3 ilə eynilik təşkil edən şəxs liftdən çıxaraq giriş qapısı önündə dayanmış qadınlara yaxınlaşır. Təqsirləndirilən şəxs3 həmin qadınların önünə keçərək giriş qapısının tutacağını özünə tərəf dartaraq tutacağı yerindən qoparır, həmin tutacaqla giriş qapısının lay şüşəsinə iki dəfə zərbə endirir. Daha sonra göy rəngli gödəkçə geyinmiş qadın giriş qapısının lay şüşəsinin aşağı hissəsinə sağ ayağı ilə iki dəfə zərbə vurur. Həmin müddətdə Təqsirləndirilən şəxs3 əlindəki, qoparıb çıxardığı tutacağı yerə ataraq giriş qapısının lay şüşəsini saxlamaq üçün nəzərdə tutulmuş sol yan çərçivəni dartaraq yerindən qoparır və həmin çərçivə ilə giriş qapısının lay şüşəsinə iki dəfə zərbə endirir. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin çərçivəni də yerə ataraq liftə doğru hərəkət edir, görüntüdəki iki qadın onun arxası ilə gedərək hər üçü liftə daxil olurlar. Bununla həmin fayldakı görüntü başa çatır. LAİJ2732 adlı video fayla baxışla müəyyən edilmişdir ki, giriş qapısının önündə çox sayda adamlar toplaşmışdır. Bir neçə saniyə sonra giriş qapısının lay şüşəsi sınaraq yerə tökülür. Sınması nəticəsində boş qalmış şüşə yerindən içəriyə polis əməkdaşları daxil olurlar. Həmin müddətdə içəridə olan çoxsaylı şəxslər polis əməkdaşlarına öz narazılıqlarını bildirərək münaqişəli vəziyyət yaradırlar. Bununla həmin fayldakı görüntü başa çatır. NR08189 adlı fayla baxışla müəyyən edilmişdir ki, 11-ci binanın 3-cü mərtəbəsinin eyvanında bir neçə nəfər şəxs dayanmışdır. Onların qarşısında, eyvanın dirsək altlığı üzərində çox sayda içi su ilə dolu 5 litr həcmli plastik su qablarının olduğu görünür. Zahiri əlamətləri Təqsirləndirilən şəxs1 ilə eynilik təşkil edən şəxs 3 dəfə su ilə dolu 5 litr həcmli plastik su qablarını 3-cü mərtəbənin eyvanından həyətə atır. Həmin müddətdə onun yanında dayanan, açıq rəngli gödəkçə geyinmiş bir qədər dolu bədən quruluşlu şəxsiyyəti istintaqla araşdırılan şəxs eyni ilə içi su ilə dolu 5 litr həcmli su qabını başı üzərinə qaldıraraq həyətə atır. Həmin müddətdə yan eyvanda dayanan şəxslər də analoji hərəkətləri edirlər. Bununla həmin fayldakı görüntü başa çatır. BXA4984 adlı fayla baxışla müəyyən edilmişdir ki, 11-ci binanın girişlərindən birinin qarşısında, həyətdə zahiri əlamətləri Təqsirləndirilən şəxs1 ilə eynilik təşkil edən şəxs və yanında bir neçə nəfər şəxslər dayanırlar, Təqsirləndirilən şəxs1 orada olan polis əməkdaşlarına ucadan qışqıraraq və səs-küy salaraq öz etirazını bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 əlinə içərisində nələrinsə olduğu polietelen torbanı götürərək onu zərblə yerə çırpır. Təqsirləndirilən şəxs1 bununla sakitləşməyərək ucadan səslə etiraz etməyə davam edir. Bununla həmin fayldakı görüntü başa çatır. (İİ cild i.v. 185-189) -Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmiş, məzmununda cinayət təqibi üçün əhəmiyyət kəsb edən və 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisində baş vermiş hadisələrin video görüntülərinin və fotoşəkillərinin olduğu 01 ədəd disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs4 hadisə zamanı yüngül dərəcəli bədən xəsarətləri alması xüsusatı ilə bağlı həmin xəsarətləri özünün qanunsuz hərəkətləri nəticəsində, yəni onun tərəfindən törədilmiş xuliqanlıq hərəkətlərinin gedişində sol yumruğu ilə şüşəyə zərbə vurub şüşəni sındırarkən, bununla özgə əmlakını qəsdən məhv edərkən aldığından, bu xəsarətləri ona kənar şəxs yetirmədiyindən Azərbaycan Respublikası CM-nin 128 və ya 221-ci maddələri ilə cinayət təqibinin başlanması əməldə cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 06 aprel 2020-ci il saat 12 radələrindən başlayaraq 07 aprel 2020-ci il saat 02 radələrinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 205 ünvanında yerləşən "xxxx" əmlak kompleksi ərazisində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq zamanı bu hərəkətləri etmiş şəxslərin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi qismində çıxış edən polis əməkdaşlarının sakitliyə riayət olunması və xüsusi karantin rejimi qaydalarına əməl etmək barədə davamlı surətdə onlara edilmiş xəbərdarlıqlara məhəl qoymayıb blokların bağlı olan giriş qapılarını açmağa çalışaraq karantin zonasını özbaşına tərk etməyə cəhd göstərmələri xüsusatı ilə bağlı bu əməlləri göstərməklə müşayiət edilmədiyindən, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamada ifadə edildiyindən cinayət təqibi üzrə icraatda Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması əməldə həmin cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, göstərilən əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş “polis işçisi ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xətasının tərkibini yaratsa da, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edildiklərini nəzərə alaraq onların inzibati məsuliyyətə cəlb edilmələrinə lüzum olmadığından bu hal nəzərə alınmış, həmin cinayət işinin materiallarından təqsirləndirilən şəxslərlə xuliqanlıq və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayət əməllərini törətmiş şəxsiyyətləri istintaqla araşdırılan şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1, 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. (İİ cild v. 190-210) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1, 186.1 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, CM-nin 186.1-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, baxmayaraq ki, təqsirləndirilən şəxslər məhkəmədə verdikləri ifadələrində özlərini təqsirli bilməmişlər, lakin onların son sözlərində əməllərini etiraf etmələri nəzərə alınmalıdır, eyni zamanda məhkəmə iclasında təkzibolunmaz sübutlarla müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə iclasında habelə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 11.343 manat məbləğində maddi ziyanı tam olaraq ödəmişlər, hüquqi şəxsin rəhbəri 18 sentyabr 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin həmin epizod üzrə verilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmələri ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və barələrində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduqları maddi ziyanı ödədiklərini, zərərçəkmiş hüquqi şəxsin rəhbərinin onlara qarşı şikayət və tələbləri olmadığını və təqsirləndirilən şəxslərin xahişlərini nəzərə alaraq, hesab edir ki, cinayət qanununun tələbləri baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməlidirlər və cinayət işi üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.3-cü maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində isə Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.2.1-ci maddələri ilə ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 123) - 07 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 147) - 08 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli 07 aprel 2020-ci il tarixdə hesablanmışdır. (İ cild i.v. 184-186) - 08 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli 07 aprel 2020-ci il tarixdə hesablanmışdır. (İ cild i.v. 193-195) - 08 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 246-247) - 08 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Abbasov Xəyal Rauf oğlu şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 20-21) - 09 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli 08 aprel 2020-ci il tarixdə hesablanmışdır. (İİ cild i.v. 72-76) - 09 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli 08 aprel 2020-ci il tarixdə hesablanmışdır. (İİ cild i.v. 83-87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli tələbnamələrən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları haqqında məlumat yoxdur. (İİ cild i.v. 138-139, 142) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 yanvar 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İİ cild i.v. 140-141) -Sumqayıt şəhəri "xxxx" adına MTK-nın rəisi tərəfindən 15 may 2020-ci il tarixdə verilmiş xssiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 161) - 07 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, işin hazırlıq iclası zamanı, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən, müdafiəçilərin vəsatətləri əsasında, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişlər. - 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməyərək gizləndiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və haqqında axtarış elan edilmişdir. - 3 saylı istintaq təcridxanasının 21 mart 2021-ci il tarixli 17/40-1114 nömrəli və 04 may 2021-ci il tarixli 088-6211-1221 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 16 mart 2021-ci il tarixdə tutularaq, Nizami RPİ-nin MSY-nin vasitəsi ilə 18 mart 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. -Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Randolph Decker tərəfindən imzalanaraq məhkəməyə ünvanlanmış 18 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, MMC-yə dəymiş 11.343 manat maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia və şikayətləri yoxdur. -Məhkəməyə təqdim edilmiş AZ-İV seriyalı, 606636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 iyun 2021-ci il tarixdə doğulmuşdur. -Məhkəməyə təqdim edilmiş Füzuli rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18 yanvar 2021-ci il tarixli 197 nömrəli arayışın surətindən görünür ki, X14 (Təqsirləndirilən şəxs4 qardaşı) Qarabağ - Vətən müharibəsi zamanı xəsarət alaraq, 22 oktyabr 2020-ci il tarixdə “Barotravma” diaqnozu ilə həmin xəstəxanada müalicə olunmuş, həmin tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına təxliyyə olunmuşdur. -Məhkəməyə təqdim edilmiş “Diplom”ların və “Fəxri fərman”ların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 uşaq və yeniyetmələr arasında Respublika daxilində və Avropada keçirilən açıq Cüdo yarışlarında iştirak edərək müvafiq qələbələr əldə etmiş, əsasən İ yerləri qazanmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs4 əvvəlki hökm üzrə məhkumluğunun ödənildiyini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.2.1-ci maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin rəhbərinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin rəhbərinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs4 az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə qardaşının İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin rəhbərinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılmasını, zərərçəkmiş hüquqi şəxsin rəhbərinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə gənc və perspektivli idmançı olmaqla uşaq və yeniyetmələr arasında Respublika daxilində və Avropada keçirilən açıq Cüdo yarışlarında iştirak edərək müvafiq qələbələr əldə etməsini, əsasən İ yerləri qazanmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrum etmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, lakin onun ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq və digər cinayəti törətdiyini, cəzasını yüngülləşdirən halların məcmusunu, habelə cinayətin törədilməsindən sonra halhazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 139-1.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, Təqsirləndirilən şəxs3 hazırkı işlə bağlı 07 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən hal-hazıradək ev dustaqlığında olduğu cəmi 01 il 03 ay 10 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin edilməli olan cəzanın şərti hesab edilməsi nəzərdə tutulduğundan, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən işin faktiki hallarını nəzərə alaraq, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaların qismən toplanılması məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq və digər cinayəti törətdiyini, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, ona cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin edilməli, Təqsirləndirilən şəxs4 hazırkı işlə bağlı 08 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən 26 fevral 2021-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 10 ay 18 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmənin qərarı ilə barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş şəxs kimi tutulduğu 16 mart 2021-ci il tarixdən hesablanmalı, çəkilməli olan cəzanın müddəti nəzərə alınaraq Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddəti başa çatanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən işin faktiki hallarını nəzərə alaraq, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaların qismən toplanılması məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq və digər cinayəti törətdiyini, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, ona cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 08 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən halhazıradək ev dustaqlığında olduğu cəmi 01 il 03 ay 09 gün müddət nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmiş hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən işin faktiki hallarını nəzərə alaraq, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaların qismən toplanılması məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq və digər cinayəti törətdiyini, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, ona cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 07 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən halhazıradək ev dustaqlığında olduğu cəmi 01 il 03 ay 10 gün müddət nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmiş hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, vurulmuş maddi ziyan ödənildiyindən zərərçəkmiş hüquqi şəxs (onun nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin Təchizat şöbəsinə təhvil verilmiş "xxxx" əmlak kompleksinin 11-ci binasının 4-cü girişinin qapısının iş tərəfdən olan uzunsov boru şəkilli metal materialdan hazırlanmış tutacağı və həmin giriş qapısının içəridən sol tərəf metal çərçivəsi zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməli, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi4 iş materialları ilə tanış olmaqla birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmişlər. İş materiallarına əsasən vəkil Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 126 iş saatı, vəkil Müdafiəçi4 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 130 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 müqavilə əsasında iştirak edib müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini həyata keçirmişlər, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkillərə münasibətdə adları qeyd olunan təqsirləndirilən şəxslərə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 hazırkı işlə bağlı 07 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən halhazıradək ev dustaqlığında olduğu cəmi 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 hazırkı işlə bağlı 08 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən 26 fevral 2021-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 10 (on) ay 18 (on səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddəti başa çatanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq, 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 08 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən halhazıradək ev dustaqlığında olduğu cəmi 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gün müddət nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq, 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 07 aprel 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən halhazıradək ev dustaqlığında olduğu cəmi 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddət nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin Təchizat şöbəsinə təhvil verilmiş "xxxx" əmlak kompleksinin 11-ci binasının 4-cü girişinin qapısının iş tərəfdən olan uzunsov boru şəkilli metal materialdan hazırlanmış tutacağı və həmin giriş qapısının içəridən sol tərəf metal çərçivəsi hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə təhvil verilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs4 işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 130 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 780 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 126 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi4 756 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-29/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver