Məhkəmə qərarları › İş №1(007)-29/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-29/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-29/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X2 2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkdiyi Zərərçəkmiş şəxs5 Xəyal Rəhimova qarşı işlətdiyi nalayiq ifadələrə görə aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə 2023-cü ilin fevral ayının 10-dan 11-nə keçən gecə saat 24 radələrində Xəyal Rəhimov ilə birlikdə Zərərçəkmiş şəxs5 kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin qarşısına gedərək orada Xəyal Rəhimov evin pəncərəsini döyməklə Zərərçəkmiş şəxs5 və ev sahibi Zərərçəkmiş şəxs4 səsləyib sonuncuların evdən küçəyə çıxmalarına nail olduqdan sonra o, və Xəyal Rəhimov bir qrup şəxs halında özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 qarşı nalayiq ifadələr işlədərək heç bir əsaslı səbəb olmadan ictimai yer olan yaşayış evləri ilə sıx əhatə olunmuş həmin ünvanın qarşısında cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yaşayan sakinlərin və orada olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkət edərək o, Zərərçəkmiş şəxs4 sifət nahiyəsindən yumruqla zərbə endirib sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid burnun bel nahiyəsinin, sol almacıq nahiyəsinin sıyrıqları, sol almacıq nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin qançırı xəsarətlərini yetirmiş, Xəyal Rəhimov isə həmin ünvana gəldiyi “Ravon” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı soyuq silah hesab edilən, vurucu-dağıdıcı xassəyə malik göy rəngli dəmir dəyənəyi avtomobildən götürüb Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 üzərinə gedib vurmaq istədikdə Zərərçəkmiş şəxs4 dəyənəyi Xəyal Rəhimovdan aldıqdan sonra o, Xəyal Rəhimov ilə birlikdə oradan uzaqlaşaraq həmin gecə saat 00:45 radələrində tanışları X3 ilə görüşüb sonuncunun vasitəsi ilə Xəyal Rəhimov soyuq silah hesab edilən, vurucu-dağıdıcı xassəyə malik, göy rəngli başqa dəmir dəyənək əldə edib özü ilə götürmüş və gecə saat 01 radələrində o, İlkin Rzayev və qeyriləri ilə birlikdə Xəyal Rəhimovun idarə etdiyi “Ravon” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs5 ilə Zərərçəkmiş şəxs4 yaşadıqları ünvan 3 ünvanına yenidən gəlib orada bir qrup şəxs halında heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək ictimai yer olan yaşayış evlərinin sıx əhatə olunduğu həmin ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə Xəyal Rəhimov əlində olan dəmir dəyənəklə həmin evin pəncərələrini vurub sındıraraq ev sahibi Zərərçəkmiş şəxs2 70 (yetmiş) manat dəyərində əmlakını məhv edib sonuncuya ziyan vurduqdan sonra o, İlkin Rzayev və Xəyal Rəhimov evdən küçəyə çıxan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə qarşılıqlı münaqişəyə girib sonuncuların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə zor tətbiq edərək X10 Hüseynovun sağ çiyin nahiyəsindən dəmir dəyənəklə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ kürək nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi xəsarətini yetirmiş, daha sonra X8 İsayevin baş nahiyəsindən dəmir dəyənəklə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alın-təpə nahiyəsinin bir qədər sağda bir ədəd əzilmiş yarası xəsarətini yetirmiş, həmin vaxt evdən küçəyə çıxan Zərərçəkmiş şəxs5 anası Zərərçəkmiş şəxs1 onların arasına keçib ictimai qaydanın pozulmasının qarşısını almaq istədikdə isə Xəyal Rəhimov müqavimət göstərməklə dəmir dəyənəklə Zərərçəkmiş şəxs1 sol qol və ayaq nahiyəsindən 2 dəfə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol saidin arxa-iç səthinin və sol sağrının yuxarı-bayır səthinin qançırları, sol baldırın ön-bayır səthinin və ayaq pəncəsinin genişsahəli hematoması xəsarətlərini yetirmiş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İlkin, Yaşar və bir nəfər məhəllə uşağı restoranda oturub yemək yeyib içki içmişlər. Bir müddət sonra tanışı Xəyal ona zəng vuraraq harada olduğunu soruşmuş, o, yemək yediklərini dedikdən sonra Xəyalı da ora dəvət etmişdir. Xəyal da, gəldikdən sonra onlarla yeyib-içmişlər və sonra hamı evə getmişdir. Xəyal isə ona avtomobillə gəzməyi təklif etmişdir. Onlar çox içki içmişdilər, Xəyalın avtomobili ilə gəzərkən artıq Keşlə ərazisinə keçdiklərini görmüş, biraz keçdikdən sonra Xəyal avtomobili saxlayaraq, ona avtomobildə gözləməsini, özünün isə birazdan gələcəyini deyərək avtomobildən enib getmişdir. O, baxanda görmüşdür ki, Xəyal adını sonradan bildiyi Raufla mübahisə edir və içəridən başqa bir şəxs də çıxmışdır. O, həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, Rauf Xəyalla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmişlər və həmin vaxtdan onların arasında problemləri olmuşdur. Rauf Xəyalın qarşısına çıxan zaman Xəyal içkili olmuşdur və onların sözləri düz gəlmədiyindən mübahisə etməyə başlamışlar. Bu vaxt o, da mübahisə edən şəxsləri aralamaq məqsədi ilə avtomobildən enib onlara yaxınlaşmışdır. Orada aralarında mübahisə yaranmış və adını sonradan bildiyi Ceyhun onu vurduqdan sonra o, da Ceyhunu vurmuşdur. O, ümumiyyətlə Ceyhundan başqa heç bir şəxsi vurmamışdır. O, orada olan zaman içkili olduğunu və onu nə üçün vurduqlarını soruşmuşdur. Baş verən mübahisə zamanı Xəyalın əli bıçaqla kəsilmiş, onun burnundan vurduqları üçün burnu sınmışdır. Sonra qadınlar çıxıb onları ayırmışlar və onlar maşına əyləşdikdən sonra əsəbi vəziyyətdə oradan çıxıb getmişlər. Bir müddət sonra NZS-də olan məhəlləyə gayıtmışlar, Xəyal İlkinə zəng vurub, onu çağırmış, sonra Xəyalın dostu Emili götürmüşlər, sonra Xəyal Raminə zəng vurub, onu da, götürdükdən sonra Keşləyə getmişlər. Avtomobildən enən kimi Ramin qaçmış, onlar isə evə tərəf getmişlər. Xəyal Ceyhungilin evlərinin pəncərələrini əlində olan dəmir dəyənəklə sındırmağa başlamışdır. Evdən Zərərçəkmiş şəxs4, adının sonradan Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxs və Zərərçəkmiş şəxs5 çıxmışdır. Onlarla birlikdə evdən qadınlar da çıxmışlar. Orada olan giriş darvazasının qarşısında dava başlamışdır. Dava zamanı Xəyal əlində olan dəmir dəyənəklə Raufu və Ramini vurmuşdur. O, içkili olduğu üçün nalayiq ifadələr işlətmişdir. Sonradan qadınlardan üzr istəyib oradan çıxıb getmək istəmişlər. Polis əməkdaşlarının gəldiyini görüb oradan qaçmaq istədikdə, bu zaman kim kimə bıçaq atdısa xəsarət onda olmuşdur. O, qaçaraq avtomobilə tərəf getmiş və çatanda İlkinin yaralanıb, yerə uzandığını görmüşdür. O, İlkini qucağında avtomobilə aparmağa çalışmış, oradan keçən iki qadından ona kömək etmələrini xahiş etmişdir. Post patrul avtomobili yanlarından keçdikdən sonra Emil gəlmiş, onlar köməkləşib İlkini avtomobilin yanına çəkmişlər. Həmin vaxt Xəyal onların yanına gəlməmişdir. Sonra Emil post patrul avtomobilinin qayıtdığını görüb ona bildirən zaman, o, polis əməkdaşlarının avtomobilinin qarşısına qaçaraq, onlara təcili-tibbi yardıma zəng vurmalarını, yaralılarının olduğunu bildirmişdir. Ondan sonra polis əməkdaşları yaralıları xəstəxanaya göndərmişlər, onu isə şöbəyə aparmışlar. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixinə keçən gecə, saat təxminən 00:00 radələrində evindən dava-dalaş səsləri eşidib, dərhal həyətlərinin giriş qapısına yaxınlaşmışdır. Qapıda adı sonradan ona məlum olan, X1 mübahisə etdiyini görmüşdür. Xəyal sərxoş vəziyyətdə olmuşdur. Xəyal oğlu Raufa qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt Raufun əlində bıçaq olsa da, bıçaqla heç bir hərəkət etməmişdir. Rauf da Xəyala qarşı nalayiq ifadələr işlətmişdir. O, Xəyalın söyüş söyməsinə, təhqir etməsinə baxmayaraq, onu əli ilə qapıdan uzaqlaşdırmağa çalışmışdır. Bu zaman yaranmış səs-küyə görə Ceyhun onların yanına gəlmiş, Xəyal onu da, söyüb-təhqir etməyə başlamışdır. Rauf və Ceyhun birləşərək Xəyalı qapıdan uzaqlaşdırmışlar, mübahisə zamanı Rauf əlindəki bıçaqla Xəyalı əlindən yaralamışdır. Oraya Xəyal ilə birlikdə gələn Təqsirləndirilən şəxs adlı şəxs də nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Ceyhunla Orxan arasında mübahisə yaranmış və həmin vaxt Ceyhun Orxanı üz nahiyəsindən vurmuşdur. Xəyalın əlinin kəsilməsinə baxmayaraq, Xəyal nalayiq ifadələr işlətməyə davam etmişdir. O, Raufgilə səslənərək “mənim qanım elə belə qan deyil, gedirəm, yenə gələcəm, göstərəcəm sizə” deyə bildirmişdir. Həmin vaxt Xəyalı sakitləşdirmişlər, o, da Orxanı götürüb oradan çıxıb getmişdir. Təxminən saat 01 radələrində evdə çay içərkən evin pəncərə şüşələrinin sınması səsini eşitmişlər. Həmin səs ilə yanaşı söyüşlər söyüərək, “çıxın bayıra, çıxın bayıra” deyirdilər. Bu zaman Rauf, Ceyhun və Ramin dərhal evdən çölə çıxmışlar, o, sonuncuların qarşısına keçib həyət qapısını örtməyə çalışsa da, onlar çölə çıxmışlar. Raufun əlində bıçaq, Ceyhunun əlində isə göy rəngli dəmir dəyənək var idi. Onlar darvazadan çölə çıxan zaman, Orxan onlara “ya öləcəyik, ya da öldürəcəyik” sözlərini demişdir. O, İlahiyyə ilə birlikdə onları aralamağa çalışsalar da, bunu bacarmamışlar. Mübahisə zamanı Xəyal əlində olan dəmir dəyənəklə Raminin başından zərbə ilə vurmuş, onu yerə yıxmışdır. Ramin ayağa qalxaraq cibindən nəyisə çıxardıb Xəyal və Orxanla birlikdə gələn İlkinə vurmuşdur. Təqsirləndirilən şəxs isə Raufu və Ceyhunu yumruqla vurmuşdur. Xəyal əlində olan dəmir dəyənəyi onları vurmaq üçün endirəndə dəyənək onun sol qolundan və sol ayağından dəymiş, o, yerə yıxılmışdır. Bundan sonra onun halı pisləşmiş və o, huşunu itirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 11 fevral 2023-cü il tarixdə, saat təxminən 01 radələrində yaşadığı evdə yatarkən, anidən İlahə yatdığı otağın pəncərəsini döyərək Ceyhun və Raufun çöldə kiminləsə mübahisə etdiklərini demişdir. Bu hadisəyə narahat olmuş və yerindən qalxaraq, Ceyhungilin yanına gedərkən hər ehtimala mətbəx bıçağını da özü ilə götürüb gödəkçəsinin cibinə qoymuşdur. Evdən çölə çıxdıqda əvvəldən tanıdığı Xəyalı görmüş, Rauf və Ceyhun da orada imişlər. Bu vaxt Xəyalgilin getdiyini görmüşdür. Xəyalın əli kəsilmiş vəziyyətdə olduğu üçün səbəbini soruşmuş, lakin Xəyal ona normal cavab verməmiş və o, mübahisə baş verdiyini anlamışdır. Sonra Xəyal öz avtomobilindən dəmirdən olan göy rəngli dəyənəyi götürmüş, lakin Ceyhun həmin dəyənəyi onun əlindən alıb həyətə atmışdır. Bundan sonra Xəyal oradan çıxıb getmişdir. Xəyal getdikdən sonra o, Ceyhun və Raufla birlikdə həyətə qayıtmışlar. Raufun danışdığından başa düşmüşdür ki, Xəyalla Rauf arasında əvvəllər birlikdə cəza çəkərkən cəzaçəkmə müəssisəsində mübahisələri və ədavətləri olmuşdur. Xəyal onunla olan ədavətini aydınlaşdırmaq üçün yaşadıqları ünvana gəlmişdir. Rauf mübahisə etmək istəməsə də, Xəyal Raufun bacısına, Rauf da Xəyalın anasına söydükdən sonra aralarında olan dava böyümüşdür. Bu danışıqdan bir neçə dəqiqə sonra evdə olan onun anası İlahiyyə, gəlinləri İlahə və arvadı qışqırıq səsləri ilə evin arxa tərəfində pəncərənin kiminsə tərəfindən qırıldığını, nalayiq ifadələrlə küçəyə çağırıldıqlarını onlara demişdir. Dərhal evdən döşəmə silmək üçün istifadə olunan döşəmə silən taxtanın dəstəyini ehtiyat üçün götürmüşdür. Çünki, əvvəlcə yaranmış səs-küyə və dava-dalaşa görə evlərinə hücum olunmasını başa düşmüşdür. Bundan sonra Ceyhun, o və Rauf darvazadan çölə çıxmışlar. Onların arxası ilə anası İlahiyyə də gəlmişdir. Qapını açıb çıxdıqda, Xəyalın yanında bir neçə nəfər şəxsin olmasını görmüş, həmin şəxsləri birinci dəfədir ki, görürmüş və həmi şəxsləri əvvəllər tanımamışdır. Onlar çölə çıxdıqda aralarında mübahisə və dava-dalaş yaranmışdır. Xəyal əlinin kəsilməsinə görə qanının elə-belə qan olmadığını, Təqsirləndirilən şəxs də Ceyhunun onun burnuna vurduğuna görə Ceyhundan qisas alacağını bildirmiş, aralarında qarşılıqlı dava yaranmışdır. Dava zamanı qəfil Xəyal onun başından əlində olan dəmir dəyənəklə vurmuş və o, yerə yıxılmış, bir qədərdən sonra özünə gəlib ayağa qalxmış, cibinə qoyduğu mətbəx bıçağını cibindən çıxararaq, Xəyalı, İlkini və digər şəxsləri qorxutmaq istəmişdir. Bu zaman İlkin onun üzərinə gəlmiş, onlar qarşı-qarşıya gəldikdə əlində olan bıçağı İlkinə tərəf atıb geri çəkmişdir. Onun niyyəti İlkini qorxutmaq olmuş, lakin İlkin geri çəkilmək istəməmişdir. Bu zaman İlkinin qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuş, lakin ciddi xəsarət yetirməmişdir. Xəyal isə əlində olan dəmir dəyənəyi onlar tərəfə atıb geri çəkirmiş. Bu zaman Xəyal həmin dəyənəklə Raufun anası Zərərçəkmiş şəxs1 vurmuş, o, da yerə yıxılmışdır. Raufun anası yerə yıxıldıqda o, anasına tərəf çəkilmiş, bərk əsəbləşərək Xəyalı söyüb cibindən bıçağını çıxartmış, ona tərəf getdikdə, İlkin, Xəyal və Raufun arasına girdiyi üçün Rauf İlkini sinəsindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra Xəyal, İlkin və digərləri geri çəkilməyə başlamışlar. X9 dəmir dəyənəklə bir dəfə başından güclü zərbə ilə vurduqdan sonra Xəyal aldığı zərbədən yerə yıxılmış, Xəyalın yerə yıxıldığını görən Rauf da tez Xəyalın üstünə gedib onu bıçaqlamışdır. Bundan sonra onlar yaşadıqları evə qayıtmışılar. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç br şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, kimlər onların evinə girmişlərsə onlar ölmüşlər, o, Təqsirləndirilən şəxs tanımır, onun hadisə zamanı orada olub-olmaması yadında deyil. Orxanın onun anasına qarşı nalayiq sözlər işlətdiyini eşitməmişdir, ona qarşı hörmətsizlik etdiyini görməmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç br şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə onların evinə gələndə söyüş söyduyu üçün vurmuş və burnu qanadığı üçün o, çıxıb getmişdir. Qaranlıq olduğu üçün ikinci dəfə Orxanın orada olmasını görməmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç br şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, onunla barışdığını, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini bildirmiş, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə baş vermiş hadisəyə kimi oğulları Ceyhun və Zərərçəkmiş şəxs3lər, onların arvadları və uşaqları ilə birlikdə qeyd etdiyi ünvanda yaşamışdır. Ceyhun onun kiçik oğlu, Ramin isə böyük oğludur. Həyətlərində olan ev iki hissədən ibarətdir. Ceyhun ailəsi və o, birlikdə evin bir hissəsində, Ramin isə ailəsi ilə birlikdə evin digər hissəsində yaşayırmış. Evin həyətinin içərisinə açılan iki qapısı var və həmin qapıların birindən Ceyhun ailəsi və o, digərindən isə Ramin və ailəsi istifadə edirmiş. Lakin ev bir damın altındadır. Onların evlərinin eyni zamanda küçəyə açılan pəncərələri və bir arxa qapısı da var. Həyətlərində olan digər onlara məxsus evlərin isə küçəyə açılan nə pəncərəsi, nə də qapısı yoxmuş. Oğlu Zərərçəkmiş şəxs3 avtomobil ustası işləyirmiş. Digər oğlu Zərərçəkmiş şəxs4 əvvəllər narkotik istifadəçisi olsa da, Ceyhun 2020-2021-ci illərdə müalicə olunmuş və ondan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs5 və anası Qızqayıt isə onların yaşadıqları, ünvan 3 ünvanında yerləşən həyətdə ona məxsus birmərtəbəli evdə kirayədə yaşayırmışlar. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 əvvəllərdən tanışlıqları olmamışdır. Lakin, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 qonşuları Dilavər vasitəsilə tanımışdır. Belə ki, Dilavər Zərərçəkmiş şəxs5 yeznəsidir. Dilavər Zərərçəkmiş şəxs5 bacısı ilə evli olduğundan və onların həyətlərində birmərtəbəli boş evin olduğunu bildiyindən Ceyhuna məsləhət görmüşdür ki, Zərərçəkmiş şəxs5 anası ilə birlikdə onların həyətində kirayədə yaşasınlar. 11 fevral 2023-cü il tarixdə saat 00:00 radələrində o, yaşadıqları evdə uzanmışdır. Qəfil evin içərisində Zərərçəkmiş şəxs5 gəlini İlahə tərəfindən çağırılmasını və birlikdə mətbəxə tərəf keçmələrini görmüşdür. O, gecə vaxtı İlahə tərəfindən ailələrinə yad olan Raufun mətbəxə çağırılmasıa görə narahat olub yerindən durub mətbəxə tərəf keçmişdir. Həmin vaxt görmüşdür ki, Zərərçəkmiş şəxs5 mətbəxin pəncərəsindən sonradan adlarının Xəyal Rəhimov və Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslərlə mübahisə edirmiş. Xəyal və Orxan Raufa qarşı nalayiq ifadələr işlədir, buna görə də Rauf da onlara qarşı söyüş işlədirmiş. Gəlini İlahə də həmin vaxt orada olduğundan onlar Raufun yanında İlahəni görüb İlahəni Raufun bacısı zənn edərək İlahəyə qarşı da söyüş işlədirmişlər. O, dərhal müdaxilə etmiş, Xəyal Rəhimova nəyə görə söyüş söydüyü barədə sual vermişdir. Həmin vaxt Xəyalın vəziyyətinin qəribə olduğunu görmüşdür. Ümumiyyətlə, Xəyal sanki özündə deyilmiş. Yanında olan Təqsirləndirilən şəxs də içkili vəziyyətdə olmasını hiss edirmiş. Xəyal və Orxan onların evlərinin pəncərələri və arxa qapısı olan tərəfdə ağ rəngli minik avtomobilini saxlamışlar. Sonradan Zərərçəkmiş şəxs5 evin qapısından çıxıb Xəyalgil tərəf gedəndə o, evdə Ceyhunun yuxudan ayılmasını görmüşdür. Gəlini də bildirmişdir ki, pəncərə tərəfdə kiminsə söyüş söyməyini eşidib, Ceyhun yatmış olduğundan Raufu çağırmışdır. Ceyhun yuxudan duranda pəncərədən söyüş söyən şəxslərə qəzəblənib evdən Raufun arxasınca gedib küçəyə çıxmışdır. Həmin vaxt yaşadıqları ünvanın darvazasının qarşısında Ceyhun və Rauf ilə Xəyal və Orxan arasında mübahisə başlamışdır. Raufun əlində bıçaq varmış. Biraz sonra Rauf Xəyalın əlini bıçaqla kəsmişdir. O, Xəyalın əlinin kəsildiyini görüb evdən gedib tibbi yardım üçün ləvazimatlar gətirərək əlini sarımış, lakin mübahisə davam edirmiş. Həmin vaxt həm Zərərçəkmiş şəxs5 anası Qızqayıt, həm də o, mübahisənin qarşısını almaq üçün danışır, dil tökür, çalışırlar ki, dava böyüməsin. Xəyal və Orxan onun və Qızqayıtın inadla təkid etmələrindən sonra avtomobillərinə əyləşib getmişlər. Rauf və Ceyhun geriyə evə qayıtmışlar. Artıq həmin vaxtlarda yaranmış səs-küyə görə Ramin də ayılmışdır. Onlar baş verənləri Raminə danışdıqdan sonra Ramin baş verənləri bilmişdir. Saat 01 radələrində onlar çay içərkən evlərinin pəncərələrinin şüşələrinin sınması səslərini eşitmişlər və ayağa qalxmışlar. Bu zaman yaranmış səs-küyə görə Ramin əlində evdən götürdüyü pol silən taxta ilə, Ceyhun isə əlində dəmir dəyənəklə, Raufla birlikdə küçəyə çıxmışdır. Onlar çölə çıxdıqda darvazanın qarşısında dəqiq saylarını bilmədiyi bir neçə nəfərin olmasını görmüşdür. Həmin vaxt orada Xəyal, İlkin, Orxan və başqa bir nəfər də varmış. Xəyalın əlində dəmir dəyənək varmış. Xəyal və digərləri söyüş və təhqirlər edirmişlər. Həmin vaxt Xəyal dəmir dəyənək ilə anidən Raminin baş nahiyəsindən vurmuşdur. Ramin yerə yıxıldıqdan sonra o Raminə köməklik göstərmişdir. Ramin ayağa qalxıb gödəkçəsinin içəri tərəfində saxladığı bıçağı başı yarıldıqdan sonra çıxarıb bir dəfə İlkinə tərəf atmışdır. İlkinə cüzi xəsarət yetirmiş və hiss olunurmuş ki, bu İlkinə elə də təsir etməmişdir. Eyni zamanda Xəyal Raufun anası Qızqayıta tərəf dəmir dəyənəyi endirdikdə dəyənək Qızqayıtın sol tərəfindən dəymiş və Qızqayıt yıxılmışdır. Bu zaman da Rauf bıçaqla İlkin Rzayevi sinəsindən vurmuşdur. Belə ki, dava əsnasında İlkin özünü qabağa verib davada aktiv iştirak edirmiş. Rauf İlkini bıçaqla vurduqdan sonra onlar bir qədər geri çəkilmişlər. Daha sonra Ceyhun da Xəyalın başından əlində olan dəmir dəyənəklə vurmuşdur. Sonradan da Zərərçəkmiş şəxs5 Xəyala tərəf gedib əlində bıçaqla Xəyalı vurmuşdur. Bundan sonra baş verənləri hava qaranlıq olduğundan dəqiq görə bilməmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gəldikdə hər şeyi polisə danışmışlar. Xəyal Rəhimov və digərlərinin evinin pəncərələrini sındırmalarına görə pəncərə şüşələrinin dəyişdirilməsinə 70 manat xərci çıxmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 120.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından xuliqanlıq faktı üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və aidiyyəti üzrə Nizami RPİnin İŞ-nə göndərilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 canlı şəxsin ekspertizasının 143 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 burnun bel nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ diz nahiyəsinin, sağ əlin arxa nahiyəsinin, sağ əlin İİİ, İV barmaqlarının arxa səthinin sıyrıqları, sol almacıq nahiysinin geniş sahəli şişkinlik halında əzilməsi və sol gözaltı nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Sol almacıq nahiyəsindəki xəsarət (geniş sahəli şişkinlik halında əzilməsi) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 canlı şəxsin ekspertizasının 142 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 alın-təpə nahiyəsinin bir qədər sağda bir ədəd əzilmiş yarası, sol baz və sol dirsək nahiyəsinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın, təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cüi il tarixdə alınmaları mümkündür. Alın təpə nahiyəsində olan xəsarət (əzilmiş yara) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər (sol yuxarı ətrafda olan qançırlar) dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 canlı şəxsin ekspertizasının 154 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sağ budun bayır səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 canlı şəxsin ekspertizasının 153 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol saidin arxa-iç səthinin və sol sağrının yuxarı-bayır səthinin qançırları, sol baldırın ön-bayır səthinin və ayaq pəncəsinin genişsahəli hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, qançır sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 canlı şəxsin ekspertizasının 145 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs5 sağ kürək nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi, sağ əlin İİ barmağının arxa səthinin sıyrığı və sol əlin İİ barmağının arxa səthinin kəsilmiş yarası olmuşdur. Qeyd olunan sağ kürək nahiyəsinin geniş sahəli şişkinlik halında əzilməsi və sağ əlin İİ barmağının arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, sol əlin İİ barmağının arxa səthində olan səthi kəsilmiş yara isə iti kənara malik hər hansı bir əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Sağ kürək nahiyəsində olan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər (sağ əlin İİ barmağında olan sıyrıq və sol əlin İİ barmağında olan səthi kəsilmiş yara) isə dərəcələrinə görə həm ayrıayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs5 sağ kürək nahiyəsində və sağ əlin İİ barmağında olan xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitində əmələ gəlməsi mümkündür. Sol əlin İİ barmağında olan səthi kəsilmiş yara müxtəlif şəraitdə, yəni, həm şəxsin özünün əlində olan hər hansı bir iti kənarlı alətin (ola bilsin ki, zərbə yetirən zaman) təsirindən, həm də kənar şəxs tərəfindən eyni xüsusiyyətə malik alətin təsirindən əmələ gələ bilərdilər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. - Sübutlaın qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd uzunluğu 75 sm olan, üzərində “WORTH” sözü yazılmış dəmir dəyənək maddi mübut kimi tanınmış, Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il sınaq müddəti tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. - Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CMnin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Mövlüdağa oğlu və Zərərçəkmiş şəxs5 ilə barışmasını, onların şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan 1 ədəd üzərində “WORTH” sözü yazılmış dəmir dəyənək hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan 1 ədəd üzərində “WORTH” sözü yazılmış dəmir dəyənək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar