Məhkəmə qərarları › İş №1(007)-3/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-3/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-3/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X10 və müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs Əkbərov Sakı̇ t Zakı̇ r oğlunun, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə və cəza təyin olunmasına dair müddəa hökmdən xaric edilmiş, cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən xx xxxxxx 2018-ci il tarixli qərarla azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ilə endirilmiş, xx xxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilərək həbs qətimkan tədbirinin seçilməsinə dair qərarın icrası ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan, hazırda həmin Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicədə olan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, İnzibati bina, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Fatmayı qəsəbəsi, ünvansız yeni tikilidə yaşayan, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə tutmadan azad edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 700 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 09 aya endirilmiş, xx xxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx xxx 2018-ci il tarixdə cəriməni tam ödəyərək qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 3 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilərək həbs qətimkan tədbirinin seçilməsinə dair qərarın icrası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını, mağazaya qanunsuz olaraq daxil olmaqla, gizli talayıb oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 1 ünvanında yerləşən mağazanın plastikdən olan giriş qapısını sındırmaqla açaraq cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə mağazaya qanunsuz daxil olub piştaxtanın rəfində olan 700 manat nağd pul, satış rəflərinin üzərində olan 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər və danışıq konturlarını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını, mağazaya qanunsuz olaraq daxil olmaqla, gizli talayıb oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 1 ünvanında yerləşən mağazanın plastikdən olan giriş qapısını sındırmaqla açaraq cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə mağazaya qanunsuz daxil olub piştaxtanın rəfində olan 700 manat nağd pul, satış rəflərinin üzərində olan 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər və danışıq konturlarını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını, mağazaya qanunsuz olaraq daxil olmaqla, gizli talayıb oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən mağazanın plastikdən olan giriş qapısını sındırmaqla açaraq cinayət əlaqəsində olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə mağazaya qanunsuz daxil olub piştaxtanın rəfində olan 700 manat nağd pul, satış rəflərinin üzərində olan 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər və danışıq konturlarını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunub cəzaçəkmə müəssisəsində cəza çəkərkən Təqsirləndirilən şəxs3 tanımış, aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin iyun ayının əvvəllərində isə sosial şəbəkələr vasitəsilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Ay ərzində mütəmadi olaraq Şahmarla görüşüb gəzişmişlər, arabir Sakit də həmin görüşlərdə iştirak etmişdir. xx xxxx 2019-cu il tarixdə sosial şəbəkə vasitəsilə Şahmarla əlaqə saxlayıb saat təxminən 15 radələrində metronun “Nərimanov” stansiyasının çıxışındakı parkda görüşmüşlər, axşam saat 20:30 radələrində Sakit də onların yanına gəlmişdir. Sakit onlara Məşhəd şəhərindən ziyarətdən gəldiyini demiş, üzərində solğun narıncı qaş olan üzüyü Şahmara hədiyyə etmiş, ona isə çiyindən asma çanta və yaşıl qaşlı üzük hədiyyə etmişdir. Həmin əşyaları aparıb evə qoyduqdan sonra hər üçü birlikdə söhbət edə-edə xx xxxx 2019-cu il saat 02 radələrinədək gəzişmişlər. Şahmar və o, susuzladıqlarını bildirmişlər. “Şəfa” stadionunun yaxınlığında mağaza olduğunu, oradan su alıb içə biləcəklərini demiş, hər üçü birlikdə həmin istiqamətə getmişlər. Mağazaya çatdıqda bağlı olduğunu görmüşlər. Bu zaman Sakit mağazanın qapısını qırıb içərisindən oğurluq etməyi təklif etmiş, Şahmar və o, Sakitin təklifi ilə razılaşmışlar. Razılaşmaya görə o, mağazadan bir qədər kənarda durmalı, Şahmar isə Sakitlə birlikdə mağazaya girib oradan oğurluq etməli idilər. Razılaşdıqları kimi də etmişlər, o, mağazadan kənarda pusquda dayanmış və gələn olarsa Sakitlə Şahmara xəbər verəcəyini demişdir. Sakit və Şahmar mağazaya tərəf getmişlər, təxminən 25 dəqiqə keçmiş Sakit ona zəng vuraraq taksi çağırmasını demişdir. O, taksi sifariş vermiş, təxminən 5 dəqiqə keçmiş Şahmar əlində iki sellofan paket, Sakit isə əlində üç sellofan paket mağazadan çıxmışlar, onlar birlikdə mağazanı tərk edib çıxdıqdan sonra taksi gəlmiş, hər üçü birlikdə taksiyə əyləşib “Xutor” adlanan əraziyə getmişlər. “Yeganə” şadlıq sarayının qarşısında taksidən düşmüşlər, sonra Sakit birgə kirayə yaşadığı dostu Fəridə zəng vuraraq evin qapısını açıq qoymasını demişdir. Taksini bir qədər kənarda saxlatdırdıqlarından evə çatmaqları 10 dəqiqə çəkmişdir. Birlikdə Sakitin dostu ilə kirayə yaşadığı birmərtəbəli həyət evinə getmişlər. Həmin vaxt Sakitin dostu Fəridin yatdığını görmüşlər. Hər üçü paketləri boşaltmış, Sakit 160 manat kağız əskinaslardan, 60 manat isə dəmir qəpiklərdən ibarət pulları çıxartmış, bir ədəd 10 manatlıq əskinasın saxta olmasını deyərək cırıb kənara tullamış, qalan 150 manat puldan 35 manat ona, 50 manat isə Şahmara vermişdir. Bundan başqa Sakit onunla Şahmarın hər birinə qəpiklərdən 20 manat pul vermiş, qalan pulları isə özündə saxlamışdır. Sakit mağazadan götürdükləri, öz payına düşən müxtəlif çeşidli siqaretləri və digər malları evin bir küncünə qoymuş, bundan sonra Şahmar və o, ayrı-ayrılıqda telefon vasitəsilə taksi sifariş vermişlər. Birinci onun sifariş verdiyi taksi gəlmiş və öz payına düşən siqaretləri götürüb evdən çıxıb getmişdir. Səhəri gün Şahmarla görüşərək Nərimanov rayonu ərazisində yerləşən köşkə gedib, yalandan köşkləri olduğunu, hazırda bağlandığını, qalıq siqaretləri münasib qiymətə, nağd pula satdıqlarını bildirmişlər. Köşkdə işləyən şəxs həmin malların oğurluq olduğunu başa düşməmiş, onlarla razılaşmış, siqaretləri bir az aşağı qiymətlərlə onlardan almış və 309 manat pul vermişdir. Onlar da pulu götürüb bölmüşlər, payına düşən pulları öz ehtiyaclarına xərcləmişdir. xx xxxx 2019-cu il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Nizami RPİ-nin 23-cü PB-nə aparmışlar, Bölmədə olarkən hadisə barədə izahat vermiş və səmimi olaraq törətdiyi cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs1 daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir hissəsinin ödənildiyini, zərərçəkmiş şəxsin hazırda onları bağışladığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək qanuni nümayəndəsi (anası) X10 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının əvvəllərində sosial şəbəkələr vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. İyun ayının ortalarında Fərid onu dostu Təqsirləndirilən şəxs3 ilə də tanış etmişdir. Ay ərzində mütəmadi olaraq Fəridlə görüşüb gəzişmişlər, arabir Sakit də həmin görüşlərdə iştirak etmişdir. xx xxxx 2019-cu il tarixdə sosial şəbəkə vasitəsilə Fəridlə əlaqə saxlayıb saat təxminən 15 radələrində metronun “Nərimanov” stansiyasının çıxışındakı parkda görüşmüşlər. Axşam saat 20:30 radələrində Sakit də onların yanına gəlmişdir. Sakit onlara Məşhəd şəhərindən ziyarətdən gəldiyini demiş, üzərində solğun narıncı qaş olan üzüyü ona hədiyyə etmişdir. Söhbət edə-edə xx xxxx 2019-cu il saat 02 radələrinədək birlikdə gəzişmişlər. Fərid və o, susuzladıqlarını bildirmişlər, həmin vaxt Fərid “Şəfa” stadionunun yaxınlığında mağaza olduğunu, oradan su alıb içə biləcəklərini demişdir. Hər üçü birlikdə həmin istiqamətdə getmişlər, çatdıqda mağazanın bağlı olduğunu görmüşlər. Bu zaman Sakit mağazanın qapısını qırıb içərisindən oğurluq etməyi təklif etmişdir. Fərid və o, Sakitin təklifi ilə razılaşmışlar. Razılaşmaya görə Fərid mağazadan bir qədər kənarda durmalı, o isə Sakitlə birlikdə mağazaya girib oradan oğurluq etməli olmuşdur. Fərid mağazadan kənarda pusquda dayanmış və gələn olarsa onlara xəbər verəcəyini bildirmişdir. Sakit isə mağazaya yaxınlaşıb ayaq zərbəsi ilə vuraraq mağazanın plastik qapısını açmışdır. Sakitin qapını açdığını görüb Fəriddən ayrılaraq mağazaya gəlmişdir. Mağazaya daxil olduqdan sonra bir kənarda dayanmış, Sakit mağazada olan pulları piştaxtanın rəfindən götürüb cibinə qoymuş, sonra satış rəflərindəki müxtəlif çeşidli siqaretləri, danışıq konturlarını, ağcaqanad dərmanını, nərdtaxta zərlərini, alışqanlar və saqqızları mağazadan götürdüyü sellofan torbalara yığıb ona vermişdir. Sakit mağazada nəzarət-müşahidə kamerasının olduğunu görmüş və həmin kameranı əli ilə qopararaq yaddaş bloku ilə birlikdə götürmüş, onları da sellofan paketə qoyub ona vermişdir. Ümumilikdə mağazadan oğurlanmış əşyaları 5 ədəd sellofan paketə yığmışlar. Paketlərdən ikisini o, digər üç paketi isə Sakit götürüb birlikdə mağazanı tərk edib çıxmışlar. Bundan sonra Fəridin telefon vasitəsilə çağırdığı taksiyə əyləşib “Xutor” adlanan ərazidə “Yeganə” şadlıq sarayının qarşısında taksidən düşmüşlər. Hələ taksiyə minməmişdən əvvəl Sakit birgə kirayə yaşadığı dostu Fəridə zəng vuraraq evin qapısını açıq qoymasını demişdir. Birlikdə Sakitin dostu ilə kirayə yaşadığı birmərtəbəli həyət evinə getmişlər. Sakitin dostu Fərid yatmış olmuşdur. Hər üçü paketləri boşaltmış, Sakit 160 manat kağız əskinaslardan, 60 manat isə dəmir qəpiklərdən ibarət pulları çıxartmış, bir ədəd 10 manatlıq əskinasın saxta olmasını deyərək cırıb kənara tullamışdır. Qalan 150 manat puldan 35 manat Fəridə, 50 manat ona vermiş, qəpiklərdən isə onunla Fəridin hər birinə 20 manat pul vermişdir. Qalan pulları Sakit özündə saxlamışdır. Sakit mağazadan oğurladıqları, öz payına düşən müxtəlif çeşidli siqaretləri və digər malları evin bir küncünə qoymuş, bundan sonra Fərid və o, ayrı-ayrılıqda telefon vasitəsilə taksi sifariş vermişlər, onlar paylarına düşən siqaretləri yığdıqları torbanı götürüb taksi ilə yaşadıqları ünvanlara getmişlər. Fəridlə Sakit onun 2004-cü il təvəllüdlü olduğunu bilməmişlər, onu oğurluğa məcbur etməmiş, heç bir təzyiq və təsir göstərməmişlər. Təklifi Sakit etsə də, o və Fərid qazanc əldə etmək məqsədilə, öz fikirləri olduğu üçün bu cinayəti törətmişlər. Mağazadan oğurladıqları pul, danışıq konturları və müxtəlif çeşidli siqaretləri aralarında böldükdən sonra hər kəs pulu və danışıq konturlarını öz cibinə qoymuş, Sakitin payına düşən siqaretlər, mağazadan oğurlanmış müşahidə kamerası və içərisində ağcaqanad dərmanı, saqqızlar, oyun zərləri, alışqanlar olan sellofan torba Xutor qəsəbəsində Sakitin yaşadığı evdə qalmışdır. O, özü ilə apardığı siqaretləri yaşadığı evin həyətində gizlətmiş, səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə Fəridlə görüşmüş, Nərimanov rayonu ərazisində yerləşən köşkə getmişlər, Fərid yalandan bildirmişdir ki, köşkləri olub, hazırda bağlayıblar, qalıq siqaretləri münasib qiymətə, nağd pula satır. Köşkdə işləyən oğlan həmin malların oğurluq olduğunu başa düşməmiş, onlarla razılaşmış, siqaretləri bir az aşağı qiymətlərlə onlardan alıb 309 manat pul vermişdir. Onlar pulu götürüb bölmüşlər, öz payına düşən pulları o, öz ehtiyaclarına xərcləmişdir. xx xxxx 2019-cu il tarixdə Fərid onunla əlaqə saxlayıb metronun “Nərimanov” stansiyasının çıxışındakı parka dəvət etmiş, parka gəldikdə polis əməkdaşları onu saxlayıb Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. Bölmədə olarkən hadisə barədə izahat vermiş və səmimi olaraq törətdikləri cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs2 daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir hissəsinin ödənildiyini, zərərçəkmiş şəxsin hazırda onları bağışladığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Təqsirləndirilən şəxs1 tanıyır, cəzaçəkmə müəssisəsində tanış olmuşlar, aralarında dostluq münasibətləri vardır. 2019-cu ilin iyun ayının əvvəllərində Fəridlə kafedə olarkən onun sosial şəbəkələr vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs2 görmüşdür. Ay ərzində mütəmadi olaraq Fərid və Şahmarla görüşüb gəzişmişlər. xx xxxx 2019-cu il tarixdə saat təxminən 20:30 radələrində metronun “Nərimanov” stansiyasının çıxışındakı parkda Fərid və Şahmarla görüşmüşlər. Onlara Məşhəd şəhərindən ziyarətdən gəldiyini demiş, üzərində solğun narıncı qaş olan üzüyü Şahmara, çiyindən asma çanta və yaşıl qaşlı üzüyü isə Fəridə hədiyyə etmişdir. Fərid həmin əşyaları aparıb evə qoyduqdan sonra hər üçü birlikdə söhbət edə-edə xx xxxx 2019-cu il saat 02 radələrinədək gəzişmişlər. Şahmar və Fərid susuzladıqlarını bildirmişlər, Fərid “Şəfa” stadionunun yaxınlığında mağaza olduğunu, oradan su alıb içə biləcəklərini demişdir. Onlar birlikdə “Şəfa” stadionu istiqamətində getmişlər, mağazaya çatdıqda bağlı olduğunu görmüşlər. Bu zaman mağazanın qapısını qırıb içərisindən oğurluq etməyi təklif etmiş, Şahmar və Fərid onun təklifi ilə razılaşmışlar. Razılaşmaya görə Fərid mağazadan bir qədər kənarda dayanmalı olmuş, Şahmar isə onunla birikdə mağazaya girib oradan oğurluq etməli olmuşdur. Razılaşdıqları kimi də etmişlər, Fərid mağazadan kənarda pusquda dayanmış və gələn olarsa onlara xəbər verəcəyini demişdir. Şahmarla mağazaya tərəf getmiş, mağazaya yaxınlaşıb ayaq zərbəsi ilə vuraraq mağazanın plastik qapısının kilidini sındırmışdır. Qapını açdıqdan sonra Şahmar da mağazaya girmişdir. Mağazaya daxil olduqdan sonra Şahmar piştaxtanın rəfində olan danışıq konturlarını götürüb cibinə qoymuş, sonra həmin yerdən qəpikləri, ağcaqanad dərmanını, nərdtaxta zərlərini, alışqanlar və saqqızları da götürüb mağazadan götürdüyü sellofan paketə tökmüşdür. Mağazada olan satış rəflərindəki müxtəlif çeşidli siqaretləri mağazadan götürdüyü sellofan torbalara yığmışdır. Bu işdə Şahmar da ona köməklik etmişdir. Bundan sonra mağazada nəzarət-müşahidə kamerasının olduğunu görmüş, həmin kameranı əli ilə qopararaq yaddaş bloku ilə birlikdə götürmüş və onları da sellofan paketə qoyub Şahmara vermişdir. Ümumilikdə mağazadan oğurlanmış əşyaları 5 ədəd sellofan paketə yığmışlar. Paketlərdən ikisini Şahmar götürmüş, digər üç paketi isə özü götürüb Fəridə zəng vuraraq taksi çağırmasını demişdir. Sonra Şahmarla birlikdə mağazanı tərk edib çıxmış, hər üçü birlikdə taksiyə əyləşib “Xutor” adlanan ərazidə “Yeganə” şadlıq sarayının qarşısında taksidən düşmüşlər. Hələ taksiyə minməmişdən əvvəl birgə kirayə yaşadığı dostu Fəridə zəng vuraraq evin qapısını açıq qoymasını demişdir. Kirayə yaşadığı birmərtəbəli həyət evinə getmişlər, dostu Fəridin yatdığını görmüşdür. Hər üçü paketləri boşaltdıqdan sonra cibində olan 167 manat kağız əskinaslardan ibarət pulları çıxartmış, Şahmar isə paketdə olan 60 manat dəmir qəpiklərdən ibarət pulları çıxardıb bir yerə yığmışlar. Bir ədəd 10 manatlıq əskinasın saxta olmasını deyərək cırıb kənara tullamış, qalan 157 manat puldan su almaq üçün 7 manat ayırmış, 50 manat Fəridə, 50 manat Şahmara vermişdir. Qəpiklərdən isə Fəridlə Şahmarın hər birinə 20 manat pul vermiş, qalan pulları özündə saxlamışdır. Mağazadan götürdükləri müxtəlif çeşidli siqaretləri və digər malları da öz aralarında bərabər böldükdən sonra öz payına düşən siqaretlər olan paketləri evin bir küncünə qoymuşdur. Bundan sonra Fərid və Şahmar ayrı-ayrılıqda telefon vasitəsilə taksi sifariş vermiş, paylarına düşən siqaretləri götürüb evlərinə getmişlər. xx xxxx 2019-cu il tarixdə səhər tezdən yuxudan oyandıqdan və işlərini başa vurandan sonra onunla birlikdə kirayə yaşayan Fəridlə birlikdə metronun “Memar Əcəmi” stansiyasına qədər getmiş, orada Fəriddən ayrılmışdır. Həmin gün Fərid onunla telefon əlaqəsi saxlayıb harada olduğunu soruşmuş, o, Gəncə şəhərinə getdiyini, xx xxxx 2019-cu il tarixdə qayıdacağını demişdir. Sonradan hadisə ilə əlaqədar onu polislərin axtarmasını bilmiş və bu səbəbdən Gəncə şəhərindən qayıdan kimi özü könüllü olaraq Nizami RPİ-nə gəlmişdir. Onların oğurluq etməsindən başqa şəxslərin xəbəri olmamışdır. Şahmarın 2004-cü il təvəllüdlü olmasını Polis İdarəsində bilmişdir, onlar Şahmarı oğurluğa məcbur etməmişlər. O, öz payına düşən pulu götürüb rayona getmiş, qalan əşyalar isə evdə qalmışdır. Onunla bir evdə qalan yoldaşı Fərid həmin siqaret və əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs3 daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir hissəsinin ödənildiyini, zərərçəkmiş şəxsin hazırda onları bağışladığını, bir qardaşının şəhid olduğunu, bir qardaşının isə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdiyini göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 1 ünvanında yerləşən mağazanı icarə əsasında işlədir. xx xxxx 2019-cu il tarixdə saat 02:00 radələrində mağazanın qapısını bağlayaraq evə getmiş, həmin gün saat 07:35 radələrində mağazaya yaxınlaşan zaman mağazanın plastik qapısının açıq olduğunu aşkar etmişdir. Mağazaya baxış keçirərkən oradan 700 manat nağd pul, 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər və danışıq konturlarının, nəzarət müşahidə kamerasının və yaddaş blokunun oğurlandığını müəyyən etmişdir. Mağazada olan digər əşyalar yerində olmuş, lakin həmin əşyaların səliqəsi pozulmuşdur. Bundan sonra yaxınlığında olan mağazanın çıxışında quraşdırılmış nəzarət-müşahidə kameralarının görüntülərinə baxdıqda üç nəfər naməlum şəxsin saat 02:30 radələrində mağazanın qapısına yaxınlaşması, onlardan birinin mağazanın plastik qapısını təpiklə vurub açdıqdan sonra ikisinin mağazaya daxil olması, üçüncü şəxsin isə bir qədər kənarda pusquda dayanması, təxminən 30 dəqiqə sonra həmin iki şəxsin birlikdə mağazanı tərk etdikləri, həmin şəxslər mağazadan çıxan zaman əllərində iri sellofan torbalara yığdıqları malları apardıqları açıq-aşkar görünmüşdür. O, hadisə ilə əlaqədar ərizə ilə Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmiş, habelə hadisəni qeydə almış kameranın görüntülərini diskə köçürərək istintaqa təqdim etmişdir. Baş vermiş oğluduq hadisəsi nəticəsində mağazadan 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər, danışıq konturları və 700 manat nağd pul, nəzarət müşahidə kamerası və yaddaş bloku oğurlanmış, mağazanın plastik qapısının təmiri üçün 100 manat pul xərclədiyi nəzərə alındıqda, ona ümumilikdə 3600 manat maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyində qeyd olunmuş əşyalar ona qaytarılmış əşyalardır, dəymiş 3600 manat ziyandan 1176 manatı ödənilmiş, əşyaların bir qismi isə qaytarılmışdır. Ona dəymiş maddi ziyanın tam ödənilməməsinə baxmayaraq o, təqsirləndirilən şəxsləri bağışlayır. Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 117 ünvanında yerləşən evi 2004-cü ildə almış, maddi vəziyyəti ilə əlaqədar həmin mənzili 2019-cu ilin mart ayından X1 vermişdir. Aralarında olan razılaşmaya görə Fərid həmin mənzildə tək yaşamalı olmuşdur. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında polis əməkdaşları ona zəng vurub kirayənişinlə maraqlanmış və həmin evinə gəlməsini demişlər. O, kirayə verdiyi evə getmiş, polis əməkdaşları ilə evinin yanında görüşmüşdür. Polislər mənzildə kirayə yaşayan şəxsin oğurluq cinayəti törətdiyini bildirmişlər. Bu barədə heç bir məlumatı olmadığını söyləmiş, polis əməkdaşları evə baxmaq üçün icazə istədikdə o, heç bir etiraz etməyib, onları evə dəvət etmiş və evə vizual baxış keçirmişlər. Baxış zamanı yatağın altında, yanında olan idman çantasında və evin qapısının qarşısında olan idman çantasında siqaret qutuları aşkar olunmuşdur. Həmin əşyaları polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ona evində kirayə yaşayan Fərid deyil, Sakit adlı bir şəxsin oğurluq cinayətini törətdiyini demişlər. O isə, Sakit adlı kirayənişini olmadığını, onu tanımadığını, heç vaxt görmədiyini bildirmiş, Sakitin onun razılığı olmadan Fəridlə birlikdə evində yaşamasını yalnız həmin gün bildiyini demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 117 ünvanında kirayə mənzildə yaşamışlar. xx xxxx 2019-cu il tarixdə saat təxminən 19-20 radələrində işdən evə gəlmiş, axşam saat 24 radələrində yatmışdır. Yatan zaman Sakit hələ evə gəlməmişdir. xx xxxx 2019-cu il tarixdə səhər tezdən yuxudan oyanan zaman görmüşdür ki, Sakit evdə, hamamdadır. Sonra o da hamama girib çıxandan sonra yeməyini yeyərək işə getmək istəmişdir. Həmin vaxt Sakit də onunla birlikdə çıxmışdır, “Memar Əcəmi” metrostansiyasına qədər getmişlər, orada ayrılmışlar. xx xxxx 2019-cu il tarixdə işdən gəlmiş, həmin günü Sakit evə gəlməmişdir. Səhər onunla telefonla danışmış, Sakit Gəncə şəhərinə getdiyini, xx xxxx 2019-cu il tarixdə qayıdacağını bildirmişdir. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən polis əməkdaşları evə gəlmiş və Sakitin dünən evə gələn zaman özü ilə gətirdiyi içərisində siqaret olan sumkaları təqdim etməsini demişlər. Onun isə həmin vaxtadək Sakitin evə siqaretlə dolu olan çantalar qoyduğundan xəbəri olmamışdır. Evə baxanda Sakitin yatdığı çarpayının altında, çarpayının yanında olan idman çantasında və yaşadıqları evin qapısının qarşısında olan idman çantasında siqaret paçkalarının olduğunu görmüş və polis əməkdaşlarına təqdim etmiş, Sakitin həmin siqaretlə dolu olan çantaları nə vaxt gətirdiyindən, evə qoyduğundan xəbəri olmadığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları ilə birlikdə evə gələn Fərid və Şahmar adlı şəxslər Sakitlə birlikdə hansısa mağazadan oğurluq etdiklərini və həmin siqaretləri gətirib onların qaldığı evdə böldüklərini, Sakitin öz payına düşən siqaretləri evdə gizlətdiyini bilmişdir. Polis əməkdaşları ilə gələn Şahmar və Fərid törətdikləri cinayəti etiraf etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3 ünvanında yerləşən siqaretlərin alqı-satqısı köşkündə satıcı kimi işləyir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 23:45 radələrində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs satıcı işlədiyi köşkə gələrək Nərimanov rayonu ərazisində siqaret köşkü işlətdiklərini, alverin zəif olması səbəbindən müflis olduqlarını və köşkü bağlamaq məcburiyyətində qaldıqlarını, köşkü bağladıqdan sonra bəzi siqaretlərin qalıq qaldığını, həmin siqaretləri münasib qiymətə, nağd pula satmaq istədiyini demişdir. Fəriddən siqaretlərin adlarını və qiymətlərini dəqiqləşdirmiş, Fərid siqaretləri faktiki qiymətindən bir neçə qəpik ucuz təklif etdiyi üçün həmin siqaretləri ala biləcəyini demişdir. Fərid getmiş, təxminən 10-15 dəqiqə sonra yanında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxslə köşkə gəlmişdir. Onlar iki ədəd sellofan paketdə olan 18 adda, ümumilikdə 226 qutu müxtəlif çeşidli siqaretləri ona vermişlər. Birlikdə Fəridin təklif etdiyi qiymətlə siqaretləri sayıb dəyərləndirmiş, ümumilikdə bütün siqaretlərə görə Fəridə 309 manat pul vermişdir. Səhəri gün polis əməkdaşları Fəridlə birlikdə işlədiyi köşkə gələrək həmin şəxsin mağazadan siqaret oğurladığını demişlər və ondan siqaret alıb-almadığını soruşmuşlar. O, Fəriddən müxtəlif çeşidli siqaretlər aldığını bildirmiş və həmin siqaretləri aldığı kimi tamlıqla könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Fərid və Şahmar ona satdıqları müxtəlif çeşidli siqaretləri hansısa mağazadan oğurlamışlar. Fəridin ona təklif etdiyi siqaretləri alarkən o, həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundai İ30” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə *9111 ekonom taksi xidmətində fəaliyyət göstərir. xx xxxx 2019-cu il tarixdə gecə saat 03-04 radələrində sifariş gəlmişdir ki, “Şəfa” stadionunun yanından “Yeganə” şadlıq sarayının yaxınlığına getmək lazımdır. Həmin yerə getmiş, avtomobili yolun kənarına verib saxlamışdır. Ora çatanda bir nəfər arıq bədən quruluşlu, üzü formalı təraş olunmuş halda olan, sonradan 23-cu PB-də adının Fərid olmasını bildiyi şəxs yolun kənarında dayanmışdır. Fərid yuk yerini açmasını demiş, o da yerə düşüb yük yerini açmışdır. Həmin vaxt iki nəfər cavan oğlan, yəni sonradan adlarını bildiyi Şahmar və Sakit adlı şəxslər əllərində olan 4-5 ədəd sellofan torbaları maşının yük yerinə qoymuşlar. Fərid qabaq oturacaqda, digərləri isə arxa oturacaqda oturmuşlar. Onları götürüb “Yeganə” şadlıq evinə tərəf aparmış, şadlıq evinə çatmamış “Xutor” deyilən yerdə “Bazarstor” mağazasının yanında sağa dönüb saxlamasını demişlər. O, maşını saxlamış, həmin şəxslər düşüb yük yerində olan torbaları da götürüb getmişlər, gedərkən də onun pulunu vermişlər. Sonra işinə davam etmiş, xx xxxx 2019-cu il tarixdə axşam saatlarında 23-cü PB-dən onu çağırmışlar. Bölməyə gedəndə bilmişdir ki, gecə saatlarında apardığı həmin müştərilər oğurluq etmişlər. Hansı mobil nömrədən ona zəng gəlmişdisə, həmin nömrəni polis əməkdaşlarına vermiş, həmin şəxsi axtarmağa başlamışlar. Ona komoyuterdən çıxma şəkil göstərmişlər, o, həmin şəxsi tanımış və “Şəfa” stadionunun yanından apardığı şəxs olduğunu bildirmiş və orada onun adının Fərid olduğunu bilmişdir. Lakin o, həmin şəxslərin mağazadan oğurluq oğurluq etdiyini bilməmişdir. Bilsəydi, özü onları polisə təhvil verərdi. Həmin şəxslər taksidə heç bir söz danışmamış, özü də onlara heç bir sual verməmiş və söz soruşmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 700 manat nağd pul, 2800 manat dəyərində müxtəlif çeşidli siqaretlər və danışıq konturlarının oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Baxış haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, lakin yararlı əl izi aşkar edilməmişdir. (i.v. 4-7) -Baxış və götürmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir, baxış zamanı edilmiş təklif əsasında o, 1 ədəd “Xiomi” markalı mobil telefon, 2 ədəd “Azercell” şəbəkəsinə məxsus olan 2 manatlıq danışıq konturu, 2 ədəd “Azercell” şəbəkəsinə məxsus olan 3 manatlıq danışıq konturu, 1 ədəd “Azerfon” şəbəkəsinə məxsus olan 2 manatlıq danışıq konturu, 4 ədəd “Bakcell” şəbəkəsinə məxsus olan 1 manatlıq danışıq konturu, 1 ədəd “Bakcell” şəbəkəsinə məxsus olan 3 manatlıq danışıq konturu, 1 ədəd “Bakı kart” təqdim etmişdir. Həmin əşyalar zərfə qoyularaq qablaşdırılmışdır. (16-18) -Götürmə və baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs özünə məxsus mağazanın yaxınlığında olan mağazanın çıxışında quraşdırılmış, həmin hadisəni qeydə almış kameranın görüntülərini diskə köçürərək təqdim etmiş, diskə baxış zamanı görüntülərdə üç nəfər naməlum şəxsin saat 02-03 radələrində mağazanın qapısına yaxınlaşması, onlardan birinin mağazanın plastik qapısını təpiklə vurub açdıqdan sonra ikisinin mağazaya daxil olması, üçüncü şəxsin isə bir qədər kənarda pusquda dayanması, təxminən 30 dəqiqə sonra həmin iki şəxsin birlikdə mağazanı tərk etdikləri açıq-aşkar görünür. Həmin şəxslər mağazadan çıxan zaman əllərində iri sellofan torbalara yığdıqları malları aparmaları müşahidə olunur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, hər üçü diskə baxış zamanı müşahidə kameralarına düşən şəxslərin onların olduqlarını təsdiq edərək bildirmişlər ki, aralarında olan razılaşmaya əsasən mağazanın sağ tərəfində pusquda dayanmış Təqsirləndirilən şəxs1, mağazanın qapısını təpiklə vurub açan Təqsirləndirilən şəxs3, sonra onun arxasınca mağazaya daxil olan şəxs Təqsirləndirilən şəxs2dur. Mağazadan əllərində torbalarla çıxan şəxslərin isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğunu bildirmişlər. (i.v. 75, 158) -Baxış keçirilməsi və götürmə barədə xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 117 ünvanına, evin sahibi X5 və X6 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evdən 34 adda və sayda müxtəlif çeşidli siqaretlər, danışıq konturları və digər əşyalar aşkar olunaraq götürülmüşdür. (i.v. 81-82) -Baxış keçirilməsi və götürmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3 ünvanında yerləşən köşkə, köşkün satıcısı Şahid3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı köşkdən 19 adda və sayda müxtəlif çeşidli siqaretlər aşkar olunaraq götürülmüşdür. (i.v. 91-92) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 93) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə oğurluq etdikləri yeri göstərib, əməli hansı qaydada törətdiklərini izah etmişdir. (i.v. 112-113) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə oğurluq etdikləri yeri göstərib, əməli hansı qaydada törətdiklərini izah etmişdir. (i.v. 131-133) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2019-cu il tarixdə oğurluq etdikləri yeri göstərib, əməli hansı qaydada törətdiklərini izah etmişdir. (i.v. 156-157) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 16645 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malın istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 135.00 manat, təqdim edilməyən 49 adda mallar nəzəri qaydada 1176.60 manat müəyyən olunur. (i.v. 209-212) - xx xxxxxx 2019-cu il tarixli qərardan və qəbzdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 117 ünvanında yerləşən evdən və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3 ünvanında yerləşən köşkdən götürülmüş müxtəlif çeşidli siqaretlər, danışıq konturları və digər əşyalar maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmiş, zərərçəkmiş şəxsin təqdim etdiyi 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 213) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1170 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal- hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Eksperimental-psixoloji müayinə zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyətlərinə uyğundur, intellektual imkanları normaya uyğun olmaqla iş üçün əhəmiyyətli halları düzgün qavramaq və anlamaq qabliyyətinə malikdir. Baş vermiş hadisəni düzgün qavrayıb təsvir edə, bu haqda ifadə verə bilər. Fərdi-psixi xüsusiyyətlərində xarici qıcıqlara, tənqidə və təhqirə qarşı yüksək həssaslıq müəyyən edilmir. Şəxsi keyfiyyətlərin tədqiqi zamanı şəxsiyyətinin kifayət qədər yetişkən olmaması, nümayişkaranəlik, məsuliyyətsizlik, eqosentrizim kimi xüsusiyyətlərə malik olması aşkar olunur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mahiyyətini, xarakter və mənasını dərk etmək qabiliyyətinə malikdir. (i.v. 219-222) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində, X6 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkibi olmadığı üçün barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 258-270) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri ayrılıqda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarılmalı və onların hər birinə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 28) -Tutma haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 49) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxx 2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutmadan azad edilmişdir. (i.v. 103, 106) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxx 2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və tutmadan azad edilmişdir. (i.v. 123-124) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 153) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə və cəza təyin olunmasına dair müddəa hökmdən xaric edilmiş, cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən xx xxxxxx 2018-ci il tarixli qərarla azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ilə endirilmiş, xx xxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq xx xxxxxxx 2020-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. (i.v. 181-182, 231-244) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 183) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Əkbərov X11 Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 337-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə və CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 ay müddətinə azadlıqdan məhrum etmə və 700 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, xx xxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 700 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 09 aya endirilmiş, xx xxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx xxx 2018-ci il tarixdə cəriməni tam ödəyərək qeydiyyatdan çıxarılmış, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq xx xxxxxx 2020-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. (i.v. 184-186, 196-205) -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(001)- 72/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin məhkəmənin icraatındadır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Əkbərov Sakı̇ t Zakı̇ r oğlunun axtarışının elan edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsinə dair həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı icraya yönəldilmiş, tutulduqda saxlanılması üçün 3 saylı istintaq təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxx 2020-ci il tarixli 088-13596- 1220 nömrəli və 3 saylı istintaq təcridxanasının xx xxxxxx 2020-ci il tarixli xx/xx-5048 nömrəli məktublarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə yaxalanaraq Nizami RPİ-nin MSY-nə, xx xxxxxx 2020-ci il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin məhkəmənin icraatında olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin məhkəmə baxışlarına Təqsirləndirilən şəxs1 gəlməyərək gizləndiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, haqqında axtarış elan olunmuş, olduğu yer müəyyən edildikdə dərhal tutularaq Bakı istintaq təcridxanasına etap edilməsi qərara alınmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi nəzərə alınmış, tutulduqda saxlanılması üçün Bakı istintaq təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. -Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli ***-**** nömrəli məktubundan və həmin tarixli tutma protokolundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2021-ci il tarixdə tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur, onları bağışlayır, təqsirləndirilən şəxsləri bağışlamasını nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. - N saylı hərbi hissə komandanlığının Cəlilabad rayon hərbi komissarına və Göytəpə qəsəbəsində yaşayan Pakizə Əkbərovaya ünvanlanmış bildirişin surətindən görünür ki, əsgər X19 rayonunun Qaradağlı kəndində xidmətdə olarkən, avtoqəza nəticəsində vəfat etmişdir. -Cəlilabad rayon hərbi komissarlığının xx xxxxxx 2004-cü il tarixli 4/53 nömrəli arayışının surətindən görünür ki, 1984-cü il təvəllüdlü X4 rayonunda döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, xx xxxxxx 2003-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs1 xx xxx 2018-ci il tarixdə, Təqsirləndirilən şəxs3 isə xx xxxxx 2018-ci il tarixdə azadlıqdan məhrum etmə cəzalarının sonu ilə azad edilmişlər, qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardıqları gündən iki il keçmədən, xx xxxx 2019-cu il tarixdə yenidən qəsdən cinayət törətdiklərinə görə hər iki təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş hesab olunur, onların əməlində Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli, 4 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə əlavə olaraq təqsirləndirilən şəxs X8 ilk dəfə az ağır cinayət əməli törədərək məsuliyyətə cəlb olunmasını və əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini və qeydiyyatda olduğu rayonun keçmiş hərbi komissarlıq orqanı tərəfindən verilmiş arayışa əsasən qardaşının xx xxxxxx 2003-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halı, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyrimümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halı, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyrimümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı əsasında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tutulmuşdur, nəzərə alınmalıdır ki, həmin təqsirləndirilən şəxsin barəsində hazırkı işlə bağlı da axtarış elan olunaraq tutulması qərara alınmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi nəzərə alınmışdır. Həmin qərar isə hal-hazıradək qüvvədədir, dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 münasibətdə qeyd edilməlidir ki, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı o, tutulmamışdır, yalnız məhkəmə baxışı zamanı barəsində axtarış elan olunaraq həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. İstinad olunan madid hüquq normalarının tələbinə və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 85.4-1-ci maddəsində müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, o, həmin cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qətimkan tədbiri isə dəyişdirilməməli və onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında cinayət işinin məhkəmə baxışında olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir qismi ödənilmiş, qalan hissəsi isə zərərçəkmiş şəxs tərəfindən tələb olunmamışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; müxtəlif çeşidli siqaretlərin, danışıq konturlarının və digər əşyaların bir qisminin maddi sübut kimi tanınaraq ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 1 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil X3 ibtidai istintaqda iştirak edərək Təqsirləndirilən şəxs3 hüquqi yardım göstərmişdir, məhkəmə icraatı zamanı isə dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 həmin təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Bundan başqa dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi3 ibtidai istintaqda və məhkəmə icraatı zamanı iştirak edərək Təqsirləndirilən şəxs1, dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi2 isə ibtidai istintaqda və məhkəmə icraatı zamanı iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişlər. Məhkəmə hesab edir ki, vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Abşeron rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı işlə bağlı tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında cinayət işinin məhkəmə baxışında olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış müxtəlif çeşidli siqaretlərin, danışıq konturlarının və digər əşyaların bir qisminin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, 1 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X2 180 manat əmək haqqı, həmin təqsirləndirilən şəxsə məhkəmədə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 420 manat əmək haqqı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi3 600 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmədə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 600 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar