Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-302/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 8A, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmək məqsədilə 21 fevral 2024-cü il tarixdə saat 21 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi kart hesabına 140 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 18 ünvanında yerləşən yaşayış binasının girişinə qoyulmuş yerdən təmiz çəkisi 0,806 qram olan, xeyli miqdarda psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 18 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinə gətirilməklə idarədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən bir ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,806 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də, 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdardan az miqdarda, 1,94 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ay əvvəl psixotrop maddə hesab edilən metamfetamini dəmir falqa vasitəsi ilə, qurudulmuş marixuananı isə son 1 il ərzində papiros vasitəsi ilə çəkərək qəbul etmişdir. Metamfetamini və marixuananı 21 fevral 2024cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanında, yaşayış evinin blokundan sosial şəbəkə vasitəsi ilə tanış olduğu, lakin adını bilmədiyi və üzünü görmədiyi Türkiyə Respublikasına aid +**********82 mobil nömrənin “Whatsapp” mobil tətbiqi ilə ona yazan şəxsdən “zakladka” yolu ilə şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. 21 fevral 2024-cü il tarixdə saat 23 radələrində həmin narkotik vasitələri göstərdiyi ünvandan, qeyd etdiyi üsulla əldə edib cibinə qoyub uzaqlaşmaq istədikdə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu şübhəsinə görə onlarla birlikdə Nizami rayon polis idarəsinə getməsini təklif etmişlər. Həmin vaxt onun cibində “patı”, yəni metamfetamin və marixuana olsa da şübhə yaranmaması üçün polislərin təklifini qəbul etmiş, onlarla birlikdə polis idarəsinə getmişdir. Yolda ona diqqət yetirdikləri üçün cibində olan narkotik vasitələri tullaya bilməmiş, idarədə şəxsi axtarışı keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmiş, bu səbəbdən o, əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibində saxladığı 01 ədəd şəffaf politelen bükümdə metamfetamini, 01 ədəd yapışqan lentlə bükülmüş şəffaf polietilen bükümdə qurudulmuş marixuananı, şəxsiyyət və xidməti vəsiqəsini, 01 ədəd bank kartını, terminal qəbzini və göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı 01 ədəd “Honor” markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, səmimi olaraq həmin psixotrop maddəni və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün tanımadığı şəxsdən “zakladka” yolu ilə əldə etməsini etiraf etmiş, üzərinə axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərində aşkar edilən narkotik vasitələrdən əlavə onda hər hansı narkotik vasitə olmamış, üzərində aşkar edilmiş metamfetaminlə qurudulmuş marixuananı ümumilikdə 140 manata almışdır. Həmin şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazışmış, həmin şəxsin ona göndərdiyi mobil nömrəsinə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “Mega Store” marketinin içərisində olan “Milliön” aparatı vasitəsi ilə “M-10” tətbiqi ilə göndərmiş, pulu qabaqcadan həmin tarixdə göndərdikdən sonra qeyd olunan şəxs narkotik vasitələri yerləşdirdiyi yeri “Whatsapp” mobil tətbiqində şəklini göndərərək narkotik vasitə və psixotrop maddənin yerini göstərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki zorakılığa məruz qalmamışdır. Törətdiyi cinayət əməlindən əvvəl cəmi 1-2 dəfə narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə aludəçisi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Nizami rayonu ərazisində “Anar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan təxirəsalınmaz əməliyyat tədbirləri çərçivəsində 21 fevral 2024-cü il tarixdə saat 23:30 dəqiqədə Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tərəflərindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 18 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Nizami rayon polis idarəsinə gətirilmiş, Nizami rayon polis idarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs bu barədə qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd şəffaf sellofan bükümdə üzəri qara yapışqan lentlə bükülmüş şəffaf polietilen bükümü, şəxsiyyət vəsiqəsini, 01 ədəd 4169 7388 9716 7999 nömrəli “Birbank” kartını, 01 ədəd üzərində **********23 nömrəsi olan və 140 manat ödəniş göstərilmiş terminal qəbzini, həmçinin, göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı 01 ədəd “Honor” markalı mobil telefonu çıxardıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdən birində “patı”, digər bükümdə isə “marixuana” olmasını, həmin bükümlərdəki maddələri 21 fevral 2024-cü il tarixdə tanımadığı şəxsdən “zakladka” yolu ilə şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını və əldə etdiyi narkotik və psixotrop maddələrin qarşılığında tanımadığı şəxsə 140 manat terminal ödənişini etdiyini bildirmişdir. Bütün bu qeyd edilənlər videoçəkilişlə qeydə alınmış, aşkar edilən bükümlərdəki maddələrin tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin aparılmasına dair protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbirinin gedişi zamanı və polis idarəsində olduğu müddətdə tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, həmin şəxs özünü səmimi apararaq əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib, daşıması və saxlaması faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 21 fevral 2024-cü il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şübhəli şəxs bu barədə qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd şəffaf sellofan bükümdə üzəri qara yapışqan lentlə bükülmüş şəffaf polietilen bükümü, şəxsiyyət vəsiqəsini, 01 ədəd 4169 7388 9716 7999 nömrəli “Birbank” kartını, 01 ədəd üzərində **********23 nömrəsi olan və 140 manat ödəniş göstərilmiş terminal qəbzini, həmçinin, göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı 01 ədəd “Honor” markalı mobil telefonu çıxardıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdən birində “patı”, digər bükümdə isə “marixuana” olmasını, həmin bükümlərdəki maddələri 21 fevral 2024-cü il tarixdə tanımadığı şəxsdən “zakladka” yolu ilə şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını və əldə etdiyi narkotik və psixotrop maddələrin qarşılığında tanımadığı şəxsə 140 manat terminal ödənişini etdiyini bildirmişdir. Aşkar edilən bükümlərdəki maddələrin tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin aparılmasına dair protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər diskə köçürülməklə protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. (i.v. 33-34) - 21 fevral 2024-cü il tarixli ********** əməliyyat nömrəli qəbzdən görünür ki, +**********23 saylı telefon nömrəsinin M10 hesabına 21 fevral 2024-cü il tarixdə saat 21:38:29-da 140 manat pul köçürülərək ödəniş edilmişdir. (i.v. 35) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2024-cü il tarixli 3-16-16/2- 6/1043 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,806 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,806 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,756 qram qalıq qalmışdır. (i.v. 52-56) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2024-cü il tarixli 3-16-16/2- 6/297 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 1,94 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,89 qram qalıq qalmışdır. (i.v. 58-61) - 23 fevral 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefonun “Kontakt” bölməsinin yaddaşında “K1” adı ilə qeydə alınmış +90 543 *** ** ** xarici (Türkiyə Respublikası) mobil nömrə olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd edilən nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə SMS-lə danışaraq “zaklatka” yolu ilə narkotik vasitələri əldə etməsini bildirmişdir. Bundan əlavə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus mobil telefonun “Whatsapp” mobil tətbiqində aşağıdakı SMSlərin olması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs: Salam Abi necəsən? Hazır Kladın var P... Və ota ikisi biryerdə? 1 qr P - 2 qr ot? Bir klad? Abiiiiii K1: Salam Bir yerde yox ayri ayri var Təqsirləndirilən şəxs: Yaxın yaxın var K1: he Təqsirləndirilən şəxs: Sn ütksndə bunu Qoca deyir sənə Ürəksən K1: >>>>> DİQQƏTLƏ OXU <<<<< !!!TƏTBİQDƏN VURMA !!! YALNİZ MİLLİÖN APARATİNDAN M10 Seçirsən +**********23 Nömrəni daxil edib məbləği vurursan Təqsirləndirilən şəxs: 10 dq atıram abi həmişəki kimi 80+60 K1: Konuma gel bloka gir birinci mertebede iware qoyduqmu yerde demirin icinde 2 qr ot RRRRRRRRR ½ wnurlarin arxasında iware olunan yerde 1 gr pt Təqsirləndirilən şəxs: Ok götürdüm bunu Abi bidənə dəqiqləşdirdə əlimi altdan soxum K1: He altdaki devviyden Təqsirləndirilən şəxs: Blokda dəyanıblar girdim yeri gördüm dalımla girdilər götürə bilmədim, aralaşsınlar qalxım Abi mən aralanıram burdan Yavnı meşad edillər:( bəxdimdəndi elə bil Abi götürə bilmirəm Peysər balası dirnin dayanıb, imkam var baqa kl atasan? 50 dəyqədi sikdirin gedmir. (i.v. 82-88) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 24 fevral 2024-cü il tarixli 1250 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan epizodik istifadə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 19 mart 2024-cü il tarixli 3-16-17/2-2544/2024 nömrəli məktubundan görünür ki, Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə giziri Əkbərov X2 Xidmət üzrə 24 iyun 2004-cü il tarixli 362 ş/h nömrəli əmrlə qulluğa qəbul edilmiş, Penitensiar Xidmət üzrə 19 mart 2024-cü il tarixli 197/k nömrəli əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə müvafiq olaraq 22 fevral 2024-cü il tarixdən barəsində qaldırılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmışdır. Qulluq müddətində mükafatlandırılmamış, 3 dəfə intizam tənbehinə cəlb edilmişdir. (i.v. 102) - 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri satma cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri satma cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barəsində Azəraycan Respubliası CPM-nin 39.1.1-ci maddəsinə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin naməlum mənbəyinin müəyyən edilməsi və onunla narkotik vasitələrin alqı-satqısı ilə bağlı “Whatsapp” mobil tətbiqində əlaqə yaradan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün cinayət işindən narkotik vasitələrin mənbəyinə dair material ayrılmış və araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,806 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdardan az miqdarda, 1,94 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, eləcə də iş materiallarında olan 21 fevral 2024-cü il tarixli Anar Ələkbərovun şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasının videoçəkilişi yazılmış 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş 21 fevral 2024-cü il tarixli, ********** əməliyyat nömrəli terminal qəbzi və Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmış, psixotrop maddə və narkotik vasitə saxlanılması üçün Nizami rayon polis idarəsinə təhvil verilmiş, DVD disk və qəbz cinayət işində saxlanılmış, mobil telefon Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi və 4169 7388 9716 7999 nömrəli “Birbank” kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 113-121) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 21 fevral 2024-cü il tarixdə tutulmuşdur. (i.v. 23) - 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 75-76) - 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 28 mart 2024-cü il tarixli 05/09/S/022240-24 nömrəli arayışından və məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı X1, 13 may 2011-ci il təvəllüdlü qızı Dəniz və 08 iyun 2012-ci il təvəllüdlü qızı Damladan ibarətdir. (i.v. 125) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə və narkotik vasitə məhv edilməli, içərisində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan 01 ədəd disk və ödəniş qəbzi saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,756 qram olan psixotrop maddə metamfetamin və 1,89 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsinlər, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, içərisində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri olan 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş 21 fevral 2024-cü il tarixli, ********** əməliyyat nömrəli terminal qəbzi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Məhkəmə məsrəfi olan cəmi 192 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-302/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-302/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver