Məhkəmə qərarları › İş №1(007)-303/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-303/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-303/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olan, Kürdəmir Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 68.1.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 7(003)-780/2020 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən üzərində qəti olaraq 02 il 11 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat məbləğində cərimə cəzası saxlanılmış, 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən 1500 manat cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 oktyabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs statusundan çıxarılaraq azad edilmiş, 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə olan, üzərində Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 20 manat olmaqla 4 ədəd ümumilikdə 80 manat dəyərində “Arnvin” yazıları olan tünd göy rəngli qalın cins şalvar, 1 ədəd dəyəri 25 manat olan üzərində “Playboy” yazıları olan göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində üzərində “Est 1951” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Reeobba” yazıları olan tünd göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 21 ədəd ümumilikdə 483 manat dəyərində üzərində “Ximinazhuany” yazıları olan tünd göy və qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd ümumilikdə 40 manat dəyərində üzərində “Hea ge classic” yazıları olan tünd göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 3 ədəd ümumilikdə 60 manat dəyərində üzərində “Stfeano Rioci” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “LTB” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “X10” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “ZDT” yazıları olan qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 5 ədəd ümumilikdə 90 manat dəyərində üzərində “Max Liu” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeans Wear” yazıları olan göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 3 ədəd ümumilikdə 60 manat dəyərində üzərində “Cdolb gabana” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Bomba” yazılan olan açıq göy rəngli cins şalvar, 1 ədəd 19 manat dəyərində üzərində “Edoxs” yazıları olan acıq göy rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “illionaire” yazıları olan boz rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Jack Tiger” yazıları olan açıq boz rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Sp-501” yazıları olan göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 25 manat olmaqla 3 ədəd ümumilikdə 75 manat dəyərində üzərində “Atayoul” yazıları olan tünd göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 15 manat olmaqla 6 ədəd ümumilikdə 90 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli nazik şalvar, hər birinin dəyəri 17 manat olmaqla 3 ədəd ümumilikdə 51 manat dəyərində üzərində “Trends” yazıları olan qara rəngli nazik sport şalvar, 1 ədəd 22 manat dəyərində üzərində “Max Liu” yazıları olan göy rəngli cins şalvar, 1 ədəd 23 manat dəyərində üzərində “Redman” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 16 manat dəyərində üzərində markalanma göstəricisi olmayan acıq göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 2 ədəd ümumilikdə 36 manat dəyərində üzərində “Dolce Gabana” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 19 manat dəyərində üzərində “Astrlogy” yazıları olan qara rəngli qalın şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli nazik şalvar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd ümumilikdə 40 manat dəyərində üzərində “Louis Vutiton” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Arnomi” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeans” yazıları olan qara rəngli nazik cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə üzərində “Billionaire” yazıları olan boz rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Big Gastind” yazıları olan acıq boz rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Diesel” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “To Achicvb” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Versachi” yazıları olan acıq boz rəngli nazik cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 2 ədəd ümumilikdə 46 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli qalın cins şalvar, hər birinin dəyəri 25 manat olmaqla 2 ədəd ümumilikdə 50 manat dəyərində üzərində “Masim Dutit” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Carnnida” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Yovanii” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Offwithe” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeep” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Redman” yazıları olan qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 2 ədəd ümumilikdə 46 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan göy rəngli qalın cins şalvar, 1 ədəd 23 manat dəyərində üzərində “Cobelti” yazıları olan göy rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Playboy” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Reeobba” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeans” yazıları göy rəngli nazik cins şalvar, 1 ədəd 13 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli qalın köynək (polver), hər birinin dəyəri 22 manat olmaqla 3 ədəd ümumilikdə 66 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli, ön hissəsi zəncirbəndlə (zamok) açılıb-bağlanan gödəkçə, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində boz rəngli qalın, uzun qol, üç düymə köynək (polver), hər birinin dəyəri 10 manat olmaqla 14 ədəd ümumilikdə 140 manat dəyərində üzərində markalanma göstəricisi olmayan göy rəngli nazik köynək (polver), hər birinin dəyəri 10 manat olmaqla 10 ədəd ümumilikdə 100 manat dəyərində markalanma göstəricisi olmayan qara rəngli nazik köynək (polver), hər birinin dəyəri 13 manat olmaqla 5 ədəd ümumilikdə 65 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli göy qalın köynək (polver), hər birinin dəyəri 13 manat olmaqla 4 ədəd ümumilikdə 52 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli qara qalın köynək (polver), hər birinin dəyəri 25 manat olmaqla 12 ədəd ümumilikdə 300 manat dəyərində maniken olan 1 ədəd 240 manat dəyərində arabanı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Mürtülü kəndi ərazisindən keçən, yolun sağ kənarında yerləşən Kürdəmir rayonunun Mürtülü kəndində yaşayan Zərərçəkmiş şəxs3 işlətdiyi heyvan yemlərinin satışı mağazasının arxa pəncərəsini sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, mağazanın içərisindən bir kiloqramı 0,75 qəpik olan, hər kisənin çəkisi 50 kiloqram təşkil etməklə 19 kisədən ibarət cəmi 950 kiloqram çəkidə “Kənd toyuq cücə 1” markalı şəkər yemini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 712 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 30 mart 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 48 ünvanında yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs2 məxsus piştaxtanın üzərindən 1 ədəd 1 manat dəyərində istifadədə olmuş, üzərində “Brother” yazısı olan qara rəngli idman papağını, 1 ədəd 3 manat dəyərində istifadədə olmamış, üzərində “Brother” yazısı olan qara rəngli idman papağını, hər birinin dəyəri 10 manat olmaqla 6 ədəd ümumilikdə 60 manat dəyərində istifadədə olmamış, üzərində “Legion” yazısı olan qara rəngli kişi papağını, hər birinin dəyəri 10 manat olmaqla 3 ədəd ümumilikdə 30 manat dəyərində istifadədə olmamış, üzərində “Nord Mark” yazısı olan qara rəngli kişi papağını, 1 ədəd 10 manat dəyərində istifadədə olmamış, üzərində “LİDER” yazısı olan qara rəngli kişi papağını, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış, üzərində “Aoruibao” yazısı olan qara rəngli kişi papağını, 1 cüt 4 manat dəyərində istifadədə olmamış üzərində markalanma göstəriciləri olmayan qara rəngli dizliyi, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış, qara-ağ zolaqlı şalvarı, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış üzərində “Aoruibao” yazısı olan 8XL ölçülü, Çin istehsalı göy rəngli şalvarı, hər birinin dəyəri 8 manat olmaqla 2 ədəd ümumilikdə 16 manat dəyərində istifadədə olmamış, üzərində “Şarm” yazısı olan yan hissələrində sarı, yaşıl rəngli xəttlər olan qara rəngli şalvarları, hər birinin dəyəri 4 manat olmaqla 25 ədəd ümumilikdə 100 manat dəyərində istifadədə olmamış, üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan, boz rəngli qısaqol köynəkləri, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış, üzərində “duomeilixia” yazısı olan, qırmızı güllü şalvarı, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış Türkiyə istehsallı S ölçülü göy-qırmızı güllü şalvarı, hər birinin dəyəri 5 manat olmaqla 4 ədəd ümumilikdə 20 manat dəyərində istifadədə olmamış, üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan sarı rəngli qısaqol köynəkləri, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Lionel Messi” yazısı olan, qara rəngli çantanı, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Converse” yazısı olan qara rəngli çantanı, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Mohamed Salah” yazısı olan qara rəngli çantanı, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “John Cena” yazısı olan qara rəngli çantanı, hər birinin dəyəri 4 manat olmaqla 3 ədəd ümumilikdə 12 manat dəyərində istifadədə olmamış üzərində “Özmen” yazısı olan XXL ölçülü Türkiyə istehsalı olan əsgər naxışlı qısaqol köynəkləri, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan qara rəngli qısaqol köynəkləri, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Toolsi” yazısı olan Hindistan istehsalı olan ağ rəngli kişi maykalarını, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü ağ rəngli qısaqol kişi köynəyini, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan XL və S ölçülü ağ rəngli qısaqol kişi maykalarını, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “İlke” yazısı olan Türkiyə istehsalı olan XL və S ölçülü ağ rəngli kişi maykalarını, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan M və L ölçülü qara rəngli kişi maykalannı, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “İlke” yazısı olan Türkiyə istehsalı olan L və M ölçülü qara rəngli qısaqol kişi köynəklərini, hər birinin dəyəri 4 manat olmaqla 4 ədəd ümumilikdə 16 manat dəyərində istifadədə olmamış üzərində “Star Yıldız” yazısı olan Türkiyə istehsalı olan 40 ölçülü qara rəngli uşaq üçün maykaları, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Boss” yazısı olan Hindistan istehsalı olan 85 sm ölçülü, ağ rəngli kişi maykalarını, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “Royal crest” yazısı olan Hindistan istehsalı olan S-85 ölçülü ağ rəngli kişi maykasını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Classic” yazısı olan 110 sm ölçülü ağ rəngli kişi maykasını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Anit” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü ağ rəngli kişi maykasını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Anit” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü qara rəngli qısaqol kişi köynəyini, hər birinin dəyəri 8 manat olmaqla 6 ədəd ümumilikdə 48 manat dəyərində istifadədə olmamış üzərində “Aoruibao” yazısı olan boz və krem rənglərində olan şalvarları, hər birinin dəyəri 5 manat olmaqla 11 ədəd ümumilikdə 55 manat dəyərində istifadədə olmamış üzərində “Margo” yazısı olan qutuda kişi üçün alt paltarlarını, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “Pier Kardin” yazısı olan qutuda kişi üçün alt paltarlarını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış, üzərində “Öztac” yazısı olan qutuda kişi üçün alt paltarını, hər birinin dəyəri 5 manat olmaqla 6 ədəd ümumilikdə 30 manat dəyərində istifadədə olmamış üzərində “Cemreoclu” yazısı oları Türkiyə istehsalı olan müxtəlif ölçülü kişi üçün alt paltarlarını, hər birinin dəyəri 9 manat olmaqla 5 ədəd ümumilikdə 45 manat dəyərində istifadədə olmamış üzərində “Tamay” yazısı olan Türkiyə istehsalı olan müxtəlif ölçülü qara göy boz rəngli kişi üçün alt paltarlarını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 604 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.3, 315.1 və 221.2.2-ci maddələri ilə məhkum olunmuşdur. 28 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa buraxıldıqdan sonra ailə üzvüləri ilə bilrikdə Kürdəmir rayonunun Şıxımlı kəndində yaşamışdır. 01 sentyabr 2021-ci il tarixdə anasının vəfat etməsindən sonra, 23 oktyabr 2021-ci il tarixdə iş axtarmaq məqsədi ilə yol taksisi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarının qarşısında taksidən enmiş, dostu Elşadla görüşmək üçün 60 nömrəli avtobusla Gəncə prospektində yerləşən “Xəzər univermağı”nın yaxınlığına getmişdir. Elşadla adını xatırlamadığı kafedə əyləşərək yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt üzərində 130 manat pul olmuşdur. Hesabı özü ödəmiş, oradan durub Elşadla sağollaşaraq yenidən “8-ci km” bazarına gəlmişdir. Həmin gün saat 23 radələrində avtobusdan enərək yaxınlıqdakı köşkdən bir ədəd 250 qramlıq spirtli içki araq alaraq yemək yemədən içmişdir. Bir qədər bazarın yanında gəzindikdən sonra köşkə yaxınlaşıb yemək almaq istəyərkən mobil telefonunu və hərbi biletini cibindən düşürüb itirdiyini görmüşdür. Bundan sonra pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmiş və yaxınlıqda olan “Lotos” ticarət mərkəzinin ətrafında gəzinmişdir. Orada yol kənarında arabanın üzərinə yığılmış üzəri örtülü əşyaları oğurlamaq qərarına gəlmişdir. Arabaya yaxınlaşıb tutağacından tutaraq sürüb asfalt yolla “Neftçilər” metrostansiyasına tərəf aparmışdır. Təxminən 150 metr irəlilədikdən sonra araba aşmış və arabanı düzəldə bilməmişdir. Araba aşan zaman onun üzərində olan əşyaların kişi üçün cins şalvar və köynəkləri olduğunu görmüşdür. O, yolla keçən tanımadığı taksiyə əl edərək dayandırıb əşyaların özünə məxsus olduğunu deyib Sumqayıt şəhərinə aparmağı xahiş etmişdir. Bundan sonra əşyaları taksiyə yükləmiş və Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində xatırlamadığı binanın qarşısında taksidən əşyaları endirmişdir. Taksi sürücüsü avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Həmin vaxt iki nəfər şəxs ona yaxınlaşmış və bağlamada nə olduğunu soruşmuşlar. O, həmin şəxslərə bağlamada cins şalvarların olmasını və satdığını demişdir. Həmin şəxslər ona səhəri gün satmalarını demiş və həmin əşyaları onunla birlikdə otaqa aparmışlar. Səhəri gün saat 05 radələrində polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar, cins şalvarlar və köynəklər ondan götürülmüşdür. Bundan başqa, 29 mart 2022-ci il tarixdə işləmək üçün yaşadığı Kürdəmir rayonunun Şıxımlı kəndindən yenə də Bakı şəhərinə gəlmişdir. Həmin gün Bakı şəhərində iş tapa bilmədiyi üçün Nizami rayonu, Şərq küçəsində gündəlik evə gedərək orada gecələmişdir. 30 mart 2022-ci il tarixdə iş axtarmaq üçün gəzmiş, axşama qədər iş axtarsa da tapa bilməmişdir. Həmin gün yorğun olduğu üçün spirtli içki içmək qərarına gəlmişdir. Buna görə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən kafeyə gedərək orada yeyib-içmişdir. Kafedən çıxdıqdan sonra üzərində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Gəzə-gəzə “8-ci km” bazarına gəlmişdir. Bazarda gəzən zaman bir piştaxtanın üzərinin göy sellofanla bağlı olduğunu görmüşdür. O, həmin piştaxtaya yaxınlaşıb üzərində olan göy sellofanı cırmış, sonra orada olan geyim əşyalarını iri sellofanlara və çantalara yığmışdır. Həmin əşyaları yığdıqdan sonra oradan uzaqlaşıb “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Orada 2 nəfər şəxs ona yaxınlaşıb əlində olan çantalarda nə olduğunu soruşmuşlar, o, həmin şəxslərə sellofanda və çantada paltar olduğunu bildirmişdir. Həmin şəxslər paltarları satdığını soruşduqda, o, satmadığını onlara bildirmişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. O, spirtli içkinin təsirindən ayıldıqdan sonra etdiyi oğurluq əməlini etiraf etmiş, oğurladığı əşyaları könüllü surətdə təqdim etmişdir. Lakin o, Kürdəmir rayonunun Mürtülü kəndində yol kənarındakı yem mağazasından oğurluq etməmişdir, həmin hissədə verilmiş ittihamla razı deyil. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 23 iyun 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, ...07 yanvar 2022-ci il tarixdə həmkəndlisi Raminin toy axşamı məclisində iştirak etmiş, həmin məclisdə sipirtli içki qəbul etmişdir. Axşam təxminən 01 radələrində məclisdən çıxıb içkili halda yolun kənarı ilə evə getmişdir. Kürdəmir rayonunun Mürtülü kəndində yolun kənarında olan Fuadın yem mağazasının qarşısından keçərkən mağazadan oğurluq etmək fikrinə gəlmişdir. Yem mağazasının arxa tərəfinə keçib arxa tərəfində olan balaca nəfəsliyin pəncərəsini əli ilə sındırıb mağazaya daxil olmuşdur. Mağazanın içərisində pul axtarmış, pul tapa bilmədiyi üçün mağazanın içərisində olan toyuq yemini görüb onları oğurlamaq qərarına gəlmişdir. Buna görə də 19 ədəd kisədə olan toyuq yemini bir-bir götürüb, mağazanın qabaq plastik qapısını açıb yolun digər tərəfinə keçərək yolun kənarında, dərəyə qoymuşdur. Həmin zaman oradan keçən qonşu kənddə yaşayan Romanın ona tərəf baxdığını görmüşdür, Roman lal olduğu üçün o, başa düşmüşdür ki, Roman onu görsə də oğurluq etdiyini dərk etməmişdir. Buna görə siqaretini yandırmaq üçün Romandan yandıran istəmişdir. Roman ona yandıranı vermiş və siqaretini yandırmışdır. O, oğurladığı əşyaları götürüb apara bilməyəcəyini başa düşüb, Şıxımlı kəndində olan evinə getmişdir. Oğurladığı toyuq yemləri isə yolun kənarında dərədə qalmışdır... Təqsirləndirilən şəxs ifadəsinin həmin hissədə elan olunmasından sonra hadisənin qeyd olunan qaydada baş verdiyini, lakin mağazadan çıxarıb yolun kənarına yığdığı yemləri özü ilə aparmadığına görə həmin hissədə oğurluğa görə özünü təqsirli hesab etmədiyini bildirmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ikisinin ondan şikayətçi olmadıqlarını nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, “8-ci km” bazarında kişi geyim əşyalarının satışı ilə məşğul olur. Hər gün geyim əşyalarının satışını həyata keçirdikdən sonra, yəni saat 18 radələrində evə gedən zaman piştaxtanın üzərinə yığıb çadırla bağlayır. 30 mart 2022-ci il tarixdə saat təxminən 18 radələrində işi qurtardıqdan sonra həmişəki kimi geyim əşyalarını piştaxtanın üzərinə yığaraq üzərini çadırla bağlayıb evə getmişdir. 31 mart 2022-ci il tarixdə saat təxminən 09 radələrində işə gələn zaman çadırın cırıldığını aşkar etmişdir. O, bundan sonra çadırı qaldırıb geyim əşyalarına baxdıqda geyim əşyalarının yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona məxsus piştaxtadan hər birinin dəyəri 10 manat təşkil edən 9 ədəd kişi papağı, hər birinin dəyəri 3 manat təşkil edən 3 ədəd idman papağı, hər birinin dəyəri 8 manat təşkil edən 13 ədəd idman şalvarı, hər birinin dəyəri 4 manat təşkil edən 35 ədəd idman köynəyi, hər birinin dəyəri 5 manat təşkil edən 18 ədəd mayka, hər birinin dəyəri 6 manat təşkil edən 23 ədəd kişi alt paltarı, birinin dəyəri 2 manat təşkil edən 1 cüt dizlik və birinin dəyəri 5 manat olan 4 ədəd bel çantasının yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 604 manat maddi ziyan dəymişdir. Şikayəti əsasında aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Hazırda həmin təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır, sonda onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən bildirmişdir ki, o, insult keçirmişdir, iflic xəstəsidir, bununla əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona dəymiş ziyanın bir qismi ödənildiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Belə olan halda, məhkəmə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmiş, onun ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Belə ki, o, “Sədərək” və “Binə” bazarlarından topdan kişi şalvar və köynəkləri alaraq gətirib ünvan 2 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında, yəni həmin ticarət mərkəzindən təxminən 20 metr “Neftçilər” metrostansiyasına tərəf piyadaların hərəkət etdiyi səkinin kənarında arabanın üzərində satır. O, hər gün səhər saat 09 radələrində işə gəlir, axşam isə saat 19 radələridə arabanın üzərinə yığmış olduğu geyimlərin üzərini qalın parça materialdan olan örtük sərib iplə bağlayıb yaşadığı mənzilə gedir. 23 oktyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində həmişə olduğu kimi arabanın üzərini bağlayıb yaşadığı mənzilə getmişdir. 24 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, işə gələn zaman arabanın yerində olmadığını görüb DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə yazmaq üçün getmişdir. Orada şikayət ərizəsi yazdıqdan sonra məlum olmuşdur ki, ona məxsus əşyaları tanımadığı bir nəfər şəxs oğurlamış və PŞ-nin əməkdaşları həmin şəxsi Sumqayıt şəhərindən tutub gətirmişlər. Ona 3000 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq cinayət hadisəsi zamanı 240 manat dəyərində onun arabası və hər biri 25 manat olan 12 ədəd maniken oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında dindirilməsi mümkün olmamış, o, poçt vasitəsi ilə göndərdiyi teleqramında göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona vurulmuş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə olan halda məhkəmə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmiş, onun ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, Kürdərmir rayonu, Mürtülü kəndində yolun kənarında Şahid10 oğluna məxsus mağazada yem satışı ilə məşğul olur. Famillə qohumluq əlaqələri olduğu üçün həmin mağazanı təmənnasız ona işlətmək üçün vermişdir. Həmin mağazada olan yemlər ona məxsusdur. Hər gün səhər təxminən saat 8 radələrində mağazanı açıb, axşam saat təxminən 20 radələrinə kimi işlədir. 07 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində yem mağazasını bağlayıb Mürtülü kəndində olan evinə getmişdir. 08 yanvar 2022-ci il tarixdə saat təxminən 02 radələrində danışma qüsuru olan həmkənlisi Şahid9 ona məxsus evin cöl darvazasının qapısını döydüyünü görüb Romanın yanına gəlmişdir. Roman danışa bilmədiyindən əlləri ilə mağazanın yarıldığını demişdir. Bundan sonra o, dərhal mağazaya getmişdir. Mağazaya daxil olanda mağazanın arxa şüşəsinin sındırıldığını görüb Familə zəng edib məlumat vermişdir. Bundan sonra Famil mağazaya gəlmişdir. Famillə birgə mağazanın içərisinə nəzər salanda arxa şüşəsinin qırıq olduğunu, yerdə şüşə qırıntıları, həmin şüşə qırıntılarının üzərində və şüşə qırıntılarının yanında olan şəffaf sellofanda qana bənzər maddə olduğunu görmüşlər. Bundan sonra mağazanın içərisində olan yemlərin oğurlanıb-oğurlanmadığını müəyyən edəndə, sol küncdə olan 19 kisə şəkər yeminin oğurlandığını aşkar etmişlər. Mağazadan çıxıb ətrafa nəzər salarkən mağaza ilə üz-üzə olan yolun kənarında yem kisələrinin olduğunu görmüşlər. Həmin kisələrə baxış zamanı onların mağazadan oğurlanan şəkər yemi olduğunu müəyyən etmişlər. Bundan sonra polisə məlumat vermək üçün səhərin açılmağını gözləmişlər. Səhər saatlarında Famillə birlikdə mağazada olarkən həmkəndlisi Şahid9 mağazaya gəldiyini görmüş, sonuncu içəri girib əlləri ilə onunla gəlmələrini istəmişdir. Bunda sonra o, Romanla getmiş, Roman ona qonşu kənddə yaşayan Təqsirləndirilən şəxs evini göstərmiş və əlləri ilə mağazanı Hikmətin oğurladığını demişdir. O, mağazaya gəlib Romanın ona dediklərini Familə demişdir. Bundan sonra polisə məlumat vermək üçün Kürdəmir şəhərinə getmiş və RPŞ-yə ərizə ilə müraciət edib mağazasından oğurluq olması barədə məlumat vermişdir. “Kənd toyuq cücə yemi 1” markalı mağazadan 19 kisə 950 kq şəkər yemi oğurlanmışdır. Həmin toyuq yemi 1 kisədə 50 kq olmuş, 1 kiloqramını 0,75 qəpiyə almış, 1 kiloqramını 0,80 qəpiyə satmışdır. Mağazasından oğurluq olması nəticəsində 950 kq, yəni 19 kisə şəkər yemi oğurlandığı üçün ona 712 manat 50 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X8 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat 10:00-da 24-cü polis şöbəsinin növbətçi hissəsindən ona, polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 bildirilmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə araba üzərində müxtəlif növ geyim əşyaları satan Zərərçəkmiş şəxs1 məxsus arabanın üzərindən 3000 manat qiymətində geyim əşyalarını gizli olaraq talayıb oğurluq etmiş şəxs və əmlakı Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra onlar polis şöbəsinin xidməti avtomobili ilə 3-cü polis bölməsinə gedərək oradan müvafiq sənədləşəmə aparmaqla qeyd olunan əmlakı, yəni 99 ədəd müxtəlif növ cins şalvarı, 40 ədəd müxtəlif növ üst geyimlərini və cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs polis şöbəsinə gətirərək aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilərkən onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramında xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 07 yanvar 2022-ci il tarixdə saat 22 radələrində çayxanada oturub adlarını bilmədiyi qiyabi tanıdığı şəxslərlə domino oynayıb, çay içdikdən sonra, bazarda işlədiyi köşkə baxıb köşkün açarını yerində olduğunu görüb, tək qalaraq piyada yaşadığı Kürdəmir rayonunun Mürtülü kəndində yolun kənarı ilə hərəkət etməyə başlamışdır. Mürtülü kəndinə çatanda təxminən 40-45 metr məsafədən yolun kənarında yerləşən həmkəndlisi Fuadın mağazasının qarşısında tanımadığı qonşu kənddə yaşayan Hikmətin mağazanın içərisində kisəni dartaraq yolun o biri tərəfinə keçirib qoyduğunun şahidi olmuşdur. Hikmətin qoyduğu kisənin yanında sayını bilmədiyi çox saylı kisələr olmuşdur. O, Hikmətə heç bir söz demədən sakitcə mağazanın qarşısından piyada olaraq ötüb keçərkən, Hikmət kisələrin yanından ona tərəf gəlib ondan siqaret yandırmaq üçün alışqan istəmişdir. O, Hikmətə siqaret çəkməsə də fanar kimi istifadə etdiyi alışqanı vermişdir. Hikmət ona verdiyi alışqanla siqaretini yandırıb xahiş etmişdir ki, yəni işarə ilə demişdir ki, o, Hikməti ümumiyətlə mağazanın qarşısında, həmçinin kisə aparmasını görməmişdir və bu barədə heç kəsə heç nə deməsin. Bundan sonra o, Hikmətə başı ilə bildirmişdir ki, heç kimə heç nə deməyəcəkdir. Sonra Hikmətdən uzaqlaşıb, sonuncunun Fuadın mağazasından oğurluq etdiyini bilib mağazanın sahibi Fuadın evinə getmişdir. O, Fuadın yaşadığı evin darvazasını döymüş, bir qədər keçdikdən sonra Fuad evdən küçəyə çıxmışdır. O, işarə ilə Fuada işlədiyi mağazada Hikmətin oğurluq etdiyini tam başa sala bilməmişdir. Fuad qaçaraq mağazasına tərəf getmiş, o isə yatmağa öz evinə getmişdir. Səhərsi gün Fuad onu tapıb hadisə barədə soruşmuş, o isə Fuadı Hikmətin yaşadığı evə aparıb ona başa salmışdır ki, mağazasının qarşısından kisələri aparan Hikməti görmüşdür. O, Hikməti kisəni mağazadan sürüyüb yolun o biri tərəfinə keçirməsini gördükdə də Hikmət tək olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 oğlu poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramında xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunun Mürtülü kəndində yolun kənarında yerləşən yem mağazası ona məxsusdur, həmin mağazanı Zərərçəkmiş şəxs3lə qohumluq münasibətləri olduğu üçün sonuncuya təmənnasız işlətmək üçün vermişdir. 08 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Fuad ona zəng edərək mağazada oğurluq olması barədə məlumat vermişdir. Həmin saat o, Fuadın işlətdiyi mağazaya getmiş, mağazaya daxil olarkən mağazanın arxa şüşəsinin sındırıldığını və yerdə şüşə qırıntılarının olduğunu, həmin şüşə qırıntılarının yanında olan şəffaf sellofanda qana bənzər izlər olduğunu görmüşdür. Bundan sonra mağazanın içərisindən hansı yemlərin oğurlandığını müəyyən etmək üçün ətrafa nəzər saldıqda mağazanın sol küncündə olan, 19 kisə toyuq yeminin oğurlandığını müəyyən etmişlər. Mağazadan çıxıb ətrafa nəzər salarkən mağaza ilə üz-üzə olan yolun kənarında yem kisələrinin olduğunu görmüşlər. Həmin kisələrə baxış zamanı onların mağazadan oğurlanan şəkər yemi olduğunu müəyyən etmişlər. Bundan sonra Fuad səhər polisə məlumat verəcəyini demiş və səhərin açılmağını gözləmişlər. Səhərin açılmağını gözləyərkən, həmkəndlisi Romanın mağazaya gəldiyini görmüşdür, Roman içəri girib əlləri ilə Fuadın onunla gəlməsini istəmişdir. Bundan sonra Fuad Romanla getmiş, gələndə Romanın ona qonşu kənddə yaşayan Hikmətin oğurluq etdiyini dediyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş aşağıda qeyd olunan digər şahidlərin də iştiraklarının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunub tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında kirayə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. Sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 23 oktyabr 2021-ci il tarixdə saat təxminən 06 radələrində əvvəllər tanıdığı Təvəkkül adlı şəxs Hikmətlə birlikdə onun yaşadığı ünvana gəlmişlər. Həmin vaxt Təvəkkül Hikməti göstərib təzə tanış olduqlarını, Hikmətin bir maşın əşyası olduğunu, satmaq üçün Sumqayıt şəhərinə gətirdiyini, həmin əşyaları onun mənzilində saxlamalarını, səhər açıldıqda taksi ilə başqa yerə aparacaqlarını bildirmişdir. O, sonunculara razılıq vermişdir. Sonuncular həmin əşyaları onun yaşadığı binanın qarşısına yığmışlar və yaşadığı mənzilə gəlmişlər. Sonuncular yatmağa uzanmışlar, o, həmin şəxsləri aldadaraq pivə almaq üçün bayıra çıxdığını deyib mənzili tərk etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra ora polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları müvafiq sənədləşmə aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Hikmət həmin əşyaları Bakı şəhərindən oğurlamışdır. Bundan sonra Hikməti əşyalarla birlikdə polis əməkdaşları polis bölməsinə aparmışlar. Şahid5 həmin ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi vəzifəsində çalışır. 23 oktyabr 2021-ci il tarixdə saat 07:16-da vətəndaşı Şahid4 DİN-in 102 xidmətinə zəng vuraraq tanıdığı Təvəkkül adlı şəxsin digər 2 nəfər şəxslə birlikdə taladıqları 4000-5000 manat dəyərində geyim əşyalarını markasını bilmədiyi taksi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, Y/X 8/12, ev 134, mənzil 421-ə gətirdiklərini bildirdiyindən aidiyyatı əməkdaşlarla birlikdə həmin ünvana yollanmış və həmin ünvana gəldikdə Şahid4 mənzildə olan geyim əşyalarını göstərərək həmin geyim əşyalarını tanıdığı Təvvəkkül adlı şəxsin digər iki şəxslə birlikdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarının yaxınlığında oğurladıqları geyim əşyaları olmasını bildirmişdir. Həmin geyim əşyalarına baxış keçirilməklə tərəflərindən tərtib edilmiş müvafiq protokol əsasında götürülmüş və bundan sonra bu barədə ərazi aidiyyatı üzrə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarına məlumat verilmişdir. 24-cü PŞ-nin əməkdaşları gəldikdən sonra isə həmin əşyalar tərtib edilmiş akt əsasında həmin əməkdaşlara təhvil verilmişdir. Şahid6, Şahid5 eyni məzmunlu ifadə verməklə onun göstərdiklərini təsdiq etmişdir. Şahid7 həmin ifadəsində göstərmişdir ki, 30 mart 2022-ci il tarixdə saat təxminən 23 radələrində tanışı Vüsala zəng edərək “Neftçilər” metrostansiyasının yaxınlığında çay içməyi təklif etmişdir. Vüsal Xırdalanda olduğunu və “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləməsini bildirmişdir. O, təxminən bir saat gözlədiksən sonra tanışı Vüsal gəlmiş və birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Gec olduğu üçün açıq kafe tapa bilməmişlər. Buna görə də parkda bir az gəzişmişlər. Bir az gəzib evə qayıdan zaman bir nəfər şəxsin gəldiyini görmüşlər. Vüsal həmin şəxsin əlində çantalar olduğu üçün nəsə satmasını soruşmuşdur. Həmin şəxs satmadığını bildirmişdir. Təxminən 1 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. O, həmin şəxsi tanımamış, həmin şəxsin oğurluq etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Şahid8, Şahid7 eyni məzmunlu ifadə verməklə onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus geyim əşyalarının satış piştaxtasının üzərindən oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 31 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanda yerləşən “8-ci km” bazarında piştaxtadan oğurladığı 9 ədəd kişi papağı, 3 ədəd idman papağı, 13 ədəd idman şalvarı, 35 ədəd idman köynəyi, 18 ədəd mayka, 23 ədəd alt paltarı, 1 cüt dizlik və 4 ədəd bel çantası həmin şəxsdən götürülmüşdür. (İ cild i.v. 14-15) - 31 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 19-22) - 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının satış üçün nəzərdə tutulan arabanın üzərindən oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 69) - 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (İ cild i.v. 67) - 24 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 75-76) -Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı tərəfindən tərtib edilmiş 24 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının təqdim etdiyi 99 ədəd müxtəlif növ şalvarları və 40 ədəd müxtəlif növ üst geyimləri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən təhvil alınmışdır. (İ cild i.v. 77) - 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş paltarları nəzərdən keçirərək, həmin paltarların ona məxsus olduğunu və 23 oktyabr 2021-ci il tarixdə oğurlanmış paltarlar olduğunu bildirmişdir. (İ cild i.v. 138) - 28 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında arabanı oğurladığı, təxminən 300 metr irəlidə, yəni Q.Qarayev prospekti, 69A ünvanının qarşısında arabanı aşırdığı, aşmış arabnı qaldıra bilmədiyindən arabanın üzərində olan geyim əşyalarını taksiyə yığaraq Sumqayıt şəhərinə apardığı yerləri, həmçinin Sumqayıt şəhəri, 5-ci MKR, 8/12 saylı Yataqxananın 2-ci blokunun qarşısına gələrək taksidən endiyi yeri, yataqxananın 421 saylı mənzilini göstərərək cinayət yolu ilə əldə etdiyi əmlakı həmin mənzilə yığdığını bildirmişdir. (İ cild i.v. 146-150) - 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, “Lotos” ticarət mərkəzində yerləşən müşahidə kameralarından 23 oktyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntü CD diskə köçürülməklə götürülmüşdür. (İ cild i.v. 153-154) - 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanda Şahid4 tərəfindən təqdim edilmiş geyim əşyaları götürülmüşdür. (İ cild i.v. 160) - 01 noyabr 2021-ci il tarix protokoldan görünür ki, 23 oktyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntünün olduğu CD diskə baxış keçirilərkən bir nəfər şəxsin gecə saatlarında üzəri bağlı və yüklü olan arabanı dartaraq apardığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünün olmasını və həmin görüntünün oğurluq hadisəsini törədən vaxtın görüntüsü olmasını bildirmişdir. (İ cild i.v. 165) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli 9/7828 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hər birinin dəyəri 20 manat olmaqla 4 ədəd ümumilikdə 80 manat dəyərində “Arnvin” yazıları olan tünd göy rəngli qalın cins şalvar, 1 ədəd dəyəri 25 manat olan üzərində “Playboy” yazıları olan göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində üzərində “Est 1951” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Reeobba” yazıları olan tünd göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 21 ədəd ümumilikdə 483 manat dəyərində üzərində “Ximinazhuany” yazıları olan tünd göy və qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd ümumilikdə 40 manat dəyərində üzərində “Hea ge classic” yazıları olan tünd göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 3 ədəd ümumilikdə 60 manat dəyərində üzərində “Stfeano Rioci” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “LTB” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “X10” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “ZDT” yazıları olan qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 5 ədəd ümumilikdə 90 manat dəyərində üzərində “Max Liu” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeans Wear” yazıları olan göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 20 manat olmaqla 3 ədəd ümumilikdə 60 manat dəyərində üzərində “Cdolb gabana” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Bomba” yazıları olan açıq göy rəngli cins şalvar, 1 ədəd 19 manat dəyərində üzərində “Edoxs” yazıları olan acıq göy rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “illionaire” yazıları olan boz rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Jack Tiger” yazıları olan açıq boz rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Sp-501” yazıları olan göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 25 manat olmaqla 3 ədəd ümumilikdə 75 manat dəyərində üzərində “Atayoul” yazıları olan tünd göy rəngli qalın cins şalvar, hər birinin dəyəri 15 manat olmaqla 6 ədəd ümumilikdə 90 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli nazik şalvar, hər birinin dəyəri 17 manat olmaqla 3 ədəd ümumilikdə 51 manat dəyərində üzərində “Trends” yazıları olan qara rəngli nazik sport şalvar, 1 ədəd 23 manat dəyərində üzərində “Redman” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 16 manat dəyərində üzərində markalanma göstəricisi olmayan acıq göy rəngli nazik cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 2 ədəd ümumilikdə 36 manat dəyərində üzərində “Dolce Gabana” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 19 manat dəyərində üzərində “Astrlogy” yazıları olan qara rəngli qalın şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli nazik şalvar, hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd ümumilikdə 40 manat dəyərində üzərində “Louis Vutiton” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Arnomi” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jears” yazıları olan qara rəngli nazik cins şalvar, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə üzərində “Billionaire” yazıları olan boz rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Big Gastind” yazıları olan acıq boz rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Diesel” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “To Achicvb” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Versachi” yazıları olan acıq boz rəngli nazik cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 2 ədəd ümumilikdə 46 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli qalın cins şalvar, hər birinin dəyəri 25 manat olmaqla 2 ədəd ümumilikdə 50 manat dəyərində üzərində “Masim Dutit” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Carnnida” yazıları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Yovanii” yazıları olan qara rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Offwithe” yazıları olan qara rəngli qalın cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeep” yazları olan göy rəngli nazik cins şalvar, 1 ədəd 20 manat dəyərində üzərində “Redman” yazıları olan qara rəngli qalın cins şalvar, hər birinin dəyəri 23 manat olmaqla 2 ədəd ümumilikdə 46 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan göy rəngli qalın cins şalvar, 1 ədəd 23 manat dəyərində üzərində “Cobelti” yazıları olan göy rəngli qalın cins şalvar, 1 ədəd 17 manat dəyərində üzərində “Playboy” yazıları olan açıq göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Recobba” yazıları olan tünd göy rəngli nazik cins şalvar, 1 ədəd 18 manat dəyərində üzərində “Jeans” yazıları göy rəngli nazik cins şalvar, 1 ədəd 13 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli qalın köynək (polver), hər birinin dəyəri 22 manat olmaqla 3 ədəd ümumilikdə 66 manat dəyərində üzərində markalanma göstəricisi olmayan boz rəngli, ön hissəsi zəncirbəndlə (zamok) açılıb-bağlanan gödəkçə, hər birinin dəyəri 18 manat olmaqla 3 ədəd ümumilikdə 54 manat dəyərində boz rəngli qalın, uzun qol, üç düymə köynək (polver), hər birinin dəyəri 10 manat olmaqla 14 ədəd ümumilikdə 140 manat dəyərində üzərində markalanma göstəricisi olmayan göy rəngli nazik köynək (polver), hər birinin dəyəri 10 manat olmaqla 10 ədəd ümumilikdə 100 manat dəyərində markalanma göstəricisi olmayan qara rəngli nazik köynək (polver), hər birinin dəyəri 13 manat olmaqla 5 ədəd ümumilikdə 65 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli göy qalın köynək (polver), hər birinin dəyəri 13 manat olmaqla 4 ədəd ümumilikdə 52 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli qara qalın köynək (polver), təzə vəziyyətdə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2438 manat müəyyən edilir. Baxış zamanı təqdim edilmiş üzərində “Max Liu” yazıları olan göy rəngli cins şalvarda qüsur (böyük ölçülü kəsiklər var) aşkar edilmişdir. Təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən edilir. (İ cild i.v. 197-202) - 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 240-242) - 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus mağazadan toyuq yeminin oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 1) - 07 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (İİ cild i.v. 275-276) - 08 yanvar 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 4-10) -Azərbaycan Respublikası DİN-in KTİ-nin 18 yanvar 2022-ci il tarixli 011-605-1222 nömrəli məktubundan görünür ki, 08 yanvar 2022-ci il tarixdə Kürdəmir rayonu, Mürtülü kəndində Şahid10 Vəliməhəmməd oğluna məxsus marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-in ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərkən əl izlərindən 02 ədədi xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, sol əlinin isə böyük barmağının əksləri ilə eynilik təşkil edir. (İİ cild i.v. 54-55) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və X6 rayon şöbəsinin 30 yanvar 2022-ci il tarixli 41 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarət vardır: Sağ alın-gicgah nahiyəsində sıyrıq izi. Qeyd olunan xəsarət küt alət təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni 08 yanvar 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət müxtəlif şəraitdə həmçinin qərarda göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. (İİ cild i.v. 94-96) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 09 mart 2022-ci il tarixli 22/207R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 08 yanvar 2022-ci il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində X1 işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 02 ədəd şəffaf yapışqanlı, lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və sol əlinin böyük barmağının əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTl-nin ADİS məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. (İİ cild i.v. 114-120) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməbioloji ekspertizasının 16 mart 2022-ci il tarixli 22/236R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 08 yanvar 2022-ci il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində X1 işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd tampon və 01 ədəd plietilen paket üzərində olan qarabənzər maddələr, insan qanıdır. Ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 08 yanvar 2022-ci il tarixdə Kürdəmir rayonu Mürtülü kəndində X1 işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd tampon və 01 ədəd polietilen paket üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş digər 02 ədəd tampon üzərində kifayət qədər bioloji mənşəli materiallar olmadığı və deqradasmiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (İİ cild i.v. 121-126) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin məhkəmə-bioloji ekspertizasının 30 mart 2022-ci il tarixli 170/2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/H/lll/. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş 01 ədəd polietilen paket üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tətbiq olunduqda B,H antigenləri və həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. (İİ cild i.v. 129-132) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 may 2022-ci il tarixli 9/2769 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 1 manat dəyərində istifadədə olmuş, üzərində “Brother” yazısı olan qara rəngli idman papağın, 1 ədəd 3 manat dəyərində istifadədə olmamış, üzərində “Brother” yazısı olan qara rəngli idman papağının, hər birinin dəyəri 10 manat olmaqla 6 ədəd ümumilikdə 60 manat dəyərində istifadədə olmamış, üzərində “Legion” yazısı olan qara rəngli kişi papağının, hər birinin dəyəri 10 manat olmaqla 3 ədəd ümumilikdə 30 manat dəyərində istifadədə olmamış, üzərində “Nord Mark” yazısı olan qara rəngli kişi papağının, 1 ədəd 10 manat dəyərində istifadədə olmamış, üzərində “LİDER” yazısı olan qara rəngli kişi papağının, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış, üzərində “Aoruibao” yazısı olan qara rəngli kişi papağının, 1 cüt 4 manat dəyərində istifadədə olmamış, üzərində markalanma göstəriciləri olmayan qara rəngli dizliyin, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış, qara-ağ zolaqlı şalvarı, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış üzərində “Aoruibao” yazısı olan 8XL ölçülü, Çin istehsalı göy rəngli şalvarı, hər birinin dəyəri 8 manat olmaqla 2 ədəd ümumilikdə 16 manat dəyərində istifadədə olmamış, üzərində “Şarm” yazısı olan yan hissələrində sarı, yaşıl rəngli xəttlər olan qara rəngli şalvarların, hər birinin dəyəri 4 manat olmaqla 25 ədəd ümumilikdə 100 manat dəyərində istifadədə olmamış, üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan, boz rəngli qısaqol köynəklərin, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış, üzərində “duomeilixia” yazısı olan, qırmızı güllü şalvarın, 1 ədəd 8 manat dəyərində istifadədə olmamış Türkiyə istehsallı S ölçülü göy-qarmızı güllü şalvarın, hər birinin dəyəri 5 manat olmaqla 4 ədəd ümumilikdə 20 manat dəyərində istifadədə olmamış, üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan sarı rəngli qısaqol köynəklərin, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Lionel Messi” yazısı olan, qara rəngli çantanın, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Converse” yazısı olan qara rəngli çantanın, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Mohamed Salah” yazısı olan qara rəngli çantanın, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “John Cena” yazısı olan qara rəngli çantanın, hər birinin dəyəri 4 manat olmaqla 3 ədəd ümumilikdə 12 manat dəyərində istifadədə olmamış üzərində “Özmen” yazısı olan XXL ölçülü Türkiyə istehsalı olan əsgər naxışlı qısaqol köynəklərin, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Pamuk Yıldız” yazısı olan Türkiyə istehsalı olan qara rəngli qısaqol köynəklərin, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Toolsi” yazısı olan Hindistan istehsalı olan ağ rəngli kişi maykalarının, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü ağ rəngli qısaqol kişi köynəyinin, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan XL və S ölçülü ağ rəngli qısaqol kişi maykalarını, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “İlke” yazısı olan Türkiyə istehsalı olan XL və S ölçülü ağ rəngli kişi maykalarının, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “world gentleman club” yazısı olan Türkiyə istehsalı olan M və L ölçülü qara rəngli kişi maykalarının, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “İlke” yazısı olan Türkiyə istehsalı olan L və M ölçülü qara rəngli qısaqol kişi köynəklərinin, hər birinin dəyəri 4 manat olmaqla 4 ədəd ümumilikdə 16 manat dəyərində istifadədə olmamış üzərində “Star Yıldız” yazısı olan Türkiyə istehsalı olan 40 ölçülü qara rəngli uşaq üçün maykaların, hər birinin dəyəri 4 manat olmaqla 2 ədəd ümumilikdə 8 manat dəyərində istifadədə olmamış üzərində “Boss” yazısı olan Hindistan istehsalı olan 85 sm ölçülü, ağ rəngli kişi maykalarının, 1 ədəd 4 manat dəyərində istifadədə olmamış üzərində “Royal crest” yazısı olan Hindistan istehsalı olan S- 85 ölçülü ağ rəngli kişi maykasının, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Classic” yazısı olan 110 sm ölçülü ağ rəngli kişi maykasını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Anit” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü ağ rəngli kişi maykasını, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış üzərində “Anit” yazısı olan Türkiyə istehsalı olan XXL ölçülü qara rəngli qısaqol kişi köynəyinin, hər birinin dəyəri 8 manat olmaqla 6 ədəd ümumilikdə 48 manat dəyərində istifadədə olmamış üzərində “Aoruibao” yazısı olan boz və krem rənglərində olan şalvarların, hər birinin dəyəri 5 manat olmaqla 11 ədəd ümumilikdə 55 manat dəyərində istifadədə olmamış üzərində “Margo” yazısı olan qutuda kişi üçün alt paltarlarının, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ümumilikdə 10 manat dəyərində istifadədə olmamış üzərində “Pier Kardin” yazısı olan qutuda kişi üçün alt paltarlarının, 1 ədəd 5 manat dəyərində istifadədə olmamış, üzərində “Öztac” yazısı olan qutuda kişi üçün alt paltarının, hər birinin dəyəri 5 manat olmaqla 6 ədəd ümumilikdə 30 manat dəyərində istifadədə olmamış üzərində “Cemreoclu” yazısı olan Türkiyə istehsalı olan müxtəlif ölçülü kişi üçün alt paltarlarının, hər birinin dəyəri 9 manat olmaqla 5 ədəd ümumilikdə 45 manat dəyərində istifadədə olmamış üzərində “Tamay” yazısı olan Türkiyə istehsalı olan müxtəlif ölçülü qara göy boz rəngli kişi üçün alt paltarların ümumi dəyəri təxminən 604 manat müəyyən edilir. (İİ cild i.v. 184-187) - 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə təxminən saat 01 radələrində sərxoş vəziyyətdə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisindən keçən, yolun sağ kənarında yerləşən Kürdəmir rayonu, Mürtülü kəndində yaşayan Zərərçəkmiş şəxs3 işlətdiyi heyvan yemlərinin satışı mağazasının arxa pəncərəsini sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, mağazanın içərisindən hər kisənin çəkisi 50 kiloqram təşkil etməklə 19 kisədən ibarət cəmi 950 kiloqram çəkidə “Kənd toyuq cücə 1” markalı şəkər yemini gizli olaraq talayaraq yol kənarına yığmış və bununla onun ələ keçirdiyi özgə əmlakının üzərində sərəncam vermə hüququ yaranmışdır. Yalnız həmkəndlisi Şahid9 onun hərəkətlərini aşkar etməsini gördükdən sonra gizli olaraq taladığı və artıq sərəncam vermə imkanı olduğu kisələri daşıdığı yerdə qoyaraq oradan uzaqlaşmışdır. Ona görə də təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlindən könüllü imtina kimi qiymətləndirilməmiş, cinayət işi üzrə 15 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs və Şahid4 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, “Təvəkkül” adlı şəxsin barəsində isə Azərbaycan Respublikası CM-nin 194.1 və 177.2.1-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi nəzərə alınmış, iş üzrə 15 dekabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 məxsus 99 ədəd şalvar və 40 ədəd koftanın maddi sübut kimi tanınması nəzərə alınmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məxsus 9 ədəd kişi papağı, 3 ədəd idman papağı, 13 ədəd idman şalvarı, 35 ədəd idman köynəyi, 18 ədəd mayka, 23 ədəd alt paltarı, 1 cüt dizlik və 4 ədəd bel çantası, Zərərçəkmiş şəxs3 məxsus hər kisənin çəkisi 50 kiloqram təşkil etməklə 19 kisədən ibarət cəmi 950 kiloqram çəkidə “Kənd toyuq cücə 1” markalı şəkər yemi, Təqsirləndirilən şəxs quru qan nümunəsi, 01 ədəd polietilen paket, hadisə yerindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmışdır. (İİ cild i.v. 195-210) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Mürtülü kəndi ərazisindən keçən, yolun sağ kənarında yerləşən Kürdəmir rayonunun Mürtülü kəndində yaşayan Zərərçəkmiş şəxs3 işlətdiyi heyvan yemlərinin satışı mağazasının arxa pəncərəsini sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, mağazanın içərisindən bir kiloqramı 0,75 qəpik olan, hər kisənin çəkisi 50 kiloqram təşkil etməklə 19 kisədən ibarət cəmi 950 kiloqram çəkidə “Kənd toyuq cücə 1” markalı şəkər yemini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 712 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı verilmiş ittihamda özünü təqsirli bilməməsinin əsası kimi irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 3 mart 2005-ci il Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bu baxımdan nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi heyvan yemlərinin satışı mağazasının arxa pəncərəsini sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, mağazanın içərisindən bir kiloqramı 0,75 qəpik olan, hər kisənin çəkisi 50 kiloqram təşkil etməklə 19 kisədən ibarət cəmi 950 kiloqram çəkidə “Kənd toyuq cücə 1” markalı şəkər yemini gizli olaraq talayıb mağazadan bayıra çıxardığı andan onun gizli olaraq taladığı həmin əmlaka münasibətdə sərəncam vermək hüququ yaranmışdır, təqsirləndirilən şəxsin oğurladığı həmin toyuq yemlərini yolun kənarında dərədə qoyaraq özü ilə aparmaması cinayət faktını istisna etmir, onun taladığı əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri əsassız sayır. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə ümumilikdə əməlindən peşman olduğunu ifadə etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 104) - 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 143-144) - 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 73-74) - 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs vəziyyətindən çıxarılaraq müvəqqəti tutulmadan azad edilmişdir. (İİ cild i.v. 97) - 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 54) - 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 269-271) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri İzmayılov Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Rusiya Federasiyası Moskva şəhəri İzmayılov Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci madcəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən və CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 03 ay müddətinə islah işləri və 1500 manat cərimə cəzasına məhkum edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 68.1.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən üzərində qəti olaraq 02 il 11 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat məbləğində cərimə cəzası saxlanılmış, 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 173-175, 183-185, 187-196) -Kürdəmir rayon icra və probasiya şöbəsinin 25 avqust 2022-ci il tarixli 137319-20/5 nömrəli məktubundan və ona əlavə edilən qərardan görünür ki, həmin şöbənin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs 1500 manat cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi 27 avqust 2020-ci il tarixdə cəzanın sonu ilə azad edildiyi gündən iki il keçmədən, 23 oktyabr 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur, əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək, 29 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək olan müddətlərdə şübhəli şəxs kimi tutulmuş, son dəfə 31 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02 aprel 2022-ci il tarixdə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, həmin müddətlər azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə tutulduğu 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış quru qan nümunəsi və əl-barmaq işləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, maddi sübut qismində tanınmış şəkər yeminin və müxtəlif geyim şeylərinin məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 29 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs quru qan nümunəsi və əlbarmaq izləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, maddi sübut qismində tanınmış şalvarların, koftaların, papaqların, köynəklərin, maykaların, alt paltarlarının, dizliyin, bel çantalarının, şəkər yeminin və polietilen paketin məhkəməyədək icraat zamanı müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 33 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 198 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar