Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-3/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızının Məhkəmə iclasının katibi: X6 Xüsusi ittihamçı: X15, Xüsusi ittihamçının nümayəndəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X12, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X23 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətdə göstərmişdir ki, X12 müxtəlif kütləvi informasiya vasitələrində xüsusi ittihamçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən və onu ağır cinayət törətməkdə ittiham edən məlumatlar paylaşır. Onun paylaşdığı məlumatlar barədə qeyd etməmişdən öncə ilkin olaraq barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin bu yalan məlumatlar paylaşmasına səbəb olan məsələnin əslində hansı formada baş verməsi ilə bağlı məsələyə toxunmaq istədiyini bildirmişdir. Bildirmişdir ki, X1 Azər ilə ümumiyyətlə hər hansı iş birliyində olmamış, onunla aralarında bu qəbildən hər hansı məsələ baş verməmişdir. 2017-ci ilin axırlarında X28 Məmmədovla tanış olmuş, sonuncu bildirmişdir ki, o 9933 taksi xidmətində nəzarətçi işləyir və istəsək biz də avtomobil alıb ona verməklə gəlir əldə edə bilərik. Həmçinin əvvəl Azər Yolçuyevin digər tanışı Nahid adlı şəxs, əvvəl Xalid Məmmədovla işlədiyi üçün iddiaçı onunla da maraqlanmış və Nahid işin problemsiz olduğunu bildirmişdir. Bundan sonra Xalid Məmmədov ilə Azər Yolçuyev iş görmək üçün razılığa gəlmişdir. Razılığın şərtlərinə əsasən, ilk öncə 2018-ci ilin yanvar ayında Azər Yolçuyev tərəfindən ilkin 4700 manat pul ödənilməklə lizinq yolu ilə 5 ədəd Ravon markalı avtomobili tanışı Teymur Yaqubovun adına sənədləşdirilərək Xalid Məmmədova təhvil verilmişdi. Xalid Məmmədov bildirmişdir ki» avtomobillər üçün sürücülərin ödədikləri məbləğlər 9933 taksi xidmətinin mühasibatlığında toplanır. Hər avtomobil üçün gündəlik 25 manat olmaqla pulu Azər Yolçuyevə təqdim elməli idi. Həmin puldan 385 manat avtomobillərin aylıq lizinqi üçün ödənilməli, hər avtomobil üçün əvəllər 65 manat, sonra isə 75 manat pulu Xalid Məmmədov özünə götürməli idi. Xalid Məmmədov sürücü taparkən hər avtomobil üçün 1200-1800 arası, bəzən isə daha çox məbləğdə pulu depozit götürmüş, həmin pulları özündə saxlamışdır. Razılaşmaya görə həmin depozit məbləği avtomobillərdə problem yaranacağı və ya gündəlik ödəniş ödənilə bilməyəcəyi halda onunla əvəzləşdirilməli idi. Sonradan 2018-ci ilin fevral ayında Azər Yolçuyev tərəfindən ilkin 4700 manat pul ödənilməklə lizinq yolu daha bir Ravon markalı avtomobili tanışı Teymur Yaqubovun adına sənədləşdirərək Xalid Məmmədova təhvil verilmişdi. Sonradan daha 3 ədəd avtomobil Azər Yolçuyev tərəfindən ilkin ödənişi ödənilməklə, lizinq yolu ilə Teymur Yaqubovun adına sənədləşdirilərək Xalid Məmmədova təhvil verilmişdi. X22 tanışı Aydın Qasımovla şərikli 6 ədəd Reno markalı, 3 ədəd Kia Rio markalı avtomobilin pulu tam ödənilməklə, Teymur Yaqubovun adına sənədləşdirilərək Xalid Məmmədova ləhvil verilmişdi. Həmin avtomobil Xalid Məmmədov tərəfindən tapılmış, Azər Yolçuyev və tanışı Aydın Qasımov tərəfindən pulu ödənilməklə Teymur Yaqubovun adına sənədləşdirilmişdir. Nağd alınmış avtomobillər üçün gündəlik 28 manat pul sürücülər tərəfindən Xalid Məmmədova ödənilməli, həmin puldan aylıq 75 manat pul Xalid Məmmədov özünə götürməli idi. Şifahi razılaşmaya əsasən lizinqlə alınmış avtomobillər 48 ay, nağd alınmış avtomobillər isə 36 ay ödəniş edildikdən sonra sürücüyə təqdim edilməli idi. Azər Yolçuyevin özü tərəfindən lizinq yolu ilə alınmış 9 ədəd, tanışı Aydın Qasımov ilə şərik alınmış 9 ədəd olmaqla ümumi olaraq 18 ədəd avtomobil Xalid Məmmədova verilmişdi. Əlavə olaraq Teymur Yaqubov və Arif Qasımov tərəfindən də lizinq və nağd alınmaqla müxtəlif sayda avtomobillər analoji şərtlərlə Xalid Məmmədova təhvil verilmişdi. Avtomobillər təhvil verildikdən sonra 1 il ərzində ödənişlər Xalid Məmmədov tərəfindən problemsiz olaraq ödənilmişdir. 2019-cu ilin may ayında Xalid Məmmədov pulun ödənişini gecikdirmişdi. O bunu onunla izah etmişdir ki. 9933 taksi xidməti onu aldadaraq avtomobillər üçün 1 aylıq pulu ödəməyib. X19 2019-cu ilin may ayının sonlarında qeyd etmişdir ki, xiisusi ittiham qaydasında şikayət vermiş şəxsin lizinqlə aldığı 504 qeydiyyat nişanlı avtomobil aşıb və sürücüsü ölüb. Yası yola vermək üçün onun 3000 manat xərci çıxıb, həmin pul Azər Yolçuyev tərəfindən Xalid Məmmədova ödənilmişdir. Həmçinin avtomobil qəza keçirdikdən sonra ona hər hansı ödəniş həyata keçirilməmişdir. 2019-cu ilin may ayından sonra Xalid Məmmədov tərəfindən aylıq 3000, 3500, 2500 manat pul vəsaitləri kəsilərək ödənməyə başlanılmışdı. 2019-cu ilin iyul-avqust aylarında X29 Yolçuyevi evə dəvət etmiş və burada cavabdeh Samirə Məmmədova 5000 manat borc istəmişdir. Azər Yolçuyev 5000 manata gücünün çatmayacağını, yalnız avtomobil üçün ödəniləcək məbləğdən 3000 manat verə biləcəyini qeyd etmişdir. 2019-cu ilin avqust ayında 3000 manat pul Samirə Məmmədovaya borc kimi verilmişdir. Sonradan 12 oktyabr 2019-cu il tarixində Azər Yolçuyev tərəfindən avtomobillər Xalid Məmmədovdan geri alınmışdır. Avtomobil götürüldükdən sonra Xalid Məmmədov tərəfindən Azər Yolçuyevə lizinq ödənişi və gecikdirilmiş faizlər üçün 6040 manat, inzibati tənbeh kimi yazılmış 3386 manat, 43 gün üçün ödənilməli olan 5296 manat, avtomobillərə vurulmuş zərər 21116 manat, 3000 manat guya qəzada öldüyü iddia edilən şəxsin dəfni üçün, 3000 manat Samirəyə verilmiş borc üçün, qəza keçirmiş avtomobilin təmiri üçün 6000 manat, həmin avtomobilin banka ödənilməli məbləği kimi 8470 manat olmaqla ümumi olaraq 56308 manat maddi zərər vurulmuşdur. Bu məsələlərdən sonra Xalid Məmmədov özündə şübhə yaratmışdır. 9933 taksi xidməti ilə maraqlanarkən oradan bildirmişdilər ki. Xalid Məmmədov ümumiyyətlə orada işləməyib. X2 tərəfindən müxtəlif hüquq mühafizə orqanlarına müraciət etməklə, həmçinin kütləvi informasiya vasitələrinə müraciət etməklə yalan məlumat verərək xüsusi ittiham qaydasında şikayət verən şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatlar yaymışdır. Kütləvi informasiya vasitələrində gedən yalan məlumatlar yüzminlərlə vətəndaş izləmiş, orada xüsusi ittiham qaydasında şikayət verən şəxsin özünə və ailə üzvləinə qarşı təhqiramiz ifadələr işlədilmişdir. Məmin video müraciətlərdən bəziləri aşağıdakılardır: Youtube.com saytında "azel tv” kanalında 2 mart 2020-ci il tarixində yerləşdirilmiş, "Rövnəq Abdullayevin adamları vətəndaşı şərləyərək intihar həddinə çatdırıblar* adlı 44 dəqiqə 43 saniyə davam edən video müsahibədə (httns ://•w w w. v o u tıı bc. co m/w a tc h ? v=q U G h E J1 v u vA&feature=voutu.be) Məmmədova Samirə Oİi qızı tərəfindən X16 barəsində may ayında başladılar hədə-qorxu gəldilər Azər Yolçuyev (01:10). may ayında bu Azər gil gəldilər gecə saat üçdə (01:47), o qayıtdı ki, bu ölkədə heç kim mənə heç nə edə bilməz. (02:10), dedilər get kimə şikayət edirsən et bu dövlət mənə heç nə edə bitməz (03:13), may ayında onlar bu hegemonluğu edəndə (05:22), bunlarda başladılar üstümüzə rekert göndərdilər (11:36), bizə məxsus olan **-RS-*** dövlət nömrəli maşınımızın nömrəsini oğurlatdılar (11:49), sonradcı dedilər sizin nömrənizi oğurlatmışıq sabahda sizin üç balanızı oğurlatdıracağıq (11:56), Azər Yolçuyev gedib müləşəkkiUiyin X20 pul təklif ediblər pul veriblər 20 min (13:49), əgər bu dövləti ki Azər Yolçuyev kinliləri pu inan alır (15:32). Azər Yolçuyev arxamca maşın göndərdib vurdurdu (16:03), deyir ki bizi şikayət eləmisən şikayətinə də baxılmayacaq və sizi ailənizi məhv eləyəcəni (23:15), kimi şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədib. Həmçinin həmin müsahibədə Azər Yolçuyevin ağır cinayət törətməsi barədə ittihamlar səsləndirilib. Qeyd etmək istərdik ki, həmin video müraciəti youiube portalında hazırkı ərizə yazılana kimi 2988 nəfər izləyib və orada onlarla şərh yazılıb. Həmin şərhlərdən də görünür ki bu yalan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədilib. X21 ağır cinayət törətməsi barədə böhtan atılıb. Həmin qeyd olunan təhqir və böhtan xarakterli ifadələr nəticəsində Azər Yolçuyev barəsində cəmiyyətdə mənfi fikir formalaşıb.
2. Youtube.com saytında '‘Azad Soz” kanalında 10 aprel 2020-ci il tarixində yerləşdirilmiş "Rövnəq Abdullayevin qoçu dəstəsi evə basqın etdilər" adlı 10 dəqiqə 39 saniyə davam edən video müraciətdə (hUns://www.youtube.comAvatch?v=xxAr80FpaKo&feature=vouls.ı.be) X12 tərəfindən X17 barəsində bizim üstümüzə hiicuma gələrək bu qoşunmu deyim, qoçumu deyim, rekertlərnıi deyim üstümüzə gələrək bizə hədə-qorxu\ıum. zorakılıc/nan. mənim iistiimə evdə gəldilər bıçaqdan belə çıxartılar, və mənim uşağım qorxdu, hədə qorxusundan övladımın birinin sinəsində şiş əmələ gəlib, biriysə sudurğa keçiribdi (01:10/, məıum burda bıçaq çıxartılar üstümə ki şikayət etsən balalarmla bərabər həyatın təhlükəyə girəcək, halalarınla bərabər səni siləcəyik nə bilim belə eləyəcəyik, as acıq kəsəcik yığdılar hecə saat 3-4 olardı, 2-3 olardı bu qoçu dəstələri gəldilər üstümüzə (01:20), sonra bir müddət üstündən keçəndə üstümüzə rekert göndərdilər, yoldaşıma hədə-qorxu biçdilər (01:46), Azər Yolçuyev deyir ki mənə hu ölkədə heç kim heç nə eləyə bilməz, bizim arxamızda Rövnəq Abdullayev və onun dayısı oğlu Anar Əliyev dayanıb (02:50), maşınımızı vurdurdular (03:02), mənim üstümə evinidə bıçaq çıxanın zaman mənim uşağım pis xəstəlik tapdı (03:20), hər gün bizə bir hədə göndərir ki asacam, kəsəcəm (06:15). Azər Yolçuyev göndərib bu hədə qorxunu xanım birdə saytda iştirak eləsə, gedib birdə harasa şikayət eləsə onun övladları da özü də bu yer üzündən bu dövlətdən si ləcəm (06:35), Azər Yolçuxevində dedirinə görə onun arxasında dayanıb Rövnəq müəllimlə. Anar müəllim (06:52). gecə saat üçdə dördə töklüşüb bizə gəlmələri, üstümüzə bıçaq çıxartmaları mənim uşaqlarımı qorxutmadın (09:04) kimi şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədib, Həmçinin həmin müraciətdə Azər Yolçuycvin ağır cinayət törətməsi barədə ittihamlar səsləndirilib. Qeyd etmək istərdik ki, həmin video müraciəti youtubc portalında hazırkı ərizə yazılana kimi 168.712 nəfər İzləyib və orada yüzlərlə şərh yazılıb. Həmin şərhlərdən də görünür ki bu yalan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədilib. X21 ağır cinayət törətməsi barədə böhtan atılıb. Həmin qeyd olunan təhqir və böhtan xarakterli ifadələr nəticəsində Azər Yolçuycv barəsində cəmiyyətdə mənfi fikir formalaşıb.
3. Youtube.com saytında Komoromat TV kanalında 27 aprel 2020-ci il tarixində yerləşdirilmiş. "Rövnəq Abdullayevin qohumlarını şikayət etdilər - Vilayət Eyvazov günahkarları cəzalandır'" adlı 15 dəqiqə 12 saniyə ərzində davam edən video müraciətdə (httD.s://www.youtube.cornAvatch?v=MXl>ncAtRlJ8&feature=voutu.be) X13 tərəfindən X17 barəsində Rövnəq Abdullayevin qoçu dəstələri Azər Yolçııyevgii (02:48), mənim üstümə saat 3-4 radələrində deyim, 2-3 radələrində deyim üstümə qoçu dəstələri lüicımıa gəldi (03:26), mənim üstümə bıçaq çıxardaraq övladımın birini sudurğa keçi idirdi (04:4 İ), Azər Yolçuyev mənə dedi sən hansı dövlətdən danışırsan mən o dövlətin hamısını pulla alıram (04:5!), Azər Yolçuyev ilk öncə yoldaşımdan başladı, biilün hamısını pulla aldı (05:03), Azər Yohtyev mənə dedi ki Xalıq Məmmədovdan başlayacam, sonra keçəcəm övladlarına sənə göz dağı vermək üçün sonra keçəcəm sənə (06:35), Azər Yolçuyev mənim yoldaşıma zəng edib hədə-qorxu gələrək (07:55). mənim balalarımı ağlar qoymusan inəndə Allahdan arzu edirəm ki sənin balalarını ağlar qoysun balalarını əlindən alsın (08:33), şərəfsizi08:37), yəqin ki bizim Azərbaycanın qeyrətli oğulları çıxdı bir gün sənin cəzanı verəcəklər (08:50), gecə saat 2-3-də üstümə hücuma gəlib bıçaq dirəyib ki səsini kəs sənin başını kəsəcəm heç yerə şikayət etmə çıxış eləmə (10:03), gecə-gündüz mənim balalarımın ahı səninlədi (10:41) oğlun qızın şərəfsizlər (10:50), Azərbaycanın o qədər qeyrətli oğulları varki çıxacaq bir gün sizin başınızı kəsəcək (l 1:05), Allah səni, balalarım gözü yaşlı qoyacaq (11:16), ay Azər, ay şərəfsiz (11:17), Azər şərəfsiz (12:13), mənim pulumu yeyə-yeyə ay peysər, hayım yoğun (12:16), bu gün kügündə sənin üçün yubka hazırlayıram gəşəy vermişəm dərziyə şərəfsiz sən arvad almağa layiqsən (12:31), sən şərəfsizin öndə gedənisən (12:52), verərsən balalanvın ehsanına (13:13), oğlun var nobildi, mobildi, mobil telefonda bilmirəm verərsən onun ehsanına (13:18), mən bilirəm ki Azərbaycanın qeyrətli oğulları da cəzanızı verəcək ay alçaq Azər kimiləri (13:51). həmən Azər şərəfsizə (14:08) kimi şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədib. Həmçinin həmin müraciətdə Azot’ Yolçuycvin ağır cinayət törətməsi barədə ittihamlar səsləndirilib. Qeyd etmək istərdik ki, həmin video müraciəti youlube portalında hazırkı ərizə yazılana kimi 96.837 nəfər izləyib və orada yüzlərlə şərh yazılıb. Həmin şərhlərdən də görünür ki bu yalan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr işlədilib. X21 ağır cinayət törətməsi barədə böhtan atılıb. Həmin qeyd olunan təhqir və böhtan xarakterli ifadələr nəticəsində Azər Yolçuyev barəsində cəmiyyətdə mənfi fikir formalaşıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tələbinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətdir və müvafiq məsuliyyətə səbəb olur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azər Nobil oğlu barəsində AR CM-nin 182.2.3, 312.2-cü maddələrində nəzərdə tutulmuş ağır cinayət törətməyi barədə böhtan ataraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətdir və müvafiq məsuliyyətə səbəb olur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azər Nobil oğlu barəsində həqiqətə uyğun olmayan məlumatlar verməsi ilə Azər Yolçuyevin şərəf və ləyaqətini alçaltmış, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Eyni zamanda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına da hörmətsizlik nümayiş etdirilmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ei ii tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X4 haqqında" Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə 'əlaqədar olaraq qeyd olunur ki, lıor kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin lll-cü hissəsinə (Bərabərlik hüququ) əsasən dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinin İ hissəsinə (Milli mənsubiyy ət hüququ) əsasən hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə (Vətəndaşların vəzifələrinin əsası) əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əmə! etməli, başqa şəxslərin hüquq və azadlıqlarına lıörınət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun l()-ctı maddəsinə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirrləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud d özü İm əzi iy i təbliğ etmək, nıötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına .əsas verə bilməz. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44cü maddəsinə (Təkzih, düzəliş və cavab vermək hüququ) əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasım, düzəliş verilməsini, habelə iizr istənilməsin! tələb elmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi Ləeriibəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 14 may 1999-on il tarixli Qərarın 2-ci bəndində deyilir: ‘"Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılınası. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir" "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 14 may 19.99-eu il tarixli Qərarının 5~ci bəndinə əsasən "məhkəmələrin diqqətinə çatdırılsın ki. başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə. həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər”. Məmin Qərarın 13-cü bəndinə əsasən “vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə ııyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər”. Həmçinin qeyd etmişdir ki, X17 barəsində yazılan təhqir və böhtan xarakterli yazılar heç bir fakta söykənmədən, əsassız və qərəzli fikirlərin nəticələri olmuşdur. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklo böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) miivaliq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum ol m adıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) vayınış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd olunan videoların paylaşıldığı youtube.com internet informasiya ehtiyatı “Google LLC'“ şirkətinə məxsus olmaqla X5 qeydiyyata alınmışdır. Belə olan halda hazırkı xüsusi ittiham qaydasında verilmiş şikayətə barəsində şikayət verilmiş şəxsin axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmədə baxılmalıdır. X3 yaşayış yeri Nizami rayonunun ərazisi olduğundan hazırkı şikayətə Nizami Rayon Məhkməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti varadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Cinayət Məcəlləsinin ədalət prinsipini müəyyən edən, 8-ci maddəsində qeyd edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-huquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai ləhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarların şəxsiyyətinin dəyişən təhlükəliliyinə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin xüsusi çəkisini nəzərə almağa, konkret cəza növünü və həddini müəyyən etmək üçün buradakı müddəaların tələblərini vahid foks nöqtəsinə gətirməyə imkan verir. Cəzanın anlayışını və məqsədini müəyyən edən CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki. cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını atmaq məqsədi ilə tətbiq edilir. Cəza tərbiq edilməsi ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə münasibətdə həyata keçirilməklə aşağıdakıları nəzərdətutur: İ) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini, cərimə, islah işləri, ictimai işlər və digər cəza növlərini tətbiq etməklə təmin edir, 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizim, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərtiiləşdirilməsi prinsipləri əsas götürməklə qanuna uyğun tətbiq edilməsinə inanırlar, Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.3-cii maddəsində qeyd olunur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə ləyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41 -ci maddələrinin müddəalarının həyala keçirilməsini sözsüz təmin etmələri tövsiyyə edilmiuıdir. Həmin Qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhliikəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin C.Vl-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) Şikayətdə qeyd etmişdir ki, X12, X17 barəsində dəfələrlə təhqir və böhtan xarakterli ifadələr işlətmiş, onu kütləvi şəkildə yaymış və bu fikirləri yüz minlərlə şəxs izləmişdir. Belə olan halda, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və azadlıqdan məhrumetmə növündə cəza təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X12 çıxış edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə özünü təqsirli bildiyini, törətdiyi əməllərə görə peşmançılıq hissi keçirtdiyini və xüsusi ittihamçı X8 üzr istədiyini qeyd edərək, hal-hazırda təqsirləndirilən şəxslə barışdığını əsas gətirib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi X23 çıxış edərək, xüsusi ittihamçı və təqsirləndirilən şəxsin barışdığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Xüsusi ittihamçı X15 çıxış edərək bildirdi ki, X7 CM-nin 147.2 və 148-ci ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəməyə verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə, o, X12 ilə barışmışdır, ondan hər hansı şikayət və tələbi yoxdur, hal-hazırda S.Məmmədova barəsindəki xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti geri götürür və xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Xüsusi ittihamçı X9 nümayəndəsi Müdafiəçi1 çıxış edərək S.Məmmədova barəsindəki xüsusi ittiham qaydasında verilmiş şikayətin geri götürüldüyünü qeyd edərək, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Nizami Rayon Məhkəməsinin 1(007)- 5/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, xüsusi ittihamçı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, hər iki tərəf işin icraatına xitam verilməsini xahiş etdiyindən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan hazırkı iş üzrə cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. X10 məhkəmə icraatı zamanı 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X18 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Nigar Qədirli