Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-308/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 20 avqust 1996-cı il tarixdə Gədəbəy rayonunun Mor-Mor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Mor-Mor kəndində qeydiyyatda olmaqla yaşayan, 04 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 30 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən bağçanın həyətində olan ağaclıq sahədə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə 20 manat pul müqabilində bir dəfə təbii yolla cinsi əlaqədə olduqdan sonra sonuncunun əlində olan, içərisində 50 manat nağd pul vəsaiti və hər birinin dəyəri 2 manat təşkil edən ümumilikdə 4 manat dəyərində iki ədəd nəqliyyat kartı olan qara rəngli, dəyəri 6 manat təşkil edən bir ədəd pul qabını dartıb alaraq açıq talayıb hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 60 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində hərbi geyimdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binasının yaxınlığında gəzişən zaman əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs görmüşdür. Nuranəyə yaxınlaşıb müəyyən pul müqabilində kişi ilə görüşüb-görüşmədiyini soruşmuşdur. Nuranə 50 manat pul qarşılığında onunla cinsi əlaqədə ola biləcəyini demişdir. O, Nuranəyə 50 manat pulu olmadığını, onunla cinsi əlaqədə olması qarşılığında 20 manat pul verə biləcəyini bildirmişdir. Nuranə onunla razılaşmışdır. Onlar söhbət edəedə piyada keçidi ilə yolun digər tərəfinə keçib Nizami rayonu, Nəsimi küçəsi istiqamətində getmişlər. Nuranə yaxınlıqda heç kimin olmadığı yer tanıdığını, orada cinsi əlaqədə ola biləcəklərini demişdir. O, etiraz etməmiş, birlikdə saat 18:30 radələrində bir bağçanın həyətinə gedib orada olan ağaclıq əraziyə keçmişlər. Nuranə həmin yerdə şalvarının ildırım kilidini (zamokunu) açıb dizinə kimi aşağı çəkmişdir. O da əynində olan şalvarı dizinədək aşağı çəkmişdir. Nuranə başı aşağı vəziyyətdə dayanmış, o, Nuranənin arxa tərəfinə keçib öz cinsiyyət orqanını Nuranənin cinsiyyət orqanına daxil etmiş və hamısını içəri yeritmişdir. Təxminən 2-3 dəqiqə təbii yolla cinsi əlaqədə olduqdan sonra ehtirasını təmin edib spermanı Nuranənin cinsiyyət orqanının içərisində boşaltdıqdan sonra cinsiyyət orqanını Nuranənin cinsiyyət orqanından çıxartmışdır. Bundan sonra Nuranə ayağa qalxıb cibində olan nəmli salfet ilə özünü silmiş və birinci alt paltarını, sonra isə şalvarını yuxarı çəkib ildırım kilidini (zamoku) bağlamışdır. O da şalvarını yuxarı çəkib geyindikdən sonra cibindən 20 manat pul çıxarıb Nuranəyə vermişdir. Pulu verdikdən sonra Nuranə pulu əlində olan qara rəngli pul kisəsinə qoyan zaman o, pul kisəsində əlavə pul da olduğunu görmüşdür. Bir qədər həmin yerdə söhbət etdikdən sonra Nuranənin əlində olan pul kisəsini əlindən dartıb alaraq qaçıb bağçanı girdikləri qapıdan deyil, digər tərəfdən tərk etmişdir. Nuranə onu arxadan çağırsa da o, dayanmamışdır. Bağçadan çıxdıqdan sonra pul kisəsinin içərisinə baxmış, pul kisəsinin içərisində onun Nuranəyə verdiyi 20 manat puldan əlavə 30 manat nağd pul və iki ədəd nəqliyyat kartı oldığunu görmüşdür. Pul kisəsində olan nəqliyyat kartlarını xatırlamadığı yerdə yolun kənarına atmış, pul kisəsini isə içərisində olan 50 manat pulla birlikdə cibinə qoymuşdur. Həmin gün axşam saatlarında yol maşını ilə qayınatasının və həmin vaxtlar ailəsinin yaşadığı Xaçmaz rayonuna getmişdir. 04 fevral 2023-cü il tarixdə Xaçmaz rayonunda olarkən Nizami RPİnin 25-ci polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən törətdiyi əməli etiraf etmiş və Nuranəyə məxsus qara rəngli pul kisəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ailədə yeganə işləyən şəxs özünün olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, bundan başqa ikinci Qarabağ müharibəsinin veteranı olduğunu, iki dəfə medalla təltif olunduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı X3 01 sentyabr 2019-cu il tarixdə qəsdən adam öldürmə cinayəti törətdiyinə görə həbs edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum olunmuşdur. O, rayonda yaşayış şəraiti pis olduğu üçün iş axtarmaq məqsədilə övladlarını götürüb Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 35, mənzil 14-də yaşamağa başlamışdır. Bakı şəhərinə gələndən müxtəlif təndirlərdə satıcı kimi işləmiş, hərdən də tanış kişi olanda onunla müəyyən pul müqabilində görüşə çıxıb pul qazanıb övladlarını saxlamışdır. 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binasının yaxınlığında bir nəfər hərbi geyimli şəxs, sonradan tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. Nəbi ona yaxınlaşıb müəyyən pul müqabilində kişi ilə görüşüb-görüşmədiyini soruşmuşdur. O, Nəbiyə pul verərsə onunla görüşə biləcəyini demişdir. Nəbi ondan hansı məbləğə görüşəcəyini soruşanda, 50 manat pul verməsini demişdir. Nəbi onunla razılaşmış, onlar söhbət edə-edə piyada keçidi ilə yolun digər tərəfinə keçib Nizami rayonu, Nəsimi küçəsi istiqamətində getmişlər. Nəbi ona yaxınlıqda heç kimin olmadığı yer tanıdığını, birlikdə ora gedib cinsi əlaqədə ola biləcəklərini demişdir. O, razılaşmış, birlikdə saat 18:30 radələrində bir bağçanın həyətinə girib orada olan ağaclıq yerə keçmişlər. Həmin yerdə şalvarının ildırım kilidini (zamokunu) açıb aşağı çəkmişdir. Nəbi də özünün əynində olan şalvarı aşağı çəkmişdir. O, başı aşağı vəziyyətdə dayanmış, Nəbi onun arxa tərəfinə keçib öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmiş və hamısını içəri yeritmiş, təxminən 2-3 dəqiqə təbii yolla cinsi əlaqədə olandan sonra Nəbi öz spermasını onun cinsiyyət orqanının içində boşaltmış və sonra cinsiyyət orqanından çıxartmışdır. Bundan sonra o, ayağa qalxmış, cibində olan nəmli salfet ilə özünü silmiş, birinci alt paltarını, sonra isə şalvarını yuxarı çəkib ildırım kilidini (zamokunu) bağlamışdır. Nəbi də şalvarını yuxarı çəkib geyindikdən sonra cibindən 20 manat pul çıxarıb ona vermişdir. O, pulu əlində olan qara rəngli pul kisəsinə qoyan zaman Nəbi pul kisəsində əlavə pul da olduğunu görmüşdür. Bir qədər həmin yerdə söhbət etdikdən sonra Nəbi onun əlində olan pul kisəsini dartıb əlindən alaraq qaçıb bağçanı girdikləri qapıdan deyil, digər tərəfdən tərk etmiş, arxadan çağırsa da Nəbi dayanmamışdır. O, telefonla onunla qeyri-rəsmi olaraq bir yerdə yaşayan Şahid zəng edib tanımadığı bir oğlanın ondan yol soruşduğunu, yol göstərən zaman həmin şəxsin onu qaranlıq yerə çəkib bıçaqla hədələyib yerə yıxaraq cibində olan 60 manat pulu götürüb qaçdığını bildirmişdir. O, Samirə yerini demiş, Samir təxminən 5-6 dəqiqədən sonra həmin yerə gəlmişdir. Samir onun yanında DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əslində isə pul qabında Nəbinin verdiyi 20 manatdan əlavə, 30 manat nağd pul və iki ədəd hər birinin dəyəri 2 manat olan nəqliyyat kartı olmuşdur. Nəqliyyat kartlarının hesabında heç bir məbləğdə pul olmamış, pul qabında isə digər qiymətli əşya və sənəd olmamışdır. Pul qabını Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı” adlanan yerdən 6 manata almışdır. Hadisə vaxtı Nəbinin əlində bıçaq görməmişdir, sadəcə birgə yaşadığı Samirin onun başqa kişilərlə cinsi əlaqədə olduğunu bilməməsi üçün Nəbinin əlində bıçaq olduğunu özündən uydurmuşdur. Samir də onun sözlərinə görə 102 xidmətinə səhv məlumat vermişdir. Nəbi əlində olan pul qabını dartıb alan zaman ona hər hansı bir zor tətbiq etməmiş və ya hədə-qorxu gəlməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 60 manat maddi ziyan dəymişdir. Sonradan Nəbi ona vurduğu maddi ziyanı ödəmişdir. Nəbi ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2022-ci ildən Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 35, mənzil 14-də yaşayır. 30 yanvar 2023-cü il tarixdə saat 18:40 radələrində Nuranə ona zəng edib tanımadığı bir oğlanın ondan yol soruşduğunu, oğlana yol göstərən zaman həmin şəxsin onu qaranlıq yerə çəkib bıçaqla hədələyib yerə yıxaraq cibindəki, içərisində 60 manat pul olan pul qabını götürüb qaçdığını bildirmişdir. O, dərhal Nuranənin ona bildirdiyi ünvana gəlmiş, orada Nuranə ona hadisəni danışdıqdan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı törədilən cinayət əməlinin şahidi olmamış, DİN-in 102 xidmətinə zəng edərək Nuranənin ona bildirdiklərini demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-8) - 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alıb qaçdığı qara rəngli pul kisəsi mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilməsi üçün Təqsirləndirilən şəxs götürülmüşdür. (i.v. 31) - 06 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq ünvan 1 ünvanının qarşısında yerləşən bağçanın həyətində olan ağaclıq sahəni hadisə yeri kimi göstərərək 30 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində həmin ağaclıq sahədə əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə 20 manat pul müqabilində bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu, sonra Nuranəyə 20 manat pul verdiyini, Nuranə 20 manat pulu pul qabına qoyarkən pul qabında digər pulların da olduğunu gördüyünü, sonuncunun əlindəki, içərisində 50 manat nağd pul vəsaiti və iki ədəd nəqliyyat kartı olan qara rəngli pul qabını dartıb əlindən alıb bağçaya gəldikləri yolun əks tərəfinə qaçaraq hadisə yerindən uzaqlaşdığını qeyd edərək istintaqa verdiy ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir. (i.v. 77-79) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2023-cü il tarixli 9/1052 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş, qara rəngli, 10x20sm ölçüdə olan pul kisəsinin hazırkı tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 5,00 manat müəyyən olunur. (i.v. 89-91) - 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, 30 yanvar 2023-cü ildə saat 18:30 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən bağçanın həyətində olan ağaclıq sahədə sonuncunun soyğunçuluq edərək Zərərçəkmiş şəxs açıq taladığı qara rəngli pul qabı mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 93) - 24 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 181.1 və 182.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 101-106) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Vəsiqələrin surətindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir, Vətən müharibəsinin iştirakçısı kimi 80 manat pensiya alır. (i.v. 25) - 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 38) - 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və o, müvəqqəti tutulma yerindən azad edilmişdir. (i.v. 69-71) - 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 73) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 87) -Doğum haqqında şəhadətnamənin surətindən və digər sənədlərdən görünür ki, X1 15 fevral 2022-ci il tarixdə, X2 23 mart 2023-cü il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş əməliyyatlarında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Şüşanın azad olunmasına görə” medalları ilə təltif edildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb ediliyini, əməlindən səmimi peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Gədəbəy rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi və təqsirləndirilən şəxslə barışması barədə ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd pul kisəsinin məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Gədəbəy rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd istifadədə olmuş, qara rəngli, 10x20sm ölçüdə olan pul kisəsinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-308/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-308/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver