Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-303/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2023-cü il tarixdə saat 19:55 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 1029 ünvanında yerləşən metronun «Koroğlu» stansiyasının yaxınlığındakı «Alov Park»da Azərlotereya köşkündə səyyar lotareya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun digər müştəri ilə məşğul olmasından istifadə edib, piştaxtanın üzərində olan şüşə vitrinin içərisindən Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 10 manat təşkil edən 100 ədəd «5X» lotereyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 01 ədəd atəşə yararlı və texniki cəhətdən saz vəziyyətdə olan TO-3406D nömrəli Simonov konstruksiyalı SKS modelli sürgülü karabin, 7,62 mm kalibrli, yivli odlu silahı zavod istehsalı ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli ov karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş ov silahı hesab edilən 13 ədəd patronu əldə edib daşıyaraq üzərində gəzdirmiş, 06 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş və həmin bölmədə üzərində şəxsi axtarış aparılan zaman onun əlində olan 01 ədəd göy rəngli sellofan torbaya bükülmüş vəziyyətdə 01 ədəd atəşə yararlı və texniki cəhətdən saz vəziyyətdə olan TO-3406D nömrəli Simonov konstruksiyalı SKS modelli sürgülü karabin, 7,62 mm kalibrli, yivli odlu silahı və zavod istehsalı ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli ov karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş ov silahı hesab edilən 13 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə iş tapmaq üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhəri Nizami Rayonu Keşlə qəsəbəsində müxtəlif ünvanlarda gündəlik kirayə yaşamışdır. 30 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizam rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığındakı «Alov Park»a gəlmiş, parkda lotereyaların səyyar satışını həyata keçirən köşkə yaxınlaşmışdır. Köşkdə satıcı işləyən qadının digər müştəri ilə məşğul olması və ətrafda digər şəxslərin olmadığını görüb fürsətdən istifadə edərək piştaxtanın üzərindəki, hər birinin eləyəri 10 manat olan 100 ədəd lotereya biletlərini gizlin olaraq götürüb cibinə qoymuşdur. Oğurladığı lotereyaları həmin gün tanımadığı şəxsə 100 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostasiyasının yaxınlığında yerləşən “Bravo” Hipermarketin arxa tərəfində olan zibillikdən 01 ədəd mavi rəngli seloffan torba tapmışdır. Həmin torbaya baxan zaman içərisində 01 ədəd avtomat silahının və həmin avtomat silahının qundaq hissəsinə salınmış üzlükdə 13 ədəd patronun olduğunu görmüşdür. Həmin avtomat silahını satıb pul əldə etmək məqsədi ilə seloffanla birlikdə götürüb, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə gedən zaman ünvan 8 ünvanının qarşısında iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini ona təqdim edərək, onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Nizami RPİ-nin 23-cü Polis bölməsinə getmişdir. Nizami RPİ-nin 23-cü Polis bölməsində olan zaman otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah etdikdən sonra dəvət olunmuş 06 saylı Vəkil bürosunun vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Əlində olan göy rəngli sellofan torbanı stolun üzərinə qoyaraq, həmin torbanın içərisində 01 ədəd avtomat silahı və 13 ədəd patron olduğunu, zibillikdən tapdığını, satmaq məqsədi ilə özündə saxladığını bildirmişdir. Hal-hazırda törətdiyi əçəli səmimi etiraf edib peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığındakı «Alov Parkı» yaxınlığında satış rəfi qoyaraq lotereyaların səyyar satışını həyata keçirir. 30 oktyabr 2023-cü il tarixdə saat 19:55 radələrində satıcı işlədiyi köşkdə başının müştəriyə qarışmasından istifadə edən naməlum şəxs piştaxtanın üzərində olan, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 1000 manat təşkil edən iki ədəd lotereya paketini oğurladığını aşkar etmişdir. Hal-hazırda ona dəymiş zərərin ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və məhkəmədən onun cəzalandırılmasını xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16-da radələrində Nizami RPİ-nin 23-cü PBnin baş əməliyyat müvəkkili polis kapitanı X4 ilə xidmətdə olarkən Nizami rayonu Keşlə qəsəbəsi, Davud Aslan 9 ünvanının qarşısında əlində göy rəngli torba olan bir nəfər kişinin hərəkətləri və davranışı ilə özünü şübhəli apardığını görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib, onun şəxsiyyəti ilə maraqlandıqda şəxs onlardan uzaqlaşmağa çalışmışdır. Daha sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etməklə əlində olan göy rəngli sellofan torbada odlu silah olduğunu bildirmişdir. Həçin şəxs polis bölməsinə təmin edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı polis baş leytenantı Abbas Məmmədov tərəfindən şübhəli şəxs qismində tutularaq, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, maddə, pretmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu göy rəgli sellofan torbanı masanın üstünə qoyaraq içərisində avtomat silahı və patronlar olduğunu, həmin günü “Koroğlu” metrostansiyəsmın yaxınlığında yerləşən “Bravo” supermarketinin yaxınlığındakı zibillikdən tapdığın, sataraq pul əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd avtomat silahı və 13 ədəd patron bir ədəd torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 24/13 saylı 07 yanvar 2024cü il tarixli görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd TO-3406D №-li silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm Kalibirli, Simonov konstruksiyalı SKS modelli, süngülü karabindir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 13 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62X39 mm kalibirli olmaqla, həmin kalibirli ov Karabiniərində atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yaralıdırlar Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, işdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR-sı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 03 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən AR-sı CM-nin 177.1 və 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş hazırkı cinayətləri törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-nin 18.4.1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, təqsirləndirilən şəxsin əməlində AR-sı CM-nin 177.1-ci maddəsinə münasibətdə cinayətlərin residivi müəyyən edilmir. Lakin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR-sı CM-nin 228.1-ci maddəsinə münasibətdə qeyd olunan əməl məhkumluq ödənilmədən törədildiyindən məhkəmə tərəfindən cinayətlərin residivi müəyyən edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2024*-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıradək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd TO-3406D №-li silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm Kalibrli, Simonov konstruksiyalı SKS modelli, süngülü karabin və qalıq 10 ədəd 7,62X39 mm kalibrli patron Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 03 ay (iki il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan 01 ədəd TO-3406D №-li silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm Kalibrli, Simonov konstruksiyalı SKS modelli, süngülü karabin və qalıq 10 ədəd 7,62X39 mm kalibrli patron Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 78 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-303/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-303/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver