Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-30/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nün əməkdaşlar tərəfindən 21 may 2023 cü il tarixdə saat təxminən 03 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizəmi RPİ-nin 25-ci PŞ-nə gətirilib, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan cəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-horoin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ Post-patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 21 may 2023-cü il tarixdə xidməti ərazidə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və ona verilmiş suallara qeyri adekvat cavablar verdiyindən narkotik vasitənin istifadəçisi olmasından şübhələnmiş və həmin şəxsi Nizami RPİ-nin 25ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs ilk öncə polis şöbəsinə getməyə etiraz etsə də, sonradan razılaşmış, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. PŞ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsin üzərinə axtarış və götürülmə aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bır ədəd siqaretin gümüşü kağızında olan bükümdə içərisində qəhvəyi rəngli maddəni təqdim etmiş, «kola» kimi tanıdığı heroin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ Post-patrul xidməti bölüyü polis nəfəri Kələntərov X2 RPİ Post-patrul xidməti bölüyü polis nəfəri Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 may 2023-cü il tarixdə yaşadığı binanın həyətində olan zaman polis əməkdaşları ona yaxınlaşmış, bir nəfərlə maraqlanmış, bu binada yaşayıb-yaşamamasına dair suallar vermiş, o da öz növbəsində həmin şəxsi tanımadığını bildirmişdir. Daha sonra onunla polis əməkdaşları arasında sözlə mübahisə yaranmış, sonradan mübahisə daha da böyümüşdür. Polis əməkdaşları onu Nizami RPİ 25-ci PŞ-nə gətirmiş, bütün gecəni bölmədə keçirmiş, səhəri gün günortaya yaxın vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Lakin narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu və təzyiq altında olduğu üçün razılaşdığını bildirmişdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, geca təxminən 01:00 radələrində tutulmuş, gecə səhərə kimi bölmədə qalmış, qolunda qandal olmamış, təbii ehtiyaclarını ödəmək üçün ona şərait yaradılmış, səhərə yaxın isə səhhətində problemlər yarandığı üçün X11 çağırılmış və ona yardım göstərilmişdir. Üzərinə şəxsi axtarış və götürmə isə səhəri gün günorta radələrində aparılmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş və dindirilmiş keçmiş Nizami RPİ-nin 25 ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxsin üzərinə baxış xx.xx.2023-cü il tarixdə səhər 05:00 radələrində keçirilmişdir. Həmçinin dövlət ittihamçısının Şöbəyə X11 çağırılması ilə bağlı məlumatının olubolmamasına dair sualına cavab olaraq bildirmişdir ki, onun bu bərədə məlumatı yoxdur, belə ki, qeyd olunan vaxtda öz iş otağında olmuş, belə bir hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cinayət işinin 4-cü səhifəsində öz əksini tapmış xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqlərində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarışın keçirilməsinə 04:20 radələrində başlanılmış, 04:35-də isə başa çatmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Verilən suallara cavab olaraq qeyd olunan narkotik vasitəsinin heroin olduğunu, Sabunçu rayonu ərazsisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Qeyd olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, şahidlər Şahid2, Şahid1 və Bayramov Şamil tərəfindən imzalanmışdır. Şəxsi axtarış 04:20-də başlanmış, 04:35-də qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 21 may 2023-cü il tarixli, 6/2939 nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan olan "Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan DİN BƏSİİ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5- X6 dair xx.xx.2023-cü il tarixli, 3595 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon məhkəməsinin 04 dekabr 2023-cü il tarixli sorğusuna cavab olaraq AR-sı “TƏBİB” X13 “Respublika Təcili və X3 Mərkəzi” X13 tərəfindən məhkəməyə ünvanlanmış 06 dekabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 05:00-da “103” xidmətinə Nizami rayonu 25-ci PB-nin özünə “Qadir”adlı şəxsin adına “qıcolma” səbəbi ilə çağırış daxil olmuşdur. Xəstə Təqsirləndirilən şəxs “Nevrotik vəziyyət” diaqnozu qoyulmuş və müvafiq tibbi yardım göstərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 544/2023 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "Bakcell” MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-14987/23 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən və "xxxx" MMC-nin xx.xx.2023 məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi: 21 may 2023-ci il tarixdə saat 02:47-dən 20:27-dək davamlı olaraq və heç bir dəyişmə olmadan Bakı şəhəri, Kamil Balakişiyev küçəsi,40 olmuşdur.(Nizami RPİ 25-ci PB-nin ünvanı) Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin istintaq dövründə müdafiəçisi Müdafiəçi2 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin qeyd olunan ünvanda olması qeydə alınmamışdır. Müdafiəçi2 istifadəsində olan digər ***-***-**-** mobil nömrənin anten dairəsi (anten adı “Nasim 7 8-ci km Qes., Gülüstan küç. kimi qeyd edilmişdir) 21 may 2023-ci il tarixdə saat 12:14-dən 13:57-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 7 ünvanı) Beləliklə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxsin ittihamda göstərilən halların əksinə olaraq onun 21 may 2023-cü il tarixdə saat 02:47 radələrində Nizami RPİ 25-ci PB-nə gətirilməsi, gecə boyunca həmin bölmədə saxlanılması, yalnız səhəri gün günorta saat 12:14 radələrində müvafiq sənədləşdirmə aparılmaqla üzərində videoçəkilişlə axtarış aparılması əsas olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokola əsasən şəxsin üzərinə baxışın keçirilməsinə 04:20-də başlanılması qeyd edilsə də, məhkəmə qərarı əsasında əldə edilmiş anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Nizami RPİ 25ci PŞ-də saat 12:14-dən etibarən olmuşdur. Həmçinin iş üzrə digər məqam Nizami rayon məhkəməsinin 04 dekabr 2023-cü il tarixli sorğusuna cavab olaraq “TƏBİB” Respublika TTTYM X13indən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2023-cü il tarixdə Nizami RPİ 25-ci PB-nə saat 05:00 radələrində Təqsirləndirilən şəxs adına çağırış daxil olması və ona müvafiq tibbi yardımın göstərilməsi müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə barədə protokola əsasən şəxsin üzərində müvafiq istintaq hərəkəti də təxminən eyni radələrdə ( protokola əsasən 04:35-də yekunlaşdığı qeyd edilmişdir) həyata keçirilmişdir. Bu da öz növbəsində şəxsin üzərinə protokolda qeyd olunan saatda şəxsi axtarışın keçirilməsini və qeyd olunan müddət ərzində şəxsin üzərində narkotik vasitənin qalması ehtimalını şübhə altına qoymuş olur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında uzun müddətin (daha dəqiq 09 saat 20 dəqiqədən az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitənin olub-olmaması halının yoxlanılmaması, doqquz saatdan artıq vaxt ərzində şübhəli şəxsin bölmədə otaqların birində tək olmasını, qolunda qandalın olmamasını, gecə boyunca təbii ehtiyacını ödəməsi üçün şəraitin yaradılmasını və səhhətində problem yarandığı üçün ona tibbi yardımın göstərilməsini nəzərə alaraq, həmin narkotik vasitənin onun üzərində olması ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmuş olsaydı belə, onu atması üçün kifayət qədər imkanının olması açıq-aşkardır. AR-sı CPM-nin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs Mursəməd oğlunun 03:00 radələrində azadlığını məhdudlaşdırılması qeyd olunmuş və protokolun 03:55 radələrində tərtib olunduğu əks olunmuşdur. Lakin iş üzrə müəyyən edilmişdir ki, şübhəli şəxsin müdafiəçisi Müdafiəçi2 xx.xx.20236-cü il tarixdə 12:14 radələrində 25-ci PŞ-də olmuşdur. Bu da qeyd olunan protokolun tərtib olunma vaxtını şübhə altına qoymuş olur. Həmçinin iş üzrə təyin edilmiş Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 3595 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Qeyd olunan fakt Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını bir daha şübhə altına qoymuş olur. Bu da öz növbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirmə protokolunda qeyd olunan “hər gün narkotik vasitə istifadə etməsi” ilə bağlı ifadəsinin reallığı əks etdirmədiyini və təzyiq altında verdiyini bir daha sübut edir. Eyni zamanda iş materiallarında olan şahid Nizami RPİ Post-patrul xidməti bölüyü polis nəfəri Şahid2 və Nizami RPİ Post-patrul xidməti bölüyü polis nəfəri Şahid1 şahid qismində dindirilməsinə dair protokolda vəkilin iştirakı olmadan şəxsi axtarış aparıldığı qeyd olunsa da, CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin vəkilin iştirakı ilə aparıldığı müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan üzləşdirmə protokollarında eyni şahidlər tərəfindən verilmiş ifadələrdə şəxsin üzərinə baxışın gecə saatlarında, havanın qaranlıq vaxtı keçirilməsi qeyd olunmuşdur ( Şəxsi axtarış və götürmə günorta təxminən 12:14 radələrində keçirildiyi halda). Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokolları qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı sübutlarla inkar edildiyindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin və reallığı əks etdirməyən şahid ifadələrinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələr mötəbər sayılmalı və qəbul edilməlidir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə reallığı əks etdirməmiş, təzyiq altında verilmişdir. Belə ki, təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz polisin nəzarəti altında olduğu halda verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Eyni Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. AR-sı CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut olan narkotik vasitə heroinin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,138 qram olan narkotik vasitə heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Nizami RPİ-də saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş anten məlumatlarını özündə əks etdirən 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 92 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbayçan Respublikası Çinayət Prosessual Məçəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,138 qram narkotik vasitə olan heroin araşdırma sona çatanadək Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş anten məlumatlarını özündə əks etdirən 02 ədəd CD disk maddi sübut qismində tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 92 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-30/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-30/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver