Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-297/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçilsi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonu, Dəyirmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan və 09 noyabr 2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitə olan bir ədəd metadon dərman həbini əldə edib üzərində saxlamaqla daşımış, 07 noyabr 2024-cü il tarixdə, saat 13:30 radələrində ünvan 1 ünvanın qarşısında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində «Methadone 40» göstəricisi olan blister kəsiyində bir ədəd açıq-qəhvəyi rəngli metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə «F/M 40» göstəricili dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə metadondan istifadə edir. Kürdəmir rayonunda iş tapa bilmədiyinə görə saxlanıldığı gündən bir neçə gün əvvəl işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində özü istifadə etmək üçün adını bilmədiyi şəxsdən 20 manata bir ədəd narkotik maddə metadon dərmanı almış və həmin maddəni üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində əmisi oğlu Sahil və tanışı Abduləli ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında görüşüb söhbət edən zaman 5 nəfər polis əməkdaşları onlara yaxınlaşmış və üstlərini yoxlamağı təklif etmişlər. Əvvəlcə Abduləlinin üstü yoxlanmış, daha sonra Sahilin üstü yoxlanılmış və sonra onun üstünü yoxlayan zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd dərman həbini, özünə məxsus şəxsiyyət vəsiqəsini və həmin şalvarın sol yan cibindən özünə məxsus “KATEL" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, öz istifadəsi üçün tanımadı şəxsdən aldığını bildirmişdir. Ondan aşkar edilmiş maddə bir ədəd dərman həbi zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Daha sonra onlar Nizami RPİ-nə dəvət edilmişlər. Polis idarəsində protokol tərtib edilmiş və o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmamışdır, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. İş üzrə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, 07 noyabr 2024-cü il tarixdə Nizami RPİnin NMB-nə Bakı şəhərində yaşayan «Abduləli» adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırma zamanı həmin şəxsin xx xxxxxxxx 1992-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 6, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Şahid2 oduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 07 noyabr 2024-cü il tarixdə saat 13:30 radələrində Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid5, polis baş leytenantları Şahid4 və Şahid7, polis leytenantı Şahid6 ilə birlikdə Şahid2 olması ehtimal edilən ünvan 4 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Şahid2 oxşar bir şəxsin digər iki şəxslə birlikdə piyada gəldikləri müəyyən edilmişdir. Qeyd olunan üç nəfərə yaxınlaıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxslər özlərini xx xxxxxxxx 1992-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 6, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Şahid2, xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx xxxx 1991 -ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 kimi təqdim etmişlər. Qeyd olunan üç nəfər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişlər və qeyd olunan ünvanın yaxınlığında yerləşən söhbətgahda həmin 3 şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd, üzərində «M 40» yazısı olan qəhvəyi rəngli dərman həbini çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq təqdim etdiyi həbin narkotik vasitə metadon olduğunu, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, narkotik asılılığından qurtarmaq üçün müalicə kimi özü istifadə etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid4, Şahid7, polis leytenantı Şahid6 əməliyyat müvəkkili, polis mayoru Şahid5, Şahid3, şahid X3 istintaqa verdiyi ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitə metadondan istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə məhkum edilmişdir. Saxlanıldığı gündən bir neçə gün əvvəl özü istifadə etmək üçün Kürdəmir rayonunda adını bilmədiyi şəxsdən 15 manata bir ədəd metadon həbi almış və həmin maddəni üstündə saxlamışdır. Kürdəmir rayonunda iş tapa bilmədiyinə görə işləmək üçün Bakı şəhərinə gəlmişdir. 07.11,2024-cü il tarixdə saat 13:30 radələrində əmisi oğlu Kəramət və tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 4A ünvanının yaxınlığında görüşüb söhbət edən zaman 5 nəfər polis əməkdaşı onlara yaxınlaşmış və üstlərini yoxlamağı təklif etmişlər. Əvvəlcə Abduləlinin üstü yoxlanılmışdır. Daha sonra onun üstünü yoxlayan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd dərman həbini, həmin şalvarın sağ arxa cibindən özünə məxsus “Huavei” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, öz istifadəsi üçün tanımadı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd dərman həbi zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Sonra isə Kəramətin üstü də yoxlanılmış və onlar Nizami RPİ-nə dəvət edilmişlər. Polis idarəsində protokol tərtib edilmiş və o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərindən aşkar olunmuş həb narkotik vasitədir, ona məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsi qiyabi tanıyır. Həmin şəxsin adını və soyadını bilmir. Qeyd etdiyi cinayətdən başqa cinayət törətməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, narkotik vasitə metadondan istifadə edir. Saxlandığı gündən bir neçə gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata bir ədəd narkotik maddə metadon həbi almışdır. Həmin maddəni üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində tanışları Kəramət və Sahil ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 4A ünvanının yaxınlığında görüşüb söhbət edən zaman 5 nəfər polis əməkdaşları nlara yaxınlaşmış və üstlərini yoxlamağı təklif etmişlər. Onun üstünü yoxlayan zaman o, əynində olan qırmızı rəngli jaketin sağ cibindən 3 manat pulu, həmin jaketin sol cibindən bir qutu “Kent” markalı siqareti, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən bir ədəd dərman həbini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon oluğunu, öz istifadəsi üçün tanımadı şəxsdən aldığını bildirmişdir. Ondan aşkar edilmiş maddə bir ədəd dərman həbi zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Sonra isə Sahil və Kəramətin üstü də yoxlanılmışdır və onlar Nizami RPİ-nə dəvət edilmişlər. Polis idarəsində protokol tərtib edilmiş və o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdr ki, o, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərindən aşkar olunmuş həb narkotik vasitədir, ona məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsin adını və soyadını bilmir. Qeyd etdiyi cinayətdən başqa cinayət törətməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 noyabr 2024-cü il tarixli 3-16- 16/2-6/5185 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan 1 №-li zərfdəki bir ədəd üzərində «Methadone 40» göstəricisi olan blister kəsiyində 1 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir, üzərində «...Şahid1 üzərindən...» sözləri olan 2 №-li zərfdəki bir ədəd üzərində «Methadone 40» göstəricisi olan blister kəsiyində 1 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir, üzərində «...Şahid2 üzərindən...» sözləri olan 2 №-li zərfdəki bir ədəd üzərində «Methadone 40» göstəricisi olan blister kəsiyində 1 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Təqdim edilmiş 3 ədəd həb xarici əlamətlərinə (rəngi, dərman forması, üzərilərindəki göstəricilər) və kimyəvi tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli 934 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Səmədov X4 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR-sı CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə 03 ay 09 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli məhkumluğu ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etmələrini, əməldən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxslərin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün (bir ay altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 1/3 hissəsi, yəni 27 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 1,5 ədəd metodon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 208 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-297/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-297/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver