Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-307/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdehin) müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs (mülki cavabdeh) xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMCnin direktoru Nümayəndə sonuncunun rəhbəri olduğu cəmiyyət adından 5390 manat müqabilində Türkiyə Respublikasından sifariş verdiyi kofe məhsullarının özünün direktoru olduğu "xxxx" MMC vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumunda gömrük rəsmiləşdirməsini həyata keçirərək anbara yerləşdirəcəyinə dair yalan vəd verib aldadaraq bu adla etibardan sui-istifadə etməklə Nümayəndə 18 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında əlbəəl 5390 manat alıb ələ keçirdikdən sonra, Nümayəndə rəhbəri olduğu cəmiyyətin əmlakının ələ keçirilməsi niyyəti üzrə cinayət əməlini davam etdirməklə sonuncuya guya məhsulların uzun müddət gömrükdə qalması ilə əlaqədar əlavə ödəniş hesablandığını bildirib bu adla onun istəyinə əsasən Nümayəndə istifadəsində olan 4098-5844-5873-9735 nömrəli kart hesabından yaşadığı Bakı şəhəri Səbail rayonu Z.Yusifzadə küçəsi ev 56 mənzil 5 A-da olarkən onun istifadəsində olan 5239-1515-1146-6511 nömrəli kart hesabına 19 iyun 2022-ci il tarixdə 1200 manat, 30 iyun 2022-ci il tarixdə eyni ünvandan 1000 manat köçürdükdən sonra Nümayəndə başqa işə ödənilməsi üçün pulun bir hissəsinin geri qaytarılması tələbinə əsasən o köçürülmüş həmin pulun 2000 manatını eyni üsulla geri Nümayəndə qaytarıb, 200 manatını özündə saxladıqdan bir müddət sonra Nümayəndə ona olan etibar və inamını daha da artırmaq üçün rəhbəri olduğu "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 MMC arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi barədə 01 iyul 2022-ci il tarixli RSD/10 nömrəli sifariş formasını imzalayıb həmin sənədlə öz niyyətini pərdələyərək guya gömrükdə anbara əlavə ödəniş edilməli olduğunu bildirib bu adla 13 iyul 2022-ci il tarixdə Nümayəndə yaşadığı Bakı şəhəri Səbail rayonu Z.Yusifzadə küçəsi ev 56 mənzil 5 A-da olarkən istifadəsində olan 4098-5844-5873-9735 nömrəli kart hesabından onun istifadəsində olan 5239-1515-1146- 6511 nömrəli kart hesabına daha 1000 manat köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ümumilikdə 6590 manat pul vəsaitini ələ keçirib Cəmiyyətə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru olması ilə bağlı qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 özünə məxsus "xxxx" MMC-nin mobil telefon alqı-satqısını həyata keçirməsini bildirib sonuncuya rəhbəri olduğu Cəmiyyət vasitəsi ilə “İphone 14 Pro Max” markalı 256 GB yaddaş tutumlu və “İphone 14 Pro” markalı 256 GB yaddaş tutumlu mobil telefonları sifarişlə gətirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 05 iyun 2023-cü il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının yaxınlığında 4000 manat aldıqdan sonra eyni adla 26 iyun 2023-cü il tarixdə saat 16:27 radələrində Bakı şəhəri Nizami rayonu M.Şərifli 25 ünvanında yerləşən “Araz Supermarket”də quraşdırılmış onlayn ödəmə terminalı vasitəsi ilə onun faktiki istifadəsində olan 64534427 nömrəli “Leo Bank” kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən 1250 manat köçürülməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 5250 manat məbləğində pul vəsaitini ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hal-hazırda "xxxx" MMC-nin direktorudur. Zərərçəkmiş şəxs2 MMC vasitəsi ilə Türkiyədən Azərbaycan Respublikasına məhsul idxal etmişlər. O, 5 ildən çox həmin şirkətlə işləmiş, onların idxal etdiyi məhsulların gömrük rəsmiləşdirilməsini həyata keçirmiş və xidmət haqqı almışdır. Həmin şirkətin işçiləri ilə aralarında inam yaranmış, gömrük rəsmiləşdirməsi zamanı pul çatmayanda şirkətin əvəzinə həmin məbləği o qoymuş, sonra həmin pulu ona geri qaytarmışlar. Bir dəfə həmişəki kimi MMC-nin böyük məbləğdə idxal etdiyi məhsullarla bağlı gömrük rəsmiləşdirməsini həyata keçirən zaman şirkətin gömrük rəsmiləşdirməsi xərclərini ödəmək üçün pulu çatmadığından ondan həmin xərcləri ödəyib malları gömrükdən çıxartmağını xahiş etmişlər. O da öz hesabına malların gömrük rəsmiləşdirməsini tamamlayıb malları avtomobili ilə şirkətin ofisinə aparıb təhvil vermişdir. Malların gömrük rəsmiləşdirməsinə çəkdiyi xərc və onun xidmət haqqı təxminən 3500- 4000 ABŞ dolları məbləğində olmuşdur. Həmin vaxt ona çox iş olduğunu, qarışıqlıq olduğunu, pulunu səhərisi gün verəcəklərini bildirmişlər, o da razılaşıb getmişdir. Lakin xeyli müddət keçmiş, hər dəfə müxtəlif bəhanələrlə onun pulunu verməmişlər. Sonra Fatimə xanım ona Türkiyədəki müdirə dediyini, pulunu verəcəklərini bildirmişdir. Hətta Fatimə ona pulunu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirərək aviabiletini almağını xahiş etmişdir. O, 500 manata yaxın pul verib Fatiməyə aviabilet almışdır. Lakin Fatimə qayıdıb gələndə onun pulunu gətirməmişdir. Həmin şirkətin çox problemləri olduğu üçün eyni şirkəti başqa VÖEN-lə açmışlar. Əvvəlki şirkətin direktoru Fatimə xanım olmuş, yeni şirkətin direktoru isə Nigar xanım olmuşdur. Nigar ondan malların gömrükdən çıxarılması üçün kömək etməyini xahiş etmiş, o da razılaşmışdır. Həmçinin Nigardan pulunu almağa köməklik göstərməyini xahiş etmiş, Nigar Türkiyəyə gedəcəyini, qayıdanda onun pulunu gətirəcəyini bildirmişdir. Malların gömrük rəsmiləşdirilməsi üçün Nigardan ümumilikdə 6590 manat pul almışdır. Ona borcları olduğu üçün malların gömrük rəsmiləşdirilməsini gecikdirmişdir ki, pulunu qaytarsınlar. Nigar Türkiyədən Bakı şəhərinə qayıtmış, lakin pulunu gətirməmişdir. Onun pulunu qaytarmadıqları üçün o da malların gömrük rəsmiləşdirilməsini həyata keçirməmişdir. Sonra Nigar ona zəng edərək maddi vəziyyətinin pis olduğunu, ofisin icarə haqqını verə bilmədiyini bildirərək ona pul verməyini xahiş etmişdir. Bundan sonra hissə-hissə olmaqla Nigara 1600 manat pul qaytarmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun qonşusudur. Zərərçəkmiş şəxs1 ona vergi işləri ilə bağlı köməklik göstərirdi. Müştərinin yükü gömrük idarəsinə gələndə Zərərçəkmiş şəxs1 zəng etmiş, lakin o telefon zənglərinə cavab vermədiyindən gələn yükün bəyan edilmə prosesi gecikmişdir. Gələn yük uzun müddət gömrükdə qaldığına görə yük maşınının boşdayanmasına görə ona əlavə xərclər yaranmışdır. Belə hal bir neçə dəfə baş vermişdir. Əlavə xərcləri o ödəməli olmuşdur. Şahin ondan "xxxx" şirkəti vasitəsi ilə ona telefon almağını xahiş etmiş, o da razılaşmışdır. Bu məqsədlə Şahin ona 5250 manat pul vermişdir. Əvvəl hesabı bloka düşdüyündən, sonra isə sifariş verəcəyi telefon bitdiyindən həmin telefonu sifariş verə bilməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, yaşadığı binada onunla qonşu olduğu üçün tanıyır. 02 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla söhbət əsnasında Rəşad ona "xxxx" MMC vasitəsi ilə mobil telefon gətirə biləcəyini bildirmişdir. O, Rəşada gətirməsi üçün iki ədəd “iPhone 14 Pro Max” və “iPhone 14 Pro” markalı mobil telefonları sifariş vermişdir. Rəşad ona “iPhone 14 Pro Max” markalı mobil telefon üçün 3000 manat və “iPhone 14 Pro” markalı mobil telefon üçün isə 2250 manat pul ödəməli olduğunu demişdir. 05 iyun 2023-cü il tarixdə Rəşadla görüşüb ona əlbəəl 4000 manat pul vermişdir. Rəşad pulu aldıqdan sonra həmin pulu hesaba köçürəcəyini, telefonların ən geci 2-3 gün ərzində gələcəyini bildirmişdir. Lakin həmin gündən 20 gün keçməsinə baxmayaraq Rəşad mobil telefonları gətirməmişdir. 25 iyun 2023-cü il tarixdə Rəşadın mobil telefonuna zəng edib onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Rəşad ona 1250 manat pulu ödəmədiyi üçün mobil telefonları gətirə bilmədiyini bildirmişdir. 26 iyun 2023-cü il tarixdə Rəşad onunla əlaqə saxlayıb həyat yoldaşının adına olan bank kartının hesab nömrəsinə 1250 manat pul köçürməyini və mobil telefonların növbəti gün onda olacağını bildirmişdir. Bundan sonra o, “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Rəşadın ona verdiyi bank kartına 1250 manat pul göndərmişdir. Lakin Rəşad ona verdiyi vədə əməl etməyərək mobil telefonları gətirməmişdir. Ona ümumilikdə 5250 manat ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Təqsirləndirilən şəxsin qanunazidd əməli nəticəsində ona mənəvi ziyan da dəymişdir. Belə ki, o həmin dövrlərdə mənəvi iztirab keçirmiş, depressiyaya düşmüş və bununla bağlı müalicələr almışdır. Ona dəymiş mənəvi ziyanı 550 manat məbləğində qiymətləndirir. Məhkəmədən mülki iddiasının təmin edilməsini, maddi ziyana görə 5250 manat, mənəvi ziyana görə 550 manat, dövlət rüsumu kimi ödənilmiş 78 manatın, cəmin 5878 manatın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Həmçinin dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi azadlıqdan məhrum etmə cəzası ilə razıdır, məhkəmədən həmin cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, 2018-ci ildə Zərərçəkmiş şəxs2ndə baş mütəxəssis vəzifəsində işləmişdir. O bir müddət ailə vəziyyəti ilə əlaqədar həmin MMC-dən ayrılmış, 2022-ci ilin may ayından yeni təsis edilən MMC-nin icraçı direktoru vəzifəsində işləməyə başlamışdır. Həmin şirkət Türkiyə Respublikasından çörəkotu məhsullarının və kosmetik vasitələrin Azərbaycan Respublikasına gətirilməsini təşkil etmişdir. 2022-ci ildə Təqsirləndirilən şəxs Türkiyə Respublikasından sifariş verdiyi məhsulları Azərbaycan Respublikasının gömrüyündə təhvil alıb ona təhvil verilməsi işini həvalə etmişdir. Bununla bağlı 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şirkəti ilə ona məxsus olan şirkət arasında müqavilə bağlanmışdır. O, Təqsirləndirilən şəxs gömrük rəsmiləşdirilməsini həyata keçirməsi üçün 2022-ci ilin iyun və iyul aylarında hissə-hissə olmaqla 2 dəfəyə cəmi 6590 manat pul vermişdir. Lakin Rəşad öz vədlərini yerinə yetirməmiş və məhsulların gömrük rəsmiləşdirməsini həyata keçirib onları gömrükdən çıxartmamışdır. Rəşaddan verdiyi pulu qaytarmağını tələb etmişdir. Həmin müddətdə "xxxx" MMC ilə müqavilə bağlamış və həmin müqavilə üzrə əlavə ödəniş edib mallarını gömrükdən çıxartmışdır. Lakin bu barədə Rəşada heç bir məlumat verməyərək onunla mütəmadi olaraq əlaqə saxlayıb malların nə vəziyyətdə olduğunu soruşduqda Rəşad ona narahat olmamağını, hər şeyin qısa müddətdə həllini tapacağını, nəzarətinin həmin məhsulların üzərində olduğunu demişdir. Artıq tam şəkildə əmin olmuşdur ki, Rəşad etibarından sui-istifadə edib onu aldadır. 2022-ci ilin avqust ayında polisə müraciət etmişdir. Dəymiş ziyandan 1600 manat ödənilib, 4990 manat ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti vardır. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi azadlıqdan məhrum etmə cəzası ilə razıdır, məhkəmədən həmin cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" şirkəti vasitəsilə Zərərçəkmiş şəxs1 iki ədəd “iPhone” markalı mobil telefon gətirəcəyinə söz vermişdir. 05 iyun 2023-cü il tarixdə Şahinlə birlikdə Rəşadla görüşmüşlər. O, mağazanın yanında gözləmiş, Şahin isə mağazanın içərisində Rəşada 2 ədəd mobil telefon gətirməsi üçün 4000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Şahin qalan 1250 manat pulu Rəşadın verdiyi bank kartının hesabına göndərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 iki ədəd “iPhone” markalı mobil telefon almaq üçün ümumilikdə 5250 manat pul almışdır. O, telefon vasitəsi ilə Rəşadla vəd verdiyi telefonları gətirməsi barədə dəfələrlə danışmışdır. Lakin Rəşad verdiyi vədinə əməl etməyək mobil telefonları gətirməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 şirkətində menecer vəzifəsində işləmişdir. Nümayəndə işə qəbul olunduqdan sonra tanımışdır. Həmin şirkətdə işləyən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onun işlədiyi şirkətlə Təqsirləndirilən şəxs bir neçə dəfə broker fəaliyyəti ilə bağlı müəyyən işlər görmüşdür. Nigar işdən çıxdıqdan sonra o, şirkətdə tək qalmışdır. 2019-cu ildə artıq şirkət dağılmağa doğru getmişdir. Türkiyəyə şirkət rəhbərinin yanına getməyə hazırlaşmış, Rəşaddan Türkiyəyə getməyi üçün yol pulu verməsini xahiş etmişdir. Rəşad ona 300 manat nağd şəkildə pul vermiş, 90 manat isə kart hesabına göndərmişdir. Sonradan öyrənmişdir ki, Rəşad şirkətə məxsus malların gömrük rəsmiləşdirilməsi üçün ondan 2 dəfə artıq pul almışdır. Ona görə də Rəşaddan aldığı 390 manat pulu ona qaytarmamışdır. Onun Rəşada heç bir borcu yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nümayəndə tərəfindən Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nə ünvanlanmış 03 avqust 2022-ci il tarixli ərizədən görünür ki, broker xidmətlərinə görə Təqsirləndirilən şəxs 5090 manat pul vermiş, lakin Rəşad nə mallarını gətirmiş, nə də onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. - Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün 01 iyul 2022-ci il tarixli RSD/10 saylı sifarişdən görünür ki, həmin müqavilə "xxxx" MMC (“Təmsilçi” qismində) ilə Zərərçəkmiş şəxs2 MMC (“Sifarişçi” qismində) arasında bağlanılmışdır. Həmin müqavilənin predmeti “Təmsilçi”nin öz əsasnaməsinə uyğun olaraq “Sifarişçi”nin tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında xidmətlər göstərməsidir. - xidmət göstərilməsi haqqında 18 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC (“Təmsilçi” qismində) ilə Zərərçəkmiş şəxs2 MMC (“Sifarişçi” qismində) arasında bağlanılmışdır. Həmin müqavilənin predmeti “Təmsilçi” tərəfindən “Sifarişçi”nin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsidir. - **********6840 nömrəli gömrük bəyannaməsindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC tərəfindən Türkiyə Respublikasında sifariş edilmiş üyüdülmüş dörd adda kofe məhsullarının gömrük rəsmiləşdirilməsi "xxxx" MMC tərəfindən edilmişdir. - Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nizami rayon prokurorluğuna ünvanlanmış 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs “İphone 14 Pro Max” markalı və “İphone 14 Pro” markalı mobil telefonlar gətirmək adı ilə onun 5250 manat pulunu ələ keçirmiş, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. - qəbzin surətindən görünür ki, Nizami rayonu M.Şərifli küçəsi 25 ünvanında yerləşən “MilliÖn” elektron ödəmə terminalı vasitəsi ilə 26 iyun 2023-cü il tarixdə saat 16:27:17-də X1 adına olan son səkkiz rəqəmi 64534427 olan “Leobank” kart hesabına 1250 manat pul köçürülmüşdür. - qəbzlərin surətindən görünür ki, Nümayəndə tərəfindən 523915****6511 nömrəli “Kapital Bank”a məxsus kart hesabına 19 iyun 2022-ci il tarixdə saat 13:20-də 1200 manat, 30 iyun 2022-ci il tarixdə saat 20:15-də 1000 manat, 13 iyul 2022-ci il tarixdə saat 16:01-də isə 1000 manat pul göndərilmişdir. - Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xidməti qeydlərdən görünür ki, "xxxx" MMC 27 dekabr 2019-cu il tarixdə dolayı gömrük təmsilçilik (broker) fəaliyyətinin göstərilməsi üçün qeydiyyata alınaraq Dövlət Gömrük Komitəsinin reyestrinə əlavə edilmiş və hazırda reyestrdədir. "xxxx" MMC tərəfindən 2022-ci il üzrə idxal-ixrac əməliyyatları qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitlərinin köçürülməsi barədə 19 iyun 2022-ci il tarixli, 30 iyun 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitinin köçürülməsi barədə 26 iyun 2023-cü il tarixli qəbzlər maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş qəbzdən görünür ki, vurulmuş 6590 manat maddi ziyandan 1600 manatı ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin və Nümayəndə Təqsirləndirilən şəxs hər hansı məbləğdə borcu olmamışdır. Təqsirləndirilən şəxs öz ifadəsində də qeyd etmişdir ki, Şahid2 ona borcu olmuş, sonuncu isə ifadəsində Təqsirləndirilən şəxs borcunun olmadığını bildirmişdir. Bundan əlavə, iş materiallarında olan Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xidməti qeydlərdən görünür ki, "xxxx" MMC tərəfindən 2022-ci il üzrə idxal-ixrac əməliyyatları qeydə alınmamışdır. Beləliklə, "xxxx" MMC tərəfindən 2022-ci il üzrə idxalixrac əməliyyatları aparılmadığı halda, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun-iyul aylarında Nümayəndə 6590 manat pulunu bu adla alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 06 iyun 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu, 09 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulduğu, 16 sentyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 11 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 3-16-35- 84/2-25923/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə qeydiyyata alınmış və 05 may 2025-ci il tarixə cəzasının 11 ay 18 gününü çəkmiş, çəkilməmiş cəzası 01 ay 20 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş 6590 manatdan 1600 manatı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, kifayət qədər vaxt verilməsinə baxmayaraq vurduğu ziyanı tam ödəməməsini, zərərçəkmiş şəxslərlə razılıq əldə etməməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmalarını, tutduğu əməldən peşman olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - özəl təşkilatlarda broker fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş əlavə cəza ilə tam, əsas cəza ilə qismən toplayaraq, həmin hökm üzrə 21 may 2025-ci il tarixə 01 il 04 gün çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulmuş, 09 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanılmış, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulmuş, 16 sentyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə tutulmuş, 09 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından dərhal azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, cəmi 02 ay 13 gün müddətində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 07 sentyabr 2022ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək, 09 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək, 16 sentyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək, həmçinin 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək, cəmi 02 ay 13 gün həbsdə və ev dustaqlığında saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 21 may 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitlərinin köçürülməsi barədə 19 iyun 2022-ci il tarixli, 30 iyun 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli qəbzlər, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitinin köçürülməsi barədə 26 iyun 2023-cü il tarixli qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 5250 manat pulunu ələ keçirməsi kifayət qədər sübuta yetirildiyindən iddia tələbi maddi ziyanın əvəzinin tutulması hissəsində əsaslıdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onu aldatmaqla sonuncuya mobil telefon gətirmək adı ilə 5250 manat pulunu ələ keçirməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 əsəb və sarsıntı keçirməsinin normal insan psixologiyası nöqteyi-nəzərindən əlavə sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs maddi ziyana görə 5250 manat, mənəvi ziyana görə 550 manat və dövlət rüsumuna görə ödənilən 78 manat, cəmi 5878 manat pul tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş maddi ziyan tam ödənilməsə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən 29 aprel 2025-ci il tarixə kimi göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 102 manat (17x6) məbləğində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən 29 aprel 2025-ci il tarixdən sonra göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 143 manat (13x11) məbləğində, cəmi 245 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətinə özəl təşkilatlarda broker fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)-240/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş əlavə cəza ilə tam, əsas cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza – 02 il müddətinə özəl təşkilatlarda broker fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(005)- 240/2023 saylı hökmü üzrə çəkdiyi 01 il 04 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 06 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qəti əsas cəza müddətinə hesablamaqla Təqsirləndirilən şəxs üzərində 02 il müddətinə özəl təşkilatlarda broker fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 ay 13 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 02 il müddətinə özəl təşkilatlarda broker fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs maddi ziyana görə 5250 manat, mənəvi ziyana görə 550 manat və dövlət rüsumuna görə ödənilən 78 manat, cəmi 5878 manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Cinayət işi üzrə maddi sübut olan Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitlərinin köçürülməsi barədə 19 iyun 2022-ci il tarixli, 30 iyun 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli qəbzlər, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına pul vəsaitinin köçürülməsi barədə 26 iyun 2023-cü il tarixli qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 245 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-307/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-307/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver