Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-290/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 sentyabr 1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində bacısı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanın dəmir darvazasını özündə olan açarla açaraq əvvəlcə evin həyətinə qanunsuz daxil olmuş, sonra isə həyətdəki evin giriş qapısını həmin açarla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, mənzilin qonaq otağındakı dolabın üzərindəki Zərərçəkmiş şəxs2 məxsus əl çantasının içərisindən bir ədəd 19,53 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, dəyəri 1542 manat olan sarı rəngli boyunbağını, bir ədəd dəyəri 2000 manat olan klonu, bir ədəd 49,98 qram kütləli, ləxminən 900 əyarlı qızıldan hazırlanmış, halqa formalı, dəyəri 5397 manat olan qırmızımtıl sarı rəngli qolbağı, bir ədəd 9 qram kütləli, üzərində briliyant qaşları olan 585 əyarlı qızıldan hazırlanmış dəyəri 3000 manat olan üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 11939 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqədilə 20 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Zöhrab Aslan oğlunun işlətdiyi ünvan 3 ünvanın zirzəmisində yerləşən masaj salonunun giriş qapısının kilidini özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsilə açdıqdan sonra oraya qanunsuz daxil olub salonun içərisində divara quraşdırılmış vəziyyətdə olan Zöhrab Aslan oğluna məxsus «Evrostar» markalı kondisionerin 700 manat dəyərində olan ehtiyat hissələrini və soyuducunun içərisindən ümimilikdə dəyəri 15 manat olmaqla hər birinin dəyəri 3 manat olan 5 ədəd 250 ml-lik “Red Bull” markalı, ümumilikdə dəyəri 15 manat olmaqla hər birnin dəyəri 1 manat olan 15 ədəd 250 ml-lik «Bizon» markalı, ümumilikdə dəyəri 12 manat olmaqla hər birnin dəyəri 2 manat olan 6 ədəd 500 ml-lik «Monster» markalı energetik içkilərini, ümumilikdə dəyəri 12 manat olmaqla hər birinin dəyəri 2 manat olan 6 ədəd 500 ml-lik «Xırdalan» pivəsini, 1 ədəd dəyəri 80 manət olan 700 ml-lik «Jack Daniels» markalı viskini, 1 ədəd dəyəri 25 manat olan 700 ml-lik «Ruskiy Standart» markalı arağı gizli olaraq talayıb zərərçəkmiş şəxs Zöhrab Aslan oğluna 859 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqədilə 21 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 işlətdiyi ünvan 4 ünvanda yerləşən «Təndirimiz» şirniyyat evinin giriş qapısının kilidini özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsilə açdıqdan sonra oraya qanunsuz daxil olub ümumi zalda qoyulmuş saxlanc yeri olan kassanın içərisindən 285 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 285 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqədilə 8 dekabr 2021-ci il tarixdə saat 02 radələrində "xxxx" MMC-nin Qazax şəhəri, Heydər Əliyev prospekti 61 ünvanında yerləşən mağazasının dəmir materialdan olan giriş tor qapısının qıfılını əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə əyərək sındırmış və plastik materialdan olan ikinci qapının dəstəyinin kilidini mişar çıxaran alətlə açaraq qanunsuz olaraq mağazaya daxil olub, orada giriş qapısının sol tərəfində yerləşən saxlanc yeri olan kassadan 5 manat nağd pulu, mağazanın arxa hissəsinə bitişik anbarda yerləşən saxlanc yeri olan kassa dolabının kilidini sındırmaqla isə həmin dolabdakı kassanın üzərindən 145 manat nağd pulu və vitrindəki 1 qutusunun qiyməti 2 manat 50 qəpik manat olmaqla 75 manat dəyərində 30 qutu "West silver" markalı, 1 qutusunun qiyməti 2 manat 50 qəpik olmaqla 25 manat dəyərində 10 qutu "Winchester nazik silver" markalı və 1 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla 72 manat dəyərində 20 qutu "Kent HD 8 futura" markalı, siqaretləri gizli olaraq talayıb "xxxx" MMC-yə 322 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə saat 02:30 radələrində X7 məxsus ünvan 6 ünvanda yerləşən "Pristij" mağazasının aliminium materialından olan giriş qapısının yanında yerləşən pəncərəni yerdən götürdüyü daşla sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan saxlanc yeri olan kassa aparatının altındakı qutudan 1217 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X7 1217 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus “N-N telekom” adlı telefon mağazasının plastik qapısını özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsilə sıxıb açmaqla qanunsuz olaraq mağazaya daxil olmuş, salon hissədə yerləşən masanın siyirməsindən 180 manat pulu, mobil telefonların saxlanıldığı vitrin dolabın alt gözünün qapısını açaraq oradan dəyəri 550 manat olan 1 ədəd “Samsung” markalı “A22” modelli mobil telefonu, masanın üzərindən Zərərçəkmiş şəxs7 proqram yenilənməsi üçün həmin telefon dükanına təmirə verdiyi dəyəri 700 manat olan 1 ədəd “Xiaomi Redmi” markalı “Note 9" modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 730 manat və Zərərçəkmiş şəxs7 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində İsmayıllı şəhəri H.Əliyev prospekti 95 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 oğuna məxsus "Xan" adlı ərzaq mağazasının giriş qapısını, özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsilə sıxıb açmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub, orada salon hissədə yerləşən masanın siyirməsindən 80 manat pulu, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə dəyəri 60 manat olan 20 qutu “kent 4" markalı siqaretləri, 250 manat dəyərində müxtəlif məbləğlərdə “sim” və “cin” danışıq kartlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 390 manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospekti 56 ünvanda yerləşən Zərərçəkmiş şəxs9 məxsus "Bakcell" adlı telefon mağazasının giriş qapısını özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsilə sıxıb açmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub, oradan salon hissədə yerləşən masanın siyirməsindən 241 manat məbləğində pulu, mobil telefonların saxlanıldığı vitrin dolabın qapısını açaraq qiyməti 355 manat olan 01 ədəd Alcatel markalı 3X modelli, qiyməti 80 manat olan 01 ədəd “Tecno” markalı “Pop 2F” modelli, qiyməti 240 manat olan 01 ədəd “Tecno Spark" markalı “5Air” modelli, qiyməti 859 manat olan 01 ədəd “Samsung” markalı “A52” modelli, qiyməti 699 manat olan 01 ədəd “Samsung" markalı “A52” modelli, ümumilikdə qiyməti 558 manat olmaqla hər birinin qiyməti 279 manat olan 02 ədəd “Samsung” markalı “A02” modelli, ümumilikdə qiyməti 858 manat olmaqla hər birinin qiyməti 429 manat olan 02 ədəd “Realme” markalı "7i” modelli, qiyməti 329 manat olan 01 ədəd "Alcatel” markalı “İSE” modelli mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 4219 manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanda yerləşən “Qala Telecom” telefon mağazasının qapısının kilidini özü ilə gətirdiyi mismarçıxardan alət vasitəsilə sındırıb və mağazanın jalüz qapısını yuxarı qaldırıb mağazanın qapısını mismarçıxardan alət vasitəsilə açaraq mağazaya qanunsuz daxil olub mağazadakı dolabın siyirməsindən 420 manat nağd pulu və 400 manat dəyərində danışıq kartlarını, daha sonra isə vitrindəki bir ədəd 128 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi 9C” markalı, bir ədəd 32 GB yaddaşa malik olmaqla dəyəri 299 manat olan “Redmi 9C” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi Note 8” markalı, bir ədəd dəyəri 648 manat olan “Redmi Note 103” markalı, bir ədəd dəyəri 589 manat olan “Redmi Poco M3” markalı, bir ədəd 128 GB yaddaşa malik olmaqla dəyən 639 manat olan “Redmi X3" markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi Poco M3” markalı, iki ədəd 32 GB yaddaşa malik olmaqla hər birinin dəyəri 269 manat olan “Redmi 9A” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 419 manat olan “Redmi 9T” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 459 manat olan "Redmi 9T” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan "Redmi Note 9" markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 359 manat olan “Redmi 9” markalı, bir ədəd dəyəri 280 manat olan “İphone 5S” markalı, ümumilikdə dəyəri 420 manat olmaqla hər birinin dəyəri 210 manat olan iki ədəd “Samsung Galaxy" A032F/DS” markalı mobil telefonları gizli talayıb Zərərçəkmiş şəxs1 7066 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə bacısı oğlu X16 ad günü münasibətilə bacısı Zərərçəkmiş şəxs2 evdə olmadığını bilərək, həmin gün təxminən saat 14 radələrində bacısının yaşadığı evə gəlmiş, əvvəlcə evin dəmir darvazasını özündə olan açarla açıb evin həyətinə daxil olmuş, sonra isə evin giriş qapısını açaraq içəri daxil olmuşdur. Evin qonaq otağındakı dolabın üzərində olan bacısının əl çantasının içərisində saxladığı bir ədəd qızıl qolbağını, bir ədəd qızıl üzüyü və bir ədəd qızıl boyunbağını klonu ilə birlikdə götürmüşdür. Oğurladığı qızıl-zinət əşyalarını ünvan 8 ünvanda yerləşən qızıl dükanında işləyən Ağabala adlı şəxsə ümumilikdə 5000 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin noyabr ayının 19-dan 20-nə keçən gecə saat 02 radələrində bacısı oğlu Zöhrabın icarəyə götürdüyü, lakin COVİD-19 pandemiyası ilə əlaqədar fəaliyyət göstərməyən ünvan 3 ünvanda zirzəmidə yerləşən masaj salonunun giriş qapısının kilidini özündə olan mismarçıxaran alətlə açb içəri daxil olmuş, divarda quraşdırılmış «Evrostar» markalı kondisioneri yerindən çıxarıb sökərək içərisində olan misləri götürmüşdür. Həmçinin, obyektdə olan soyuducudan adları və sayı yadında qalmayan bir neçə ədəd enerji və spirtli içkiləri götürüb getmişdir. 20 noyabr 2021-ci il tarixdə kondisionerin içərisindən söküb çıxardığı misləri Balaxanı qəsəbəsində tanımadığı şəxsə 30 manata satmışdır. Obyektdən oğurladığı enerji və spritli içkilərin hamısını birlikdə metronun 28 May stansiyasının yanında tanımadığı şəxsə 80 manata satmış və əldə etdiyi pulları gündəlik tələbatına xərcləmişdir. 2021-ci ilin noyabr ayının 20-dən 21-nə keçən gecə saat 03 radələrində ünvan 9 ünvanda yerləşən «Təndirimiz» şirniyyat evinin giriş qapısının kilidini mismarçıxaran alətlə açıb içəri daxil olmuş və kassadan 285 manat məbləğində pul götürüb gündəlik tələbatına xərcləmişdir. X2 Qazax rayonunun Böyük Cəfərli kəndində yaşamış və arabir bacısının evinə qonaq getmişdir. xx.xx.2021-ci il tarixdə Qazax rayonuna getmiş, lakin bacısı Surayanın evinə getməmiş və Qazax şəhərində H.Əliyev prospektində yerləşən "xxxx" mağazasının 08.122.2021-ci il tarixə keçən gecə saat 02 radələrində əvvəlcə işıqlarını söndürmüş, daha sonra üzərində götürdüyü kəlbətinlə mağazanın qarşısında olan dəmir barmaqlığı eşib sındırmış və üzərində olan mismarçıxaran alətlə qapını açıb mağazaya daxil olmuşdur. Mağazadakı kassadan 5 manat, anbar tərəfdə olan dolabın klidini sındırıb içərisindən 145 manat pul götürüb mağazadan çıxmışdır. Bundan sonra həmin mağaza ilə bir sırada olan suvenir satışı ilə məşğul olan digər mağazanın qapısını mismarçıxaran alətlə açarkən, qapının şüşəsi sınmış və qapıdan içəri daxil olmuşdur. Mağazanın içərisində vitrindən 04 ədəd qol saatı, 02 ədəd dəmir alışqan və kassadan 6 manat pul götürüb mağazadan çıxmışdır. Yenə həmin mağazalarla bir sırada olan hərbi mallar satılan mağazanın qapısını mismarçıxaran alətlə açaraq içəri daxil olmuş və mağazadakı kassadan 14 manat pul götürüb çıxmış və Bakı şəhərinə qayıtmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmiş, 04 ədəd kişi qol saatını sata bilmədiyi üçün Bakı şəhəri Nizami rayonunda "Neftçilər" metrostansiyasının yaxınlığında zibil qutusuna atmışdır. Alışqanları isə istifadə edib qazı bitdikdən sonra atmışdır. 09 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixə keçən gecə təxminən saat 02:30-da Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Pristij" marketin giriş qapısını üzərində gəzdirdiyi vintburanla açmaq istəmiş, lakin qapı arxadan bağlı olduğu üçün aça bilməmişdir. Giriş qapısının yanındakı şüşə pəncərəni daşla sındırıb oradan marketə daxil olmuş və marketin kassa aparatının altında olan qutunun içərisindən 1217 manat pulu götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin dekabr ayının təxminən 11-də İsmayıllı rayonuna getmiş və xx.xx.2021-ci il tarixdə gecə təxminən saat 02 radələrində İsmayıllı şəhərinin mərkəzi hissəsində yerləşən “N-N telekom” adlı mağazanın qapısını özü ilə gətirdiyi mismar çıxardan alətdən istifadə etməklə açıb mağazaya daxil olmuş, alqı-satqı masasının çəkməcə hissəsini açaraq orada olan pulları götürmüş, alqı-satqı masasının üzərində olan marka və modelini bilmədiyi 01 ədəd smartfon mobil telefonu və mağazanın salonunda yerləşən vitrin dolabın alt gözündən 01 ədəd smartfon mobil telefon götürərək mağazadan çıxmış və Bakı şəhərinə qayıtmışdır. Telefon mağazasından götürdüyü 180 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, 02 ədəd mobil telefonları isə müştəri tapıb satmaq məqsədilə gizlətmişdir. 2021-ci ilin dekabr ayının təxminən 18-də yenidən İsmayıllı rayonuna gəlmiş və xx.xx.2021-ci il tarixə keçən gecə, təxminən saat 03 radələrində “Xan" adlı ərzaq mağazasının giriş qapısını özü ilə gətirdiyi mismarçıxaran alətlə açıb mağazaya daxil olmuş, alış-veriş masasının çəkməcə hissəsini açaraq oradan 02 ədəd sellofan torbalarda və açıq halda olan dəmir pulları götürmüş, sonra alış-veriş masasının aşağı rəf hissəsindən müxtəlif məbləğlərdə “simsim” və “cin” danışıq kartlarını və 02 blok şəkilli qutularda “kent 4" markalı siqaretləri götürərək mağazadan çıxmışdır. Daha sonra “Bakcell” adlı telefon mağazasının arxa tərəfdə pəncərə ilə arxa qapı arasında divarda bərkidilmiş işıq sayğacının avtomat hissəsindən mağazaya verilən elektrik cərəyanını söndürmüş, mağazanın önünə keçərək giriş qapıya yaxınlaşmış və mismar çıxaran alətlə qapını açıb mağazaya daxil olmuşdur. Əvvəlcə alğı-satqı masasının çəkməcə hissəsini açaraq orada olan pulları götürmüş, daha sonra mağazadakı şüşəli vitrini açarla açaraq 10 ədəd markasını və modellərini bilmədiyi telefonları götürərək mağazadan çıxmış və Bakı şəhərinə qayıtmışdır. Əldə etdiyi dəmir pullar təxminən 80 manat, kağız pullar isə 241 manat məbləğində olmuş, danışıq kartları 1, 2, 3, 5 və 10 manat məbləğlərdə olmaqla təxminən 250 manatlıq təşkil etmişdir. Danışıq kartlarını Bakı şəhəri ərazisində yol kənarlarında kartların üzərində olan qiymətlə satmış, siqaretləri istifadə etmiş, telefonları isə gizlətmişdir. 28 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən "Laçın" ticarət mərkəzinin yaxınlığı ilə piyada hərəkət edərkən "Qala Telecom" telefon mağazasının işçilərinin qapını bağlayıb getdiklərini və mağazanın vitrinində xeyli sayda mobil telefon olduğunu görmüşdür. 29 dekabr 2021-ci il tarixdə saat 01 radələrində həmin ünvana qayıdaraq ətrafda kimsənin olmadığından əmin olduqdan sonra mismarçıxaran alətlə qapının kilidini sındırmış, mağazanın jalüzünü qaldırıb qapını mismarçıxaranla açıb mağazaya daxil olmuşdur. Mağazadakı dolabdan 200 manat pulu və mağazanın vitrinində olan 15 ədəd mobil telefonu götürərək mağazadan çıxmışdır. Mobil telefonları satmaq məqsədilə əvvəllcə taksiylə avtovağzala oradan Göyçay rayonunun Qaraməryəm kəndinə getmişdir. Qaraməryəm kəndində yaşayan bacısının qonşusu olan tanışı, X8 ilə telefonla danışaraq 50-60 manata satlıq telefonlarının olduğunu və həmin telefonların satılmasında ona köməklik etməsini xahiş etmişdir. Telefonların oğurluq olmadığına Nəsibəni inandırdıqdan sonra 4 ədəd mobil telefonu satmaq üçün Nəsibəyə vermişdir. Daha sonra Qazax rayonuna getmiş və qırmızı körpü adlanan ərazidə, sərhəd hissədə danışıq kartlarından qalan az sayda konturları, marka və modelini bilmədiyi 22 ədəd telefonu Gürcüstan Respublikasına yük avtomobili ilə gedən, tanımadığı Gürcüstan vətəndaşına 1450 manata satıb Bakı şəhərinə qayıtmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş və xx.xx.2021-ci il tarixdə Nəsibəyə verdiyi telefonları və ya pulunu almaq üçün Ucar rayonuna getmişdir. Nəsibə ilə Ucar rayon mərkəzində “Narınc” marketin qarşısında görüşərkən Nəsibənin yanında olan polis əməkdaşları özlərini təqdim edərək İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Nəsibəyə satmaq üçün dörd ədəd telefon verdiyini polis əməkdaşlarına bildirmiş, həmin telefonları İsmayıllı və Bakı şəhəri ərazisində telefon mağazalarından oğurladığını demiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə gedərək törətdiyi oğurluq hadisələrini səmimi etiraf etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanda yerləşən “Qala Telekom” mağazasının kilidinin sındırıldığı və mağazanın şüşəli dolabından bir ədəd 128 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi 9C" markalı, bir ədəd 32 GB yaddaşa malik olmaqla dəyəri 299 manat olan “Redmi 9C” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi Note 8” markalı, bir ədəd dəyəri 648 manat olan “Redmi Note 10S" markalı, bir ədəd dəyəri 589 manat olan “Redmi Poco M3" markalı, bır ədəd 128 GB yaddaşa malik olmaqla dəyəri 639 manat olan “Redmi X3” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi Poco M3” markalı, iki ədəd 32 GB yaddaşa malik olmaqla hər birinin dəyəri 269 manat olan “Redmi 9A” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 419 manat olan “Redmi 9T” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 459 manat olan “Redmi 9T” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 399 manat olan “Redmi Note 9” markalı, bir ədəd 64 GB yaddaşa malik olmaqla dəyəri 359 manat olan “Redmi 9” markalı, bir ədəd dəyəri 280 manat olan “İphone 5S” markalı, iki ədəd hər birinin dəyəri 259 manat olan “Samsung A03 core” markalı mobil telefonların, mağazanın dolabının üst gözündən isə 400 manat dəyərində danışıq kartlarının və 420 manat nağd pulun oğurlandığı məlum olmuşdur. Hadisə nəticəsində ona 7164 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdən çıxaraq qonşuluqda yaşayan oğlu X16 yaşadığı evə qonaq getmiş, evdən çıxmamışdan əvvəl özünə məxsus qızıl-zinət əşyalarını evdə saxlamışdır. Təxminən saat 14 radələrində yaşadığı evə qayıtmış və təxminən saat 21 radələrində evdə dərman axtararkən qonaq otağında termonun üzərində olan əl çantasının içərisinə baxdıqda, çantanın içərisində saxladığı qiyməti 6000 manat olan bir ədəd 50 qramlıq 900 əyarlı qolbağın, qiyməti 3000 manat olan bir ədəd 9 qramlıq üzərində briliyant qaşları olan 585 əyarlı üzüyün və qiyməti 4000 manat olan bir ədəd 20 qramlıq 585 əyarlı boyunbağın klonu ilə birlikdə oğurlandığını aşkar etmişdir. X1 zəng vuraraq evindən oğurluq olması barədə məlumat vermiş, rəvəsi də bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları gəlmiş, evinə baxış keçirilmiş və həmin gün qonşusu Lalə xanımın yaşadığı evin qarşısında quraşdırılmış video müşahidə kamerasının yaddaş qurğusuna baxdıqda, evdə olmadığı müddət ərzində qardaşı Təqsirləndirilən şəxs qanunsuz evə daxil olduğunu müəyyən etmişdir. Qızıl-zinət əşyalarının qardaşı Durar tərəfindən oğurlandığı ona məlum olmuş, bu barədə polis şöbəsinə məlumat vermiş və polis əməkdaşları Durarın yerini müəyyən edə bilməsələr də, yaşadığı evdən oğurlanmış ona məxsus bir ədəd qolbağını və bir ədəd boyunbağını Ağabala adlı şəxsə satması müəyyən edilmiş, həmin qolbağ və boyunbağı polis əməkdaşları tərəfindən Ağabala adlı şəxsdən götürülmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 13000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs Zöhrab Zərərçəkmiş şəxs4 oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanın zirzəmisində yerləşən obyekti icarəyə götürmüş və masaj salonu kimi işlətmək üçün təmir etdirmişdir. 2021-ci ilin avqust ayında təmir qurtardıqdan sonra həmin obyekt masaj salonu kimi fəaliyyət göstərməyə başlamış, lakin obyekt fəaliyyətə başladıqdan təxminən 1 ay sonra, yəni 2021-ci ilin sentyabr ayında “Covid-19” pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əsasən masaj salonunun fəaliyyəti dayanmışdır. Buna baxmayaraq, arabir obyektə gedərək ora baxış keçirmiş, təxminən 20-25 dəqiqəlik qapısını və nəfəsliyi açaraq içərini havalandırmışdır. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində obyektdə baxış keçirmək və içərini havalandırmaq üçün getmiş, obyektin bayır qapısını açmaq istəyərkən qapının açıq vəziyyətdə olduğunu görmüş və içəri daxil olduqda obyektdə quraşdırdığı 70 kv.metr üçün nəzərdə tutulan «Evrostar» markalı kondisionerin yerindən çıxarıldığını sökülərək içərisində olan mislərin çıxarılaraq oğurlandığını, eləcə də soyuducuda olan ümumilikdə dəyəri 15 manat olmaqla hər birinin dəyəri 3 manat olan 5 ədəd 250 ml-lik «Red Bull» markalı, ümumilikdə dəyəri 15 manat olmaqla hər birnin dəyəri 1 manat olan 15 ədəd 250 ml-lik «Bizon» markalı, ümumilikdə dəyəri 12 manat olmaqla hər birnin dəyəri 2 manat olan 6 ədəd 500 ml-lik «Monster» markalı energy içkilərinin, ümumilikdə dəyəri 12 nanat olmaqla hər birinin dəyəri 2 manat olan 6 ədəd 500 ml-lik «Xırdalan» pivəsinin, 1 ədəd dəyəri 80 manat olan 700 ml-lik «Jack Daniels» markalı viskinin, 1 ədəd dəyəri 25 manat olan 700 ml-lik «Ruskiy Standart» markalı arağın oğurlandığını aşkar etmişdir. Hadisə barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmiş və polis əməkdaşları tərəfindən obyektdə baxış keçirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsini icarəyə götürmüş, şirniyyat evi kimi işlətmək üçün təmir etdirmiş və 2021ci ilin may ayından etibarən «Təndirimiz» adı altında şirniyyat evi kimi fəaliyyətə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 07:00-da fırınçı kimi işləyən Gülbəniz Mehdiyevə ona zəng vuraraq obyektdə gəldiyi vaxt giriş qapının açıq vəziyyətdə olduğunu bildirmiş, dərhal obyektə gəlmiş, giriş qapının açıq vəziyyətdə olduğunu görmüş və kassada olan 285 manat pulun oğurlandığını aşkar etmişdir. Obyektdə olan müşahidə kameralarına baxdıqda bir nəfər şəxsin obyektdə daxil olduğu və kassadan pulları götürdüyü müəyyən edilmişdir. Hadisə barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X22 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Qazax şəhəri, H.Əliyev prospekti 61A ünvanda yerləşən "AL market”dən birinin dəyəri 2 manat 40 qəpik olan 30 ədəd “West silver” markalı, birinin dəyəri 2 manat 60 qəpik olan 10 ədəd “Winchester silver” markalı, birinin dəyəri 3 manat 70 qəpik olan 20 ədəd "Kent HD 8 futura” markalı siqaretlər və 150 manat nağd pul oğurlanmışdır. "Al marker” MMC-yə ümumilikdə 322 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs X13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən «Pristij Market»də müdir işləyir. 10 dekabr tarixdə səhər saat 08:27-də birinci növbənin satıcısı X23 zəng vurub marketin giriş qapısının sındırıldığını bildirmişdir. Təcili marketə gəlmiş, qapının şüşəsinin sındırıldığını görmüş və 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Kassadan ümumilikdə 1217 manat pul oğurlandığı müəyyən olmuş, marketin qonşuluğunda olan quru meyvə mağazası və paltar mağazasının çölündə quraşdırılmış kareraların qeydə aldığı görüntülərdən məlum olmuşdur ki, gecə saat 02:30-da naməlum şəxs marketin qapısının şüşəsini sındırıb içəri daxil olub. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, 28 May küçəsi, 4 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır. İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən "N- N telekom" adlı telefon mağazasını icarə əsasında işlətmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 08 radələrində telefon mağazasına gələrkən giriş qapının və mobil telefonları yığdığı vitrin dolabın qapısının açıq olduğunu və kassa kimi istifadə etdiyi alışveriş masasının çəkməcə hissəsində saxladığı 180 manat məbləğində pulun yerində olmadığını, həmçinin telefon yığdığı vitrin dolaba ətraflı baxaraq oradan siyahı üzrə saxladığı 01 ədəd ‘‘Samsung'’ markalı A22 modelli və alış-veriş masası üzərində olmuş, müştəri, Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 proqram yenilənməsi üçün təmirə verdiyi 01 ədəd "Xiami Redmi” markalı Note 9 modelli mobil telefonun yerində olmadığını, həmçinin mağazada digər vitrindəki əşyaların yerində olmadığını aşkar etmişdir. Mağazadan 01 ədəd “Samsung" markalı "A22” modelli İMEİ kodu: **********69989 saylı təxmini qiyməti 550 manat olan mobil telefonun və müştəri Zərərçəkmiş şəxs7 təmir üçün verdiyi İMEİ kodu: **********10090 saylı mobil telefonun oğurlanması nəticəsində ümumilikdə ona 730 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi keçəsi, döngə 5-də ünvanda ailəm ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonuna qohumlarının evinə qonaq getmişdir. Həmin ərəfədə istifadə etdiyi “Xiaomi Redmi” markalı “Note 9” modelli mobil telefonunda proqram yenilənməsi ilə bağlı problem olduğundan İsmayıllı şəhərində Cavanşir küçəsi, bazarı yaxınlığında yerləşən "N- N Telekom" adlı telefon mağazasına proqram təminatının təmir edlməsi məqsədilə vermişdir. Həmin mağazanı işlədən Ramil adlı şəxs telefonun təmir problemini qısa vaxtda həll edib məlumat verəcəyini bildirmişdir. Əlaqə saxlaması üçün Ramilə digər telefonun nömrəsini vermişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 08:30 radələrində Ramin zəng edərək telefon mağazasından oğurluq olduğu və oğurluq zamanı ona məxsus “Xiaomi Redmi” markalı “Note 9” modelli mobil telefonun oğurlandığını bildirmişdir. Telefon mağazasından 180 manat məbləğində pul və 01 ədəd “Samsung” markalı mobil telefon da oğurlanmışdır. Hadisə nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri şəhəri H.Əliyev prospekti ev 105 mənzil 14 ünvanda ailəsi ilə birlikdə yaşayır. İsmayıllı şəhəri H.Əliyev prospekti 95 ünvanda yerləşən "Xan" adlı ərzaq mağazasını icarə əsasında işlətmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20 radələrində mağazanın iş fəaliyyəti bitdikdən sonra mağazanın plastik formalı qapısını daxili açar vasitəsilə bağlayaraq getmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 08 radələrində mağaya gələrkən giriş qapının açıq olduğunu görmüş, mağazada kassa kimi istifadə etdiyim alış-veriş masasının çəkməcə hissəsində sellofan torbalarda saxladığı dəmir pullardan ibarət ümumilikdə 80 manat məbləğində qəpiklərin yerində olmadığını, həmçinin masanın alt rəflərinə baxarkən həmin rəfdə saxladığı, 02 ədəd blokda cəmi 20 ədəd qutuda “kent 4” markalı siqaretlərin, simsim və nar danışıq kartlarının yerində olmadığını və mağazadan oğurluq olduğunu bilmişdir. Oğurluq hadisəsi nəticəsində mağazadan 80 manat məbləğində qəpiklərdən ibarət pullar, hər birinin qiyməti 30 manat olan cəmi 60 manat dəyərində 02 ədəd bloklarda olmuş ümumi 20 ədəd qutuda "kent 4” markalı siqaretlər, həmçinin cəmi 250 manat dəyərində içərisində 1,2,3,5 və 10 manatlıq məbləğlərdə simsim və cin danışıq kartlarının oğurlanması nəticədə ona ümumilikdə 390 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri Xanlar küçəsi ev 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. İsmayıllı şəhəri, H.Əliyev prospekti 56 ünvanda yerləşən "Bakcell" adlı telefon mağazasını icarə əsasında işlədərək fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində telefon mağazasının qapısını daxili açar vasitəsilə bağlayaraq getmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 09 radələri telefon mağazasına gələrkən qapının açıq olduğunu görmüş, salona daxil olarkən mobil telefonlar yığdığı vitrin dolabın qapısının açıq olduğunu və içərisində telefonların olmadığını görərək mağazadan oğurluq olduğunu başa düşmüşdür. Həmin vaxtı telefon yığdığı vitrin dolaba ətraflı baxaraq siyahı üzrə saxladığı 02 ədəd “Samsung" markalı “A52” modelli, 02 ədəd "Samsung” markalı “A02" modelli, 02 ədəd “Realme" markalı "7i” modelli, 01 ədəd “Tecno” markalı "Pop 2F" modelli, 01 ədəd “Alcatel" markalı “3X” modelli, 01 ədəd "Alcatel" markalı “İSE" modelli və 01 ədəd "Tecno Spark” markalı “5Air” modelli mobil telefonların yerində olmadığını, həmçinin mağazada digər vitrində əşyaların yerində olmadığını, kassa kimi istifadə etdiyi alış-veriş hesablanması masasının üst çəkməcə hissəsində saxladığı 241 manat pulun yerində olmadığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində mağazadan 01 ədəd “Samsung” markalı “A52” modelli mobil telefonun İMEİ kodu: **********17739 saylı və təxminən qiyməti 859 manat, 01 ədəd “Samsung” markalı “A52” modelli mobil telefonun İMEİ kodu: **********56582 saylı və təxminən qiyməti 699 manat, 01 ədəd “Samsung" markalı “A02" modelli mobil telefonun İMEİ kodu: **********44919 saylı və təxminən qiyməti 279 manat, 01 ədəd "Samsung” markalı “A02” modelli mobil telefonun İMEİ kodu: **********48365 saylı və təxminən qiyməti 279 manat. 01 ədəd “Realme" markalı 7i modelli telefonun İMEİ kodu: **********37091 saylı və təxminən qiyməti 429 manat, 01 ədəd “Redmi' markalı “7i” modelli telefonun İMEİ kodu: **********28991 saylı və təxminən qiyməti 429 manat, 01 ədəd “Tecno" markalı “Pop 2F” modelli mobil telefonun İMEİ kodu: **********37782 saylı və təxminən qiyməti 169 manat, 01 ədəd “Alcatel" markalı "3X" modelli mobil telefonun İMEİ kodu: **********67407 saylı və təxminən qiyməti 429 manat, 01 ədəd “Alcatel" markalı “İSE" modelli telefonun İMEİ kodu: **********27399 saylı və qiyməti təxminən 329 manat 01 ədəd “Tecno Spark” markalı “5Air" modelli mobil telefonun İMEİ kodu: **********89908 saylı və təxminən qiyməti 259 manat telefonun və 241 manat məbləğində nəğd pulun oğurlanması nəticəsində ona ümumilikdə 4401 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda qızıl dükanını icarə əsasında işlətmişdir. 19 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində tanımadığı bir şəxs dükana gələrək əlində qızıllar olduğunu və satmaq istədiyini demişdir. Həmin şəxsə qızılları təqdim etməsini bildirmiş və həmin şəxs bir ədəd qadınlar üçün nəzərdə tutulmuş qızıl qolbağı, bir ədəd klonu ilə birlikdə boyunbağını, bir ədəd üzüyü təqdim etmişdir. Həmin qızıl əşyaların bir-bir tərəzidə çəkilərini müəyyən etdikdən sonra qiymətlərini hesablamış və həmin şəxsə qızıllara görə ümumilikdə 5500 manat verə biləcəyini demişdir. Həmin şəxs razılaşmış, sonuncudan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin əvəzi ona verilmiş şəkilli AA0276858 nömrəli sənədi təqdim etmiş, həmin sənəddə şəxsin kimliyi Təqsirləndirilən şəxs yazılmışdır. Təqsirləndirilən şəxs 5500 manat verib qızıl-zinət əşyalarını götürmüşdür. Həmin gün axşam Təqsirləndirilən şəxs ona satdığı bir ədəd üzüyü və bir ədəd klonu başqa bir qızıl əşya düzəltmək üçün əritmişdir. 20 sentyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları dükana gələrək, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə edib ona satdığını bildirmiş və həmin qızıl-zinət əşyalarını maddi sübut kimi təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs ona satdığı qızılların oğurluq olduğunu bildikdən sonra seyfdə saxladığı bir ədəd boyunbağını və bir ədəd qolbağı polis əməkdaşlarına təqdim etmişdir. Sonradan Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 onun dükanına gələrək Durarın ona satdığı qızıllardan və onun əritdiyi bir ədəd üzüyü və bir ədəd klonun əvəzinə başqa bir qızıl-zinət əşyası verməyini bildirmiş, həmin üzüyün və klonun əvəzinə Zərərçəkmiş şəxs2 bir ədəd üzük və bir cüt sırğa vermişdir. Təqsirləndirilən şəxs ona satdığı qızıl-zinət əşyalarını oğurluq you ilə əldə etdiyini bilməmiş, sonuncu həmin qızıl-zinət əşyalarının özünə aid olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlər - X17, X4, X18, X10 və X5 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan məhkəmə fıziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1555-9/1954 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 19,53 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli boyunbağının dəyəri 1542 manat, bir ədəd 49,98 qram kütləli, təxminən 900 əyarlı qızıldan hazırlanmış, halqa formalı, qırmızımtıl sarı rəngli qolbağın dəyəri 5397 manatdır. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1905 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilməmiş “west silver” markalı siqaretin bir ədədinin qiyməti 2 manat 50 qəpik, ‘‘Winchester silver” markalı siqaretin bir ədədinin qiyməti 2 manat 50 qəpik, ‘‘Kent HD 8 futura” markalı siqaretin bir ədədinin qiymətinin isə 3 manat 60 qəpikdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd Çində istehsal edilmiş tünd yaşıl rəngli, “Alcatel" markalı, “5061 u (3x)" modelli təzə mobil telefonun dəyəri 355 manat, bir ədəd istifadədə olmuş, normal vəziyyətdə olan açıq qəhvəyi rəngli “Tecno" markalı, “B1F (POP 2F)" modelli mobil telefonun dəyəri 80 manat, bir ədəd göy rəngli “Tecno Spark” markalı, "Tecno KD6 (5 Air)" modelli təzə mobil telefonun dəyəri 240 manat, bir ədəd Çində istehsal edilmiş göy rəngli, “Samsung Galaxy” markalı, “SM-A032F/DS" modelli təzə mobil telefonun dəyəri 210 manatdır. Tədqiqata təqdim edilməmiş nəzəri qaydada bir ədəd “Samsung” markalı “A52” modelli təzə mobil telefonun dəyəri 580 manat, bir ədəd "Samsung” markalı "A52” modelli təzə mobil telefonun dəyəri 580 manat, bir ədəd “Samsung” markalı "A02” modelli təzə mobil telefonun dəyəri 220 manat, bir ədəd “Samsung" markalı “A02” modelli təzə mobil telefonun dəyəri 220 manat, bir ədəd “Realme'’ markalı “7i" modelli təzə mobil telefonun dəyəri 345 manat, bir ədəd “Realme” markalı “7i" mcdelli təzə mobil telefonun dəyəri 345 manat, bir ədəd “Alcatel" markalı, “İSE" modelli təzə mobil telefonun dəyəri 240 manatdır. İşdə olan sənədlərdən görünür ki, mobil telefonlar özü xüsusiyyətlərinə və əlamətlərinə görə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan sənədlərdən görünür ki, qızıl-zinət əşyaları özü xüsusiyyətlərinə və əlamətlərinə görə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan sənədlərdən görünür ki, "Qala Telecom” mağazasından və "Laçın" Ticarət mərkəzindən götürülmüş diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01:27-də ünvan 13 ünvanda yerləşən mağazada vitrinin üzərindən telefonlar oğurlamışdır. Bundan başqa, Göyçay şəhəri, Qara Məryəm kəndində fərdi evdə quraşdırılmış kameradan götürülmüş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 mobil telefonlarını oğurlamış şəxs hadisə baş verdikdən sonra Göyçay şəhəri, Qara Məryəm kəndinə getmişdir. İşdə olan sənədlərdən görünür ki, görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 03:00 radələrində bir nəfər şəxsin kassadan pullar oğurladığı müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntülərdə olan şəxsin özü olduğunu və görüntülərin əks olunduğu vaxtda ünvan 4 ünvanda yerləşən «Təndirimiz» şirniyyat evində olan kassadan 285 manat pul oğurladığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 181.2.2, 181.2.4, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 10 il 03 aya endirilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 01 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və İsmayıllı rayon məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş zərərçəkmş şəxs Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal qismində, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, əməlində cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3,177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar – İsmayıllı RPŞ-də saxlanılan mobil telefonlar sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübutlar - qızıl-zinət əşyaları ibtidai istintaq müddətində Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 70 iş saat və məhkəmədə iştirak etdiyi 24 iş saatı, cəmi 94 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 564 (beş yüz altmış dörd) manat (94x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – İsmayıllı RPŞ-də saxlanılan mobil telefonlar sahibinə qaytarılsın. İş üzrə maddi sübutlar - qızıl-zinət əşyaları ibtidai istintaq müddətində Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 94 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 564 (beş yüz altmış dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-290/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-290/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver