Məhkəmə qərarları › İş №1(007)-309/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-309/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-309/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 22 avqust 1991-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 9, mənzil 5-də qeydiyyatda olan, Biləsuvar Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzalarına məhkum edilmiş, 16 may 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə 2000 manat cərimə cəzası 360 saat müddətinə ictimai işlər cəzası ilə əvəz edilmiş, 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.9-cu bəndinə əsasən həmin cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, 24 sentyabr 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan müddətlərdə şübhəli şəxs qismində tutulmuş, sonuncu dəfə 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,673 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 19 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 0,673 qram çəkidə qəhvəyi rəngli kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə 0,700 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində saxlanılaraq ünvan 6şən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilib şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 0,700 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,608 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 16 oktyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu, Babək prospekti 90 ünvanının qarşısında saxlanılıb ünvan 6şən Xətai RPİnin 34-cü PŞ-yə gətirilərək şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,608 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,685 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 14 noyabr 2023-cü il tarixdə saat 15:10 radələrində ünvan 8 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-in X9 Alayının 5-ci Patrul bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizamı rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilərək şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,685 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1,376 qram çəkidə narkotik vasitə heroın əldə edərək üzərində saxlayıb daşımış, 19 yanvar 2024-cu il tarixdə saat 12:15 radələrində Bakı şəhəri Nizamı rayonu, Q.Qarayev prospekti 80 ünvanının yaxınlığında Nizami RPİnin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24cü polis şöbəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,376 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittiham üzrə 19 avqust 2023-cü il, 24 sentyabr 2023-cü il, 16 oktyabr 2023-cü il və 14 noyabr 2023-cü il tarixlərdə üzərində narkotik vasitə aşkar olunmamışdır, ona görə həmin epizodlarda özünü təqsirli bilmir, yalnız 19 yanvar 2024-cü il tarixdə 24-cü polis şöbəsində üzərindən narkotik vasitə aşkar olunmasında özünü təqsirli bilir. Polislər digər hallarda demişlər ki, ya “bunu boynuna götür, ya da külli miqdarla gedəcəksən”, o da məcbur qalıb götürmüş, yəni narkotik vasitələrin ona məxsus olduğunu demişdir. O, xəstə adamdır, narkotik istifadəçisi olduğunu etiraf edir, amma qeyd etdiyi vaxtlarda üzərindən narkotik aşkar edilməmişdir. Onu Nadir, Niyaməddin və Cəmil adlı polis əməkdaşları döymüşlər. Amma o, polislərin onu döymələri barədə şikayət etməmişdir. Bundan başqa 16 oktyabr 2023-cü il tarixdə polislər onu Xətai rayonu Babək prospektində deyil, Nizami rayonu Naxçıvanski küçəsində saxlamışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 21 yanvar 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi müvafiq hissələrdə (özünü təqsirli bildiyi epizod istisna olmaqla) elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ümumi ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ... o, təqribən 10 ildir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir və narkotik vəsilələri tanımadığı müxtəlif şəxslərdən alır. 19 avqust 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yaxınlığında özünü ona Nicat adı ilə təqdim edən uca boylu, kok bədən quruluşlu bır şəxsdən 15 manat qarşılığında bır büküm narkotik vasitə heroin almışdır. Onu daha sonra istifadə etmək məqsədilə əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün saat 22:30 radələrində X7 ilə ünvan 1 ünvanının yaxınlığında görüşmüşlər. Bu zaman bir neçə nəfər şəxsin onlara yaxınlaşdığını görmüş və qardaşı oradan uzaqlaşmağa başladıqda o da gələn şəxslərin polis ola biləcəyindən şübhələnib Çingizin dalınca gedib ona çatmışdır. Bu zaman həmin şəxslər onları səsləmiş və onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib polis vəsiqələrini onlara göstərmişlər. Bu zaman o və Çingiz üzərində olan narkotik vasitə səbəbi ilə onları saxladıqlarını düşünüb həyacan keçirmişlər. Həmin vaxt qardaşı Çingiz əli ilə şalvarının üzərindən ciblərini yoxlamışdır. Bu, polislərin diqqətini çəkmiş olmuşdur ki, ondan cibində nə olduğunu soruşmuşlar. Çingiz heç nə olmadığını dedikdə onlardan narkotik vasitə istifadəçisi olub-olmadıqlarını soruşmuşlar. Bu zaman onlar arada bir narkotik vasitə istifadə etdiklərini dedikdə polislər 23-cü polis bölməsinə getməyi təklif etmişlər. Onlar daha çox şübhə çəkməmək üçün onlarla razılaşmışlar. Polis bölməsində onları təhqiqatçıya təhvil vermişlər, müəyyən sənədləşmə işlərindən sonra təhqiqatçı polislərin və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış telefon vasitəsilə videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı tədqiqatçının təklifi ilə əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni əldə etdiyi Nicat adlı şəxs haqqında başqa heç nə bilmir, onu birinci dəfə idi görmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi məqsədilə əldə etmişdir. X7 ilə o, narkotik vasitələri eyni yerdən əldə etməmişlər. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən və araşdırmanın digər mərhələlərində ona heç kim təzyiq etməmiş, hadisələr ifadəsində qeyd etdiyi kimi baş vermiş və ifadəsini öz iradəsilə sərbəst şəkildə vermişdir. Bundan başqa göstərmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə axşam saatlarında bədənindəki ağrılar səbəbindən kirayə yaşadığı ünvan 15 ünvanını tərk edərək narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Bu minvalla piyada hərəkət edərək həmin küçədə əvvəllər tanımadığı şəxslə rastlaşaraq tanış olmuşdur. Ünsiyyət əsnasında ona narkotk vasitələrin aludəçisi olduğunu, bədənində ağrılar olması səbəbindən narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. Həmin şəxs özü də ona uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu demiş və ona narkotik vasitə olan heroini tapmaqda köməklik edəcəyini bildirərək bir qədər gözləməyini təklif etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış, onu orada təxminən 20 dəqiqə gözləmiş və ona 01 ədəd şəffaf selofan bükümdə “kakos” adı ilə tanıdığı narkotik vasitəni gətirərək vermişdir. O da həmin şəxsə üzərində olan 20 manat pulu vermiş və onunla ayrıldıqdan sonra piyada gəzərək kirayə yaşadığı ünvanına qayıtmışdır. Həmin gün narkotik vasitəni istifadə edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdən çıxaraq üzərində olan narkotik vasitəni istifadə etmək üçün bir qədər uzaqlaşıb gizlin yer axtararkən saat 13:00-da Xətai rayonu 3-cü Əhmədli küçəsində olduğu zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 34-cü polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən o, narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda üzərində bir büküm “kakos” olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə olan maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə zərfə qoyulub möhürlənmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, heroin istifadə etsə də, heç vaxt narkofık vasitə və ya psixotrop maddə heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Hazırda təqdim etdiyi narkotik vasitələrdən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamır. Narkotik vasitəni əldə etdiyi şəxsi yalnız üzdən tanıyır, onun anket məlumatlarını bilmir, xarici görünüşcə o, təxminən 28-32 yaşlarındadır, orta boylu seyrək saçlı və arıq şəxsdir, onun mobil nömrəsini bilmir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Bundan başqa göstərmişdir ki, narkotik vasitələrin kakos kimi tanıdığı növünü xx.xx.2023cü il tarixdə saat 12 radələrində Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat ödəməklə almışdır. O, həmin narkotik vasitəsini daha sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində Bakı şəhəri Xətai rayonu, Babək prospekti 90 ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman o, özünü itirmiş və həyacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etmiş və onu 34-cü polis şöbəsinə dəvət etmişlər. O da getməyə heç bir etiraz etməmiş və onlar birlikdə 34-cü polis şöbəsinə getmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmin büküm açılmışdır. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələri özü qəbul edir, ancaq satışı ilə məşğul olmamışdır. Ruh-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. Ona polis şöbəsində heç bir psixoloji təzyiq göstərilməmiş və heç bir xəsarət yetirilməmiş, üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsus olmuşdur. Saxlanıldığı zaman o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Narkotik vasitə heroin almaqda məqsədi özü istifadə etmək olmuşdur. Əldə etdiyi narkotik vasitə heroini kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, onu özü qəbul etmək üçün alaraq özündə saxlamışdır. Narkotik vasitə heroin alarkən yanında heç kim olmamış və həmin vaxt o, tək olmuşdur. Bundan başqa o, göstərmişdir ki, 13 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının çıxışının qarşısında üzdən tanıdığı, lakin adını və telefon nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat verib bir bükum psixotrop maddə metamfetamin almışdır. Narkomanlar metamfetaminə öz aralarında “patı” deyirlər. O, aldığı metamfetamin bükümünü şəxsi istifadəsi üçün üzərində saxlamışdır, onu sonra gizlin bir yerdə istifadə edəcəkdi. Növbəti gün, yəni 14 noyabr 2023-cü il tarixdə saat 15:10 radələrində o, piyada Nizami rayonu, C.ünvan 16 ünvanın qarşısından gedərkən iki nəfər polis formalı şəxsin ona yaxınlaşdığını görmüşdür. O, üzərində psixotrop maddə olduğu üçün özünü itirmiş və çaşqınlıq yaşamışdır. Tez bir zamanda polis əməkdaşlarından yayınmağa çalışmış və bu səbəbdən də iti addımlarla uzaqlaşmağa başlamışdır. Polislər onun bu davranışından daha da şübhələnib qarşısını kəsmiş, davanışının səbəbini ondan soruşmuşlar. Artıq başqa çıxış yolunun olmadığını anladığı üçün o, polis əməkdaşlarına üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu 24-cü polis şöbəsinə gətirmişlər. Onun xahişi əsasında dövlət hesabına vəkil dəvət edilib ona təqdim olunmuşdur. Polis şöbəsində otaqlardan birində videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılarkən o, əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı, “patı” olaraq tanıdığı psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Üzərində axtarış aparılarkən üzərindən başqa heç bır əşya aşkar edilməmişdir. Təqdim etdiyi, sellofan bükümdə olan maddə onun üçün dəvət edilmiş vəkilin və özünün iştirakı ilə zərfə qoyulub qablaşdırılmış və ondan götürülmüşdür. Həm zərfin üzərini, həm də axtarışla bağlı tərtib olunmuş protokolu imzalamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə satışı ilə məşğul olmur, yalnız özü istifadə edir… Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmasa da, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmiş, ifadələri arasında yaranmış ziddiyyətin səbəbini isə izah edə bilməmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini, anasının xərçəng xəstəsi olduğunu nəzərə almaığı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində 23-cü polis bölməsinin əməkdaşları Sənan Bədəlov, Heydər Mirzəyev və Şahid2la birlikdə Keşlə qəsəbəsi ərazisində xidməti gəzintidə olmuşlar. Keşlə qəsəbəsi, Sabir küçəsi 17 ünvanının yaxınlığında dayanmış vəziyyətdə olan iki nəfər şəxs onların diqqətini çəkmiş və öz aralarında danışaraq həmin şəxsləri daha əvvəl görmədiklərini birbirlərinə demişlər. Bu zaman onlara hansısa ünvana gəldikləri təqdirdə tapmaqda kömək etmək fikri ilə yaxınlaşmışlar. Lakin həmin şəxslərə tərəf getdiklərini gördükdə sanki öz aralarında nəsə danışıb yeriyərək onlardan uzaqlaşmağa başlamışlar. Həmin şəxslərin bu hərəkəti onlara şübhəli gəldiyindən “vətəndaş” deyə səslənmişlər, həmin şəxslər bir neçə addım da getdikdən sonra təkrarən səslənişlərindən sonra dayanmışlar. Onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onlara necə kömək edə biləcəklərini soruşaraq özlərini təqdim etmələrini təklif etmişlər. Onlardan biri özünü X3, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bu zaman həmin şəxslərdən biri əlini cibinə salmadan əli ilə şalvarın üzərindən ciblərini yoxlamağa başlamışdır. Bu hərəkət onlara şübhəli gədiyindən ondan cibində nə olduğunu soruşduqda o, “heç nə” deyə cavab vermişdir. Onlardan narkotik vasitə istifadə edib-etmədiklərini soruşduqda onlar bu suala cavab olaraq arada bir narkotik vasitə istifadə etdiklərini demişlər. Bu zaman həmin şəxslərin üzərində narkotik vasitə olması ilə bağlı onlarda şübhə formalaşmışdır. Həmin şəxslərə narkotik vasitələrin qanursuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və onlarla birlikdə Nizamı RPİ-nin 23-cü polis bölməsinə getməli olduqlarını demişlər. Həmin şəxslər ilk öncə gəlməkdə tərəddüd etsələr də, daha sonra gəlməyə razılıq vermişlər. Həmin şəxsləri 23-cü polis bölməsinə aparıb aidiyyəti üzrə təhqiqatçıya təhvil vermişlər. Müəyyən edilmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X2r. Bir qədər sonra təhqiqatçı onun, digər polis əməkdaşı Şahid2 və Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış Şahid2 tərəfindən vıdeoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçnın təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və baxış zamanı bükümdə narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşya maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Şahid1 sualları cavablandırarkən qeyd etmişdir ki, əməliyyat tədbirində yalnız qeyd olunan polis əməkdaşları iştirak etmişdir, tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs da özünü səmimi apararaq əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Ədıxan oğlunun qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə 24 sentyabr 2023-cü il tarixdə 34-cü polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 34cü polis şöbəsinin əməliyyat müvəkkili Elnur Salmanovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 24 sentyabr 2023-cu il tarixdə saat 13:00-da X1 rayonu, 3-cü Əhmədli küçəsi yaxınlığında tərəflərindən saxlanılmış və onu 34-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirildikdən sonra onların və vəkilin iştirakı ilə videoçəkilış aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümdəki maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümü də 23 sentyabr 2023-cü il tarixdə axşam saatlarında ünvan 17 ünvanında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütun iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 8 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə 16 oktyabr 2023-cü il tarixdə 34-cu polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 34-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 16 oktyabr 2023-cu ıl tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, Babək prospekti, 90 ünvanının qarşısında tərəflərindən saxlanılmış və onu 34-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirildikdən sonra onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bukümdəki maddənin nə olduğunu soruşduqda o, həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həmin bükümü də tutulduğu gun saat 12 radələrində Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükum zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Şahid3 sualları cavablandırarkən qeyd etmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs da özünü səmimi apararaq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində saxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, X9 Alayının 5-ci Patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 14 noyabr 2023-cü il tarixdə bölüyün digər polis nətəri Şahid7la birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinin inzibati ərazisində xidmətdə olmuşlar. Saat təxminən 15:10 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 ünvanının qarşısından keçərkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmağa başlamışlar. Həmin şəxs ona yaxınlaşdıqlarını gorub iti addımlarla uzaqlaşmağa cəhd etmişdir. Lakin onlar həmin şəxsi saxlamış və özlərini təqdim etmişlər, həmin şəxslə söhbət aparan zaman o, narkotik istifadəçisi olmasını, hazırda da üzərində narkotik maddə olması səbəbindən onlardan uzaqlaşmağa cəhd etdiyini bildirmişdir. Ona görə həmin şəxsi araşdırma aparılması məqsədilə 24-cü polis şöbəsinə dəvət etmişlər, birlikdə polis şöbəsinə gedərək bu barədə şöbə rəhbərliyinə raport vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə videoçəkilış aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Ramız Talıblı da əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin içərisindəki kiçik cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində ağ rəngli, kristal halında narkotik maddəyə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, həmin maddənin “patı” olaraq tanıdığı metamfetamin olduğunu və narkotik maddə istifadəçisi olduğu üçun həmin bükümü də 13 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra Ramız Talıblının üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və şəxsi axtarışla bağlı protokol tərtib edilmşdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının 5-ci Patrul bölüyünün polis nəfəri Şahid7, Şahid6la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 yanvar 2024-cü il tarixdə 24-cü polis şöbəsinə Bakı şəhəri Nizamı rayonu, Q.Qarayev prospekti, 80 saylı binanın yaxınlığına gəlib-gedən “Ramiz” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 24cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid9 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 19 yanvar 2024-cü il tarixdə saat 12:15 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, 80 saylı binanın zirzəmisində yaşayan, sonradan şəxsiyyəti müəyyən olunan Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında tərəflərindən saxlanılmış və onu 24-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirildikdən sonra onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edildikdə o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükumu açdıqda onun içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs suala cavab olaraq bildirmişdir ki, həmin bükümdəki maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümdəki maddəni haradan əldə etdiyini soruşmuş, o, bildirmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümü 18 yanvar 2024-cü il tarixdə günorta saatlarında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən oz istifadəsi üçün 15 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid9, Şahid8la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, X3 və Təqsirləndirilən şəxs barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild i.v. 12) - 20 avqust 2023-cü il və 22 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 19 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 23-cü PB-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmiş, habelə istintaq hərəkətinin videoçəkilişlə aparılacağı bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində narkotik vasitə olduğunu, narkotik vasitəni Yasamal rayonu ərazisində üzdən tanıdığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun tərtibi zamanı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 22 avqust 2023-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İİ cild i.v. 52-53, 133) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2023-cü il tarixli 6/4464 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksləri olan, “...Təqsirləndirilən şəxs” “imza”...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan bükümdə təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,673 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,623 qram qalıq qalmışdır. (İİ cild i.v. 69-72) - 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 246) - 24 sentyabr 2023-cü il və 25 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 34-cü PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmiş, habelə istintaq hərəkətinin videoçəkilişlə aparılacağı bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan torbaya bükülmüş şəffaf qəhvəyi rəngdə spesifik iyə malik maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 23 sentyabr 2023-cü il tarixdə Xətai rayonu, 3-cü Əhmədli ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun tərtibi zamanı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 25 sentyabr 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 189-191, 299) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6/5044 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №152” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” “ və digər ad, soyad, imzalar qeyd edilmiş 1 ədəd zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,700 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,700 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,650 qram qalıq qalmışdır. (İ cild i.v. 289-292) - 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 149) - 16 oktyabr 2023-cü il və 18 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 34-cü PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmiş, habelə istintaq hərəkətinin videoçəkilişlə aparılacağı bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd rəngli şəffaf sellofan kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddə halında olan kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun tərtibi zamanı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 18 oktyabr 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 189-191, 225) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli 6/5443 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №152” dairəvi möhür əksi (imza ) Talıblı R” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,608 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,608 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,558 qram qalıq qalmışdır. (İ cild i.v. 199-202) - 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 68) - 14 noyabr 2023-cü il və 15 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, 14 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, habelə istintaq hərəkətinin videoçəkilişlə aparılacağı bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan (kiçik) cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal halında maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni 13 noyabr 2023-cü il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun tərtibi zamanı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 15 noyabr 2023-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 96-97, 114) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2023-cü il tarixli 6/6007 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,685 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,685 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,635 qram qalıq qalmışdır. (İ cild i.v. 103-106) - 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 19 yanvar 2024-cü il və 20 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmiş, habelə istintaq hərəkətinin videoçəkilişlə aparılacağı bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülü halda, uçərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni 18 yanvar 2024-cü il tarixdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun tərtibi zamanı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 22 avqust 2023-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild i.v. 39-40, 62) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 6/368 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs” “imza”...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofan bükümdə təmiz çəkisi 1,376 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,376 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 1,326 qram qalıq qalmışdır. (İ cild i.v. 48-51) - 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (İİ cild i.v. 9-10) - 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq sonuncu nömrə ilə davam etdirilmişdir. (İ cild i.v. 242-243) - 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq sonuncu nömrə ilə davam etdirilmişdir. (İİ cild i.v. 4-5) - 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq ilkin nömrə ilə davam etdirilmişdir. (İ cild i.v. 144-146) - 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ibtidai istintaq sonuncu nömrə ilə (hazırda baxılan iş) davam etdirilmişdir. (İ cild i.v. 63-66) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 22 avqust 2023-cü il tarixli 5387 nömrəli və 22 avqust 2023-cü il tarixli 5387 nömrəli rəylərinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 330-331, İİ cild i.v. 144-145) - 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,673 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,700 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,608 qram və 01 ədəd bükümdə təmiz çəkisi 1,376 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,685 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,623 qram, 0,650 qram, 0,558 qram, 1,326 qram narkotik vasitə heroin və 0,635 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən aparılmış videoçəkilişlərin 05 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut qismində cinayət işinin materiallarında saxlanılmış, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı fakt müəyyən olunmadığı üçün əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə mənbələrinin müəyyən edilməsi üçün əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən materiallar ayrılaraq müvafiq olaraq Nizami RPİ-nin 23-cü polis bölməsinə, 24-cü polis şöbəsinə və Xətai RPİ-nin 34-cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydi tətbiq edilməmişdir. (İİ cild i.v. 235-254) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarışlar zamanı üzərində olan psixotrop maddəni və narkotik vasitələri təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onları hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülərlə öz təsdiqini tapmışdır. Şəxsi axtarışlar zamanı qeydə alınmış videogörüntülərin izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələri təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, eyni zamanda Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il, 26 sentyabr 2023-cü il, 18 oktyabr 2023-cü il və 16 noyabr 2023-cü il tarixlərdə qətimkan tədbirinin seçilməsi ilə əlaqədar tutmalardan azad edildikdən sonra, 19 yanvar 2024-cü il tarixdə növbəti dəfə tutulanadək azadlıqda olmuş, ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda (13 dekabr 2023-cü il tarixinədək şəxsi istehlak miqdarından artıq miqdarda) əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 45) - 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İİ cild i.v. 120-121) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 21 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 126-127) - 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 272) - 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (İ cild i.v. 321-322) -Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 323) - 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 175-176) - 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorunun təqdimatı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, onun məhkəmə iclas zalında dərhal azad olunması qərara alınmışdır. (İ cild i.v. 232-235) -Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 236-237) - 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 86) - 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokurorunun təqdimatı Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, onun məhkəmə iclas zalında dərhal azad olunması qərara alınmışdır. (İ cild i.v. 130-133) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 16 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 134-135) - 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 28) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (İİ cild i.v. 214-219) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinin icraatında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işin icraatına 15 may 2009-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş; o, Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 1772.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, 03 iyun 2013-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.7-ci bəndinə əsasən cərimə cəzasından azad olunmuş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmiş; Biləsuvar Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzalarına məhkum edilmiş, 16 may 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə 2000 manat cərimə cəzası 360 saat müddətinə ictimai işlər cəzası ilə əvəz edilmiş, 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.9-cu bəndinə əsasən həmin cəzadan azad edilmişdir. (İ cild i.v. 336-344, İİ cild i.v. 189- 191) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, 24 sentyabr 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan müddətlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 08 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə və narkotik vasitələr məhv olunmalı, maddi sübut olan 05 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, 24 sentyabr 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək, 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan müddətlərdə şübhəli şəxs qismində tutulduğu cəmi 08 (səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınmaqla Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,635 qram psixotrop maddə metamfetamin və 0,623 qram, 0,650 qram, 0,558 qram, 1,326 qram narkotik vasitə heroinlər məhv edilsin, şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 05 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 398 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar