Məhkəmə qərarları › İş №1(007)-3/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-3/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-3/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1996-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 02 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, ünvan 12ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxsxx.xx.1997-ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 12ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxsxx.xx.2002-ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 12ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən əmisi qızı haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə tikinti-təmir işləri ilə məşğul olan Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə tanışı, eyni zamanda həmkəndlisi X6 istifadəsində olan +**********49 mobil nömrəsi ilə 20 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********59 saylı mobil nömrəyə zəng edərək özünü Ruslan adı ilə Şəmkir rayonu, İrmaşlı kənd sakini kimi təqdim edərək onu və qardaşı Zərərçəkmiş şəxs1 evində təmir işləri görmək adı ilə İrmaşlı kəndinə dəvət etmiş, 21 yanvar 2020-ci il tarixdə, saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə İrmaşlı kəndində yerləşən, ictimai yer hesab olunan kənd məscidinin qarşısına gəldikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və tanışı Babək Bayramlı ilə idarə etdikləri avtomobillərlə həmin ünvana gələrək bir qrup şəxs halında birləşib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə, ətrafda toplaşmış şəxslərə 20-30 dəqiqə ərzində açıqca hörmətsizliklə ifadə olunan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etmiş, qrup üzvü olan qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla, həmçinin əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xəsarət yetirməklə hədələməklə müşayiət edilən, digər qrup üzvü olan qardaşı Təqsirləndirilən şəxs3 ucadan nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan alətdən istifadə etməklə Zərərçəkmiş şəxs1 alın nahiyəsinə və Zərərçəkmiş şəxs2 sağ qulaq nahiyəsinə çoxlu sayda zərbələr vurmaqla, eləcə də, onların bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla müşayiət edilən Təqsirləndirilən şəxs1 nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan bərk küt əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə vurmaqla, eləcə də sonuncuya və Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmaqla müşayiət edilən Zərərçəkmiş şəxs1 sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları, sol gözaltı nahiyənin qançırından ibarət, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanının arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsi, Babək Bayramlının isə Zərərçəkmiş şəxs1 badalaq vurub yerə yıxmaqla ona və qardaşı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurması ilə müşayiət edilən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tanışı X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 yanvar 2020-ci il tarixdə, saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə ünvan 12i ərazisində yerləşən qəbirstanlığa gedib orada söhbət etmək məqsədi ilə Şahid3 məxsus “Audi” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə həmin qəbirstanlığa gedərək orada üzərində saxladığı silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan alətlə Zərərçəkmiş şəxs3 öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, sonuncudan həmkəndlisi Şahid4 vaxtilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində həmkəndlilərini qəsdən öldürməyinə dair, eləcə də hazırda Rusiya Federasiyasında yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkən X7 mərhum həmkəndlisi X10 öldürmədiyinə dair videoçəkilişlə etiraf etməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 buna etiraz etdikdə isə qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Babək Bayramlı sonuncunun əllərini yapışqanla bağlamaqla sonuncunun qarın nahiyəsinə bıçaq dirəyib zor tətbiq etməklə müqavimətini qırmış, Təqsirləndirilən şəxs1 isə bıçaqla Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə davamlı olaraq qəsdən bıçaqla zərbələr vuraraq ona döş qəfəsinin ön səthində sol körpücükaltı nahiyənin, sağ saidin orta üçdə birinin ön səthinin, aşağı üçdə birinin bayır səthinin, sol əlin 1-ci və 2ci barmaqlarının, sol əlin 1-ci və 2-ci barmaqarası nahiyəsinin, sağ əlin 1-ci barmağının kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncunu videoçəkilişlə tələb etdiyi şəkildə etiraf etməsinə nail olmaqla təxminən 4-5 saat ərzində davamlı şəkildə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə işgəncə verməklə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək təkrarən xuliqanlıq, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə 15 oktyabr 2021-ci il tarixdə ünvan 12ində yerləşən çayxanada sifət nahiyələrinə tibbi maska taxaraq çayxananın qarşısında dayanmış vəziyyətdə olan ‘'VAZ-2121” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasına oturmaq istəyən kənd sakini Zərərçəkmiş şəxs5 zor tətbiq etmək məqsədilə yaxınlaşmaq istəyərkən sonuncu döyüləcəyindən qorxub avtomobilin sükanı arxasına əyləşərək oradan uzaqlaşmaq istəmiş, bu vaxt Təqsirləndirilən şəxs3 əlində tutduğu silah qismində istifadə olunan beyzbol (toxmağından istifadə etməklə avtomobilin müxtəlif hissələrinə ardıcıl zərbələr vurmuş, Təqsirləndirilən şəxs2 əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə avtomobilin pəncərəsindən ona xəsarət yetirməyə çalışmış, Təqsirləndirilən şəxs1 isə əlində tutduğu silah qismində istifadə olunan ağac parçasından istifadə etməklə avtomobilin şüşələrini sındırıb zədələyərək 220 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs5 sağ said nahiyəsinin aşağı üçdə birinin ön səthinin, sağ əlin 1-ci barmağının iç səthinin və sağ əlin ovuc səthinin kəsilmiş səthi yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs5 fürsət tapıb avtomobildən düşüb oradan qaçdıqdan dərhal sonra qrup üzvləri əvvəlcədən aralarında əldə olunmuş cinayəkar razılaşmaya əsasən qanunazidd hərəkətlərini davam etdirərək çayxanaya daxil olmuşlar, müştərilərin gözləri önündə 10-15 dəqiqə ərzində masa arxasında oturan həmkəndlisi Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmaqla və digər zorakı hərəkətlər etməklə sonuncuya sağ gözaltı yumşaq toxumalarının tış hissəsinin qançırı və üst dodağın selikli hissəsinə qansızmadan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə 4,061 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla kirayədə yaşadığı ünvan 3 ünvanına daşımış, 22 noyabr 2021-ci il tarixdə barəsində daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13 radələrində qeyd olunan ünvanda saxlanılaraq Nizami rayon Polis İdarəsinin ünvan 4 ünvanında yerləşən binasına gətirildikdən sonra üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sonuncu polis əməkdaşlarının təklifi ilə təqdim etdiyi əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib gizlədərək saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümün içərisində 4,061 qram çəkidə psixotrop maddə olan metamfetamin müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 əmisi qızı haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə tikinti-təmir işləri ilə məşğul olan Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə tanışı, eyni zamanda həmkəndlisi X6 istifadəsində olan +**********49 mobil nömrəsi ilə 20 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********59 saylı mobil nömrəyə zəng edərək özünü Ruslan adı ilə Şəmkir rayonu, İrmaşlı kənd sakini kimi təqdim edərək onu və qardaşı Zərərçəkmiş şəxs1 evində təmir işləri görmək adı ilə İrmaşlı kəndinə dəvət etmiş, 21 yanvar 2020-ci il tarixdə, saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə İrmaşlı kəndində yerləşən, ictimai yer hesab olunan kənd məscidinin qarşısına gəldikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2, qardaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və tanışı Babək Bayramlı ilə idarə etdikləri avtomobillərlə həmin ünvana gələrək bir qrup şəxs halında birləşib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə, ətrafda toplaşmış şəxslərə 20-30 dəqiqə ərzində açıqca hörmətsizliklə ifadə olunan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla, həmçinin əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xəsarət yetirməklə hədələməklə müşayiət edilən, qrup üzvü Təqsirləndirilən şəxs3 ucadan nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan alətdən istifadə etməklə Zərərçəkmiş şəxs1 alın nahiyəsinə və Zərərçəkmiş şəxs2 sağ qulaq nahiyəsinə çoxlu sayda zərbələr vurmaqla, eləcə də, onların bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla müşayiət edilən, qrup üzvü Təqsirləndirilən şəxs1 nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan bərk küt əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə vurmaqla, eləcə də sonuncuya və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmaqla müşayiət edilən Zərərçəkmiş şəxs1 sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları, sol gözaltı nahiyənin qançırından ibarət, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanının arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsi, qrup üzvü Babək Bayramlının isə Zərərçəkmiş şəxs1 badalaq vurub yerə yıxmaqla ona və qardaşı Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurması ilə müşayiət edilən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə o, qardaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və həmkəndlisi Babək Bayramlı ilə bir qrup şəxs halında birləşərək 21 yanvar 2020-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində törətdikləri xuliqanlıq cinayəti ilə əlaqədar Babək Bayramlı onlara qarşı istintaqda ifadə verdiyini bəhanə edərək sonuncunun atası Zərərçəkmiş şəxs4 cəzalandırmaq qərarına gəlib qardaşı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək 26 yanvar 2021-ci il tarixdə, saat 13 radələrində ictimai yer hesab olunan və insanların gəliş-gedişi intensiv olan ünvan 5 ünvanında yerləşən “Çin” restoranının qarşısında heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən xuliqanlıq niyyəti ilə əllərindəki istintaqa məlum olmayan silah qismində olan küt alətlə Zərərçəkmiş şəxs4 sifət nahiyyəsinə zərbə vuraraq yerə yıxdıqdan sonra sonuncunun bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbə vurmaqla qərəzli hərəkətlər törətməklə ona baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının, sol üst göz qapağının cərrahi tikişli əzilmiş yaraları, alın nahiyyəsinin sağ və sol yarısının sıyrıqları, sağ və sol gözətrafı yumşaq toxumaların qançırları, sol gözün ağlı qişasına total qansızmalar, bel nahiyəsinin sol yarısında kürək xətti üzrə İ-İİ bel fəqərəli proyeksiyasının sıyrığı, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı az yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında birləşərək təkrarən xuliqanlıq, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə 15 oktyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində sifət nahiyələrinə tibbi maska taxaraq ünvan 12ində yerləşən çayxananın qarşısında dayanmış vəziyyətdə olan “VAZ-2121” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasına oturmaq istəyən kənd sakini Zərərçəkmiş şəxs5 zor tətbiq etmək məqsədilə yaxınlaşmaq istəyərkən sonuncu döyüləcəyindən qorxub avtomobilin sükanı arxasına əyləşərək oradan uzaqlaşmaq istəmiş, bu vaxt Təqsirləndirilən şəxs3 əlində tutduğu silah qismində istifadə olunan beyzbol toxmağından istifadə etməklə avtomobilin müxtəlif hissələrinə ardıcıl zərbələr vurmuş, Təqsirləndirilən şəxs2 əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə avtomobilin pəncərəsindən ona xəsarət yetirməyə çalışmış, Təqsirləndirilən şəxs1 isə əlində tutduğu silah qismində istifadə olunan ağac parçasından istifadə etməklə avtomobilin şüşələrini sındırıb zədələyərək 220 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs5 sağ said nahiyəsinin aşağı üçdə birinin ön səthinin, sağ əlin 1-ci barmağının iç səthinin və sağ əlin ovuc səthinin kəsilmiş səthi yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs5 fürsət tapıb avtomobildən düşüb oradan qaçdıqdan dərhal sonra qrup üzləri əvvəlcədən aralarında əldə olunmuş cinayəkar razılaşmaya əsasən qanunazidd hərəkətlərini davam etdirərək çayxanaya daxil olmuşlar, müştərilərin gözləri önündə 10-15 dəqiqə ərzində masa arxasında oturan həmkəndlisi Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmaqla və digər zorakı hərəkətlər etməklə sonuncuya sağ gözaltı yumşaq toxumalarının tış hissəsinin qançırı və üst dodağın selikli hissəsinə qansızmadan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə 4,126 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla kirayədə yaşadığı ünvan 6 ünvanına daşımış, 22 noyabr 2021-ci il tarixdə barəsində daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 13 radələrində qeyd olunan binanın blokunda saxlanılaraq Nizami rayon Polis İdarəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sonuncu polis əməkdaşlarının təklifi ilə təqdim etdiyi əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib gizlədərək saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümün içərisində 4,126 qram çəkidə psixotrop maddə olan metamfetamin müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs3 əmisi qızı haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə tikinti-təmir işləri ilə məşğul olan Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə tanışı, eyni zamanda həmkəndlisi X6 istifadəsində olan +**********49 mobil nömrəsi ilə 20 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********59 saylı mobil nömrəyə zəng edərək özünü Ruslan adı ilə Şəmkir rayonu, İrmaşlı kənd sakini kimi təqdim edərək onu və qardaşı Zərərçəkmiş şəxs1 evində təmir işləri görmək adı ilə İrmaşlı kəndinə dəvət etmiş, 21 yanvar 2020-ci il tarixdə, saat təxminən 18 radələrındə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə İrmaşlı kəndində yerləşən, ictimai yer hesab olunan kənd məscidinin qarşısına gəldikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 qardaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və tanışı Babək Bayramlı ilə idarə etdikləri avtomobillərlə həmin ünvana gələrək bir qrup şəxs halında birləşib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə, ətrafda toplaşmış şəxslərə 20-30 dəqiqə ərzində açıqca hörmətsizliklə ifadə olunan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla, həmçinin əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xəsarət yetirməklə hədələməklə müşayiət edilən, Təqsirləndirilən şəxs3 ucadan nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan alətdən istifadə etməklə Zərərçəkmiş şəxs1 alın nahiyəsinə və Zərərçəkmiş şəxs2 sağ qulaq nahiyəsinə çoxlu sayda zərbələr vurmaqla, eləcə də, onların bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla müşayiət edilən, qrup üzvü Təqsirləndirilən şəxs1 nalayiq ifadələr işlətməklə silah qismində istifadə olunan istintaqa dəqiq məlum olmayan bərk küt əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə vurmaqla, eləcə də, sonuncuya və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmaqla müşayiət edilən Zərərçəkmiş şəxs1 sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları, sol gözaltı nahiyənin qançırından ibarət, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanının arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsi, qrup üzvü Babək Bayramlının isə Zərərçəkmiş şəxs1 badalaq vurub yerə yıxmaqla ona və qardaşı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurması ilə müşayiət edilən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorıın tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 qardaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və həmkəndlisi Babək Bayramlı ilə bir qrup şəxs halında birləşərək 21 yanvar 2020-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində törətdikləri xuliqanlıq cinayəti ilə əlaqədar Babək Bayramlı onlara qarşı istintaqda ifadə verdiyini bəhanə edərək sonuncunun atası Zərərçəkmiş şəxs4 cəzalandırmaq qərarına gəlib qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək 26 yanvar 2021-ci il tarixdə, saat 13 radələrində ictimai yer hesab olunan və insanların gəliş-gedişi intensiv olan ünvan 7 ünvanda yerləşən “Çin” restoranının qarşısında heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən xuliqanlıq niyyəti ilə əllərindəki istintaqa məlum olmayan silah qismində olan küt alətlə Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə zərbə vuraraq yerə yıxdıqdan sonra sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbə vurmaqla qərəzli hərəkətlər törətməklə ona baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması, alın nahiyəsinin sol yarısının, sol üst göz qapağının cərrahi tikişli əzilmiş yaraları, alın nahiyəsinin sağ və sol yarısının sıyrıqları, sağ və sol gözətrafı yumşaq toxumaların qançırları, sol gözün ağlı qişasına total qansızmalar, bel nahiyəsinin sol yarısında kürək xətti üzrə İ-İİ bel fəqərəli proyeksiyasının sıyrığı, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı az yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə təkrarən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs3 qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşərək təkrarən xuliqanlıq, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarına riayət etmədən, orada olan digər şəxslərə əhəmiyyət vermədən, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə 15 oktyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində sifət nahiyələrinə tibbi maska taxaraq ünvan 12ində yerləşən çayxananın qarşısında dayanmış vəziyyətdə olan “VAZ-2121” markalı, ** RV *** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasına oturmaq istəyən kənd sakini Zərərçəkmiş şəxs5 zor tətbiq etmək məqsədilə yaxınlaşmaq istəyərkən sonuncu döyüləcəyindən qorxub avtomobilin sükanı arxasına əyləşərək oradan uzaqlaşmaq istəmiş, bu vaxt Təqsirləndirilən şəxs3 əlində tutduğu silah qismində istifadə olunan beyzbol toxmağından istifadə etməklə avtomobilin müxtəlif hissələrinə ardıcıl zərbələr vurmuş, Təqsirləndirilən şəxs2 əlində tutduğu silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə avtomobilin pəncərəsindən ona xəsarət yetirməyə çalışmış, Təqsirləndirilən şəxs1 isə əlində tutduğu silah qismində istifadə olunan ağac parçasından istifadə etməklə avtomobilin şüşələrini sındırıb zədələyərək 220 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs5 sağ said nahiyəsinin aşağı üçdə birinin ön səthinin, sağ əlin 1-ci barmağının iç səthinin və sağ əlin ovuc səthinin kəsilmiş səthi yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs5 fürsət tapıb avtomobildən düşüb oradan qaçdıqdan dərhal sonra qrup üzvləri əvvəlcədən aralarında əldə olunmuş cinayəkar razılaşmaya əsasən qanunazidd hərəkətlərini davam etdirərək çayxanaya daxil olmuşlar, müştərilərin gözləri önündə 10-15 dəqiqə ərzində masa arxasında oturan həmkəndlisi Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmaqla və digər zorakı hərəkətlər etməklə sonuncuya sağ gözaltı yumşaq toxumalarının tış hissəsinin qançırı və üst dodağın selikli hissəsinə qansızmadan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilənlərin hamısı iftira və yalandır. Qeyd edilən hadisələrin heç biri olmamışdır. O, heç bir cinayət əməli törətməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyülməsində o, iştirak etməmişdir. Hadisə yerinə gedəndə artıq dava-dalaş qurtarmışdır. Orxan və Şirxana qarşı hər hansı bir zor tətbiq etməmişdir. Həmin vaxt onun üzərində silah olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la barışıq əldə etməyə çalışmışlar. Zərərçəkmiş şəxs3 onun kəndçisidir, onunla heç bir düşmənçiliyi yoxdur. O, Zərərçəkmiş şəxs3 əzab və işgəncə verməmişdir. Əlizadə özü də ərizə verib, həmçinin məhkəmədə bildirmişdir ki, onun tərəfindən ona hər hansı bir əzab və işgəncə verilməmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ona və qardaşlarına böhtan atırlar. Həmin vaxt onlar Bakı şəhərində kirayə yaşadıqları mənzildə olmuşlar. O, heç kimi vurmamış, xəsarət yetirməmişdir, sadəcə onunla düşmənçilik edirlər. Narkotiklə bağlı isə bildirir ki, polis əməkdaşları ona həmin cinayəti boynuna almasını, əks halda qardaşı Zabili narkotiklə həbs edəcəklərini dediklərindən, o, məcburiyyət qarşısında qalıb həmin əməli etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrindən də görünür ki, onun təqsiri yoxdur. Təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs1 ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 vaxtı ilə onun nişanlı əmisi qızı Elnarəni qaçırmışdır. Sonradan da orada-burada qızın haqqında xoşagəlməz ifadələr işlətmişdir. Buna görə də Babək Bəylərlə birlikdə, Orxanın qardaşı Şirxanla danışıb onları aldadıb İrmaşlı kəndinə gətirmişdir. Orxan və Şirxan qardaşları da usta işləmişlər. Bəylərlə Babəkin onları döymək üçün getmələrini eşidəndə tez özünə məxsus “Audi” markalı, “001BAYKA” qeydiyyat nişanlı avtomobillə qardaşı Zabillə birlikdə İrmaşlı kəndinə getmişdir. Həmin vaxtı o, Zabillə birlikdə kəndin mərkəzində olmuşdur. O, Zabillə birlikdə oraya çatanda görmüşdür ki, Orxan və Şirxan döyülmüşlər. Orxanın başı qanamış, Bəylər isə qarnını tutmuşdur. O, tez onların uca səslə dava-dalaşı dayandırmalarını tələb edib sakitləşdirmişdir. Sonra Orxan və Şirxan orada olan qara rəngli “VAZ-2017” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. O, Zabillə birlikdə idarə etdiyi “Audi” markalı avtomobillə, Babək və Bəylər isə Bəylərin idarə etdiyi avtomobillə Zəyəm kəndi istiqamətinə gedib, sonradan geri dönüb kəndə qayıtmışlar. Onlar hadisə yerinə gələndə Bəylər, Babək, Orxan və Şirxandan başqa heç kim olmamışdır. Orxan və Şirxanı hadisə yerinə gətirən taksi sürücüsü, adı sonradan onlara məlum olan Famil isə maşında əyləşmişdir. Hadisə yolun kənarında baş verməklə hərəkətə mane olmamışdır. Onlar dalaşanları aralayıb sakitləşdirdikdən sonra bir-iki maşın yolun kənarında saxlayıb nə baş verdiyini soruşsalar da onlara yaxınlaşan olmamışdır. Zərərçəkmiş şəxs3 yaşca ondan böyük olsa da həmkəndlisi kimi münasibəti həmişə yaxşı olmuşdur. Eləcə də, Babək Gözəlov da, onun həmkəndlisidir. Zərərçəkmiş şəxs3 barəsində göstərdiklərini o, eşidib bilmişdir. Məhz həmin səbəbdən onun danışığı olan videoyazını göstərmişlər ki, bu şəxs heç bir insanlığa yaraşmayan hərəkətlər edərək kiminsə diqtəsi ilə barəsində şər və böhtan yazmışdır. 2020-ci ilin yanvar ayının axırlarında kənddə dayısının əmisi “Təpəl” ləqəbli Elfaqın toy məclisi olmuşdur. O, idmançı olduğu üçün spirtli içki içməmişdir. Həmin vaxt Təbiyyət və Babək də onunla birgə olmuşlar. Onlar da içki içməmişlər. Toydan saat təqribən 19 radələrində çıxandan sonra Təbiyyətə zəng gəlmişdir. Zəng edən həmkəndlisi Əlizadə olmuşdur. Əlizadə Gəncə şəhərində olduğunu bildirməklə yolda olduğunu, gəldiyini bildirmişdir. O da hətta zarafatla “nə vaxt qonaqlıq verəcəksən” deyib gəlməsini söyləmişdir. Təxminən saat 21 radələrində Əlizadə gəlib çıxmışdır. Gəncəyə hansı işlə bağlı getməsini isə bilməmişdir. Əlizadə gəldikdən sonra öz avtomobilini “Ələsgərxana” adlanan bir kafenin qarşısında saxlamışdır. Təbiyyətin “Audi” markalı avtomobilinə oturmuşdur. Təbiyyət avtomobili kəndin içərisi ilə hərəkət etdirmiş, söhbət əsnasında Əlizadə demişdir ki, Sankt-Peterburq şəhərinə getmək istəyir, lakin müəyyən adamlar onu qoymamış, sifariş verib onun yolunu kəsmişlər, indi işi polisdədir, sənədlərini alıblar, heç bir yerə gedə bilmir. Əlizadə ondan yaşda böyük olsa da münasibəti olub. Əlizadə demişdir ki, Sankt-Peterburq şəhərində yaşayan həmkəndlisi Novruz çox “qanlar” törədib. Orada çox adamların “başını yemiş”dir. Babəkin əmisi Qaçayı da vaxtilə Sankt-Peterburq şəhərində öldürmüşlər. Həmin söhbət ona maraqlı olduğu üçün Əlizadənin danışığını telefonun videoyaddaşına yazmışdır. Sonradan Əlizadə iddia etmişdir ki, guya onu döymüşlər, ölümlə hədələmişlər, tapança çıxarmışlar. Kiminsə əleyhinə ifadə verməyə məcbur etmişlər. Bütün bunlar heç biri həqiqətə uyğun deyil. Babək, Əlizadəni lentə alanda sonuncu sərbəst danışmışdır, əgər belə bir şey var idisə sonuncu onu çəkməyə qoymazdı. Əlizadə danışandan sonra çıxıb getmişdir. Sonradan atasından eşitmişdir ki, Əlizadə ondan və Babəkdən şikayət edib ki, guya onu qəbirstanlığa aparıb işgəncə vermişlər, tapança və bıçaq çıxarmışlar, kiminsə əleyhinə ifadə verməyə məcbur etmişlər. Əlizadə videoda dediyi sözləri bütün kəndə danışmışdır. Babək özü videonu yaymışdır ki, Əlizadənin onları şərləməsini sübut etsin. Həmkəndliləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 o və qardaşları heç bir zor tətbiq etməmişlər. Həmin tarixdə Bakı şəhərində olmuşlar. 22 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmamışdan bir gün əvvəl əvvəl kirayədə yaşadığı Nizami rayonu, Elşən Süleymanov küçəsində yolun kənarında bir bükümdə psixotrop maddə olan metamfetamin tapmışdır. O, indiyədək narkotik vasitə və psixotrop maddələri qəbul etməmişdir. Sadəcə olaraq tapdığı psixotrop maddəni cibinə qoymuşdur ki, bəlkə istifadə edər. 22 noyabr 2021-ci il tarixdə günorta saatlarında polis əməkdaşları kirayədə yaşadığı mənzildə onu saxlamışlar və Nizami rayon Polis İdarəsinə gətirmişlər. Videoçəkilişlə üzərinə şəxsi axtarış zamanı bir gün əvvəl yolun kənarında tapdığı metamfetamin aşkar edilərək götürülmüşdür. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin psixotrop maddəni satış məqsədilə deyil, nə vaxtsa şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Psixotrop maddəni mənzildə qoymamışdır ki, birdən valideynləri görər, ona görə cibində saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş heç bir ittihamla özünü təqsirli bilmir. Uzun müddətdir ki, barəsində iş gedir, heç nə yadında qalmayıb. Narkotiklə bağlı isə bildirir ki, polis əməkdaşları ona həmin cinayəti boynuna almasını, əks halda qardaşını həbs edəcəklərini dediklərindən, o, məcburiyyət qarşısında qalıb həmin əməli etiraf etmişdir. Təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs2 ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əmisi qızı Elnarə haqqında Zərərçəkmiş şəxs1 yaxşı sözlər işlətmədiyini eşitmişdir. Vaxtilə nişanlı olan əmisi qızı Elnarəni Orxan qaçırmışdır. Sonra da haqqında xoşagəlməz sözlər işlətmişdir və onlara kəndə gəlib işləməyi əmisigil qadağan etdiyi halda gəlib kənddə işləmişlər. Rayonda, kənddə nişanlı qızı qaçırmağa çox pis baxırlar. Orxangilin isə gəlib kənddə işləmələri və xoşagəlməz söz danışmağı qızın əmisi oğlu, bir qardaşı kimi ona xoş gəlməmişdir. Hadisə günü o, Zaur və Bəylər yaşadığı evdə nahar etmişlər. Sonra evdə olan zaman Bəylər idarə etdiyi avtomobillə harasa getmişdir. Ancaq hara getdiyini bilməmişlər. Təxminən yarım saatdan sonra o, Zaurla birlikdə, Zaurun idarə etdiyi “Audi” markalı avtomobillə kəndin mərkəzinə getmişlər. Avtomobildə olan zaman Zaura kimsə zəng edərək, Bəyləri idarə etdiyi “VAZ 21014” markalı avtomobillə İrmaşlı kəndinin girəcəyində, məscidin yanında gördüklərini, kiminləsə mübahisə etdiyini bildirdiyi üçün o, Zaurla birlikdə həmin yerə getmişdir. Onlara zəng gələndən təxminən 3-5 dəqiqə sonra onlar ora çatmışlar. Onlar oraya çatanda hadisə yerində qara rəngli “VAZ 2107” markalı avtomobil, Bəylərin idarə etdiyi “VAZ-21014” markalı, 35 ETU 865 Rusiya Federasiya qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüşlər. Avtomobildən düşüb mübahisə edib dalaşan Bəylərin Orxanı, Babəkin isə Şirxanı vurduğunu görmüşdür. Zaur və o, cəld onları ayırmışlar. Onlar isə sakitləşmişlər. Həmin vaxt Bəylər telefonla Orxanı videoya çəkərək, Elmandan qızı qaçırdığına görə üzr istəməsini tələb etmişdir. Onları araladıqdan sonra ilk əvvəl Orxan və Şirxan qara rəngli, “VAZ-2107” markalı avtomobilə minib getmişlər. O, Zaurla birlikdə onun idarə etdiyi “Audi” markalı avtomobillə, Babək və Bəylər isə Bəylərin idarə etdiyi avtomobilə əyləşib Zəyəm kəndi istiqamətinə gedib, sonradan geri dönüb yaşadıqları kəndə qayıtmışlar. Orxan və Şirxan yalan deyirlər. Zaurun əlində silah, Bəylərin alində beşbarmaq olmamışdır. Bayramlı Babəkin atası Zərərçəkmiş şəxs4 onun və qardaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi üçün sonuncunu cəzalandırmaq istəmişdir. Barələrində həmin vaxt Daxili İşlər Nazirliyində cinayət işi istintaq olunmuşdur. 26 yanvar 2021-ci il tarixdə X35 Nazirliyinə getdiyini öyrənmişdir. Təkbaşına həmin tarixdə günorta saatlarında DİN-nin inzibati binasının arxasına getmiş və orada gözləmişdir ki, Qoşqar binadan çıxsın. Təxminən saat 13 radələrində Qoşqar DİNnin binasından çıxmışdır. O, Qoşqarı uzaqdan izləməyə başlamışdır. Təxminən oradan 400-500 metr məsafə getdikdən sonra “Çin” restoranının qarşısında Qoşqarı arxadan yumruqla təkbaşına vurmağa başlamışdır. Qoşqar yerə yıxılmış, oraya gələn şəxslər onun Qoşqara daha çox xəsarət yetirməsinin qarşısını almışlar. O, Qoşqarı tək döymüşdür. Qardaşı Bəylər onunla olmamışdır. Həmkəndliləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 o və qardaşları heç bir zor tətbiq etməmişlər. Həmin tarixdə Bakı şəhərində olmuşlar. Onu polis əməkdaşları saxlayandan bir neçə gün əvvəl kirayədə yaşadığı binanın yaxınlığında yolun səki hissəsində yerdən narkotik vasitəni tapmışdır. Əvvəllər heç vaxt narkotik vasitə istifadə etmədiyindən ilk əvvəl onun nə olduğunu bilməmişdir. Sonradan isə tapdığı maddənin narkotik vasitə olduğunu bilmişdir. Düşünmüşdür ki, bir neçə gündən sonra ondan istifadə etsin. Bu məqsədlə də həmin narkotik vasitəni üzərində saxlamışdır. Əvvəllər narkotikdən istifadə etmədiyindən onun istifadə qaydasının necə olmasını da bilməmişdir. Ona qarşı keçirilən əməliyyat tədbiri zamanı və istintaq birtərəfli formada aparıldığı üçün ilkin istintaq zamanı o, narkotiklə olan hissədə ifadəsini fərqli vermişdir. Bildirir ki, əgər yaşadığı küçədə səki ilə hərəkət etməsəydi həmin narkotik vasitə qarşısına çıxmasaydı, gələcəkdə də, həmin narkotik vasitədən istifadə etmək düşüncəsi yaranmazdı. Həmin narkotik vasitədən istifadə etməməyi və tərəddüd etməyi əvvəllər istifadə etməməyi ilə bağlıdır. Həmin narkotik vasitənin miqdarı və tərkibi ona məlum deyil. Narkotik vasitə bir bükümdə olmuşdur, həmin narkotik vasitənin ölçüsü tərəfindən müəyyən edilməmişdir. İbtidai istintaq zamanı ifadəsinə verdiyi əlavədə bununla bağlı bildirir ki, həmin narkotik vasitə onun cibinə heç kəs tərəfindən qoyulmamışdır, özü səkidə tapıb cibində saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, verilmiş ittihamın yalnız Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la bağlı epizoda dair hissəsini etiraf edir, həqiqətən də Orxan və Şirxanı döymüşdür. Qalan hissələrdə isə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Zərərçəkmiş şəxs Orxan onun əmisi qızını qaçırmış, sonra kənddə artıq-əskik danışmışdır. O, kəndə gedən zaman həmin qardaşların dediklərini eşitmiş və sonuncuları İrmaşlı kəndinə çağırmışdır. O zaman özünə dost bildiyi şəxslə birlikdə zəng edib həmin zərərçəkmişləri çağırmışlar. Orxan və Şirxan görüşən zaman onu tanımışlar və bir müddət itələşdikdən sonra dava baş vermişdir. Bir də ayılmışdır ki, qardaşı Zaur ona şillə vuraraq “bəsdir, daha əl çək” deyir. Ondan sonra çıxıb getmişlər. Həmin vaxt onun əlində silah olmamış, sadəcə qara əlcək olmuşdur. Videoda da əlində qara əlcək olduğu görünür. Onun Orxan və Şirxan qardaşları ilə ədavətinə səbəb əmisi qızını qaçıraraq barəsində pis fikirlər səsləndirmələri olmuşdur. Hadisə vaxtı isə onu əsəbləşdirən o olmuşdur ki, həmin qardaşlar ona qarşı söyüş işlətmişlər. Hadisə vaxtı Babəkin kimisə vurduğunu görməmişdir. O, yalnız öz qərarı ilə hadisə yerinə getmişdir. Orxan və Şirxanla öz telefonu vasitəsilə Babək əlaqə saxlamışdır, kəndə onun avtomobili ilə gəlmişlər. Onlara sadəcə söhbət etmək üçün Orxan lazım idi. O, sadəcə Orxanı vurmuşdur, videonu da özü çəkmişdir. Qardaşları Zaur və Zabil isə davanın lap axırına gəlib çıxmışdılar. Orxana yalnız o xəsarət yetirmişdir. Qardaşları Zaur və Zabil söhbətin sonu olduğu üçün sonradan çıxıb getmişlər və o, bundan sonra Orxana diz çökdürmüşdür ki, birdə belə şey etməsin. Lakin bu zaman qardaşı yenidən geri qayıtmış və onu vurmuşdur. O, Orxan və Şirxan qardaşları ilə ictimai qaydanı pozmadan 1-2 dəqiqə mübahisə etmişdir. Hadisə yerində kənar şəxslər olmamışdır. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ona və qardaşlarına böhtan atırlar. Həmin vaxt onlar Bakı şəhərində olmuşlar. Zərərçəkmiş şəxs4 istintaq zamanı sonuncu “üzünə duranda” tanımışdır. Zərərçəkmiş şəxs4 döyülməsində iştirak etməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər Ruslan adlı şəxsin adından danışaraq onları iş görmək adı ilə İrmaşlı kəndinə çağırmışlar. Orada onları döyüb, “öldürmüşlər”. Döyəndən sonra isə bir nəfər şəxsə zəng vurmuşlar və demişlər ki, “budurmu?”. Telefonda kimsə “budur, öldürün” demişdir. Həmin şəxs təqsirləndirilən şəxslərin əmisi oğlu, qızın isə qardaşı idi. Bundan sonra tapança ilə başına vurmağa başlamışlar. Döyüb qurtarandan sonra silahı başına dayamışlar. Onları döyəndən sonra o, demişdir ki, “döydüz, Allah canınızı sağ eləsin, ağsaqqallarınız var oturub söhbət edərlər, məsələni həll edərlər”. Bundan sonra onlar söyüş söyməyə başlamışlar. Daha sonra isə onları kameraya çəkmişlər. O, qızı qaçırmış, ondan sonra özü aparıb şöbəyə təhvil vermişdir, bundan sonra onu məhkəməyə veriblər ki, guya o, insan oğurlamışdır. Onun başında tikiş var idi, onlar xəstəxanaya gedəndə onları xəstəxana qəbul etməmişdir, başından isə qan axmışdır. Daha sonra xəbər gəlmişdir ki, onları döyənlər deyiblər ki, “uşaqları İrmaşlı kəndinə söhbətə çağırıblar və onlar da 5-6 nəfər gəlib döyüblər”. Bunlar istədikləri adamları döyürlər hələ azlıq edir? Onlar kasıbdır deyə belə olmalıdırmı? Qanun və qayda var. Bu şəxslər hamını yazıq edib. Qardaşını isə ona kömək etməyə çalışdığı üçün döyüblər. Hadisə vaxtı onlar təqsirləndirilən şəxslərdən qabaq İrmaşlı kəndinə getmişdilər. Belə ki, təqsirləndirilən şəxslər zəng vurdular ki, “biz çatırıq. Onlar isə avtomobildə oturmuşlar və gözləmişlər. Bundan sonra avtomobil gəlmiş və qardaşı düşmüşdür. Birinci “Audi” markalı avtomobil gəlmiş və onların avtomobilinin arxasında dayanmışdır. “Sovet” avtomobili isə onların avtomobilinin qabağında dayanmış və onları arada tutmuşlar. O, qardaşının avtomobildən düşdüyünü görüb özü də avtomobildən düşmüşdür. Sarışın, göy gözlü tanımadığı oğlan qabağa çıxmış, bundan sonra dava başlamışdır. Birinci Zaurgil gəlmişlər, onu ilk kimin vurduğunu xatırlamır. Bunlardan başqa Babək də orada olmuşdur, Babək onlara “mən səhv etmişəm, bunlar məni davaya gətiriblər” demiş və orada üzr istəmişdir. O, təqsirləndirilən şəxslərə “hər birimizin nəslimizdə ağsaqqallar var, onlar söhbət edərlər” demişdir. Təqsirləndirilən şəxslər ondan heç nə soruşmadan döyməyə başlamışlar. Orada artıq qardaşını da yerə yıxıb başına təpik və yumruqla vurmuşlar. Təqsirləndirilənlərdən balaca qardaşın əlində qara əlcək və beşbarmaq olmuş, ortancıl qardaşın əlində isə bıçaq olmuşdur. Orada heç kim onları ayırmamış, göygöz və uzunboy oğlan isə “bəsdir” demişdir, onlar isə yorulduqdan sonra özləri dayanmışlar. Daha sonra avtomobilə minib kəndə gəlmişlər, ondan sonra ilk olaraq xəstəxanaya getmişlər. Ondan sonra polisə getməzdən əvvəl Zaurun atası ilə danışmışlar, demişlər ki, “gəl danışaq, sənin övladların belə şeylər ediblər, elə olsun ki, polisə düşməyək”. Lakin onların atası qardaşına əməliyyat olunduğunu və xəstə olduğunu demiş və onlarla danışmağa gəlməmiş, səhəri gün polisə gedib şikayət ərizəsi yazdıqdan sonra gəlmiş və təqsirləndirilən şəxslər olan uşaqlarını guya onların söhbətə çağırdığını, onların daha çox adam yığaraq döydüklərini demişdir. Təqsirləndirilən şəxslərin əmisi və atalarından başqa hamı barışıq üçün onların qapısına gəlmişdir. Barışıq üçün o, şərt qoymuşdur və əgər həmin şərti yerinə yetirmirlərsə ən ağır cəza verilməsini istəyir. Onun başı silahla vurulduğu üçün yaralanmışdır. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Ailəsini dolandırmaq üçün rəngsazlıq edir. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Belə ki, o, qardaşı Şirxanla birlikdə 2016-cı ildə Elvinin evində işləmişlər. Həmin vaxtlarda o, Elvinin bacısı Elnarə ilə tanış olmuş, bir- birilərini sevdikdən sonra evlənməyi qərara almışlar. Onlar Elvinin ailəsinə söz göndərmişlər. Onlar kənddən kənara qız verməyəcəyini bildirmişlər. O, bir müddət əlaqəni kəsmişdir. Sonra yenidən Elnarə ilə danışmışlar və qoşulub qaçmaq qərarına gəlmişdir. Onlar 2017-ci ilin iyul-avqust ayında qoşulub qaçmışlar. Elnarənin valideynləri polisə şikayət etmişdir. Elnarə özü könüllü onunla qoşulub getmişdir. O, şikayətə görə Elnarəni gətirib polisə təhvil vermişdir. Buna baxmayaraq onu Elnarəni sözdə zorla qaçırmağına görə məhkəməyə vermişlər. Daha sonra məhkəmədə işə xitam verilmişdir. X15, X19, Təqsirləndirilən şəxs1 və X3 qohumlarıdır, əmisi uşaqlarıdır. Onlarla aralarında heç bir narazılıq olmamışdır. Famil onun tanışıdır və o, qardaşı Şirxan ilə təmir işləri görürmüş. 19 yanvar 2020-ci il tarixdə saat 18 radələrində tanımadığı şəxs qardaşı Şirxana ***-***-**-** nömrəsindən zəng edərək, Şəmkir rayonu, İrmaşlı kəndindən Ruslan olduğunu bildirmiş və evində təmir işlərinin olduğunu, görüşüb onunla söhbət elmək istədiyini demişdir.21 yanvar 2020-ci il tarixdə saat 18 radələrində o, qardaşı Şirxan, Famil birlikdə Familin avtomobili ilə Şəmkir rayon, İrmaşlı kəndində getmişlər. Onlar kəndin girəcəyində olan məscidin yanında dayanıb avtomobildə gözləmişlər. Şirxan Ruslan adlı şəxsə zəng edib kəndə məscidin qarşısında olduğunu demişdir. Aradan təxminən yarım saat keçmişdir. Heç kim gəlmirmiş. Onlar getmək istəyirmişlər. Lakin qardaşı Şirxan onlara 5 dəqiqə gözləməyini bildirmişdir. Onlar avtomobildə söhbət edirmişlər. Arxa tərəfində tünd rəngli xarici nömrəli “Audi" markalı avtomobilin dayandığını görmüşlər. Şirxan avtomobildən düşüb həmin avtomobilə tərəf getmişdir. Həmin vaxtı avtomobilin qarşısında ağ rəngli nömrəsini xatırlamadığı Vaz 21015 markalı avtomobil dayanmışdır. Avtomobildən təxminən 3-4 nəfər düşmüşdür. O, həmin şəxslərdən Bəyləri tanımış və avtomobildən düşmüşdür. O, qardaşı Şirxan ilə yan yana dayanmışlar. Zaur, Zabil, Bəylər və Babək qarşısına yığışmışlar. Bəylər ona “Orxan sənsənmi?” demişdir. O, Bəylərin dediyini təsdiq etmişdir. Bəylər əlindəki qara rəngli içərisində “beş barmaq” olan əlcəklə alın nahiyəsinə 3-4 dəfə vurmuşdur. O, yerə çökmüş və üzünü əlləri ilə tutmuşdur. Həmin vaxtı Babək onun çiynindən tutub ayağı ilə ona badalaq verərək onu yerə yıxmışdır. O, yerdə olanda Babək, Bəylər, Zabil və Zaur təpiklə onun baş nahiyəsinə vurmuşlar. O, yerdən qalxmışdır. Həmin vaxtı Bəylər mobil telefonu ilə Elvinə zəng edərək “bacını aparan bu idimi?” deyib telefonla onu Elvinə göstərmişdir. Elvin də telefonda onu görüb “hə bu idi, öldürün onu” demişdir. Onlar Elvinin sözündən sonra onu yerə yıxıb başına təpiklə vuraraq döymüşlər. Zaur üzərində olan asma çantanın içərisindən tapançanı çıxarıb başına dirəmiş və ondan onun qarşısında diz çökməyini tələb etmişdir. O, diz çökməmişdir. Buna görə Zaur əlində olan tapançanın uc hissəsi ilə onun baş nahiyəsinə dəfələrlə vurmuşdur. Başından qan açılmışdır. Həmin vaxtı bir nəfər tanımadığı orta boylu, arıq bədən quruluşlu, 35-40 yaşlarında, sarıyanız göy gözlü kişi onlara yaxınlaşaraq Zaur və digərlərinə “uşaqları buraxın, öldürdüz bunları” demişdir. Zaur həmin şəxsə də tapançanı doğruldub “sən məni tanımırsanmı ? mənə Zaur deyirlər, mən Şiştəpənin ağasıyam” deyib ona qarışmamasını bildirmişdir. Həmin şəxs oradan uzaqlaşdıqdan sonra onlar yenidən onu yerə yıxıb başına vuraraq onu döymüşlər. Sonra Bəylər ona ana-bacı söyüşü söyüb diz çökməyini tələb etmişdir. Şirxan ona söyüşə görə etiraz edəndə onu da vurmuşlar. Onlar ondan diz çöküb Elmandan üzr istəməyini tələb etmişlər. O, diz çöküb Elmandan üzr istəmişdir. Elman Elvinin atasıdır. Bundan sonra qardaşı Familə polisə məlumat verməsini bildirmişdir. Babək onlara polisə şikayət edəcəyi təqdirdə onları güllələyəcəyi ilə hədələmişdir. Sonra polisə məlumat verməklə bağlı qardaşının sözünə görə Zaur, Bəylər, Zabil və Babək avtomobilə minib Zəyəm qəsəbəsinə tərəf qaçıb getmişlər. Onlar da Familin avtomobilinə minib evlərinə gəlmişlər. Daha sonra isə Polis Şöbəsinə gedib ərizə vermişlər. Onun və qardaşı Şirxanın döyülməsi Elvin və onun atası Elmanın sifarişi ilə olmuşdur. Münaqişə təxminən 1 saat davam etmiş və ətrafa insanlar toplaşmışdır. Bəylər əlində olan “beş barmaqla’' alın nahiyəsinə, Babək, Zaur və Zabil təpiklə onun baş nahiyəsinə vuraraq onu döymüşlər. Bundan başqa Zaur əlində olan tapançanın uc hissəsi ilə onun başına vuraraq xəsarət yetirmişdir. O və qardaşı Şirxan Babəki bağışlamışlar və sonuncudan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 məhkəmə baxışında və istintaqda verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək təqsirləndirilən şəxslərlə barışmadığını və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona qarşı təqsirləndirilən şəxslər heç bir cinayət əməli törətməmişlər, istintaq zamanı nəyə imza etdiyini bilmir, qarşısına bir sıra sənədlər qoyulmuş və o da oxumadan imzalamışdır, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 329 və 330.1-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 hazırkı cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsində (o cümlədən X6 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin icraatında olmuş 1(076)- 211/2021 saylı cinayət işi üzrə məhkəmə baxışında zərərçəkmiş şəxs qismində verdiyi və həmin cinayət işi üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli hökmdə əksini tapmış ifadəsində) göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X22 onun həmkəndliləridir. Zabil və Bəylər Zaurun qardaşlarıdır. Əvvəllər Rusiya Federasiyasında olan vaxtlarda Zaur ona Novruz ilə görüşməməyini demiş və ona sataşmışdır. Şahid4 onun tanışıdır. 27 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhərində olan zaman Zaur tanışı Təbiyyətin nömrəsi ilə ona zəng edərək görüşmək istədiyini bildirib, harada olduğunu soruşmuşdur. O, Zaura Gəncə şəhərində olduğunu demiş və kəndə gələcəyini bildirmişdir. Saat 20 radələrində kəndə çatmış və kəndin girəcəyində Zaur, Babək və Təbiyyətlə görüşmüşdür. Zaur ona avtomobilini saxlamağı və Təbiyyətin avtomobilinə oturmağını demişdir. O, avtomobilini saxlamış və Təbiyyətin “Audi” markalı, 25-088 dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuşdur. Avtomobili Təbiyyət idarə etmişdir. Babək qabaqda, o və Zaur isə arxada oturmuşdur. Zaur Təbiyyətə avtomobili kənd qəbirstanlığına sürməyini demişdir. Oraya çatdıqda avtomobildə Zaur onu həmkəndlisi Elvini xəstəxanaya apardığına görə irad bildirib onu təhqir eləmişdir. Zaur onu təhqir etdikdən sonra üzərində olan çantadan tapançanı çıxarıb hazır vəziyyətə gətirmiş və onun başına tutmuşdur. Babək də üzərində olan çantadan tapança çıxarıb hazır vəziyyətə gətirib Təbiyyətin başına tutmuşdur. Zaur Təbiyyəti əlləri ilə bir neçə dəfə vurmuş və demişdir ki, “biz Əlizadəni buraya öldürməyə gətirmişik, Əlizadəni öldürdükdən sonra gərək səni də öldürək, yoxsa gedib kənddə bu barədə xəbər verəcəksən”. Təbiyyət Zaura yalvararaq onu öldürməməsini istəmişdir. Zaur bundan sonra Təbiyyətə sakit durmasını və heç yerə qaçmamasını, əks halda onu güllələyəcəklərini demişdirlər. Təbiyyət Zaurla razılaşmışdır və orada sakit durub gözləmişdir. Zaur ondan avtomobildən düşməyi tələb etmişdir. O, avtomobildən düşmüşdür. Sonra Zaur ondan qabağında dizi üstə durmağını tələb etmişdir. O, buna etiraz edib Zaurun qabağında diz çökməmişdir. O, iki addım arxaya çəkilmiş və bu zaman Zaur əlində olan tapançanı yenidən hazır vəziyyətə gətirib ayağına tərəf tutmuşdur. Zaur ona atəş açmamışdır. Zaur ondan yenidən avtomobilə oturmağını tələb etmiş və Babəkə demişdir ki, “bu silahdan qorxmur, gəl buna bıçaqla işgəncə verək”. O, avtomobildə arxa sol tərəfdə oturmuşdur. Zaur Babəkə demişdir ki, “bunun qollarını skoçla bağla”. Babək onun qollarını arxadan bağlamışdır. Zaur tapançanı çantasına qoyub bıçaq götürmüşdür. Zaur əlində olan qatlanan bıçaqla birinci boynunun sol tərəfinə bir dəfə bıçaq çəkmişdir. Bıçaq küt olmuş, Zaur Babəkə “səndə olan bıçaq itidirmi? arxa tərəfdən gəl Əlizadənin arxasına” demişdir. Babək gələnə kimi o, qollarını dartmış və skoç açılmışdır. Babək sol bud nahiyəsinə bıçağı dirəmişdir. Babək Bayramlı onun qollarını yapışqanla bağlasa da bıçağı onun qarın nahiyəsinə dirəsə də ona heç bir xəsarət yetirməmişdir. Babəkin əlində tapança olmamışdır. Babəkin əlində yalnız bıçaq olmuşdur. Zaur da əlində olan bıçağı ürəyinin üstünə tutub bıçağı yuxarıdan aşağı basmışdır. Zaur ona demişdir ki, “mən səni telefonla videoya çəkəcəm və sən mənim dediklərimi bir-bir təkrar edəcəksən, əks halda səni burda öldürəcəm”. O, Zaur və Babəklə razılaşmış və bıçaqları götürmələrini bildirmişdir. Onlar bıçaqları götürmüşlər. Zaur telefonunu çıxartmış və ona demişdir ki, “səni videoya çəkəndə de ki, 1990-cı ildə Babəkin əmisi Qaçayı, həmkəndliləri Qabili və Xaliqi Novruz öldürüb, Valen adlı şəxsi Vüqar öldürməmişdir. Novruz ona şər atır. Açı adlı şəxsi Novruzun adamları onun gözünün qabağında avtomobilə qoyub apararaq öldürüb”. Zaur telefonun video yazanını işə salmış və ona tərəf tutanda o, “mən 1990-cı ildə Rusiyada həbsxanada idim, həmin vaxtı Novruz və Qaçay ilə münasibətim olmayıb” demişdir. Onun belə deməyini Zaur bəyənməmiş və telefonu keçirib bıçaqla sağ qolunun bilək nahiyəsinə 2 dəfə xəsarət yetirmişdir. Zaur demişdir ki, “sən ancaq mənim sənə dediyim sözləri təkrar elə, başqa heç nə danışma”. O, Zaurla razılaşmış və Zaur yenidən telefonun video yazanını işə salmışdır. O, məcbur qalıb Zaurun dediklərinin bir-bir hamısını təkrarlamışdır. Zaur videonu çəkəndə ona demişdir ki, “qoluna bağladığın qanlı mayka görünməsin deyə qolunu aşağı elə, elə görünsün ki, sən öz xoşluğun ilə bunları deyirsən”. Həmin vaxtı o maykanı çıxarıb sol qoluna bağlamışdır. O, Zaurun dediyi kimi etmişdir. Zaur bıçaqla onun sol əlinə bir dəfə xəsarət yetirib ona demişdir ki, “səni yenidən videoya çəkəcəm, sənə sual verəcəm ki, indi dediyin sözləri sən məcburmu deyirsən yoxsa özün insanlara bunları könüllü bildirmək istəyirsən?, cavabında deyəcəksən ki, mən özüm bunları insanlara demək istəyirəm, məni heç kim buna məcbur etmir, 2-ci sual sən istəyirsənmi ki, kənd camaatı səni Novruzdan qorusun? cavabında isə deyəcəksən hə, məni Novruzdan qoruyun”. O, Zaurun tələb etdiyi kimi danışmış və Zaur bunları telefonu ilə videoya çəkmişdir. Sonra Zaur ona demişdir ki, “sənə və Təbiyyətə şans verirəm, sizi öldürmürəm, sizi bir də Novruzun ətrafında görsəm sizi öldürəcəm”. O və Təbiyyət Zaura söz vermişlər ki, Novruza yaxın getməsinlər. Saat artıq gecə 02 radələri olmuş, yəni xx.xx.2020-ci il tarixə keçmişdir. Bundan sonra onlar avtomobilə minmişlər və kəndə tərəf gedəndə iki avtomobilin işıqları yanılı vəziyyətdə dayandığını görmüşlər. Zaur Təbiyyətə avtomobili saxlamasını bildirmişdir. Təbiyyət avtomobili saxlamış və Zaurun qardaşı Zabil onların yanına gəlib Zaurdan hər şeyin qaydasında olub-olmadığını soruşmuşdur. Zaur da ona “bu gündən bunlar bizim adamlarımızdı” demişdir. Zaur və Babək avtomobildən düşmüşlər və Zaur onlara demişdir ki, “bu söhbət dördümüzün arasında bağlansın”. Onlar da onunla razılaşmışlar. Sonra Zaur və Babək Zabil ilə oradan getmişlər. Təbiyyət onu avtomobilinin yanına düşürmüş və həyəcanlı şəkildə öz evinə getmişdir. O, avtomobili işə salıb evinin qarşısına getmiş və fikirləşmişdir ki, bu barədə Novruza xəbərdarlıq etsin. Saat 03 radələrində o, Novruzun yaşadığı ev istiqamətinə gedəndə görmüşdür ki, həmkəndlisi Familə məxsus “Lexus” markalı, 299 nömrəli avtomobil kəndin mərkəzindən 3-4 dəfə aşağı-yuxarı keçmişdir. O, bilmişdir ki, Famil və ya qardaşı Novruz onu izləyir. Buna görə o, geri yaşadığı evə tərəf qayıtmışdır. Yolda Zabil, Zaur və Babək ağ rəngli markasını bilmədiyi 355 nömrəli avtomobil ilə onun qabağını kəsmişlər. Zaur və Babək onun avtomobilinə oturmuşlar. Zaur yanında, Babək isə onun arxasında oturmuşdur. Onlar ona demişlər ki, “biz səni izlədik ki, görək bu barədə Novruza xəbər verirsənmi? gördük ki, belə etmədin və istəyirik səninlə söhbət edək”. Zaur demişdir ki, “sabah zəngləşək görüşək və bizim yanımızda Novruza zəng edib deyirsən ki, “Zaurgil mənim qarşımı kəsmişdilər, telefon söhbəti deyil, görüşək söhbət edək, biz də həmin vaxt Novruzu götürək və Kürün qırağına aparıb onu orada məhv edək, artıq əlimizdə video var”. O da məcbur qalıb onlarla razılaşmışdır. Zaur və Babək avtomobildən düşüb Zabil ilə getmişlər. O, yaşadığı evin qarşısına qayıtmış və saat 03:20-də Novruza zəng edib olanları sonuncuya demişdir. Novruz da ona yanacaq doldurma məntəqəsində kameranın qarşısında və ya oteldə qalmağını və sabah tezdən görüşə biləcəyini bildirmişdir. O, bundan sonra Şəmkir şəhərində köhnə futbol stadionunun içərisində avtomobilini saxlayıb içində yatmışdır. Saat 08 radələrində o, kəndə qəbirstanlığa qayıtmış və evin açarlarını oradan götürüb evə getmişdir. Evdə qazı, işığı bağlamış və avtomobili içəridə saxlayıb, əşyalarını yığmışdır. Sonra taksi işləyən yeznəsi Çobanla Şəmkir rayonu 4 yol adlanan dairəvi yola kimi gəlmişdir. Oradan isə başqa taksi ilə Gəncə şəhərinə getmişdir. Saat 10 radələrində Novruzla görüşüb olanları ona danışmışdır. Bundan sonra onlar belə qərara almışlar ki, polisə müraciət etsinlər. O, Şəmkir rayon Polis Şöbəsinə gəlmiş və bu barədə ərizə yazmışdır. Münaqişə təxminən 6 saat davam etmişdir. Onlar ona işgəncə verib dediklərini etdirmişlər. Həmin vaxtı orada onlardan başqa heç kim olmamışdır. Kənd qəbirstanlığı kənddən çox aralıda yerləşir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və onu məhkəmədə nümayəndəsi Müdafiəçi3 təmsil edəcəyini bildirmişdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, o, Rusiya Federasiyası vətəndaşı olsa da oğlu Babək həbsdə olduğuna görə artıq 4 aydır ki, Rusiyaya getmir. O, Rusiyada yaşayır. 2-ci qrup əlildir. Oğlu Babəki həmkəndlisi Zaur aldadıb 21 yanvar 2020-ci il tarixdə İrmaşlı kəndinə aparmış və orada Şəmkir şəhər sakinləri Orxan və Şirxan qardaşlarını Zaur qardaşları Bəylər və Zabil birlikdə döymüşdür. Hadisə zamanı Babək Orxan və Şirxanı döyməmişdir. Yalnız hadisə yerinə olmuşdur. Zaur Babəkin mobil telefon nömrəsi ilə Orxana zəng vurub başqa adla aldadıb hadisə yerinə çağırmışdır. İkinci hadisə, yəni həmkəndlisi Zərərçəkmiş şəxs3 qarşı törədilən cinayətlə bağlı bildirmək istəyir ki, Zaur Zərərçəkmiş şəxs3 qəbirstanlıqda döyüb onu üzərində olan tapança ilə hədələyəndə oğlu Babək də orada olmuşdur. X25rşı heç bir zor tətbiq etməmiş və sonuncunu silahla təhdid etməmişdir. Babəkin ümumiyyətlə, odlu silahı olmamışdır. Zaur Əlizadəyə qarşı zor tətbiq edib ondan tələb etmişdir ki, həmkəndlisi Novruzun guya Rusiyada bir neçə həmkəndlisini öldürməsi barədə etiraf etsin və bu etirafı videoya çəksin. Əlizadə isə buna razılıq verməmiş və bu barədə yalan danışmaq istəmədiyini deyəndə onun bu dediklərini Babək Zaurdan xəbərsiz mobil telefonla qeyd etmişdir. Zaur isə Əlizadəyə bıçaqla xəsarət yetirərək onu Novruza böhtan atmaqla etirafını mobil telefonla qeyd etmişdir. Babək də sonradan həmin səs yazısını hazırda Rusiyada yaşayan qardaşı Tahirə və başqalarına göndərmişdir. Zaur Babəkin bu hərəkətindən xəbər tutduqdan sonra təxminən fevral-mart ayında Babəki Bakı şəhəri, Nərimanov rayonunda yeni tikili binada özlərinə məxsus mənzildə 2 gün qanunsuz olaraq saxlamışlar. Babəki azadlıqdan məhrum etmişlər. Zaur qardaşları Bəylər və Zabillə Babəki mənzildə qanunsuz saxlamışdır. Zaur Babəki təhqir edərək videoya çəkmiş və ona demişdir ki, əgər Əlizadənin səsini yaysa o da bu videonu internetdə yayacaqdır. Belə də olmuşdur. Oğlunun təhqir edilməsinə dair videonu Zaur internetdə yaymışdır. Babəkin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində aparılarkən Babək ifadəsində Zaur və qardaşlarının cinayət əməllərini ifşa etdiyi üçün onun vasitəsilə Babəkə təsir göstərmək istəyirmişlər ki, Babək ifadəsində Zaur və qardaşlarına dair həqiqəti dansın. 26 yanvar 2021-ci il tarixdə saat 11 radələrində onu Baş İstintaq və Təhqiqat İdarəsinə çağırmışlar. Həmin vaxt Zaurun atası Zeynal da orada olmuşdur. Zeynal da ona demişdir ki, oğlu ifadəsini dəyişsin, ifadəsində göstərsin ki, Zaur və Zabil hadisə yerində olsalar da, Orxan və Şirxanı döyməmişlər. Bildirmişdir ki, oğlu və onun oğlu Bəylərin işi məhkəməyə göndərilsin. O, isə razılaşmamış, bildirmişdir ki, həmin qardaşların döyülməsi barədə videogörüntü də vardır, onun oğlanları həmin qardaşları döyüblər. O, Zeynalla razılaşmamışdır. Zeynal ona demişdir ki, razılaşmadığına görə çox peşman olacaqdır. Təxminən 12 radələrində o, nazirlikdən çıxıb piyada Nigar Rəfibəyli küçəsi ilə hərəkətdə olarkən “Çin” restoranının yaxınlığında qəfildən Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs3 əllərində tutduqları görmədiyi alətlə yandan alın və sol göz nahiyəsinə iki dəfə ardıcıl zərbə vurub onu yerə yıxmışlar və yerdə uzanmış vəziyyətdə qarnına və bel nahiyəsinə təpiklə ardıcıl bir neçə dəfə zərbə vurmuşlar. O, həmin vaxt zərbədən huşunu itirmişdir. Yerə yıxılanda sol topuğu burxularaq sınmışdır. Huşunu itirdikdən sonra onlar qaçıb getmişlər. Orada tanımadığı şəxs onu ayağa qaldırıb stulda otuzdurmuşdur. Alın və göz nahiyyəsindən qan axmışdır. İlk olaraq Babəkin vəkili Müdafiəçi3 “whatsapp”la zəng vurub bu barədə məlumat vermişdir. Təcili tibbi yardım avtomobili ilə onu 3 saylı Sabunçu rayon xəstəxanasına aparmışlar və orada 4 gün stasionar qaydada müalicə almışdır. Bəylər və Zabili ilk olaraq tanımasa da şəkillərini ona göstərəndən sonra onları tanımışdır. Ona görə də ərizəsində və izahatında tanımadığı şəxslərin onu döydüklərini qeyd etmişdir. Hətta onlar onu döymələri barədə kənddə məlumat yaymışlar və Rusiyada yaşayan oğlu Bahəddinə Zabil zəng vuraraq onu döydüyünü demiş və ondan şikayətçi olmamağı barədə xahiş etmişdir, əvəzində isə Babəkə qarşı verdikləri ifadələri dəyişəcəklərini bildirmişdir. O, Babəkin həqiqəti inkar etməsinə razı olmadığı üçün onlar onu döymüşlər. Onlar onu döyəndə ünvanına təhqiramiz ifadələr işlətmişlər. Onlar onu döyəndə ətrafdan adamlar keçmiş, lakin heç kəs ayırmamışdır. Onlar qaçıb getdikdən sonra da ətrafına adamlar toplaşmışlar. Onların əllərində küt alətin nə olduğunu görməmişdir. Zərərçəkmiş şəxs5 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ölkə xaricində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmir. Hüquqlarını müdafiə etmək üçün nümayəndəsi Müdafiəçi3 iclaslarda iştirak edəcəkdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, o, ünvan 12ində qeydiyyatda olmaqla yaşayır. O, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Onun tutulmağına səbəb ünvan 12ində Zeynal Aslanova məxsus “KİA CERATO” markalı avtomobili vurması, bununla əlaqədar onunla aralarında yaranmış mübahisə olmuşdur. Həmin fakta görə onun Şahid7 və X2 barələrində cinayət işi istintaq olunaraq Şəmkir rayon məhkəməsinə göndərilmişdir. O, həmin vaxtdan sonra öz işləri ilə məşğul olmuş, onların ailələrinə məxsus olan “VAZ2121” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı minik avtomobilləri vardır. O, həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün olan etibarnamə əsasında idarə etmiş, 15 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Şəmkir şəhərində yerləşən “Gold Qafqaz” adlı şadlıq sarayına qohumlarının toy mərasiminə getmişdir. O, toyda olan zaman ona zəng gəlmiş, ona əmisi oğlu Babəkin barəsində həbs seçildiyi bildirilmişdir. Babəkə lazım olan əşyaları Şəmkir rayon polis şöbəsinə gətirib ona verməyini demişlər. O, təxminən 10 dəqiqə toyda oturmuş, ona 20:30 dəqiqədə zəng gəlmiş, təxminən 10-15 dəqiqə toyda iştirak etdikdən sonra saat 20:50 radələrində şadlıq evindən çıxmışdır. O, idarə etdiyi avtomobillə ünvan 12inə əmisi Qoşqargilin, yəni Babəkgilin evinə getmiş, həmin evə gedib Babək üçün əşyalar seçmişdir. O, həmin əşyaları götürüb Şəmkir şəhərinə getmək istəmiş, kəndlərinin içərisində olan Xəyal adlı şəxsin işlətdiyi çayxanaya çatdıqda beş-on dəqiqə çay içib söhbət edib daha sonra getmək istəmişdir. O, avtomobili çayxananın qarşısında saxlayıb avtomobildən düşüb çayxanaya yaxınlaşmış, çayxananın içərisinə girib baxmış, həmin yerdə tanımadığı təxminən 3-4 nəfər adam olmuşdur. Rafiq də həmin çayxanada olmuşdur. Rafiq, Xəyal və digər şəxslərlə salamlaşıb iki-üç dəqiqə çayxanada qalıb çıxmış, onları tanımadığı üçün təxminən iki-üç dəqiqə qalmamış çıxmışdır. O, daha sonra çayxanadan çıxıb avtomobilinə yaxınlaşıb avtomobilinin qapısını açan zaman avtomobilin arxa tərəfindən təxminən 10 metr aralıda əlində bıçaq, üzündə qara rəng maska, başında qara rəngli yumru papaq və əlində qara rəngli əlcək, qara rəng şalvar və qara rəngli qısaqol gödəkçə olan X8 ona sarı gəldiyini görmüşdür. O, Zabilin yanında qardaşı Təqsirləndirilən şəxs3 olduğunu görmüşdür. Bəylərin əlində ağ rəng ağac-beyzbol ağacı (bita) görmüşdür. O, həyəcanlandığı üçün onlardan qorxub dərhal avtomobilə minib həmin yerdən uzaqlaşmaq istəmişdir. O, tez avtomobilə minib avtomobili işə salmaq istəmiş, çatdırıb avtomobili işə sala bilməmişdir. O, avtomobilə minən kimi əlində bıçaq olan Zabil avtomobilə çataraq avtomobilin sürücü olan tərəfdə olan hissəsində olan şüşəsindən iki əli tutaraq şüşəni dartaraq yüksək səslə qışqıraraq onun barəsində nalayiq ifadə işlətmişdir. Zabil pəncərədən tutub dartaraq pəncərəni sındırmağa çalışmış, həmin vaxt pəncərənin şüşəsi yarıya qədər aşağı vəziyyətdə açıq olmuşdur. O, Zabilin əlində tiyəsi təxminən 15 santimetr uzunluqda olan bıçaq olduğunu görmüşdür. O, pəncərə açıq olduğu üçün Zabilin hərəkətlərindən onu vurmaq istədiyini başa düşmüş, onun hərəkətlərinin qarşısını almaq üçün Zabil qapını açan zaman onun əksi istiqamətində onunla üzbəüz çevrilərək kürəyini bir qədər avtomobilin içərisinə doğru çəkmişdir. Zabil avtomobilin qapı tutacağından tutub dartaraq qapını açan zaman avtomobilin içərisindən təpiklə qapıya vurmuşdur. Qapı açılan zaman qapı Zabilə deyib onu geriyə doğru itələsin deyə qapını təpiklə vurduqda qapı Zabilə dəyib onu təxminən bir metr arxaya doğru itələmişdir. Həmin vaxt qapı tam açıldığı üçün Zabil avtomobilin içərisinə doğru bıçaqla üzərinə gəlmişdir. Zabil bıçaqla bir neçə dəfə onu vurmaq üçün bədəninin hər yerinə vurmağa çalışmışdır. Lakin o, Zabilin bıçaq olan əlinə və bədəninin müxtəlif hissələrinə bərk təpiklə vuraraq onu özündən uzaqlaşdırmağa çalışmışdır. Zabil onu bir neçə dəfə bıçaqla vurmağa çalışdıqda özünü müdafiə edərək onu təpiklə bir neçə dəfə vurduqdan sonra anidən avtomobilin arxa sol yan şüşəsinin sındığını görmüşdür. Həmin vaxt Bəylər dayanmadan avtomobilin müxtəlif hissələrindən əlində olan beyzbol ağacı ilə vuraraq avtomobili sındırmışdır. Həmin vaxt onun avtomobilə ağacla vuran zaman şüşənin və avtomobilin səsi hiss olunmuş, avtomobilin digər qapısından başqa adamın gəlməsindən narahat olmuş, ehtiyatla qabaqdakı şəxsə təpik ataraq kürəyini söykədiyi digər qapıdan bir qədər qabağa doğru gələrək arxaya baxmaq istəmiş, avtomobilin sağ qapısının şüşəsinin anidən sınaraq başının arxa hissəsindən üzərinə doğru töküldüyünü hiss etmişdir. O, həmin digər şüşəni sındıran şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. O, arxadan onu vurmaqlarından qorxaraq həyəcanlı halda anidən qabağa doğru gedərək Zabil və Bəylərin üzərinə doğru getmişdir. Zaur arxadan əlində ağacla yaxınlaşıb onu vurmaq istədiyi üçün onların üzərinə doğru getmiş, Bəylər və Zaurun üzərinə gedib təpik ataraq onların arasından keçərək qaçaraq oradan uzaqlaşmışdır. O, onların aralarından çıxdıqdan sonra dayanmadan ara küçəyə doğru qaçmış, təxminən 20 metr qaçdıqdan sonra arxaya doğru baxmış, Zabilin əlində tapança olduğunu görmüşdür. Zabil tapançanı atəş açmaq üçün hazır vəziyyətə gətirmiş, həyəcanlandığı üçün daha sürətli qaçaraq həmin yerdən uzaqlaşmışdır. Həmin vaxt onların avtomobillə gələrək onu vurmalarından ehtiyat edərək qaçaraq ara küçəyə girmiş, ara küçəyə girdikdən sonra onlar olan yerə baxdıqda onların Xəyalın çayxanasına girdiklərini görmüşdür. O, Kəhriz küçəsi deyilən küçəyə girdikdən sonra təxminən yarım saat gözləmiş, həmin yerdən təxminən 100 metr aralı olan yerə getdikdən sonra aralıq olan yerdə gizlənmişdir. Həmin yerdən əmisi oğlu Şahəddinə məxsus ***-***-**-** saylı mobil nömrəyə ona məxsus ***-***-**-** saylı mobil nömrəsilə zəng edərək Zabil, Bəylər və Zaurun onun üzərinə hücum etdiyini avtomobilini dağıtdığını onu bıçaqlamaq istədiklərini demişdir. Təxminən 10 dəqiqə sonra avtomobilinin yanına doğru getmiş, Şahəddin və Rafiq onun yanına gəlib onu götürmüşlər. O, onlar gəldikdən sonra onlarla birlikdə çayxananın yanına getmiş, onlar ondan soruşduqda olanların hamısını olduğu kimi danışmışlar. Onlar birlikdə avtomobilinin açarını axtarmışlar. Avtomobilin açarını oturacağın arxa hissəsindən ayaqaltından tapmışlar. Onlar avtomobilə baxdıqda avtomobilin bütün pəncərə şüşələrinin sındırıldığını avtomobilin qabaq faralarının, “ablisofka” adlanan qabaq barmaqlığının tamamilə sınmış halda olduğunu görmüş, bundan sonra avtomobilini götürüb birlikdə Rafiqgilin evinə getmişlər. Onlar avtomobili sabahı gün təmirə vermək haqqında razılaşmışlar. Onlar avtomobili Rafiqgilə qoyduqdan sonra avtomobillə Şəmkir şəhərinə babası Bəhrəmgilin yaşadığı evə getmiş və gecəni həmin evdə qalmışdır. Zabil Bəylərli bıçaqla bir neçə dəfə onu vurmağa cəhd etmiş, Zabil onu vurmaq istədikdə təpiklə onun bədənin müxtəlif hissələrinə vuraraq onun qarşısını almağa çalışmış, hadisə vaxtı Təqsirləndirilən şəxs1 avtomobilinin sağ qapı pəncərəsini sındırdıqda Zaurun onu arxadan vurmasından qorxmuş, Zabil onu bıçaqla vurmağa çalışdıqda qaçmaq istəyən zaman avtomobilin içərisinə tökülmüş sınmış halda olan şüşələr onun əlinin müxtəlif hissələrini kəsərək sağlamlığına xəsarət yetirmişdir. Həmçinin qaçan zaman onlardan Zabilin əlində silah olduğunu, silahı hazır vəziyyətə gətirərək ona atəş açmaq istədiyini görmüş, bundan sonra daha sürətlə qaçaraq həmin yerdən uzaqlaşmışdır. Hadisə zamanı dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, həmin yerdə çayxananın içərisində olan şəxslər olmuş, avtomobildən düşüb həyəcanlı halda onların onu avtomobillə vurmağa çalışmalarından qorxaraq qaçaraq həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs4 və zərərçəkmiş Zərərçəkmiş şəxs5 nümayəndəsi Müdafiəçi3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunan ərizənin nəzərə alınmasını və ayrı-ayrı dövlət orqanlarına edilmiş gələcəkdə məhkəməyə gələ biləcək şikayətlərin nəzərə alınmamasını xahiş etmişdir. Eyni zamanda əvvəllər hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs5 da şikayətinin və tələbinin olmamasını ona bildirmişdir. Zərərçəkmiş şəxs5 adından da ayrı-ayrı dövlət orqanlarından daxil olacaq şikayətlərin nəzərə alınmamasını xahiş etmişdir. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, o, 15 oktyabr 2021-ci il tarixdə, təxminən saat 19 radələrində ünvan 12ində yerləşən Xəyalın işlətdiyi çayxanada olmuş, çayxanada Sənan adlı həmkəndlisi ilə birlikdə çay içib nərd oynamışlar. Həmin vaxt çayxanada təxminən 5-6 nəfər, bəlkə də daha çox şəxs olmuş və həmin vaxt nərdtaxta oynamışlar. Onlar nərdtaxta oynayan vaxt əvvəlcə Elşən çayxanaya onların yanlarına gəlmiş, onlarla salamlaşdıqdan sonra çıxıb getmiş, Elşənlə söhbət edən zaman Elşən ona əmisi oğlu Babəkin tutulduğunu, onun yanına paltar və digər əşyalar aparacağını demişdir. O, Elşənə “çıxanda söhbət edərik” demiş, yorğun olduğu üçün söhbətə dəqiq fikir verməmişdir. Bir qədər keçdikdən sonra çayxananın giriş hissəsindən səs-küy gəlmiş, çayxananın qarşısında dava olduğunu dediklərini eşitmiş, tez çayxananın qarşısına çıxmışdır. O, çayxananın qarşısına çıxdıqda üç nəfər şəxs görmüş, həmin şəxslərin hər üçü qara paltarda maskada olmuşlar. Həmin vaxt bir nəfər şəxsin küçə ilə qaçdığını görmüş, həmin üç nəfər maskada olan şəxslər çayxanaya çatmışlar. O, çayxanaya geri qayıdıb oturmuş, həmin vaxt qapı ilə üzbəüz oturmuşdur. Həmin üç nəfər şəxs içəri girdikdə onlardan biri birbaşa onun yanına gəlmiş, həmin şəxsin əlində bıçaq olduğunu görmüşdür. Həmin şəxs onun yanına gəldikdə ayağa qalxmış, həmin şəxs ondan uca boylu təxminən 175-180 santimetr hündürlükdə olmuşdur. Həmin şəxs onun üzünə baxaraq ona “nə deyirsən” demiş, ona cavab olaraq “sən nə deyirsən” demişdir. Həmin şəxslə danışan zaman onun sağ tərəfindən həmin şəxslərdən biri yumruqla onu ağız nahiyəsindən vurmuşdur. O, beş-on saniyəlik özünü itirmiş, anidən sifət nahiyəsindən üç-dörd dəfə yumruq zərbəsi dəydiyini hiss etmişdir. O, bir qədər özünə gəldikdə onlardan birinin bıçaq açdığını görmüş, şəxslərdən biri bıçaq açan şəxsi tutaraq onu bıçaqla vurmağa imkan verməmişdir. Onlar çayxanadan çıxmış, yaxınlıqda olan çayçının əl-üz yuma yerinə gedib üzünü yumuşdur. O, geri qayıtdıqda həmin yerdə olan şəxslərin danışığından həmin şəxslərin qara rəngli nömrəsiz avtomobilə minib həmin yerdən uzaqlaşdıqlarını bilmişdir. O, öz avtomobilinə minmiş, Şahəddin ona zəng etmiş, ondan onu evindən götürməyi istəmişdir. O, Şahəddinin yaşadığı evə gedib onu yaşadığı evdən götürmüşdür. O, Şahəddinlə söhbət edərkən Elşənin onunla danışdığını, hadisəni dediyini başa düşmüş, Şahəddin onunla avtomobildə gedən zaman ona “gedək Elşəni götürək, daha sonra isə avtomobili götürək” demişdir. Onlar Elşəni çayxananın yaxınlığından küçənin baş hissəsindən götürmüşlər. Onlar Elşəni götürdükdən sonra onun avtomobilinin yanına getmişlər. Onlar avtomobilin yanına gedib baxan zaman avtomobilin pəncərələrinin və faralarının sındığını görmüşlər. Onlar avtomobili götürüb birlikdə onun yaşadığı evin həyətinə aparmışlar. Onlar avtomobili təmir etdirmək barədə razılaşmışlar. Onlar öz aralarında Elşənə kimin hücum etdiyi və kimin vurduğu barədə söhbət etmişlər. Onlar həmin şəxslərin maskalı olduğu üçün onları tanıya bilmədiklərini demişlər. O, bundan sonra Elşən və Şahəddini aparıb evlərinə düşürmüş və daha sonra isə öz yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ərizə verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən birinin əlində hadisə vaxtı ola bilsin ki, tapança formalı alışqan olub, həmin şəxsin əlindəki əşya silah formasında idi. O, tapançanı dəqiq görməmiş, tapançaya oxşar bir şey görmüşdür. Həmin şəxsin əlinin içində dəqiq tapança olduğunu bilmir. Tapança ilə Orxanın vurulub-vurulmadığını görməmişdir. Orxanın dediyindən belə qərara gəlmişdir ki, həmin şəxsin əlində tapança olmuşdur. Sonradan ona məlum olmuşdur ki, mübahisə Zaurgilin qohumlarının qaçırılması üstündə yaranmışdır. Zərərçəkmiş şəxsin üstü və üzügözü hadisə vaxtı qan içində idi. Hadisə vaxtı onlar yeriyə bildikləri üçün maşına əyləşdirib aparmışdır.Zərərçəkmiş qardaşlar döyüləndə o, orada olmamışdır və avtomobildə əyləşmişdir. Döyən şəxslərin heç birinin üzü yadında deyil. Qardaşlardan birinin əlində nəsə var idi. O, beşbarmağı görməmişdir. O, avtomobildən düşmək istəyəndə həmin şəxslər onu düşməyə qoymamışlar və demişlər ki, “sənlik deyil”. O, avtomobildə gözləyən zaman 2 avtomobil eyni vaxtda gəlmişdir. Orxanın döyüldüyünü görmüşdür, amma tapança və ya beşbarmaqla vurulduğunu görməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, onun özünə məxsus “VAZ 2107” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili var. Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, onlar birlikdə işləyirlər. O, taxta işini, onlar isə rəngsaz işini görür. 20 yanvar 2020-ci il tarixdə o, Orxan və Şirxan ilə birlikdə ünvan 12ində işləyən vaxt bir nəfər Şirxana zəng edərək İrmaşlı kəndində yaşadığını, evində təmir işlərini ona gördürmək üçün görüşüb söhbət etmək istədiyini demişdir. Şirxan ona iş olduğunu və iş barədə danışmaq üçün getmək lazım olduğunu demişdir. O, etiraz etməmişdir. 21 yanvar 2020-ci il tarixdə, saat 17 radələrində o, Şirxan və Orxan ona məxsus avtomobil ilə İrmaşlı kəndinə məscidin qarşısına gedib orada gözləmişlər. Şirxan həmin şəxsə zəng edib məscidin qarşısında olduğunu bildirmişdir. Şirxanla danışan şəxs də yolda olduğunu, gəldiyini demişdir. Aradan 30-40 dəqiqə keçdikdən sonra iki avtomobil olduğu yerə gəlmişdir. Avtomobillərdən biri qara rəngli “Mercedes” markalı, gürcü nömrəli avtomobil onların avtomobilinin arxasında, ağ rəngli “Vaz 21014” markalı, “Rus” nömrəli avtomobil isə qarşıda saxlamışdır. Arxadakı avtomobildən 3 nəfər, qarşıdakı avtomobildən isə 2 nəfər düşmüşlər. Onların avtomobilindən birinci Şirxan yerə düşmüşdür. Həmin şəxslərlə Şirxan söhbət etmişdir. Gələn şəxslərdən bir nəfər Şirxanı vurmuşdur. Orxan avtomobildən yerə düşmüş və onlar Orxanı da döyməyə başlamışlar. Orxan və Şirxanı əlləri və ayaqları ilə vurmuşlar. O, avtomobildən düşüb onlara yaxınlaşanda onu da vurmaq istəyəndə orada olan həmin şəxslərdən biri qışqıraraq “onun günahı yoxdur, onu vurmayın” sözlərini demişdir. Sonra həmin şəxs gəlib onu idarə etdiyi avtomobilə əyləşdirmişdir. Həmin 4 nəfər şəxs Orxan və qardaşı Şirxanı təpiklə və yumruqla vuraraq döymüşlər. Mübahisə zamanı danışıqdan o, belə başa düşmüşdür ki, mübahisənin səbəbi Orxanın Şiştəpə kəndindən olan qızı qaçırmasına görədir. Yoldan ötən şəxslər dayanmışlar. Mübahisə olan yer yolun kənarı olmuşdur. Dayanan şəxslər onları ayırmış, lakin sonra isə yaxınlaşmamışdır. Həmin şəxslər Orxan və Şirxanı döyməyə davam etmişlər. O, avtomobildən düşüb onları ayıran zaman kimsə arxadan onu vurmuşdur. Mübahisə zamanı bir nəfər telefonla başqa birinə zəng edib nəsə demiş və Orxanı ona məxsus avtomobilə söykəyib həmin telefonla danışdığı şəxsə göstərib “qızı qaçıran bu idi?” sözlərini demişdir. Bundan sonra yenidən mübahisə qızışmışdır. Həmin şəxslərdən bir nəfər əlində olan tapançanın uc hissəsi ilə Orxanın başına 2-3 dəfə vurmuşdur. Orxanın başı yarılmış və qan axmağa başlamışdır. Bir müddət də mübahisə davam etmiş və o, avtomobili döndərmişdir. Orxan və Şirxan onun avtomobilinə minmişlər. O, onları Şəmkir rayon mərkəzi xəstəxanasına aparmış və sonra isə birlikdə Polis Şöbəsinə getmişlər. Münaqişə təxminən 20-30 dəqiqə davam etmiş və ətrafa insanlar toplaşmışdır. Məhkəmə baxışında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, kənddə çayxana işlədir. Hadisə günü axşam çayxananı bağlamağa hazırlaşmış, o, Rafiq və 2-3 nəfər qalmışlar. İçəri 3-4 nəfər maskalı şəxs daxil olmuş və onlar Rafiqə 2 dəfə şillə vurub getmişlər. Həmin vaxt karantin vaxtı idi. Həmin şəxslər tibbi maska geyinmişdilər. Maska geyindikləri üçün üzlərini görə bilməmişdir. Gələnlərdən biri Rafiqi şillə və yumruqla vurub sonra da getmişdir, zərərçəkmiş şəxsin təkcə dodağı qanamışdır. İstintaqda verdiyi ifadəni təsdiq etmir. Orada Zabilin adını çəkdilər və “odurmu?” dedilər o isə “xeyr” demişdir. Həmin şəxslərin başlarında “kapşonka” olduğu üçün saçlarını görməmişdir. Həmin şəxslərin boylarına fikir verməmişdir. Hadisə 1-2 dəqiqə ərzində baş vermişdir. Həmin şəxslərdən o, 3-4 metr məsafədə olmuşdur və onların dialoqunun şahidi olmamışdır. Onlar çıxan kimi, Rafiq onların arxasınca çıxıb getmiş və o da çayxananı bağlamışdır. İstintaqda isə onun ifadəsini yazmışlar və “qol çək” demişlər. O, ifadəni oxumadan qol çəkmişdir, çünki orada hamısı danışmışdır ki, “yəqin ki, bu işi Zeynalın uşaqları edib”. O, həmin hadisəni təqsirləndirilən şəxslərin törətdiyini bilmirdi. Orada da demişdir ki, hadisəni törədən şəxslər maskalı idilər. İfadəsini axırıncı dəfə “Qorotdeldə” oxumuşdur. Orada ona demişlər ki, “sən bu izahata qol çəkməsən 6 ay həbs ediləcəksən”. Təqsirləndirilən şəxslər əgər onlar olsa idilər “onlardırlar” deyərdi. Hadisəni törədən şəxslərin əlində heç nə görməmişdir. Rafiqi vuran şəxslər təqsirləndirilən şəxslərə oxşamırdılar. Zərərçəkmiş şəxs5 onun kəndçisidir. Elşən həmin gün orada olmamışdır. Hadisəni törədənlər maska taxsalar da əgər saçları açıq olsa idi onları tanıyardı. Hadisə barədə polisə məlumat verməmişdir. Hadisədən sonra qanı silib, işıqları söndürüb getmişdir. İstintaqda qeyd edilmiş ifadələrin heç biri ona aid deyil. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid6 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid6 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid6 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, o, ünvan 12ində yerləşən həmkəndlisi Nizami adlı şəxsə məxsus olan çayxananı aralarında olan şifahi razılığa əsasən icarə əsasında işlədir. 15 oktyabr 2021-ci il tarixdə, təxminən saat 19 radələrində ünvan 12ində yerləşən həmin çayxanada olmuşdur. Həmin tarixdə saat təxminən 21 radələrində çayxanada olan zaman orada təxminən 5-6 nəfər müştəri olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs5 çayçıya gəlib təxminən beş on dəqiqə içəridə olub camaatla salamlaşıb adını bilmədiyi qohumu ilə söhbət etmişdir. O, həmin çayxananın mətbəxində qabları yumaq üçün getmişdir. O, həmin vaxt səs-küy eşitmişdir. O, səs-küyə çayxananın içərisinə girdikdə içəridə olan üç nəfər şəxsin Rafiqi vurduqlarını görmüşdür. O, həmin şəxslərin tibbi maska taxdıqlarını görmüşdür. O, həmin şəxslərdən birinin Rafiqi söyərək təhqir etdiyini eşitmişdir. O, həmin şəxsin səsindən və xarici görünüşündən hündürboy və arıq olmasından onun Zabil olduğunu bilmişdir. Zabil həmin vaxt qışqıraraq həmin sözü işlədərək Rafiqin ağzının üzərindən yumruqla vurmuşdur. Onun ardı ilə isə Zabilin qardaşları Zaur və Bəylər Rafiqi yumruqla bir neçə dəfə vurmuşlar. O, həmin vaxt həyəcanlandığı üçün açar götürüb çayçını bağlamaq istəmişdir. O, açarı içəri hissədən qab yuduğu yerdən götürüb geri qayıtdıqda onların çölə çıxdığını görmüşdür. Rafiq də olmamışdır. Rafiqin olduğu yerə baxdıqda qan olduğunu görmüşdür. O, həmin yerin qanını silib işıqları söndürüb çayxananı tərk etmişdir. O, çayxananın qabaq tərəfinə çıxdıqda Elşənə məxsus olan “VAZ 2121” markalı avtomobilin şüşələrinin sınıq halda olduğunu, qabaq sol qapısının isə açıq olduğunu görmüşdür. O, çayxananı bağladıqdan sonra öz yaşadığı evə getmişdir. Bundan başqa, baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. O, Elşənin sağlamlığına və avtomobilinə ziyan yetirilməsini görməmişdir. Lakin Rafiqin sağlamlığına xəsarət yetirən şəxslər həmkəndliləri Zeynalın oğlanları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşdur. O, həmin şəxsləri təxminən 10 ildən artıq müddət olar ki, tanıdığı üçün onların xarici görünüşdən və səslərindən tanıyır. Bəylərin əlində beyzbol ağacı (bita) olduğunu görmüşdür. Məhkəmə baxışında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 12ində yerləşən marketdə satıcı işləyir. Bildiyinə görə, Orxan Elmanın qızını qaçırmışdır. 2020-ci ildə “Yeni il” bayramı ərəfəsində Orxanla Şirxan onun işlədiyi mağazaya gələrək təqsirləndirilən şəxslərin ünvanına nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxsləri isə yaxşı insan kimi tanımışdır və sonuncuların kiminləsə mübahisə etdiklərinin şahidi olmamışdır. Bundan başqa, o, Orxanla Şirxanın döyülməyi barədə eşitməmişdir və məhkəməyə hər hansı məktub göndərməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid2 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, ünvan 12ində kənd məktəbin yaxınlığında yerləşən “Kamran'’ market ona məxsusdur və 1990-cı ildən hazırkı vaxta qədər market fəaliyyət göstərir. O, marketin sahibi olsa da, həm də marketdə satıcı işləyir. Marketi hər gün saat 09 radələrində açaraq, saat 22-23 radələrində bağlayır. 2018-ci ilin yayında həmkəndliləri Elmanın qızı Elnarəni evlərində usta işləyən Orxan tərəfindən qaçırılmışdır. Elmanı həmkəndlisi kimi, Orxan və Şirxan qardaşlarını isə ev təmir edən usta kimi tanımışdır. Orxan və Şirxan Şiştəpə kəndində işlədikləri dövrdə dəfələrlə ona məxsus mağazadan ərzaq və sair əşyalar almışdır. Elmanın qızı nişanlı olmuş və toy etdirmək üçün evlərini təmir etdirmişlər. Təmiri isə Orxan və Şirxan qardaşları etmişdir. 2018-ci ilin yayında Orxanın Elmanın qızını qaçırdığını eşitmişlər. Kənd yeri olduğu üçün baş verən hadisələr kənddə qısa müddətə yayılır. O, mağazada işlədiyindən gəlib-gedən adamlar bu barədə danışmışlar. Elmangilin Şəmkir rayon Polis Şöbəsinə etdiyi şikayəti əsasında qızı tapıb qaytarmışlar. Araşdırma aparılsa da Elmangilin barışığı əsasında işə xitam verilmişdir. Elman isə Orxan və Şirxanı Şiştəpə kəndində birdə gəlib işləməmələri şərti ilə bağışlamışdır. O, uzun müddət Orxan və Şirxanı mağazaya gəlib gedən görməmişdir. 2020-ci ilin yeni il ərəfəsi və ya daha sonra, Orxan və Şirxan mağazaya gəlib nə isə almaq istədiyini bildirmişdir. Orxan və Şirxana demişdir ki, “nə yaxşı gəlmisiniz, sizə deməmişdilərmi kəndə gəlib işləməyin?”. Onlar da “yaxşı edib gəldiklərini, niyə gəlməyək ki” ifadəsini demiş və bir-iki ərzaq alıb getmişlər. Həmin vaxt kənd sakini Qədimin oğlu Elşən də orada olmuşdur. Bir müddət sonra Orxan və Şirxanın Zeynalın oğlu və Qoşqarın oğlu Babək tərəfindən döyüldüyünü eşitmişdir. Onun Zeynal, sonuncunun oğlanları, Babək və sonuncunun atası ilə hər hansı bir qohumluq və şəxsi münasibəti olmamışdır. Orxan və Şirxan qardaşları ilə də şəxsi münasibəti yoxdur. Məhkəmə baxışında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, istintaq zamanı ifadə verməsinə nail olmaq üçün onu evdən aparıb döymüşlər. Döyülməsi barədə heç yerə şikayət verməmişdir. O, yazıb-oxuya bilmir, istintaq zamanı heç bir sənədi imzalamamışdır. O, hadisə baş verən yerdə olmamışdır və heç nə görməmişdir. Təqsirləndirilən şəxslərin hər hansı qanunsuz əməl törətmələri barədə eşitməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid5 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə, təxminən saat 22 radələrində ünvan 12ində yerləşən həmkəndlisi Xəyalın işlətdiyi çayxanada olmuşdur. O, həmin vaxt Rafiqlə nərd oynamışdır. Onlar təxminən yarım saat nərd oynadıqdan sonra, həmin vaxt kafenin qarşısında səs-küy olduğunu, dava-dalaş olduğunu eşitmişlər. Həmin vaxt bayırda olan uşaqlardan kiminsə Elşəni vurduqlarını dediklərini eşitmişdir. Həmin vaxt Rafiq və ardınca o, çayxanadan bayıra çıxmışlar. Onlar çayxananın qarşısına çıxdıqda üç nəfər qara paltar geyinmiş şəxsin gəldiyini görmüşdür. Həmin şəxslərin ağızlarında qara rəngli tibbi maska olmuşdur. Həmin şəxslərdən kök olan şəxsin əlində bir ədəd beyzbol ağacı olduğunu görmüşdür. O, problem istəmədiyi üçün kənara çəkilmişdir. Həmin şəxslər çayxananın içərisinə girdikdən sonra içəri işıq olduğu üçün onların Zeynalın oğlanları Zaur, Zabil və Bəylər olduğunu bilmişdir. O, həmin şəxsləri 10 ildən artıq müddətdir ki, tanıyır. O, həmin şəxsləri xarici görünüşündən, yerişindən, danışığından tanıyır. Onların üzü bağlı olsa da onların Zeynalın oğlanları Zaur, Zabil və Bəylər olduğunu bilmişdir. Həmin şəxslər çayxananın içərisində oturmuş Rafiqə yaxınlaşmışlar. Onlar Rafiqlə söhbət edən zaman Zabil yumruqla Rafiqi vurmuş, daha sonra isə digərlərinin Rafiqi yumruqla vurduqlarını görmüşdür. O, bundan sonra dava-dalaş düşdüyünü gördüyü üçün həmin yerdən uzaqlaşıb öz evinə getmişdir. O, çayxananın qabaq tərəfinə çıxdıqda Elşənə məxsus olan “VAZ 2121” markalı avtomobilin orada olduğunu görmüşdür. Lakin avtomobilə dəqiq fikir verməmişdir və həmin yerdən öz yaşadığı evə getmişdir. Məhkəmə baxışında dindirilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin X4 əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmış və idarədə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılan zaman onlara hər hansı müqavimət göstərməmişdir və onları görən zaman yayınmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə ilə bağlı əməlini videoçəkiliş zamanı etiraf etmişdir. Onlar polis əməkdaşları qismində həmin gün 3-4 nəfər olmuşlar, Təqsirləndirilən şəxs2 isə tək olmuşdur. Əməliyyat məlumatı isə Təqsirləndirilən şəxs2 axtarışı ilə bağlı daxil olmuşdur. Saxlanılan şəxsin üzərinə müdafiəçisiz baxış keçirilmir, vəkilin qadın və ya kişi cinsli olmasını xatırlamır. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar edilmişdir, lakin konkret olaraq sonuncunun harasından həmin maddənin aşkar edilməsini xatırlamır. Onlar Təqsirləndirilən şəxs2 binanın blokunda yaxınlaşmışlar. Şahid10 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X4 əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında kirayədə yaşaması və həmin ünvanda qanunsuz olaraq odlu silah saxlamasına dair əməliyyat məlumatı əldə olunmuş və həmin tarixdə Təqsirləndirilən şəxs1 əməlini ifşa etməkdən ötrü idarə rəisinin göstərişi əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 axtarışda olan qardaşı Təqsirləndirilən şəxs2 qonşu binada yəni, ünvan 10 ünvanında olması barədə məlumat daxil olmuşdur. İdarə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs2 tutulması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuşdur. Həmin tarixdə, təxminən saat 11-12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı blokun qarşısı müşahidəyə götürülmüş və qısa müddət sonra o, blokun qarşısında birinci mərtəbədə görünmüşdür. O, dərhal saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 tutulması üçün yaradılmış əməliyyat qrupu onun yaşadığı mənzilə yollanmışlar. Günorta saatlarında Təqsirləndirilən şəxs1 də mənzildə tutularaq idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda o, iştirak etməmişdir. Lakin onun üzərində psixotrop maddə olan metamfetaminin aşkar olunduğunu bilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynindəki gödəkçənin cibində saxladığı bir ədəd bükümdə metamfetamini təqdim etmişdir. İdarənin qarşısında saxlanılmış axtarışda olan Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunla qadağan olunmuş maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə də videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda o və əməliyyat müvəkkili Şahid8 iştirak etmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş predmet varsa təqdim etsin. Zabil də, könüllü olaraq əynindəki gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin bir bükümün içində psixotrop maddə olan metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi maddəni “patı” kimi tanıyır, kirayədə yaşadığı küçədə yolun kənarından tapmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış, protokol və zərfin üzəri Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Məhkəmə baxışında dindirilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Əməliyyat məlumatının kimə məxsus olmasını xatırlamır. Həmin vaxt, o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, ÇAŞ-nin rəisi X5 tərəfindən tədbirə çəlb edilmişdir. Ona sadəcə “tədbir var, gəl” deyilmişdir. Şahid9 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2021-ci il tarixdə CAŞ-nin rəisi, polis polkovnikleytenantı Firdovsi Hüseynəliyev axtarışda olan Şəmkir rayon sakini Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında kirayədə yaşaması və həmin ünvanda qanunsuz olaraq odlu silah saxlamasına dair əməliyyat məlumatı əldə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 əməlini ifşa etməkdən ötrü idarə rəisinin göstərişi əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərlik Firdovsi Hüseynəliyevə həvalə edilmişdir. Əməliyyat qrupuna Firdovsi Hüseynəliyev, o, CAŞ-nin rəis müavini, polis polkovnik-leytenantı X9 və Təhqiqat Şöbəsinin təhqiqatçısı X31 daxil olmuşlar. Bundan başqa Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinin əməkdaşları da əməliyyat tədbirində iştirak etmişlər. Həmin tarixdə Təqsirləndirilən şəxs1 axtarışda olan qardaşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı bina ilə üzbəüz qonşu binada yəni ünvan 11 ünvanında yaşaması barədə məlumat daxil olmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs2 yaşadığı binanın birinci mərtəbəsində blokun qarşısında digər əməliyyat qrupu tərəfindən müşahidəyə götürülərək saxlanılmış və Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Bundan dərhal sonra təxminən saat 11 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilə yollanmışlar. Mənzil 14-cü mərtəbədə yerləşmişdir. Mənzilin qapısı tərəflərindən döyülsə də qapını 2 saata yaxın açan olmamışdır. Mənzilin qapısını döyərkən polis əməkdaşları olduqlarını bildirmişlər. Qapını içəridən açan olmamışdır. Ona görə də, oraya çilingər və binanın komendantı dəvət olunmuşdur. Çilingər mənzilin qapısının kilidini açdıqdan sonra mənzilə daxil olmuşlar. Mənzilə daxil olanda Təqsirləndirilən şəxs1 onların polis əməkdaşları olduğunu bildiyi üçün dəhlizdə yerə uzanmış və o, tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 könüllü olaraq mənzilə baxış keçirilməsinə razı olması barədə ərizə yazmışdır. Oraya dəvət olunmuş hal şahidlərinin iştirakları ilə mənzilə baxış keçirmişlər. Mənzil 3 otaq və 1 mətbəxdən ibarət olmuşdur. Yataq otaqlarından bir ədəd “Vinçester” tipli ov tüfəngi, həmin tüfəngə aid patronlar və şəhadətnamə, bir ədəd balta, 3 ədəd ov bıçağı, bir ədəd elektroşok, bir ədəd beyzbol dəyənəyi, 5 ədəd mobil telefon, bir cüt qara rəngli dəri əlcək, bir ədəd qara rəngli qoruyucu mayka və 5 ədəd “CPS” kabelləri aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Protokolu Təqsirləndirilən şəxs1 və baxışda iştirak edən şəxslər imzalamışdır. Təqsirləndirilən şəxs1 gödəkçəsini əyninə geyindikdən sonra mənzildən çıxarılaraq Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 mənzildən çıxarılanda valideynləri mənzilə gəlmişlər. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda o və CAŞ-nin sabiq əməliyyat müvəkkili Vasif Nəsirov iştirak etmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş predmet varsa təqdim etsin. Zaur da, könüllü olaraq əynindəki gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi maddə metamfetamindir, bir gün əvvəl kirayə yaşadığı küçədə “Araz” marketin yanından tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunan başqa əşya aşkar olunmamış, bu barədə protokol tərtib olunmuşdur. Protokolu Təqsirləndirilən şəxs1 imzalamış, aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri də Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. İdarənin qarşısında saxlanılmış axtarışda olan Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunla qadağan olunmuş maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə də videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda X4 əməliyyat müvəkkiləri Şahid8 və Şahid10 iştirak etmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş predmet varsa təqdim etsin. Zabil də könüllü olaraq əynindəki gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi maddəni “patı” kimi tanıyır, kirayədə yaşadığı küçədə yolun kənarından tapmışdır. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid3 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, onun “Audi A6” markalı, 25-088 dövlət qeydiyyat nişanlı avtomobili var. Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və X18 onun həmkəndliləridir. Onlarla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. 27 yanvar 2020-ci il tarixdə, saat 14 radələrində o, kənddə olan toy məclisinə getmişdir. Saat 19 radələrində o, toy məclisindən çıxanda Zaur və Babəki görmüşdür. Onlar ona avtomobilsiz olduqlarını və onları da götürməyini demişlər. O, onları da götürmüş və kənd istiqamətinə getmişlər. Onlar bir az kənddə avtomobil ilə “fırlanmağı” bildirmişlər. Onlar kənddə avtomobil ilə gəzəndə Zaur ona demişdir ki, “Əlizadəyə zəng elə görək hardadır?”. O, öz telefonu ilə Əlizadəyə zəng etmiş və sonuncudan harada olduğunu soruşmuşdur. Əlizadə Gəncə şəhərindən gəldiyini və yolda olduğunu bildirmişdir. Zaur telefonu götürüb Əlizadə ilə danışmış və ona “bizə nə qonaqlıq verə bilərsən?” demişdir. Sonra telefonu söndürmüşdür. Aradan bir az vaxt keçdikdən sonra Zaur öz telefonu ilə Əlizadəyə zəng edib harada olduğunu soruşmuşdur. Əlizadə ona kəndə çatdığını demişdir. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra Əlizadə onların olduğu yerə gəlmişdir. O, avtomobili saxlamış və Zaur ona onun avtomobildə oturmaq istədiyini demişdir. Əlizadə avtomobilini orada saxlayıb onun avtomobilinə oturmuşdur. Zaur qabaqda, Babək onun arxasında, Əlizadə isə Babəkin yanında oturmuşdur. Zaur avtomobili qəbirstanlığa sürməyini bildirmişdir. Onlar kənd qəbirstanlığına getmişlər və avtomobildə söhbət etmişlər. Zaur Əlizadəyə demişdir ki, “sən Rusiyaya gedib Vüqarın xeyrinə ifadə verməli idin, nə üçün getmədin?”. Əlizadə isə Zaura “bacım mənə Rusiyaya gəlmə deyib” demişdir. Buna göə onların arasında mübahisə yaranmışdır. Zaur və Babək Əlizadəni təhqir edərək əlləri ilə vurub döymüşlər. O, onları sakitləşdirmək istəmişdir. Zaur Babəklə avtomobildən düşmüşlər və Əlizadəni döyməyə davam etmişlər. O, araya girəndə Zaur onun sifətinə şillə ilə bir dəfə zərbə vurmuş və ona demişdir ki, “sən qarışma”. O, buna görə onlara yaxın getməmişdir. Zaur və Babək hər ikisi bıçaq çıxarmış və bıçaqları ilə Əlizadəni dəfələrlə vurub xəsarət yetirmişlər. Zaur Əlizadəyə demişdir ki, “mən telefonla video çəkəcəm və sən deyəcəksən ki, Babəkin əmisi Qaçayı, həmkəndlimiz Qabili və Xalidi Novruz öldürüb”. Zaur video çəkməyə başlayanda Əlizadə Qaçayı, həmkəndlisi Qabili və Xaliqi Novruzun öldürmədiyini demişdir. Buna görə Zaur və Babək hər ikisi tapança çıxarmışlar və Əlizadəni vuracaqlarını demişlər. Onlar tapançaları Əlizadəyə tərəf tutmuşlar. Ancaq atəş etməmişlər. Əlizadə məcbur qalıb Zaurun dediyi sözləri təkrar etmiş və Zaur Əlizadəni telefonla videoya çəkmişdir. Bundan sonra onlar avtomobilə əyləşmişlər və kəndə tərəf gəlmişlər. Onlar kəndə çatanda Zaur avtomobili saxlamağını demişdir. O, avtomobili saxlamış və Zabil onların avtomobilinə yaxınlaşmışdır. Onlar nəsə danışmışlar və sonra Zaur ilə Babək avtomobildən düşüb Zabil ilə getmişdir. Bundan sonra o, Əlizadəni avtomobilini saxladığı yerə aparmış və orada düşürüb, yaşadığı evə getmişdir. Onun Zaur və Babəkdən şikayəti və tələbi yoxdur. Münaqişə təxminən 3 saat çəkmişdir. Onlar qəbirstanlıqda olmuşlar və həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid4 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, ünvan 12ində yaşayır. Şiştəpə sakinlərini o cümlədən də Zeynal, onun oğulları Bəylər, Zaur, Zabil, Zərərçəkmiş şəxs3 və X16 tanıyır. O, 1990-ci ildən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamış və 2003-cü ilədək “Safiskaya” bazarında, daha sonra isə şəxsi ticarət fəaliyyəti ilə məşğul olmaqla kafe-restoran işlətmişdir. Bildirir ki, 2007-ci ildə X20 onun “əmizadə”lərindən olan X1 əsasında öldürmüş və bununla bağlı Sankt-Peterburqda başlanmış cinayət işi üzrə cinayətin sifarişçisi və icraçıları, o cümlədən də bu cinayətin törədilməsinə sifariş verən Vüqar Hüseynov tutulmuş, 20 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda cəza çəkir. Öldürmək səbəbi də Vüqar Hüseynovun “Safiskaya” bazarında hədə-qorxu ilə pul yığmaları, buna isə Valehin mane olması olmuşdur. Zərərçəkmiş şəxs3lə bir məktəbdə paralel sinifdə oxumuşdur. X26 Federasiyasına gəlmiş, orada məhkum edilmişdir. Səhv etmirsə narkotik qəbul etdiyi üçün məhkum olunmuşdur. Təxminən 2008-ci ildən RF-da yenə də onunla bir kəndli kimi münasibət saxlamışdır. Bundan başqa bildirir ki, onun Zeynal və onun oğlanları ilə hər hansı bir qəsd-qərəzliyi yoxdur. Ancaq 28 yanvar 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib ağlaya-ağlaya Zeynalın uşağı olan Zaur və Babəkin onu kənd qəbirstanlığına aparıb orada döydüklərini, bıçaqla xəsarət yetirib başına silah dirəyib kənddə yaşayan Xaliq, Qaçay və Qabili onun öldürdüyünü dedizdirib və onu videoya çəkmişlər. Sabah da kənd camaatını bir yerə yığacaqlarını və onun bu sözləri orada deməli olduğunu demişdir. Əlizadə ona demişdir ki, “səni də öldürəcəklər”. Əlizadə onunla görüşmək istədiyini bildirmişdir. O da Əlizadəyə demişdir ki, “gecə vaxtıdır, get, oteldə və ya başqa yerdə yat, sabah əlaqə saxlayarlar”. Həmin vaxt o, Gəncə şəhərində yerləşən “Ramada Plaza” otelində olmuşdur. Sabahı gün onlar görüşmüşlər. Ancaq harada görüşdüklərini dəqiq xatırlamır. Səhv etmirsə Şəmkir şəhərində görüşmüşlər. Həmin vaxta qədər Əlizadə hadisə barədə polisə müraciət etmişdir. Qaçay Babəkin əmisidir. Qabilin soyadı Şaxmalıyev, ata adı Məmməddir (Mamed). Onunla həmyaşıd olmuşdur. Xaliq ondan təxminən 10 yaş böyük olmuşdur. Ata adı Əzilxan olmuşdur. Xaliq də Şiştəpədə mərkəzə yaxın yaşamışdır. Onların hamısı 10-15 il əvvəl başqaları tərəfindən öldürülmüşdür. Onların barəsində cinayət işlərinin olubolmamasını, kimlərinsə bu işlərə görə məhkum olunduqlarını bilmir. Qabillə uşaqlıqdan birlikdə böyümüşlər, Sankt-Peterburqda da münasibəti olmuşdur. Qaçayı da kənd adamı kimi tanımış, münasibəti normal olmuşdur. O cümlədən də Xaliq yoldaşının əmisi oğlu olmuş, münasibəti normal olmuşdur. Ədavəti və düşmənçiliyi olmamışdır. Yəni qeyd edilən şəxslərlə münasibəti yaxşı olub və ölümlərində onun heç bir iştirakı olmamışdır. Zaurgilin hazırda “əmizadə”ni öldürən Vüqar Hüseynovla yaxın münasibəti vardır və Vüqardan şikayətçi olmadıqları üçün guya qeyd edilən ölümlərin onun tərəfindən sifariş edilməsi barədə yalan məlumat yaymaqla ona təsir etmək istəyirlər. Babəkin atası Qoşqar onlara demişdir ki, Zaur və Babək Əlizadəni telefonları ilə video çəkəndə ilk əvvəl Əlizadə deyib ki, Qaçayın, Xaliqin və Qabilin ölümü barədə məlumatı olmamış, həmin vaxtı içəridə, yəni cəza çəkmə müəssisəsində olmuşdur. Bu söhbətin səs yazısını Babək telefonuna yazıb əmisinə “whatsApp”la göndərmişdir. Zaurgil də, Babəkin “whatsApp”ını özlərinə yönəltdiyindən həmin mesajlar Zaura da gəlmişdir. Babəklə də, bu hərəkətinə görə aralarında narazılıq yaranmışdır. Yəni Əlizadənin ilk əvvəl onun adını çəkməməsi, onun günahının olmamasını bildirməsi və daha sonra Əlizadənin Zaur və Babək tərəfindən onun adının çəkməsinə məcbur edilməsinə dair səs yazıları vardır. Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış və məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid7 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, 15 oktyabr 2021-ci il tarixdə, təxminən saat 22 radələrində ünvan 12ində yerləşən evində olmuşdur. Həmin gün təxminən saat 22 radələrində əmisi Elşən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Elşən onunla telefonda danışan zaman üç nəfər maskalı şəxsin ona hücum etdiyini demişdir. Elşən ona həmin şəxslərin onun üzərinə bıçaqla hücum çəkdiklərini də demişdir. Elşən həmin şəxslərdən birinin sürücü olanının qapıdan onun üzərinə hücum çəkdiyini, onu bıçaqla vurmağa çalışdığını, digər iki nəfər şəxsin isə beyzbol ağacı ilə onun avtomobilinin şüşələrini vurub sındırdıqlarını demişdir. Elşən ona onların arasından anidən çıxıb qaçdığını, ona məscid tərəfə küçənin baş hissəsinə çıxacağını demişdir. O, bundan sonra Rafiqə zəng edib Rafiqdən onu evdən götürməsini xahiş etmişdir. Rafiq yaşadığı evə gəlib onu götürdükdən sonra onunla söhbət edən zaman onlar ilk əvvəl Elşəni götürüb daha sonra avtomobilin yanına getmək haqqında razılaşmışlar. Rafiqlə birlikdə məscid tərəfə gedib həmin yerdən Elşəni götürmüşlər. Rafiqlə birlikdə Elşəni götürdükdən sonra Elşənin avtomobilinin yanına getmişlər. Onlar avtomobilin yanına gedib baxan zaman avtomobilin pəncərələrinin və faralarının sındığını görmüşlər. Onlar avtomobili götürüb birlikdə Rafiqin yaşadığı evin həyətinə aparmışlar. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin X4 əməliyyat müvəkkili Şahid8 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, istintaqda şahid Bakı şəhəri Nizami RPİ-nin X4 əməliyyat müvəkkili Şahid10 ilə oxşar məzmunda ifadə vermişdir. 210200016 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində və Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin icraatında olmuş 1(076)-211/2021 saylı cinayət işi üzrə məhkəmə baxışında təqsirləndirilən şəxs qismində verdiyi ( həmin cinayət işi üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli hökmdə əksini tapmış) ifadəsində X18 göstərmişdir ki, 20 yanvar 2020-ci il tarixdə Zaurla kənddə görüşəndə sonuncu ona bildirmişdir ki, əvvəllər tanımadığı Şəmkir şəhər sakinləri Orxan və Şirxan qardaşları ilə söhbət etmək istəyir. Ona görə də ondan xahiş etmişdir ki, onun mobil telefonu ilə Orxanın qardaşı Şirxana zəng vurub İrmaşlı kənd sakini kimi danışsın və ev təmir etdirmək adı ilə kəndə çağırsın. O da mobil telefonu Zaura vermişdir. Zaur Şirxanın mobil nömrəsini kimdənsə tapmışdır. Buna qədər kənd sakinləri Araz və Xəyal adlı şəxslərdən Şirxanın mobil nömrəsini istəsələr də, onlar nömrəni verməkdən imtina etmişlər. O, mobil telefonunda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri işlətmişdir. Zaur Şirxana zəng vurub Ruslan adı ilə danışmışdır. Sabahı gün, yəni 21 yanvar 2020-ci il tarixdə günorta saatlarında Zaur, Zabil və Bəylər onun yanına gələrək onu evdən götürmüşlər. Kənddə Zaur idarə etdiyi “Audi” markalı, Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı avtomobil ilə onu evdən götürdükdən sonra Şiştəpə kəndində avtomobildə gəzməyə başlamışlar. Zaurun dediyinə görə Şirxan qardaşı Orxanla İrmaşlı kəndində görüş təyin etmişdir. Oraya gəlməmişdən əvvəl Şirxan onun mobil nömrəsinə zəng vurmuşdur. Onlar birlikdə olanda təxminən saat 17 radələrində Şirxan onun mobil nömrəsinə zəng vuranda o, mobil telefonu Zaura vermişdir. Şirxan Zaurla danışmışdır. Şirxan Zaura bildirmişdir ki, İrmaşlı kəndinə gəlir. Zaur da demişdir ki, çatanda zəng vursun, yaxındadır. Növbəti dəfə Şirxan zəng vurub bildirmişdir ki, İrmaşlı kəndində məscidin yaxınlığında gözləyir. Bundan sonra hadisə yerinə o, Bəylər və Zabil sonuncunun idarə etdiyi Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı “VAZ-21014” markalı avtomobili ilə İrmaşlı kəndinin girişində yerləşən məscidin yanına getmişlər. Çünki Şirxan və Orxanın onların “Audi” markalı avtomobilini tanıyacaqlarından ehtiyat etmişdir. Onlar Zabilin idarə etdiyi “VAZ- 21014” markalı avtomobillə məscidin yanına çatdıqda, Orxan və Şirxanın “VAZ 2106” markalı avtomobillə məscidə çatmamış yolun sağında dayandıqlarını görmüşlər. O, həmin adamları tanımamış və yolun kənarında dayananların Orxangil olduğunu Zabil demişdir. Zabil maşını saxlamayaraq İrmaşlı kəndinin girişindən geri qaytmışlar və həmin vaxt Zaura zəng edib demişlər ki, “onlar üç nəfərdir, sən də gəl”. Onlar ora yaxınlaşmış, bir-iki dəqiqə sonra ora Zaur “Audi” markalı avtomobillə gəlmişdir. Həmin vaxt onlar maşından düşüb Orxangilə yaxınlaşana kimi Zaur özünü ora çatdırmışdır. Zaur oraya gələnə kimi Zabil salamlaşmış və sonra qəfildən dava düşmüşdür. Birinci Zabil və ya Bəylər vurmuşdur. Sonra da Zaur və o da davaya qoşulmuşlar. Bacardığı qədər o, vurmamuş və aralamağa çalışmışdır. O, tərəfləri sakitləşdirməyə, aralamağa çalışmışdır. Bu zaman Orxan və Şirxanı oraya gətirən “VAZ-2106” markalı avtomobilin sürücüsü də düşüb avtomobildən onları aralamağa başlamışdır. Həmin vaxt artıq kənd camaatından 20-30 nəfər oraya yaxınlaşmaq istəmiş, həmin vaxt Zaurun üzərində olan və əvvəllərdə üzərində götürdüyü “Makar” markalı tapança ilə onlara tərəf tutaraq, “yaxın gəlməyin, atəş açaram” deyib öldürməklə hədələmişdir. Həmin vaxt Bəylər aşağı oturmuş və sonradan ona məlum olmuşdur ki, Bəyləri kimsə vurmuşdur. Bundan başqa, ona məlum olmuşdur ki, Bəylər hadisəni videoya çəkmişdir. Hadisə zamanı Zaur qardaşları Bəylər və Zabillə birlikdə Orxan və Şirxanı döymüşlər. Bəylər əlindəki beşbarmaqla Orxana xəsarət yetirmişdir. Bəylər də əlcəyin altında beşbarmağı saxlamışdır. Bəylər beşbarmağı əlcəyin altında saxlamışdır. Hətta Zaur əlindəki tapançanın uc hissəsi ilə Orxanın baş nahiyyəsinə zərbə vurmuş və Orxanı diz çökdürüb üzr istəməyə məcbur etmişdir. Orxan da diz çöküb Elmandan üzr istədiyini bildirmişdir. Bəylər də mobil telefonla Orxanın dizüstə çökməsini videoya çəkmişdir. Lakin hadisə zamanı Bəylərin ya da Zaurun mobil telefonla Elmanla videogörüntülü danışdığını görməmişdir. Orxan üzr istədikdən sonra Zaurgil onları döyməyi dayandırmışlar. Orxangili avtomobillə oraya gətirən sürücüyə heç kəs zor tətbiq etməmişdir. Orxan və qardaşı Şirxan gəldikləri avtomobillə minib oradan getmişlər. Orxanın başından qan axmışdır. Hadisədən sonra bilmişdir ki, təxminən iki il əvvəl Orxan qardaşı Şirxanla Şiştəpə kəndində Zaurun əmisi Elmanın evində işləyəndə Elmanın nişanlı qızı Elnarəni qaçırmışdır. Elnarə zorla qaçırıldığı üçün atası onu geri qaytarmış və Orxanın barəsində polisə şikayət etmişdir. Lakin məhkəmədə Elmangil barışıq ərizəsi vermişlər. Buna baxmayaraq Zaurun dediyinə görə Orxangil Şiştəpə kəndində işləyəndə əmisi qızı barəsində xoşagəlməz sözlər işlətmişlər. Zaurun hadisə zamanı üzərində gəzdirdiyi tapançanı nümayiş etdirəcəyini, tapançanı Orxanın başına vuracağını əvvəlcədən bilməmişdir. Zaur da ona bu barədə deməmişdir. Zaur hündürboylu və idmançıdır. Təkbaşına onları döyməyə qadirdir. Bilə-bilməzdi ki, Zaur hadisə zamanı sinəsindən asdığı çantadan tapançanı çıxarıb nümayiş etdirər. Zaur, Orxan və Şirxan qardaşlarının döyülməsini Elmanın və ya hər hansı bir şəxsin sifarişi olduğunu, nə hadisədən əvvəl nə də ki, hadisədən sonra ona deməmişdir. Zaurgil öz təşəbbüsü ilə Orxangili cəzalandırmışlar. Zaur ona Elfaq adlı şəxsin toyunda olan zaman bildirmişdir ki, Zərərçəkmiş şəxs3 də götürüb kənddə avtomobillə “fırlansın”lar. Həmkəndlisi Təbiyyət də toyda olmuşdur. Avtomobili olmadığı üçün Zaur demişdir ki, Təbiyyətin avtomobili ilə Əlizadəni götürərlər. Təbiyyət də etiraz etməmişdir. Təbiyyətin idarə etdiyi “Audi” markalı avtomobillə kənddə gəzişməyə başlamışlar. Zaur Əlizadəyə zəng vurub ondan harada olduğunu soruşmuşdur. Əlizadə demişdir ki, Gəncədən gəlir, yoldadır. Aradan 1 saat keçdikdən sonra Əlizadə idarə etdiyi avtomobillə Şiştəpə kəndinin mərkəzinə gəlmişdir. Onlar onu kəndin mərkəzindən avtomobillə götürmüşlər. O, Zaurun Əlizadəni çağırmaqda məqsədinin nə olduğunu bilməmişdir. Əlizadə arxa oturacağa əyləşmişdir. O, ön oturacaqda əyləşmişdir. Zaur Təbiyyətə demişdir ki, avtomobili kənd qəbirstanlığına sürsün. Bundan sonra qəbirstanlığa getmişlər. Qəbirstanlığın darvazası yoxdur. Zaur qəbirstanlıqda avtomobildə Əlizadəyə demişdir ki, “sən Şahid4 Sankt-Peterburq şəhərində həmkəndlilərimiz Xaliq, Qaçay və Qabili öldürdüyünü videoçəkilişlə deməlisən, Vüqar Hüseynov isə Valeni öldürməyib, Valeni başqasının öldürdüyünü deməlisən”. Əlizadə Novruzovun heç kəsi öldürmədiyini deyəndə və buna görə də, bu cür danışmayacağını bildirmişdir. Bu zaman Zaur kürəyindən asdığı çantasından “Makarov” tapançasını atəş üçün hazır vəziyyətə gətirərək Əlizadəyə doğru tutub ondan tələb etməyə başlamışdır ki, “kənddə baş verən ölüm və hadisələrin sifarişçisinin Novruz və bir neçə imkanlı digər şəxslərin olmasını etiraf elə, yoxsa səni öldürəcəm”. Bundan sonra Əlizadə belə bir etiraf edə bilməyəcəyini dedikdə Zaur bildirmişdir ki, səni öldürəcəm, sonra da işin Babəkin etiraf edəcəyini ona görə etiraf etməli olduğunu bildirmişdir. Zaur avtomobildən düşmüş və Əlizadəni də avtomobildən düşürmüşdür. O və Təbiyyət də, avtomobildən düşmüşlər. Bundan sonra Zaur cibindən bıçaq çıxararaq Əlizadənin bədəninin müxtəlif nahiyyətlərinə bıçaq zərbəsi endirməklə ona işgəncə verərək onun telefonla videosunu çəkmişdir. Zaur ona tapança ilə hədə-qorxu gəlmişdir ki, Əlizadənin əllərini yapışqanla bağlasın, o da ehtiyat etdiyi üçün Əlizadənin əllərini arxadan yapışqanla bağlamış, sonra da Əlizadə qollarını özü açmışdır. Əlizadə Zaura bu barədə heç nə deməyəcəyini, bunun yalandan olmasının bilinəcəyini bildirərək bu işdən əl çəkməsini söylədikcə onsuz da heç bir videoda etirafın alınmadığını deyib ona tapançasını göstərib “səni də öldürərəm” demişdir. Bundan sonra təzədən avtomobilə əyləşmişlər. Zaur arxa oturacaqda yenidən Əlizadəyə bıçaqla xəsarət yetirmişdir ki, onun dediyi ilə razılaşsın. Əlizadəyə xəsarətlər yetirib, “qaça bilirsən qaç” deyərək hədə-qorxu gəlmişdir. Əlizadə Zaurun tələb etdiyi kimi danışmamışdır. Yəni Əlizadə demişdir ki, Novruzun kimisə öldürdüyünü görməmişdir. Əlizadə bu barədə danışanda o, Əlizadənin səsini Zaurdan gizli mobil telefonuna yazmışdır. Zaur Əlizadəni onun tələb etdiyi kimi danışmayacağı təqdirdə öldürəcəyi ilə hədələmişdir. Zaurun məqsədi bu olmuşdur ki, Əlizadə videoçəkilişlə Novruzun Sankt-Peterburq şəhərində vaxtilə əmisi Qaçay və başqa həmkəndlilərini öldürdüyünü, Rusiyada həmkəndlisi X11 öldürdüyünə görə cəzaçəkmə müəssisəsində cəza çəkən X7 Valehi öldürmədiyini desin, videonu nümayiş etdirməklə Novruzu hörmətdən salsın və videonu Sankt-Peterburqa polisə göndərsin. X42 demişdir ki, videoçəkilişlə dedikləri Rusiyada polisə təqdim olunacaq və Novruz məsuliyyətə cəlb olunacaq. O da gizli olaraq Zaurun və Əlizadənin səslərini yazmışdır. Əlizadə Zaurun dediyi kimi danışmayanda Zaur videoçəkilişi dayandırıb Əlizadəni döymüşdür. X39 videosunu 20-30 dəfə çəkmişdir, ilk dəfə Əlizadə Zaurun dediyi kimi danışmayanda və ya danışanda məcbur edildiyi formada özünü göstərəndə Zaur çəkilişi dayandırıb Əlizadənin bıçaqla qollarına xəsarət yetirmişdir ki, onun tapşırdığı kimi işarə vermədən və şübhə çəkmədən “könüllü imiş” kimi danışsın. Əlizadə onun dediyi kimi danışmağa qorxusundan razı olmuşdur. Zaur ona demişdir ki, Əlizadənin danışığını o, videoya çəksin. O, da Əlizadənin danışığını videoya çəkməyə başlamışdır. Həmin vaxt Zabil Bəylərli onun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan “Samsung A70” markalı telefonuna ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Bəylərlə birlikdə qəbirstanlıqda olduqlarını, onları tapa bilmədiklərini bildirmişdir. O da onların da oraya gəldikdən sonra məsələnin daha da böyüyəcəyindən çəkinib başqa yerdə olduqlarını bildirmişdir. Əlizadənin videosu çəkilmişdir. Qəbirstanlıqdan düşdükdən sonra Əlizadəyə Zaur demişdir ki, “sən bu videoda olduğu kimi danışaraq lazımı yerə gəlib orada da danışacaqsan”. Qəbirstanlıqdan çıxanda Zabil oraya gəlmişdir. O və Zaur Təbiyyətin avtomobildən düşmüşlər. Zabilin avtomobilinə əyləşmişlər. Söhbət zamanı Zaur demişdir ki, videonu Novruza göstərib ondan pul alacaqdır. O, həmin vaxt bilmişdir ki, Zaurun videonu çəkməkdə məqsədindən biri də, Novruzdan pul almaq olmuşdur. Buna qədər Zaur ona bu barədə deməmişdir. Zaurla avtomobildə kənddə gəzişərkən Zaur demişdir ki, “Əlizadənin Novruza bu barədə xəbər edib-etməməsini yoxlamaq üçün avtomobillə onun arxasınca gedək”. O, buna etiraz etmişdir. Demişdir ki, “onsuz da, istədiyini edib, Əlizadəni izləmək lazım deyil”. Lakin Zaur onun sözünə qulaq asmamışdır. Zabilin idarə etdiyi avtomobillə Zaurun tapşırığı ilə avtomobili Əlizadənin idarə etdiyi avtomobilin qarşısına verib saxlatdırmışdır. Zaur Əlizadəni qorxutmaq məqsədilə ona demişdir ki, sabah Novruza onun yanında zəng vurub görüş təyin etsin, görüşəndə Novruzu gəlib öldürsün. Zaur yalandan Novruzu öldürəcəyini Əlizadəyə demişdir ki, Novruza bu barədə xəbər verməsin. Əlizadə də Zaurla razılaşmışdır. Sonra onlar evlərinə getmişlər. O, Əlizadəyə heç bir xəsarət yetirməmişdir. Əlizadəni öldürməklə hədələməmişdir. Onun əlində tapança və bıçaq olmamışdır. O, Zaurun Əlizadəyə qarşı işgəncə verməsini və işgəncə altında Əlizadəni videoya çəkdirməsini sübut etmək üçün Əlizadənin yalan danışmaq istəmədiyini və Zaurun buna görə ona hədə-qorxu gəlməsi ilə bağlı söhbətlərini mobil telefonuna Zaurdan gizli yazmışdır. Zaurun qardaşı Bəylər onun “Whatsappı”nı öz mobil nömrəsinin “WhatsApp”ına yönəltdiyi üçün onun Əlizadənin səsini gizlicə yazmağını və əmisinə göndərməyini bilmişlər. Ona görə də, Zaur onu Nərimanov rayonunda yerləşən özlərinə məxsus mənzildə iki gün saxlamaqla azadlığını məhdudlaşdırmış və onu təhqir etməsini mobil telefonla videoya çəkib yayacağı ilə hədələmişdir və ona demişdir ki, Əlizadənin səs yazılarını silsin, əmisinə də, desin ki, silsin. Lakin artıq buna qədər həmin səs yazılarından Novruzun da, xəbəri olmuşdur. Zaur da, onu cəzalandırmaq üçün onu təhqir etməsinə dair videonu yaymışdır. Daxili İşlər Nazirliyində aparılan istintaqla əlaqədar, atası Qoşqar 26 yanvar 2021-ci il tarixdə DİN-nə dəvət olunmuşdur. Həmin vaxt Zaurgilin atası Zeynal da, orada olmuşdur. O, istintaq zamanı ifadələrində Zaur və qardaşlarının cinayət əməllərini ifşa etdiyi üçün Zeynal atasına demişdir ki, o, ifadələrini Zaurgilin xeyrinə dəyişsin. Atası isə razılaşmamışdır. Zeynal da, atasına demişdir ki, çox peşman olacaqdır. Atası nazirlikdən çıxdıqdan dərhal sonra şəhərin mərkəzində Bəylər və Zabil atasını döyərək ona ciddi xəsarət yetirmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, HK-1-634 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddənin metamfetamin olduğunu və bir gün əvvəl Nizami rayonu, E.Süleymanov küçəsində “Araz” marketin yaxınlığında yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə sayılan “patı” olduğunu və E.Süleymanov küçəsində yolun kənarından tapdığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5167 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2 məxsus maddə” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,126 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5168 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,061 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. - cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 134, 221.2.1, 221.3 və 228.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaqı davam etdirilmişdir. - cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Babək Bayramlının əlbir olduğu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-nin 133.2.1,133.2.3,133.2.6,134, 221.2.1,221.3 və 228.1-ci maddələri ilə ayrıca ********* saylı cinayət işi icraata ayrılmışdır. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəmkir şəhər sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə xuliqanlıq edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü və 228.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 93 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları, sol gözaltı nahiyənin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 21 yanvar 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol gözaltı nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 92 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanın arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 21 yanvar 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanın arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət işinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3 və 228.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 134 və 228.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 117 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthində sol körpücükaltı nahiyənin, sağ saidin orta üçdə birinin ön səthinin, aşağı üçdə birinin bayır səthinin, sol əlin 1-ci və 2-ci barmaqlarının, sol əlin 1-ci və 2-ci barmaqarası nahiyəsinin, sağ əlin 1-ci barmağının kəsilmiş yaraları (cəmi 7 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 27 yanvar 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ saidin orta üçdə birinin ön səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin ön səthində sol körpücükaltı nahiyənin, sağ saidin aşağı üçdə birinin bayır səthinin, sol əlin 1-ci və 2-ci barmaqlarının, sol körpücükaltı nahiyənin, sağ saidin aşağı üçdə birinin bayır səthinin, sol əlin 1-ci və 2-ci barmaqlarının, sol əlin 1-ci və 2-ci barmaqarası nahiyəsinin, sağ əlin 1-ci barmağının kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - götürülmə və baxış keçirilmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 döyülməsi zamanı çəkilmiş videonun yazıldığı bir ədəd disk Zərərçəkmiş şəxs3 götürülmüşdür. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.1.133.2.3, 133.2.6, 134, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1996-cı ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. - cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutulana kimi ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 134, 221.3 və 228.1-ci maddələri ilə ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - icaatın təzələnməsi haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 04/Ə saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanın arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 21 yanvar 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanın arxa səthinin sıyrığı və üst dodağın selikli hissəsinin əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə, müxtəlif küt əşyaların təsirindən yetirilə bilərdilər. Maddi sübut kimi “beş barmaq” təqdim edilmədiyindən həmin xəsarətlərin “beş barmaq” ilə yetirilib-yetirilməməsini konkret təyin etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 06/Ə saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları, sol gözaltı nahiyənin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 21 yanvar 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol təpə gicgah nahiyəsinin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol gözaltı nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə, müxtəlif küt əşyaların təsirindən yetirilə bilərdilər. Maddi sübut kimi “tapança” təqdim edilmədiyindən həmin xəsarətlərin “tapança” ilə yetirilib-yetirilməməsini konkret təyin etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 104/2020-MTBŞ saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 AB0 sistemi üzrə qan qrupu: B/İİİ/. Ekspertizaya təqdim edilən 02 ədəd plastmas çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edilməklə yalnız B antigeni alındı. Bu qan ləkələri B-alfa (İİİ) qruplu şəxsə, o çümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs3 məxsus ola bilər. - təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1996-cı ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2002-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. - cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi olan ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrə altında davam etdirilmişdir. Cinayət işi üzrə əməl CM-nin 133.2.1,133.2.3, 133.2.6, 134, 221.3 və 228.1-ci maddələrinə tövsif olunmuşdur. - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 döyülərək xəsarət alması barədə material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vəkil Müdafiəçi3 Zərərçəkmiş şəxs4 nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 43 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının, sol üst göz qapağının cərrahi tikişli əzilmiş yaraları, alın nahiyəsinin sağ və sol yarısının sıyrıqları, sağ və sol gözətrafə yuşaq toxumaların qançırları, sol gözün ağlı qişasına total qansızmalar, bel nahiyəsinin sol yarısında kürək xətti üzrə İ-İİ bel fəqərələri proyeksiyasının sıyrığı, sağ incik sümüyünün aşağı 1/3-nin qapalı az yerdəyişmiş sınığı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hisssəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 26 yanvar 2021-ci il tarixdə qeyd olunan nahiyələrə küt alətlə və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağ incik sümüyünün aşağı 1/3-nin qapalı az yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Vət. Zərərçəkmiş şəxs4 bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkün olmamışdır. - ittiham elan etmək və axtarış verərək şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. - ittiham elan etmək və axtarış verərək şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmişdir. - cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X18 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 1 il 11 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (CİLD 4, SƏH.215) - şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3, 133.2.3, 133.2.6, 134, 221.3, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-510/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir, əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-509/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. - cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi birləşdirilmiş, ********* nömrə altında istintaqı davam etdirilmişdir. -cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X43 canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1368 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ said nahiyəsinin aşağı üçdə birinin ön səthinin, sağ əlin 1-ci barmağının iç səthinin və sağ əlin ovuc səthinin kəsilmiş səthi yaraları iti kənarlı əşyaların, ola bilsin ki, sınmış şüşə qəlpələrinin təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X43 canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1369 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ sol gözətrafı yumşaq toxumalarının tış hissəsinin qançırı və üst dodağın selikli hissəsinə qansızma küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-1346/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 2 ay 2 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X28-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 24 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X28-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 182 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X28-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 23 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. - götürmə və baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2020-ci il tarixdə Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Rauf Sadıqov tərəfindən Zərərçəkmiş şəxs1 özünün və qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən döyülməsi zamanı mobil telefonla çəkilmiş videonun yazıldığı 1 ədəd “DVD” disk Zərərçəkmiş şəxs1 götürülmüş və baxış keçirilmişdir. Videogörüntü ümumilikdə 32 saniyədən ibarətdir. Video başlayanda görüntüdə ilk olaraq Zərərçəkmiş şəxs1 ayaq üstə olması, üzünün sol tərəfindən qan axması, arxa tərəfində isə qardaşı Zərərçəkmiş şəxs2 qara rəngli “VAZ 2107” markalı avtomobilin arxasına tərəf gedərək digər 2 nəfər şəxslə söhbət etməsi müşahidə olunur. Telefonla çəkiliş aparan, sol əlində qara rəngli, üzəri sarı metal olan əlcək geyinmiş şəxs əli ilə işarə verərək Zərərçəkmiş şəxs1 dizi üstə çökməklə Elman adlı şəxsdən üzr istəməsini tələb edərək onu təhqir edir və bir dəfə təpiklə onu vurur. Videonun qeyd olunan hissəsi dayandırılmış və Zərərçəkmiş şəxs1 ondan dizi üstə çökməsini tələb edən şəxsin Təqsirləndirilən şəxs1 kiçik qardaşı Bəylər olduğunu bildirmişdir. Arxa tərəfdə qardaşı Zərərçəkmiş şəxs2 ilə söhbət edən şəxslərin isə hündür boyu olan tayının Təqsirləndirilən şəxs1, boydan qismən kiçik olanın isə X18 olduğunu bildirmişdir. Videoya baxmağa davam etdikdə Bəylərin Zərərçəkmiş şəxs1 bacısına söyməsi, söyüşə etiraz edən Zərərçəkmiş şəxs2 isə Bəylər, Babək və Zaur tərəfindən vurularaq yerə yıxılması müşahidə olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 “bunu vurmayın demirəmmi, bəsdirin” sözlərini deyir. Onun əynində asma çanta müşahidə olunur. Bundan sonra Bəylər və Zaurun tələbi ilə Zərərçəkmiş şəxs1 dizi üstə çökərək Elman adlı şəxsdən və Zaurdan üzr istəyir. Sonra isə Bəylər Zərərçəkmiş şəxs1 üzərinə tüpürərək, onu təhqir edərək videonu söndürür. Videodan görünür ki. hadisə yeri yolun kənarıdır, arxa tərəfdə evlər var. Hadisə baş verən yerdə qara rəngli ??- CE-325 nömrəli, “VAZ 2107” markalı, nömrə nişanı görünməyən “VAZ 21015” markalı və “AUDİ” markalı avtomobilin olması müşahidə olunur. Hadisə zamanı yolun kənarında bir nəfər eynəkli şəxs dayanır. Digər tərəfdə isə 3 nəfər şəxs olması görünür. - səs yazılarına və videogörüntüyə dair bir ədəd “DVD” diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 işgəncə altında Rusiya Federasiyasında həmkəndliləri arasında baş vermiş qətl hadisələri ilə bağlı etiraflarına dair videogörüntüyə və səs yazılarına dair bir ədəd “DVD” diskə baxış keçirilmişdir. “DVD” diskdə bir ədəd videogörüntü və 3 ədəd səs yazısı vardır. Videogörüntünün müddəti 22 dəqiqə 15 saniyədir. Videogörüntüdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 tapşırığı və diktəsi ilə Rusiya Federasiyasında vaxtilə həmkəndliləri arasında baş vermiş qətl hadisələrindən danışır. Zərərçəkmiş şəxs3 avtomobilin arxa oturacağında əyləşmişdir. Videogörüntüdən aydın olur ki, avtomobildə arxa oturacaqda Təqsirləndirilən şəxs1 əyləşib və Əlizadəyə suallar verməklə danışmağa təkid edir. Ön oturacaqda isə Babək Bayramlı əyləşmişdir. Əlizadə sol qolunu aşağı salmış vəziyyətdə həyacanlı və kənar təsir altında danışır. Videogörüntünün 7:41 saniyəsində Əlizadə sol əlini ani olaraq yuxarı qaldırır və dərhal aşağı salır. Görüntündən tam görsənir ki, sol əlin barmaqlarına ağ rəngli əski, ya da sarğı bağlanmışdır. Zərərçəkmiş şəxs3 də ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işgəncə zamanı bıçaqla əllərinə və qollarına, əsasən də sol əlinə xəsarət yetirdiyi üçün sol əlindən qan axırmış, buna görə də Zaurun təkidi ilə əynindəki ağ rəngli maykanı çıxarıb əlinə bağlamışdır ki, qanın axılması dayansın. Diskdə 3 ədəd səs yazısı vardır. Birinci səs yazısı AUD-20200428-WA0002 saylı fayldadır. Müddəti 9 dəqiqə 28 saniyədir. İkinci səs yazısı AUD-20200428- WA0004 saylı fayldadır. Müddəti 2 dəqiqə 53 saniyədir. Üçüncü səs yazısı AUD-20200428- WA0005 saylı fayldadır. Müddəti 6 dəqiqə 34 saniyədir. Səs yazılar Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və Babək Bayramlı arasında baş vermişdir. Səs yazısı Babək Bayramlı tərəfindən mobil telefonun diktofonuna qeyd edilmişdir. Səs yazılarının məzmunu ondan ibarətdir ki, Zərərçəkmiş şəxs3 videoya çəkilməmişdən əvvəl fiziki və psixi zor tətbiq edilir ki, o, Rusiya Federasiyasında baş vermiş qətl hadisələrinin Şahid4 tərəfindən törədilməsini etiraf etsin. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 dediyi kimi danışmayanda sonuncu Zərərçəkmiş şəxs3 zor tətbiq edir və onu öldürəcəyi ilə hədələyir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 bildirir ki, əgər onun dediyi kimi danışsa onu öldürməyəcək, sərbəst buraxacaq. Əlizadə də Zaura yalvararaq bildirir ki, ona heç nə etməsin, arxasında dursun. Zaur bildirir ki, videoya çəkəcəyi danışığı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə göndəriləcək və qətli törətmiş şəxslər cəzalandırılacaqdır. Baxışda iştirak edən Babək Bayramlı da bildirmişdir ki, videogörüntünü Təqsirləndirilən şəxs1 tələbi ilə o, çəkmişdir. Səs yazılarını da, avtomobildə Təqsirləndirilən şəxs1 xəbərsiz istifadəsində olan mobil telefonun diktofonuna qeyd etdirmişdir. Həmin səs yazılarında danışıqlar o, Əlizadə və Zaur arasında baş vermişdir. - telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 08 yanvar 2021-ci il tarixli, 480 nömrəli və 19 iyun 2020-ci il tarixli, 9489 nömrəli məktublara əlavə edilmiş 2 ədəd “CD” diskə xidməti “HP” kompüterində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***- ***-**-**, X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə 01 yanvar 2020-ci il tarixdən 01 may 2020-ci il tarixədək olan müddət ərzində aparılan danışıqlara baxış keçirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində 21 yanvar 2020-ci il tarixdə ona zəng edilib hadisə yerinə çağırıldığını göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 21 yanvar 2020-ci il tarixdə daxil olan və çıxan zəng müəyyən edilməmişdir. ***-***-**-** mobil nömrəsinə baxış zamanı qeyd olunan nömrənin 21 yanvar 2020-ci il tarixdə iş üçün əhəmiyyət kəsb edən zənglərin hadisənin saat 18 radələrində olmasını nəzərə aldıqda saat 17:44-də ***-***-**-**, saat 17:47-də olan ***-***- **-**, saat 17:58-də olan (Babək Bayramlının istifadəsində olan) ***-***-**-**, saat 18:27-də olan ***-***-**-**, saat 18:31-də olan ***-***-**-**, saat 19:11-də olan ***-***-**-** mobil nömrələrlə əlaqə saxlanıldığı müəyyən edilmişdir. 08 yanvar 2021-ci il tarixli, 480 nömrəli məktubla göndərilmiş “CD” diski üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrələrə sorğulanan tarixlərdə aparılan danışıqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 20 yanvar 2020-ci il tarixdə, saat 17:35-də Babək Bayramlı istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq 93 saniyə danışmışlar. 21 yanvar 2021-ci il tarixdə, saat 17:03, saat 17:44 və saat 18:13-də tərəflər arasında telefon danışığı olmuşdur. Həmin tarixdə, saat 17:44-də ***-***-**-** mobil nömrənin anten dairəsi hadisənin baş verdiyi Şəmkir rayonu, İrmaşlı kəndini göstərir. Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** və Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə aparılan danışıqlarda sübut əhəmiyyəti kəbs edən sms mətnləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs3 oğlıınun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə hadisənin baş verdiyi 27 yanvar 2020-ci il tarixdə sonuncu dəfə saat 20:20-da 050-503-59- 80 mobil nömrəsi ilə danışmışdır. Növbəti dəfə 28 yanvar 2021-ci il tarixdə, saat 00:06-da ***-***-**-** mobil nömrəsi ilə, saat 00:31 və saat 00:32-də ***-***-**-** mobil nömrəsi ilə, saat 01:28-də ***-***-**-** mobil nömrəsi ilə, saat 01:33-də ***-***-**-** mobil nömrəsi ilə, saat 01:39-da ***-***-**-** mobil nömrəsi ilə, saat 02:15, 02:21 və 02:23-də 050- ***-**-** mobil nömrəsi ilə, saat 02:26, 02:56 və 03:18-də Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. - diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, kişi cinsinə mənsub iki şəxs insanların gəliş-gedişi intensiv olan obyektlərin qarşısında səkidə Zərərçəkmiş şəxs4 arxadan yaxınlaşaraq yumruq və təpiklə döyərək yerə yıxırlar. Zərərçəkmiş şəxs4 yerə yıxıldıqdan sonra da həmin şəxslər onu təpiklə vurmağı davam etdirirlər. Ətrafdan oraya adamlar toplaşdığı üçün həmin şəxslər oradan uzaqlaşmaq istəyəndə həmin şəxslərdən biri geri qayıdaraq yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 mobil telefonuna videoya çəkərək sonuncuya təpiklə zərbə vurduqdan sonra gəldikləri istiqamətdə oradan uzaqlaşmışlar. 38 saniyə ərzində həmin şəxslər Zərərçəkmiş şəxs4 döyürlər. Münaqişə vaxtı oradan keçən şəxslər dayanıb hadisənin şahidi olurlar. Bundan başqa “CD” diskdə Zərərçəkmiş şəxs4 səkidə yerdə yıxılmış kürəyini divara söykənmiş vəziyyətdə sifət və baş nahiyyəsi qanlı vəziyyətdə olmasına dair 4 dəqiqə 8 saniyəlik videogörüntü vardır. Videogörüntüdə Zərərçəkmiş şəxs4 2 saniyəlik videogörüntüsü davamlı şəkildə təkrarlanır. Təqsirləndirilən şəxs3 videogörüntünü səsli formada montaj edərək Zərərçəkmiş şəxs4 ünvanına nalayiq ifadələr işlədir. “CD” diskə baxış zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, videogörüntüdə döyülən şəxs odur. Həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona arxadan yaxınlaşaraq döyürlər. Yerə yıxıldıqdan sonra da sonuncular onu təpiklə vururlar. Təqsirləndirilən şəxs3 mobil telefonu ilə onun qısa videosunu çəkib sifətinə təpiklə zərbə vurur. Videogörüntüdə onun ünvanına səslənən nalayiq ifadələri Təqsirləndirilən şəxs3 işlədir. - telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli və mobil telefonlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 15 oktyabr 2021-ci il tarixdə günorta saatlarından başlayaraq gecə saat 22:36-dək ünvan 12inin ərazisini göstərir. Həmin tarixdən əvvəl və sonra mobil nömrənin anten dairəsi Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Naxçıvanski və E.Süleymanov küçələrini göstərir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 tutulanadək Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 130 ünvanında kirayədə yaşamışdır. ***-***-**-** saylı mobil nömrənin 22 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Nizami rayonu, E.Süleymanov küçəsi, ev 122, mənzil 130 ünvanında saxlanılarkən baxış zamanı götürülmüş sonuncuya məxsus “İphone” markalı mobil telefondan istifadə olunması müəyyən olunmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə xx.xx.2022-ci tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. - şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. ( - zərərçəkmiş şəxs X12 istintaqda ərizə verərək təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən və əvəzləmə kartının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2023-cü il təvəllüdlü dörd övladı vardır. -hamiləliyin ultrasəs müayinəsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Məmmədova Tamamzər 10 həftə 3 günlük hamilədir. -X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə həkim-travmatoloq-ortoped Məzahir Məmmədov tərəfindən “Xarici fiksator (İlizarov) vasitənin tətbiqi” ilə əməliyyat olunmuşdur. Güllə yaralanması, sol said bazu sümükləri, sol qalça sümüyünün açıq sınığı, qarın boşluğu laparotomiyadan sonrakı vəziyyətlə əlaqədar yataq rejimi tətbiq olunmuşdur. - Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli, **********420 nömrəli notarial ərizəsindən görünür ki, o, ünvan 12i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və iddiası yoxdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-200/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-200/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-11/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdarda hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş əməlinə münasibətdə isə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələməsi ilə bağlı cinayət hadisəsi 27 yanvar 2020-ci il tarixdə baş vermiş, bununla da artıq cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 75.1.1-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tuturcinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qəsdən bir qrup şəxs halında təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə işgəncə verməklə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar verməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlaması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, videogörüntülərlə, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə şahidlər Şahid1, Şahid6, Şahid2 ifadələrini Təqsirləndirilən şəxs1 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 həmin maddələrlə cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 221.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1283/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 02 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 02 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 221.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1283/2024 saylı hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 2 gün müddətinə hissəsi hazırkı hökmlə təyin edilməli olan cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlanılmasının bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlaması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, videogörüntülərlə, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə şahidlər Şahid1, Şahid6, Şahid2 ifadələrini Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 həmin maddələrlə cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməllər az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, himayəsində 4 azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlanılmasının bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla nəzərə alınmalıdır. Bundan başqa məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməllərdə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında, təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, videogörüntülərlə, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə şahidlər Şahid1, Şahid6, Şahid2 ifadələrini Təqsirləndirilən şəxs3 müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 həmin maddələrlə cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-nin 66-cı maddəsinə uyğun olaraq təyin olunmuş cəzalar birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Məhkəmə qeyd edir ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayət əməlini xx.xx.2020-ci il tarixdə, yəni yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, digər epizodlar üzrə cinayət əməlini yetkinlik yaşına çatdıqdan sonra törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun yetkinlik yaşına çatmadığı dövrdə yəni, xx.xx.2020-ci il tarixdə törətdiyi az ağır cinayətlər kateqoriyasına aid olan xuliqanlıq cinayəti üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti olan 3 il 6 ay (müddətin yarıbayarı azaldılması nəzərə alınmaqla) müddətin keçməsini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs3 məhz həmin epizod üzrə cəza təyin edilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi əməllər az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli qismən etiraf etməsini, cinayət əməlinin bir hissəsini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra halhazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, ondan başqa iki qardaşının da hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmasını və barələrində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin məqsədəmüvafiq hesab edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırkı işlə bağlı həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan 4,026 qram və 3,961 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 375 manat ekspertiza xərcinin 163 manatı Təqsirləndirilən şəxs1, 163 manatı Təqsirləndirilən şəxs2 və 49 manatı Təqsirləndirilən şəxs3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə edən, dövlət hesabına təyin edilmiş vəkilin məhkəmədə iştirak etdiyi müddət 124 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 744 (yeddi yüz qırx dörd) manat (124x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 2(iki) ay 2(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs1 qəti 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs3 qəti 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yeri üzrə Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan 4,026 qram və 3,961 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 375 manat ekspertiza xərcinin 163 manatı Təqsirləndirilən şəxs1, 163 manatı Təqsirləndirilən şəxs2 və 49 manatı Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 124 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi5 744 (yeddi yüz qırx dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar