Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-31/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxxxxx 1999-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Əliabad kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Lerik RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edərkən 2023-cü ilin fevral ayında “Pubg” mobil oyununda tanış olduğu X1 daxili işlər orqanlarında işləmək arzusunda olduğunu öyrəndikdən sonra tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə heç bir real imkana və səlahiyyətə malik olmadığı halda Pərviz Salmanlıya guya özünün Bakı şəhəri Nizami rayon Polis İdarəsində işlədiyini və sonuncunu daxili işlər orqanlarına işə qəbul etdirəcəyini deyib Pərviz Salmanlıya həmin məsələ ilə əlaqədar atasının onunla əlaqə saxlamalı olduğunu bildirdikdən sonra sonuncunun atası Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlayarkən Zərərçəkmiş şəxs1 da guya Nizami rayon Polis İdarəsində işlədiyini, oğlu X4 İşlər Nazirliyinin X10 işə düzəldə biləcəyini vəd edərək bunun müqabilində 3000 manat məbləğində pul verməli olduğunu deyib Zərərçəkmiş şəxs1 etibarını qazanmaq üçün şəxsi kart hesabını, eləcə də şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə sonuncuya göndərərək Zərərçəkmiş şəxs1 aldadıb, etibarından sui-istifadə etməklə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Aran” marketin qarşısında olan “MilliÖn” ödəniş terminalından onun 4169-7388-1433-0787 nömrəli kart hesabına göndərdiyi 3 manat xidmət haqqı olmaqla 2500 manat məbləğində pul vəsaitini, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən filialında olan terminaldan onun kart hesabına göndərdiyi 200 manat və xx.xx.2023-cü il tarixdə həmin terminaldan göndərdiyi 200 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs1 2900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Lerik RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edərkən təkrarən 2023-cü ilin aprel ayında Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “kiçik komandir heyətinin hazırlığı" kursunda təlim keçdiyi vaxtda heç bir real imkana və səlahiyyətə malik olmadığı halda onunla birlikdə həmin kursda iştirak edən, əvvəllər tanıdığı Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X5 şöbəsinin Mülki mühafizə xidməti üzrə mülki mühafizəçisi Şahid2 guya vəzifəli tanışlarının vasitəsi ilə 7000 manat müqabilində sonuncunu Salyan RPŞ-nin Cinayət axtarış bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsinə qəbul etdirəcəyini dedikdən sonra Şahid2 atası Zərərçəkmiş şəxs2 onunla əlaqələndirdikdə o, Zərərçəkmiş şəxs2 guya vəzifəli tanışlarının vasitəsi ilə 7000 manat müqabilində oğlu Şahid2 Salyan RPŞ-nin Cinayət axtarış bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs2 tərəfindən bu adla Salyan şəhəri, H.Əliyev prospekti 90 ünvanında yerləşən “Kapital Bank" ASC-nin filialının qarşısında olan ödəmə terminalından onun əvvəlcədən bildirdiyi adına rəsmiləşdirilmiş “Kapital Bank" ASC-yə məxsus “4169 7388 1433 0787" nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüş 3500 manat, xx.xx.2023-cü il tarixdə köçürülmüş 600 manat, xx.xx.2023-cü il tarixdə köçürülmüş 600 manat, xx.xx.2023-cü il tarixdə köçürülmüş 1300 manat, Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Univermaq” adlı supermarketdə olan “MilliÖn” ödəmə terminalından isə xx.xx.2023-cü il tarixdə köçürülmüş 1000 manat, ümumilikdə isə köçürülmüş 7000 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra cinayət əməllərini davam etdirərək 2023-cü ilin may ayının sonlarında mobil telefon vasitəsi ilə Şahid2 ilə əlaqə saxlayaraq işin həlli üçün guya həkimə verilməsi məqsədi ilə əlavə 1000 manat da lazım olduğunu bildirib 2023-cü ilin may ayının sonlarında Salyan şəhərində yerləşən "xxxx" ASC-nin filialının qarşısında olan həmin bankın ödəmə terminalı və “Univermaq” adlı supermarketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun yuxarıda qeyd edilən kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən hissə-hissə olmaqla cəmi köçürmüş 1000 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 8000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində “Pubg” mobil oyununda X3 ilə tanış olmuş, daha sonra Pərvizin vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs1la da tanış olmuşdur. Pərviz Salmanlını işə düzəltmək üçün atası Zərərçəkmiş şəxs1 onun kart hesabına 2500 manat və 400 manat, ümumilikdə 2900 manat pul göndərmişdir. O, həmin pul vəsaitini kartdan çıxararaq nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid2 ilə bir yerdə hərbi xidmətdə olmuşdur. Lerik RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən iş yerindən kursa göndərilmişdir. Kursda olarkən Şahid2 da həmin kursda olduğunu görmüş və Cavidin X5 Şöbəsində işlədiyini öyrənmişdir. Cavidin atası Zərərçəkmiş şəxs2 oğlunu işə düzəltmək üçün hissə-hissə onun kartına 8000 manat pul göndərmişdir. O, həmin pul vəsaitini kartdan çıxararaq nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxslərə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmiş və dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid2 vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs ilə eyni vaxtda kursda olmuş, həmçinin daha əvvəl də eyni hərbi hissədə xidmət etmişlər. Oğlu ona demişdir ki, belə bir iş var, polis orqanlarında işə düzəlmək istəyir. O da imkanının olmadığını bildirmişdir. O borc götürərək hissə-hissə Təqsirləndirilən şəxs 8000 manat ödəmişdir. Hər dəfə ödəyəndə də telefonda o Vüsalla danışmışdır. Təqsirləndirilən şəxs onlara 8000 manat pul verməlidir, doğrudur yalnışlıqla əvvəl əlavə 1000 manat da qeyd olunmuşdur. Vüsal onlara 3500 manat ödəmiş, 4500 manat borcu qalmışdır. Dəfələrlə özünə və atasına zəng vurmuş, telefonu açmamışlar. Mühafizəçi işləyə-işləyə necə onun oğlunu işə düzəldə bilərdi. Dəymiş ziyanın tam şəkildə qaytarılmasını istəyir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onunla barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı onun heç bir şikayəti və iddiası yoxdur, onunla barışmışdır, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, oğlu Pərviz Salmanlının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə münasibəti və ya ədavəti yoxdur. Çiyni kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışır, 4 övladı olmaqla oğlu Pərviz Salmanlının 20 yaşı vardır. 2023-cü ilin fevral ayında oğlu Pərviz Salmanlı “Pubg” mobil oyununda Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, həmin oyunda söhbət əsnasında oğlu Pərviz həmin şəxsə daxili işlər orqanlarında işləmək arzusunda olduğunu bildirmiş, Vüsal adlı şəxs də oğluna Bakı şəhəri, Nizami rayon Polis İdarəsində işlədiyini deməklə onu daxili işlər orqanlarına işə düzəldə biləcəyini demiş, bundan sonra həmin şəxs oğlu Pərvizə özünə məxsus ***-***-**- ** saylı mobil telefon nömrəsini vermiş, bir neçə gün sonra o, evdə olarkən oğlu Pərviz ona bu barədə danışmış və əlaqə saxlamağı üçün həmin şəxsin mobil nömrəsini ona vermiş, o da Vüsala zəng edərək bu barədə sonuncu ilə danışdıqda Vüsal ona Nizami rayon Polis İdarəsində işlədiyini, özünün oğlu Pərvizi polis orqanlarına, yəni Daxili İşlər Nazirliyinin X10 düzəldə biləcəyini, lakin bunun üçün 3000 manat məbləğində pul verməli olduğunu demiş, o da Təqsirləndirilən şəxs inanaraq sonuncu ilə razılaşmış və Vüsal inanmağı üçün şəxsi kart hesabını, eləcə də şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmişdir. Bundan sonra Vüsal onunla əlaqə saxlayaraq pulun 2500 manatının göndərilməli olduğunu dediyindən xx.xx.2023-cü il tarixdə o, Ucar rayonu, Heydər Əliyev prospektində yerləşən “Aran” marketin qarşısına gələrək orada olan “MilliÖn” ödəniş terminalından Vüsalın ona göndərdiyi 4169-7388-1433-0787 nömrəli kart hesabına 3 manat xidmət haqqı olmaqla ümumilikdə 2503 manat məbləğində pul vəsaitini göndərmiş, bundan bir neçə gün sonra, xx.xx.2023-cü il tarixdə Vüsal yenidən ona zəng edərək sənədlərə 400 manat məbləğində pul lazım olduğunu demiş, buna görə də o, “Kapital Bank" ASC-nin Ucar rayonunda yerləşən filialında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə hər birində 200 manat olmaqla ümumilikdə 400 manat pul vəsaitini yenidən qeyd etdiyi kart hesabına köçürmüş, bununla da o, Təqsirləndirilən şəxs oğlunu Daxili İşlər Nazirliyinin X10 işə düzəltməsi üçün ümumilikdə 2900 manat pul vermişdir. Bundan sonra o, oğlunun işi ilə bağlı Vüsal Qüdərtli ilə təxminən 1 ay ərzində əlaqə saxlamış, sonuncu da hər dəfə müxtəlif bəhanələr gətirərək işin ləngidiyini bildirməklə, sonda düzələcəyini vəd etmişdir. Həmçinin o, Vüsala, əgər alınmırsa, pulu geri qaytarmasını da bildirmiş, lakin, bir müddət sonra Təqsirləndirilən şəxs, ümumiyyətlə, zənglərinə cavab verməyərək telefonunu söndürmüş, bu səbəblə o, Ucar rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona vurduğu 2900 manat pulu tam şəkildə geri qaytarmış və o, bununla bağlı ərizə yazmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahid X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödəmişdir. Şahid X3 istintaqda zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxs qismində tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-81/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. -sübutların qiymətləndirilməsi haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ödəniş qəbzləri, "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin danışıqlarını əks etdirən bir ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - X2 tərəfindən araşdırmaya təqdim edilmiş ödəniş qəbzlərinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 tərəfindən araşdırmaya ümumilikdə 5 ədəd ödəniş çeki təqdim edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Salyan rayonunda yerləşən ödəmə terminalından Q*****V***** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 3500 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Salyan rayonunda yerləşən ödəmə terminalından Q*****V***** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 600 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Salyan rayonunda yerləşən ödəmə terminalından q*****V***** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 600 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Salyan rayonunda yerləşən ödəmə terminalından Q***** V*****Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 1300 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Salyan rayonunda yerləşən ödəmə terminalından Q***** V***** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 1000 manat pul vəsaiti köçürülmüşdür. - Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilmiş "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 416973******0787 nömrəli bank kartının çıxarışı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir. xx.xx.2023-cü il tarixdə qeyd olunan karta 3500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir. - Zərərçəkmiş şəxs1 tərəfindən araşdırmaya təqdim edilmiş ödəniş qəbzlərinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən araşdırmaya ümumilikdə 3 ədəd ödəniş qəbzi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş çekindən görünür ki, həmin tarixdə Ucar rayonunda yerləşən “Aran” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Q***** V** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 2503 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Ucar rayonunda yerləşən ödəmə terminalından Q***** V***** Ş***** oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə Ucar rayonunda yerləşən ödəmə terminalından Q***** V***** Ş***** Oğluna məxsus 416973******0787 nömrəli kart hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli, 4170 nömrəli qəbzdən görünür ki, həmin tarixdə 2725 manat, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanın 25 faizi miqdarında vəsait dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan ödəniş qəbzləri, "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış, bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdlr. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 105 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 630 (altı yüz otuz) manat (105x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan ödəniş qəbzləri, "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış, bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 105 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 630 (altı yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-31/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-31/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver