Məhkəmə qərarları › İş №1(007)-294/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-294/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-294/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2024-cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanda, yerləşən "Al Market” MMC-ə məxsus mağazanın qapısında olan kilidi, əvvəlcədən özü ilə hadisə yerinə gətirdiyi dəmir parçası ilə qıraraq qanunsuz olaraq həmin mağazaya daxil olub, mağazanın vitrinlərindən bir ədədinin qiyməti 02 manat 85 qəpik olmaqla ümumi dəyəri 5 manat 70 qəpik təşkil edən 02 ədəd 100 ml şüşədə «Black Jack» markalı viski, 01 ədəd 5 manat 60 qəpik qiymətində 250 ml şüşədə «Black Jack» markalı viski, bir ədədinin dəyəri 10 manat 69 qəpik olmaqla ümumi dəyəri 32 manat 07 qəpik olan 03 ədəd 700 ml şüşədə «Xan bağı» adlı araq, bir ədədinin dəyəri 13 manat 50 qəpik olmaqla ümumi dəyəri 108 manat olan 08 ədəd 700 ml şüşədə «Morosha» markalı araq, 01 ədəd 11 manat 90 qəpik dəyərində 700 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 50 qəpik olmaqla ümumi dəyəri 52 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Gubernator» markalı araq, bir ədədinin dəyəri 10 manat 20 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 05 ədəd 500 ml şüşədə «Morosha» markalı araq, bir ədədinin dəyəri 18 manat 50 qəpik olmaqla ümumi dəyəri 92 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 4 manat 99 qəpik olmaqla ümumi dəyəri 9 manat 98 qəpik olan 02 ədəd 750 ml şüşədə «Golden İmperial» markalı araq, 01 ədəd dəyəri 8 manat 90 qəpik olan 500 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 79 qəpik olmaqla ümumi dəyəri 21 manat 58 qəpik olan 02 ədəd 700 ml şüşədə «Yakor» markalı araq, bir ədədinin dəyəri 14 manat 50 qəpik olmaqla ümumi dəyəri 87 manat olan 06 ədəd 500 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 1 manat 39 qəpik olmaqla ümumi dəyəri 2 manat 78 qəpik olan 02 ədəd 100 qramlıq qutuda «Pasha çay early Grey» markalı çay, bir ədədinin dəyəri 6 manat 30 qəpik olmaqla ümumi dəyəri 31 manat 50 qəpik olan 05 ədəd 250 qramlıq qutuda «Beta çay early Grey» markalı çay, bir ədədinin dəyəri 7 manat 15 qəpik olmaqla ümumi dəyəri 28 manat 60 qəpik olan 04 ədəd 250 qramlıq qutuda «X4» markalı çay, bir ədədinin dəyəri 11 manat 41 qəpik olmaqla ümumi dəyəri 45 manat 64 qəpik olan 04 ədəd 450 qramlıq qutuda «Final çay ultra earl Grey» markalı çay, 01 ədəd dəyəri 01 manat 99 qəpik təşkil edən 90 qramlıq qutuda «Berqa early Grey» markalı çay,bir ədədinin dəyəri 4 manat 25 qəpik olmaqla ümumi dəyəri 8 manat 50 qəpik olan 02 ədəd 200 qramlıq «Doyarushka» markalı kərə yağı, bir ədədinin dəyəri 3 manat 95 qəpik olmaqla ümumi dəyəri 7 manat 90 qəpik olan 02 ədəd 180 qramlıq «West Gold» markalı kərə yağı, bir ədədinin dəyəri 3 manat 99 qəpik olmaqla ümumi dəyəri 11 manat 97 qəpik olan 03 ədəd 200 qramlıq «Nash Molochnik» markalı kərə yağı, bir ədədinin dəyəri 1 manat 49 qəpik olmaqla ümumi dəyəri 5 manat 96 qəpik olan 04 ədəd, 200 qramlıq «Kalinka» bitki yağı, 01 ədəd dəyəri 6 manat 93 qəpik olan 1 kiloqramlıq «Kalinka» bitki yağı, 01 ədəd dəyəri 12 manat 55 qəpik olan 1 kiloqramlıq «Maslo N1» kərə yağı bir ədədinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 6 manat olan 02 ədəd oyuncaq su püskürdən tapança bir ədədinin dəyəri 1 manat 25 qəpik olmaqla ümumi dəyəri 2 manat 50 qəpik olan 02 ədəd 500 qram tutumlu “DoyMak” markalı makaron 01 ədəd, dəyəri 4 manat 10 qəpik təşkil edən "Ülkər Chocolate halley" markalı şirniyyat, bir ədədinin dəyəri 1 manat olmaqla ümumilikdə 2 manat dəyərində alış-veriş zənbili gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 665 manat 65 qəpik məbləğində zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 19 mart 2024-cü il tarixdə axşam saatlarında ünvan 3 ünvandakı yaşayış binasının birinci mərtəbəsində yerləşən «Al» marketin qarşısından keçərkən bayramqabağı olduğu üçün oğurluq eləmək qərarına gəlmişdir. Bu məqsədlə gecə saat 00:30-da marketin arxa qapısına yaxınlaşaraq işıq sayğacından marketin işığını tam söndürərək mağazanın arxa tərəfdən olan qapısının kilidini yaxınlıqdan tapdığı dəmir parçası ilə sındırmış və mağazaya daxil olaraq kassa aparatının yanından iki ədəd torba götürərək vitrinə yaxınlaşıb nüxtəlif növ çaylar, araqları və şirniyyatları, oyuncaq tapançaları həmin torbalara yığaraq marketdən çıxmışdır. Lakin 22 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarına oğurladığı əşyaları təqdim etmişdir. Suallara cavab olaraq bildirdi ki, ittiham aktında göstərilən məhsullar onun tərəfindən oğlurlanmışdır. İşsiz olduğu üçün dəymiş maddi ziyanı ödəyə bilməmişdir, belə ki, yeni işə düzəlmişdir, fəhlə işləyir. Maaş aldıqda zərəri ödəyəcəkdir. Törətdiyi cinayəti səmimi etiraf edir, əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən «Al» marketin müdiri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 08 radələridə iş yerinə gələrkən mağazanın arxa qapısının üzərində olan qıfılın naməlum şəxs tərəfindən sındırılmasını və mağazanın vitrinlərində satış üçün düzülmüş əşyaların oğurlanmasını aşkar etmişdir. Ona görə də bu barədə həmin gün Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin gün mağazadan mağazadan bir ədədinin qiyməti 2 manat 85 qəpik olmaqla ümumi dəyəri 5 manat 70 qəpik təşkil edən 02 ədəd 100 ml şüşədə «Black Jack» markalı viski, 01 ədəd 5 manat 60 qəpik qiymətində 250 ml şüşədə «Black Jack» markalı viski, bir ədədinin dəyəri 10 manat 69 qəpik olmaqla ümumi dəyəri 32 manat 07 qəpik olan 03 ədəd 700 ml şüşədə «Xan bağı» adlı araq, bir ədədinin dəyəri 13 manat 50 qəpik olmaqla ümumi dəyəri 108 manat olan 08 ədəd 700 ml şüşədə «Morosha» markalı araq, 01 ədəd 11 manat 90 qəpik dəyərində 700 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 50 qəpik olmaqla ümumi dəyəri 52 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Gubernator» markalı araq, bir ədədinin dəyəri 10 manat 20 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 05ədəd 500 ml şüşədə «Morosha» markalı araq, bir ədədinin dəyəri 18 manat 50 qəpik olmaqla ümumi dəyəri 92 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 04 manat 99 qəpik olmaqla ümumi dəyəri 09 manat 98 qəpik olan 02 ədəd 750 ml şüşədə «Golden İmperial» markalı araq, 01 ədəd dəyəri 08 manat 90 qəpik olan 500 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 79 qəpik olmaqla ümumi dəyəri 21 manat 58 qəpik olan 02 ədəd 700 ml şüşədə «Yakor» markalı araq, bir ədədinin dəyəri 14 manat 50 qəpik olmaqla ümumi dəyəri 87 manat olan 06 ədəd500 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 01 manat 39 qəpik olmaqla ümumi dəyəri 02 manat 78 qəpik olan 02 ədəd 100 qramlıq qutuda «Pasha çay early Grey» markalı çay, bir ədədinin dəyəri 06 manat 30 qəpik olmaqla ümumi dəyəri 31 manat 50 qəpik olan 05 ədəd 250 qramlıq qutuda «Beta çay early Grey» markalı çay, bir ədədinin dəyəri 07 manat 15 qəpik olmaqla ümumi dəyəri 28 manat 60 qəpik olan 04 ədəd 250 qramlıq qutuda «X4» markalı çay, bir ədədinin dəyəri 11 manat 41 qəpik olmaqla ümumi dəyəri 45 manat 64 qəpik olan 04 ədəd 450 qramlıq qutuda «Final çay ultra early Grey» markalı çay, 01 ədəd dəyəri 01 manat 99 qəpik təşkil edən 90 qramlıq qutuda «Berqa early Grey» markalı çay,bir ədədinin dəyəri 04 manat 25 qəpik olmaqla ümumi dəyəri 08 manat 50 qəpik olan 02 ədəd 200 qramlıq «Doyarushka» markalı kərə yağı, bir ədədinin dəyəri 03 manat 95 qəpik olmaqla ümumi dəyəri 07 manat 90 qəpik olan 02 ədəd 180 qramlıq «West Gold» markalı kərə yağı, bir ədədinin dəyəri 03 manat 99 qəpik olmaqla ümumi dəyəri 11 manat 97 qəpik olan 03 ədəd 200 qramlıq «Nash Molochnik» markalı kərə yağı,bir ədədinin dəyəri 01 manat 49 qəpik olmaqla ümumi dəyəri 5 manat 96 qəpik olan 04 ədəd, 200 qramlıq «Kalinka» bitki yağı,01 ədəd dəyəri 6 manat 93 qəpik olan 1 kiloqramlıq «Kalinka» bitki yağı, 01 ədəd dəyəri 12 manat 55 qəpik olan 1 kiloqramlıq «Maslo N1» kərə yağı bir ədədinin dəyəri 03 manat olmaqla ümumi dəyəri 6 manat olan 02 ədəd oyuncaq su püskürdən tapança bir ədədinin dəyəri 01 manat 25 qəpik olmaqla ümumi dəyəri 2 manat 50 qəpik olan 02 ədəd 500 qram tutumlu “DoyMak” markalı makaron 01 ədəd, dəyəri 04 manat 10 qəpik təşkil edən “Ülkər Chocolate halley” markalı şirniyyat, bir ədədinin dəyəri 01 manat olmaqla ümumilikdə 02 manat dəyərində alış-veriş zənbili oğurlanmışdır. Hadisə nəticəsində 665 manat 65 qəpik maddi ziyan dəymişdir. Suallara cavab olaraq bildirdi ki, oğurluq edən şəxs tərəfindən mağazanın işıqları söndürüldüyündən kameralar tərəfindən çəkiliş aparılmamış, belə ki, həmin şəxsin məqsədi də elə bu olmuşdur. Ətrafda olan obyektlərin kameralarına baxdıqda həmin şəxsin oğurluq etdiyi məlum olmuşdur.Oğurlanan malların siyahısını isə bir gün əvvəl mağazada olan malları sayaraq müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsn bölgə müdiri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Al» marketdən mağazanın arxa qapısının üzərində olan qıfılın naməlum şəxs tərəfindən sındırılmaqla mağazadan oğurluq edilməsi müəyyən olunmuşdur. Həmin gün mağazadan bir ədədinin qiyməti 2 manat 85 qəpik olmaqla ümumi dəyəri 5 manat 70 qəpik təşkil edən 02 ədəd 100 ml şüşədə «Black ]ack» markalı viski, 01 ədəd 5 manat 60 qəpik qiymətində 250 ml şüşədə «Black Jack» markalı viski, bir ədədinin dəyəri 10 manat 69 qəpik olmaqla ümumi dəyəri 32 manat 07 qəpik olan 03 ədəd 700 ml şüşədə «Xan bağı» adlı araq, bir ədədinin dəyəri 13 manat 50 qəpik olmaqla ümumi dəyəri 108 manat olan 08 ədəd 700 ml şüşədə «Morosha» markalı araq, 01 ədəd 11 manat 90 qəpik dəyərində 700 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 50 qəpik olmaqla ümumi dəyəri 52 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Gubernator» markalı araq, bir ədədinin dəyəri 10 manat 20 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 05ədəd 500 ml şüşədə «Morosha» markalı araq, bir ədədinin dəyəri 18 manat 50 qəpik olmaqla ümumi dəyəri 92 manat 50 qəpik olan 05 ədəd 700 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 04 manat 99 qəpik olmaqla ümumi dəyəri 09 manat 98 qəpik olan 02 ədəd 750 ml şüşədə «Golden İmperial» markalı araq, 01 ədəd dəyəri 08 manat 90 qəpik olan 500 ml şüşədə «Yolkin» markalı araq,bir ədədinin dəyəri 10 manat 79 qəpik olmaqla ümumi dəyəri 21 manat 58 qəpik olan 02 ədəd 700 ml şüşədə «Yakor» markalı araq, bir ədədinin dəyəri 14 manat 50 qəpik olmaqla ümumi dəyəri 87 manat olan 06 ədəd500 ml şüşədə «Mamedoff» markalı araq, bir ədədinin dəyəri 01 manat 39 qəpik olmaqla ümumi dəyəri 02 manat 78 qəpik olan 02 ədəd 100 qramlıq qutuda «Pasha çay early Grey» markalı çay, bir ədədinin dəyəri 06 manat 30 qəpik olmaqla ümumi dəyəri 31 manat 50 qəpik olan 05 ədəd 250 qramlıq qutuda «Beta çay early Grey» markalı çay, bir ədədinin dəyəri 07 manat 15 qəpik olmaqla ümumi dəyəri 28 manat 60 qəpik olan 04 ədəd 250 qramlıq qutuda «X4» markalı çay, bir ədədinin dəyəri 11 manat 41 qəpik olmaqla ümumi dəyəri 45 manat 64 qəpik olan 04 ədəd 450 qramlıq qutuda «Final çay ultra early Grey» markalı çay, 01 ədəd dəyəri 01 manat 99 qəpik təşkil edən 90 qramlıq qutuda «Berqa early Grey» markalı çay,bir ədədinin dəyəri 04 manat 25 qəpik olmaqla ümumi dəyəri 08 manat 50 qəpik olan 02 ədəd 200 qramlıq «Doyarushka» markalı kərə yağı, bir ədədinin dəyəri 03 manat 95 qəpik olmaqla ümumi dəyəri 07 manat 90 qəpik olan 02 ədəd 180 qramlıq «West Gold» markalı kərə yağı, bir ədədinin dəyəri 03 manat 99 qəpik olmaqla ümumi dəyəri 11 manat 97 qəpik olan 03 ədəd 200 qramlıq «Nash Molochnik» markalı kərə yağı,bir ədədinin dəyəri 01 manat 49 qəpik olmaqla ümumi dəyəri 5 manat 96 qəpik olan 04 ədəd, 200 qramlıq «Kalinka» bitki yağı,01 ədəd dəyəri 6 manat 93 qəpik olan 1 kiloqramlıq «Kalinka» bitki yağı, 01 ədəd dəyəri 12 manat 55 qəpik olan 1 kiloqramlıq «Maslo N1» kərə yağı bir ədədinin dəyəri 03 manat olmaqla ümumi dəyəri 6 manat olan 02 ədəd oyuncaq su püskürdən tapança bir ədədinin dəyəri 01 manat 25 qəpik olmaqla ümumi dəyəri 2 manat 50 qəpik olan 02 ədəd 500 qram tutumlu "DoyMak" markalı makaron 01 ədəd, dəyəri 04 manat 10 qəpik təşkil edən “Ülkər Chocolate halley” markalı şirniyyat, bir ədədinin dəyəri 01 manat olmaqla ümumilikdə 02 manat dəyərində alış-veriş zənbili, oğurlanmışdır. Hadisə nəticəsində MMC-ə 665 manat 65 qəpik maddi ziyan dəymişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 may 2024-cü il tarixli, 9/3189 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 09 adda malların (çəhrayı rəngli, oyuncaq su püskürdən tapançanın təzə vəziyyətdə olması nəzərə alınmaqla) 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 78.80 müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunmasını və hazırkı cinayət əməlini azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən törətməsini nəzərə alaraq, CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-331/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-331/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə 01 il 01 ay 06 gününü çəkmiş, 01 il 10 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm çıxarıldığı vaxta, yəni xx.xx.2025-ci il tarixə 01 il 09 ay 03 gün müddətinə çəkilməmiş azadlığın məhdudlaşdırılnası cəzası qalmışdır. Hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs cəzasının hökm çıxarıldığı vaxta, yəni xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 01 il 09 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı iş üzrə əhəmiyyət kəsb edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-331/2023 saylı hökmü çıxarıldıqdan sonra törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-331/2023 saylı hökmü üzrə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 09 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 01 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Al» marketdən oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 04 ədəd 250 qramlıq qutuda "X4” markalı çayın, 01 ədəd 250 qramlıq qutuda "Beta earl Grey” markalı çayın, 01 ədəd qızılı rəngli kağız bağlamada "Ülker halley" markalı şiriniyyatın, 02 ədəd 500 qramlı şəffaf paketdə "Doymak” markalı makaronun, 04 ədəd 700 ml şüşədə "Gubernator" markalı arağın, 04 ədəd 700 ml şüşədə "Morosha" markalı arağın, 03 ədəd 500 ml şüşədə "Morosha" markalı arağın, 05 ədəd 500 ml şüşədə "Mamedoff' markalı arağın, 04 ədəd 700 ml şüşədə "Mamedoff” markalı arağın, 01 ədəd sarı rəngli, 01 ədəd çəhrayı rəngli su vuran oyuncaq tapançanın zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalı, ekspertizanın keçirilməsinə çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddiayoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il ( iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 03 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 10 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 29 gün (iki il beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Al» marketdən oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd 250 qramlıq qutuda "X4” markalı çayın, 01 ədəd 250 qramlıq qutuda "Beta earl Grey” markalı çayın, 01 ədəd qızılı rəngli kağız bağlamada "Ülker halley" markalı şiriniyyatın, 02 ədəd 500 qramlı şəffaf paketdə "Doymak” markalı makaronun, 04 ədəd 700 ml şüşədə "Gubernator" markalı arağın, 04 ədəd 700 ml şüşədə "Morosha" markalı arağın, 03 ədəd 500 ml şüşədə "Morosha" markalı arağın, 05 ədəd 500 ml şüşədə "Mamedoff' markalı arağın, 04 ədəd 700 ml şüşədə "Mamedoff” markalı arağın, 01 ədəd sarı rəngli, 01 ədəd çəhrayı rəngli su vuran oyuncaq tapançanın zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 198 manat (bir yüz doxsan səkkiz manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar