Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-3/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs– X2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olan, ünvan 3anda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 32.5, 186.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 06.07.2017-ci il tarixdən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətin «Ulduz» fabrikinin İstehsalat və texniki işlər departamentinin İstehsalat şöbəsinin «Çinar» xəttinin operator köməkçisi vəzifəsində işləyərkən, istirahət etmək və iş fasiləsi yaranması üçün cəmiyyətin “Conbar” markalı şokolad tökmə avadanlığını yararsız vəziyyətə salmaqla işi dayandırmaq barədə həmin şöbənin Çinar xəttinin şokolad tökmə maşınının operatoru Təqsirləndirilən şəxs2 təhriki ilə razılaşıb özgənin əmlakını qəsdən məhv etmək məqsədilə 19 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin törədilməsində alət və vasitə kimi istifadə etmək üçün ona təqdim edilmiş metal əşyaları həmin gün saat 12 radələrində avadanlığın daxili mexanizmi konturmikserə qəsdən atmış, lakin metal əşyalar xırda həcmdə olduğundan avadanlığı zədələmədiyi üçün, növbəti gün 20 oktyabr 2018-ci il tarixdə məqsədinə nail olmaq üçün öz əməllərini davam etdirərək cəmiyyətin birinci mərtəbəsində dəhlizdə yerləşən elektriklərin çantasından əldə etdiyi bir ədəd iri həcmli dəmir boltu Təqsirləndirilən şəxs2 göstərərək, sonuncudan boltun həcminə görə avadanlığı sıradan çıxaracağı barədə məsləhət almaqla, razılaşıb saat 12:38 radələrində qeyd edilən boltu avadanlığın daxili mexanizmi, konturmikserə qəsdən atmış və “Conbar” markalı şokolad tökmə avadanlığının 1 ədəd 41.500 manat dəyərində D464/394/Aİ K 90 soyuducu baraban gövdəsi, 2 ədəd cəmi 137.400 manat dəyərində D650/620/Aİ 1390 soyuducu baraban gövdəsi, 1 ədəd 43.270 manat dəyərində D464/434Aİ 1390 soyuducu baraban gövdəsinin formalaşdırıcı valları həmin metal boltla əzilib məhv edilməsi və avadanlığın təmiri, quraşdırılması, tənzimlənməsi işləri nəticəsində “X4” MMC-yə ümumilikdə 222170,0 (iki yüz iyirmi iki min yüz yetmiş) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 01.10.2013-cü il tarixdən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətin «Ulduz» fabrikinin İstehsalat və texniki işlər departamentinin X7 xəttinin şokolad tökmə maşınının operatoru vəzifəsində işləyərkən, istirahət etmək və iş fasiləsi yaranması üçün cəmiyyətin “Conbar” markalı şokolad tökmə avadanlığını yararsız vəziyyətə salmaqla işi dayandırmağa, həmin şöbənin Çinar xəttinin şokolad tökmə maşınının operator köməkçisi Təqsirləndirilən şəxs1 təhrik edərək qarşılıqlı razılığa gəlib özgənin əmlakını qəsdən məhv etmək məqsədilə 19 oktyabr 2018-ci il tarixdə cinayətin törədilməsində alət və vasitə kimi istifadə etmək üçün Təqsirləndirilən şəxs1 metal əşyalar təqdim etmiş və sonuncu həmin gün saat 12 radələrində qeyd edilən dəmir əşyaları avadanlığın daxili mexanizmini, konturmikserə qəsdən atmış, lakin metal əşyalar xırda həcmdə olduğundan avadanlığı zədələmədiyi üçün, növbəti gün 20 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 məqsədlərinə nail olmaqdan ötrü öz əməllərini davam etdirərək cəmiyyətin birinci mərtəbəsində dəhlizdə yerləşən elektriklərin çantasından əldə etdiyi bir ədəd iri həcmli metal boltu ona göstərdikdə razılaşaraq, boltun həcminə görə avadanlığı sıradan çıxaracağı barədə məsləhətlərini verdikdən sonra, Tural-Qasım-zadə saat 12:38 radələrində qeyd edilən boltu avadanlığın daxili mexanizmi konturmikserə qəsdən atmış və “Conbar” markalı şokolad tökmə avadanlığının 1 ədəd 41.500 manat dəyərində D464/394/Aİ 1390 soyuducu baraban gövdəsi, 2 ədəd, cəmi 137.400 manat dəyərində D65Q/620/Aİ 1390 soyuducu baraban gövdəsi, 1 ədəd, 43.270 manat dəyərində D464/434Aİ 1390 soyuducu baraban gövdəsinin formalaşdırıcı valları həmin metal boltla əzilib məhv edilməsi və avadanlığın təmiri, quraşdırılması, tənzimlənməsi işləri nəticəsində “X4" MMC-yə ümumilikdə 222170,0 (iki yüz iyirmi iki min yüz yetmiş) manat məbləğində külli miqdarda ziyan vurulmasında təhrikçi və köməkçi kimi iştirak etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyul 2017-ci il tarixdən “X4” MMC-nin “Ulduz” fabrikinin İstehsalat və Texniki İşlər Departamentinin X7 xəttinə şokolad tökmə maşınının operator köməkçisi vəzifəsində işləyərkən, onun işi bunker adlanan avadanlığın içinə şokoladın tərkibinə vurulan kokos, yer fındığı və digər ədviyyatları onunla dan şəxslə birlikdə zirzəmidən götürməklə tökməkdən, həmçinin kontur mikserin içinə şokolad qırıntılarının tökülməsindən ibarət olmuş və həmin işi onunla növbədə olan şəxslə birlikdə icra etmişdir. İşə qəbul olunduqdan sonra Təqsirləndirilən şəxs2, daha sonra Şahid4 tanımışdır. 19 oktyabr 2018-ci il tarixdə saat təxminən 07 radələrində konturmikserin içindəki moyka turbasını çıxarıb işə başlamış, baş operator Əli ilə kontur mikseri yoxlayıb işə salıb getmişdir. Yarım saat sonra iş dayanmış və məlum olmuşdur ki, turba 2 ədəd qayka və 17-lik bolt şaybası ilə bir yerdə valın içinə düşərək valı zədələmişdir. Fabrik direktoru Mahir Balasiyev hadisə yerinə gəlmiş və məsul şəxs qismində baş operator Şahid3 danlamış, avadanlığa dəymiş maddi zərərin onun şəxsi hesabından tutulacağını və bir daha bu kimi hal təkrar baş verdiyi halda işdən qovulacağı barədə xəbərdarlıq etmişdir. Əlinin danlanmasına səbəb kontur mikserini yoxlanılıb normal vəziyyətdə işə başlamasına nəzarət öhdəliyinin olması ilə bağlı olmuşdur. Həmin gün saat 8-9 radələrində Təqsirləndirilən şəxs2 və Şahid4la esdakadanın yanındakı pilləkənin yanında toplaşmışlar. Pərviz İsamyılov işlər ağır olduğuna görə istehsalatın dayandırılması məqsədi ilə valın içinə ona verəcəyi balaca bolt atmağı demişdir. Səbəbini soruşduqda Pərviz işlərinin ağır olduğunu, qeyd olunan boltu atmaqla 1-2 saat dincələ biləcəklərini və təkidlə: “At, narahat olma, nəsə problem olsa mənlikdir" demiş və boltu gətirib ona verəcəyini bildirmişdir. Həmin gün saat 11 radələrində Pərviz dolaba yaxınlaşıb onu və Şahid4 yanına çağırmışdır. Dolaba yaxınlaşdıqda Pərviz dolabın üzərində olan boltu ona göstərib kontur mikserin içinə atmağı demişdir. Saat 12 radələrində Pərvizin dolabın üzərinə qoyduğu təxminən 3 sm uzunluğunda gümüşü rəngli boltu götürüb kontur mikserin içinə atmış və boltun arxasınca yeşiyin içində olan şokoladın qırıntılarını kontur mikserin içinə tökmüşdür. Atdığı boltun kəsmə sahəsində diş bıçağında ilişməsinə baxmayaraq avadanlığa heç bir zədə dəyməmişdir. Belə ki, həmin gün iş dayanmamışdır. Saat 14 radələrində nahardan qayıtdıqda Pərvizlə görüşən vaxt sonuncu vala heç bir zərər dəymədiyini demiş və daha yekə bolt atmaq lazım olduğunu bildirmişdir. 20 oktyabr 2018-ci il tarixdə 07:00-də gəlib işə başlamış, təxminən 2 saat sonra Pərviz və Arzu ilə esdakadaya toplaşmışlar. Pərviz avadanlığın xarab olması və istehsalatın dayanması üçün daha böyük ölçüdə dəmir parçası atmalı olduğunu bildirmişdir. Çünki 19 oktyabr 2018-ci il tarixdə atdığı bolt balaca olduğu üçün avadanlıq sıradan çıxmamışdır. Təxminən 20 dəqiqə sonra birinci mərtəbədəki dəhlizdə heç kimin olmadığı vaxt elektriklərin çantasından böyük ölçüdə bolt tapıb mətbəxə düşmüş və təxminən 10 sm uzunluqda boltu Pərvizə göstərmişdir. Sonuncu: “Bu yaxşıdır, böyük ölçüdədir, zərər vurması dəqiqdir”,- deyə bildirmişdir. Bundan sonra esdakadaya yaxınlaşıb elektrik cərəyanı keçən hissədə həmin boltu gizlətmişdir. Arzu onu görüb: “Boltu ora atmaq yaxşı olmaz”, - deyib yemək yeməyə getmişdir. Baş operator Əli esdakadaya nəzarət üçün operator köməkçisi Nurlanı onun yanına göndərmişdir. Nurlan yanında olduğu müddətdə, yəni Arzunu əvəz etdiyi müddətdə Nurlandan xəbərsiz saat 12:58 radələrində böyük boltu qoyduğu yerdən götürüb kontur mikserin daxilinə atmışdır. Lakin daha sonra qorxduğu üçiin boltu kontur mikserin içindən götürüb operator Füzuliyə yaxınlaşıb boltu təhvil verib guya aşkar etdiyini bildirmişdir. Rəhbərliyin göstərişi ilə növbəti gün işə gəlməmiş və 21 oktyabr 2018-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə olarkən gizli nömrədən onun istifadəsində olan mobil nömrəyə tanımadığı şəxs zəng edərək: “İşdə səni axtarıram, nə varsa hamısını öz boynuna götür, Arzunun adı çəkilsə bizdən incimə, yaşadığın yeri də tanıyırıq, sənin üçün pis olacaq”, - demişdir. Həmin şəxs kim oİduğunu deməmiş və telefonu söndürmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 01 oktyabr 2013-cü il tarixdə “X5" MMC-nin “Ulduz” fabrikinin X7 xəttinə şokolad tökmə maşınının operatoru vəzifəsində işləmişdir. 19 və 20 oktyabr 2018-ci il tarixlərdə Çinar-1 xəttində 07:00-dan 15:00-dək mətbəx sahəsində işləmiş, 10 oktyabr 2018-c il tarixdə saat 08 radələrində iş zamanı val sahəsinə bolt və ya qaykan düşdüyü xəbərini val işçisi Füzuli Əliyevdən eşitmişdir. 20 oktyabr 2018-ci il tarixdə mətbəx sahəsində Şahid4la söhbət edərkən Tural Qasımzadə onlara yaxınlaşıb xəttin dayandığını demişdir. Səbəbini soruşduqda Tural kontur mikserin daxilinə metal əşyalar atdığını demişdir. Onlar Turaldan bunu nədən etdiyini soruşduqda sonuncu bir az istirahət etmək üçün işi bir müddət dayandırmaq istədiyini demişdir. Turala böyük səhv etdiyini və müdriyyətin bunu kamera vasitəsi ilə görə biləcəyini demişdir. Müdiriyyətə bu barədə məlumat verməmiş, artıq hadisənin qarşısını ala bilməyəcəyini və Turalın etdiyi hərəkəti kamera vasitəsi ilə görüb biləcəklərini fikirləşmişdir. Videogörüntüdə əks olunanla əlaqədar bildirmişdir ki, həmin vaxt əlində avadanlıq olan yerə bir ədəd siqaret dənəsi gətirmiş, bolt gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməməsini onun prosessual hüququ kimi qiymətləndirir. Məhkəmə cinayət işin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini, habelə şahidlərin ifadələrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, “X4” MMC-də 03.08.2018-ci il tarixdən hüquqşünas vəzifəsində işləyir. 19 oktyabr 2018-ci il ta ixdə Ulduz şokolad fabrikinin X7 xəttinin şokolad tökmə avadanlığı işləmə prosesi zamanı məhsulda bolt və qaykalar aşkarlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, avadanlığın formalaşdırma valı əzilmiş, valın sıxma səthində çapıqlar əmələ gəlmiş və əzilmənin səbəbi avadanlığın daxili mexanizminə kənardan atılmış metal əşyalar (bolt, qayka və s) olmuşdur. 20 oktyabr 2018-ci il tarixdə Çinar 1 xəttinin şokolad tökmə avadanlığı işləmə prosesi zamanı anidən dayanmış və avadanlığın dayanmasının səbəbi avadanlığın daxili mexanizminə kənardan atılmış metal əşyalar (bolt, qayka və s) olmuş və həmir əşyalar disk valının skribokun yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Daha sonra texniki şöbənin işçiləri tərəfindən yararsız vəziyyətə düşmüş avadanlığın komplekt hissələri dəyişdirilmiş və avadanlıq işə şalınmışdır. Hənin hadisələr üzrə müvafiq aktlar tərtib olunmuşdur. Həmin hadisələrin baş vermə səbəbini araşdırmaq məqsədi ilə 20 oktyabr 2018-cı il tarixli № İR/01 əmrlə yaradılmış araşdırma komissiyası tərəfindən mövcud vəziyyət araşdırılmış və hadisələri əks etdirən video görüntülərə baxış keçirilərək təqsirkar şəxslər müəyyən edilmişdir. Daha sonra avadanlığa dəymiş ziyanı müəyyən edən müvafiq akt hazırlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İstehsalat və Texniki İşlər Departamentinin X7 xəttinin operator köməkçiləri Şahid4 və X8, İstehsalat və Tehniki İşlər Departamentinin X7 xəttinin Şokolad tökmə maşınının operatoru Təqsirləndirilən şəxs2 vəzifə öhdəliklərini kobud şəkildə pozaraq metal əşyaları Çinar xəttinin kameral kütləsinin içinə 19 və 20 oktyabr 2018-ci il tarixlərdə gün ərzində bir neçə dəfə atmışlar. Nəticədə həmin şəxslər sözügedən avadanlığın formalaşdırıcı vallarına ciddi şəkildə ziyan vurmuşlar. Avadanlığa vurulmuş ziyanı müəyyən etmək üçün aidiyyəti üzrə mütəxəssislər dəvət olunmuşdur. “VeysəloğlunYaycılı Qardaşlar" MMC-nə ümumilikdə 222170,0 (iki yüz iyirmi iki min yüz yetmiş) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, “X4” MMC-nin “Ulduz" fabrikinin X7 xəttində keyfiyyətə nəzarət şöbəsinin midiri vəzifəsində işləmişdir. 19 və 20 oktyabr 2018-ci il tarixlərdə, sonradan kameralara rəhbərlik tərəfindən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 dəmir qırıntılarını şokolad tökmə maşınına atdığı və Təqsirləndirilən şəxs2 da bundan məlumatlı olduğu müəyyən edilmişdir. Sonuncular tərəfindən Dəmir qırıntılarının atmasının şahidi olmamışdır. İstehsalat sahəsinə girişə yalnız personala icazə verilmiş və bəzi hallarda qonaqlar girib istehsalatla tanış olmuşlar. İstehsalat sahəsinə girişlə bağlı personal öncədən şəxsi gigiyena təlimatı ilə tanış olmuş və xəbərdarlıq barədə müvafiq sənədləşmələr personal və rəhbərlik tərəfindən imzalanmışdır. Təlimatın bir bəndində istehsalat sahəsinə siqaretlə giriş, həmçinin orada siqaret çəkilməsi qadağan olunmuşdur. Bununla bağlı istehsalat sahəsinə giriş hissədə təlimatlandırıcı lövhə quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 istehsalat sahəsinə siqaret gətirməsi barədə bildirdiyi yalandır, işə daxil olarkən təlimat ona elan olunmuş, həmçinin istehsalata giriş hissədə işçilərin üzərinə nəzarət olunmuş və oradan siqaret keçirmək mümkün hal olmamışdır. İşçilərin geyim formasında ciblər nəzərdə tutulmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 04 yanvar 2018-ci il tarixdən “X4” MMC-nin “Ulduz" fabrikinin X7 xəttində şokolad tökmə maşınının operator köməkçisi vəzifəsində işləyir. Arzu, Pərviz və Turalı işlədiyi müddətdə tanımışdır. 20 oktyabr 2018-ci il tarixdə baş operator Şahid3 göstərişi ilə, Arzunu əvəz etmək üçün estakadaya Turalın yanına getmişdir. Orada olduğu müddətdə Turalın kontur mikserin içinə dəmir qırıntıları atdığını görməmişdir. Sonradan rəhbərlik tərəfindən kameralara keçirilmiş baxış zamanı Turalın kontur mikserin daxilinə dəmir qırıntılarını atdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən “X4" MMC-nin “Ulduz” fabrikinin X7 xəttində baş operator vəzifəsində işləmişdir. Arzu, Pərviz və Turalı işlədiyi vaxtdan tanımışdır. 20 oktyabr 2018-ci il tarixdə Nurlanı Arzunu əvəz etmək üçün estakadaya Turalın yanına göndərmişdir. İşlədiyi müddətdə Turalın kontur mikserin içinə dəmir qırıntıları atdığını görməmişdir. Sonradan rəhbərlik tərəfindən kameralara keçirilmiş baxış zamanı Turalın kontur mikserin içinə dəmir qırıntılarını atdığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 27.11.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə keçirilmiş üzləşdirmə zamanı 19 və 20 oktyabr 2019-cu il tarixlərində “X4" MMC-yə məxsus kontur-mikserin içərisinə dəmir materialdan olan əşyaları Təqsirləndirilən şəxs2 təkidi ilə atdığını göstərmişdir (cild 1, i.v.224-226). İş materiallarında olan “X4" MMC-nin Texniki və istehsalat şöbələrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 19 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, həmin tarixdə “X4” MMC-yə məxsus Ulduz şokolad fabrikinin İstehsal şöbəsinin Cinar 1 xəttinin şokolad tökmə avadanlığı işləmə prosesi zamanı məhsulda bolt və qaykalar aşkarlanmış və araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən avadanlığın formalaşdırma valı əzilmiş, valın sıxma səthində çapıqlar əmələ gəlniş və bunun səbəbi avadanlığın daxili mexanizminə kənardan atılmış metal əşyalar (bolt, qayka və s.) olmuşdur (cild 1, i.v.38). İş materiallarında olan “X4” MMC-nin Texniki və İstehsalat şöbələrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 20 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, həmin tarixdə “X4" MMC-yə məxsus Ulduz şokolad fabrikinin İstehsal şöbəsinin Cinar 1 xəttinin şokolad tökmə avadanlığının işləmə prosesi saat 11:20- 12:20-dək anidən dayanmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən avadanlığın dayanmasının səbəbi avadanlığın daxili mexanizminə kənardan atılmış kənar metal əşyalar (bolt, qayka və s.) olmuş və həmin əşyalar disk valının və skribokun yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur (cild 1, i.v.39). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2019-cu il tarixli 1367 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 2007-ci il buraxılışlı, Almaniyada istehsal edilmiş “Conbar" markalı şokolad tökmə avadanlığının 1 ədəd 41.500 manat dəyərində D464/394/Aİ 1390 soyuducu baraban gövdəsi, 2 ədəd, hər birinin dəyəri 68.700 manat olmaqla, cəmi 137.400 manat dəyərində D650/620/Aİ 1390 soyuducu baraban gövdəsi, 1 ədəd 43.200 manat dəyərində D464/434Aİ 1390 soyuducu baraban gövdəsinin zədələnməyə məruz qalması nəticəsində quraşdırma və tənzimləmə işlərinin qiyməti də daxil edilməklə ümumiliklə dəymiş zərərin hidisə baş verən tarixə ümumi məbləği 222170.0 manat müəyyən olunmuşdur (cild 1, i.v. 77-78). İş materiallarında olan müəssisədə quraşdırılmış videokameraların görüntüsü yazılmış diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilməsi barədə 28 noyabr 2019cu il tarixli protokoldan görünür ki, baxış zamanı video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 19 oktyabr 2018-ci il tarixdə estakadaya Təqsirləndirilən şəxs2 gələrək özü ilə gətirdiyi boltu orada olan dolaba qoyması və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq söhbət etməsi, Şahid4 kənardan dayanaraq onları görməsi, 20 oktyabr 2018-ci il tarixdə saat 10:47 radələrində Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi boltu elektrik naqilləri keçən yerə qoyması, saat 12:58 radələrində isə həmin boltu oradan götürərək kontur mikserin içinə qoyması, həmin zaman Şahid2 estakada da olmasına baxmayaraq, həmin boltun atılma anını görməməsi müşahidə olunur. Təqsirləndirilən şəxs1 həmin görüntüdə olan şəxsin özü olduğunu qeyd etmişdir (cild 2, i.v. 1). İş materiallarında olan müəssisədə quraşdırılmış videokameraların görüntüsü yazılmış diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçrilməsi barədə 28 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 19 oktyabr 2018-ci i! tarixdə estakadaya Təqsirləndirilən şəxs2 gələrək dolaba yaxınlaşması və nəyisə qoyması və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq söhbət etməsi, Şahid4 kənardan dayanaraq onları görməsi və bir qədər sonra onlara yaxınlaşması və bir-birlərindən aralanmaları, 20 oktyabr 2018-ci il tarixdə saat 10:47 radələrində Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi, görüntüdə seçilməyən əşyanı elektrik naqilləri keçən yerə qoyması, saat 12:58 radələrində isə həmin əşyanı oradan götürərək kontur mikserin içinə qoyması, həmin vaxt Şahid2 estakadada olmasına baxmayaraq həmin prosesi görməməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Olislam oğlu həmin görüntüdə olan şəxsin özü olduğunu, dolaba yaxınlaşarkən əlində siqaret dənəsinin olduğunu, Təqsirləndirilən şəxs1 göstərdiyi kimi bolt gətirmədiyini, həmin vaxt əlində siqaret dənəsinin olduğunu bildirmişdir (cild 2, i.v. 2). İş materiallarında olan “X4” MMC üzrə 06.07.2017-ci il tarixli 068K nömrəli əmrdən görünür ki. Təqsirləndirilən şəxs1 həmin müəssisənin Çinar xəttinə 3 ay sınaq müddəti ilə operator köməkçisi vəzifəsinə təyin olunmuşdur (cild 1, iş vərəqə 25). İş materiallarında olan “X4” MMC üzrə 01.10.2013-cii il tarixli 129/5 nömrəli əmrin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 3 ay sınat müddəti ilə müəssisənin Çinar xəttinin şokolad tökmə maşınının operatoru vəzifəsinə təyin olunmuşdur (cild 1, iş vərəqə 16). İş materiallarında olan Ulduz şokolad fabrikinin müşahidə kamerasından götürülmüş və 01 ədəd DVD diskə köçürülmüş video görüntü, həmçinin “Conbar” markalı şokolad tökmə avadanlığı sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilmişdir (cild 2, i.v.211-216). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİD-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 04 iyun 2019-cu il tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 121). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06.06.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.159-161). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir (cild 1, i.v.173-176). İş materiallarında olan 15.08.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.184). İş materiallarında olan 21.01.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.58). İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində bir azyaşlı uşağı var. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarından görünür ki, iş üzrə kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli № 9/6529-10/4749 №-li ekspert rəyindən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizası üzrə: “Conbar” markalı karamel formalaşdırma (şokolad tökmə) avadanlığa baxış keçirilməklə 20 oktyabr 2018-ci tarixdə həmin avadanlıqda təmir işlərinin aparılıb-aparılmadığını, hissəslərinin dəyişdirilibdəyişdirilmədini müəyyən etmək mümkün deyildir. 20 oktyabr 2018-ci il tarixdə “Conbar” markalı karamel formalaşdırma avadanlığının texniki göstəricələrin (güclü, məhsuldarlığın və s.) və baxış keçirildiyi zaman avadanlığa mal verməklə onun məhsuldarlığını müəyyən etmək mümkün olmadığından, 20 oktyabr 2018-ci il tarixdə təmirdən sonra bir saat ərzində istehsal etdiyi məhsulun miqdarını müəyyən etmək mümkün deyildir. 12 oktyabr 2021-ci tarixdə keçirilmiş baxış zamanı “Conbar” markalı karamel formalaşdırma avadanlığının yuxarıdakı 2 vallda və aşağıdakı 1 valda batıq yerləri aşkar edilmişdir. 12 oktyabr 2021-ci il tarixdə “X4” MMC-nin “Ulduz” fabrikinin istehsalat şöbəsində quraşdırılmış “Çinar-1” texnoloji xəttinin “Conbar” markalı karamel formalaşdırma (şokolad tökmə) avadanlığına baxış keçirilən zaman avadanlıq işə salınmış, işə saldıqda avadanlığını yuxarıdakı 2 ədəd vallar fırlanmaya başlamış, yəni avadanlıq işlək vəziyyətdədir. Baxışda şirniyat (şokolad) istehsal üzrə xüsusi biliyə malik olan kənar mütəxəssis iştirak etmədiyindən və avadanlıqda məhsul buraxılmadığına görə, “Conbar” markalı karamel formalaşdırma avadanlığın hazırki vəziyyətdə işləməsində hər hansı hissələrinin dəyişdirilməsinə və təmirə ehtiyac, eləcə də texniki risklərin olub-olmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə: rəyin mühəndis-texniki hissəsində göstərilənlərə və təqdim edilmiş cinayət işi materiallarına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suallara cavab vemək mümkün deyil. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Conbar” markalı karamel formalaşdırma avadanlığının 3 ədəd valında batıqlar aşkar edilsə də hazırda baxış keçirilməklə 20 oktyabr 2018-ci il tarxidə həmin avadanlıqda təmir işlərin aparılıb-aparılmadığını, aparılıbsa konkret olaraq hansı hissələrinin (yeni və ya işlənmiş) dəyişdirilib-dəyişdirilmədiyini, təmirdən sonra isə avadanlığın işlək vəziyyətdə olduğu halda onun həmin tarixdə bir saat ərzində istehsal etdiyi məhsulun miqdarını və növünü müəyyən etmək mümkün deyil. İş materiallarında olan “X4” MMC-nin direktoru tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş şikayət geri götürülmüş və mülki iddiadan imtina edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mümkün sübutlarla əlaqəli şəkildə qiymətləndirərək özünü müdafiə məqsədi daşıdığı barədə qənaətə gələrək qəbul etmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 32.5, 186.2.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaq zamanı tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini isə təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 münasibətdə zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal qismində, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini isə təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onlara törətdikləri cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və sınaq müddəti müəyyən olunmaqla onların üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 iyun 2019-cu il tarixdən 15.08.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən 02 ay 11 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Ulduz şokolad fabrikinin müşahidə kamerasından götürülmüş və 01 ədəd DVD diskə köçürülmüş video görüntü cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, “Conbar” markalı şokolad tökmə avadanlığı “X4” MMC-yə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 83 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 57 iş saatı, cəmi 140 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 840 (səkkiz yüz qırx) manat (140x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün müddətin bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin olunmuş cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 32.5, 186.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət etmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut - “Conbar” markalı şokolad tökmə avadanlığı “X4” MMC-yə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs1 140 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 840 (səkkiz yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-3/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-3/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver