Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-305/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsnın, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə İsmayıllı rayonu, Qurbanəfəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qurbanəfəndi ərazi dairəsi, Qurbanəfəndi kəndində qeydiyyatda olan və barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda stintaq Təcrdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən “Namik Kemal" universitetinin iqtisadiyyat fakültəsində təhsil alan Şahid Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsi ilə Bakı şəhərində yerləşən dövlət universitetlərindən birinə köçürməsinə kömək edəcəyinə dair anası Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə, bu adla hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 02 iyun 2022-ci il tarixdə saat 09:54-də ünvan 1 ünvanında yerləşən “Araz” supermarketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə onun «Azərbaycan Beynəlxanlq Bankı»nda olan hesab nömrəsinə göndərdiyi 1.000 manat, 06 iyun 2022-ci il tarixdə saat 11:16-da ünvan 1 ünvanında yerləşən «Araz» supermarketdə olan «Milliön» ödəmə terminalı vasitəsi ilə onun «Azərbaycan Beynəlxanlq Bankı »nda olan hesab nömrəsinə göndərdiyi 1.300 manat, 11 iyul 2022-ci il tarixdə saat 10:29-da ünvan 2 ünvanında yerləşən “Park City” yaşayış kompleksində olan «Milliön» ödəmə terminalı vasitəsi ilə onun “Azərbaycan Beynəlxanlq Bankı” hesab nömrəsinə göndərdiyi 250 manat, 10 mart 2023-cü il tarixdə saat 14:13-də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 25/67 ünvanında yerləşən «ömər» marketdə olan «eManat» ödəmə terminalı vasitəsi ilə onun bildirdiyi «LeoBank»a məxsus «**********932460» hesab nömrəsinə göndərdiyi 880 manat, 25 mart 2023-cü il tarixdə saat 16:14-də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 25/67 ünvanında yerləşən «ömər» marketdə olan «eManat» ödəmə terminalı vasitəsi ilə onun bildirdiyi «LeoBank»a məxsus «**********932460» hesab nömrəsinə göndərdiyi 1.500 manat, 28 mart 2023-cü il tarixdə saat 19:01-də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 25/67 ünvanında yerləşən «Ömər» marketdə olan «eManat» ödəmə terminalı vasitəsi ilə onun bildirdiyi «LeoBank»a məxsus «**********932460» hesab nömrəsinə göndərdiyi 600 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs 5.530 (beş min beş yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, o, Türkiyə Respublikasında təhsil aldığından orada yerləşən universitetlərdə qohumlarının təhsil alması üçün kömək etmiş, 2022-ci ildə Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Şahid Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən “Namik Kemal" universitetində təhsil aldığını və həmin şəhərin havasının onu narahat etməsi səbəbindən Azərbaycanda yerləşən universitetlərdən birinə transfer olunmasını istədiyini bildirmiş, oğlunun 4 fəndən kəsiri olduğu və Universitetə 800 manat illik ödənişini ödəməməsi səbəbindən borcu qaldığını demişdir. O, ona 800 manat ödəniş pulunu ödədikdən sonra 1.500 manat qarşılığında oğlunu Azərbaycanda yerləşən universitetlərdən birinə transfer edə biləcəyini bildirmiş, lakin Səadət ona yaxın adamı olmadığını və onun həmin 800 manat ödənişi etməsini istəmişdir. O, onunla razılaşmışdır. Daha sonra o, ona məxsus olan “Azərbaycan Beynəlxalq Banka” aid kart hesabına əvvəlcə 1.000 manat, daha sonra isə 1.300 manat pul göndərmişdir. Səadətin ona verdiyi puldan 800 manatını Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən “Namik Kemal” universitetinə akademik borc qarşılığında ödəmiş, qalıq 1500 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Səadət xanıma sənədlərin tərcüməsi və təsdiqinin lazım olduğunu dediyindən o, ona bu işləri həll etmək üçün vaxtı olmadığını və onun əvəzinə bu işləri həll etməyini demiş, o, 250 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs onun “Azərbaycan Beynəlxalq Banka” məxsus olan kart hesabına 250 manat pul göndərmişdir. O, həmin pulla tərcümə mərkəzləri vasitəsilə sənədləri tərcümə və təsdiq etdirmişdir. O, “transfer.edu.az” saytı vasitəsilə Zərərçəkmiş şəxs oğlu Şahid “Azərbaycan Qərb Universitetinin" iqtisadiyyat fakültəsinə köçürmə etmişdir. 2023-cü ilin fevral ayında nəticələr açıqlanmış və Şahid “Azərbaycan Qərb Universitetinə” transfer olunduğu təsdiqini tapmışdır. Həmin il özəl universitetlərin illik ödənişləri artdığından Zərərçəkmiş şəxs ödənişi ödəyə bilməyəcəyini və bu səbəbdən oğlunu dövlət Universitetinə köçürmə etməyini xahiş etmiş, buna görə də Zərərçəkmiş şəxs oğlu Şahid “Azərbaycan Qərb Universitetinə” sənədlərini təqdim etmədiyindən köçürülmə ləğv edilmiş və köçürmədən imtina kimi qəbul olunmuş, onun Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən “Namık Kemal” universitetində qeydiyyatı olduğu kimi qalmışdır. O, Zərərçəkmiş şəxs transfer müddətinin başa çatdığını və 2023-cü ilin iyul ayında yenidən transfer dövrünün başlayacağını və gözləməsini bildirmiş, 2023-cü ilin mart ayında Türkiyə Respublikasında zəlzələ olduğundan o, Zərərçəkmiş şəxs Təhsil Nazirliyinə transferlə bağlı müraciət edə biləcəyini bildirmişdir. Lakin müraciət edilməzdən əvvəl onun “Namık Kemal” universitetinə illik ödənişini ödəməsini və kəsrlərini həll etməsini demişdir. Zərərçəkmiş şəxs ödənişləri onun etməyini demişdir. O, Zərərçəkmiş şəxs həmin universitetin 2023-cü il illik ödənişi üçün 800 manat, kəsrləri üçün isə 700 manat pul ödəməli olduğunu demişdir. Zərərçəkmiş şəxs 25 mart 2023-cü il tarixdə ona məxsus “Leo banka” məxsus kart hesabına 1.500 manat pul göndərmiş, həmin puldan 800 manatını universitetin illiyinə ödəmiş, qalıq 700 manatını isə şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra o, Şahid “Namık Kemal” universitetində olan sənədlərini oradan gətirmək lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs həmin sənədləri onun gətirməyini istəmişdir. O, getməyi planlaşdırsa da, səhəti ilə əlaqədar gedə bilməmişdir. O, Zərərçəkmiş şəxs onun Türkiyədə tanışı olduğunu və onun vasitəsilə sənədləri gətizdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 28 mart 2023-cü il tarixdə onun “Leo banka” məxsus kart hesabına 600 manat pul göndərmiş, 2023-cü ilin aprel ayında o, Samsunda yaşayan tanışı Türkiyə Respublikası vətəndaşı Mücahidlə əlaqə saxlamış və Tekirdağdan sənədləri götürməsini istəmiş, bunun üçün dostuna 510 manat pul göndərmi, həmin sənədlər 2023-cü ilin iyun ayında poçt vasitəsilə ona göndərilmiş və o, qalıq 90 manatı həmin sənədlərin Azərbaycan dilinə təsdiq edilməsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs həmin sənədlərin fotoşəkillərini və elektron nüsxələrini göndərmişdir. O, 2023-cü ilin iyul ayında “transfer.edu.az” saytına müraciət etsə də, həmin vaxt Ukrayna müharibəsinə görə oradan və zəlzələ bölgəsindən transferlərə üstünlük verildiyindən Ramilin köçürülmə məsələsi alınmamış, nəticələr 2023cü ilin sentyabr ayında açıqlanan zaman o, Türkiyədə olmuş, orada sənədlərində problem yarandığı üçün X6 ilçesində yerləşən gerigöndərmə mərkəzində 1 ay 19 gün saxlanılmışdır. Həmin müddətdə Zərərçəkmiş şəxs ilə əlaqə saxlaya bilməmişdir. Oradan çıxdıqdan sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış, o, ondan ödədiyi pulu tələb etmişdir. O, pul göndərmək üçün kart göndərməsini istəmiş, lakin Zərərçəkmiş şəxs ondan 6.500 manat nağd şəkildə pul tələb etmişdir. Daha sonra əlaqələri kəsilmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs 5530 manat maddi ziyan vurmuşdur. Həbsdə olması səbəbindən dəymiş ziyandan ödəniş edə bilməmişdir. Hazırda Şəmkir Rayon Məhkəməsində və Sumqayıt Şəhər Məhkəməsində də barəsində cinayət işi gedir. Həmçinin o, dələduzluq etməmiş, pul müqabilində Şahid özəl universitetə transfer olunmuş, lakin şəxs razılaşmadığı üçün transfer ləğv olunmuşdur. Burda hər hansı dələduzluqdan söhbət gedə bilməz. Özü İ qrup gözdən əlildir. Kənar şəxsin köməyinə ehtiyacı var, həmçinin bununla əlaqədar ona baxıcı da təyin olunmuşdur. Bütün bunları nəzərə alaraq barəsində aparılan işə mülki qaydada baxılmasını, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdə o, oğlu Ramilin Azərbaycanda yerləşən universitetlərin birinə dəyişmək qərarına gəlmiş, oğlunun tanışının vasitəsi ilə transfer işləri ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, 31 may 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq ona oğlu Ramili Azərbaycanda fəaliyyət göstərən universitetlərdən birinə transfer etmək niyətinin olduğunu demiş, təxminən 2-3 gün sonra “28 may metrostansiyasının” yaxınlığında fəaliyyət göstərən “Başkent” restoranında görüşmüş, Qüdrət ona oğlunu Bakı şəhərində yerləşən universitetlərindən birinə transfer edəcəyini demiş, Qüdrət ona ümumilikdə 2.300 manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt oğlu Ramil Tekirdağ şəhərində təhsil aldığı Universitetdə təhsilini davam etdirmişdir. Oğlu Ramil 2-ci kursu bitirdikdən sonra təhsil aldığı universitetdə əlavə 3 ədəd kəsiri olmuşdur. Ramil transfer olunacağını bildiyindən Qüdrətin tapşırığına əsasən həmin universitetdə olan sənədlərinin surətini universitetdən götürərək tərcümə və təsdiq etdirib Bakı şəhərinə gətirmişdir. O, həmin sənədləri Qüdrətə göndərmişdir. Qüdrət Ramilin 2-ci kursda olan 3 fəndən olan akademik borclarına görə əlavə 250 manat pul göndərməyini demiş, o, 250 manat pulu Təqsirləndirilən şəxs «Azərbaycan Beynəlxalq Bankı» hesab nömrəsinə göndərmişdir. 2022-ci ilin avqust ayında transferlərin cavabı çıxmış və Qüdrət onu oğlu Ramilin Azərbaycan Qərb Universitetinin ödənişli əsaslarla iqtisadiyyat fakültəsinə köçürülməsi mümkünlüyü barədə sənəd göndərmiş və onun həmin universitetdə 3-cü kursdan təhsilə başlayacağını və illik ödənişin 2.000 manat olacağını demişdir. Həmin universitetlə əlaqə saxlayan zaman oğlunun 1-ci kursdan təhsilə başlaycağı və illik ödənişin 4.000 manat olmasını öyrənmişdir. Həmin universitet özəl universitet olduğundan, həmçinin ödənişin 16.000 manat etməsi səbəbindən onlar bu barədə razılaşmamışlar. Qüdrət ona narahat olmamağını, həmin universitetə transfer məsələsindən imtina etdiyini, Ramilin Bakı şəhərinə köçürülmə ilə əlaqədar icazəsini aldığını demişdir. Ramilin halhazırda təhsil aldığı Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən «Namık Kemal» universitetinə olan yarımillik ödənişini etmələrini və universitetə getməməyini tapşırmışdır. O, Ramilin yarımillik ödənişi olan 763 Türkiyə Lirəsi (təxminən 76 manat) pulu Universitetə ödəmişdir. Qüdrət qış transfer müddətində Ramilin transfer olunacağını demiş, lakin 2023cü ilin yanvar ayında transfer açılmamış, Qüdrət ona narahat olmamağını, Ramilin Tekirdağ şəhərində yerləşən «Namık Kemal» universitetinə olan ikinci yarımillik ödənişini etməyini demiş, o, Ramilin ikinci yarımillik ödənişi olan 763 Türkiyə Lirəsi (təxminən 76 manat) pulu Universitetə ödəmişdir. 9 mart 2023-cü il tarixdə Qüdrət ona zəng edərək Türkiyədə zəlzələ olduğu üçün Ramilin adını zəlzələ olan bölgəyə qeyd etdirəcəyini və onu Azərbaycanda istənilən dövlət universitetlərinin birinə transfer edəcəyini bildirmiş, ona «Gəncə dövlət universiteti»ində tanışı olduğunu və oğlunu oraya daha rahat transfer etdirə biləcəyini demişdir. O, onunla razılaşmışdır. Qüdrət ona transferin baha olduğunu, lakin onun əvvəlcədən ödəniş etməyi səbəbindən 900 manata transferi həll edəcəyini bildirmiş, həmin pulu Ramil Qüdrətin ona göndərdiyi dəqiq xatırlamadığı hesab nömrəsinə göndərmişdir. Bir müddət keçdikdən sonra Qüdrət ona zəng edərərk oğlunun «Gəncə dövlət universiteti»inə trensfer olunduğunu bildirmiş, bir müddət keçdikdən sonra o, ona zəng edərək «Gəncə dövlət universiteti»inin rektorunun yanında əyləşdiyini, oğlu Ramilin Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən «Namık Kemal» universitetdində olan 15 ədəd akademik borcunu 1500 manat qarşılığında bağlayacağını demişdir. 25 mart 2023-cü il tarixdə saat 16:14-də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 25/67 ünvanında yerləşən «Ömər» marketdə olan «eManat» ödəmə terminalı vasitəsi ilə 1.500 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi «LeoBank»a məxsus «**********932460» hesab nömrəsinə göndərmişdir. O, oğlu Ramilin əməliyyat olunacağını və Qüdrətin ondan pul istəməməsini bildirmişdir. Qüdrət 2023-cü ilin mart ayının sonlarında ona zəng edərək oğlunun Türkiyəyə gedərək Tekirdağ şəhərində yerləşən «Namık Kemal» universitetində olan sənədlərini gətirməsini tapşırmışdır. O, oğlunun əməliyyat olunacağını və gedə bilməyəcəyini demiş, Qüdrət özünün gedib sənədləri gətirəcəyini və gediş-dönüş biletinin pulunu verməyini istəmiş, ondan 580 manat təyyarə bilet pulu üçün, avtobus bilet pulu üçün isə əlavə pul istəmişdir, ümumilikdə 600 manat pul göndərmişdir. Qüdrət ona sənədləri gətirdiyini desə də, sənədləri gətiməsini təsdiq edən ona hər hansı sənəd göndərməmiş və gözləmələrini bildirmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da, onu müxtəlif bəhanələrlə aldadaraq, transferlərin icrada olmasını bildirmişdir. 15 sentyabr 2023-cü il tarixdə o, Təhsil Nazirliyinin internet saytına baxanda oğlu Ramilin transfer olunmasından imtina cavabı gəlməsini görmüşdür. Buna görə də o, Təqsirləndirilən şəxs zəng etsə də, əlaqə saxlaya bilməmişdir. O, Təqsirləndirilən şəxs onu aldatmasını bilib hadisə barədə Bakı şəhəri, Nizami RPl-nin 24-cü Polis şöbəsinə müraciət etmişdir. 2023-cü ilin noyabr ayında Qüdrət ona mesaj yazaraq nə qədər pul ödəməli olduğunu soruşmuş, o, ona göndərdiyi 5.550 manat pulu ondan tələb etmiş, Qüdrət ona yeni ilə qədər pulu ödəyəcəyini demiş, lakin Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 5.550 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2020-ci ildə Türkiyə Respublikası Tekirdağ şəhərində yerləşən “Namık Kemal” universitetinin iqtisadiyyat fakültəsində təhsil almağa başlamış, allergiyası olduğundan oranın havası ona pis təsir etmiş, bu səbəbdən anası Səadət onu Azərbaycanda yerləşən universitetlərdən birinə transef etdirmək istəmiş, 2022-ci ilin may ayında anası onun tanışı Sədi vasitəsilə Qüdrət adlı şəxsi tanıdığını və onun vasitəsilə onu onların maddi imkanları zəif olduğundan Azərbaycanda özəl universitetə yox, dövlət universitetlərindən birinə transfer edəcəyini bildirmişdir. O həmin müddətdə Türkiyə Respublikası Tekirdağ şəhərində təhsilini davam etdirmişdir. 2022-ci ilin iyul ayında imtahanlar bitdikdən sonra o, universitetdən sənədlərini götürərək tərcümə və təsdiq etdirib Bakı şəhərinə qayıtmışdır. Daha sonra o da Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Qüdrət ona universitetdə olan kəsrlərinin nəzərə alınmaması üçün işlər görəcəyini demişdir. 2022-ci ilin iyul ayında Qüdrət onun anası Səadətə onun “Azərbaycan Qərb Universitetinə” transfer olunma ehtimalı barədə sənəd göndərmiş və onun həmin universitetdə 3-cü kursdan təhsilə başlayacağını və illik ödənişin 2.000 manat olacağını demişdir. O həmin universitetlə əlaqə saxlayan zaman onun 1-ci kursdan təhsilə başlaycağı və illik ödənişin 4.000 manat olmasını öyrənmişdir. Həmin universitet özəl universitet olduğundan, həmçinin ödənişin 16.000 manat etməsi səbəbindən onlar bu barədə razılaşmamışlar. Daha sonra Qüdrət anası ilə danışmış və Türkiyə Respublikası Tekirdağ şəhərində yerləşən “Namık Kemal” universitetinin 3-cü kurs yarımillik ödənişlərini etmələrini, lakin Ramilin ora getməmələrini bildirmişdir. 2022-ci ilin sentyabr ayında onun Türkiyədə olan tələbə yoldaşları vasitəsilə 3cü kursun birinci yarımilliyinin 750 Türkiyə Lirəsi olan yarımillik pulunu ödəmişlər. Qüdrət 2023-cü ilin əvvəllərində transfer məsələsini həll edəcəyini demişdir. Lakin transfer açılmadığından o, onlara ikinci yarımilliyi ödəməyi bildirmişdir. Onlar eyni üsulla 3-cü kursun ikinci yarımilliyinin 750 Türkiyə Lirəsi olan pulunu ödəmişlər. 9 mart 2023-cü il tarixdə anası ona zəng edərək ona göndərdiyi hesabın nömrəsini xatırlamadığı kart hesabına 900 manat pul göndərməyini bildirmiş, o, həmin hesaba 900 manat pul göndərmiş və çekin şəklini Qüdrətə və anasına gönərmişdir. 2023-cü ilin mart ayının sonlarında Qüdrət ona Türkiyəyə gedərək sənəd gətirmək lazım olduğunu demiş, lakin o, əməliyyata hazırlaşdığından sənədləri gətirməyə gedə bilmədiyini demişdir. Daha sonra Qüdrət onun anası ilə əlaqə saxlamış və ona Qüdrət iş apardığından gedərərək sənədləri gətirəcəyini demişdir. Anası ona 600 manat pul göndərmiş, daha sonra onlar gözləsə də, transfer məsələsinin baş tutmadığını öyrənmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdim etmə protokolundan görünür ki, həmin protokolla cinayət işinə əlavə edilmiş çeklərdə Təqsirləndirilən şəxs Azərbaycan Beynəlxalq Banka məxsus kart hesabına 250 manat, 1000 manat, “Leo Banka” məxsus kart hesabına 1500 manat pul göndərməyə dair çeklər, “Whatsapp” ani mesajlaşma vasitəsilə köçürməyə dair yazışmalar, Şahid “Gəncə Dövlət Universitetinə” köçürmə edilməməsi barədə fotoşəkillər var. Həmin fotoşəkillər cinayət işi üzrə sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokolunda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi kağızlardan birində çek şəkli vardır. Həmin çekdə “Azərbaycan Beynəlxalq Bankına” aid olması A.S.A.: QU**** HA********* XA***** Ödənilib: 1300.00 AZN Əməliyyat №: ********** İBAR8-662663460 sözləri vardır. Digər sənədlər isə Şahid Tekirdağ X2 İktisadi və X4 dair öğrənci Belgesi və Tələbə arayışı vardır. Həmin protokolla cinayət işinə əlavə edilmiş qəbz fotoşəkilləri və sənədlər cinayət işi üzrə sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 avqust 2024-ci il tarixli “təqdim etmə və baxış" protokolunda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi A4 kağızda qəbz fotoşəkli vardır. Həmin qəbz eManata məxsusdur. Qəbz nömrəsi 56409, Terminal ünvanı: Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 25/67, Ömər Market, Tarix xx.xx.2023 14:13:46, Leo Bank, ödənildi 880AZN, Ad Soyad ata adı- HACİBABAYEV QÜDRƏT XANLAR OĞLU, kartın son 8 rəqəmi 50932460, Əməliyyat nömrəsi ********** sözləri yazılmışdır. Həmin fotoşəkil cinayət işi üzrə sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 avqust 2024-ci ildə tərtib edilmiş “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Azərbaycan Beynəlxalq Bankına” aid kart hesabında həyata keçirilən əməliyyatlar barədə məlumtları əks etdirən 1 ədəd diskin baxışını apardım. DVD diskdə 13 ədəd Təqsirləndirilən şəxs - cari - əməliyyat aparılmayıb Təqsirləndirilən şəxs - cari - emeliyyat aparılmayıb Təqsirləndirilən şəxs - cari - əməliyyat aparılmayıb Təqsirləndirilən şəxs təqaüd hesab Təqsirləndirilən şəxs - cari - əməliyyat aparılmamışdır Təqsirləndirilən şəxs cari - əməliyyat aparılmamışdır Təqsirləndirilən şəxs - cari hesab, Təqsirləndirilən şəxs cari hesab Təqsirləndirilən şəxs - cari hesab Təqsirləndirilən şəxs - cari - əməliyyat aparılmayıb Təqsirləndirilən şəxs - kredit 2 Təqsirləndirilən şəxs - kredit hesabı Təqsirləndirilən şəxs - pensiya “Excell” papkaları vardır. 7-ci sırada yerləşən “Təqsirləndirilən şəxs - cari hesab xx.xx.2024 10:38 73 kb" adlı “Excell” papkasında xx.xx.2022-1.000, xx.xx.2022-1.300 xx.xx.2022-250 yazıları əks edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Azərbaycan Beynəlxalq Banka" məxsus olan kart hesabına 2.550 manat pul göndərildiyi təsdiqini tapmışdır. Həmin DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 avqust 2024-ci ildə tərtib edilmiş “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Uni Banka” aid kart hesabında DVD diskdə 01 ədəd “HACİBABAYEV QÜDRƏT XANLAR OĞLU” adlı bir ədəd “Excell” papkası vardır. Həmin “Excell” papkasına baxış keçirən zaman açılan səhifənin alt hissəsində Müştəri məlumatları/ Unibank Atm/ Digər Bank ATM/ Digər bank pos-terminal/ İnternet/ Unibank tətbiqi ilə Cardtocard/ Digər bank tətbiqilə Cardtocard/ Terminal vasitəsilə əməliyyat/ Kart qalığına faiz başlıqlı səhifələr mövcuddur. Terminal vasitəsilə əməliyyat bölməsinin 44-cü bəndində 28 mart 2023-cü il tarixdə saat 19:03-də kart hesabına 600 manat pul, Terminal vasitəsilə əməliyyat bölməsinin 45-ci bəndində 10 mart 2023-cü il tarixdə saat 14:15-də kart hesabına 880 manat pul, Terminal vasitəsilə əməliyyat bölməsinin 52-ci bəndində 25 mart 2023-cü il tarixdə saat 16:16-da kart hesabına 150 manat pul göndərilməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs məxsus olan “Unibanka” məxsus olan kart hesabına 2980 manat pul göndərildiyi təsdiqini tapmışdır. Həmin DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə alternativ cəzalar nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər də eyni növ cinayət törətdiyindən və hazırda da azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən məhkəmə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da, nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə cinayət qanununda təqsirləndirilən şəxsin şəxsin əməli etiraf edib əməlindən səmimi peşman olmasını, İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(104)-68/2025 nömrəli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü il tarixdə, yəni əvvəlki hökm olan Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi X3 qiymətləndirilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 26 mart 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxsnın Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü ilə 3 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin hökm üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus kart hesablarından çıxarışla əlaqədar məlumatları özündə əks etdirən DVD disklər və çeklər cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024cü il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-118/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin hökm üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus kart hesablarından çıxarışla əlaqədar məlumatları özündə əks etdirən DVD disklər və çeklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-305/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-305/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver