Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-302/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi, A.Qurban küçəsi ev 5, mənzil 2-də qeydiyyatda olan, 20 iyun 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək qərəzli xuliqanlı hərəkətləri etmişdir. Belə ki, o, 12 noyabr 2021-ci il tarixdə saat 20:45 radələrində qohumu Şahid ilə birlikdə sonuncunun idarə etdiyi “Volkswagen Passat” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizamı rayonu, Babək prospekti, 74 ünvanında hərəkətdə olarkən eyni ünvanda “Opel Astra” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan Zərərçəkmiş şəxs ilə sürücü Şahid arasında yol vermək üstünlüyü ilə bağlı baş vermiş sözlü mübahisə zamanı o, Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ictimai yer olan, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qəsdən baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun belinin şişkinlik halında əzilməsi və sıyrığı ilə müşayiət olunan burun sümüyünün ikili yerdəyişməsi sınığı kimi xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanında yerləşən “Yeni təkər” bazarında usta işləyən əmisi oğlu Şahid yanında fəhlə işləyir. 12 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində evdə olan zaman Əhməd ona bildirmişdir ki, iş yerindən zəng gəlmişdir ki, yük daşıyan avtomobillə nasaz avtomobil gətirilmişdir, gedib onu yerə düşürsünlər. O, razılaşmış və birlikdə Əhmədin idarə etdiyi “Volkswagen Passat” markalı **-ZF-*** qeydiyyat nişanlı avtomobilə minmişlər, NZS qəsəbəsindən Babək prospektinə çıxaraq Yeni Günəşli istiqamətində hərəkət edərək Babək prospekti 74-də yerləşən “Astoriya” hotelinin qarşısından dönərək şəhər istiqamətində hərəkət etmək istədikdə sonradan tanıdıqları Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı **-TY-*** markalı avtomobillə onlara yol vermək istəməmişdir. Əhməd çətinliklə geriyə döndükdə hiss etmişlər ki, Vüqar onlara qarşı nalayiq sözlər işlədir. Bundan sonra Əhmədlə Vüqarın hər ikisi avtomobili prospektin sağ tərəfinə verib saxlamışlar. Əhməd avtomobildən düşüb ona yaxınlaşaraq nə üçün ünvanlarına söyüş söydüyünü demişdir. Vüqar demişdir ki, guya ona yol verməmişlər, buna görə də onları söymüşdür. Bundan sonra Vüqar söyüşlərini davam etdirdikdə o, yaxınlaşaraq Vüqardan söyüşlərini dayandırmağı tələb etmişdir. Vüqar söyüşlərini davam etdirdiyi üçün bir dəfə başı ilə onun sifətindən vurub xəsarət yetirmiş, bundan sonra Əhmədlə birlikdə avtomobilə minərək oradan uzaqlaşıb yaxınlıqda yerləşən iş yerlərinə getmişlər. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən Əhmədlə birlikdə iş yerlərində olarkən polis əməkdaşları oraya gəlib onları Nizami RPİ-nin 23-cü polis bölməsinə aparmışlar. Bölmədə hər şeyi etiraf edərək izahatlarını da vermişlər. Aralarında mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir, mübahisənin baş verməsinin səbəbi Vüqarın heç bir əsas olmadan onları söyməsi olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə saat təxminən 20:45 radələrində baş etibarnamə ilə idarə etdiyi və taksi xidməti ilə məşğul olduğu “Opel Astra” markalı **- TY-*** qeydiyyat nişanlı avtomobillə müştərini düşürdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkət etmişdir ki, şəhərin mərkəzinə getsin. Prospektin sağ tərəfində yerləşən 74 saylı ünvandakı “Astoriya” hotelinin qarşısından keçən yerdən qabaqda qarşı hərəkət istiqamətindən gələn “Volkswagen Passat” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil döngədən burularaq qarşısına çıxmışdır. O, həmin avtomobili vurmamaq üçün ayağını avtomobilin tormoz əyləcinə basmış və həmin avtomobilin sürücüsünə öz iradını bildirmişdir. Bundan sonra qarşı tərəfdə, yolun sağ hissəsində əvvəlcə həmin avtomobil, arxasında isə o, saxlamışdır. Həmin avtomobilin sonradan tanıdığı sürcüsü Şahid ona yaxınlaşaraq əlindən tutub nə üçün onları söydüyünü bildirmişdir. O, Əhmədə söyüş söymədiyini, yalnız nə üçün belə avtomobili idarə etməklə bağlı iradını bildirdiyini demişdir. Əhmədlə söhbət edən zaman, avtomobildə olan sərnişin, sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq irad bildirib güya onların ünvanına söyüş söydüyünü dedikdə Məhəmmədə demişdir ki, sürücü avtomobili narahat idarə etdiyi üçün öz iradını bildirmiş, söyüş söyməmişdir. Onun bu sözünə baxmayaraq Məhəmməd başı ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Məhəmmədlə Əhməd avtomobilə minib getmişlər. O, bir qədər yolun kənarında dayanmış və Məhəmmədin onu vurması nəticəsində xəsarət aldığını hiss edib 102 xidmətinə zəng edib məlumat verərək Nizami RPİ-nin 23-cü polis bölməsinə gedib olanlar barədə ərizə vermişdir. Orada izahatını aldıqdan sonra hadisə yerinə gedərək birlikdə baxış keçirmişlər, bundan sonra 3 saylı şəhər xəstəxanasına getmişdir. Orada məlum olmuşdur ki, Məhəmmədin vurması nəticəsində burnu əzilmiş və sınmışdır. Aralarında mübahisə 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt Əhməd onu vurmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəyib üzrxahlıq etdiyinə görə onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanında yerləşən “Yeni təkər” bazarında usta işləyir. Təqsirləndirilən şəxs ilə əmioğludurlar və eyni ünvanda, ayrı-ayrı evlərdə yaşayırlar. 12 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində evdə olan zaman iş yerindən zəng gəlmişdir ki, yük daşıyan avtomobillə nasaz avtomobil gətirilmişdir, gəlib onu yerə düşürsün. Həmin vaxt əmisi oğlu Məhəmmədə demişdir ki, birlikdə gedərək iş yerinə dəyib gəlsinlər. Məhəmməd razılaşmış və birlikdə ona məxsus “Volkswagen Passat” markalı **-ZF-*** qeydiyyat nişanlı avtomobilə minmişlər və avtomobili idarə edərək NZS qəsəbəsindən Babək prospektinə çıxaraq Yeni Günəşli istiqamətində hərəkət etdirib Babək prospekti, 74-də yerləşən “Astoriya” hotelinin qarşısından dönərək şəhər istiqamətində hərəkət etmək istədikdə sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı **-TY-*** qeydiyyat nişanlı avtomobili ilə ona yol vermək istəməmişdir. O, çətinliklə geriyə döndükdə hiss etmişdir ki, Vüqar onlara qarşı nalayiq sözlər işlədir. Bundan sonra hər ikisi avtomobili prospektin sağ tərəfinə verib saxlamışlar. Avtomobildən düşüb Vüqara yaxınlaşaraq nə üçün ünvanlarına söyüş söydüyünü bildirmişdir. Vüqar demişdir ki, güya ona yol verməmişlər və buna görə də onları söymüşdür. Bundan sonra Vüqar söyüşlərini davam etdirdikdə Məhəmməd onlara yaxınlaşaraq Vüqardan söyüşlərini dayandırmağını demişdir. Lakin Vüqar söyüşlərini davam etdirdiyi üçün Məhəmməd bir dəfə başı ilə Vüqarın sifətindən vurmuşdur. Bundan sonra avtomobilə minərək oradan uzaqlaşıb yaxınlıqda yerləşən iş yerlərinə getmişlər. 13 noyabr 2021-ci il tarixdə səhər tezdən Məhəmmədlə birlikdə iş yerlərində olan zaman polis əməkdaşları oraya gəlib onları 23-cü polis bölməsinə aparmışlar. Bölmədə hər şeyi etiraf edərək izahatlarını vermişlər. Vüqarla aralarında mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisənin baş verməsinə səbəb Vüqarın heç bir əsas olmadan onları söyməsi olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 mart 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 12 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 noyabr 2021-ci il tarixli 993 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun belinin şişkinlik halında əzilməsi və sıyrığı ilə müşayiət olunan burun sümüyünün ikili yerdəyişməsi sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. (i.v. 22-23) - 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs və Şahid Rəfail oğlunun barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda hadisə vaxtı hər hansı qanunazidd əmələ yol vermədiyindən Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 57-59) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə icraata xitam verilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, Babək prospektində, ictimai və şəxsi nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yolda baş vermişdir, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai yer olan, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qəsdən baş nahiyyəsi ilə zərərçəkmiş şəxsin üz nahiyəsindən vurub sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 41) - 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 80-81) -Məhkəməyə təqdim edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs qismən səfərbərliyə cəlb edilərək Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddə ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı Talış- Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş əməliyyatlarında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb ediliyini, əməlindən səmimi peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Həmin Qərarın 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halların məcmusunu, habelə əməlində cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə, təqsirləndirildiyi CM-nin 221.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş, qanunvericiliyin tələbinə əsasən təyin edilməli olan cərimə cəzasının aşağı həddindən də az cəza təyin etməyi onun islah və yenidən tərbiyə olunmasına, cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə bu hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, maddənin sanksiyasında müəyyən edilmiş cərimə növündə cəzanın aşağı həddindən də az cəza təyin edilməklə 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-302/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-302/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver