Məhkəmə qərarları › İş №1(007)-294/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-294/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-294/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanında yerləşən “SS” avtoservisə gəlib, servisdə işləyən şəxslərin məşğul olmasından istifadə edib həmin servisin ikinci mərtəbəsində yerləşən, kənar şəxslərin daxil olmasına icazə verilməyən, işçilərin paltarlarını dəyişməsi məqsədiləyalnız servisin işçiləri üçün nəzərdə tutulmuş otağın qapısının açıq olmasından istifadə edib saxlanc yeri hesab olunan həmin otağa qanunsuz daxil olaraq orada asılqandan asılmış, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvarın arxa cibindən 3400 manat məbləğində 100 manatlıq müxtəlif əskinazlardan ibarət pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3400 manat (üç min dört yüz manat) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində piyada gəzərkən yolun kənarında “SS” avtoservisin olduğunu görüb içərisinə daxil olmuş, içəridə çox sayda avtomaşınların olduğunu və ustaların avtomaşınların təmirinə başlarının qarışıq olduğunu görmüşdür. Bu zaman avtoservisin 2-ci mərtəbəsinə qalxmış, orada otaqlardan birnin qapısının açıq olduğunu görərək həmin otağa daxil olmuşdur. Otağın içərisinə daxil olduqda divardan asılmış geyimlərin olduğunu, həmin geyimlərdən olan bir ədəd şalvarın ciblərini axtaran zaman arxa cibində çox sayda pulun olduğunu aşkar etmiş və həmin pul əskinaslarını saydıqda hamısı 100 manatlıq pul əskinası olan ümumilikdə 3400 manat pulun olduğunu bilmiş və həmin pulları əynimdə olan şalvarının arxa cibinə qoyub avtoservisdən çıxıb uzaqlaşıb getmişdir. Avtoservisdən oğurladığı pulun bir hissəsini borcları olduğunu üçün onları ödəmiş, digər qismini isə şəxsi ehtiyacları üçün xərcləmiş, həmin pullardan cəmi üzərində 300 manat pul qalmışdır. Həmçinin həmin pula həmin günü bir ədəd telefon almış, oğurluq etdiyi gündən 2 gün sonra isə başqa bir mobil telefonu 420 manat ödəməklə tanımadığı şəxsdən alaraq istifadə etmək üçün arvadına vermişdir. Oğurladığı puldan almış olduğu mobil telefonları və həmin puldan qalan 300 manat pulu təhqiqata təqdim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan qalan hissəni də ödəmək niyyətindədir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, peşmançılıq çəkməsini və himayəsində 1azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmin servisdə usta işləyir, xx.xx.2024-cü il tarixdə servisə daxil olduqdan sonra paltarını dəyişmək üçün servisin işçilərinə aid olan paltar dəyişmə otağına getmiş, bu zaman üzərində olan 3500 manat pulu itirməkdən ehtiyat etdiyi üçün və kənar şəxslərin həmin otağa girişinin qadağan olmasını bildiyi üçün pulu şalvarının cibində saxlamışdır. Daha sonra günorta saat 15 radələrində pul lazım olduğu üçün paltarını dəyişdiyi otağa gedib, cibində olan puldan 100 manat götürmüş, qalan 3400 manat pulu yenidən otaqda olan göy rəngli cins şalvarının cibinə qoyub otaqdan çıxmışdır. Həmin gün axşam saatlarında iş vaxtı bitdiyi üçün paltarlarını dəyişmək üçün paltar dəyişmə otağına gedib paltarını geyindikdən sonra əlini cibinə saldıqda şalvarının cibində 3400 manat pulun olmadığını aşkar etmiş və həmin pulun naməlum şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. İşlədiyi servisin işçilərinə aid olan paltar dəyişmə və əşyalrımızı saxladığınız otaqda olan şalvarının cibindən 3400 manat pulun naməlum şəxs tərəfindən oğurlanması nəticəsində, ona ümumilikdə 3400 manat maddi ziyan dəymişdir. Həmin geyinib soyunma otağı servisin 2-ci mərtəbəsində yerləşmiş, yalnız “SS” avto servisinin işçiləri üçün nəzərdə tutulmuş, ora kənar şəxsin daxil olması qadağan olmuşdur. O, Təqsirləndirilən şəxs servisə daxil olmasını görməmiş, yalnız sonradan videogörüntülərə baxdıqda Təqsirləndirilən şəxs tərəfindən ona məxsus pulun oğurlanması ona məlum olmuşdur. Hazırda ona dəymiş ziyanın bir hissəsi ödənilmiş, 2250 manat maddi ziyan isə ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların birgə nigahdan bir övladı var. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra İlkinin oğurluq etməsi barədə məlumatı olmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman bir müddət öncə ona hədiyyə olaraq aldığı mobil telefonu oğurluq yolu ilə əldə etdiyi pulla aldığını bildirmişdir. Qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs ona hədiyyə etdiyi telefonu polisə təqdim etmişdir. Həmçinin əlavə olaraq bildirdi ki, telefonun oğurluq yolu ilə əldə edilmiş pulla alınması barədə məlumatı olmamışdır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görsənir ki, CD diskdə 8 ədəd görüntü vardır. Həmin görüntüdə bir nəfər şəxsin Bakı şəhəri, Nizami rayonu, M.Əliyev 24/05 ünvanında yerləşən “SS” avto servisin içərisində gəzdiyi və piləkənlərlə işçilərin geyinib-soyunma otağına qalxması görsənir. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin onun olduğunu hadisənin xx.xx.2024cü il tarixdə, saat 17:30 radələrində baş verdiyini və o, avtoservis yerində işçilərin geyinibsoyunma otağına daxil olaraq oradan şalvarın cibindən 3400 manat pul oğurladığını, həmin 8 ədəd görüntüdə olan şəxsin məhz o olduğunu bildirmişdir. İş materiallarında olan 23 fevral 2024-cü il tarixdə tərtib edilmiş qəbzdən görsənir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd “Redmi 13 pro” markalı mobil telefonu, 01 ədəd “İnfinix Hot 40” markalı mobil telefonu və 300 manat pulu ziyan ödənişi olaraq qəbul etmiş və ona vuruluş 3400 manat ziyanın 1150 manatının ödəndiyini və dəymiş ziyanın qalan hissəsinin 2250 manat olmasını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan AZ-İV 780752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 adında 1 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-59/2024 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi 13 pro” markalı mobil telefonu, 01 ədəd “İnfinix Hot 40” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi 13 pro” markalı mobil telefonun və 01 ədəd “İnfinix Hot 40” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar