Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 6-da qeydiyyatda olmaqla yaşayan, 21 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 21 iyul 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanının qarşısında X1 məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,560 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlamış, 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilərək orada üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,560 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək tərtib edilmiş protokol ilə götürülmüşdür. Bundan başqa, o, 25 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxslə onun Zərərçəkmiş şəxs qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Şahid3 olan 20 manat borcunu ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs qeyd olunan tarixdə saat 15 radələrində həmin pulu almaq məqsədilə onun yaşadığı mənzilə getməsini bəhanə edib mübahisə edərək cüzi səbəbdən özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, buna heç bir hüquqi və faktiki əsas və səbəb olmadan, xuliqanlıq niyyəti ilə, qəsdən baş nahiyəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün açıq yerdəyişən sınığı, sağ qaşüstü nahiyənin, hər iki gözətrafı nahiyənin qançırları, burun belinin əzilmiş yarasından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dayanacaqda mühafizəçi kimi işləyir, 2015-ci ildən etibarən narkotik vasitələrin aludəçisidir. 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində hüquq vəzifələri izah olunduqdan sonra ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Bundan sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin “kakos” kimi tanıdığı heroin olduğunu, narkotik vasitəni 20 manata özü istifadə etmək məqsədi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən binanın qarşısında əvvəlcədən tanıdığı İlham adlı şəxsdən aldığını, narkotik vasitəni İlham adlı şəxsdən alıb bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan bükülü zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılarla birgə sənədləri imzalamışdır. O, Şahid3 30 ilə yaxındır ki, tanıyır, qonşu olmuşlar. Svetlana qeyri-rəsmi olaraq Dmitriy adlı şəxslə yaşamışdır, onu isə sonradan tanımışdır. Hər il Svetlananın Rusiyada olan tanışları ona pul göndərərək həmin şəxsin Nizami rayonunda yerləşən rus qəbiristanlığında olan qohumlarının qəbirlərini təmizlətdirməsini xahiş etmişlər. Svetlana da hər dəfə ona 20 manat vermiş və birlikdə həmin qəbirləri təmizləmişlər. 2021-ci ilin oktyabr ayında o, Svetlanadan 20 manat borc pul almış, əvəzində qəbirləri tezliklə təmizləyəcəyini bildirmişdir. Sonra qəbirləri təmizləyə bilmədiyinə görə Svetlana ondan pulu istəmişdir. Lakin o, hazırda başqa yerdə işlədiyini, qazanıb pulunu qaytaracağını bildirmişdir. Daha sonra o, Svetlananın Dmitriylə birlikdə qəbirləri təmizləmək üçün getdiyini görmüşdür. 25 dekabr 2021-ci il tarixdə yaşadığı evə gəldikdə bacısı Rəsmiyyə Dmitriyin qapını döyərək borcunu istədiyini, lakin uşaqlar qapını açmayaraq onun evdə olmadığını bildirdiklərini ona demişdir. Həmin gün saat təxminən 16 radələrində o, Dmitriyin yaşadığı ünvan 5 ünvanına gedərək mənzilin qapısını döymüşdür. Dmitriy qapıya çıxdıqda onun içkili olduğunu görüb nə üçün belə etdiyini, sonra söhbət edəcəyini bildirmişdir. Bu zaman Dmitriy ona nə edə biləcəyini demişdir. O, Dmitriyə yaxınlaşıb içkili olduğunu, ayıldıqdan sonra söhbət edəcəklərini demişdir. Dmitriyin ona qarşı qızışdırıcı hərəkətlərinə dözə bilməyərək kəllə ilə onun sifətindən bir neçə dəfə vurmuş, sonra çıxıb oradan getmişdir. Dmitriy sərxoş vəziyyətdə olmuş, özü bu hadisənin baş verməsinə şərait yaratmışdır. Onun hər hansı xuliqanlıq niyyəti olmamışdır, ona görə xuliqanlıq niyyəti ilə bağlı verilmiş ittihamla razılaşmır. Təqsirləndirilən şəxs daha sonra narkotik vasitə əldə edib üzərində saxladığına və Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti olmadan xəsarət yetirdiyinə görə əməlindən səmimi peşmançılıq çəkdiyini, xəstəliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakının təmin olunması üçün görülmüş mümkün tədbirlər müsbət nəticə verməmiş, o cümlədən onun məcburi qaydada gətirilməsinə dair qərarın icrası təmin edilməmişdir. Yalnız Zərərçəkmiş şəxslə bir dəfə yaradıla bilmiş telefon əlaqəsi zamanı o, özünün və həyat yoldaşı, Şahid3 heç bir halda məhkəməyə gəlib ifadə verməyəcəklərini, istintaqa ifadə verdiklərini, həmin ifadəni təsdiq etdiklərini, Təqsirləndirilən şəxs ilə barışmadığını, belə bir fikrinin də olmadığını bildirmişdir. Bundan başqa, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı zərərçəkmiş şəxsin 06 dekabr 2022-ci il tarixdə ölkə sərhədindən keçərək Rusiya Federasiyasının Moskva şəhərində getdiyi, sonradan geri qayıtmasının qeydə alınmadığı (o cümlədən sözügedən şahidin) müəyyən olunmuş, həmin şəxslə bir daha əlaqə saxlanılması mümkün olmamışdır. Məhkəmə qeyd olunanları, işin faktiki hallarını, cinayət işinin artıq xeyli müddətdir məhkəmənin icraatında olduğunu, zərərçəkmiş şəxsin ölkə xaricindən nə vaxt qayıdacağı, ümumiyyətlə onun belə bir niyyətinin olması barədə məlumat olmadığını, belə olan halda işin icraatının qeyri-müəyyən müddətə uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olsa da, ünvan 4 ünvanında gələcək həyat yoldaşı Şahid3 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Rusiyada yaşayan tanışları Nadya hər ay onlara pul göndərərək Nizami rayonunda yerləşən qəbiristanlıqda atası və qardaşına məxsus qəbirləri təmizlətdirməyi xahiş etmişdir. Oktyabr ayının əvvəllərində Şahid3 Nizami rayonu, R.Rüstəmov küçəsi ev 39 ünvanında yaşayan Rəhim adlı şəxsə 20 manat pul verərək həmin qəbirləri təmizləməyi xahiş etmişdir. Lakin üzərindən 2 ay keçməsinə baxmayaraq Rəhim qəbirləri təmizləmədiyi üçün Svetlana həmin pulu ondan istəməyi ondan xahiş etmişdir. Svetlana ilə birlikdə qəbirləri özləri təmizləmişlər. Bundan sonra o, qəbirləri təmizlədiyi üçün pulu Rəhimdən almağı qarşısına məqsəd qoymuşdur. 25 dekabr 2021-ci il tarixdə o, Rəhim adlı şəxsin yaşadığı ünvan 6 ünvanına gedərək qapını döymüşdür. Qapını açmamışlar, lakin qapının arxasından uşaq səsi gəldiyini eşitmişdir. O, Rəhimin evdə olub-olmadığını soruşduqda, ona Rəhimin evdə olmadığını bildirmişlər. Həmin vaxt o, bir az içkili olmuşdur. Təxminən 30-40 dəqiqə sonra Rəhim onun yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi ev 39, mənzil 31 ünvanına gələrək qapını döymüşdür. Qapını açdıqda ona gedib kənarda söhbət etməyi bildirmişdir. Lakin o, getməyəcəyini bildirdikdə Rəhim ona niyə onun yaşadığı evə gəlib qapını döydüyünü bildirmişdir. O da Rəhimdən 20 manat pulu qaytarmasını istəmişdir. Rəhim gedib kənarda söhbət etməyi təklif etsə də, o, yenə rədd etmişdir. Bu zaman Rəhim 3 dəfə kəllə ilə onun sifət nahiyəsinə zərbə endirmişdir. Lakin o, Rəhimə qarşılıq verməmiş və bu hərəkətinə görə polis bölməsində cavab verəcəyini bildirmişdir. Bu zaman Rəhim çıxıb getmişdir. Onun burnundan qan gəldiyi üçün evdən dəsmal götürüb burnuna tutaraq 24-cü polis şübəsinə getmişdir. Oradan onu hadisə yerinə gətirmişlər. Hadisə yeri 25-ci polis şöbəsinə aid olduğu üçün daha sonra ora zəng etmişlər. 25-ci polis şöbəsindən polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Hadisə yerinin şəkillərini çəkdikdən sonra o, polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə gəlmişdir. Burada ondan hadisə ilə bağlı izahat almışlar. Daha sonra onu tibbi ekspertizaya göndərmişlər. O, tibbi ekspertizadan keçdikdə burun sümüyündə sınıq olduğu ona aydın olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilməsi eyni səbəbdən mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla gələcək həyat yoldaşı Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Tanışı Nadya adlı şəxs ildə iki dəfə, aprel və oktyabr ayında hər dəfə 50 manat göndərərək Nizami rayonunda yerləşən qəbiristanlıqda atasının və qardaşının qəbirlərini təmizləməyi xahiş etmişdir. O da həmin pulun 30 manatını özü götürüb 20 manatını qonşusu olan Rəhim adlı şəxsə verərək onunla birlikdə həmin qəbirləri təmizləmişdir. 2021-ci ilin oktybar ayının əvvəllərində Rəhim qəbirləri təmizləmək üçün 20 manat pulu ondan əvvəcədən almışdır. Lakin 2 aya yaxın vaxt keçsə də qəbirləri təmizləməmişdir. O, dəfələrlə gedib birlikdə qəbirləri təmizləməyi bildirsə də, Rəhim hər gün müxtəlif bəhanələr gətirərək qəbirləri təmizləməmişdir. Bir müddət sonra o, Dmitriy ilə birlikdə gedib qəbirləri təmizləmişdir. Bundan sonra o, Dmitriydən qəbirləri onunla birlikdə təmizlədiyi üçün Rəhimə verdiyi 20 manatı almağı xahiş etmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Dmitriy onların qapısına gedib qapını döysə də, qapını açmayaraq qapının arxasından evdə Rəhimin olmadığını bildirmişlər. Bundan sonra o, evdə olarkən kimsə qapını döymüşdür. Qapını açdıqda Rəhim olduğunu görmüş və Dmitriyi çağırmışdır. Bir neçə dəqiqə sonra Dmitriyin burnunu tutaraq dəsmal axtardığını görmüşdür. Ondan nə olduğunu soruşduqda Rəhimlə aralarında yaranmış mübahisə zamanı Rəhimin ona kəllə ilə zərbə vurduğunu bildirmişdir. Bundan sonra Dmitriy burnuna dəsmal tutaraq polis şöbəsinə getmişdir. Dmitriy ekspertizadan keçdikdən sonra burun sümüyündə sınıq olduğu ona aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Rəhim adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 16 radələrində əməliyyat qrupunun üzvü, 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə ünvan 7 ünvanına getmişlər. Həmin yerdə xarici əlamətləri Rəhim adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş, təklifləri əsasında həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisindəki narkotik vasitə olan kakos, yəni heroindir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək başqa heç nə aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar protokolu və digər sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 25 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 29 dekabr 2021-ci il tarixli 1088 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişən sınığı, sağ qaşüstü nahiyənin, hər iki gözətrafı nahiyənin qançırları, burun belinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığla az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 19- 20) - 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 37) - 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, sonuncu nömrə altında istintaqı davam etdirilmiş, törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 32- 33) - 21 iyul 2021-ci il və 23 iyul 2022-ci il tarixli protokollardan görünür ki, Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona, üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmiş və həmin narkotik vasitəni Nizami rayonu, R.Rüstəmov küçəsində İlham adlı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroinə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə 23 iyul 2022-ci il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir, eyni zamanda Təqsirləndirilən şəxs etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntülər düzgün çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərində aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. (i.v. 65-66, 95) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2022-ci il tarixli 6/3012 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,560 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,510 qram qalıq qalmışdır. (i.v. 76-78) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 31 iyul 2021-ci il tarixli 2586 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 114-115) - 04 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində, müdafiəçisinin iştirakı ilə, yoxlanılmış, bu zaman təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 8 ünvanında hansı yerdə Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirdiyini əyani şəkildə yerində göstərib təsvir etmişdir. (i.v. 160-161) - 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 127.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 164-165) - 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,560 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. (i.v. 196-204) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin zərərçəkmiş şəxsin hadisə zamanı sərxoş vəziyyətdə olması, hüquqlarını müdafiə etdiyi şəxsin xuliqanlıq niyyətinin olmaması, onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli olması və s. barədə müdafiə nitqində göstərilənlərə, eləcə də hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verdiyinə dair təqsirləndirilən şəxsin göstərdiyinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi müəyyən edilməmişdir, o, sadəcə olaraq təqsirləndirilən şəxsin onun birlikdə yaşadığı Şahid3 müvafiq səbəbdən borclu olduğu pulu almaq üçün yaşadığı mənzilə gedib qapını döyərək onu axtarmış, mənzildə olmadığını bildikdən sonra isə öz yaşadığı mənzilə getmişdir, təqsirləndirilən şəxsin sonradan bu barədə bilərək məsələni aydınlaşdırmaq üçün zərərçəkmiş şəxsin yaşadığı mənzilə getmiş, bu zaman ittihamda təsvir olunan qaydada əməli törətmişdir, hansı ki, hadisənin baş verdiyi müddətdə də zərərçəkmiş şəxs tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında isə qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Hansı ki, işin faktiki halları ilə aşkar müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qonşusu olan Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa az ağır zərər vuran hərəkətləri məhz onun (yəni Təqsirləndirilən şəxs) Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid3 olan 20 manat borcunu ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs bir az əvvəl həmin pulu almaq məqsədilə onun yaşadığı mənzilə getməsini bəhanə edib mübahisə edərək cüzi səbəbdən özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, buna heç bir hüquqi və faktiki əsas və səbəb olmadan, xuliqanlıq niyyəti ilə, qəsdən baş nahiyəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuşdur ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən xuliqanlıq niyyəti onun əməlində hərəkətverici amil rolunu oynamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, müdafiə tərəfinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin tövsifi ilə bağlı irəli sürdükləri dəlillərin əsası yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 127.2.3-cü maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 47) - 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 98-99) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 100- 101) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 yanvar 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 119-126) -İşə əlavə olunmuş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxladığına görə 24 oktyabr 2022-ci il tarixdə müəyyən edilib saxlanılmış, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir, həmin 1(007)-135/2023 nömrəli cinayət işi hazırda məhkəmənin icraatındadır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. O cümlədən məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 16.1 və 16.2-ci maddələrinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin təkrar törədilməsi halı müəyyən edilməmişdir, ona görə iş üzrə ittiham aktından bu müddəa xaric edilməklə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını, o cümlədən barəsində olan cinayət işinin məhkəmə baxışında olduğu müddətdə yenidən qəsdən az ağır cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 iyul 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə əlavə cəza nəzərdə tutulmamışdır; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı belə tələb irəli sürməmişdir, məhkəmə icraatı zamanı isə qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 37 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,510 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 37 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 222 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda zərərçəkmiş şəxsin mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-29/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver