Məhkəmə qərarları › İş №1(007)-292/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-292/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-292/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 14 oktyabr 2021-ci il tarixdə, saat 12:00-da, Bakı şəhərində, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi ev 29, mənzil 12-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs3 MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospekti ilə H.Əliyev prospekti istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, Q.Qarayev prospekti 1A ünvanında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təşhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yolun hərəkət hissəsi ilə dayanıqlı təmin etməli olduğu barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, körpünün üzərində olan yol ayrıcındakı beton maneəylə toqquşmuş, nəticədə idarə eldiyi avtomobildə sağ ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid udlağın, qırtlağın və boyun ətrafı qan damarlarının kəsilməsi ilə müşayiət olunan boynun ön səthinin kəsilmiş yarası, sol budun sınığı, alnın, burnun, sol baldırın sıyrıqları, sağ əlin ovuc səthinin çoxsaylı səthi kəsilmiş yaraları xəsarətləri almış, həmin xəsarətlərdən udlağın, qırtlağın, boyun ətrafı qan damarlarının kəsilməsi iiə müşayiət olunan boynun ön səthinin kəsilmiş yarası nəticəsində kəskin qanitirmə Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş, avtomaşında arxa sol oturacaqda əyləşmiş digər sərnişin Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid alnın sıyrığı və baş beynin əzilməsi ilə müşayiət olunan alın sümüyünün sınığı, sol tərətli plevral eluziya (plevral eksudat) ilə müşayiət olunan sol Vİİİ qabırğanın qapalı sınığı, hər iki baldırın ön səthinin sıyrıqlan xəsarətləri almış, eləcə də “Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı maşının zədələnməsi nəticəsində “Azevrocar" MMC-yə 13213 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki 27.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 MMC-yə məxsus “Ravon Nexia R3” narkalı **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə əldə edərək, hər gün Zərərçəkmiş şəxs3 MMC-nin hesabına 26 manat pul ödəməklə taksi fəaliyyət ilə məşğul olurmuşdur. 09 may 2021-ci il tarixdə saat 11 radələrində Bakı metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığından hər sərnişin üçün 1 manat olmaqla 4 nəfəri avtomobilə mindirmişdir. Həmin vaxt sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs avtomoblin qabaq sağ oturacağına əyləşmişdir. Digər sərnişin Zərərçəkmiş şəxs1 isə sükan tərəfdə onunu arxasında əyləşmiş və həmin şəxslərin heç birini əvvəllər tanımamışdır. Avtomobillə Nizami rayonu, Qara Qarayev prospekti istiqamətində hərəkət edərkən, yolda xatırlamadığı yerdə 2 nəfər sərnişin düşmüş, avtomobildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qalmışdır. Bundan sonra Ziya Bünyadov prospekti ilə Nizami rayonu Qara Qarayev prospekti istiqamətində hərəkətdə olarkən, idarə eldiyi avtomobildən sol tərəfdə hərəkətdə olan “Mitsubişi Pajero" markalı avtomobil siqnal verərək əli ilə saxlamağına işarə vermiş, yolda avtomaşınların hərəkət intensivliyini nəzərə alaraq sürəti azaltmış və şüşəni endirərək həmin tanımadığı şəxsdən nə baş verməsini soruşduqda, həmin şəxs sağ tərəf qapının şüşəsini endirərək onun ünvanına nalayiq ifadələr işlədərək söyüb onu təhqir etmiş və şüşəni qaldıraraq avtomobili sürətlə sürüb getmişdir. Həmin şəxsin onu nə səbəbə söyməsini bilmək üçün əsəbləşib “Mitsubişi Pajero" markalı avtomobilə çatmaq məqsədi ilə sürəti artırmışdır. Həmin vaxt təxminən 60-70 km/saat sürətlə avtomobili idarə etmiş və “Miısubişi Pajero" markalı avtomaşına arxa tərəfdən təxminən 3-4 metr məsafədə yaxınlaşmış və siqnal verərək saxlamasını tələb elmişdir. Lakin həmin avtomobilin sürücüsü ona heç bir məhəl qoymadan avtomobili sürməyə davam etmişdir. Metronun “Koroğlu" stansiyasının yaxınlığında yeni tikili körpünün üzərinə çıxmış və körpünün üzərində həmin avtomobilə çatan zaman “Mitsubişi Pajero" markalı avtomobil qəflətən yolun sağ tərəfinə keçərək Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətinə hərəkət elmişdir. İdarə etdiyi avtomobili həmin avtomobilin arxasınca yaxın məsafədə sürdüyü üçün qarşıda yol ayrıcı olmasını qəfil gördükdə sükanı sol tərəfə döndərmək istəyərkən soldan keçən avtomaşınla toqquşmamaq üçün sükanı düz saxladığından avtomobil sürətlə yol ayrıcındakı beton maneyəyə çırpılmışdır. Hadisə nəticəsində huşunu itirmiş, yoldan keçən sürücülər ona və arxa tərəfində əyləşmiş sərnişinə kömək edib onları maşından çıxarmışlar. Hadisə nəticəsində avtomobilin qabaq sağ tərəfində əyləşən sərnişin Zərərçəkmiş şəxs2 ölmüşdür. Hadisə yerinə təcili tibbi yardım, FHN-nin əməkdaşları və polis işçiləri gəlmiş, təcili tibbi yardımla 3 saylı şəhər klinik xəstəxanasına aparılmış və ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 Nizami rayonu, Qara Qarayev prospekti 7 ünvanda yerləşən “Emil" bərbər salonunda saç ustası işləmişdir. 09.05.2021-ci il tarixdə səhər saat 11 radələrində İnqilab evdən çıxıb işə getmiş və sonuncu şəxsi avtomobili olmadığı üçün işə taksi ilə gedib gəlmişdir. 09.05.2021-ci il tarixdə əvvəlcə İnqilabın taksidə yol nəqliyyat hadisəsinə düşərək yaralandığını, daha sonra hadisə nəticəsində öldüyünü bilmişdir. Baş vermiş hadisə barədə ona məlum olmuşdur ki, 09.05.2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs taksi kimi idarə etdiyi “Ravon Nexia R3" markalı **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, Bakı şəhəri, “Koroğlu” metrostansiyasının yaxınlığında yeni tikili körpünün üzərindəki yol ayrıcında olan beton maneyəyə vurması nəticəsində avtomaşının qabaq sağ oturacağında əyləşmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunun məşğulluq mərkəzinin inzibati binasında fəhlə kimi təmir işləri görürmüş və hər gün Nizami rayonuna gedib-gəlmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 09 may 2021-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, “Neftçilər" metrostansiyasına getmək məqsədi ilə Bakı metropoliteninin “20 Yanvar" stansiyasının yaxınlığında “Velotrek” ticarət mərkəzinin yanında "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşınına minmişdir. Həmin vaxtı qabaq sağ tərəfdə Zərərçəkmiş şəxs2, sürücünün arxasında isə özü əyləşmişdir. Avtomobildə daha iki nəfər sərnişin olmuşdur. Əyləşdikləri taksi Ziya Bünyadov prospekti ilə Nizami rayonu istiqamətində hərəkət etmiş və yolda iki nəfər sərnişin düşmüşdür. Avtomobillə hərəkətdə olan zaman onlardan sol zolaqda hərəkət etmiş “Mitsubişi Pajero” markalı avtomaşının sürücüsü onların olduğu taksiyə yol verməsi üçün siqnal verərək gündüz fənərlərini yandırıb söndürmüşdür. Lakin taksi sürücüsü “Mitsubişi Pajero” markalı avtomaşına yol verməmiş və avtomobili “Mitsubişi Pajero” markalı avtomaşına yaxın sürüb sağ tərəf qapının şüşəsini endirib sürücünü nalayiq ifadələrlə təhqir etmiş, həmin sürücü də taksi sürcüsü İdrisi təhqir edib maşını sürətlə sürüb getmişdir. İdris idarə etdiyi avtomaşını sürətlə idarə edib qarşıda gedən “Mitsubişi Pajero” markalı avtomaşını arxadan təqib etməyə başlamışdır. İdris həmin avtomaşının arxasınca səs siqnalı vermiş və gündüz fənərlərini yandırıb-söndürmüş, lakin həmin “Pajero” markalı avtomaşının sürücüsü heç nəyə məhəl qoymadan avtomaşını idarə etmişdir. Təqsirləndirilən şəxs sürəti azaltmağı xahiş etsə də sonuncu “sən niyə narahatsan sakit otur gedirik, indi gör onun başına nə oyun açacam, yanımızda olan adam danışmır, sən niyə danışırsan” demişdir. İdrisə avtomaşını saxlamağı və düşmək istədiyini demiş, lakin İdris ona məhəl qoymadan idarə etdiyi avtomaşınla sürətlə metronun “Koroğlu” stansiyasının yaxınlığındakı yeni tikili körpünün üzərinə çıxmış və avtomaşını körpünün üzərində olan yol ayrıcında yerəşən beton maneyəyə vurmuşdur. Hadisə nəticəsində huşunu itirmiş, sonra ayılmış və FHN-nin, təcili tibbi yardım və polis əməkdaşlarının hadisə yerinə gəldiyini görmüşdür. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən həmin vaxt ölmüşdür. Təcili tibbi yardımla 3 saylı şəhər klinik xəstəxanasına aparılmış və ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərmişdir ki, əvvəllər həyat yoldaşı olmuş Zərərçəkmiş şəxs2 09.05.2021-ci il tarixdə saat 11 radələrində sərnişin olduğu taksi avtomobilində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 09 may 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, “Koroğlu” Metrostansiyası istiqamətindən Nizami rayonu, Qara Qarayev prospekti istiqamətində yeni tikili körpünün üzərində baş vermiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 25 may 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 09 may 2021-ci il tarixdə saat 11 radələrində "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, “Koroğlu” metrostansiyası istiqamətindən Nizami rayonu, Qara Qarayev prospekti istiqamətində yeni tikili körpünün üzərində hərəkət edən zaman avtomaşının yol ayrıcında olan beton maneəyə çırpılması nəticəsində sərnişin X8 hadisə yerində ölmüşdür. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında" 09 may 2021-ci il tarixli 2/12810 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 14:15-də müayinədən keçirilmiş və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsindən verilmiş 20 may 2021-ci il tarixli 016-60953-1221 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 23.11.2030-cu il tarixdək müddətə etibarlı olan BA seriyalı 001263 nömrəli "B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüquqlarından mərhum edilənlər siyahasında olmamışdır. İş materiallarında olan ”Azevrocar” MMC tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, baş vermiş hadisə nəticəsində ''Azevrocar” MMC-yə məxsus “Ravon Nexia R3" markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 13215 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 25 may 2021-ci il tarixli 382 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 alının sıyrığı və baş beynin əzilməsi ilə müşayiət olunan alın sümüyünün sınığı, sol tərəfli plevral efuziya (plevral eksudat) ilə müşayiət olunan sol Vİİİ qabırğanın qapalı sınığı, hər iki baldırın ön səthinin sıyrıqlan olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən töərnmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 09.05.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı yarana bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyidinin məhkəmə-tibbi müayinəsi zamanı - udlağın, qırtlağın və boyun ətrafı qan damarlarının kəsilməsi ilə müşayiət olunan boynun ön səthinin kəsilmiş yarası, sol budun sınığı, alnın, burnun, sol baldırın sıyrıqları, sağ əlin ovuc səthinin çoxsaylı səthi kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, boyun nahiyəsinin kəsilmiş yarası və sağ əlin səthi kəsilmiş yaraları iti kənara malik əşyanın (əşyaların ola bilsin şüşə) sınıq və sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən az əvvəl, yəni 09.05.2021-ci il tarixdə sərnişin qismində olarkən avtomaşının beton maneəyə çırpılması nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərə vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs2 ölümünə udlağın, qırtlağın, boyun ətrafı qan damarlarının kəsilməsi ilə müşayiət olunan, boynun ön səthinin kəsilmiş yarası nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 09 iyul 2021-ci il tarixli 8/1427 saylı rəyindən görünür ki, "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 25 may 2021-ci il tarixli qərardan görünür ki, 09 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmişin nümayəndəsi X5 təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X1 və Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, sonuncu ilə barışmışlar, iş üzrə heç bir şikayət və tələbləri yoxdur. Həmçinin işə əlavə olunmuş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, MMC-nin Təqsirləndirilən şəxs qarşı iş üzrə heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar – 1 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmişə qaytarılması isə nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı, cəmi 95 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 570 (beş yüz yetmiş) manat (95x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X6 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar - 1 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, "Ravon Nexia R3” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmişə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 95 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 570 (beş yüz yetmiş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar