Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-291/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X2 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 oktyabr 2021-ci il tarixdə, saat 11:15-də, Bakı şəhərində, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 27 saylı evin 24 saylı mənzilində qeydiyyatda olan, barəsində '‘həbs’' qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanda yerləşən “Ruslan-93” adlanan idman kompleksinə gələrək oraya gələn müştərilərdən birinin təsadüfən onu həmin kompleksin əməkdaşı hesab edərək paltar dəyişmə otağının giriş qapısının açarını ona verməsindən istifadə edərək, həmin açarla paltar dəyişmə otağının qapısını açmaqla qanunsuz olaraq otağa daxil olub, həmin otaqda asılmış Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən içərisində 20 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1600 manat dəyərində «Samsung Galaxy Sİ0 plus» markalı və içərisində 10 manat dəyərində 051- 207-98- 45 saylı mobil nömrə olan 400 manat dəyərində «XİAOMİ Redmi 7» markalı mobil telefon aparatlarını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 2030 manat dəyərində maddi ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 dekabr 2020-ci il tarixdə saat təxminən 18-19 radələrində, Nizami rayonu ərazisində Ə.Vəliyev küçəsində yerləşən «Ruslan-93» adlanan idman kompleksinə futbol oynayanlara baxmaq üçün gəlmişdir. Həmin vaxt stadionun paltar dəyişmə otağının yanında dayanarkən, 25 nömrəli idman paltarı geyinərək futbol oynamağa gedən oğlan paltar dəyişmə otağının qapısını bağlayaraq otağın açarını ona vermişdir. Bir söz demədən otağın açarını almış və futbol oynamağa gələn şəxslərin tam otaqdan çıxmalarını gözləmiş və həmin şəxslər getdikdən sonra paltar dəyişmə otağının qapısını həmin açarla açaraq içəri girib şkaflardan birinin qıfılı olmayanının qapısını açaraq orada asılan şalvarın ciblərinə baxaraq iki ədəd mobil telefon aparatı götürüb oradan getmişdir. Oğurladığı telefonlardan «Redmi» markalı mobil telefon aparatını metronun «Neftçilər» stansiyasının yanında mağazaya satmış, «Samsung» markalı mobil telefon aparatını isə «Bakıxanov» qəsəbəsində mağazaya sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə işdə olan digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dostları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 3 ünvanda yerləşən «Ruslan-93» idman kompleksində futbol oynamışdır. 10 dekabr 2020-ci il tarixdə saat 18də futbol oynamaq məqsədi ilə həmin idman kompleksinə getmiş və kompleksin paltar dəyişmə otağında paltarlarını dəyişib futbol oynamağa başlamışdır. Saat 20 radələrində futbol oynayıb qurtardıqdan sonra paltar dəyişmə otağına gəlmiş və paltarlarını götürərkən şalvarının cibinə baxdıqda, içərisində 20 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1600 manat dəyərində «Samsung Galaxy S10 plus» markalı və içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 400 manat dəyərində «XİAOMİ Redmi 7» markalı mobil telefon aparatlarının cibində olmadığını aşkar etmişdir. Daha sonra, həmin mobil telefon aparatlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Sonuncu ona dəymiş ziyanın bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməyə söz vermişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. ünvan 2 ünvanda yerləşən mobil telefonların alqı-satqısı mağazasını işlədir. Təxminən 2020-ci ilin dekabr ayının ortalarına yaxın işdə olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs mağazaya gələrək özünə məxsus mobil telefon aparatını satmaq istədiyini bildirmişdir. Həmin şəxsə mobil telefon aparatını göstərməyi demiş və sonuncu 1 ədəd «REDMİ» markalı mobil telefon aparatını təqdim etmiş, telefon aparatının işlək vəziyyətdə olduğunu, digər aksesuarlarının üzərində olduğunu və işlənmiş olduğunu dəqiqləşdirdikdən sonra 130 manata ala biləcəyini demişdir. Həmin şəxs razılaşdıqda sonuncuya şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi təqdim etməyi demiş və həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonuncu şəxsiyyət vəsiqəsinin surətində mobil telefon aparatının özünə məxsus olduğunu qeyd etmişdir. Bundan sonra mobil telefon aparatını 130 manat pul ödəməklə almış və bir neçə gündən sonra 150 manata tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs mobil telefon aparatını ehtiyacdan satdığını demişdir. İşdə olan 10 dekabr 2020-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 3 ünvanda yerləşən «Ruslan-93» adlanan idman kompleksində paltar dəyişmə otağıdır. İşdə olan 14 iyul 2021-ci il tarixli «Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında» protokoldan görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti könüllü təqdim edilmiş və götürülmüşdür. İşdə olan 24 iyun 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 3 ünvanda yerləşən «Ruslan-93» adlanan idman kompleksində təhlükəsizlik kameralarında aparılan görüntülərə baxış keçirilərək 10 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs mobil telefonlarının oğurlanmasını əks etdirən videogörüntü müəyyən edilərək CD diskə köçürülməklə götürülmüşdür. İşdə olan 30 iyun 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində bir nəfər cavan oğlanın otaqlardan birinin plastik qapısını açmağa cəhd etməsi, lakin 2 dəfə alınmadıqdan sonra 3-cü dəfə otağın qapısını əlində olan açarla açaraq otağa daxil olması, paltar dəyişmə otağında olan paltaraslandakı paltarların ciblərini axtarması və paltarların birinin cibindən tapdığı mobil telefon aparatını götürüb əynində olan gödəkcənin iç cibinə qoymaqla həmin yerdən uzaqlaşması öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özünün olmasını və həqiqətəndə törətmiş olduğu oğurluq hadisəsi zamanı çəkilmiş görüntü olmasını bildirmişdir. İşdə olan 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, 2 ədəd Təqsirləndirilən şəxs adına verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətləri maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əsədov X1 rayon məhkəməsinin 14.02.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası C’M-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına, Nizami rayon məhkəməsinin 12.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178 2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 69.4 və 66.5-ci maddələri tətbiq edilməklə 2800 manat cərimə cəzasına, Nəsimi rayon məhkəməsinin 07.06.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 4000 manat cərimə cəzasına, Nərimanov rayon məhkəməsinin 26.07.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına, Xətai rayon məhkəməsinin 15.01.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 11.06.2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq cəzanın çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş və 18.12.2020-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15.01.2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 09 (doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşə əlavə olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15.01.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 4 000 (dörd min) manat məbləğində cəriməni ödəməmişdir. İşdə olan 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması cəzanı yüngülləşdirən hal, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi isə iş üzrə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 09 (doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əsasən, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda müstəqil icra olunur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiuş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinin tələbinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq cəzaya, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 9 (doqquz) gün hissəsi qismən, 4000 (dörd) manat cərimə isə tam birləşdirilməklə qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CMnin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - 1 ədəd CD disk, 2 ədəd Təqsirləndirilən şəxs adına verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı, cəmi 86 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 516 (beş yüz on altı) manat (86x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 9 (doqquz) gün hissəsi qismən, 4000 (dörd min) manat məbləğində cərimə isə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar - 1 ədəd CD disk, 2 ədəd Təqsirləndirilən şəxs adına verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 86 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 516 (beş yüz on altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-291/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-291/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver