Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-295/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 52-də Xətai rayon polis idarəsinin inzaibati binasında pasport qeydiyyatında olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 19-dan 20-nə keçən gecə saat 00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində tanışı Şahid2 xahişi əsasında idarə etdiyi digər tanışı Şahid1 məxsus «Kia Optima» markalı RA-008-SM dövlət qeydiyyat nişanlı avtomobillə Şahid2 sonuncunun tanışı Şahid3 ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın qarşısında yerləşən parkda görüşə apardıqdan sonra 20 noyabr 2021-ci il tarixdə saat 00:20 radələrində həmin parkda Şahid2 ilə Şahid3 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şahid2 üzərində gəzdirdiyi cib bıçağı ilə qəsdən Şahid3 döş qəfəsinin sol yarısından bir dəfə vurmaqla sonuncuya döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş-deşilmiş qarın boşluğuna nüfuz edən yarası, kiçik piyliyin, böyük piyliyin, mədə serrozasının yaralanması ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarətlər yetirməklə qəsdən Şahid3 sağlamlığına ağır zərər vurma cinayətinin Şahid2 tərəfindən törədilməsini görüb bilərək həmin ağır cinayət barəsində müvafiq dövlət orqanlarına məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 əvvəllər tanımış, yaxın dostluq münasibətləri olmasa da, müxtəlif ortaq dostları olduğu üçün ara-sıra görüşmüşlər. 19 noyabr 2021-ci il tarixdə tanışı İsmayıl ilə bilrikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Oba'’ marketin üstündə olan adını xatırlamadığı kafedə oturduqları zaman İsmayıl spirtli içki qəbul etmiş, özü isə çay içmişdir. Kafedə təxminən 1 saat oturduqdan sonra Şahid2 kafeyə gələrək onu görüb yaxınlaşaraq salamlaşmış və sonuncuya bir yerdə oturmağı təklif etmişdir. Vadim əyləşdikdən sonra bir qədər problemi olduğunu, bir nəfər şəxsin avtomobil satdığını, həmin avtomobilin pulunu ödəməsinə baxmayaraq avtomobilin sonradan nasaz vaziyyətdə ona satıldığını başa düşmüş, buna görə də avtomobili satan şəxsə dəfələrlə avtomobilin nasaz olması barədə iradını bildirmiş lakin, həmin şəxs avtomobili təmir etdirməkdən və geri alıb pulu qaytarmaqdan imtina etdiyini bildirmişdir. Söhbətdən sonra Şahid2 avtomobili kimdən aldığını soruşduqda sonuncu konkret olaraq ad çəkməmiş, həmin şəxsi tanımadığını bildirmişdir. Bir qədər sonra Şahid2 zəng gəlmiş və sonuncu telefona cavab verərək onun yanında mobil telefonla danışmışdır. Vadimin telefon danışığından avtomobili satan şəxslə danışdığını başa düşmüşdür. Vadim telefonda danışdığı şəxslə bir qədər mübahisə edərək uca səslə danışmış, lakin konkret nə danışdığına qulaq asmamışdır. Vadim telefon danışığını bitirdikdən senra təxminən 1 saat onunla kafedə oturmuş, saat 00 radələrində kafe bağlandığından, həmçinin kafenin bağlanmasına az qaldığına görə İsmayıl ilə birlikdə qalxmaq qərarına gəlmiş və bu zaman Vadim ondan və İsmayıldan hansı istiqamətə getdiklərini soruşduqda Vadimə istədiyi yerə apara biləcəyini bildirmiş və İsmayıla məxsus “Kia Optima” markalı, nömrəsini dəqiq xatırlamadığı avtomobilə yaxınlaşmış və İsmayıl bir qədər spirtli içki qəbul etdiyinə görə ondan avtomobili idarə etməyi xahiş etmişdir. Sükan arxasına əyləşmiş və həmin vaxt Şahid2 tanışı olan, əvvəllər tanımadığı lakin, ara-sıra ortaq tanışları vasitəsilə gördüyü Rəşad adlı şəxs oraya gəlib onlardan hansı istiqamətə getdiklərini soruşmuş, Şahid2la bir qədər söhbət edib, sonuncu ilə birlikdə getmək istədiyini bildirmişdir. Onlar da heç bir problem olmadığını bildirdikdə Rəşad avtomobilə əyləşmişdir. Avtomobili işə salıb Vadim və Rəşadı Bakı şəhəri, Nizami rayonu, Laçın ticarət mərkəzi ilə üzbəüz yerləşən Heydər Əliyev adına parkın qarşısında düşürmüşdür. 20 noyabr gecə saat 00:15 radələrində tanışı Anar tərəfindən zəng gəldiyinə görə Vadim və Rəşad avtomobili tərk etdikdən sonra avtomobili hərəkət etdirməyib Anarla telefonla danışmışdır. Həmin vaxt İsmayıl da avtomobildən düşüb siqaret çəkib yenidən avtomobilə minmişdir. Bir qədər sonra ətrafdan səs-küy gəlmiş, parkın içərisinə tərəf baxdıqda orada dava olduğunu görmüş və səs-küy olan istiqamətə tərəf qaçdıqda dava edən şəxslərin birinin Vadim olduğunu görmüş, onların yanına çatdıqda Şahid2 sonradan adını bildiyi Sahib adlı şəxsi bıçaqla vurmuşdur. Sonuncuları Rəşadla bir-birindən ayrdıqda, Sahib adlı şəxsin qarın nahiyyəsini tutduğunu, Vadimin əlində bıçağı olduğunu və bıçaq zərbəsinin Sahibin qarın nahiyəsinə dəydiyini başa düşmüşdür. Daha sonra hərə bir tərəfə qaçıb getmiş, səhəri gün Vadimə zəng edib məsələnin nə yerdə qaldığını, nə üçün belə bir hərəkət etdiyini soruşmuş, sonuncu həmin vaxt oraya Sahib adlı şəxslə mübahisə edib sonuncunu vurmaq məqsədi ilə getmədiyini bildirmiş, Sahiblə avtomobil barədə danışıb razılığa gəlmək üçün görüşmüş, lakin görüşən kimi Sahib nalayiq ifadələr işlətdiyindən, sonuncunu bıçaqla vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar heç kəsə məlumat verməmiş, hadisə zamanı, yəni Şahid2 Şahid3 bıçaqla xəsarət yetirdiyi zaman orada Vadim, Sahib, Rəşad və özü olmuş, İsmayıl spirtli içkinin təsiri altında olduğundan avtomobildə qalmışdır. 20 noyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş hadisədən sonra hüquq mühafizə orqanlarına və heç kəsə məlumat verməmişdir. Baş vermiş hadisənin təsiri altında olmuş, hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyinə görə məsuliyyət daşımağı barədə heç bir məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, sonuncu ilə yaxın dostluq münasibəti olmasa da, müxtəlif ortaq dostları olduğundan ara-sıra görüşmüşlər. 19 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə bilrikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Oba“ marketin üstündə olan adını xatırlamadığı kafedə oturmuşlar. Özü spirtli içki qəbul etmiş, Təqsirləndirilən şəxs isə çay içmişdir. Kafedə təxminən 1 saat oturduqdan sonra əvvəllər tanımadığı Şahid2 kafeyə gəlmiş və Təqsirləndirilən şəxs tanıdığından yaxınlaşıb onlarla görüşmüş, İlqar Vadimə onlarla bir masada oturmağı təklif etmişdir. Şahid2 əyləşdikdən sonra problemi barədə danışmağa başlamış, həmin vaxt içkili olduğundan Vadimin danışdıqlarını eşitməmişdir. Təxminən saat 00 radələrində kafenin bağlanmasına az qaldığına görə Təqsirləndirilən şəxslə qalxmaq qərarına gəlmiş, həmin vaxt Vadim onlardan hansı istiqamətə getdiklərini soruşduqda İlqar Vadimə “Sənə hara lazımdırsa, orada apararıq”,- deyə bildirmişdir. Ona məxsus “Kia Optima” markalı “RA-008-SM” dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul etdiyinə görə Təqsirləndirilən şəxs idarə etməyini xahiş etmiş və İlqar sükanın arxasına əyləşmişdir. Həmin vaxt Şahid2 tanışı əvvəllər tanımadığı Rəşad adlı şəxs oraya gəlib onlardan hansı istiqamətə getdiklərini soruşmuş, Şahid2la bir qədər söhbət edib sonuncu ilə getmək istədiyini demişdir. Rəşad avtomobilə əyləşmiş, qabaq sərnişin oturacağında özü əyləşmiş, Təqsirləndirilən şəxs avtomobili idarə edib Vadim və Rəşadı Bakı şəhəri, Nizami rayonu, Laçın ticarət mərkəzi ilə üzbəüz Heydər Əliyev parkının qarşısında düşürmüşdür. Vadim və Rəşad avtomobili tərk etdikdən sonra 20 noyabr tarixdə gecə saat 00:15 radələrində Təqsirləndirilən şəxs zəng gəldiyinə görə sonuncu avtomobili hərəkət etdirməyib kiminləsə telefonla danışmışdır. Bir qədər sonra ətrafdan səs-küy gəlmiş, Təqsirləndirilən şəxslə parkın içərisinə tərəf baxdıqda dava olduğunu görmüşlər. Təqsirləndirilən şəxs səs-küy olan istiqamətə qaçmış, özü içkili olduğu üçün avtomobildə qalmışdır. Avtomobilin pəncərəsindən dava edən şəxslərdən birinin Vadim olduğunu görmüşdür. Təqsirləndirilən şəxs avtomobilə qayıtmadığına və içkili olduğundan avtomobili idarə edə bilmədiyinə görə Elşən Həsənli adlı dostuna zəng etmiş və sonuncudan gəlib onu evə aparmasını xahiş etmişdir. Elşən Həsənli gələnədək Təqsirləndirilən şəxs zəng etmiş, lakin sonuncu zənginə cavab verməmişdir. Təxminən 1 saat sonra Elşən Həsənli gəlmiş və avtomobili idarə edərək onu evə aparmışdır. 20 noyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng etdikdə, sonuncudan nə baş verdiyini soruşmuş, İlqar gecə Şahid2 bir nəfər şəxsi bıçaqladığını və Vadimi atasının polisə apardığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmişdir. İşə əlavə olunmuş 01 ədəd DVD diskdəki videogörüntüyə keçirilmiş baxışdan görünür ki, Şahid2 hadisə yerinə gəlmiş və əlində telefonla kiminləsə danışaraq orada gözləmiş, Şahid3 da həmin yerə gəlmiş, Şahid3 Şahid2 sillə vurması, Şahid2 bıçaqla Şahid3 sinə nahiyyəsindən xəsarət yetirməsi, Şahid2 və onun yanında olan şəxslərin aralaşaraq çıxıb getməsi, Şahid3 telefonla danışa-danışa oradan uzaqlaşması müəyyən edilmişdir. İşdə olan məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 165 saylı rəyindən görünür ki, Şahid3 hemoperitenium (daxili qanaxma) ilə müşayiət olunan kiçik və böyük piylik, mədənin kiçik əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin (dərialtı sahə ilə döş qəfəsi divarına paralel davam edərək) qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarxili 908 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu iş materialları və hal-hazırkı psixiatrik müayinənin nəticələr və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarəetmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs araşdırma üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və içtimai təlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Nümayişkaranəlik, emosionallıq, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2022-ci il tarixli 1(101)-903/22 nömrəli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 18 iyun 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, biri digərinə kifayət qədər uyğun gələn, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə islah işləri cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə nəzərdə tutulan müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 20 saat, məhkəmədə iştirak etdiyi 57 saat, cəmi 77 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 462 manat (77x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 77 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 462 (dörd yüz altmış iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-295/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-295/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver